Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-182/2024 11.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx.xx.1977-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(060- 182/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(003)-614/2023 saylı qərarı ilə vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Yasamal ray. M.Muxtarov küçəsi, ev 41, mənzil 8 qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.4-cü maddələri (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 29 sentyabr 2023-cü il tarixdə saat 12:00 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanına, mənzilin qapısının kilidinin daxili mexanizminə kənar predmetlərdən istifadə edib daxil olub açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq mənzilin yataq otağında yerləşən siyirməli rəflərdən 7 650 (yeddi min altı yüz əlli) manat dəyərində 01 ədəd üzük, 01 ədəd qolbaq, 01 ədəd boyunbağı və 01 cüt sırğadan ibarət qadın qızıl dəstini, 321 ( üç yüz iyirmi bir) manat dəyərində kulonu üzərində rəngsiz şəffaf qaşları, həmçinin “14K MİDAS” damğası olan, sarı rəngli 01 ədəd qızıl qadın boyunbağını, 297 ( iki yüz doxsan yeddi) manat dəyərində sarı rəngli, üzərində “585” damğası olan 01 cüt qızıl qadın sırğasını, 2 000 (iki min) manat dəyərində üzərində 7 ədəd rəngsiz şəffaf brilyant qaşları, həmçinin “750” damğası olan 01 ədəd kişi üzüyünü, 1100 (min yüz) manat dəyərində 01 ədəd enli və qədimi qızıl qadın üzüyünü, 150 manat dəyərində 01 ədəd üzərində sadə qaşı olan qızıl qadın üzüyünü, 1200 (min iki yüz) manat dəyərində 01 ədəd qızıl qadın nişan üzüyünü, 50 (əlli) manat dəyərində 01 ədəd içərisi qırmızı rəngli qızıl uşaq qolbağını və mənzilin dəhlizində yerləşən dolabdan 2 500 manat (iki min beş yüz) dəyərində 01 ədəd «SSSR» istehsalı olan «Raketa» markalı qızıl kişi qol saatını gizli talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 15 268 (on beş min iki yüz altmış səkkiz) manat məbləğində, xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən bir ay olar ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən «Miracle» otelinə köçüb orada tək yaşayır.Əvvəllər dəfələrlə məhkum olunmuşdur, subaydır, heç bir yerdə işləmir. Sonuncu dəfə 2023-cü ilin iyun ayında azadlığa çıxmışdır. Dolanmaq üçün bir müddət müxtəlif yerlərdə fəhlə işləsə də, maddi vəziyyətini qaydaya sala bilməmişdir.Bu səbəbdən də dolana bilmək üçün yenidən oğurluq etmək qərarına gəlmişdir.O, əvvəllər də dəfələrlə oğurluq törətdiyinə görə məhkum olunmuşdur və həmin vaxtdan etibarən “Vaz” markalı kilidi olan mənzil qapılarının kilidlərini rahatlıqla açmağı öyrənmişdir. Azadlığa çıxdıqdan sonra ilk dəfə 29 sentyabr 2023-cü il tarixdə yenidən maddi vəziyyətinin pis olması ilə əlaqədar olaraq oğurluq etməyə qərar verib həmin günü saat təxminən 12.00 radələrində təsadüfən Bakı şəhəri, Binəqədi rayonu «Heydər Əliyev» məscidinin yanında yerləşən, dəqiq ünvanını bilmədiyi, lakin göstərə biləcəyi 9 mərtəbəli binaya daxil olmuşdur. O, əvvəllər də mənzillərdən oğurluq etdiyinə görə məhkum olunmuş və “Vaz” adlandırılan kilidləri rahatlıqda aça bilir.Buna görə də məhz “Vaz” kilidi ilə bağlanmış mənzilləri diqqətindən keçirib, binanın 5-ci mərtəbəsində yerləşən mənzilə rast gəlmişdir.Əvvəlcə mənzilin qapısını döymüşdür ki, mənzildə adam olduğu halda guya səhv ünvana gəldiyini deyərək oradan uzaqlaşsın. Lakin qapını heç kimin açmamasını və mənzildən səs gəlmədiyini görüb orada heç kimin olmadığına əmin olduqdan sonra üzərində olan qayçı və kibrit ilə həmin mənzilin “Vaz” kilidini açıb mənzilə daxil olmuşdur.İnsanların çox hissəsinin qızıl-zinyət və digər dəyərli əşyalarını yataq otağında dolablarda saxladığını bildiyinə görə də həmin mənzilin yataq otağına daxil olub dolablarda axtarış etməyə başlamışdır. Əvvəlcə həmin otaqdakı dolablardan birinin üstündə ağ rəngli kişi üzüyünün olmasını görüb həmin üzüyü götürmüşdür.Bundan sonra otaqdakı digər dolabları axtarmağa başlamış və qısa müddət axtarış etdikdən sonra digər dolabın içərisində bir neçə qadın qızıl-zinyət əşyalarının olduğunu görmüş və həmin qızılları da götürüb cibinə qoymuşdur.Yataq otağından çıxdıqdan sonra dəhlizdəki dolabda yerləşən bir ədəd qızılı rəngli köhnə kişi qol saatı qarşına çıxmış və o həmin qızıl saatı da oğurlayaraq cibinə qoymuşdur.Bundan sonra mənzilin giriş qapısının «Vaz» kilidini qayçı ilə bağlayaraq oradan uzaqlaşmışdır. Həmin gün, yəni 29 sentyabr 2023-cü il tarixdə, günorta saat 15-16 radələrində oğurladığı qızılları satmaq məqsədi ilə Səbail rayonunda yerləşən Mərkəzi univermağa getmişdir.Qızılların oğurluq yolu ilə əldə olunmasından heç kəs şübhələnməsin deyə onları hissə-hissə müxtəlif şəxslərə satmağa qərar vermişdir. Orada, univermağın yan tərəfində, çöldə, təxminən 40-45 yaşlarında, əvvəllər tanımadığı kişi cinsli bir şəxsi görüb onun qızıl alveri ilə məşqul olduğunu başa düşmüş və həmin şəxsə yaxınlaşmışdır.Həmin vaxt mənzildən oğurladığı qızılların bir hissəsini, daha dəqiq isə 01 ədəd qızıl kişi saatını və üzük, qolbaq, boyunbağı və sırğadan ibarət qadın qızıl dəstini həmin şəxsə göstərərək guya həmin qızılların ailəsinə məxsus olduğu və maddi vəziyyətinin pis olması ilə bağlı onları təcili olaraq satmaq istədiyini bildirmişdir. Həmin şəxs onun təqdim etdiyi qızılları nəzərdən keçirib onları 1 500 manata ala biləcəyini söyləmiş və o həmin şəxslə razılaşmışdır.Beləliklə də həmin şəxsdən 1 500 manat alaraq qeyd etdiyi qızılları ona verib oradan uzaqlaşmışdır.Təxminən bir saat gəzdikdən sonra yenidən Mərkəzi univermağın yanına qayıtmış, bu dəfə diqqət çəkməmək üçün univermağın başqa çıxışının qarşısına yaxınlaşmış, həmin yerdə dayanan şəxslərdən birinin, təxminən 35-40 yaşlarında, kişi cinsli, əvvəllər tanımadığı şəxsin qızıl alveri ilə məşğul olduğunu başa düşərək həmin şəxsə yaxınlaşmışdır. Bundan sonra mənzildən oğurladığı digər qızılları həmin şəxsə göstərmiş və yenə də, guya həmin qızılların ailəsinə məxsus olduğu və maddi vəziyyəti ilə bağlı satdığını bildirmişdir. Həmin şəxs onun təqdim etdiyi qızıllara baxaraq onların arasından 03 ədəd qadın üzüyünü və 01 ədəd uşaq boyunbağını seçərək həmin qızılları 700 manata ala biləcəyini bildirmişdir. Həmin şəxslə razılaşaraq qeyd etdiyi qızılları ona vermiş və 700 manat pulu ondan alaraq oradan uzaqlaşmışdır. Bundan sonra yaşadığı otelə qayıdaraq sata bilmədiyi digər qızıl-zinyət əşyalarını, yəni üzərində dini yazılı kulonu olan boyunbağını, 01 cüt sırğanı və 01 ədəd kişi üzüyünü yaşadığı otağa qoymuşdur. Bundan sonra oğurladığı qızılları əldə etdiyi 2200 manat pulun 200 manatını elə həmin gün xərcləyərək müxtəlif ərzaq məhsulları almışdır. Pulun qalan hissəsini isə səhəri gün Pirşağı qəsəbəsinnin ərazisində, dəniz kənarında gəzdiyi zaman itirmişdir. 01 oktyabr 2023-cü il tarixdə yaşadığı oteldən çıxaraq piyada hərəkət edən zaman ona, bir neçə nəfər şəxslər yaxınlaşmışlar, özlərini təqdim edərək Binəqədi rayon polis idarəsinin 7-ci polis bölməsinin əməkdaşları olduqlarını bildirmişlər və oğurluq cinayəti törətməkdə şübhəli olduğu üçün onlarla birlikdə polis idarəsinə getməyi təklif etmişdirlər.Bundan sonra polis əməkdaşları ilə birlidə Binəqədi rayon polis idarəsinə gəlmiş və törətdiyi əməli etiraf etmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini, əməlindən peşman olduğunu, lakin ifadəsinin oğurladığı qızılları satması, əldə etdiyi pulları isə itirməsinə dair hissədə yalan olduğunu, əslində oğurladığı qızılların hamısının maddi sübut kimi polis idarəsinin əməkdaşları tərəfindən götürüldüyünü, bu faktın araşdırılmasını, həmin qızılların alınaraq sahibinə qaytarılmasını, məhkəmədən isə ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, o, hal-hazırda ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. Yaşadığı mənzil 9 mərtəbəli binanın 3-cü girişinin 5-ci mərtəbəsində yerləşir.Ailəsi həyat yoldaşı 1992-ci il təvəllüdlü X2 və iki azyaşlı övladlarından ibarətdir.Yoldaşı ilə ailə həyatı qurduğu zaman yoldaşına öz vəsaiti ilə cehizlik olaraq bir sıra qızıl-zinət əşyaları almışdır. Bir də ailəlik dövrü ərzində də müxtəlif vaxtlarda öz vəsaitinə yenə də qızıl-zinət əşyaları almışdır. Bütün qızıl-zinət əşyalarını evin yataq otağında dolabda saxlamışlar. xx.xx.2023-cü il tarixdə səhər saat 10.00 radələrində yoldaşı, övladları və özü işləri olduğu üçün evi tərk etmişlər.Evdən çıxan zaman evin giriş qapısını “vaz” kilidi ilə bağlamışlar. Həmin gün saat 15.00 radələrində evə geri qayıtdıqda evin giriş qapısının açılmasında çətinlik çəkmiş, lakin onun mexaniki problem olduğunu düşünmüşdür.Daha sonra aşkar etmişdir ki, mənzilin dəhlizində dolaba qoyduğu dəyəri 2500 manat təşkil edən SSRİ istehsalı olan “Raketa” markalı qızıldan ibarət kişi qol saatı yerində yoxdur.Bundan şübhələndiyi üçün evin yataq otağında dolabda yerləşən qızıl-zinət əşyalarını yoxladıqda aşkar etmişdir ki, həmin qızıllar yerində yoxdur.Daha sonra onun evindən oğurluq edildiyini anlayıb 102 xidməti zəng mərkəzinə müraciət etmişdir.Evdən oğurlanmış qızıl-zinət əşyaları bir komplekt qızıl dəst olan üzük, qolbaq, boyunbağı, sırğadan ibarətdir, həmin dəsti 2013-cü ildə 4500 ABŞ dolları ödəməklə əldə etmişdir. Bundan əlavə, dəyəri 350 manat təşkil edən üzərində Aətullah kürsü olan klonlu qızıl boyunbağı, dəyəri 300 manat təşkil edən həlqə qızıl qadın sırğası, dəyəri 1100 manat təşkil edən qədimi, enli qalın sadə qadın üzüyü, dəyəri 150 manat təşkil edən yaşıl qaşlı qadın üzüyü, dəyəri 1200 manat təşkil edən qaşlı qadın nişan üzüyü, dəyəri 50 manat təşkil edən qırmızı qızılı toplu uşaq qolbağı, dəyəri 2000 manat təşkil edən sepli ağ rəngli kişi üzüyü oğurlanmışdır. Sonuncu kişi üzüyü yataq otağında digər dolabın üzərində gözlə görünən yerdə olmuş, qızıl saatı dəhlizdə dolabda, qalan qızıllar isə topa vəziyyətdə yataq otağında dolabın içində bir yerdə olmuşdur. Ümumilikdə oğurlanmış qızıl zinət əşyalarının dəyəri 15300 manat təşkil etçmşdir.Qızılların hamısını öz vəsaitinə əldə etdiyinə görə hamısı onun özünə məxsusdur.Məhkəmə baxışı zamanı zərəçəkmiş Zərərçəkmiş şəxs əlavə olaraq bildirmişdir ki, yaşadığı mənzildən 2 500 manat 01 ədəd dəyərində «SSSR» istehsalı olan «Raketa» markalı qızıl kişi qol saatının, 7 650 manat dəyərində 01 ədəd üzük, 01 ədəd qolbaq, 01 ədəd boyunbağı və 01 cüt sırğadan ibarət 01 ədəd qadın qızıl dəstinin, 321 manat dəyərində 01 ədəd üzərində dini yazılarla kulonu olan qızıl qadın boyunbağının, 297 manat dəyərində 01 cüt halqa formalı qızıl qadın sırğasının, 2000 manat dəyərində 01 ədəd üzərində brilyant qaşları olan ağ rəngli qızıl kişi üzüyünün, 1100 manat dəyərində 01 ədəd enli və qədimi qızıl qadın üzüyünün, 150 manat dəyərində 01 ədəd üzərində sadə qaşı olan qızıl qadın üzüyünün, 1200 manat dəyərində 01 ədəd qızıl qadın nişan üzüyünün və 50 manat dəyərində 01 ədəd içərisi qırmızı rəngli qızıl uşaq qolbağının oğurlanmasını nəzərə almaqla baş vermiş hadisə nəticəsində ona ümumilikdə 15 268 (on beş min iki yüz altmış səkkiz) manat maddi ziyan dəymişdir.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, eyni zamanda oğurlanmış qızılların tam olaraq tapılaraq ona qaytarılmasını, təqsirləndirilən şəxsə isə qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, zərərçəkmiş şəxsin ifadəsini, müdafiəçinin çıxışını dinləyib, dövlət ittihamçısının mövqeyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs AR CM–in 177.2.3 və 177.2.4-cü nəzərdə tutulan cinayət əməlinin törərtməsində təsqiləndirilən şəxsin özünün, zərəçəkmiş şəxslərin ifadələri, ekspert rəyləri, maddi subutlar, ifadənin yerində yoxlanması protokolu və digər istintaq sənədləri ilə tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs ifadələri yerində yoxlanılmış və o, şübhəli şəxs qismində verdiyi ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etmişdir. Eyni zamanda 7 ədəd rəngsiz şəffaf rəngli brilyant qaşları, əyarı “750”, kütləsi təxminən 10 qram olan 1 ədəd qızıl üzük, sarı rəngli, üzərində “585” damğası, kütləsi təxminən 3 qram olan, üzərində qaşları olmayan 1 cüt qızıl sırğa və kulonu üzərində rəngsiz şəffaf qaşları, əyarı 583/585, damğası “14K MİDAS” damğası, sarı rəngli 1 ədəd kulonlu kütləsi 3 qram olan qızıl boyunbağı ifadənin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs yaşadığı “Miracle” otelinin otağından götürülmüşdür. Bundan başqa, cinayət işinin ibtidai istintaqı zamanı təqsirləndirilən şəxs X3, cinayət əməlini törədənə qədər müvəqqəti yaşadığı Bakı şəhəri Pirşağı qəsəbəsi, “Miracle” otelində ifadəsi yerində yoxlanılan zaman götütülmüş qızıl-zinət əşyaları ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs tanınma üçün təqdim olunanda həmin qızıl-zinət əşyalarını hansı əlamətlərinə görə tanıdığını izah etmək təklif olunmuş, Zərərçəkmiş şəxs həmin qızıl-zinət əşyalarına baxıb bildirmişdir ki, həmin qızıl-zinət əşyaları arasında üzərində 7 ədəd rəngsiz şəffaf rəngli brilyant qaşları, əyarı “750”, kütləsi təxminən 10 qram olan 1 ədəd qızıl üzük, sarı rəngli, üzərində “585” damğası, kütləsi təxminən 3 qram olan, üzərində qaşları olmayan 1 cüt qızıl sırğa və kulonu üzərində rəngsiz şəffaf qaşları, əyarı 583/585, damğası “14K MİDAS” damğası, sarı rəngli 1 ədəd kulonlu kütləsi 3 qram olan qızıl boyunbağı ona məxsusdur. Odur ki, bu barədə protokollar tərtib olunaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin kompleks məhkəmə-əmtəəşünaslıq və zərgərlik məmulatlarının kriminalistik ekspertizasının 02 noyabr 2023-cü il tarixli 3/1630-6/5312-9/7643 saylı rəyindən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş bir ədəd kulonu olan boyunbağının, bir cüt sırğanın,bir ədəd üzüyün üzərində trasoloji zədə yoxdur. Tədqiqata təqdim edilmiş boyunbağının kulonu, bir ədəd üzüyün üzərində trasoloji iz və zədə yoxdur, lakin buna baxmayaraq, qaşların sonradan dəyişməyə məruz qalmasını müəyyən etmək mümkün deyil.Üzərində 7 ədəd rəngsiz şəffaf qaşları, həmçinin “750” damğası olan 1 ədəd üzük qızıldır, əyarı “750”-dir, kütləsi 10,83 qramdır, qaşların növü brilyant, 7 ədəd, hər biri təxminən 0,010 ct, ümumi 4/4-dür, ümumi qiyməti 1215 manatdır. Sarı rəngli, üzərində “585” damğasıolan 1 cüt sırğa qızıldır, əyarı 583/585-dir, kütləsi 3,49 qramdır, üzərində qaşlar yoxdur, ümumi qiyməti 297 manatdır.Kulonu üzərində rəngsiz şəffaf qaşları,həmçinin “14K MİDAS” damğası olan, sarı rəngli 1 ədəd kulonlu boyunbağı qızıldır, əyarı 583/585-dir, kütləsi 3,78 qramdır, üzərində qaşları qiymətsizdir, ümumi qiyməti 321 manatdır, üç ədəd qızıl-zinət əşyalarının ümumilikdə qiyməti 1833,00 manatdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-trasoloji ekspertizasının 31 oktyabr 2023-cü il tarixli 3/16-16/2- 3/1611 saylı rəyinə əsasən müəyyən edilir ki, təqdim edilmiş silindrik mexanizm təhqiqata təqdim olunmuş vəziyətdə sazdır, istifadəyə yararlıdır.Silindrik mexanizmin açar yuvasının giriş səthində, daxili mexanizminin detalları üzərində kənar predmetlə yetirilməyə xarakterik deformasiya, cızılma, əzilmə və sair izlər (zədələr) aşkar edilmədir.Təhqiqata təqdim edilmiş silindrik mexanizmin təhqiqata təqdim edilmiş açarlarla və ya ona dəqiq uyğunlaşdırılmış açarlarla, həmçinin, kilidaçan, mismar və sair ilə iz yaratmadan açılması mümkündür. Həmçinin, İfadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs yaşayış ünvanından götürülmüş üzərində 7 ədəd rəngsiz şəffaf rəngli brilyant qaşları, əyarı “750”, kütləsi təxminən 10 qram olan 1 ədəd qızıl üzük, sarı rəngli, üzərində “585” damğası, kütləsi təxminən 3 qram olan, üzərində qaşları olmayan 1 cüt qızıl sırğa və kulonu üzərində rəngsiz şəffaf qaşları, əyarı 583/585, damğası “14K MİDAS” damğası, sarı rəngli 1 ədəd kulonlu kütləsi 3 qram olan qızıl boyunbağı və hadisə yerinə keçirilmiş baxış zamanı götürülmüş 1 ədəd daxili taxma konstruksiyalı qıfılın silindrik mexanizmiləri maddi sübut qismində tanınaraq bu barədə protokol tərtib olunub cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 06 ayını çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir.Beləliklə də, məlum olur ki, Təqsirləndirilən şəxs CM-nin 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmişdir və CM-nin 18.1-ci maddəsinin tələbinə əsasən əməlində cinayətin residivi vardır. Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikasının Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin rəis müavini, baş ədliyyə müşaviri Anar Tarverdiyev tərəfindən verilmiş cavab məktubuna əsasən məlum olur ki, Təqsirləndirilən şəxs eyniməzmunlu müraciəti əsasında Binəqədi rayon prokurorluğunda material üzrə araşdırma aparılaraq 15 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Prosssual Məcəlləsinin 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halların məcmusunu, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək, habelə əməlində cinayətin residivinin olmasını nəzərə alaraq CM-nin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir.Belə ki, təqsirlənidirlən şəxsin Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə həmin əməli törətməsi iş üzrə toplanmış sübutlar – ekspertiza rəyləri, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir. Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər.Həmçinin, həmin qərarda göstərilmişdir ki, qanunun mənasına ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr müttəhimin xeyrinə həll olunur Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən, yəni 01 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır.Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Zaur Qüdrətov tərəfindən qəbul edilmiş “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il saat 20.15 tarixdə tutulmuşdur.Həmçinin, iş materiallarında olan Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-1010/2023 saylı qərarına əsasən məlum olur ki, həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimat təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin Təqsirləndirilən şəxs tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 56.1.3-cü maddəsinə əsasən əməlində cəzanın residivi olduğuna görə təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Həmçinin, Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Eyni zamanda, Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 18 mart 2013-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir.Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz.Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, CM-nin 76.6.3-cü maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətdiyindən barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-614/2023 saylı, xx.xx.2023 saylı qərar ilə tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və ona Cinayət Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-614/2023 saylı, xx.xx.2023 saylı qərara əsasən məlum olur ki, ərizə təmin edilmiş, xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, ev 41, mənzil 8-də qeydiyyatda olmaqla yaşamış-məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 06 ayını çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmçinin, CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivini cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası təyin edildiyindən, təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılmalıdır. Bundan başqa, CMP-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci - 255 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X5 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut - üzərində 7 ədəd rəngsiz şəffaf rəngli brilyant qaşları, əyarı “750”, kütləsi təxminən 10 qram olan 1 ədəd qızıl üzük, sarı rəngli, üzərində “585” damğası, kütləsi təxminən 3 qram olan, üzərində qaşları olmayan 1 cüt qızıl sırğa və kulonu üzərində rəngsiz şəffaf qaşları, əyarı 583/585, damğası “14K MİDAS” damğası, sarı rəngli 1 ədəd kulonlu kütləsi 3 qram olan qızıl boyunbağı sahibi – Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut- 01 ədəd taxma konstruksiyalı qıfılın silindrik mexanizmi hökm qanuni qüvvəyə mindikdən sonra sahibi- Zərərçəkmiş şəxs qaytarılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, müdafiçəsi məhkəmə prosesində təyinatla iştirak etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, Müdafiəçi hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 60 saat vaxt sərf etmişdir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-614/2023 saylı, xx.xx.2023 saylı qərar ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-182/2022 nömrəli xx.xx.2022ci il tarixli hökmü ilə məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 06 ay hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunması ləğv edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-182/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 06 ay hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 03 (üç) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - 01 üzərində 7 ədəd rəngsiz şəffaf rəngli brilyant qaşları, əyarı “750”, kütləsi təxminən 10 qram olan 1 ədəd qızıl üzük, sarı rəngli, üzərində “585” damğası, kütləsi təxminən 3 qram olan, üzərində qaşları olmayan 1 cüt qızıl sırğa və kulonu üzərində rəngsiz şəffaf qaşları, əyarı 583/585, damğası “14K MİDAS” damğası, sarı rəngli 1 ədəd kulonlu kütləsi 3 qram olan qızıl boyunbağı sahibi – Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut- 01 ədəd taxma konstruksiyalı qıfılın silindrik mexanizmi hökm qanuni qüvvəyə mindikdən sonra sahibi- Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 255 (iki yüz əlli beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına - VÖEN **********, X5 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 60 (altmış) saat hüquqi xidmətin dəyəri 360 (üç yüz altmış) manat "xxxx" ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN**********, m/hAZ37 NABZ******************** S.W.İ.F.T. B.İ.K:AİİBAZ 2X, hesab№AZ48AİİB ********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-182/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-182/2024
11.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver