Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-181/2025 13.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Tərcüməçi X1, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 30 avqust 1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs naməlum tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,491 qram ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 01 ədəd şəffaf sellofan bükümdə əldə edərək əynində olan açıq qəhvəyi rəngli şalvarın sağ yan cibində, həmçinin xeyli miqdarda təmiz çəkisi 435,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı yapışqanlı lentlə bağlanmış sarı rəngli sellofan bağlamada əldə edərək üzərində qırmızı rəngli zolaqlar olan sellofan torbanın içərisində saxlamaqla daşımış, 22 may 2024-cü ildə saat 15:30-da Xətai rayon Polis İdarəsinin 37-ci polis şöbəsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanın qarşısında saxlanılaraq ünvan 3ən həmin polis şöbəsinin inzibati binasına aparılmış, orada həmin tarixdə saat 16:15-də üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əlində olan ağ rəngli, üzərində qırmızı rəngli zolaqlar olan sellofan torbanın içərisindən bir ədəd skoçla bağlanmış sarı rəngli sellofan bağlamada xeyli miqdarda təmiz çəkisi 435,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və əynində olan açıq qəhvəyi rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümdə xeyli miqdarda təmiz çəkisi 0,491 qram ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, naməlum tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,543 qram ağ rəngli, kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 01 ədəd şəffaf sellofan bükümdə əldə edərək əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, 23 iyul 2024-cü ildə saat 18:30-da Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X14 küçəsi 3 ünvanın yaxınlığında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, X14 küçəsi 6 ünvanda yerləşən həmin polis bölməsinin inzibati binasına aparılmış, orada həmin tarixdə saat 20:00-da üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümdə xeyli miqdarda təmiz çəkisi 0,543 qram ağ rəngli, kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ona qarşı irəli sürülmüş ittihamlarda özünü təqsirli bilmir. 22 may 2024-cü ildə saat 15 radələrində 37-ci polis şöbəsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanın qarşısında saxlanılaraq həmin polis şöbəsinin inzibati binasına aparılmış, orada ona qarşı fiziki zor tətbiq edilmiş, nəticədə törətmədiyi cinayəti etiraf etməyə məcbur olmuşdur. 2 gün MSY-də saxlanıldıqdan sonra sərbəst buraxılmışdır. Bundan başqa, 23 iyul 2024-cü ildə saat 18 radələrində 5-ci polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X14 küçəsi 3 ünvanın yaxınlığında saxlanılaraq həmin polis bölməsinin inzibati binasına aparılmış, orada da ona qarşı fiziki zor tətbiq edilmiş, nəticədə törətmədiyi cinayəti etiraf etməyə yenidən məcbur olmuşdur. Heç bir cinayət törətmədiyini nəzərə alıb, barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Xətai RPİ-in 37-ci polis şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Rəna adlı şəxsin Xətai rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə 37-ci polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat bölmə rəhbərliyinə məruzə olunmuş və Rəna adlı şəxsin ifşa edilməsi məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Təşkil edilmiş əməliyyat qrupunun tərkibinə o və polis şöbəsinin sahə inspektoru, polis leytenantı Şahid4 daxil edilmişdir. Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində müşahidə mövqeyi tutaraq bir qədər gözlədikdən sonra saat 15:30-da həmin ünvanda zahiri görünüşünə görə Rəna adlı şəxsə bənzəyən şəxsin gəldiyini görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə 37-ci polis şöbəsinə məlumat daxil olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs razılaşaraq onlarla birlikdə 37-ci polis şöbəsinin inzibati binasına gəlmişdir. Hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət edildikdən sonra onun üzərinə təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə aparılmışdır. Bundan sonra müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs üzərində olan qeyri-qanuni əşyaları təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs əlində olan bir ədəd ağ sellofanı, əynindəki cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş maddəni çıxararaq təqdim etmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs əlində olan sellofandakı maddənin marixuana olmasını, cibindən aşkar edilmiş kütlənin isə “patı” kimi tanıdığı metamfetamin olmasını, marixuananı bir qədər əvvəl Xətai rayonu, NZS qəsəbəsində zibillik olan yerin yaxınlığında yerdən tapdığını, içərisini açıb baxdıqda marixuana olmasını gördükdən sonra öz istifadəsi üçün götürdüyünü, sağ yan cibindən aşkar edilmiş psixotrop maddəni 28 May metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Bundan sonra aşkar edilmiş ot halında olan kütlə tərəzidə ölçülmüş və çəkisinin 465 qram olması müəyyən edilmişdir. Həmçinin içərisində ağ rəngli kristal formalı kütlə tərəzidə ölçülmüş və çəkisinin qablaşdırma ilə birlikdə 0,67 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd bükümdə olan maddələr ayrıayrılıqda zərfə qoyularaq qablaşdırılmış, zərf və tərib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Saxlanılan və şöbəyə gətirilən zaman, eləcə də şöbədə üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs qarşı heç bir zor və təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-in 37-ci polis şöbəsinin sahə inspektoru, polis leytenantı Şahid4 eyni məzmunlu ifadə verərək Şahid3 ifadəsində qeyd olunan xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə olunması, saxlanılması, daşınması və Bakı şəhəri Binəqədi rayonu ərazisində həmin maddələrin dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran mənbədən məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna sahə inspektoru, polis kapitanı Şahid2 Nazim oğlu da daxil edilmişdir. xx.xx.2024-cü ildə saat 18:30 radələrində ünvan 6 ünvanın qarşısında olan zaman orada piyada şəkildə hərəkətdə olan, xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib həmin şəxsin şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra onlar həmin şəxsə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə olunması və Bakı şəhəri Binəqədi rayonu ərazisində həmin maddələrin dövriyyəsi ilə məşğul olmalarında şübhəli olduqlarını bildirib 5-ci polis bölməsinə dəvət etmişlər. Həmin şəxs onlara etiraz etməyib razılaşaraq onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Orada Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, üzərində şəxsi axtarış aparılmışdır. Bundan sonra xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində olması ehtimal edilən narkotik vasitə və psixotrop maddəni təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olan bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxardıb qarşısındakı masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin büküm Təqsirləndirilən şəxs və iştirakçıların gözü qarşısında açılan zaman bükülünün içində ağ rəngli metamfetaminə bənzər maddə olması müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə qadın cinsindən olan bir nəfər şəxsin iştirakı ilə şəxsi axtarış keçirilən zaman üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında sonuncunun təqdim etdiyi bir ədəd şəffaf sellofana bükülmüş büküm içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və həmin maddəni haradan əldə etməsi soruşulduqda Rəna bildirmişdir ki, üzərindən aşkar olunmuş həmin maddə “patı” kimi bilinən psixotrop maddə metamfetamindir və həmin psixotrop maddəni xx.xx.2024-cü ildə səhər saatlarında Alatava ərazisində tanımadığı kişi cinsli şəxsdən 10 manat pul müqabilində şəxsi istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman, habelə üzərində şəxsi axtarış və götürmə aparılan zaman ona qarşı heç bir fiziki və ya psixi zor yaxud da təzyiq göstərilməmişdir. Şahid qismində dindirilmiş Binəqədi RPİ-in 5-ci PB-in sahə inspektoru, polis kapitanı Şahid2 Nazim oğlu eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində qeyd olunan xüsusatları təsdiq elmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:30-da Azərbaycan Respublikası CM-in 234.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 24). Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 iyul 2024-cü ildə saat 18:30-da Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X14 küçəsi 3 ünvanın yaxınlığında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, X14 küçəsi 6 ünvanda yerləşən həmin polis bölməsinin inzibati binasına aparılmış, orada həmin tarixdə saat 20:00-da üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür (cild 1, i.v.35-36). Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 6/3771 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün № 174” dairəvi möhür əksləri olan, “..Təqsirləndirilən şəxs...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,543 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,493 qram (cild 1, i.v 46-49). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 59-60). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o həmin tarixdə saxlandığı Binəqədi RPİ-in MSY-dən azad edilmişdir (cild 1, i.v 82-83). Binəqədi Rayon polis idarəsinin 5-ci Polis bölməsində xidməti otaqlardan birində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd DVD-R diskdən görünür ki, X11in sol tərəfində masa arxasında əyləşmiş əynində göy rəngli cins şalvar, ağ rəngli kofta olan şəxs Təqsirləndirilən şəxsdır. Təqsirləndirilən şəxs sağ yanında dayanmış şəxslər - adları video çəkiliş zamanı təhqiqatçı tərəfindən sadalanan Binəqədi Rayon polis idarəsinin 5-ci Polis bölməsinin cinayət-axtarış üzrə əməliyat müvəkkili, polis baş leytenantı Şahid1 və həmin bölmənin sahə inspektoru, polis kapitanı Şahid2 Nazim oğludur. Təqsirləndirilən şəxs qarşısında əyləşmiş şəxs isə Sabunçu rayonu, 9-cu mədən, şəhid Akif Əliyev küçəsində yaşayan X7r. Videoçəkilişin davamında X11 Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir və ona üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif edir. Bu zaman Təqsirləndirilən şəxs sağ əlini əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə salaraq oradan bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxardıb qarşısındakı masanın üzərinə qoyur. Bundan sonra şəxsi axtarış və götürmədə iştirak edən Aidə Kazımova Təqsirləndirilən şəxs üzərinə baxış keçirir və onun üzərindən iş üzrə sübut əhəmiyyətinə malik hər hansı bir əşya aşkar edilmir. X6 həmin maddənin nə olduğunu soruşduqda Rəna həmin maddənin “patı” kimi bilinən psixotrop maddə olduğunu, həmin maddəni Yasamal rayonu, Alatava adlanan ərazidə, tanımadığı bir şəxsdən 10 manat pul müqabilində öz istifadəsi üçün aldığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükülü iştirakçıların və sonuncunun gözü qarşısında açılır və həmin bükülünün içində ağ rəngli, kristallardan ibarət maddə olması görünür. 01 ədəd şəffaf sellofana büklümüş büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan görüntüdəki şəxslərin gözü qarşısında elektron tərəzidə çəkilib qablaşdırılaraq ağ rəngli zərfə qoyulur və Azərbaycan Respublikası Daxil İşlər Nazirliyinin 174 saylı möhürü ilə möhürlənir. Daha sonra həmin zərfin üzəri Təqsirləndirilən şəxs, iştirak edən Aidə Kazımova və polis əməkdaşları tərəfindən imzalanır (cild 1, i.v 88). Cinayət işi başlanması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Xətai RPİ-in İŞ-də Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 130). Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:30-da Azərbaycan Respublikası CM-in 234.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 159). Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 may 2024-cü ildə saat 15:30-da Xətai rayon Polis İdarəsinin 37-ci polis şöbəsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanın qarşısında saxlanılaraq ünvan 3ən həmin polis şöbəsinin inzibati binasına aparılmış, orada həmin tarixdə saat 16:15-də üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əlində olan ağ rəngli, üzərində qırmızı rəngli zolaqlar olan sellofan torbanın içərisindən bir ədəd skoçla bağlanmış sarı rəngli sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə və əynində olan açıq qəhvəyi rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümdə ağ rəngli, kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür (cild 1, i.v.171-174). Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 6/2898 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “... Təqsirləndirilən şəxs (imza)...) sözləri olan bir ədəd kağız zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,543 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,441 qram (cild 1, i.v 185-188). Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 7/814 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “... Təqsirləndirilən şəxs (imza)...) sözləri olan 1 (bir) ədəd üzəri skoçla bağlanmış sarı rəngli sellofan bağlamada təmiz çəkisi 435 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata sərf edildi 0,05 qram, qalıq 434,95 qram (cild 1, i.v 190-193). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 2, i.v. 4-5). Bakı şəhəri Xətai RPİ-in 37-ci polis şöbəsində xidməti otaqlardan birində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd “CD” formatlı diskdən görünür ki, təhqiqatçı X8 müdafiəçi X10, Xətai RPİ-in 37-ci PŞ-in əməliyyat müvəkkili Şahid3, sahə inspektoru Şahid4, qadın iştirakçı Hüseynova Əntiqə Babaş qızının və tərcüməçi X4 iştirakları ilə Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanılması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan bir ədəd ağ sellofanı, əynindəki cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş maddəni çıxararaq təqdim edir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs əlində olan sellofandakı maddənin marixuana olduğunu, cibindən çıxardığı kütlənin isə “patı” kimi tanıdığı metamfetamin olduğunu, marixuananı bir qədər əvvəl Xətai rayonu, NZS qəsəbəsində zibillik olan yerin yaxınlığında yerdən tapdığını, içərisini açıb baxdıqda marixuana olmasını gördükdən sonra öz istifadəsi üçün götürdüyünü, sağ yan cibindən aşkar edilmiş psixotrop maddəni 28 may metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 20 manata aldığını bildirir. Bundan başqa aşkar edilmiş ot halında olan kütlə tərəzidə ölçülür və çəkisinin 465 qram olması müəyyən edilir. Həmçinin içərisində ağ rəngli kristal formalı kütlə tərəzidə ölçülür və çəkisinin qablaşdırma ilə birlikdə 0,67 qram olması müəyyən edilir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd bükümdə olan maddələr ayrıayrılıqda zərfə qoyularaq qablaşdırılır, zərf və tərtib ediliş protokol bütün iştirakçılar tərəfindən imzalanır (cild 2, i.v.18). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, həmin gün saxlandığı Xətai RPİ-in MSYdən azad edilmişdir (cild 2, i.v. 24-26). Maddi sübut kimi tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş həmiz çəkisi 0,491 qram çəkidə psixotrop maddə metamfetamin və təmiz çəkisi 435 qram narkotik vasitə qurudulmuş marixiana maddi sübut kimi tanınmaqla qalıq çəkisi 0,441 qram psixotrop maddə metamfetamin, 434,95 qram narkotik vasitə qurudulmuş marixiana saxlanılması üçün polis idarəsinin saxlanc yerinə təhvil verilmişdir (cild 2,i.v.27-28). Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 09:10-da Xətai RPİ-in əməkdaşları tərəfindən həmin idarənin İŞ-də Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi üzrə müstəntiq tərəfindən elan edilmiş axtarış əsasında tutulmuşdur (cild 2, i.v.45). Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xətai RPİ-in MSY-dən azad edilmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 2, i.v.48). Məhkəmə-narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli 5063 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2,i.v.73-74). Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 0,543 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmaqla qalıq çəkisi 0,493 qram saxlanılması üçün Binəqədi RPİ-yə təhvil verilmiş, 22 may 2024-cü ildə və 23 iyul 2024-cü ildə Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə hərəkətlərininin həyata keçirilməsi prosesini əks etdirən videoçəkilişin görüntüləri olan 02 ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2,i.v.88-89). Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə yeni məzmunlu ittiham elan edilmişdir (cild 2, i.v 94-96). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanılmışdır (cild 2, i.v.108-109). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi şahidlərin ifadələri, şəxsi axtarış və baxış keçirilməsinə dair protokollar və onlara əlavə edilmiş videoçəkilişlərlə,ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu cinayətləri törətmədiyi, Xətai RPİ-in 37-ci polis şöbəsinin və Binəqədi RPİ-in 5-ci polis bölməsinin əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalaraq törətmədiyi cinayətləri etiraf etməyə məcbur edilməsi barədə ifadəsində göstərdiyi xüsusatları əsaslı hesab etmir. Belə ki, işdə olan vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin gün Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim edilmiş və o, hüquqlarının vəkil Müdafiəçi tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirmişdir. Cinayət işinin materiallarından görünür ki, müdafiəçi təqdim edildikdən sonra Təqsirləndirilən şəxs ilə aparılmış bütün istintaq hərəkətləri vəkilin iştirakı ilə keçirilmiş, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə dindirilərkən cinayətlə bağlı etirafedici ifadələr vermişdir. Məhkəmədə də Təqsirləndirilən şəxs hüquqları həmin müdafiəçi tərəfindən müdafiə edildiyindən bu xüsusat əlavə olaraq Təqsirləndirilən şəxs soruşulmuş və o, müdafiəçisi Müdafiəçi onunla etdiyi söhbətlərdə bir dəfə də olsun məhkəmədə verdiyi ifadəsinə uyğun söz demədiyini bildirmiş, bunun səbəbini izah edə bilməmişdir. Bundan başqa, iş üzrə şahid qismində keçən Xətai RPİ-in 37-ci PŞ-in əməkdaşları Şahid3 və Şahid4, Binəqədi RPİ-in 5-ci PB-in əməkdaşları Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiklərini təkzib etmiş, şahidlər Şahid3 və Şahid4 onu 22 may 2024-cü ildə saat 15:30-da Xətai rayonu, Sovxoz küçəsi 14 ünvanın qarşısında saxladıqlarını, təhlükəsizlik tədbirləri nəzərə alınaraq onu Xətai RPİ-in 37-ci PŞ-in inzibati bınasına gətirdiklərini, orada müdafiəçinin və onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldığını, şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs könüllü olaraq əlində olan ağ rəngli, üzərində qırmızı rəngli zolaqlar olan sellofan torbanın içərisindən bir ədəd skoçla bağlanmış sarı rəngli sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuananı və əynində olan açıq qəhvəyi rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümdə psixotrop maddə metamfetamini çıxarıb təqdim etdiyini, sorğu-sual zamanı əlində olan sellofandakı maddənin marixuana olduğunu, cibindən çıxardığı kütlənin isə “patı” kimi tanıdığı metamfetamin olduğunu, marixuananı Xətai rayonu, NZS qəsəbəsində zibillik olan yerin yaxınlığında yerdən tapdığını, sağ yan cibindən aşkar edilmiş psixotrop maddəni 28 may metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 20 manata aldığını dediyini bildirmişlər. Bundan başqa, iş üzrə şahid qismində keçən Binəqədi RPİ-in 5-ci PŞ-in əməkdaşları Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs 23 iyul 2024-cü ildə saat 18:30-da Binəqədi rayonu, 7-ci mikrorayon, X14 küçəsi 3 ünvanın yaxınlığında saxladıqlarını, təhlükəsizlik tədbirləri nəzərə alınaraq onu Binəqədi RPİ-in 5-ci PB-in inzibati bınasına gətirdiklərini, orada onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldığını, şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümdə psixotrop maddə metamfetamini çıxarıb təqdim etdiyini, sorğu-sual zamanı cibindən çıxardığı kütlənin “patı” kimi tanıdığı metamfetamin olduğunu, onu Alatava adlanan yerdən tanımadığı şəxsdən 10 manata aldığını dediyini bildirmişlər. Şahidlərin ifadələri Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılarkən videokamera vasitəsi ilə qeydə alınmış və 02 ədəd dvd formatlı diskə köçürülmüş videogörüntü ilə də təsdiq olunur. Belə ki, videolara baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən ona üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, bundan sonra o, üzərində olan psixotrop maddə metamfetaminləri və narkotik vasitə qurudulmuş marixuananı çıxararaq masanın üzərinə qoymaqla könüllü təqdim etmişdir. Bu zaman ona qarşı heç bir təsir v təzyiq edilməmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs Xətai RPİ-in 37-ci polis şöbəsinin və Binəqədi RPİ-in 5-ci polis bölməsinin əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması barədə məhkəmədə verdiyi ifadəsi əsasında müvafiq rayon prokurorluqlarına məlumat göndərilmiş, həmin məlumatlar əsasında araşdırma aparılmış, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar təsdiqini tapmadığından xx.xx.2024-cü ildə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, cinayət işinin materiallarında olan məhkəmə tibbi-ekspertizasının xx.xx.2024-cü il tarixli 1578 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədən səthində xəsarət aşkar olunmamışdır (cild 2, i.v.70-71). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs gətirdiyi dəlillər həmin dəlillərin yoxlanılması zamanı öz təsdiqini tapmadığından özünümüdafiə xarakterli qiymətləndirilib rədd edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur (cild 1,i.v 100-102). Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən etmir. Məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsaslanmaqla cinayətin təkrar törədilməsini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələr aludəçisi olduğunu, oxşar cinayətlərə görə əvvəllər 4 dəfə məhkum olunduğunu, cinayəti təkrar törətməsini və bu mənada azadlığın məhdudlaşdırılması cəzasının ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi CMin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzaçəkmə müddətinin əvvəli 13 fevral 2025-ci il tarixdən hesablanmalı, onun ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-ci ilədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü ilədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-ci ilədək şübhəli şəxs qismində tutulduğu 5 (beş) gün cəza müddətinə hesablanmalı, ona müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edildiyindən barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək o, dərhal məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, məhkəmə narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli 5063 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış və Xətai RPİ-in saxlancında saxlanılan qalıq çəkisi 0,441 qram psixotrop maddə metamfetamin və qalıq çəkisi 434,95 qram narkotik vasitə qurudulmuş marixuana, habelə Binəqədi RPİ-in saxlancında saxlanılan qalıq çəkisi 0,493 qram psixotrop maddə metamfetamin məhv edilməli, şəxsi axtarış və götürmənin əks olunduğu iki ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, 244 (iki yüz qırx dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü ilədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-ci ilədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-ci ilədək şübhəli şəxs qismində tutulduğu 5 (beş) gün cəza müddətinə hesablanaraq üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 13 fevral 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o dərhal məhkəmə iclas zalında həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübutlar – Xətai RPİ-də saxlanılan 0,441 (qalıq çəki) psixotrop maddə metamfetamin və 434,95 qram (qalıq çəki) narkotik vasitə qurudulmuş marixuana, Binəqədi RPİ-də saxlanılan 0,493 qram psixotrop maddə metamfetamin məhv edilsin. İki ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 244 (iki yüz qırx dörd) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN **********, X3, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-181/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-181/2025
13.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver