Məhkəmə qərarları › İş №1(001)-181/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-181/2022

21.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-181/2022 21.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X7 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs: xx.xx.1993-cü ildə Zəngilan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Zəngilan rayonu, Sarıl kəndində pasport qeydiyyatında olan və Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 3 saylı yataqxanada yaşayan barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 01 noyabr 2021-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri Nəsimi rayonu Papanin adlanan ərazidən tanımadığı şəxsdən 30 manat pul müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda iki ədəd bükümdə ümumi 1.014 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə- “heroin” əldə edib üzərində saxlayaraq daşımış, 02 noyabr 2021-ci il tarixdə saat 01:00 radələrində Binəqədi RPİ-nin 5-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində o, Binəqədi rayonu, Atatürk prospekti, 108 saylı poçtun arxasında saxlanılaraq ünvan 1 ünvanında yerləşən polis bölməsinə gətirilmiş orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən ayrı-ayrılıqda təmiz çəkiləri 0,813 qram və 0,201 qram olmaqla iki ədəd şəffaf sellofan bükümlərdə ümumi təmiz çəkisi 1.014 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə – heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilib etirafedici ifadəsində göstərmişdir ki, o təxminən 2 ildir ki, narkotik vasitə olan heroindən istifadə edir. 01.11.2021-ci il tarixdə saat 15:00 radələrində Nəsimi rayonu papanin adlanan əraziyə getmişdir. Orada olarkən tanımadığı şəxsdən öz istifadəsi üçün 30 manata iki ədəd bükülüdə olan narkotik vasitə heroini alıb üzərində saxlamışdır ki istifadə etsin. 02.11.2021-ci il tarixdə saat 01:00 radələrində 108 saylı poçtun arxası ilə piyada hərəkətdə olarkən polislər ona yaxınlaşmışdır. Onlar onu qanunsuz olaraq üzərində narkotik vasitə daşımaqda şübhəli bilindiyi üçün Binəqədi RPİnin 5-ci PB-nə dəvət etmişlər. O polislərlə birlikdə 5-ci polis bölməsinə getmişdir. Üzərinə axtarış zamanı ona üzərində hər hansı əşya vardırsa təqdim etməsi təklif edilmiş və o əynində olan boz rəngli cins şalvarının sağ yan cibinbdə saxladığı iki ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin bükümün içərisində olan maddənin kakos olduğunu bildirmişdir. Üzərindən aşkar edilmiş heroin adlanan narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış möhürlənmişdir. Əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 5-ci PB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 02 noyabr 2021-ci il tarixdə Binəqədi RPİ-nin 5-ci PB-nə Nicad adlı şəxsin qanunsuz olaraq olaraq narkotik vasitələr əldə etməsi və üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə raportla rəhbərliyə müraciət etmiş və bundan sonra bölmənin əməliyyat müvəkkili Şahid2, ƏÇPA-nın polis nəfərləri X10 və X6 iştirakları ilə əməliyyat qrupu yaradılaraq, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. 02 noyabr 2021-ci il tarixdə saat 01:00 radələrində Nicadın qanunsuz əməlini ifşa etmək üçün Binəqədi rayonu, Atatürk prospektinə gələrək əməliyyat mövqeyi seçmişlər. Zahiri əlamətləri onlara əvvəlcədən məlum olan Nicad adlı şəxsin gəldiyini görmüş və əlverişli məqam yaranan kimi 108 saylı poçtun arxa tərəfində tədbir iştirakçıları ilə birlikdə ona yaxınlaşıb, özlərini təqdim edib, xidməti vəsiqələri göstərib, həmin şəxsdən özünü təqdim etməsini istəmişlər. O, özünü təqdim etmiş və sonra ona qanunsuz olaraq olaraq narkotik vasitə əldə etməsi üzərində gəzdirməsində şübhəli olduğunu bildirib onu Binəqədi RPİ-nin 5-ci PB-nə dəvət etmişlər. Bölmədə xidməti otaqların birində ona hüquq və vəzifləri elan olunduqdan sonra Təqsirləndirilən şəxs dövlət hesabına vəkillə təmin olunmaq istəyinə dair ərizə ilə müraciət etmiş və vəkil dəvət olunub ona təqdim edilmişdir. Bundan sonra Nicadın özünün razılıq ərizəsi əsasında vəkilinin iştirakı olmadan video çəkilişlə onun üzərinə axtarış keçirilmişdir. Axtarışdan öncə ona üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş 02 ədəd bükülüləri çıxarıb masanın üzərinə qoyub, həmin bükülülərin içərisində “heroin” olduğunu, özünün narkorik vasitə istifadəçisi olmasını və həmin maddəni Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan ərazidən tanımadığı şəxsdən öz istifadəsi üçün 30 manata aldığını demişdir. Nicadın üzərindən aşkar edilmiş maddələr zərfə qablaşdırılıb möhürlənmiş və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib edilib, ucadan oxunmuş, protokolun doğruluğu bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 02 noyabr 2021-ci il tarixdə Binəqədi RPİ-nin 5-ci PB-nə Təqsirləndirilən şəxs qanunsuz olaraq olaraq narkotik vasitələr əldə etməsi və üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat üzrə baş əməliyyat müvəkkili Şahid1 raportla rəhbərliyə müraciət etmiş və bundan sonra özünün, ƏÇPA-nın polis nəfərləri X10 və X6 iştirakları ilə əməliyyat qrupu yaradılaraq, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. 02 noyabr 2021-ci il tarixdə saat 01:00 radələrində Nicadın qanunsuz əməlini ifşa etmək üçün Binəqədi rayonu, Atatürk prospektinə gələrək əməliyyat mövqeyi seçmişlər. Nicadın zahiri görünüşü onlara məlum olmuşdur və onlar Nicadın piyada gəldiyini görüb əlverişli məqam yaranan kimi 108 saylı poçtun arxa tərəfində tədbir iştirakçıları ilə birlikdə ona yaxınlaşıb, özlərini təqdim edib, xidməti vəsiqələri göstərib, həmin şəxsdən özünü təqdim etməsini istəmişlər. O, özünü təqdim etdikdən sonra ona qanunsuz olaraq olaraq narkotik vasitə əldə etməsi üzərində gəzdirməsində şübhəli olduğunu bildirib onu Binəqədi RPİ-nin 5-ci PB-nə dəvət etmişlər. Bölmədə xidməti otaqların birində ona hüquq və vəzifləri elan olunduqdan sonra Təqsirləndirilən şəxs dövlət hesabına vəkillə təmin olunmaq istəyinə dair ərizə ilə müraciət etmiş və vəkil dəvət olunub ona təqdim edilmişdir. Bundan sonra Nicadın özünün razılıq ərizəsi əsasında vəkilinin iştirakı olmadan video çəkilişlə onun üzərinə axtarış keçirilmişdir. Axtarışdan öncə ona üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofana bükülümüş 02 ədəd bükülüləri çıxarıb masanın üzərinə qoyub, həmin bükülülərin içərisində “heroin” olduğunu, özünün narkorik vasitə istifadəçisi olmasını demişdir. 02.11.2021-ci il tarixdə Binəqədi RPİ-nin 5-ci PB-nin təhqiqatçısı polis mayoru Orxan Təhməzli tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanılmışdır. 02.11.2021-ci il tarixdə Quliyev X14 RPİ-nin 5-ci PB-nin təhqiqatçısı polis mayoru Orxan Təhməzli tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 03.11.2021-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfimdən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. 03.11.2021-ci il tarixdə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 4(001)-1164/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə təyin edilmiş və keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 02 noyabr 2021ci il tarixli 6/4854 saylı məhkəmə-kimyəvi ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ AR. DİN. Zərflər üçün N 174 möhür əksi, vətəndaş Təqsirləndirilən şəxs götürülmüş 02 ədəd”..... sözləri olan zərfdəki 02 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,813 qram; 0,201 qram; ümumi təmiz çəkiləri 1.014 qram maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 02 ədəd bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. İş üzrə təyin edilmiş və keçirilmiş məhkəmə narkoloji ekspertizasının 10.01.2022-ci il tarixli 102 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətini olması ilə əlaqədar olaraq məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsi tərəfındən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhər Binəqədi rayon məhkəməsinin 08.08.2019-cu il tarixli hökmü ilə məhkum olunmuş və Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, və 69.3-cü maddələri ilə təqsirli bilinib 01 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı Şəhər Probasiya İdarəsinin 21-1/3-4799-1 nömrəli, 14.04.2022-ci il tarixli məktubundan görünür ki, X15 cəza müddəti başa çatdığı üçün 15.01.2021-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs məhkum olunmayan hesab edilməlidir. İş materiallarında olan Dövlət İqtisad Universitetinin 3 nömrəli Yataqxananın komendantı A.Q.Məmmədov tərəfindən verilmiş arayışda qeyd edilmişdir ki, X15 epilepsiya və əqli geriliyi olan qardaşı 24.03.1997-ci il təvəllüdlü X11 daima baxmış və onun yanında olaraq ona kömək etmişdir. Hazırda xəstə qardaşına baxan yoxdur, xəstə X16 nəzarətsiz qalmışdır. İş materiallarında olan 23.02.2022-ci il tarixli qonşular (X8, X9, X17 tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, X16 əqli gerilik və epilepsiya xəstəsidir. X1 xadimə işlədiyinə görə ona qardaşı Təqsirləndirilən şəxs qulluq edirdi. Hazırda Orxan nəzarətsiz və köməksiz qalmışdır. AR Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixindən) Çıxarışdan görünür ki, X16 2 N-li X3 yüngül kəmağıllılıq, davranış pozuntusu, qıcolma tutmaları diaqnozu qoyulmuşdur. 038818 nömrəli vəsiqənin surətindən görünü rki, X16 2-ci qrup əlildir. AZ-İ N-li 145479 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 24.03.1997-ci il tarixdə doğulmuş X12in atası X13, anası isə X4r. 343676 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görüür ki, xx.xx.1993cü il tarixdə doğulmuş Təqsirləndirilən şəxs atası X13, anası isə X4r. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadəsinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları, nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi cinayətlərə görə məhkum olunmuş və məhkumluğu ödənildiyindən, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, himayəsində baxıma möhtac xəstə qardaşının olmasını, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində 02.11.2021-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 02.11.2021-ci il tarixdən hesablanmışdır. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış video çəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Bundan başqa məhkəmə, CPM-in 197-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə məhkəmə xərci kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 02.11.2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs profilaktik olaraq ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 109,90 manat (yüz doqquz manat 90 qəpik) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,914 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar