Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-182/2021 22.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 oğlunun, Təqsirləndirilən şəxslərin müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə xx.xx.2000-ci il tarixdə Yevlax şəhərində anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penetensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü (təsviri-əsaslandırıcı hissədə CM) maddələri ilə təqsirləndirilməsinə dair və xx.xx.1996-cı il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Mahmudlu- 2 kəndində qeydiyyatda olan və ünvan 11 ünvanda yaşamış, ünvan 3 qərarına əsasən barəsində seçilmiş «həbs» qətimkan tədbiri «ev dustaqlığı» qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü (təsviri-əsaslandırıcı hissədə CM) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək saxlanc yerinə qanunsuz daxil olub tamah niyyəti ilə özgənin əmlakını gizli talamaqla təkrarən oğurluq etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək saxlanc yerinə qanunsuz daxil olub tamah niyyəti ilə özgənin əmlakını təkrarən gizli talamağa cəhd etmişdir. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək saxlanc yerinə qanunsuz daxil olub tamah niyyəti ilə özgənin əmlakını gizli talamaqla təkrarən oğurluq etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək saxlanc yerinə qanunsuz daxil olub tamah niyyəti ilə özgənin əmlakını təkrarən gizli talamağa cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 - tamah niyyəti ilə özgənin əmlakını gizli talama məqsədi ilə dostu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək 10.11.2020-ci il tarixdə ünvan 4 ünvanında yerləşən, Zərərçəkmiş şəxs2 məxsus birmərtəbəli yaşayış evinin həyətinə əvvəlcədən aralarında baş tutmuş sövdələşməyə əsasən birlikdə hasardan aşmaqla qanunsuz daxil olaraq orada saxlanılan bir ədəd 200 manat dəyərində «Bosch» markalı elektrik drelini, bir ədəd 50 manat dəyərində «Chandan» markalı plastmas boruların birləşdirilməsi üçün istifadə olunan elektrik ütüsünü, bir ədəd içərsində 32 manat dəyərində plastmas boru başlıqları və keçiriciləri olan sellofan torbanı, ümumi dəyəri 218 manat olan hər birinin uzunluğu 4 metr olmaqla yarısı 4X4 mm ölçülü, yarısı isə 10X4 mm ölçülü 28 ədəd dəmir profilləri birlikdə daşıyıb həyətdən bayıra çıxarmaqla gizli talayıb yoldan keçərkən əl işarəsi ilə saxladıqları, istintaqa məlum olmayan taksi avtomobilinə birlikdə yükləyib apararaq dəmir profilləri elə həmin tarixdə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 294B ünvanında fəaliyyət göstərən əlvan metal qəbulu məntəqəsinin işçisi Şahid6, taladıqları digər əmlakı isə istintaqa məlum olmayan vaxtda və yerdə istintaqa məlum olmayan şəxslərə satmaqla əldə olunmuş pulu öz aralarında bölərək əmlak sahibi Zərərçəkmiş şəxs2 ümumilikdə 500 manat məbləğində maddi zərər vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını təkrarən gizli talama məqsədi ilə dostu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək 2020-ci ilin noyabr ayının 28-dən 30-dək olan müddət ərzində axşam saatlarında ünvan 6 ünvanında yerləşən tikinti sahəsinin hasarlanaraq mühafizə olunan ərazisinə əvvəlcədən aralarında baş tutmuş sövdələşməyə əsasən birlikdə hasardan aşmaqla qanunsuz daxil olaraq orada saxlanılan hər birinin uzunluğu 4 metr, diametri 25 milimetr olan 85 ədəd dəmir armaturları birlikdə daşıyıb hasardan bayıra çıxarmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ayrı-ayrı vaxtlarda iki dəfəyə gizli talayıb yoldan keçərkən əl işarəsi ilə saxladıqları, istintaqa məlum olmayan taksi avtomobilinə birlikdə yükləyib apararaq Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi DSK Yolu adlanan ərazidəki yolun kənarında fəaliyyət göstərən əlvan metal qəbulu məntəqəsinin işçisi Şahid5 satmaqla əldə olunmuş pulu öz aralarında bölərək əmlak sahibi Zərərçəkmiş şəxs1 ümumilikdə 1800 manat məbləğində maddi zərər vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını təkrarən gizli talama məqsədi ilə dostu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək 30 noyabr 2020-ci il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs1 məxsus, ünvan 6 ünvanında yerləşən tikinti sahəsinin hasarlanaraq mühafizə olunan ərazisinə əvvəlcədən aralarında baş tutmuş sövdələşməyə əsasən birlikdə hasardan aşmaqla qanunsuz daxil olaraq orada saxlanılan hər birinin uzunluğu 4 metr, daimetri 25 milimetr olan 487 manat dəyərində 23 ədəd dəmir armaturları birlikdə daşıyıb hasardan bayıra çıxarıb satmağa aparmaq üçün yoldan keçərkən əl işarəsi ilə saxladıqları, Şahid2 yük taksisi avtomobilinə birlikdə yükləyib gizli talayarkən yaxınlıqdakı “Tayqa” ticarət mərkəzinin işçiləri tərəfindən durdurulduğundan öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyib oğurluğa cəhd etmişdir. Təqsirləndirilən şəxs1 - tamah niyyəti ilə özgənin əmlakını gizli talama məqsədi ilə dostu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək 10.11.2020-ci il tarixdə ünvan 4 ünvanında yerləşən, Zərərçəkmiş şəxs2 məxsus birmərtəbəli yaşayış evinin həyətinə əvvəlcədən aralarında baş tutmuş sövdələşməyə əsasən birlikdə hasardan aşmaqla qanunsuz daxil olaraq orada saxlanılan bir ədəd 200 manat dəyərində «Bosch» markalı elektrik drelini, bir ədəd 50 manat dəyərində «Chandan» markalı plastmas boruların birləşdirilməsi üçün istifadə olunan elektrik ütüsünü, bir ədəd içərsində 32 manat dəyərində plastmas boru başlıqları və keçiriciləri olan sellofan torbanı, ümumi dəyəri 218 manat olan hər birinin uzunluğu 4 metr olmaqla yarısı 4X4 mm ölçülü, yarsı isə 10X4 mm ölçülü 28 ədəd dəmir profilləri birlikdə daşıyıb həyətdən bayıra çıxarmaqla gizli talayıb yoldan keçərkən əl işarəsi ilə saxladıqları, istintaqa məlum olmayan taksi avtomobilinə birlikdə yükləyib apararaq dəmir profilləri elə həmin tarixdə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 294B ünvanında fəaliyyət göstərən əlvan metal qəbulu məntəqəsinin işçisi Şahid6, taladıqları digər əmlakı isə istintaqa məlum olmayan vaxtda və yerdə istintaqa məlum olmayan şəxslərə satmaqla əldə olunmuş pulu öz aralarında bölərək əmlak sahibi Zərərçəkmiş şəxs2 ümumilikdə 500 manat məbləğində maddi zərər vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını təkrarən gizli talama məqsədi ilə dostu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək 2020-ci ilin noyabr ayının 28-dən 30-dək olan müddət ərzində axşam saatlarında ünvan 6 ünvanında yerləşən tikinti sahəsinin hasarlanaraq mühafizə olunan ərazisinə əvvəlcədən aralarında baş tutmuş sövdələşməyə əsasən birlikdə hasardan aşmaqla qanunsuz daxil olaraq orada saxlanılan hər birinin uzunluğu 4 metr, daimetri 25 milimetr olan 85 ədəd dəmir armaturları birlikdə daşıyıb hasardan bayıra çıxarmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ayrı-ayrı vaxtlarda iki dəfəyə gizli talayıb yoldan keçərkən əl işarəsi ilə saxladıqları, istintaqa məlum olmayan taksi avtomobilinə birlikdə yükləyib apararaq Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi DSK Yolu adlanan ərazidəki yolun kənarında fəaliyyət göstərən əlvan metal qəbulu məntəqəsinin işçisi Şahid5 satmaqla əldə olunmuş pulu öz aralarında bölərək əmlak sahibi Zərərçəkmiş şəxs1 ümumilikdə 1800 manat məbləğində maddi zərər vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını təkrarən gizli talama məqsədi ilə dostu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək 30 noyabr 2020-ci il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs1 məxsus, ünvan 6 ünvanında yerləşən tikinti sahəsinin hasarlanaraq mühafizə olunan ərazisinə əvvəlcədən aralarında baş tutmuş sövdələşməyə əsasən birlikdə hasardan aşmaqla qanunsuz daxil olaraq orada saxlanılan hər birinin uzunluğu 4 metr, daimetri 25 milimetr olan 487 manat dəyərində 23 ədəd dəmir armaturları birlikdə daşıyıb hasardan bayıra çıxarıb satmağa aparmaq üçün yoldan keçərkən əl işarəsi ilə saxladıqları, Şahid2 yük taksisi avtomobilinə birlikdə yükləyib gizli talayarkən yaxınlıqdakı “Tayqa” ticarət mərkəzinin işçiləri tərəfindən durdurulduğundan öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyib oğurluğa cəhd etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs2 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə nəzərdə tutulan ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, özünü dolandırmaq və ailəsinə köməklik etmək məqsədi ilə əvvəllər tək, sonra isə qonşuluqda yaşayan tanışı Təqsirləndirilən şəxs1 ilə birlkdə 2020-ci ilin noyabr ayından etibarən yaşadıqları ərazinin ətrafındakı boş ərazilərdən tullantı metal qalıqları toplayaraq ayrı-ayrı məntəqələrə təhvil verib gündəlik 5-10 manat qazanc əldə etməklə məşğul olmuşdur.Dəqiq günləri hazırda xatırlamasa da, təxmini yadındadır ki, 2020-ci ilin təxminən noyabr ayının əvvəllərində yaşadığı məhəllənin ətraf ərazilərini gəzişərkən diqqətini Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Binəqədi Şossesinin kənarında yerləşən zavodun arxasındakı boş həyət cəlb etmişdir.Əhatə olunduğu daş hasarın üstündən həmin tikinti sahəsinə baxdıqda görmüş ki, orada yaşayış yoxdur, yerdə də çox saylı tullantı metal qırıqları var.Qərara gəlmişdir ki, hasardan aşmaqla həmin həyətə keçsin və satıb pul əldə etmək üçün oradan bir qədər dəmir yığsın.Axşam saatlarında həmin həyətə daxil olaraq heç bir maneəyə rast gəlmədən oradan gücü çatan miqdarda dəmir profillər toplayıb hasarın kənarına gətirmiş, oradakı daş hasarın üstündən küçəyə ataraq özü də hasarın üstündən bayıra atlamışdır. Dəmir hissələrini yolun kənarına daşıyaraq oradan keçən bir yük avtomobilinə əl edərək saxladıb xahiş etmişdir ki, yükünü aparmasında ona köməklik etsin.Heç nədən şübhələnməyən sürücü razılaşmış və o, həmin dəmir hissələrini avtomobilə yükləyərək satmaq üçün Binəqədi Şossesi “Madeyra” mebel evinin yaxınlığında yolun kənarında fəaliyyət göstərən Asim adlı şəxsin metal qəbulu məntəqəsinə aparmış, orada gətirdiyi dəmirləri özünü məxsus olduğunu bildirərək çəkdirib satmışdır, təxmini xatırladıqlarına görə 26 manat pul əldə edərək yük avtomobilinin pulunu verib yola salmışdır, qalan pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir.Lakin həmin həyətdən o, ittihamda göstərildiyi qədər əşya oğurlamamışdır, oradan nə elektrik dreli, nə də ki, digər bir predmet götürməmişdir, yalnız tullantı dəmir qırıqları oğurlamışdır, həmin oğurluğu da o, tək törətmişdir, həmin oğurluqda İntiqam onunla iştirak etməmişdir.Bundan başqa, dəqiq günləri xatırlamasa da, təxminən yadındadır ki, 2020-ci ilin təxminən noyabr ayının sonlarında qonşu məhəllədə yaşayan Təqsirləndirilən şəxs1 ilə yenə də dəmir toplamaq üçün birlikdə ətraf əraziləri gəzişərkən diqqətlərini Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Binəqədi Şossesinin kənarında yerləşən “Tayqa” Ticarət mərkəzinin arxasındakı boş tikinti sahəsi cəlb etmişdir.Əhatə olunduğu dəmir hasarın üstündən həmin tikinti sahəsinə baxdıqda görmüşlər ki, orada çoxdandır ki, heç bir tikinti aparılmır, yerdə də çoxlu sayda tullantı armaturlar var. Qərara gəlmişlər ki, hasardan aşmaqla həmin əraziyə keçsinlər və satıb pul əldə etmək üçün oradan bir qədər dəmir yığsınlar.Axşam saatlarında əraziyə daxil olaraq heç bir maneəyə rast gəlmədən oradan gücləri çatan miqdarda dəmir armaturlardan toplayıb hasarın kənarına gətirmişlər, oradakı dəmir hasarın bir hissəsinin altından əlləri ilə qazıb yer düzəldərək bir qədər armaturlardan bayıra çıxartmışlar. Armaturları ərazinin hasarından bayıra çıxarıb topladıqdan sonra piyada yola tərəf çıxaraq yoldan keçən tanımadıqları bir yük avtomobilinə əl edərək saxladıb xahiş etmişlər ki, yüklərini aparmasında ona köməklik etsin.Heç nədən şübhələnməyən sürücü razılaşmış və onlar həmin armaturları avtomobilə yükləyərək satmaq üçün DSK Yolu adlanan ərazidə yolun kənarında fəaliyyət göstərən Rəşid adlı şəxsin metal qəbulu məntəqəsinə aparmışlar.Orada gətirdikləri armaturları özlərinə məxsus olduğunu bildirərək çəkdirib satmışlar, təxmini xatırlamalarına görə 75 manat pul əldə edərək yük avtomobilinin pulunu verib yola salmışlar, qalan pulu isə öz aralarında bölərək şəxsi ehtiyaclarına xərcləmişdirlər.Təxminən bir gündən sonra axşam saatlarında yenə də eyni qaydada eyni üsulla eyni tikinti sahəsinə daxil olaraq bir qədər də armatur çıxararaq yenə də tanımadıqları başqa bir yük avtomobili ilə daşıyıb Rəşid adlı şəxsin məntəqəsinə təxminən 100 manata satmışlar, yenə də pulu öz aralarında bölmüşlər.Təxminən iki gündən sonra yenə də axşam saatlarında həmin əraziyə gedib eyni üsulla bir qədər də armatur yığıb hasardan bayıra çıxarmışlar, yoldan keçən yük avtomobilini gətirib armaturları yükləmək istəyərkən onları kənardan “Tayqa” Ticarət mərkəzinin mühafizəçiləri görüb yaxınlaşmışlar, sorğu-sual etməyə başlamışlar, oğurluq etdiklərini başa düşərək armaturları çıxarmaqlarına imkan verməmişdirlər, onlar da sonuncu cəhdlərinin uğursuz olduğundan çıxıb gedərək bir daha oralara qayıtmamışlar.Sonradan məlum olmuşdur ki, armaturlarını apardıqları tikinti sahəsinin sahibləri polisə şikayət ediblər və onları həmin şikayət əsasında 4-cü Polis Şöbəsinin əməkdaşları saxlamışlar, onlar da törətdikləri oğurluğu səmimi etiraf etmişlər. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 təqsirini qismən etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu, ilk dəfə cinayət törətməsini, gənc olmasını, vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxlərlə barışıq əldə etməsini nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs1 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə nəzərdə tutulan ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, ittiham olunduğu cinayət əməlinə qədər Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində uşaq paltarları dükanında satıcı işləmiş, mövcud pandemiya ilə əlaqədar tədbiq olunan karantin rejiminə görə iş yeri bağlandığı üçün özünü dolandırmaq və ailəsinə köməklik etmək məqsədi ilə qonşuluqda yaşayan tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə 2020-ci ilin noyabr ayından etibarən yaşadıqları ərazinin ətrafındakı boş ərazilərdən tullantı metal qalıqları toplayaraq ayrı-ayrı məntəqələrə təhvil verməklə gündəlik 5-10 manat qazanc əldə etməyə başlamış, dəqiq günləri hazırda xatırlamasa da, təxmini yadındadır ki, 2020-ci ilin təxminən noyabr ayının sonlarında Tamerlanla birlikdə ətraf əraziləri gəzişərkən diqqətlərini Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Binəqədi Şossesinin kənarında yerləşən “Tayqa” Ticarət mərkəzinin arxasındakı boş tikinti sahəsi cəlb etmişdir. Əhatə olunduğu dəmir hasarın üstündən həmin tikinti sahəsinə baxdıqda görmüşlər ki, orada çoxdandır ki, heç bir tikinti aparılmır, yerdə də çox saylı tullantı armaturlar var.Qərara gəlmişlər ki, hasardan aşmaqla həmin əraziyə keçsinlər və satıb pul əldə etmək üçün oradan bir qədər dəmir yığsınlar. Axşam saatlarında əraziyə daxil olaraq heç bir maneəyə rast gəlmədən oradan gücləri çatan miqdarda dəmir armaturlardan toplayıb hasarın kənarına gətirmişlər, oradakı dəmir hasarın bir hissəsinin altından əlləri ilə qazıb yer düzəldərək bir qədər armaturlardan bayıra çıxartmışlar.Armaturları ərazinin hasarından bayıra çıxarıb topladıqdan sonra piyada yola tərəf çıxaraq yoldan keçən tanımadıqları bir yük avtomobilinə əl edərək saxladıb xahiş etmişlər ki, yüklərini aparmasında ona köməklik etsin. Heç nədən şübhələnməyən sürücü razılaşmış və onlar həmin armaturları avtomobilə yükləyərək satmaq üçün DSK Yolu adlanan ərazidə yolun kənarında fəaliyyət göstərən Rəşid adlı şəxsin metal qəbulu məntəqəsinə aparmışlar. Orada gətirdikləri armaturları özlərinki kimi qələmə verərək çəkdirib satmışlar, təxmini xatırlamalarına görə 75 manat pul əldə edərək yük avtomobilinin pulunu verib yola salmışlar, qalan pulu isə öz aralarında bölərək şəxsi ehtiyaclarına xərcləmişlər. Təxminən bir gündən sonra axşam saatlarında yenə də eyni qaydada eyni üsulla eyni tikinti sahəsinə daxil olaraq bir qədər də armatur çıxararaq yenə də tanımadıqları başqa bir yük avtomobili ilə daşıyıb Rəşid adlı şəxsin məntəqəsinə təxminən 100 manata satmışlar, yenə də pulu öz aralarında bölmüşlər. Təxminən iki gündən sonra yenə də axşam saatlarında həmin əraziyə gedib eyni üsulla bir qədər də armatur yığıb hasardan bayıra çıxarmışlar, yoldan keçən yük avtomobilini gətirib armaturları yükləmək istəyərkən onları kənardan “Tayqa” Ticarət mərkəzinin mühafizəçiləri görüb yaxınlaşmışlar, sorğu-sual etməyə başlamışlar, oğurluq etdiklərini başa düşərək armaturları çıxarmaqlarına imkan verməmişdirlər, onlar da sonuncu cəhdlərinin uğursuz olduğundan çıxıb gedərək bir daha oralara qayıtmamışlar. Sonradan məlum olmuşdur ki, armaturlarını apardıqları tikinti sahəsinin sahibləri polisə şikayət ediblər və onları həmin şikayət əsasında 4-cü Polis Şöbəsinin əməkdaşları saxlamışlar, onlar da törətdikləri oğurluğu səmimi etiraf etmişdirlər. Lakin ittihamın Zərərçəkmiş şəxs2 ilə bağlı olan hissəsi ilə özünü təqsirli bilmir, ona görə ki, həmin oğurluqda o, iştirak etməmiş, həmin oğurluğu dostu Təqsirləndirilən şəxs2 onun iştrakı olmadan törətmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 təqsirini qismən etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu, ilk dəfə cinayət törətməsini, gənc olmasını, vurulmuş ziyanın tam ödənildiyini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, təxminən 7 ildir ki, ünvan 6 ünvanında yerləşən, qohumu Nicat Mirzəyevə məxsus torpaq sahəsində anbar tikintisi ilə məşğuldur.Torpaq sahəsinin sahibi ona notarial qaydada etibarnamə verdiyi üçün aparılan tikinti işlərinə maddi-məsul şəxs özüdür, tikintidə istifadə olunan materialları öz hesabına alıb, sonradan obyekt sahibi ilə haqq-hesab edir.Qeyd olunan torpaq sahəsi hündür dəmir hasarla əhatə olunub, gecə və gündüz vaxtı növbəli şəkildə mühafizə olunur, əraziyə giriş bir qapıdandır, həmin qapı hissəsində də mühafizəçi olur. 2020-ci ilin noyabr ayının sonlarında hazırda adı və telefonu xatırında qalmayan, yuxarıda qeyd etdiyi torpaq sahəsinin qonşuluğunda yerləşən «Tayqa» marketinin işçisi zəng vuraraq axşam vaxtı onların obyektindən naməlum şəxslərin armatur daşıyıb apardıqları zaman qarşılarını aldıqlarını, həmin şəxslərin armaturları hadisə yerində atıb qaçdıqlarını bildirmişdir. Həmin vaxt özü rayonda olduğu üçün zəng vurub obyektin Qurban adlı mühafizəçisinə tapşırmışdır ki, həmin məsələ ilə maraqlansın.Qurban həmin əraziyə yaxınlaşıb öz tərəfindən araşdırma apardıqdan sonra zəng vurub ona faktı təsdiqləmiş, bildirmişdir ki, həmin şəxslər obyektdən 23 ədəd, təxminən 487 manat dəyərində armatur çıxarsalar da «Tayqa» marketinin işçiləri tərəfindən aşkar olunduqları üçün oğurluqlarını başa çatdıra bilmədən qaçıb getmişlər.Təxminən 5 gün sonra, 03.12.2020-ci il tarixdə şəhərə qayıdıb obyektdə gəldikdə orada qalan tikinti materiallarını hesabladıb müəyyən etmişdir ki, obyektdə saxlanılan hər birinin uzunluğu 4 metr, diametri 25 millimetr olan 85 ədəd dəmir armaturları çatışmır, oğurlanıb.Həmin ərəfədə araşdırma aparsalar da, qonşu obyektlərin təhlükəsizlik kameralarının qeydə aldıqları görüntülərə baxış keçirsələr də oğurluq edən şəxsləri müəyyən edə bilməmişlər, lakin oğurluğun qarşısını alan qonşular bildirmişlər ki, oğurluq edən şəxslər iki nəfər cavan uşaqlar olmuşlar. Həmin günün axşamı obyektdən məlumat gəlmişdir ki, obyektdən armatur daşıyan yük avtomobili hazırda qonşuluqda yerləşən obyektin həyətindən tullantı karton qutuları yığır. Tez ora gedib həmin avtomobilin sürücüsünü saxlamış və ərazinin polis sahə inspektoru Bəhruz adlı polis əməkdaşına məlumat vermişdir. Bəhruz öz əməkdaşları ilə birlikdə gəlib həmin sürücünü Polis Şöbəsinə aparmışdır. Orada həmin sürücü ilə aparılan söhbət əsnasında məlum olmuşdur ki, obyektdən oğurluq etmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2dur. Polislər həmin şəxslərin şəxsiyyətini və olduqları yeri müəyyyən edərək saxlamışlar, həmin şəxslərin özləri də obyektdən oğurluq etmələrini etiraf etmişlər. Həmin ərəfədə İntiqamın atası ona dəymiş zərərin ödəniləcəyini vəd verərək oğlunu tutdurmamağını, özü onun cəzasını verəcəyini demişdir. Oğurluğu törətmiş şəxslərin özləri etiraf edərək əyani surətdə polislərə göstərmişdirlər ki, obyektə necə hasardan aşmaqla daxil olmuşlar və oradan armaturları bir-bir əlləri ilə daşıyaraq hasarın altında qazdıqları dəlikdən keçirməklə bayıra çıxarmışlar, oradan isə yolun kənarına daşıyaraq sonradan yoldan keçən yük avtomobillərini saxlatmaqla yüklədib, aparıb metal qəbulu məntəqələrinə dəyər-dəyməzinə satmışlar. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 1800 manat məbləğində maddi zərər dəymişdir.Məhkəmə iclasında çıxış edən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tam ödənilmişdir və o, təqsirləndirilən şəxslərlə barışmışdır və təqsirləndirilən şəxslərdən heç bir şikayəti və ya tələbi yoxdur və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs2 bildirmişdir ki, o, artıq 20 ildir ki, Bakı şəhərində ailəsi ilə birlikdə yaşayır, fərdi qaydada ustalıq etməklə məşğul olur, santexnik kimi fəaliyyət göstərir.Yaşadığı ev bir mərtəbəli fərdi həyət evidir, yol kənarında yerləşir, dörd bir tərəfdən daş hasarla əhatə olunur, giriş hissəsi yol tərəfdən üzərində asma qıfıl olan dəmir darvaza ilə qorunur.06.11.2020-ci il tarixdə günorta saatlarında rayondakı hüzürlə əlaqədar ailəsi ilə birlikdə Qazax rayonuna getmişlər. 11.11.2020-ci il tarixdə rayondan qayıtdıqda görmüşdür ki, həyətində saxladığı əşyalar dağınıq haldadır, həmin əşyalarını nəzərdən keçirdikdə müəyyən etmişdir ki, həyətdə saxladığı bir ədəd dəyəri təxminən 200 manat olan «Bosh» markalı elektrik dreli, bir ədəd dəyəri 50 manat olan «Chandan» markalı, plastmas boruların birləşdirilməsi üçün nəzərdə tutulmuş elektrik ütüsü, bir ədəd içərsində 32 manat dəyərində plastmas boru başlıqları və keçiriciləri olan torba, ümumi dəyəri 218 manat olan hər birinin uzunluğu 4 metr olan yarısı 4X4 mm ölçülü, yarsı isə 10X4 mm ölçülü 28 ədəd dəmir profilləri yerində yoxdur.Evinin qapı və pəncərələri salamat olduğundan əvvəl oğurluq baş verməsindən şübhələnməmiş, iki gün ərzində əşyalarını bir daha çeşidləyib, ətrafdakı metal qəbulu məntəqələrini gəzərək həyətindən yoxa çıxmış əşyalarını axtarmağa başlamış, həyətindən yoxa çıxmış dəmir profillərin qalıq cüzi bir hissəsi yaşadığı evin qarşısından keçən yolun əks tərəfində yerləşən dəmir məntəqəsində aşkar edib oğurluq baş verməsindən tam əmin olduqdan sonra telefonla zəng vuraraq Azərbaycan Respublikası DİN-in 102 Xidmətinə məlumat vermişdir, məlumatı əsasında Binəqədi rayon Polis idarəsinin 4-cü Polis Şöbəsində araşdırma başlanmış və məlum olmuşdur ki, həyətindən həqiqətən də qonşuluqda yaşayan Tamerlan adlı cavan uşaq oğurluq edib. Sonradan məlum olmuşdur ki, onun həyətindən etdiyi oğurluqdan sonra Tamerlan başqa bir ünvanda da xeyli sayda armatur oğurlayıb, ona görə də polislər artıq onu tutublar, halbuki, həmin ərəfədə Tamerlanın atası ona dəymiş zərərin ödəniləcəyini vəd verərək oğlunu tutdurmamağını, özü onun cəzasını verəcəyini demişdirdir.Həyətindən oğurlanmış dəmir profillərin bir hissəsini yollarının əks istiqamətində yerləşən metal qəbulu məntəqəsində aşkar edib həmin profillərin ora necə gəlib çıxmasını soruşduqda məntəqənin əməkdaşı həmin dəmir parçalarının onlara iki nəfər cavan uşaq tərəfindən satılmasını təsdiq etmişdir. Öz növbəsində Tamerlanın özü də həyətindən dəmir profilləri oğurladığını və həmin məntəqəyə aparıb satdığını etiraf etmişdir, həyətinə hasardan aşmaqla necə daxil olmasını göstərmişdir, lakin yanında olan dostunun adını vermək istəməmişdir. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 500 manat məbləğində maddi zərər dəymişdir.Məhkəmə iclasında çıxış edən Zərərçəkmiş şəxs2 bildirmişdir ki, dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tam ödənilmişdir və o, təqsirləndirilən şəxslərlə barışmışdır və təqsirləndirilən şəxslərdən heç bir şikayəti və ya tələbi yoxdur və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, 2010-cu ildən DİO-da, 2016-cı ildən isə hazırki vəzifəsində xidmət aparır. Hazırda xidmət göstərdiyi inzibati əraziyə Binəqədi Şossesinin bir hissəsi də daxildir. Binəqədi Şossesi 53 ünvanında yerləşən, Zərərçəkmiş şəxs1 tərəfindən anbar tikintisi aparılan torpaq sahəsi də onun xidmət apardığı inzibati əraziyə daxildir. 2020-ci ilin noyabr ayının sonlarında axşam saatlarında yuxarıda qeyd etdiyi torpaq sahəsinin qonşuluğunda yerləşən «Tayqa» marketinin mühafizə xidmətinin Samir adlı rəhbəri ona zəng vuraraq bildirmişdir ki, qonşuluqlarındakı tikinti sahəsindən artmatur oğurlanarkən işçiləri tərəfindən oğurluğun qarşısı alınıb. Hadisə yerinə çatdıqda müəyyən etmişdir ki, İnsafgilin tikinti sahəsindən hasarından bayıra xeyli sayda armatur daşınıb çıxarılsa da «Tayqa» marketinin işçilərinin səs-küyündən oğurluğa cəhd edən iki nəfər naməlum şəxslər oğurlamaq istədikləri əmlakı ataraq qaçıb getmişlər. Həmin vaxt ətrafda tərəfindən müəyyən kəşfiyyat-profilaktiki tədirlər keçirilsə də, hadisəni törətmiş şəxsləri müəyyən etmək mümkün olmamışdır. Hadisə barədə zəng vurub tikinti sahibi Zərərçəkmiş şəxs1 məlumat verərək ərizəsini qəbul etmək üçün ora dəvət etsə də, sonuncu rayonda olduğunu və bir neçə günə gələcəyini bildirmişdir. Bir neçə gündən sonra, təxminən 03.12.2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 obyektinə gələrək özü öz yanından soraqlaşma apardıqda müəyyən etmişdir ki, obyektindən oğurluq armaturları aparmaq istədikləri yük avtomobili yenə də həmin ərazidə görünür. Bu barədə zəng vurub ona bildirdikdə o şöbənin əməliyyat müvəkkili Əvəz Hənifəyevlə birlikdə hadisə yerinə getmiş və həmin yük avtomobilinin sürücüsünü müəyyən edərək özləri ilə Polis Şöbəsinə gətirmişlər, orada həmin sürücü ilə söhbət zamanı müəyyən etmişlər ki, Zərərçəkmiş şəxs1 obyektindən oğurluğa cəhd etmiş şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1dur. Sonradan əməliyyatçılar həmin şəxslərin olduqları yeri müəyyən edərək tutub istintaq orqanına təqdim etmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs1 hesablamalarına görə obyektindən təxminən 85 ədəd dəmir armaturlar oğurlanmış, nəticədə ona 1800 manat məbləğində maddi zərər dəymişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 ifadəsində göstərmişdir ki, təxminən bir ildir ki, icarəyə götürdüyü ** CK *** dövlət qeydiyyat nişanlı ağ rəngli «Mersedes Benz» markalı yük avtomobili ilə əsasən «Azərsun» və «Suraxanı» karton fabriklərinin sifarişi ilə karton daşımaqla məşğul olur. Son vaxtlar Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Binəqədi Şossesinin üzərində yerləşən «Tayqa» marketinin arxasındakı zibillikdən də karton məhsullarını o yığır. 2020-ci ilin noyabr ayının sonlarında axşam saatlarında həmin ərazidən karton yığarkən ona iki nəfər cavan uşaqlar yaxınlaşaraq yaxınlıqdakı tikinti sahəsində gördükləri tikinti işlərindən artıq qalan dəmir armaturları öz yük avtomobili ilə dedikləri yerə aparmağını xahiş edərək əvəzində ona 10 manat məbləğində pul təklif etmişlər, o razılaşmış, onlar həmin armaturlardan bir neçə ədədini onun avtomobilinə yükləməyə başladıqda «Tayqa» marketinin adını bilmədiyi mühafizəçisi və Samir adlı inzibatçısı onlara yaxınlaşaraq onları armaturla bağlı sorğu-sual etməyə başlamışlar, suallarına dolğun cavab verə bilmədikləri üçün onlara həmin armaturları aparmaqlarına imkan verməmişlər. O da məsələnin qarışıq və şübhəli olduğunu görüb oradan heç nə götürmədən avtomobilinə əyləşib sürüb getmişdir. Bu hadisədən təxminən bir neçə gün sonra o, yenə də həmin əraziyə karton yığmaq üçün gəldikdə orada ona armatur çıxarılan tikinti sahəsinin sahibləri və polis əməkdalşları yaxınlaşmışlar, yuxarıda qeyd etdiyi hadisə barədə sorğu-sual etməyə başlamışlar, onlara bildiklərinin hamısını danışaraq ona sifariş verən cavan uşaqların əlamətlərini təsvir etdikdə Əvəz adlı polis əməkdaşı onu öz avtomobili ilə həmin şəxslərdən birinin, hazırda adını xatırlamadığı, boyca digərindən nisbətən hündür olanın qapısına aparmış, həmin şəxsi bayıra söhbət etməyə çağırmış, o da həmin şəxsi görən kimi tanıyaraq bu barədə polislərə bildirmişdir və bundan sonra sərbəst buraxılaraq öz işlərinin arxasınca getmişdir. Əlavə olaraq bildirmişdir ki, həmin şəxsləri ilk dəfə idi ki, görürmüş, onlar üçün əvvəllər heç bir yük daşımamışdır. Hazırda həmin şəxsləri görsə tanıya biləcəyinə tərəddüd edir, ona görə ki, hadisədən xeyli vaxt keçib, həm də ki, onlarla rastlaşanda hava qaranlıq, hər ikisi pandemiya ilə əlaqədar tibbi maskada olmuşlar, ona görə də sifətləri elə də yaxşı xatırında qalmayıb, bircə onu dəqiq xatırlayır ki, onlardan biri boyca nisbətən digərindən hündür imiş, hər ikisi arıq bədən quruluşlu imişlər. Həmin vaxt onlardan biri yük sifarişi ilə əlaqədar hazırda xatırında qalmayan telefon nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** saylı telefonuna zəng vurmuşdur, o da polislər tərəfindən hadisə ilə bağlı sorğulanarkən həmin telefon nömrəsini polis əməkdaşlarına vermişdir, polislər də həmin telefon nömrəsi əsasında onlardan birinin şəxsiyyətini müəyyən edərək ona təqdim etmişlər, o da həmin vaxt həmin şəxsi gözlərindən, duruşundan, bədən quruluşundan və səsindən tanımışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 ifadəsində göstərmişdir ki, təxminən üç ildir ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Binəqədi Şossesi 308C ünvanında yerləşən «Tayqa» Ticarət mərkəzində nəzarətçi vəzifəsində işləyir. 2020ci ilin noyabr ayının sonlarında axşam saatlarında xidmətdə olarkən iş yoldaşı Şahid4lə birlikdə dükanlarının bayır tərəfindən gəzintiyə çıxdıqda görmüşlər ki, dükanın arxa hissəsində bir ədəd yük avtomobili dayanıb iki nəfər də cavan uşaqlar həmin yük avtomobilinə dəmir armaturlar yığırlarmış. Həmin şəxslərə yaxınlaşaraq nə iş gördükləri ilə maraqlandıqda həmin oğlanlar bildirmişlər ki, guya yaxınlıqdakı tikinti sahəsində gördükləri tikinti işlərindən artıq qalan dəmir armaturları başqa yerə aparırlar. Armaturların təzə vəziyyətdə olmasını görüb həmin şəxslərdən şübhələnmişlər və armaturları aparmalarına imkan verməmişlər, həmin şəxslər onlara çox yalvarsalar da həmin şəxslərin qarşısında şərt qoymuşlar ki, tikinti sahəsindən kimsə bir nümayəndə gəlib desin, onlar da icazə versinlər. Yük avtomobilinin sürücüsü vaxtını boş yerə sərf etdiklərinə görə həmin oğlanlara öz iradını bildirərək çıxıb getmiş, oğlanlar isə əvvəl onları aldatmağa çalışmışlar ki, guya pulunu ödəyib icazə ilə həmin armaturları çıxarırlar, lakin sonradan onların həmin tikinti sahəsinə getmək və nümayəndələri ilə maraqlanmaqda israrlı olduqlarını görüb sakitcə oradan uzaqlaşmışlar. Bundan sonra onlar armaturların çıxarıldığı tikinti sahəsinin işçilərinə hadisə barədə xəbər yollamışlar, oranın işçiləri gəlib oğurluğun qarşısını aldıqlarına görə onlara minnətdarlıqlarını bildirərək armaturlarını yığışdırıb aparmışlar. Bir neçə gündən sonra həmin tikinti sahəsinə rəhbərlik edən Zərərçəkmiş şəxs1 yanlarına gələrək hadisənin necə baş verməsi ilə maraqlanmış, dükanın təhlükəsizlik kameralarının qeydə aldıqları görüntülərinə baxmış, armaturlarını aparmaq istəyən yük avtomobilinin sürücüsünü müəyyən edərək hadisə barədə polisə məlumat vermişdir. Sonradan eşitmişlər ki, həmin sürücünün köməkliyi ilə oğurluq etməyə cəhd etmiş həmin iki nəfər cavan oğlanlar polislər tərəfindən müəyyən edilərək saxlanılmışlar. Hazırda həmin şəxsləri görsə tanıya biləcəyinə tərəddüd edir, ona görə ki, hadisədən xeyli vaxt keçib, həm də ki, onlarla rastlaşanda hava qaranlıq, hər ikisi pandemiya ilə əlaqədar tibbi maskada olmuşlar, ona görə də sifətləri elə də yaxşı xatırlamayıb, bircə onu dəqiq xatırlayır ki, onlardan biri boyca nisbətən digərindən hündür, hər ikisi arıq bədən quruluşlu imişlər. Qarşısını aldıqları həmin oğurluq zamanı həmin şəxslər tərəfindən neçə ədəd armatur çıxarılmasını hazırda xatırlamır, ona görə ki, həmin vaxt armaturları saymamışdırlar, təxmini 20-30 ədəd armatur ola biləcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid4 ifadəsində digər Şahid3 ilə oxşar məzmunlu ifadə verərək iş üzrə eyni xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid5 ifadəsində göstərmişdir ki, təxminən 1 ildir ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi DSK Yolunun kənarında icarəyə yer götürüb metal qəbulu məntəqəsi kimi işlədir. İş rejimi səhər saat 09:00-dan axşam saat 19:00-dək davam edir, tək işləyir, həyata keçirdiyi bütün alqı-satqı əməliyyatlarını da məntəqədə olan iş dəftərində qeyd edir. Hazırda barələrində sorğu aparılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımayıb. Təxminən 2020-ci ilin noyabr ayının sonlarında həmin Tamerlanla İntiqam ikisi birlikdə arada bir gün fərqlə onun məntəqəsinə birinci dəfə 300, ikinci dəfə isə 330 kiloqram çəkidə dəmir armatur gətirib özlərinin olmasını, pula ehtiyacları olduğu üçün satdıqlarını bildirmişlər, o, hətta həmin şəxslərə təklif etmiş ki, aparıb bazarda hazır məhsul kimi bir qədər aşağı qiymətə versinlər, heyifdir, o, həmin məhsulu metallalom kimi doğrayıb qəbul edəcək, lakin onlar israrla bildirmişlər ki, mövcud pandemiya vəziyyəti ilə əlaqədar bazar işləmir, mal alan yoxdur, onların isə təcili pula ehtiyacları var. Buna baxmayaraq o, hər ehtimala qarşı onlardan birinin Təqsirləndirilən şəxs2 anket məlumatlarını və telefon nömrəsini öz iş dəftərində qeyd edərək təsdiq üçün ondan şəxsiyyət vəsiqəsinin surətini tələb etmiş, Tamerlan heç nədən çəkinməyərək ona öz şəxsiyyət vəsiqəsinin surətini də təqdim etdikdən sonra o, arxayın şəkildə onlardan gətirdikləri, hazırda sayları dəqiq xatırlamasa da, armaturları qəbul edərək hissələrə bölərək çəkib, iş dəftərindəki qeydlərə əsasən birinci dəfə gətirdikləri armaturlara görə 75 manat, ikinci dəfə isə 101 manat məbləğində pul ödəmişdir. Təxmini xatırlayır ki, onlar gətirdikləri armaturun bir hissəsini bir ədəd «QAZ 24» markalı ağ rəngli taksi avtomobili ilə, digər hissəsini isə «Ford» və ya «Mersedes» markalı köhnə yük avtomobili ilə gətirmişlər. O da həmin artmaturları topladığı digər metallalomla birlikdə bir iki gün ərzində aparıb zavoda təhvil vermişdir. Sonradan artıq polis əməkdaşları həmin şəxsləri tutub onların məntəqəsinə gətirərək çəkiliş apardıqda məlum olmuşdur ki, həmin şəxslər ona satdıqları armaturları haradansa tikinti sahəsindən oğurlayıblar. Həmin şəxslər əvvəllər ona heç vaxt digər bir metal təhvil verməmişdirlər. Həmin şəxslər təhvil verdikləri armaturlara görə pullarını alıb kənara çəkildikləri üçün pulu necə böldüklərini görməmişdir. Sürücülərin həmin şəxslərlə əlbir olmamışdırlar, çünki həmin sürücülərin əvvəllər bir neçə dəfə ayrı-ayrı müştərilər üçün mal daşıdıqlarını görmüşdür, eyni zamanda sürücülər malı boşaldan kimi çıxıb gedirmişlər, daha onlarla orada dayanıb malın çəkilməsini, doğranmasını, pulunun ödənilməsini gözləmirdilər. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid6 ifadəsində göstərmişdir ki, Şahid7 doğma xalası oğludur, ailəsi ilə birlikdə onlarla qonşuluqda yaşayır. Asim yaşca ondan böyükdür, təxminən 4 ildir ki, evlərinin yaxınlığında Binəqədi Şossesi 294B ünvanında, «Madeyra» mebel salonunun yaxınlığında icarəyə yer götürüb metal qəbulu məntəqəsi kimi işlədir. 27.09.2020-ci il tarixdə X3 başladığı ilk günlərdə Asim könüllü olaraq ordu sıralarına yazılıb döyüşə getmişdir, işi başsız qalmasın deyə, ondan xahiş etmişdir ki, müharibədən qayıdanadək onun əvəzinə məntəqəsini işlətsin. O, əvvəllər də bekar olduqda Asimin iş yerinə yanına tez-tez gedib-gəldiyindən iş prinsipləri ilə tanış imiş, ona görə də işdə olmadığı müddətdə Asimi əvəzləmək onun üçün elə də böyük bir çətinliklər yaratmamışdır. İş rejimi səhər saat 09:00-dan axşam saat 20:00-dək davam edirmiş, tək işləyirmiş, həyata keçirdiyi bütün alqı-satqı əməliyyatlarını da məntəqədə olan iş dəftərində qeyd edirmiş, həmin dövürdə dəmirin kilosunu 23 qəpikdən alırmış. Hazırda barələrində sorğu aparılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəsəbə sakinləri kimi çoxdan tanıyır, bilirmiş ki, küçədən tullantı dəmir hissələri toplamaqla məşğul olurlar, bir neçə dəfə də, hələ Asimin özü işləyərkən onun məntəqəsinə metal gətirib təhvil vermələrini görmüşdür. Asim olmadıqda məntəqəni o, işlədərkən də, iş dəftərində apardığı qeydiyyatlara əsasən 10 noyabr 2020-ci il tarixdə həmin şəxslər ikisi birlikdə onların məntəqəsinə 113 kiloqram çəkidə tullantı dəmir profillər gətirib təhvil verərək əvəzində ondan 26 manat məbləğində pul almışlar. Onlar həmin dəmir profilləri bir ədəd «VAZ 2104» markalı ağ rəngli taksi avtomobili ilə gətirmişlər, haradansa söküntü işləri aparılan ərazidən götürdüklərini bildirmişlər. Həqiqətən də gətirdikləri profil dəmirləri hisin-pasın içində imiş, vəziyyətiindən görünürmüş ki, tullantı materiallardır. Ona görə o, heç nədən şübhələnmədən, həmin şəxslərin yaşadıqları evləri tanıdığı üçün heç vəsiqələrini belə istəmədən həmin metalı onlardan qəbul edib pullarını ödəyərək yola salmışdır. Təxminən bir neçə gündən sonra məntəqələrinə bir nəfər yaşlı kişi gələrək məntəqənin qarşısındakı metalları nəzərdən keçirməyə, İntqamla Tamerlanın gətirdikləri dəmir profillərlə maraqlanmağa başlamış, nə vaxt, kim tərəfindən gətirildiyini soruşmuş, bildiyi məlumatı həmin şəxsə demiş, lakin həmin şəxs, adı sonradan Elsevər olması ona məlum olan zərərçəkmiş şəxs həmin profillərin onun həyətindən oğurlanması barədə ona bir söz belə deməmişdir. Ona görə də o, heç nədən şübhələnmədən həmin dəmir profilləri həftə ərzində qəbul etdiyi digər metal ilə birlikdə Dərnəgül qəsəbəsində yerləşən «X5» zavoduna əritməyə göndərmişdir. Sonradan həmin Elsevər adlı şəxs artıq 4-cü Polis Şöbəsinin əməkdaşları ilə gəldikdə ona məlum olmuşdur ki, həmin dəmir profillər bir neçə gün əvvəl onun yaşadığı evin həyətindən qonşuları İntiqam və Tamerlan tərəflərindən oğurlanaraq onların mənətəqəsinə satılıb. Bu barədə bildiyi bütün məlumatları polisə demişdir. Sonradan eşitmişdir ki, İntiqam ilə Tamerlan başqa ərazilərdən də oğurluq etdikləri üçün polislər tərəfindən tutulublar. Lakin şəxsən ona həmin vaxtadək onların oğurluq etməsi məlum deyilmiş, onları zəhmətkeş uşaqlar kimi tanıyırmış, ona görə ki, həqiqətən də nə vaxt ərazidə rastlaşırmışsa görürmüş ki, onlar əziyyətlə ərazidə dəmir axtarıb toparlayırlar. Heç vaxt inanmazıdır ki, onlar öz qonşularının həyətindən oğurluq edərlər. Həmin vaxt dəmir profillərdən əlavə həmin şəxslər onların məntəqəsinə başqa heç bir əşya satmamışlar, həmin hadisədən əvvəl isə bir neçə dəfə olub ki, tullantı dəmir hissələri gətirib təhvil veriblərmiş. Qeyd etdiyi dəmir profilləri qəbul etdikdən sonra malın pulunu ondan Təqsirləndirilən şəxs2 qəbul etmişdir, pulu onun yanında bölməmişlər, çıxıb getmişlər. Onların həmin profilləri gətirdikləri avtomobilin dövlət qeydiyyat nişanı yanında qalmayıb, yadındadır ki, damında taksi işarəsi var imiş, sürücüsünü tanımır, sürücü onları heç gözləmədən malı boşaldan kimi sürüb çıxıb getmişdir. Təxminən xatırlayır ki, hadisə axşam saatlarında, artıq iş vaxtı yekunlaşmaq üzrə olduqda baş verib, yanında həmin vaxt heç kim olmayıb. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid7 ifadəsində digər Şahid6 ilə oxşar məzmunlu ifadə verərək iş üzrə eyni xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanladığı yazılı ərizəyə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən dəymiş maddi ziyan tam ödənilmişdir, həmin şəxslərə qarşı heç bir şikayət və tələb yoxdur və gələcəkdə də olmayacaqdır. İş materiallarında olan Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanladığı yazılı ərizəyə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən dəymiş maddi ziyan tam ödənilmişdir, həmin şəxslərə qarşı heç bir şikayət və tələb yoxdur və gələcəkdə də olmayacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməyə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkumluğu olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməyə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs1 əvvəlllər məhkumluğu olmamışdır. Məhkəmə CM-nin 59-cu maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs2 təqsirini qismən etiraf etməsini, səmimi peşmançılığını, ilk dəfə cinayət törətməsini, vurulmuş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və gənc olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin, məhkəmə CM-nin 59-cu maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 təqsirini qismən etiraf etməsini, səmimi peşmançılığını, ilk dəfə cinayət törətməsini, vurulmuş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və gənc olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1- 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 oğlunun və Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Qeyd edilənlər onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxslərin əməli CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxslər CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət törətməsini, təqsirini qismən etiraf etməsini, səmimi peşmançılığını, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və gənc olmasını nəzərə alaraq ona ittiham elan olunmuş maddə üzrə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 04 dekabr 2020-ci il tarixdən 22 iyul 2021-ci il tarixədək həbsdə olduğu 07 (yeddi) ay 18 (on səkkiz) gün müddət təyin edilmiş cəzadan çıxılmalıdır.Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi RPİ-nin İş-nin müstəntiqi, polis mayoru İlqar Həmidov tərəfindən qəbul olunmuş 04 dekabr 2020-ci il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs2 04 dekabr 2020-ci il tarixdə tutulmuşdur. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – ünvan 1 ünvanında yerləşən mənzildə çəkməlidir. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı yer üzrə Bakı şəhəri inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirməlisi Bakı şəhər Probasiya şöbəsinə həvalə edilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzası verildiyindən onun barəsində seçilmiş ”həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində hökm qanuni qüvvəyə minənədək «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət törətməsini, təqsirini qismən etiraf etməsini, səmimi peşmançılığını, vurulmuş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, gənc olmasını nəzərə alaraq ona ittiham elan olunmuş maddələr üzrə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs1 04 dekabr 2020-ci il tarixdən 19 aprel 2021-ci il tarixədək həbsdə olduğu və 19 aprel 2021-ci il tarixdən 22.07.2021-ci il tarixədək «ev dustaqlığı»nda olduğu – cəmi 07 (yeddi) ay 18 (on səkkiz) gün müddət təyin edilmiş cəzadan çıxılmalıdır.Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi RPİ-nin İş-nin müstəntiqi, polis mayoru İlqar Həmidov tərəfindən qəbul olunmuş 04 dekabr 2020-ci il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs1 04 dekabr 2020-ci il tarixdə tutulmuşdur.Həmçinin,iş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 1(001)- 182/2021 saylı, 19.04.2021-ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – ünvan 11 ünvanında yerləşən mənzildə çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs1 oğluna təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı yer üzrə Bakı şəhəri inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ”ev dustaqlığı qətimkan tədbiri” qətimkan tədbiri ləğv edilməli və onun barəsində hökm qanuni qüvvəyə minənədək «başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməlidir. Eyni zamanda, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Bakı şəhəri Binəqədi rayonu Binəqədi Şossesi 294 B ünvanında yerləşən metal qəbulu məntəqəsinin qeydiyyat jurnalında 10.11.2020-ci il tarixdə qeydə alınmış «Dəmir 113 kq = 26 AZN» yazısı əks olunmuş vərəqin 01 ədəd “A-4” formatlı kağızda çap edilmiş fotoşəkli cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, iş üzrə maddi sübut - Bakı şəhəri Binəqədi rayonu DSK Yolu ünvanında yerləşən metal qəbulu məntəqəsinin qeydiyyat jurnalında 30.11.2020-ci il tarixdə qeydə alınmış «Armatur - 300 kq = 75 m», «Armatur -330 kq = 101 m», «***-***-**-**, Təqsirləndirilən şəxs2, xx.xx.2000» yazıları əks olunmuş vərəqlərin 01 ədəd “A-4” formatlı kağızda çap edilmiş fotoşəkli cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ:
1. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs2 04 dekabr 2020-ci il tarixdən 22 iyul 2021-ci il tarixədək həbsdə olduğu 07 (yeddi) ay 18 (on səkkiz) gün müddət təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını - yaşadığı ünvan 1 ünvanda yerləşən evində çəksin. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs2 oğlu cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs2 oğluna təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə müvəqqəti yaşadığı Bakı şəhəri inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ”həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində hökm qanuni qüvvəyə minənədək «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilsin. 2.Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs1 04 dekabr 2020-ci il tarixdən 19 aprel 2021-ci il tarixədək həbsdə olduğu və 19 aprel 2021-ci il tarixdən 22.07.2021-ci il tarixədək «ev dustaqlığı»nda olduğu – cəmi 07 (yeddi) ay 18 (on səkkiz) gün müddət təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını - yaşadığı ünvan 11 ünvanda yerləşən evində çəksin. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs1 oğlu cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs1 oğluna təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Bakı şəhəri inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ”ev dustaqlığı qətimkan tədbiri” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs1 barəsində hökm qanuni qüvvəyə minənədək «başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin. İş üzrə maddi sübut - Bakı şəhəri Binəqədi rayonu Binəqədi Şossesi 294 B ünvanında yerləşən metal qəbulu məntəqəsinin qeydiyyat jurnalında 10.11.2020-ci il tarixdə qeydə alınmış «Dəmir 113 kq = 26 AZN» yazısı əks olunmuş vərəqin 01 ədəd “A-4” formatlı kağızda çap edilmiş fotoşəkli cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut - Bakı şəhəri Binəqədi rayonu DSK Yolu ünvanında yerləşən metal qəbulu məntəqəsinin qeydiyyat jurnalında 30.11.2020-ci il tarixdə qeydə alınmış «Armatur - 300 kq = 75 m», «Armatur -330 kq = 101 m», «***-***-**-**, Təqsirləndirilən şəxs2, xx.xx.2000» yazıları əks olunmuş vərəqlərin 01 ədəd “A-4” formatlı kağızda çap edilmiş fotoşəkli cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və(və ya) apellyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 gün sonra qanuni quvvəyə minir.
Sədrlik edən Hakim:Abbas Rzayev