Məhkəmə qərarları › İş №1(001)-186/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-186/2023

28.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-186/2023 28.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 nümayəndəsi X18, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs(mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1956-cı ildə Qubadlı rayonu, Xıdırlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, ali təhsilli, cinayət törədilən vaxt Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Binəqədi rayon Məşğulluq Mərkəzinin direktoru işləmiş, hazırda işsiz, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 69, mənzil 126-da qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Aparılmış ibtidai istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən suiistifadə etmiş, vəzifəli şəxs kimi qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla israf etmə yolu ilə talamışdır. Belə ki, o, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 31 mart 2017-ci il tarixli, 09/12-36 saylı əmrlə Binəqədi rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 27 dekabr 2001-ci il tarixli Qanununun 6, 22, 36.7 və 40-2-ci maddələrinə əsasən, satınalan təşkilatın rəhbəri kimi dövlət büdcəsi vəsaitləri hesabına malların alınması, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə bağlı satınalmanın şəffaflıq, aşkarlıq, bərabərlik və rəqabətlilik prinsipləri əsasında keçirilməsini, təsdiq edilmiş satınalma planına uyğun olaraq iddiaçıların təqdim etdikləri təkliflərdən ən səmərəlisinin seçilməsi məqsədi ilə keçirilən müsabiqələrin (tender və kotirovka sorğusu) müəyyən olunmuş prosedura uyğun təşkil olmasını təmin etmək, satınalmanın təşkil olunması üçün tender komissiyasını formalaşdırmaq, tenderin əsas şərtlər toplusunun hazırlanmasını, tenderin əsas şərtlər toplusu və tender elanı təsdiq edildikdən sonra tender elanının dərc olunmasını və malgöndərənlərə (podratçılara) tenderdə iştirak üçün fərdi dəvətlər göndərilməsini təmin etmək, iştirakçılar tərəfindən verilmiş təkliflərin öyrənilməsi, müqayisəli qiymətləndirilməsi ilə ixtisas göstəriciləri uyğun gəlməyən, yəni satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlılığı, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmayan iddiaçıların tenderdə iştirakdan kənar edilməsini təmin etmək, tenderin əsas şərtlər toplusunda göstərilən və kəmiyyətcə qiymətləndirilən və ya dəyər ekvivalenti təyin edilə bilən meyarlar əsasında ən sərfəli və ən aşağı qiymət təklif edən malgöndərənlə müqavilə bağlamaq, müqavilə üzrə alınmış malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin normativ hüquqi aktların, o cümlədən texniki normativ hüquqi aktların tələblərinə, habelə satınalma müqaviləsində nəzərdə tutulmuş digər tələblərə və standartlara uyğunluğunu yoxlamaq və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi qabaqcadan əlbir olduğu Dövlət Məşğulluq Xidmətinin şəxsiyyətləri istintaqa məlum olmayan rəhbər vəzifəli şəxsləri və qeyriləri ilə birlikdə bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə dövlətə məxsus olmaqla onlara etibar edilmiş əmlakı israf etmə yolu ilə talamaq və xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib həmin şəxslərlə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində Binəqədi rayon Məşğulluq mərkəzində iş axtaran şəxs kimi qeydiyyata alınmış 37 nəfər şəxsin biznes planlarının həyata keçirilməsi üçün “Əhalinin özünü məşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2016cı il tarixli 1941 nömrəli sərəncamına əsasən Binəqədi rayon Məşğulluq mərkəzinə ayrılmış 220.976,93 manat (iki yüz iyirmi min doqquz yüz yetmiş altı manat doxsan üç qəpik) məbləğində pul vəsaiti həmin vaxt Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin istintaqla şəxsiyyəti araşdırılan vəzifəli şəxsləri tərəfindən 2017-ci ilin iyul ayında, istintaqla müəyyən edilməyən gündə və şəraitdə Bakı şəhərində istintaqla müəyyən edilməyən ünvanda tamah və üçüncü şəxslər qarşısında nüfuz qazanmaq, özünü rəhbərlik qarşısında işgüzar və bacarıqlı işçi kimi göstərmək niyyəti ilə qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənədlər hesab edilən 40.223 (qırx min iki yüz iyirmi üç) manat məbləğində maddi aktivlərin alınması üzrə guya Binəqədi rayon Məşğulluq Mərkəzi tərəfindən keçirilmiş xx.xx.2017-ci il tarixli tenderin qalibinin ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş “X25 Təsərrüfatı”, 180.753,93 manat (bir yüz səksən min yeddi yüz əlli üç manat doxsan üç qəpik) məbləğində maddi aktivlərin alınması üzrə guya Binəqədi rayon Məşğulluq Mərkəzi tərəfindən keçirilmiş xx.xx.2017-ci il tarixli tenderin qalibinin ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş hüquqi şəxs "xxxx" MMC olması barədə 2017-ci ilin avqust ayında istintaqla müəyyən edilməyən gündə və şəraitdə Binəqədi rayon Məşğulluq mərkəzinə yuxarıda adları göstərilən hüquqi şəxslə özü arasında bağlanaraq göndərdiyi xx.xx.2017-ci il tarixli müqavilələri, tenderin nəticələri haqqında xx.xx.2017-ci il tarixli yekun protokolları və digər sənədləri şəxsiyyətləri istintaqla araşdırılan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin vəzifəli şəxslərinin yanında özünü sədaqətli işçi kimi göstərib hörmət qazanmaqla özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə guya özünün 25 may 2017-ci il tarixli, 40 nömrəli əmri ilə həmin mərkəz üzrə yaradılmış satınalma komissiyasının cinayətdən xəbərsiz olan üzvləri Şahid32, Şahid34, Şahid33 Mayıs oğlu, Şahid31, Şahid30 tərəfindən ünvan 2 ünvanında yerləşən Binəqədi rayon Məşğulluq Mərkəzinin inzibati binasında həmin tenderlər üzrə təkliflərin müzakirə olunması və “X25 Təsərrüfatı” ilə "xxxx" MMC-nin həmin tenderlərin qalibi olmaları barədə bilə-bilə yalan məlumatlar daxil edilmiş həmin saxta sənədlərin imzalanmasını təşkil etdikdən sonra, xidməti otağında öz imzası və Mərkəzin möhürü ilə təsdiq edərək faktiki olaraq maddi aktivlərin alınması ilə bağlı heç bir tender keçirmədən, yuxarıda adı qeyd edilən hüquqi şəxslərin faktiki olaraq satınalma müqavilələrində göstərilən maddi aktivləri vermək imkanını, o cümlədən, əmlakının olub-olmamasını, texniki və maliyyə imkanlarını və digər ixtisas dərəcələrini yoxlamadan xx.xx.2017-ci il tarixli ödəniş tapşırığı ilə “X25 Təsərrüfatı” MMC-nin "xxxx" ASC-də olan AZ25AMRA******************** nömrəli hesabına 40.223 (qırx min iki yüz iyirmi üç) manat, xx.xx.2017-ci il tarixli ödəniş tapşırığı ilə "xxxx" MMC-nin "xxxx" ASC-nin Azadlıq filialında olan AZ57AMRA******************** nömrəli hesabına 146.238,3 manat (bir yüz qırx altı min iki yüz otuz səkkiz manat otuz qəpik), ümumilikdə iki hüquqi şəxsin hesabına cəmi 186.461,3 manat (bir yüz səksən altı min dörd yüz altmış bir manat otuz qəpik) məbləğində pul vəsaitinin köçürülməsini təmin edib, faktiki olaraq satınalma müqavilələrində göstərilən 13 nəfər şəxsə tam verilməsini təmin etməsinə baxmayaraq, 24 nəfərə nəzərdə tutulmuş maddi aktivlərin tam verilməsini təmin etməyən, qeyd edilən hüquqi şəxsin adından heç bir səlahiyyəti olmadığı halda Şahid28, Şahid14 və Şahid21 2017-ci ilin sentyabr ayı ərzində Bakı şəhərindən aldıqları aktivləri Binəqədi rayon Məşğulluq mərkəzində iş axtaran kimi qeydiyyata alınmış Şahid2 4.107 manat dəyərində maddi aktivlər verildiyi halda guya 5.028 manat dəyərində maddi aktivlər verilməsi, Şahid3 2.810 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.963 manat dəyərində maddi aktivlər verilməsi, Şahid4 3.500 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.964 manat dəyərində maddi aktivlər verilməsi, Şahid5 2.850 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.944 manat dəyərində maddi aktivlər verilməsi, Şahid6 2.660 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.386 manat dəyərində maddi aktivlər verilməsi, Şahid7 3.470 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.589 manat dəyərində maddi aktivlər verilməsi, Şahid8 3.500 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.904,3 manat dəyərində maddi aktivlər verilməsi,Şahid9 2.540 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.289 manat dəyərində maddi aktivlər verilməsi,Şahid10 3.000 manat dəyərində maddi aktivlər verildiyi halda guya 5.213 manat dəyərində maddi aktivlər verilməsi,Şahid11 3.800 manat dəyərində maddi aktivlər verildiyi halda guya 5.270 manat dəyərində maddi aktivlər verilməsi,Şahid12 Qamboy oğluna 2.700 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.886 manat dəyərində maddi aktivlər verilməsi, X13 3.600 manat dəyərində maddi aktivlər verildiyi halda guya 5.138 manat dəyərində maddi aktivlər verilməsi, Şahid15 2.800 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.118 manat dəyərində maddi aktivlər verilməsi,Şahid16 3.200 manat dəyərində maddi aktivlər verildiyi halda guya 5.072 manat dəyərində maddi aktivlər verilməsi, Şahid17 oğluna 2.400 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.118 manat dəyərində maddi aktivlər verilməsi, Şahid22 oğluna 3.000 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.118 manat dəyərində maddi aktivlər verilməsi, Şahid18 2.900 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.644 manat dəyərində maddi aktivlər verilməsi, Şahid1 4.000 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.552 manat dəyərində maddi aktivlər verilməsi, Şahid19 2.800 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.327 manat dəyərində maddi aktivlər verilməsi, Şahid23 4.000 manat dəyərində maddi aktivlər verildiyi halda guya 5.114 manat dəyərində maddi aktivlər verilməsi, Şahid24 3.700 manat dəyərində maddi aktivlər verildiyi halda guya 5.121 manat dəyərində maddi aktivlər verilməsi, Şahid25 2.550 manat dəyərində maddi aktivlər verildiyi halda guya 3.415 manat dəyərində maddi aktivlər verilməsi,Şahid26 Cəmaləddin qızına 4.300 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.475 manat dəyərində maddi aktivlər verilməsi, X14 4.050 manat dəyərində maddi aktivlər verildiyi halda guya 5.470 manat dəyərində maddi aktivlərin verilməsi barədə şəxsi niyyətlə, yəni törətdiyi cinayəti pərdələmək, cinayətin iştirakçılarını məsuliyyətdən kənarlaşdırmaq məqsədilə məzmununa Binəqədi rayon Məşğulluq mərkəzinin inzibati binasında bilə-bilə yalan məlumatlar daxil etdiyi aktivlərin iştirakçıların mülkiyyətinə verilməsi barədə sentyabr 2018-ci il tarixli aktların Mərkəzin əməkdaşı Şahid34 imzası ilə təsdiqlənməsini təşkil edib həmin hərəkətləri ilə 24 iş axtaran şəxsə maddi aktivlərin verilməsi üçün ayrılmış 113.118,3 manat (bir yüz on üç min bir yüz on səkkiz manat otuz qəpik) məbləğində vəsaitdən faktiki olaraq 78.237 (yetmiş səkkiz min iki yüz otuz yeddi) manat məbləğində maddi aktivin verilib qiymətlərin şişirdilməsi ilə 34.881,3 manat (otuz dörd min səkkiz yüz səksən bir manat otuz qəpik) məbləğində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə məxsus olmaqla onlara etibar edilmiş əmlakı öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla qabaqcadan əlbir olduğu qeyriləri ilə bir qrup şəxs qismində vahid niyyətlə israf etmə yolu ilə talamış, qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bir qrup şəxs halında həmin hərəkətləri ilə məşğulluğun müəyyən olunmuş standartlar üzrə təmin edilməsi, dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərlə (podratçılarla) bərabər rəqabət mühitinin yaradılması sahəsində dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Qeyd edilən hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.2.1, 179.2.3, 179.2.4 və 308.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.2.1, 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2017-ci ilin 27 aprel tarixindən 2018-ci ilin 26 may tarixinə kimi Dövlət Məşğulluq Xidmətinin Binəqədi rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsində işləmiş, ərizə ilə özü vəzifəsindən azad edilmişdir. 2016-cı ildə ortalarından etibarən Baş İdarənin əmrinə əsasən X6 qeydiyyatda olan işsiz vətəndaşları özünəməşğulluq proqramına cəlb etmək üçün onlarla təlim kursları keçilməyə başlamış, təlim kursları 2-3 ay davam etmiş, təlim kurslarını keçən şəxlər biznes planlarını təqdim etmiş və Bakı şəhərində imtahan vermişlər. İmtahanı müəvəffəqiyyətlə vermiş şəxslərə biznes planlarının inkişaf etdirilməsi üçün maddi aktivlərin verilməsi nəzərdə tutulmuşdur. İmtahanlar başa çatdıqdan sonra əhalinin özünəməşğulluğunun təmin edilməsi məqsədi ilə iş axtaran şəxslərə aktivlərin paylanması üçün həmin aktivlərin alınması məqsədi ilə tenderlər keçirilməli olmuşdur. 2017-ci ilin iyul-avqust aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin hazırda adını xatırlamadığı məsul vəzifəli şəxslərindən biri onunla əlaqə yaradaraq Binəqədi rayon Məşğulluq Mərkəzi üzrə imtahandan uğurla keçmiş işsiz vətəndaşlara aktivlərin paylanması üçün həmin aktivlərin alınması məqsədilə hazır tender sənədlərinin göndəriləcəyini və həmin sənədlərdə adları qeyd olunan Mərkəzin əməkdaşlarının həmin sənədləri imzalamalarını tapşırmışdır. O, həmin vəzifəli şəxslə danışığında tender sənədlərinin hazır şəkildə göndərilməsinə öz etirazını bildirsə də, həmin şəxs bu prosedurun bütün respublika üzrə aparıldığını və heç bir problem yaşanmayacağını bildirmişdir. O, məcbur olaraq həmin şəxsin dediklərini icra etmiş və həmin gün, yaxud bir neçə gün sonra göndərilmiş sənədləri həm özü imzalamış, həm də imzalanması üçün digər əməkdaşlara təqdim etmişdir. Həmin əməkdaşlar könüllü şəkildə sənədləri imzalamışlar. Əməkdaşların imzaları yalnız tenderlərin keçirilməsinə dair protokollarda olmuş, əməkdaşlar komissiya sədri və komissiya üzvləri olmuşlar. Digər sənədlər isə yazışmalardan ibarət olmuşdur. Sənədlərin digər hissəsi bir neçə gün sonra göndərilmiş, bu dəfə göndərilən sənədlər qalib elan olunmuş şirkətlərlə bağlanmış müqavilələrdən ibarət olmuş, həmin müqavilələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin hazırda adını xatırlamadığı məsul vəzifəli şəxsinin göstərişi ilə imzalayıb möhürləmişdir. Daha sonra yenə eyni göstərişin davamı olaraq qalib elan edilmiş iki şirkətin hesabına pul vəsaitlərini köçürmüş və aktivlər həmin şirkətlərin nümayəndələri tərəfindən paylanmışdır. Aktivlərin tam həcmdə paylanmasına nəzarəti Mərkəzin əməkdaşı Şahid34 həyata keçirmiş, lakin o, aktivlərin hansı qiymətə alınmasına qarışmamış, bu barədə məlumatı olmamışdır. Özü şirkətlərin rəhbərlərini və ya nümayəndələrini, yaxud aktivləri paylayan şəxsləri tanımamış, onlarla hər hansı ünsiyyəti olmamışdır. Təxminən bir il sonra isə aktivlər iş axtaran şəxslərin mülkiyyətinə verilmişdir. Binəqədi rayon Məşğulluq Mərkəzi üzrə faktiki olaraq hər hansı tender keçirilməmiş, şirkətlərin nümayəndələri iştirak etməmiş, onları tanımır və ünsiyyətdə olmamış, 180.753,93 manat təkliflə "xxxx" MMC, 40.223 manat təkliflə “X25 Təsərrüfatı”nın qalib elan olunduğu tenderlərlə bağlı Mərkəzə hazır sənədlər Dövlət Məşğulluq Xidmətindən göndərilmiş, protokollar Mərkəzin əməkdaşları tərəfindən imzalanmış, yazışmalardan ibarət digər sənədlər isə onun tərəfindən imzalanmışdır. "xxxx" MMC-nin direktoru Mövlüd Məhərrəmov ilə 03 avqust 2017-ci il tarixdə 180.753,93 manat məbləğində mal-materialın alınması, eyni tarixdə “X25 Təsərrüfatı”nın direktoru Şahid20la 40.223 manat məbləğində mal-materialın alınması ilə bağlı müqavilələrdə “Sifarişçi, Binəqədi rayon Məşğulluq Mərkəzinin direktoru, Təqsirləndirilən şəxsK” yazılarının altındakı imza özünə məxsusdur, həmin müqavilələri özü bağlamışdır. Həqiqətən də Binəqədi rayon Məşğulluq Mərkəzinin direktoru kimi 21 avqust 2017-ci il tarixdə “X25 Təsərrüfatı”nın "xxxx" ASC-də olan hesabına 40.223 manat, 14 sentyabr 2017-ci il tarixdə isə "xxxx" MMC-nin "xxxx" ASC-də olan hesabına iki dəfəyə 172.561,19 manat məbləğində pul köçürmüş, həmin ödəniş tapşırıqlarında “Müştərinin imzaları” qrafasının “1” sıra nömrəsinin qarşısındakı imza özünə məxsusdur. 2-ci sıradakı imza Binəqədi rayon Məşğulluq Mərkəzinin mühasibi Mehriban xanıma məxsus olmuş, lakin onun tenderlərin faktiki keçirilib-keçirilməməsi barədə heç bir məlumatı olmamış, sadəcə onun tapşırığını icra etmişdir. "xxxx" MMC və “X25 Təsərrüfatı” ilə müqavilələr bağlamaq və həmin şirkətlərin hesablarına pul vəsaitlərini köçürmək barədə tapşırıq X11 xatırlamadığı vəzifəli şəxslərindən gəlmiş, həmin göstərişlə əlaqədar "xxxx" MMC və “X25 Təsərrüfatı” ilə müqavilələr bağlayaraq həmin şirkətlərin hesablarına pul köçürmüşdür. Əgər bunları etməsəydi arzuolunmaz işçi hesab edilərək vəzifəsindən azad edilərdi. Eyni zamanda bildirmişdir ki, həmin şirkətlərlə müqavilələr bağlamağı, hesablarına pul köçürməyi üçün ona hər hansı məbləğdə pul verilməmiş, yaxud vəzifəsi artırılmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini bildirərək, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş və mülki iddiaçının nümayəndəsi qismində dindirilmiş X21 ifadə verərək bildirmişdir ki,tender komissiyasını Təqsirləndirilən şəxs təşkil edir, komissiyanın yaradılması barədə əmr imzalayır və komissiyanın sədr və üzvlərini müəyyən edir, tenderin keçirilməsi haqqında qərar qəbul edir, protokollar qəbul edir, satınalma keçiriləcəyi barədə çıxış olur yekunlaşdıqdan sonra elan edilir. Elandan sonra nə ilə bağlı satınalma keçiriləcəksə o qəzetdə dərc olunur. Bundan sonra şirkətlər müraciət edir və zərflər gələrək komissiyanın hüzurunda açılır. Ehtimal olunan ən aşağı qiymət qəbul olunur. Satınalma haqqında qanuna görə 20%-dən aşağı qiymət qəbul olunmur. Yekun qərar qəbul olunur və antiinhisara göndərilir. Orada yekun qərara görə qalib elan olunur. Tender komissiyası tərəfindən həmin sahəylə məşğul olan təşkilatlara əşyanın bazar qiymətini öyrənmək üçün (tenderin keçiriləcəyi məlumatı verilmədən) sorğular göndərilir və beləcə əşyanın bazar (real) qiyməti təkliflər gəlməmişdən əvvəl müəyyən edilir. Tender komissiyası qiymətləri müzakirəyə çıxarır. Ən uyğun qiymət seçilir və qiyməti təklif edən təşkilat qalib elan olunur. Təqsirləndirilən şəxs əlavə tenderə nəzarət edən bir qurum da İqtisadiyyat Nazirliyi yanında dövlət satınalmaları Agentliyidir. Əlavə olaraq, cinayət işi üzrə Təqsirləndirilən şəxs 34800 manat məbləğində maddi zərərin zərərçəkmiş Azərbaycan Respublikası Zərərçəkmiş şəxs hesabına tutulması barədə mülki iddia vermişlər. Maddi ziyanın tam ödənilməsi halında təqsirləndirilən şəxs barəsində yüngül cəza verilməsinə etirazı yoxdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli baxış iclasında X21 məhkəməyə ərizə ünvanlayaraq, dəymiş zərər tam ödənildiyindən təqsirləndirilən şəxsə qarşı heç bir iddia tələbi olmadığını bildirmişdir. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, işsiz olduğuna görə 2016-cı ildə iş axtaran şəxs kimi Binəqədi rayon Məşğulluq Mərkəzinə müraciət edərək qeydiyyata düşmüşdür. Qeydiyyata alınmağı ilə bağlı hər hansı şəxs ondan pul tələb etməmiş, o, da heç kəsə pul verməmişdir. Bir müddət sonra onu mərkəzə dəvət etmiş və təlimə cəlb etmişlər. Təxminən 2 ay ərzində kurs keçmişlər. Kurs bitdikdən sonra imtahanı Bakı şəhərində müvəffəqiyyətlə vermişdir. Biznes planı çörək bişmə sexinin işlədilməsi ilə əlaqədar olmuş, biznes planının dəyərini xatırlamır. İmtahandan keçdikdən sonra 2017-ci ilin xatırlamadığı ayında xatırlamadığı nömrə ilə Şahlar adlı şəxs ona zəng edərək aktivlərin paylanmasını həyata keçirən şirkətin əməkdaşı olduğunu bildirmiş və onu aktivlərin alınması üçün görüşə dəvət etmişdir. Növbəti gün o, Şahlarla görüşmüş, yanında bir nəfər də şəxs olmuş və birlikdə Bakı şəhərində Təbriz küçəsindəki mağazalardan birinə getmiş, oradan Şahlar 2.600 manata “Maketa” markalı xəmir qarışdıran aparatı, bir ədədi 350 manata olmaqla cəmi 700 manata 2 ədəd nejoveyka masanı alıb ona vermişdir. Aktda göstərilən digər aktivləri, yəni 1 ədəd elektrik tərəzi, 1 ədəd 20 litrlik su qızdırıcısı, 1 ədəd çətir, 1 ədəd qapaq, 1 ədəd moykanı isə Şahlar almamış və aralarındakı razılığa görə sadalanan bu aktivlərin alınması üçün 700 manat pul vermiş, bu aktivləri özü müxtəlif yerlərdən almışdır. Ümumilikdə Şahlar aktivlərə görə cəmi 3.300 manat pul xərcləmiş, digər aktivlərin alınması üçün isə özünə 700 manat pul vermişdir. Aktivlərin daşınma xərclərini özü qarşılamışdır. Aktivlər verildikdən sonra aktivlərin verilməsinə dair akt tərtib edilmiş və aktivləri paylayan şəxslərdən biri ilə onun arasında imzalanmışdır. O, həmin aktivlərlə çörək sexini qurmuşdur və hazırda da həmin sexi işlədir. 2018-ci ildə isə Dövlət Məşğulluq Xidmətinin əməkdaşları obyektə gələrək faktiki verilmiş aktivlərdən istifadə etməklə işlədiyini yoxladıqdan sonra mülkiyyətə verilmə barədə akt tərtib edib ona imzalatdırmışlar. Aktivlərin istifadəyə və mülkiyyətə verilməsinə dair aktlardakı imzalar özünə məxsusdur, imza edərkən orada aktivlərin qiyməti yazılmamışdır. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2016-cı il tarixdə işsiz olduğuna görə Binəqədi rayon Məşğulluq Mərkəzində iş axtaran şəxs kimi qeydiyyata düşmüş, özünü məşğulluq proqramı çərçivəsində işsiz şəxs kimi təlimlərə cəlb edilmiş, o, həm rəssam, həm də memar kimi işləmək üçün avadanlıqlar istəmişdir. Təlim vaxtı biznes plan yazılması və biznesin idarə edilməsini öyrətmişlər. Təqribən bir ay müddətində Binəqədi rayon Gənclər fondunda təlim keçirilmiş, bundan sonra o, biznes plan yazmış, ona bu tələbə uyğun olaraq 1 ədəd hp (17) markalı noutbuk, 1 ədəd Epson L-222 markalı printer, 1 ədəd laminat materialdan stol (1.20mx0.8m), 1 ədəd fırlanan kreslo, 2x16 metr ölçüdə kətan, 1 ədəd kompressor, 1 ədəd künc kəsən dəzgah (DAWER), 1 ədəd rəng vuran pistolet, 1 ədəd mismar vuran pistolet verilmişdir. Ona 2017-ci ilin sentyabr ayında hazırda adını xatırlamadığı şəxs zəng edərək dəvət etmiş, 1 ədəd HP (17) markalı noutbuk və 1 ədəd Epson L-222 markalı printer təqribən 2000 manata 28 may küçəsində yerləşən orta məktəbin yaxınlığındakı bir mağazadan alınmış, bir ədəd də noutbuk üçün çanta hədiyyə edilmiş, kətanı Nəsimi rayonu İcra Hakimiyyəti yanında binanın zirzəmisində rəssamlıq malları satılan dükandan hazırda xatırlamadığı məbləğə, 1 ədəd kompressor 200 manat, 1 ədəd künc kəsən dəzgah (DAWER) 300 manata, 1 ədəd rəng vuran pistolet 50 manata və 1 ədəd mismar vuran pistolet 50 manata 8 KM-də yerləşən bazardan alınmışdır. 1 ədəd laminat materialdan stol (1.20mx0,8m) və 1 ədəd fırlanan kresloya isə Binəqədi rayonunda yerləşən Qardaşlar Mebel mağazasında baxıb bəyənəndən sonra gətirilib təhvil verilmişdir. Qiymətinin neçə olmasını isə xatırlamamışdır. Aldığı maddi aktivlərdən hal hazırda da istifadə edir. Binəqədi rayon Məşğulluq Xidmətində əvvəlcədən tanıdığı bir şəxs, yaxud yaxın münasibətdə olduğu şəxs olmamışdır. Süleyman adlı şəxsi tanımış, hər ay bir dəfə gəlib avadanlıqların yerində olması ilə bağlı çəkiliş etmişdir. Avadanlıqların verilməsi üçün pul yaxud heç bir ödəniş tələb edən olmamışdır. Aktivlər onun mülkiyyətinə verilmişdir. 05 oktyabr 2018-ci il tarixli Aktivlərin iştirakçıların mülkiyyətinə verilməsi haqqında aktdakı ad, soyad və ata adını özü yazmamış, aktda olan imza onundur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2016-cı ildə ərizəsi əsasında özünü məşğulluqla bağlı X6 iş axtaran şəxs kimi qeydiyyata alınmışdır. Bundan sonra 2016-cı ilin axırlarında həmin Mərkəzə dəvət olunmuş və burada ona Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə biznesin inkişafı üçün iş axtaran şəxslərin hər birinə özünü məşğulluqla bağlı müəyyən məbləğində vəsait ayrılacağı bildirilmişdir. Təqdim etdiyi layihədə Kompüter oyunları üçün 5 dəst, playstation SONY markalı 5 dəst aparat, 5 ədəd 2 nəfərlik mini divan və playstation SONY aparatları üçün 5 ədəd stol-stul, həmçinin bu avadanlıqları istifadə etmək üçün qonşu Cəbrayıl Kərimovun qarajında yeri olmasını göstərmişdir. Bundan sonra X6 İsmayıl adlı şəxsin rəhbərliyi ilə 3 ay müddətində kursda olmuş və imtahan verərək hazırladığı biznes layihəsini həmin Mərkəzə təqdim etmişdir. İmtahan verəndən sonra 2017-ci ilin avqustsentyabr ayında ona Şahlar adlı şəxs (tel.***-***-**-**) zəng edərək Məşğulluq Mərkəzinin nümayəndəsi olmasını və onun layihəsi ilə tanış olmasını, avadanlıqları özü tapmasını, pullarını isə o, mağazaya ödəyəcəyini bildirmişdir. O, həmin avadanlıqları “Sədərək Şirniyyat Ticarət Cərgəsinin” sıra 5, mağaza 24-də tapmış və bu barədə Şahlara zəng edib bildirmişdir. Bir müddət sonra Şahlar ona etdiyi zəngə əsasən o, həmin mağazaya getmiş və orada onu Samir, ya da Seymur adlı şəxs qarşılamış, məşğulluq Mərkəzini təmsil etməsini və həmin avadanlıqlar olan mağazanı ona təqdim etmişdir. Bundan sonra həmin mağazadan ona 4 ədəd LG markalı televizor və 4 ədəd SONY markalı playstation aparatları verilmişdir. Həmin avadanlıqlara görə Samir, ya da Seymur adlı şəxs satıcıya 3.500 manat pul ödəmişdir. O, narazılıq edərək 4.000 manat dəyərində avadanlıq verilməli olmasını bildirmiş, lakin, Samir, ya da Seymur adlı həmin şəxs ona yalnız bu avadanlıqların verilməsi tapşırılmasını bildirmişdir. Ona bir söz deməmiş, burada həmin avadanlıqların ona verilməsinin video görüntülərini həmin şəxs çəkmiş və o, həmin avadanlıqları öz vəsaiti hesabına evinə aparmışdır. Bundan sonra bir il müddətində Mərkəzin Süleyman və Cavid adlı adlı şəxsləri bir aydan bir avadanlıqları yerində yoxlamış və ona dövlət tərəfindən verilmiş həmin avadanlıqlardan istifadə edərək ailəsini dolandırmasını görmüşdürlər. Aradan bir il keçəndən sonra o, Mərkəzə dəvət olunmuş və Mərkəzin Süleyman adlı əməkdaşının ona təqdim etdiyi akta imza etmişdir. Həmin aktda 4 ədəd LG markalı televizor və 4 ədəd SONY markalı plyastion aparatlarının ona verilməsi göstərilsə də, aktda avadanlıqların qiyməti göstərilməmişdir. Həmin avadanlıqlar onun şəxsi mülkiyyətinə verilmişdir. Aktda adının qarşısında olan imza özünə məxsusdur. Aktda göstərilən malları almış, lakin o, həmin aktı imzalayarkən onların hər birinin və dəstdə olan avadanlıqların qiyməti göstərilməmişdir. Faktiki olaraq ona 4.000 manat dəyərində deyil, 3.500 manat dəyərində əmlak verilmişdir. Həmin Mərkəzdə heç bir şəxslə qohumluq münasibəti olmamış, bundan başqa heç kim ona adına çox vəsait yazılacağı, vəsaitin bir hissəsini nəğd olaraq kiməsə verməli olması barədə söz deməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2017-ci ilin əvvəllərində iş axtaran şəxs kimi Binəqədi rayon Məşğulluq Mərkəzinə müraciət etmiş və ərizəsi əsasında həmin Mərkəzdə qeydiyyata alınmışdır. Əvvəllər uzun müddət rəssamlıq fəaliyyəti ilə məşğul olduğu üçün bu işi davam etdirməklə ailəsini dolandırmaq qərarına gəldiyi üçün həmin Mərkəzə müraciət etmiş və özünüməşğulluq fəaliyyətinə qoşulmuşdur. Mərkəzdə qeydiyyata alınandan sonra ona bildirilmişdir ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ona 4.000 manat civarında olmaqla rəssamlıq fəaliyyətinə dair müvafiq avadanlıqlar verilə bilər. Buna qədər ona müvafiq işlər təklif olunsa da, bu işlər yaşı ilə bağlı onu qane etmədiyi üçün ev şəraitində rəssamlıqla məşğul olmaq qərarına gəlmişdir. Mərkəzdən ona bunun üçün müvafiq kurs keçməli olmasını və biznes fəaliyyəti ilə bağlı biznes layihə hazırlayaraq Mərkəzə təqdim etməli olması bildirilmişdir. Bundan sonra 40 gün ərzində Mərkəzdə kurs keçmiş, kursu keçən müəllimin adını xatırlamır və kursu müvəffəqiyyətlə bitirib biznes layihəsini Mərkəzə təqdim etmişdir. Ondan başqa kursda 10-15 şəxs də iştirak etmişdir. Həmin layihədə rəssamlıq fəaliyyəti ilə bağlı ona veriləcək avadanalıqların, o cümlədən 1 ədəd etüdnik, 1 ədəd malbert, 1 ədəd noutbuk, 1 ədəd planşet, 1 ədəd “Canon" markalı fotoaparat kimi avadanlıqları, müxtəlif taxta çərçivələri və müxtəlif yağlı boyaları göstərmişdir. Bir müddət sonra ona Mərkəzdən adını xatırlamadığı bir kişi əməkdaşı zəng etmiş və sifariş verdiyi avadanlıqları yaxın vaxtlarda evinə gətirib ona təhvil verəcəklərini bildirmişdir. Bir müddət sonra Mərkəzin 3 əməkdaşı evinə gəlmiş və ona layihədə göstəriyi rənglərdən başqa ifadəsində göstərdiyi qalan avadanlıqları və materialları gətirib ona təhvil vermişlər. Bir müddət sonra həmin Mərkəzin təxminən 35-40 yaşlı əməkdaşının telefon zəngi əsasında onunla Bakı şəhər mərkəzində görüşmüş və keçmiş Basin küçəsində yerləşən rəssamlıq avadanlıqları mağazasından 700 manat dəyərində yağlı rəngləri almış və nağd pulu həmin əməkdaş mağazanın kassasına ödəmişdir. Həmçinin bu mağazaya 300 manat miqdarında taxta çərçivələri də sifariş vermişdir. Qabaqcadan həmin əməkdaş 300 manat pulu da həmin kassaya ödəmişdir. Kassadan ödəmə çeklərinin alınıb-alınmamasını hazırda xatırlamır. Çərçivələr 2-3 gündən sonra hazır olmuş və özü həmin mağazaya gedib çərçivələri götürüb evinə aparmışdır. Onun hesabı ilə həmin mal-materiallara və avadanlıqlara, o cümlədən “Canon" aparatının qiyməti 500 manat, Noutbukun qiyməti 600 manat, “Samsung" markalı planşetin qiyməti 500 manat, Etudnikin qiyməti 150 manat, Malbentin qiyməti 100 manat təşkil etmişdir. Ümumilikdə həmin Mərkəz tərəfindən ona 2.850 manat dəyərində avadanlıq və mal material verilmişdir. Bundan sonra növbəti bir il ərzində öz evində rəssamlıq fəaliyyətini davam etdirmiş və həmin müddət ərzində Mərkəzin başqabaşqa əməkdaşları evinə gəlib fəaliyyətini yoxlamışdırlar. Çəkdiyi rəsm əsərlərini satışa çıxararaq ailəsini dolandırmışdır. Həmin avadanlıq və mal-materiallar ona verilərkən video çəkiliş aparılmış və akt tərtib edilmişdir. O, aktı imzası ilə təsdiq etmişdir. Akt bir nüsxədən ibarət tərtib olunmuş və akt həmin əməkdaşlarda qalmışdır. Bir ildən sonra, yəni 2018-ci ilin payızında Mərkəzə dəvət olunmuş və burada Süleyman müəllim adlı şəxs ona həmin avadanlıqların mülkiyyətinə verilməsini bildirmiş və ona bir akta da imza etdirmişdir. Həmin aktda ona verilmiş avadanlıqların, yəni Etudnik, Planşet, Noutbuk, fotoaparat və Malbent avadanlıqların adları göstərilsə də, onların qiymətləri göstərilməmişdir. O cümlədən həmin aktda taxta çərçivələr və yağlı boyalar göstərilməmişdir. O, rəssamlıq fəaliyyəti ilə məşğul olduğunu nəzərə alaraq həmin aktda avadanlıqların və mal materialların qiymətinin yazılmamasının səbəbini, o cümlədən taxta çərçivələr və yağlı boyalar barəsində göstərilmədiyini Süleyman müəllimdən soruşmamışdır. Aktivlərin iştirakçıların mülkiyyətinə verilməsi barədə 28 sentyabr 2018-ci il tarixli aktı nəzərdən keçirmiş, aktda soyad, ad və ata adının göstərildiyi qrafada olan imza ona məxsusdur. Mal-materialların ona 2017-ci ildə təhvil verilməsi barədə bir akt və 2018-ci ildə digər akt təqdim edilmişdir. Hər iki aktı o, imzalamış, lakin aktlarda mal-materialların qiyməti göstərilməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2017-ci ilin əvvəllərində iş axtaran şəxs kimi Binəqədi rayon Məşğulluq Mərkəzinə müraciət etmiş və ərizəsi əsasında həmin Mərkəzdə qeydiyyata alınmış, əvvəllər öz evində Əfsanə adlı xala qızının köməkliyi ilə bər-bər qadın işini, daha sonralar isə gözəllik salonundakı işlərlə, o cümlədən qadın saç ustası işini mənimsədiyi üçün müəyyən avadanlıqlara ehtiyacı olmuşdur. Özünüməşğulluq fəaliyyəti ilə bağlı dövlət tərəfindən vətəndaşlara köməklik göstərilməsini bilmiş, təxminən 2017-ci ildə ərizəsi əsasında X8 müraciət etmiş və özünüməşğulluq fəaliyyətinə qoşulmuşdur. Mərkəzdə qeydiyyata alınandan sonra ona Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 4.000 manat civarında olmaqla seçdiyi fəaliyyətə dair müvafiq avadanlıqlar verilə biləcəyi deyilmişdir. Buna qədər ona müvafiq işlər təklif olunsa da, bu işlər onu qane etmədiyi üçün ev şəraitində qadın saç ustası işi ilə məşğul olmaq qərarına gəlmişdir. Mərkəzdən ona bunun üçün müvafiq kurs keçməli olmasını və biznes fəaliyyəti ilə bağlı biznes layihə hazırlayıb Mərkəzə təqdim etməli olmasını bildirmişlər. Bundan sonra təxminən 40 gün ərzində Mərkəzdə kurs keçmiş, kursu keçən müəllimin adını hazırda xatırlamır, o təxminən 35 yaşlı kişi olmuşdur. O, kursu müvəffəqiyyətlə bitirib biznes layihəsini Mərkəzə təqdim etmişdir. Ondan başqa kursda təxminən 10 şəxs də iştirak etmişdir. Həmin layihədə qadın saç ustası işi ilə bağlı ona veriləcək avadanalıqları, o cümlədən 1 ədəd saç yuyan avadanlığı, 4 ədəd müxtəlif fenləri, 2 ədəd qayçını, 4 ədəd fen daraqlarını, 1 ədəd antibakterial aparatı, 1 ədəd suqızdırıcını, 1 ədəd kreslonu, gözəllik salonu üçün mebel dəsti, yəni həmin salon üçün güzgülü termo və müxtəlif aksesuarlar üçün rəfləri olan şkafı göstərmişdir. Bir müddət sonra ona Mərkəzdən adını xatırlamadığı bir kişi əməkdaşı zəng etmiş və sifariş verdiyi avadanlıqları onunla birlikdə almaq istədiyini demiş, bundan sonra həmin Mərkəzin bir kişi əməkdaşı ilə qabaqcadan telefonda danışandan sonra 2017-ci ilin payızında “Sədərək” ticarət mərkəzində görüşmüşdür. Bundan sonra oradakı müxtəlif mağazalardan göstərdiyi həmin avadanlıqları almış və avadanlıqların pulunu həmin əməkdaş nağd pulla satıcılara ödəmişdir. Hesabı ilə həmin avadanlıqlara, o cümlədən 1 ədəd saç yuyan avadanlığa görə 300 manat, 2 ədəd saç qurudan fenə görə 140 manat, 1 ədəd ütü fenə görə 140 manat, 2 ədəd saç buran fen üçün 260 manat, 1 ədəd dalğavari saç yaradan fenə görə 140 manat, 2 ədəd qayçıya görə 80 manat, antibakterial aparata görə 100 manat, saç daraqlarına görə 100 manat, su qızdırıcıya görə 100 manat və kresloyaya görə 300 manat pulu həmin əməkdaş mağazalara ödəmişdir. Alınmış avadanlıqların qiyməti təxminən 1.500-2.000 manat civarında olmuşdur. Həmin avadanlıqları öz vəsaiti ilə evinə gətirmişdir. Çatışmayan avadanlıq isə gözəllik salonu üçün mebel dəsti olmuş, yəni həmin salon üçün güzgülü termo və müxtəlif aksesuarlar üçün rəfləri olan şkaf lazım olmuşdur. Bu barədə o, biznes layihəsində göstərmiş və həmin mebel dəstini Mərkəzin əməkdaşları aradan 2-3 gün keçəndən sonra evinə gətirib ona təhvil vermişlər. Həmin dəst mebelin qiyməti 800-1.000 manat civarında olmuşdur. Avadanlıqların ona verilməsi barədə bir akta imza etmişdir. Onun hesabı ilə Mərkəz tərəfindən verilən avadanlıqların qiyməti təxminən 3.000 manat civarında olmuşdur. Bundan sonra bir il ərzində Mərkəz tərəfindən işi yoxlanılmış və 2018ci ilin sentyabr ayında Mərkəzə dəvət olunmuş və burada Süleyman müəllim adlı şəxs ona həmin avadanlıqların mülkiyyətinə verilməsini demiş və ona bir akta da imza etdirmişdir. Həmin aktda ona verilmiş yuxarıda göstərdiyi avadanlıqların adları göstərilsə də, onların qiymətləri göstərilməmişdir. O cümlədən həmin aktda mebel dəsti göstərilməmişdir. O, göstərdiyi fəaliyyətlə bağlı narazı olmadığı üçün həmin aktda avadanlıqların və mal materialların qiymətinin yazılmamasının səbəbini, o cümlədən mebel dəstinin özünü və qiymətinin də göstərilmədiyini Süleyman müəllimdən soruşmamışdır. Aktda soyad, ad və ata adının göstərildiyi qrafada olan imza ona məxsusdur. Mal materialların ona 2017-ci ildə təhvil verilməsi barədə bir akt və 2018-ci ildə digər akt təqdim edilmişdir. Hər iki aktı imzalamış, lakin aktlarda mal-materialların qiyməti göstərilməmişdir. Ümumilikdə onun hesabı ilə ona təxminən 3.000 manat məbləğində mal-material verilmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, təxminən 2016-cı ildə ərizəsi əsasında özünüməşğulluqla bağlı X6 iş axtaran şəxs kimi qeydiyyata alınmış, bundan sonra 2016-cı ilin axırlarında həmin Mərkəzə dəvət olunmuş və burada ona Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə biznesin inkişafı üçün iş axtaran şəxslərin hər birinə özünüməşğulluqla bağlı 4.000 manat məbləğində vəsait ayrılacağı bildirilmişdir. Təqdim etdiyi layihədə 2 ədəd Noutbuk, 6 dəst məktəbli partası, 2 ədəd stol, 1 ədəd şkaf, 1 ədəd kreslo, 10 ədəd stul, 1 ədəd elektriklə işləyən çaynik və 1 ədəd şəhər telefon cihazını göstərmiş, həmçinin bu avadanlıqları istifadə etmək üçün yaşadığı məhəllədə yerinin də olmasını göstərmişdir. 2017-ci ilin sentyabr ayında X7 Süleyman adlı rəhbər işçisi onu qəbul edərək Nəsimi rayonu, İnqilab küçəsində yerləşən “Qardaşlar” şirkətinə (Tibb Universitetinin yaxınlığına) getməli olmasını, orda həmin şirkətin Şahlar və Taleh adlı nümayəndələrinin onu qarşılayacağını və layihəsində göstərdiyi avadanlıqları onlar təqdim edib alınmasını təmin edəcəklərini bildirmişdir. O, dərhal deyilən yerə getmiş, ilk olaraq Taleh adlı şəxslə görüşmüş və ona alacağı malların adlarını bildirmişdir. Taleh ona, həmin şirkətin mebel istehsalı ilə məşğul olmasını demiş və mebelleri, eləcə də 2 ədəd məktəbli lövhəsini həmin şirkətə sifariş vermişdir. Təxminən 15-20 gündən sonra həmin şirkətin bir nümayəndəsi və Şahlar adlı şəxsin telefon zəngi ilə oraya getmiş və mebelləri görüb bəyənmişdir. Lövhələrin isə digər yerdən alınıb ona veriləcəyini Taleh bildirmişdir. Şahlar orada olmamış, onu Taleh qarşılamış və mebelləri layihəsində göstərdiyi ünvana çatdıracağını bildirmişdir. Həmin günlərdə də mebellər ünvanına çatdırılmışdır. Bundan sonra seçimi ilə Şahlarla birlikdə metronun “28 may” ərazisində yerləşən bir mağazaya getmiş və oradan 2 ədəd, “HP” və “ASSOS” markalı Noutbuklar görüb bəyənmiş, müvafiq olaraq onların qiyməti 1.300 manat və 600 manat olmuş, həmin avadanlıqlara görə Şahlar satıcıya 1.900 manat pul ödəmiş və Notbukları ona vermişdir. Həmin gün də Şahlarla birlikdə mağazadan 1 ədəd elektriklə işləyən çaynik və 1 ədəd şəhər telefon aparatını da almış, onların hər ikisinin ümumi dəyəri 100 manat olmuş və pulu nəğd olaraq Şahlar satıcıya ödəmişdir. Bir müddət sonra isə Taleh 2 ədəd məktəbli lövhəsini ünvanına çatdırmışdır. Ümumilikdə ona verilmiş avadanlıqların qiyməti 3.000 manat olmuşdur. Yəni, 2 ədəd Noutbukdan, 1 ədəd telefon aparatından, 1 ədəd çaynikdən başqa 6 dəst məktəbli partasına, 2 ədəd stola, 1 ədəd şkafa, 1 ədəd kresloya və 10 ədəd stula hesabı ilə əlavə olaraq 1.000 manat pul ödənilmişdir. Pullar Taleh və Şahlar adlı şəxslər tərəfindən nəğd olaraq ödənilmişdir. Qiymətlə bağlı narazılığı olsa da, bu barədə heç kimə bildirməmişdir. Avadanlıqları tam əldə edəndən sonra icarəyə götürdüyü yerlərdə ona müraciət etmiş məktəb şagirdlərinə məktəbəqədər və ibtidai sinif, eləcə də azərbaycan dili fəndlərindən dərs keçməyə başlamışdır. Növbəti bir il ərzində Mərkəzin Süleyman adlı rəhbər işçisi sinifə gəlib onun fəaliyyətini sənədləşdirmiş və bir ilin sonunda həmin avadanlıqlar şəxsi mülkiyyətinə verilmişdir. Bununla bağlı Mərkəzə dəvət edilmiş və orada akt tərtib edilmişdir. Həmin aktı imzası ilə təsdiq etmişdir. Avadanlıqlar mərhələ-mərhələ ona təhvil verilərkən video çəkilişləri Şahlar və Taleh adlı şəxslər tərəfindən çəkilmiş, lakin onların hansısa akt tərtib etdiklərini hazırda xatırlamır. Onlar həmin əşyaları ona verərkən özlərində müvafiq qeydlər aparmışlar. Aktda adının qarşısında olan imza ona məxsusdur. Aktda göstərilən malları almış, lakin həmin aktı imzalayarkən onların hər birinin və dəstdə olan avadanlıqların qiyməti göstərilməmişdir. Faktiki olaraq ona 4.000 manat dəyərində deyil, 3.000 manat dəyərində əmlak verilmişdir. Həmin Mərkəzdə heç bir şəxslə qohumluq münasibəti olmamış, bundan başqa heç kim ona adına çox vəsait yazılacağını, vəsaitin bir hissəsini nəğd olaraq kiməsə verməli olacağını deməmişdir. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, təxminən 2015-ci ilin qış aylarında ərizəsi əsasında Binəqədi rayon Məşğulluq Mərkəzində iş axtaran şəxs kimi qeydiyyata alınmışdır. Bir neçə müəssisələrdə ixtisasına uyğun iş təklif olunmuş, bu işlər onu qane etmədiyi üçün həmin işlərən imtina etmişdir. 2016-cı ilin noyabr ayında X7 Samir adlı əməkdaşı onu qəbul etmiş və öz şəxsi biznesini qurmaq üçün Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə biznesin inkişafı üçün ona müəyyən məbləğdə vəsait ayrıla biləcəyini və ixtisasına uyğun olan mühərrik ustası işini davam etdirə biləcəyini bildirmişdir. Bir müddət sonra 6 həftə ərzində X6 İsmayıl adlı şəxsin keçirdiyi kursda çalışmış və mühərrik ustası işi ilə bağlı biznes layihəni tərtib edib Mərkəzə təqdim etmişdir. Kursda olan zamanlar həmin Mərkəzin Süleyman adlı rəhbər işçisi kursun davamiyyətini yoxlamışdır. Həmin layihədə həm də çilingər-mühərrik ustası işləmək üçün ona 100 litrlik kompressor aparatı, onun üçün 10 metr uzunluğu olan kabel, ona aid perfomator aləti, açarlar dəsti, yaş filtrlərini açmaq üçün dəst alətlər, 3 tona kimi avtomobili qaldıran qaldırıcı alət, 30 ton yüklük kipləyici aparatı, avtomobilin surətlər qutusunu saxlayan hidrovlik aparat, qolovka üçün 1 dəst açarlar və avtomobilin farsonkasını təmizləyən aparat lazım olmasını göstərmiş, yəni, təqdim etdiyi layihədə ona veriləcək avadanlıqların siyahısını da Süleyman adlı rəhbər işçiyə təqdim etmişdir. Həmin ərəfələrdə Mərkəzin Süleyman adlı rəhbər işçisi bir hündürboy cavan əməkdaşla işləmək üçün nəzərdə tutduğu avtmobil qarajına baxış keçirmiş və oranın video çəkilişini də həmin cavan oğlan aparmışdır. Onu da qeyd etmişdir ki, İsmayıl müəllimə imtahan verəndən təxminən 3-4 ay sonra 2017-ci ilin fevral-mart aylarında yenidən imtahan vermək üçün X8 dəvət edilmiş, imtahanı ƏƏSMN-də şöbə müdiri işləyən bir qadın əməkdaşı keçirmiş və ona mal-materiallar alınana kimi gözləməli olmasını bildirmişdir. Nəhayət 2017-ci ilin oktyabr ayında Bakı şəhəri Babək prospektində yerləşən “Avtomaster” mağazasına dəvət edilmişdir. Burada onu Samir adlı təxminən 25-28 yaşlı, orta boylu, ağ sifət bir oğlan qarşılamış və hansısa şirkəti təmsil etməsini, həmin şirkətin özünəməşğulluq layihəsi üzrə tender qalibi olmasını və layihəsində göstərdiyi avadanlıqları alıb ona verəcəyini bildirmişdir. Avadanlıqlardan surətlər qutusunu qaldıran alətdən başqa digər avadanlıq və əşyaların hamısı ona verilmiş, avadanlıqların pulunu həmin Samir adlı şəxs nəğd olaraq mağazanın kassasına ödəmişdir. Həmin məbləğ onun hesabı ilə 3.800 manat civarında olmuşdur. Çünki, həmin avadanlaqların qiymətləri ilə bağlı müxtəlif bazarlarda, o cümlədən Bakı şəhərində yerləşən “8-ci km” bazarında da maraqlanmış və 3.800 manat həmin avadanlıqların ən yuxarı məbləği olmuşdur. Avadanlıqları həmin mağazada qəbul edərkən yuxarıda qeyd etdiyi həmin cavan əməkdaş video çəkiliş aparmış, bundan sonra bir il ərzində o, fəaliyyət göstərdiyi dövrdə Mərkəzin Samir adlı və çəkilişləri aparan həmin cavan əməkdaş ünvanına gəlib iş fəaliyyətini yoxlamışdır. Aktda adının qarşısında olan imza ona məxsusdur. Aktda qeyd edilən avadanlıqların hamısı ona təhvil verilmiş, avadanlıqlarla bağlı narazılığı olmamışdır. Lakin, ona verilmiş avadanlıqların qiymətini Mərkəzin Süleyman adlı rəhbər işçisi aktda qeyd etməmişdir. Mal-materiallar ona təhvil verilərkən orada aktın yazılıb-yazılmamasını xatırlamır. Həmin Mərkəzlə heç bir şəxslə qohumluq münasibəti olmamış, bundan başqa heç kim ona adına çox vəsait yazılacağı, vəsaitin bir hissəsini nəğd olaraq kiməsə verməli olmasını deməmişdir. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Şahid30 ifadəsində göstərmişdir ki, 2016-ci ildən 2018-ci ilin sentyabr ayına kimi Binəqədi rayon X15 məşğulluq tədbirləri sektorunun məsləhətçisi işləmişdir. Binəqədi rayon Məşğulluq mərkəzi üzrə maddi aktivlərin alınması ilə bağlı "xxxx" MMC-nin qalib elan olunduğu 27 iyul 2017-ci il tarixli tender komissiyasının yekun protokolda adının qarsısında olan imza ona məxsusdur. Belə ki, həmin dövrdə o, yeni işə qəbul edilmiş və cəmi bir neçə ay X6 işləmişdir. Həmin vaxt direktor Təqsirləndirilən şəxs hazırda ona təqdim edilən "xxxx" MMC-nin qalib elan olunduğu 27 iyul 2017-ci il tarixli tender komissiyasının yekun protokolunu təqdim edərək həmin protokolu imzalamağını tapşırmışdır. O, da direktor olduğuna görə Təqsirləndirilən şəxs göstərişini icra etmişdir. O, həmin protokolu imzalasa da faktiki olaraq adı protokolda iştirak edən və qalib kimi göstərilən heç bir müəssisəni yaxud həmin müəssisənin nümayəndələrini tanımamış, yəni Binəqədi rayon Məşğulluq mərkəzi üzrə maddi aktivlərin alınması ilə bağlı heç bir tender keçirilməmişdir. Həmin vaxt onun ümumiyyətlə tenderin nə olduğu barədə anlayışı olmamışdır. Protokolu imzalamağının səbəblərindən biri də bu olmuşdur. Direktor Təqsirləndirilən şəxs "xxxx" MMC-nin qalib elan olunduğu 27 iyul 2017-ci il tarixli tender komissiyasının yekun protokolunu imzalamağı üçün təqdim edəndə həmin protokolu imzalanmasını təşkil etmək barədə hər hansı şəxs tərəfindən tapşırıq verilib-verilmədiyini deməsini xatırlamır. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Şahid31 ifadəsində göstərmişdir ki, məşğulluq tədbirləri sektorunun məsləhətçisi işləmişdir. Binəqədi rayon Məşğulluq mərkəzi üzrə maddi aktivlərin alıması ilə bağlı "xxxx" MMC və “X25 Təsərrüfatı”nın qalib elan olunduğu 2017-ci il tarixli tender komissiyasının yekun protokollarda adının qarsısında olan imzalar ona məxsusdur. Bununla bağlı bildirmişdir ki, həmin protokolları hansı şəraitdə imzalamağını xatırlamır. O, həmin protokolları imzalasa da faktiki olaraq adı protokolda iştirak edən və qalib kimi göstərilən heç bir müəssisəni yaxud həmin müəssisənin nümayəndələrini tanımamış, yəni Binəqədi rayon Məşğulluq mərkəzi üzrə maddi aktivlərin alınması ilə bağlı heç bir tender keçirilməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid34 ifadəsində göstərmişdir ki, 2006-ci ildən 2020-ci ilə kimi bir neçə dəfə strukturu dəyişdirilmiş Binəqədi rayon Məşğulluq Mərkəzində müxtəlif şöbələrdə məsləhətçi işləmiş, 2017-ci ildə Binəqədi rayon X16 məşğulluq tədbirləri sektorunun məsləhətçisi işləmişdir. 2020-ci ildə öz ərizəsi ilə vəzifəsindən azad edilmişdir. 2016-cı ilin ortalarından etibarən Baş İdarənin əmrinə əsasən X6 qeydiyyatda olan işsiz vətəndaşları özünəməşğulluq proqramına cəlb etmək üçün onlarla təlim kursları keçilməyə başlamış, təlim kursları 2-3 ay davam etmişdir. Təlim kurslarını keçən şəxlər biznes planlarını təqdim etmiş və Bakı şəhərində imtahan vermişlər. İmtahanı müəvəffəqiyyətlə vermiş şəxslərə biznes planlarının inkişaf etdirilməsi üçün maddi aktivlərin verilməsi qərara alınmış, imtahandan keçən təxminən 35 nəfər şəxsə maddi aktivlərin verilməsi nəzərdə tutulmuşdur. İmtahanlar başa çatdıqdan sonra əhalinin özünəməşğulluğunun təmin edilməsi məqsədi ilə iş axtaran şəxslərə aktivlərin paylanması üçün həmin aktivlərin alınması məqsədi ilə tenderlər keçirilməli olmuşdur. 2017-ci ilin iyul ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Binəqədi rayon Məşğulluq Mərkəzinin hazırda xatırlamadığı əməkdaşı ona Dövlət Məşğulluq Xidmətinin məsul vəzifəli şəxsləri tərəfindən Binəqədi rayonu üzrə özünəməşğulluğun təmin edilməsi ilə bağlı aktivlərin alınması haqqında Binəqədi rayon Məşğulluq Mərkəzi tərəfindən guya tenderlər keçirilməsinə dair hazır sənədlər göndərildiyini və həmin sənədlərdə adları olan Binəqədi rayon Məşğulluq Mərkəzinin əməkdaşları tərəfindən imzalanmalı olduğunu bildirmişdir. Ona iki tender üzrə protokollar təqdim edilmiş, həmin protokollarda o, tender komissiyasının üzvü kimi qeyd edilmişdir. O, digər əməkdaşların da həmin protokolları imzaladıqlarını gördükdən sonra ona təqdim edilmiş tenderin nəticələri haqqında tender komissiyasının yekun protokollarını komissiya üzvü kimi imzalamış, həmin protokollarda Binəqədi rayon Məşğulluq Mərkəzində işaxtaran şəxslərə paylanması üçün aktivlərin alınması ilə bağlı guya tenderlərin keçirilməsi və həmin tenderlərdə "xxxx" MMC və “X25 Təsərrüfatı”nın qalib gəlməsi əks olunmuşdur. O, həmin protokolları imzalasa da faktiki olaraq adı protokolda iştirak edən və qalib kimi göstərilən heç bir müəssisəni yaxud həmin müəssisənin nümayəndələrini tanımamış, yəni Binəqədi rayon Məşğulluq mərkəzi üzrə maddi aktivlərin alınması ilə bağlı heç bir tender keçirilməmiş, əgər o, həmin sənədləri imzalamasaydı həmin dövrdə arzuolunmayan işçi hesab ediləcəkdi və vəzifəsindən azad ediləcəkdi, çünki bütün əməkdaşlar həmin protokolları imzalamışdır. Protokollar imzalandıqdan və müqavilələr bağlandıqdan sonra qalib elan olunan şirkətin əməkdaşları aktivlərin alınmasını və paylanmasını həyata keçirməyə başlamışlar. Onlar şəxsən vətəndaşlarla görüşərək aktivləri onların iştirakı ilə müxtəlif yerlərdən alıb onların istifadəsinə vermişdilər. O, bu prosesdə ancaq aktivlərin istifadə verilməsində iştirak etmiş, aktları imzalamış, aktivlərin alındıqdan sonra vətəndaşın istifadəsinə veriləndə vətəndaşdan aktivin həqiqətən verilib-verilməməsini dəqiqləşdirdikdən sonra aktları imzalamış, aktivlərin hansı qiymətə alınmasından xəbəri olmamışdır. Binəqədi rayon Məşğulluq mərkəzi üzrə maddi aktivlərin alıması ilə bağlı "xxxx" MMC və “X25 Təsərrüfatı”nın qalib elan olunduğu tender komissiyasının yekun protokollarında adının qarsısında olan imzalar ona məxsusdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, əvvəllər Binəqədi rayon Məşğulluq Mərkəzində baş mühasib vəzifəsində işləmişdir. Hazırki cinayət işi bağlı bildirmək istəyir ki, tender sənədləri Məşğulluq Xidmətindən hazır şəkildə gəlirdi. Həmin sənədləri komissiya üzvləri zərflərdən ayırıb açır, onlar isə pulu göstərilən yerə, göstərilən məbləğdə köçürürdülər, yəni pul bizə əvvəlcədən təyinatlı şəkildə gəlirdi. Onların pul üzərində heç bir səlahiyyətləri yox idi və pul onların hesabda qalmırdı. Sənədləri isə imzalaması üçün Təqsirləndirilən şəxs verirdi. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid28 və Şahid14 ayrı-ayrılıqda məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəklərini bildirmiş və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Şahid28 və Şahid14 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunmuşdur. Məhkəmə iclasına çağırılmış şahidlər Şahid3, Şahid7, Şahid8, Şahid9, Şahid12 Qamboy oğlu, X19, Şahid21, Şahid15, Şahid16, Şahid17, Şahid22, Şahid18, Şahid19, Şahid23, Şahid24, Şahid25, Şahid26 Cəmaləddin oğlu, X20, Şahid20, Şahid29, Şahid32 və Şahid33 Mayıs oğlunun məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X10 Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin materiallarından Abşeron, Binəqədi, Biləsuvar və respublikanın digər şəhər və rayon Məşğulluq mərkəzlərinin vəzifəli şəxsləri, bundan əlavə həmin cinayətin iştirakçısı Dövlət Məşğulluq Xidmətinin vəzifəli şəxsləri, bundan əlavə həmin cinayətin iştirakçısı Dövlət Məşğulluq Xidmətinin vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası CM-in 179.2.1, 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələri ilə cinayət işi ayrıca icraata ayrılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş 02/2-19C-19 saylı material üzrə fakta görə Azərbaycan Respublikası CM-in 308.1, 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanılmışdır. “Əhalinin özünü məşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2016-cı il tarixli 1941 nömrəli sərəncamına əsasən əhalinin özünüməşğulluğuna kömək göstərilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 6,0 (altı) milyon manat ayrılmışdır. 21 iyun 2017-ci il tarixli ərizədən görünür ki, "xxxx" MMC Binəqədi rayonu X12 Komissiyasına ərizə ünvanlayaraq, lot-1 və lot-2 üzrə keçiriləcək tenderdə iştirak etmək niyyətində olduqlarını bildirmişlər. 180.753,93 manat məbləğində maddi aktivlərin alınması üzrə guya Binəqədi rayon Məşğulluq Mərkəzi tərəfindən keçirilmiş xx.xx.2017-ci il tarixli tenderin qalibi 180.753,93 manatlıq təkliflə ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş hüquqi şəxs "xxxx" MMC, həmin tarixli digər tenderin qalibi 40.223 manatlıq təkliflə ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş hüquqi şəxs “X25 Təsərrüfatı” olmuşdur. Binəqədi rayon Məşğulluq Mərkəzi tərəfindən xx.xx.2017-ci il tarixli ödəniş tapşırığı ilə “X25 Təsərrüfatı” MMC-nin "xxxx" ASC-də olan AZ25AMRA******************** nömrəli hesabına 40.223 (qırx min iki yüz iyirmi üç) manat, xx.xx.2017-ci il tarixli ödəniş tapşırığı ilə "xxxx" MMC-nin "xxxx" ASC-nin Azadlıq filialında olan AZ57AMRA******************** nömrəli hesabına 146.238,30 manat (bir yüz qırx altı min iki yüz otuz səkkiz manat otuz qəpik), ümumilikdə iki hüquqi şəxsin hesabına cəmi 186.461,30 manat (bir yüz səksən altı min dörd yüz altmış bir manat otuz qəpik) məbləğində pul vəsaitinin köçürülməsi təmin edilmişdir. Binəqədi rayon Məşğulluq Mərkəzi direktor Təqsirləndirilən şəxs timsalında xx.xx.2017-ci il tarixdə ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş hüquqi şəxs "xxxx" MMC ilə ümumi dəyəri ƏDV nəzərə alınmaqla 180.753,93 manat olan aktivlərin Binəqədi rayon Məşğulluq mərkəzinə təhvil verilməsi barədə, həmin tarixdə ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş hüquqi şəxs “X25 Təsərrüfatı” ilə 40.223 manat məbləğində aktivlərin Binəqədi rayon Məşğulluq mərkəzinə təhvil verilməsi barədə müqavilələr bağlamışdır. xx.xx.2017-ci il tarixli, ƏİE seriyalı, 661927 nömrəli qaimə faktura ilə “X25 Təsərrüfatı” tərəfindən Binəqədi rayon Məşğulluq Mərkəzinə 40.223 manat məbləğində aktivlərin verilməsi, xx.xx.2017-ci il tarixli, EAAC seriyalı, 912436 saylı elektron qaimə faktura əsasında "xxxx" MMC tərəfindən Binəqədi rayon Məşğulluq Mərkəzinə 146.238,30 manat (yüz qırx altı min iki yüz otuz səkkiz manat otuz qəpik) məbləğində maddi aktivlərin verilməsi rəsmiləşdirilmişdir. Maddi aktivlərin istifadəyə verilməsi ilə bağlı 2017-ci ildə tərtib edilmiş aktlara əsasən "xxxx" MMC və “X25 Təsərrüfatı”ı tərəfindən tədarük olunmalı olan mallar Şahid28, Şahid14 və Şahid21 tərəfindən 2017-ci ilin sentyabr-oktyabr ayları ərzində alınaraq iş axtaranın şəxslərin istifadəsinə verilmişdir. Həmin aktivlərin şəxslərin mülkiyyətinə verilməsi ilə bağlı 2018-ci ildə tərtib edilmiş aktlara əsasən müəyyən edilir ki, 2017-ci ildə alınmış maddi aktivlər heç bir əsaslandırması və izahı olmadan faktiki dəyərindən daha yuxarı qiymətlərlə rəsmiləşdirilməklə 2018-ci ildə istifadəsinə verilmiş 24 nəfər şəxsin mülkiyyətinə verilmişdir. İş üzrə Binəqədi rayon Məşğulluq Mərkəzi ilə "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixdə bağlanmış müqavilə, “X25 Təsərrüfatı” arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə, “X25 Təsərrüfatı”nın qalib elan olunduğu 27 iyul 2017-ci il tarixli 1-ci lot üzrə və "xxxx" MMC-nin qalib elan olunduğu 2-ci lot üzrə tenderin nəticələrinə dair tender komissiyasının yekun protokolları, xx.xx.2017-ci il tarixli, ƏİE seriyalı, 661927 nömrəli qaimə faktura, xx.xx.2017-ci il tarixli, EAAC seriyalı, 912436 saylı elektron qaimə faktura, aktivlərin 24 nəfər iş axtaran şəxsin istifadəsinə və mülkiyyətinə verilməsinə dair 48 akt xx.xx.2022-ci il tarixli qərarımla maddi sübut kimi tanınmaqla qeyd edilən sənədlərin təsdiq edilmiş surətləri iş materiallarına əlavə edilmişdir. 26 noyabr 2022-ci il tarixdə Agentliyin Bakı Regional Məşğulluq filialının İşsiz şəxslərlə iş şöbəsinin müdiri Nümayəndə ona etibar edilən səlahiyyətləri nəzərə alınmaqla hüquqi şəxsin nümayəndəsi kimi tanınmışdır. Respublika Psixiatriya Xəstəxanasından daxil olmuş 22 noyabr 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs psixiatrik qeydiyyatda deyildir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat Təminatı şöbəsindən daxil olmuş məktubdan və DİN-in BƏSİİdən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Binəqədi rayon Məşğulluq Mərkəzində iş axtaran kimi qeydə alınmış şəxslərə özünəməşğulluq proqramı çərçivəsində 2017-ci ildə verilmiş maddi aktivlərin real bazar qiymətinin müəyyən edilməsi, zərərin hesablanması, digər xüsusatların aydınlaşdırılması və rəy tərtib edilməsi üçün Azəraycan Respublikasının Baş prokuroru yanında Korrupsiaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin iqtisadi sahədə xüsusi biliyə malik əməkdaşının mütəxəssis qismində təyin edilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Zərərçəkmiş şəxs Publik hüquqi şəxsi zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2022-ci il tarixli Binəqədi rayon Məşğulluq Mərkəzində işaxtaran kimi qeydə alınmış 37 nəfər şəxsə özünəməşğulluq proqramı çərçivəsində 2017-ci ildə verilmiş maddi aktivlər ilə əlaqədar aparılmış araşdırmanın nəticələrinə dair rəydən görünür ki, “Aktivlərin iştirakçıların mülkiyyətinə verilməsi haqqında” aktlarda Binəqədi rayon Məşğulluq Mərkəzində iş axtaran kimi qeydə alınmış 24 nəfərin adına 2017-ci ildə özünüməşğulluq proqramı çərçivəsində 113.118,3 manat (bir yüz on üç min bir yüz on səkkiz manat otuz qəpik) məbləğində maddi aktivlərin verilməsi rəsmiləşdirilsə də həmin şəxslərin ifadələrinə əsasən, qeyd olunan 24 fiziki şəxsə faktiki olaraq bazar dəyəri 78.237 (yetmiş səkkiz min iki yüz otuz yeddi) manat olan maddi aktivlər verilmiş, aparılmış üzləşdirmələr zamanı 34.881,3 manat (otuz dörd min səkkiz yüz səksən bir manat otuz qəpik) fərqin yarandığı müəyyən edilmişdir. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsində qeyd edilən saxtakarlıq hallarına yol verilmiş, mal və avadanlıqların qiymətinin müəyyən edilməsi, ən sərfəli təklifin seçilməsi ilə əlaqədar Qanunun 36-cı maddəsinin tələbləri pozulmuş, həmin Qanunun 38-ci maddəsinə əsasən tender və təkliflər sorğusunda iştirak edən müəssisələr barədə məlumatlar, 6-cı maddəsinin tələblərinə əsasən malgöndərənlərin ixtisas göstəriciləri təhlil edilməmiş, onlar formal olaraq satınalmaya cəlb edilmiş, təkliflər araşdırılmamış, Qanunun 36.5-ci maddəsinə əsasən satınalan təşkilat tərəfindən qeyd edilən hallarda təklif kənarlaşdırmalı olduğu halda, hərəkətsizlik edilərək heç bir tədbir görülməmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-in 179.2.1, 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qəradan görünür ki, cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyinə və cinayət hadisəsinin izlərini saxladığına görə Binəqədi rayon məşğulluq mərkəzi ilə "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixdə bağlanmış müqavilə, “X25 Təsərrüfatı” arasında bağlanmış müqavilə, “X25 Təsərrüfatı”nın qalibi elan olunduğu 27 iyul 2017-ci il tarixli 1-ci lot üzrə və "xxxx" MMC-nin qalib elan olunduğu 2-ci lot üzrə tenderin nəticələrinə dair tender komissiyasının yekun protokolları xx.xx.2017-ci il tarixli, ƏİE seriyalı, 661927 nömrəli qaimə faktura, xx.xx.2017-ci il tarixli, EAAC seriyalı, 912436 saylı elektron qaimə faktura aktivlərin 24 nəfər iş axtaran şəxsin istifadəsinə və mülkiyyətinə verilməsinə dair 48 akt maddi sübut kimi tanınmış və surətləri ********* nömrəli cinayət işi materiallarına, əsli isə yeni cinayət işinə əlavə edilmişdir. "xxxx" ASC-nin Sumqayıt filialına məxsus xx.xx.2023-cü il tarixli 01 nömrəli ödəniş tapşırığından görünür ki, Təqsirləndirilən şəxs X3 34800 manat məbləğində ödəniş etmişdir. X18 məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən dəymiş zərər tam ödənildiyindən təqsirləndirilən şəxsə qarşı heç bir iddia tələbi yoxdur. Məhkəmə, tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Həmin sübutlar mötəbərdir və ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə cinayət işi üzrə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 179.2.1, 179.2.3, 179.2.4 və 308.1-ci maddələrində nəzərd tutulmuş cinayət əməllərinin törədilməsi sübuta yetirilir, İstintaq orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-in 179.2.1, 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə düzgün tövsif edilmişdir və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə müvafiq olaraq törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və şəxsin islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanı tamamilə ödəməsini Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən, yaşını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə ittiham tərəfinin CM-in 61.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alması hissəsinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs qismində törətməmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, törədilmiş cinayətlərin az ağır cinayətlər olmasını, əməli törətmiş şəxsin cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın olmamasını, habelə təyin olunan cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini belə ki, təqsirləndirilən şəxsin yaşını, evli olmasını, zərərçəkmişə dəymiş ziyanı tam ödəməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.1-ci maddəsinə əsasən məhkuma təyin olunmuş cərimə cəzası Sumqayıt şəhəri Probasiya Şöbəsi tərəfindən icra edilməlidir. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Məhkəmə işin faktiki hallarını araşdıraraq belə hesab edir ki, cinayət işi üzrə mülki iddia tələbi təmin edilməməlidir. Belə ki, cinayət işinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, təqsirləndirilən şəxs iddia tələbində göstərilən 34800 manat məbləğində pulu X3 ödəmişdir. Bununla da mülki iddia tələbinin təmin edilməsinə əsas aradan qaldırılmışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 30 (otuz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. İş üzrə ekspertiza xərci və maddi sübut yoxdur. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.2.1, 179.2.3, 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 4000 (dörd min) manat miqdarda və 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1000 (bir min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təyin olunmuş cəzalar Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 4500 (dörd min beş yüz) manat miqdarda cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəsin. Maddi zərər ödənildiyindən mülki iddia təmin edilməsin. Hökmün icrasına nəzarət Sumqayıt şəhəri Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə ekspertiza xərci, maddi sübut yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan olunduqdan 20 (iyirmi) gün sonra qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar