Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-183/2023 14.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Saat 12.50 Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx.xx.1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-566/2022 saylı hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-2231/2022 saylı, 13 dekabr 2022-ci il tarixli qərarına əsasən cəzası 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş və cəzası çəkilməmiş, məhkumluğu ödənilməmiş, Qobustan rayonu, Cəmcəmli Ərazi Dairəsi, Cəmcəmli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, 25-ci korpusda yerləşən fərdi yaşayış evində yaşayan, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 1(001)-183/2023 saylı, 11 aprel 2023-cü il tarixli qərara əsasən təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz olunmuş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 12 noyabr 2022-ci il tarixdə, saat 19.00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən məscidin yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini 15 (on beş) manat müqabilində əldə edib saxlayaraq daşımış, 13 noyabr 2022-ci il tarixdə, saat 15:20-də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan yolunda yerləşən «Şəhriyar» marketin yanında olan zaman Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, ünvan 1 ünvanında yerləşən Binəqədi RPİ-nin 43-cü PB-yə gətirilmiş, orada saat 16.10-da üzərinə şəxsi axtarış keçirilərkən, əynindəki açıq boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 1,317 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, bir neçə müddətdir ki, el arasında «kakos» kimi tanınan narkotik vasitə heroindən istifadə edir.Həmin narkotik vasitə heroini müxtəlif ünvanlardan tanımadığı şəxslərdən müxtəlif qiymətə alır.Sonuncu dəfə 12 noyabr 2022-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən məscidin yaxınlığında olan zaman üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 15 (on beş) manat müqabilində bir büküm şəffaf sellofana bükülmüş narkotik vasitə heroin alıb, sonra istifadə etmək məqsədi ilə əynində olan açıq boz rəngli cins şalvarının sağ yan cibinə qoyaraq həmin şəxsdən ayrılıb getmişdir.13 noyabr 2022-ci il tarixdə saat 15:20-də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan yolunda yerləşən «Şəhriyar» marketin yanında olan zaman ona mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim etmiş, polis əməkdaşı olmalarını bildirərək onu 43-cü PB-yə dəvət etmişlər.Onlar birlikdə 43-cü PB-yə getmişlər.Onu xidməti otaqların birinə dəvət etmişlər.Otaqda olan zaman müdafiəçi dəvət olunmuş, müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmişdir.Üzərinə şəxsi axtarış və götürmə hərəkətinin keçirləcəyi bildirilmiş və o buna etiraz etməmişdir.Bu zaman müdafiəçi keçiriləcək hərəkətin icrası zamanı iştirak etmək istəmədiyini bildirmişdir.Daha sonra video çəkən, 2 nəfər polis əməkdaşı və təhqiqatçının iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış və götürmə həyata keçirilmişdir.Şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməzdən əvvəl ona üzərində hər hansısa bir qanuni dövriyyəsi qadağan olunmuş maddə və ya əşyanın olub-olmaması soruşulmuşdur.Bundan sonra o, əynində olan açıq boz rəngli cins şalvarının sağ yan cibindəki 1 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroini masanın üzərinə qoymuşdur.Ondan həmin bükümün içərisində olan maddənin nə olması soruşulduqda həmin maddənin narkotik vasitə heroin olmasını bildirmişdir.Həmin narkotik vasitə heroini haradan əldə etməsi soruşulmuş, o da həmin narkotik vasitə heroini 12 noyabr 2022-ci il tarixdə saat 19.00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən məscidin yaxınlığında, tanımadığı şəxsdən 15 manata aldığını bildirmişdir.Bundan sonra həmin narkotik vasitə heroin qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 bildirmişdir ki, Binəqədi RPİ-nin 43-cü PB-nin sahə inspektoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs adlı şəxsin Binəqədi rayonu ərazisində narkotik maddələrin saxlanması və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat əsasında 13 noyabr 2022-ci il tarixdə Binəqədi RPİ-nin 43-cü PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 ilə birlikdə əməliyyat qrupu yaradılaraq, həmin tarixdə əməliyyat tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində 13 noyabr 2022-ci il tarixdə saat 15:20-da Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan yolunda yerləşən «Şəhriyar» marketin yanında olan zaman müəyyən olunmuş və ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirməklə, sonuncunu Binəqədi RPİ-nin 43-cü PB-yə dəvət etmişlər. Polis Bölməsində olan zaman videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və ona üzərində hər hansı qeyri-qanuni əşya varsa təqdim etməsi bildirilmişdir.Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan açıq boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükülünü təqdim etmişdir.Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunmuş bükümün içərisindəki maddə narkotik vasitə heroindir və onu şəxsi istifadəsi üçün 12 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən məscidin yaxınlığında tanımadığı şəxsdən 15 (on beş) manata almışdır.Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş kütlə qablaşdırılaraq möhürlənmiş, iştirakçılar tərəfindən heç bir etiraz olmadan imzalanmışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid Binəqədi RPİ-nin 43-cü PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 digər Şahid2 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in 14 noyabr 2022-ci il tarixli, 6/6536 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №243” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs (imza)...” sözləri və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi - 1,317 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 16 noyabr 2022-ci il tarixli 6855 nömrəli rəyinə əsasən məlum olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müəlicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamə və hökmə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-566/2022 saylı hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-2231/2022 saylı, 13 dekabr 2022-ci il tarixli qərarına əsasən cəzası 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş və cəzası çəkilməmiş, məhkumuluğu ödənilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, müdafiəçinin çıxışını, şahid ifadəsini dinləyib, dövlət ittihamçısının mövqeyini nəzərə alıb, ekspertiza rəylərini və iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirir və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər.Həmçinin, həmin qərarda göstərilmişdir ki, qanunun mənasına ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr müttəhimin xeyrinə həll olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən, yəni 26 may 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 1(001)-183/2023 saylı, 11 aprel 2023-cü il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan edilmişdir.Həmçinin, iş materiallarında olan Bakı İstintaq Təcridxanasından daxil olmuş 30 may 2023-cü il tarixli məktuba əsasən məlum olur ki, 26 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən tutulmuş və 27 may 2023-cü il tarixə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Həmçinin, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-566/2022 saylı hökmünə əsasən təyin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-2231/2022 saylı, 13 dekabr 2022-ci il tarixli qərara əsasən dəyişdirilərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş və çəkilməmiş həmin müddətə azadlığın məhdudlaşdırılması cəzası 1 günə 2 gün hesablanmaqla CM-nin 66.5-ci maddəsi ilə hazırki hökmlə təyin olunan cəza ilə qismən toplamaqla ona cəza təyin edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 13 noyabr 2022-ci il, saat 16.00 tarixdən 15 noyabr 2022-ci il saat 11.10 tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmalı və ona cəza təyin edilməlidir.Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı Fərid Nəzərli tərəfindən qəbul olunmuş qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 13 noyabr 2022-ci il tarixdə saat 16.00 dəqiqədə tutulmuşdur.Həmçinin, Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən qəbul olunmuş qərara əsasən məlum olur ki, Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Nicat Nayıbovun vəsatəti təmin edilməmiş və Təqsirləndirilən şəxs barəsində digər qətimkan tədbirinin seçilməsi qərara alınmışdır.Həmçinin, iş materiallarında olan Binəqədi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Nicat Nayıbov tərəfindən qəbul olunmuş qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş və o, 15 noyabr 2022-ci il saat 11.10 tarixədə azad edilmişdir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf etməsini, törətdiyi cinayət əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1- 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası təyin edildiyindən təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılmalıdır. Eyni zamanda, ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan əziyyət çəkdiyi və müalicəyə ehtiyacı olduğuna görə ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa, CMP-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci –55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. Həmçinin, CPM-nin 353.5.5-ci maddəsinə əsasən iş üzrə üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik maddə olan heroinin 1,267 qram olan qalığı məhv edilməli və iş üzrə maddi sübut- təqsirləndirilən şəxsin üzərinə axtarış keçirilməsini özündə əks etdirən 1 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, müdafiçəsi məhkəmə prosesində təyinatla iştirak etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, Müdafiəçi hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 49 saat vaxt sərf etmişdir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-566/2022 saylı hökmünə əsasən təyin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-2231/2022 saylı, 13 dekabr 2022-ci il tarixli qərarına əsasən dəyişdirilərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş və çəkilməmiş həmin müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 2 günə 1 gün hesablanmaqla CM-nin 66.5-ci maddəsi ilə hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmaqla ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 13 noyabr 2022-ci il, saat 16.00 tarixdən 15 noyabr 2022-ci il saat 11.10 tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılsın və ona qəti olaraq 1 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən, yəni 26 may 2023-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan heroin 1,267 qram olan qalığı məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına - VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 49 saat hüquqi xidmətin dəyəri 294 (iki yüz doxsan dörd) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********, m/hAZ37NABZ********************. S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-183/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-183/2023
14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver