Məhkəmə qərarları › İş №1(001)-182/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-182/2022

09.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-182/2022 09.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.3 və 177.2.4 -cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 29.11.2021-ci il tarixdə, saat 15 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospektində yerləşən 28 saylı binanın, 97 saylı mənzilin qapısının kilidini açar seçmə yolu ilə açıb yaşayış sahəsinə qanunsuz daxil olaraq, yataq otağında yerləşən paltar dolabındakı qutunun içərisindən 5000 manat dəyərində üzərində brilyant qaşları olan 01 ədəd qolbaq, 01 cüt sırğa, 01 ədəd üzük, 01 ədəd boyunbağı və 01 ədəd kulondan ibarət 750 əyarlı qızıl dəstini, 350 manat dəyərində 01 ədəd 585 əyarlı qızıl üzüyü, 582 manat dəyərində sarı rəngli metaldan, üzərində müxtəlif rəngli şəffaf qaşları olan, üzərində «585» əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 6,85 qram olan 01 ədəd qolbağı, 285 manat dəyərində sarı rəngli metaldan, yarpaq formalı üzərində ağ şəffaf qaşları olan, üzərində «585» əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 3,35 qram olan olan 01 ədəd sırğa cütünü, 5 manat dəyərində sarı rəngli metaldan, üzərində göz muncuğu və ağ şəffaf qaşları olan, metalı əlvan metal ərintisindən hazırlanmış, çəkisi 1,68 qram olan 01 ədəd kulonu, 6 manat dəyərində sarı və gümüşü rəngli metaldan, üzərində müxtəlif rəngli şəffaf qaşları olan, metalı dəmir əsaslı ərintidən hazırlanmış, ümumi çəkisi 13,33 qram olan 02 ədəd saç broşlarını, 800 manat dəyərində üzərində brilyant qaşı olan 01 ədəd 750 əyarlı qızıl üzüyü, 1000 manat dəyərində üzərində brilyant qaşı olan 01 ədəd 750 əyarlı qızıl üzüyü, 900 manat dəyərində üzərində 04 ədəd brillyant qaşları olan 01 ədəd 583 əyarıl qızıl üzüyü, 3000 manat dəyərində 30 qram çəkidə 01 ədəd 583 əyarlı qızıl qolbağı, 400 manat dəyərində 01 ədəd 750 əyarlı qızıl sırğa cütünü, 300 manat dəyərində 01 ədəd 750 əyarlı qızıl sırğa cütünü, 350 manat dəyərində 585 əyarlı qızıl qolbağı, 1165 manat dəyərində 01 ədəd 750 əyarlı qızıl qolbağı, 600 manat dəyərində 01 ədəd 930 əyarlı üzərində ərəb yazıları olan kulonlu qızıl boyunbağını, 1600 manat dəyərində 01 ədəd üzük və 01 cüt sırğadan ibarət 750 əyarlı qızıl dəstini, 500 manat dəyərində 01 ədəd 750 əyarlı qızıl boyunbağını, 400 manat dəyərində 585 əyarlı 01 ədəd qızıl boyunbağını, 200 manat dəyərində 01 ədəd 750 əyarlı kəpənək formasında qızıl sırğa cütünü, 550 manat dəyərində 585 əyarlı qızıl qolbağı, 200 manat dəyərində 01 ədəd 750 əyarlı qızıl sırğa cütünü və tumbanın üzərində olan qadın çantasının içərisindən 100 manat məbləğində nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs, ümumilikdə 18293 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 29 noyabr 2021-ci il tarixdə, saat 15-16 radələrində ünvan 3 ünvanının qarşısından keçən zaman həmin evin blokunun qapısının açıq olduğunu görüb liftə girib 9-cu mərtəbəyə qalxıb, oradan bir mərtəbə aşağı düşüb sağ tərəfdə yerləşən mənzilə qulağını sıxıb evdən heç bir səsin gəlmədiyini müəyyən etmişdir. O, əmin olmaq üçün qapının yanında olan zəngi çalmış, evin giriş qapısını döymüş, lakin heç kim səs verməmiş və qapını açmamışdır. Həmin vaxt üstündə gəzdirdiyi üzərində yonmaqla dəyişiklik etdiyi 02 ədəd açardan birini çıxarıb rahat şəkildə kilidi açmışdır. O, yalnız dəhlizdən sağ tərəfdə yerləşən yataq otağına daxil olmuş və otağa daxil olduqdan sonra sol tərəfdə güzgülü termonun siyirmələrini bir-bir açaraq içərisindəki əşyaları nəzarətdən keçirib orada heç bir qiymətli əşya olmadığını görüb, yanında yerləşən tumbanın üzərindəki qadın çantasını açıb içərisindəki pul qabını da açıb bir ədəd 100 manatlıq və bir ədəd 20 manatlıq pul əskinazlardan ibarət 120 manat puldan 100 manatını götürüb 20 manat pulu isə yerində saxlamışdır. Daha sonra paltar dolabının sol tərəfindən başlayaraq bir-bir qapılarını açmağa başlamış, orada olan əşyaları nəzərdən keçirdikdən sonra paltar dolabının orta qapısını açdıqda orta rəflərin birində sağ küncündə paltarın üstündə olan bir qutunu görmüşdür. Həmin qutu onda maraq kəsb etdiyindən, açıb içərisinə baxdıqda orada olan mücrünü götürərək, dolabın qapısını bağlamış və sonra heç bir əşyaya əl vurmadan mənzili tərk etmişdir. Mənzildən çıxdığı zaman, mənzilin giriş qapısını yenidən bağlayıb oranı tərk etmişdir. Mənzildə olduğu zaman cibində olan yaylıqdan istifadə edərək, əl izlərini silmiş, yoldan keçən taksi avtomobilinə əyləşərək yaşadığı evə getmişdir. Səhəri gün, yəni 30.11.2021-ci il tarixdə, saat 15 radələrində taksi avtomobili ilə Bakı şəhərinin mərkəzinə tərəf yollanmışdır. Mərkəzə getməkdə məqsədi oğurladığı qızılları satmaq olmuş və oğurladığıı qızılları tən ortadan bölərək, yarısını Mərkəzi Univermağın ətrafında küçədə bir nəfər tanımadığı şəxsə 1220 manata satmış, daha sonra Mərkəzi Univermağın ətrafında dolaşaraq qızılların digər hissəsini də 1700 manata tanımadığı şəxsə satmışdır. Oğurladığı qızıllardan 01 ədəd qolbaq və bir cüt sırğa, həmçinin sadə bir ədəd klonu ayıraraq evdə gizlətmiş, sonradan həmin əşyalar yaşadığı evinə baxış keçirilən zaman götürülmüşdür. O, əldə etdiyi 3020 manat pulun 500 manatını şəxsi ehtiyaclarına xərcləmiş, qalan 2500 manat pulla isə adını çəkmək istəmədiyi şəxsə borcunu qaytarmışdır. Vurulmuş zərərdən 850 manat zərər çəkmiş şəxsə qaytarılmışdır. Hazırda törətdiyi cinayət əməlindən peşmandır, Zərərçəkmiş şəxslə barışmağa cəhd göstərsə də ziyanı tam məbləğdə odəmə imkanı olmadığından barışıq əldə olunmamışdır. Ona görə də deyilənlərin, cinayəti səmimi etiraf etməsinin və ağır xəstə olmasının, qapalı şəraitdə səhhətinin daha ağır olmasının nəzərə alınaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 29.11.2021-ci il tarixdə, saat 12 radələrində o, həyat yoldaşı Şahid1 ilə birlikdə oğlu Ayxan Nəbizadəni Bakı şəhəri, Batamdar qəsəbəsində yerləşən göz klinikasına aparmışdır. Onlar evdən çıxan zaman isə evin giriş qapısını o, özündə olan açarla bağlamışdır. Həmin gün təxminən saat 17:30-da evə qayıtdığı zaman, mağazaya girmiş, həyat yoldaşı isə oğlu ilə birlikdə yaşadıqları mənzilə qalxmışlar. Mağazadan evə qayıdan zaman, həyat yoldaşı ona evin giriş qapısın özündə olan açarla açıb ev daxil olduğunu və evə daxil olduğu zaman, qızıl-zinət əşyalarının yerində olmadığını aşkar etdiyini bildirmişdir. O, həyat yoldaşı ilə evi yenidən axtarmağa başlamış, lakin qızıl-zinət əşyalarını evdə tapa bilməmiş və bu səbəbdən yoldaşı DİN-nin 102 zəng xidmətinə zəng vuraraq, evdən oğurluq olması barədə məlumat vermişdir. Həmin gün təxminən 30-40 dəqiqədən sonra evə polis əməkdaşları gəlmiş və hadisə yerini müayinə etmişlər. Evə baxış keçirilən zaman evdən 5000 manat dəyərində üzərində brilyant qaşları olan 01 ədəd qolbaq, 01 cüt sırğa, 01 ədəd üzük, 01 ədəd boyunbağı və 01 ədəd kulondan ibarət 750 əyarlı qızıl dəsti, 1220 manat dəyərində üzərində ağ rəngli sadə qaşları olan 01 ədəd qolbaq, 01 cüt yarpaq formalı sırğa və 01 ədəd üzükdən ibarət 585 əyarlı qızıl dəsti, 800 manat dəyərində üzərində brilyant qaşı olan 01 ədəd 750 əyarıl qızıl üzük, 1000 manat dəyərində üzərində brilyant qaşı olan 01 ədəd 750 əyarlı qızıl üzük, 900 manat dəyərində üzərində 04 ədəd brilyant qaşları olan 01 ədəd 583 əyarıl qızıl üzük, 3000 manat dəyərində 30 qram çəkidə 583 əyarlı qızıl qolbaq, 400 manat dəyərində 750 əyarlı 01 cüt qızıl sırğa, 300 manat dəyərində 750 əyarlı 01 cüt qızıl sırğa, 350 manat dəyərində 585 əyarlı qızıl qolbaq, 1165 manat dəyərində 750 əyarlı qızıl qolbaq, 600 manat dəyərində 930 əyarlı üzərində ərəb yazıları olan kulonlu qızıl boyunbağı, 1600 manat dəyərində 01 ədəd üzük və 01 cüt sırğadan ibarət 750 əyarlı qızıl dəsti, 500 manat dəyərində 750 əyarlı 01 ədəd qızıl boyunbağı, 400 manat dəyərində 585 əyarlı 01 ədəd qızıl boyunbağı, 200 manat dəyərində 750 əyarlı kəpənək formasında 01 cüt qızıl sırğa, 550 manat dəyərində 585 əyarlı qızıl qolbaq, 200 manat dəyərində 750 əyarlı 01 cüt qızıl sırğa, 2 manat dəyərində 01 ədəd üzərində qırmızı qaşları olan kəpənək formalı bijuteriya broş, 2 manat dəyərində 01 ədəd üzərində ağ qaşları olan bijuteriya broş və qadın çantasının içərisindən 100 manat məbləğində nağd pulun oğurlandığı məlum olmuşdur. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 18293 manat məbləğində maddi ziyan dəymişdir. Vurulmuş zərərdən 850 manat ona qaytarılmışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmamış, ondan şikayətçi olmaqla ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 29.11.2021-ci il tarixdə, saat 12 radələrində o, həyat yoldaşı Zərərçəkmiş şəxs ilə birlikdə oğlu Ayxan Nəbizadəni Bakı şəhəri, Batamdar qəsəbəsində yerləşən göz klininkasına aparmışdır. Onlar evdən çıxan zaman isə evin giriş qapısını həyat yoldaşı Zərərçəkmiş şəxs özündə olan açarla bağlamışdır. Həmin gün təxminən saat 17:30-da evə qayıtdıqları zaman, Zərərçəkmiş şəxs mağazaya girmiş, özü isə oğlu ilə birlikdə yaşadıqları mənzilə qalxaraq, evin giriş qapısını özündə olan açarla açıb evə daxil olmuşdur. O, qulaqlarında olan sırğaları çıxarıb yataq otağında olan dolabın içərsinə qoymaq istəyən zaman, digər qızıllarının yerində olmadığını başa düşmüşdür. Zərərçəkmiş şəxs evə qayıdandan sonra, sonuncuya evdə olmadıqları müddət ərzində evə oğrunun girdiyni və evdən qızıllarının oğurladığını bildirmişdir. O, yoldaşı ilə bir daha evi axtarmağa başlamış, lakin qızıl-zinət əşyalarını evdə tapa bilməmiş və bu səbəbdən DİN-nin 102 zəng xidmətinə zəng vuraraq, evdən oğurluq olması barədə məlumat vermişdir. Həmin gün təxminən 30-40 dəqiqədən sonra evinə polis əməkdaşları gəlmiş və hadisə yerini müayinə etmişlər. Evə baxış keçirilən zaman evdən 5000 manat dəyərində üzərində brilyant qaşları olan 01 ədəd qolbaq, 01 cüt sırğa, 01 ədəd üzük, 01 ədəd boyunbağı və 01 ədəd kulondan ibarət 750 əyarlı qızıl dəsti, 800 manat dəyərində üzərində ağ rəngli sadə qaşları olan 01 ədəd qolbaq, 01 cüt yarpaq formalı sırğa və 01 ədəd üzükdən ibarət 585 əyarlı qızıl dəsti, 800 manat dəyərində üzərində brilyant qaşı olan 01 ədəd 750 əyarıl qızıl üzük, 1000 manat dəyərində üzərində brilyant qaşı olan 01 ədəd 750 əyarıl qızıl üzük, 900 manat dəyərində üzərində 04 ədəd brilyant qaşları olan 01 ədəd 583 əyarıl qızıl üzük, 3000 manat dəyərində 30 qram çəkidə 583 əyarlı qızıl qolbaq, 400 manat dəyərində 750 əyarlı 01 cüt qızıl sırğa, 300 manat dəyərində 750 əyarlı 01 cüt qızıl sırğa, 350 manat dəyərində 585 əyarlı qızıl qolbaq, 1165 manat dəyərində 750 əyarlı qızıl qolbaq, 600 manat dəyərində 930 əyarlı üzərində ərəb yazıları olan kulonlu qızıl boyunbağı, 1600 manat dəyərində 01 ədəd üzük və 01 cüt sırğadan ibarət 750 əyarlı qızıl dəsti, 500 manat dəyərində 750 əyarlı 01 ədəd qızıl boyunbağı, 400 manat dəyərində 585 əyarlı 01 ədəd qızıl boyunbağı, 200 manat dəyərində 750 əyarlı kəpənək formasında 01 cüt qızıl sırğa, 550 manat dəyərində üzərində sadə kulonu olan 585 əyarlı qızıl qolbaq, 200 manat dəyərində 750 əyarlı 01 cüt qızıl sırğa, 2 manat dəyərində 01 ədəd üzərində qırmızı qaşları olan kəpənək formalı bijuteriya broş, 2 manat dəyərində 01 ədəd üzərində ağ qaşları olan bijuteriya broş və qadın çantasının içərisindən 100 manat məbləğində nağd pul oğurlanmışdır. Məhkəmə iclasına çağırılmış Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 30.11.2021-ci il tarixli qərardan görünür ki, fakt üzrə ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4 -cü maddələri ilə başlanılmış və icraatına qəbul edilərək ibtidai istintaqı aparılmışdır. ( i.v 1) 29.11.2021-ci il tarixli protokoldan görünür ki, 29.11.2021-ci il tarixdə, saat 15 radələrində olan oğurluq hadisəsi ünvan 3, mənzil 97-də baş vermişdir. ( i.v. 5-10) 07.12.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v 44) 07.12.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 ədəd qıfıl açarını künüllü olaraq istintaq orqanına təhvil verilmişdir. (i.v. 57) 06.12.2021-ci il tarixli protokoldan görünür ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi, nömrəsiz evə baxış keçirilən zaman divanın üzərində müxtəlif ölçüdə qızıl-zinət əşyalarına bənzər əşyalar olmuş, Təqsirləndirilən şəxs əşyaların içərisində 01 ədəd sarı rəngli üzərində qaşlar olan qolbağını Binəqədi rayonu, Azadlıq prospektindən oğurladığını bildirmişdir. (i.v. 60-61 09.12.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4 -cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. (i.v. 67-68) 09.12.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, 29.11.2021-ci il tarixdə, saat 15 radələrində bir nəfər şəxsin oğurluq hadisəsi baş verən ərazidə əynində tünd rəngli gödəkçə, mavi rəngli cins şalvar, ağ rəngli idman ayaqqabılarında küçə ilə tək hərəkət etdiyi, görüntüdə həmin şəxsin sağ tərəfində tünd rəngli paketin sallandığı müşahidə olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs görüntüdə olan həmin şəxsin özü olduğunu bildirmişdir. (i.v. 79) 09.12.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı ünvan 3, mənzil 97-də törədilmiş hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. (i.v. 80-85) 09.12.2021-ci il tarixli protokoldan görünür ki, müxtəlif əşyalar Zərərçəkmiş şəxs tanınmaya təqdim olunmuş və zərər çəkmiş şəxs həmin əğyaların içərisindən 01 cüt sarı rəngli metaldan hazırlanmış yarpaq formalı sırğa, 01 ədəd sarı rəngli metaldan hazırlanmış qolbaq, 01 ədəd sarı rəngli metaldan hazırlanmış üzərində gözmuncuğu olan kulon, 01 ədəd ağ rəngli metaldan hazırlanmış üzərində ağ qaşları olan broş və 01 ədəd üzərində qırmızı qaşları olan ağ rəngli metaldan hazırlanmı kəpənək formalı broşu tanıyaraq evindən oğurlandığını bildirmişdir. ( i.v. 86-90) Binəqədi rayon Məhkəməsinin 09.12.2021-ci il tarixli, 4/(001)-1297/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 02 ay 10 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 07.12.2021-ci il tarixdən hesablanmışdır. (i.v 97-102) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİdən alınmış 25.12.2021-ci il tarixli tələbnamədən, hökmdən, qərardan, 06.01.2022-ci il tarixli, 17/49-02 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 05.12.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri təqsirli bilinib, həmin Məcəllənin 68.1.1-1, 67.1-ci maddələrinə əsasən 02 il 09 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 06.01.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin 05.12.2019-cu il tarixli hökmü ilə ona qəti olaraq təyin edilmiş 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmişdir. Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 05.12.2019-cu il tarixli hökmünə Azərbaycan Respublikası CMnin 177.2.2, 177.2.3, 177.2.4, 68.1.1-1, 67.1-ci maddələri təqsirli bilinərək, 02 il 09 ay müddətinə azadlıqdan məhrum edilmiş, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 06.01.2021-ci il tarixli qərarı ilə 27.01.2021-ci il tarixdə Penitensiar xidmətin 16 saylı CM-dən 9 saylı MTCM-nə keçirilimiş, «8 noyabr Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli amnistiya qərarının 2.2-ci bəndinə əsasən 16.11.2021-ci il tarixdə cəzadan azad olunmuşdur. (i.v 130-133, 135, 136-158, 159-161, 162) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24.12.2021-ci il tarixli, 6/5517-9/9118 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş - 1 ədəd sarı rəngli metaldan, üzərində müxtəlif rəngli şəffaf qaşları olan qolbaq – üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 6,85 qramdır, qaşları qiymətli qaşlara aid deyil – 582,0 manat - 1 ədəd sarı rəngli metaldan, yarpaq formalı üzərində ağ şəffaf qaşları olan sırğa cütü (çox sayda daş yeri boşdur) – üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 3,35 qramdır, qaşları qiymətli qaşlara aid deyil – 285,0 manat. - 1 ədəd sarı rəngli metaldan, üzərində gözmuncuğu və ağ şəffaf qaşları olan kulon – metalı əlvan metal ərintisindən hazırlanmışdır, çəkisi 1,68 qramdır, qaşları qiymətli qaşlara aid deyil –5,0 manat. - 2 ədəd sarı və gümüşü rəngli metaldan, üzərində müxtəlif rəngli şəffaf qaşları olan saç broşu – metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, ümumi çəkisi 13,33 qramdır, qaşları qiymətli qaşlara aid deyil – 6,0 manat. Məmulatlar kustar üsulla hazırlandığından istehsal yerini müəyyən etmək mümkün deyil. (i.v. 169-172) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-trasoloji ekspertizasının 28.12.2021-ci il tarixli, 3/2052 nömrəli rəyindən görünür ki:- Tədqiqata təqdim edilən qıfılın silindirik mexanizmi texniki cəhətdən sazdır və istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş silindrik mexanizmin səthində, açar yuvalarının kənarlarında və daxili detalların üzərində sınmanın, mexaniki təsir nəticəsində, o cümlədən, kənar alətin təsirindən yaranmağa xarakterik olan iz və zədələr yoxdur. Həmin silindrik mexanizmin konstruksiyasını nəzərə almaqla onun ştat açarı, ştat açarına uyğunlaşdırılmış açarla və ya alət ilə, o cümlədən, kənar predmetlə izqoymadan açılması mümkündür. Təqdim edilən “1” və “2” rəqəmi ilə işarələnmiş açarlar silindrik mexanizmi sərbəst açıb-başlayır, həmin açarlar təqdim edilən silindrik mexanizmə aiddir, lakn həmin açarların ştat açarı və ya surəti çıxarılmış açar olmasını müəyyən etmək mümkün deyil. Təqdim edilən “3” və”4” rəqəmi ilə işarələnmiş açarlar vasitəsilə silindrik müxanizminin açar oyuqlarını açıb bağlamaq mümkün deyil. Təqdim edilən 3” və”4” rəqəmi ilə işarələnmiş açarların üzərində istismar xarakterli izlər vardır, açarların üzərində hər hansı dəyişiklik, zədə yoxdur. (i.v. 175-176) 17.01.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 051 *** ** ** saylı mobil telefon nömrəsinin anten dairəsi barədə məlumatlarda dairəsi üzrə ünvanı «Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti» kimi qeyd edilmişdir. (i.v. 182) 17.01.2022-ci il tarixli qərardan, qəbzdən görünür ki, 01 cüt sarı rəngli metaldan hazırlanmış yarpaq formalı sırğa, 01 ədəd sarı rəngli metaldan hazırlanmış qolbaq, 01 ədəd sarı rəngli metaldan hazırlanmış üzərində gözmuncuğu olan kulon, 01 ədəd ağ rəngli metaldan hazırlanmış üzərində ağ qaşları olan broş və 01 ədəd üzərində qırmızı qaşları olan ağ rəngli metaldan hazırlanmış kəpənək formalı broş maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs qaytarılmışdır. Eyni zamanda hadisə yerindən götürülmüş 01 ədəd qıfılın silindirik mexanizmi, Təqsirləndirilən şəxs götürülmüş 02 ədəd açarlar iş üzrə maddi sübut kimi tanınmmış və saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. 01 ədəd «DVD» və 01 ədəd «CD» disklər iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. (i.v. 189-199, 221) Zərərçəkmiş şəxs tərəfindən verilmiş 08.06.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmamış, ondan şikayətçi olmaqla sonuncu barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. X1 İnstitutunun Təqsirləndirilən şəxs barəsində ******* saylı xəstəlik tarixindən çıxarışından görünür ki, sağ tərəfli qeyri-spesipik mənşəli piopnevmotroksdan sonrakı vəziyyət diaqnozu qoyulmuşdur. Ege Hospital tərəfindən verilmiş döş qəfəsinin kompüter tomoqrafiyasının nəticəsindən görünür ki, Təqsirləndirilən şəxs nda divar aralığındə bəziləri kalsifik olmaqla ən böyüyü 11 mm ölçüsündə olan subkorinal yerləşmiş bir neçə sayda limfa düyünləri, sağ ağciyərin alt paylarında bronxektaziya görünümü və eyni zamanda üst pay apikal seqmentdə ən böyüyü 55 mm ölçüsündə olan çox sayda bullalar. Bu bronxektaziya qonşuluğunda kalsifik sahələr sağ hemitoraksda ən böyüyü 15 mm ölçüsündə olan plevral effuziya Sağ plevral aralığa uzanan kateter müəyyən olunmuşdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.3 və 177.2.4 -cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.3 və 177.2.4 -cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.14-ci maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını, xəstəliklərdən əziyyət çəkməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «8 noyabr Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli amnistiya qərarının 2.2-ci bəndinə əsasən 16.11.2021-ci il tarixdə cəzadan azad olunmuşdur. «8 noyabr Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli amnistiya qərarının 7-ci hissəsinə əsasən bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab olunur. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, cəzasını ağırlaşdıran halların olmamasını, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan 07.12.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs 07.12.2021-ci il tarixdə azadlığı faktiki məhdudlaşdırılaraq eyni tarixdə şübhəli şəxs qismində tutulmuş və həmin tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 cüt sarı rəngli metaldan hazırlanmış yarpaq formalı sırğa, 01 ədəd sarı rəngli metaldan hazırlanmış qolbaq, 01 ədəd sarı rəngli metaldan hazırlanmış üzərində gözmuncuğu olan kulon, 01 ədəd ağ rəngli metaldan hazırlanmış üzərində ağ qaşları olan broş və 01 ədəd üzərində qırmızı qaşları olan ağ rəngli metaldan hazırlanmış kəpənək formalı broşun zərər çəkmiş şəxsə Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin saxlanc yerində saxlanılan 02 ədəd açarlar hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Eyni zamanda iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd «DVD» və 01 ədəd «CD» formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin saxlanc yerində saxlanılan 01 ədəd qıfılın silindirik mexanizmi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4 -cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 07 dekabr 2021-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 cüt sarı rəngli metaldan hazırlanmış yarpaq formalı sırğa, 01 ədəd sarı rəngli metaldan hazırlanmış qolbaq, 01 ədəd sarı rəngli metaldan hazırlanmış üzərində gözmuncuğu olan kulon, 01 ədəd ağ rəngli metaldan hazırlanmış üzərində ağ qaşları olan broş və 01 ədəd üzərində qırmızı qaşları olan ağ rəngli metaldan hazırlanmış kəpənək formalı broş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin saxlanc yerində saxlanılan 02 ədəd açarlar hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin saxlanc yerində saxlanılan 01 ədəd qıfılın silindirik mexanizmi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd «DVD» və 01 ədəd «CD» formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar