Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-187/2021 29.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi4, fərdi qaydada fəaliyyət göstərən vəkil X1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə,
1. xx.xx.1961-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, İ və İİ qrup əlilliyinin olan, ali təhsilli, ailəli, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki 3 nömrəli Şəhər Klinik Xəstəxanasının aptekinin müdiri vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş,
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 və 308.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə
2. xx.xx.1980-ci il tarixdə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, himayəsində üç azyaşlı uşağı olan, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 3nvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş,
Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 200-1.2.2, 200-1.2.3 və 308.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə
müəyyən etdi:
1. Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Baş Səhiyyə İdarəsinin (hazırda isə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin tabeliyindəki) 3 nömrəli Şəhər Klinik Xəstəxanası üzrə 14 may 2014-cü il tarixli 467/E nömrəli əmrlə 15 may 2014-cü il tarixdən həmin xəstəxananın aptek müdiri vəzifəsinə təyin olunmaqla, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 19 iyun 2017-ci il tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş "Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X2"na əsasən aptek müəssisəsinə (aptekə) rəhbərlik etmək, əhaliyə vaxtında və keyfiyyətlə dərman yardımının göstərilməsi, başqa tibb müəssisələri ilə peşəkar səviyyədə qarşılıqlı əlaqə yaradılması üçün kollektivin işini səmərəli təşkil etmək, tabeçiliyində olan işçilər tərəfindən əmr və sərəncamların icra olunmasına nəzarət etmək, aptek müəssisəsinin (aptekin) fəaliyyətini təhlil etmək və fəaliyyət göstəricilərinə əsasən əhaliyə göstərilən dərman yardımının yaxşılaşdırılması üçün tədbirlər görmək, idarəetmənin yeni iqtisadi forma və üsullarından istifadə etməklə aptek müəssisəsinin (aptekin) səmərəli maliyyə-təsərrüfat fəaliyyətini təmin etmək, əhalinin və tibb müəssisələrinin dərmanla təchizatı sahəsində aptek müəssisəsinin (aptekin) fəaliyyətində qarşıya çıxan məsələləri sərbəst həll etmək və digər təşkilati-sərəncamverici funksiyalara malik vəzifəli şəxs qismində, 3 mart 2020-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin (hazırkı adı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin) Bakı şəhəri X10 üzrə Baş İdarəsi tərəfindən ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə əsas fəaliyyət növü dərman preparatlarının satışı olmaqla fərdi sahibkar kimi qeydiyyata alınmış və Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən aptekin müdiri kimi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən vəzifəli şəxs Təqsirləndirilən şəxs2 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, 2020-ci ilin iyul ayında yeni növ koronovirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində yayılması ilə əlaqədar həmin infeksiyanın profilaktikası üçün istifadə məqsədi ilə, yəni qeyri-kommersiya məqsədləri üçün Azərbaycan Respublikasına idxal olunmuş "Favipiravir 200 mq № 40" dərman preparatının kommersiya məqsədləri üçün istifadə olunmasının "Dərman vasitələri haqqında" 22 dekabr 2006-cı il tarixli 208-İİİQ nömrəli Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi ilə qadağan olunmasına, habelə həmin Qanunun 6.1 və 6.7-ci maddələrinə əsasən dərman vasitələrinin Azərbaycan Respublikasına idxalına, Azərbaycan Respublikası ərazisində istehsalına, satışına və istifadəsinə yalnız müvafiq icra hakimiyyəti orqanında (Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi) dövlət qeydiyyatına alındıqdan ("Azərbaycan Respublikası dərman vasitələrinin Reyestri"nə daxil edildikdən) sonra yol verilməsinin müəyyən edilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs2 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən "Atletlər kəndi"ndə dislokasiya olunmaqla həmin infeksiyadan əziyyət çəkən şəxslərin müalicəsində istifadə olunması məqsədilə pulsuz əsaslarla "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxs tərəfindən verilmiş və kommersiya məqsədləri üçün istifadəsinə qanunla dövlət qeydiyyatı tələb olunduğu halda dövlət qeydiyyatından keçməmiş "Favipiravir 200 mq № 40" dərman preparatından 36 qutunu 20 mart 2020-ci il tarixdən 18 sentyabr 2020-ci il tarixədək olan müddətdə həmin xəstələrin müalicəsinə sərf etməyib, istintaqla müəyyən edilməyən şəraitdə öz üzərində həmin dislokasiya yerindən çıxardıqdan sonra qeyri-rəsmi formada qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 vasitəsilə Bakı şəhərində fəaliyyət göstərən digər apteklərə pul müqabilində satmaqla hər ikisinin qazanc əldə etməsi məqsədi ilə 1 qutu üçün ona 250 manat qazanc qalması müqabilində Təqsirləndirilən şəxs2 25 qutu və 11 qutu olmaqla, 2 dəfəyə cəmi 36 qutunu verib, sonuncu tərəfindən 1 qutu üçün 300 manat müqabilində həmin dərman qutuları Bakı şəhərində yerləşən ayrıayrı aptek müəssisələrinə və depolara satılmaqla, ümumilikdə külli miqdar təşkil edən cəmi 9.000 (doqquz min) manat məbləğində bilə-bilə qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrini külli miqdarda satmış, həmin hərəkətləri ilə dövlətin yeni növ koronovirus (COVİD-19) infeksiyasının qarşısının alınması və müalicəsinin lazımi tələblər səviyyəsində həyata keçirilməsinə dair tələbləri pozmaqla qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq Təqsirləndirilən şəxs2 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir.
2. Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 03 mart 2020-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin (hazırkı adı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin) Bakı şəhəri X10 üzrə Baş İdarəsi tərəfindən ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə əsas fəaliyyət növü dərman preparatlarının satışı olmaqla fərdi sahibkar kimi qeydiyyata alınmış və Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən aptekin müdiri kimi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirərək, "Sahibkarlıq fəaliyyəti haqqında" 15 dekabr 1992-ci il tarixli 405 nömrəli Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 1-ci bəndinə əsasən, dövlət və digər mülkiyyət formalarına əsaslanan müəssisələrin əmlakının, başqa əmlakı və əmlak hüquqlarını tamamilə və ya qismən əldə etmək, başqa müəssisələrin fəaliyyətində öz sərəncamında olan əmlakla iştirak etmək, tərəflərin razılığı ilə başqa fiziki və hüquqi şəxslərin əmlakından və intellektual mülkiyyət obyektlərindən istifadə etmək, işçiləri işə qəbul etmək və işdən azad etmək, işçilərin əməyinin ödənilməsinin forma və sistemini, onların əmlakının məbləğini və gəlirinin digər növlərini müəyyənləşdirmək hüquqlarına malik olan və həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən, qüvvədə olan qanunvericilikdən və bağladığı müqavilələrdən irəli gələn bütün vəzifələri yerinə yetirmək, işə qəbul edilən vətəndaşlarla müqavilələr (bağlaşmalar), habelə lazım gəldikdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə əmək kollektivlərinin adından çıxış edən həmkarlar ittifaqları ilə kollektiv müqavilələr bağlamaq və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik vəzifəli şəxs qismində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin tabeliyindəki 3 nömrəli Şəhər Klinik Xəstəxanasının aptekinin müdiri vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, 2020-ci ilin iyul ayında yeni növ koronovirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində yayılması ilə əlaqədar həmin infeksiyanın profilaktikası üçün istifadə məqsədi ilə, yəni qeyri-kommersiya məqsədləri üçün Azərbaycan Respublikasına idxal olunmuş "Favipiravir 200 mq № 40" dərman preparatının kommersiya məqsədləri üçün istifadə olunmasının "Dərman vasitələri haqqında" 22 dekabr 2006-cı il tarixli 208-İİİQ nömrəli Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi ilə qadağan olunmasına, habelə həmin Qanunun 6.1 və 6.7-ci maddələrinə əsasən dərman vasitələrinin Azərbaycan Respublikasına idxalına, Azərbaycan Respublikası ərazisində istehsalına, satışına və istifadəsinə yalnız müvafiq icra hakimiyyəti orqanında (Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi) dövlət qeydiyyatına alındıqdan ("Azərbaycan Respublikası dərman vasitələrinin Reyestri"nə daxil edildikdən) sonra yol verilməsinin müəyyən edilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs1 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən "Atletlər kəndi"ndə dislokasiya olunmaqla həmin infeksiyadan əziyyət çəkən şəxslərin müalicəsində istifadə olunması məqsədilə pulsuz əsaslarla "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxs tərəfindən verilmiş və kommersiya məqsədləri üçün istifadəsinə qanunla dövlət qeydiyyatı tələb olunduğu halda dövlət qeydiyyatından keçməmiş "Favipiravir 200 mq № 40" dərman preparatından 36 qutunu 20 mart 2020-ci il tarixdən 18 sentyabr 2020ci il tarixədək olan müddətdə həmin xəstələrin müalicəsinə sərf etməyib, istintaqla müəyyən edilməyən şəraitdə Təqsirləndirilən şəxs1 üzərində həmin dislokasiya yerindən çıxardıqdan sonra qeyri-rəsmi formada Bakı şəhərində fəaliyyət göstərən digər apteklərə pul müqabilində satmaqla qazanc əldə etmələri məqsədilə 1 qutu üçün özünə 50 manat qazanc qalması müqabilində 25 qutu və 11 qutu olmaqla, 2 dəfəyə cəmi 36 qutunu, 1 qutu üçün 250 manat ödəməklə Təqsirləndirilən şəxs1 alıb, 1 qutu üçün 300 manat müqabilində həmin dərman qutularını Bakı şəhərində yerləşən ayrı-ayrı aptek müəssisələrinə və depolara satmaqla, ümumilikdə külli miqdar təşkil edən cəmi 9.000 (doqquz min) manat məbləğində bilə-bilə qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrini külli miqdarda satmış, həmin hərəkətləri ilə dövlətin yeni növ koronovirus (COVİD-19) infeksiyasının qarşısının alınması və müalicəsinin lazımi tələblər səviyyəsində həyata keçirilməsinə dair tələbləri pozmaqla qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq Təqsirləndirilən şəxs1 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 200-1.2.2, 200- 1.2.3 və 308.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2015-ci ildən Sabunçu rayonunda yerləşən 3 nömrəli şəhər klinik xəstəxanasının aptekinin müdiri vəzifəsində işləmişdir. Aptekə dərman preparatının sifarişini özü həyata keçirməklə aptekə rəhbərlik etmişdir. İstifadəsində olmuş həmin aptek hazırda "TƏBİB" publik hüquqi şəxsin balansındadır. Ölkə ərazisində koronovirus infeksiyası yayılmağa başladıqdan sonra 20 mart 2020-ci il tarixdə həmin infeksiyaya düçar olmuş xəstələrin müalicəsi məqsədi ilə "Atletlər kəndi"nə göndərilmişdir. Orada "TƏBİB" publik hüquqi şəxs tərəfindən pulsuz əsaslarla koronovirus infeksiyasına yoluxmuş şəxslərin müalicəsi məqsədi ilə dövlət qeydiyyatına alınmamış və qeyrikommersiya məqsədləri üçün idxal olunmuş bir sıra dərman preparatları, o cümlədən "Favipiravir 200 mq № 40" dərman preparatları verilmişdir. 2020-ci ilin iyul ayında əvvəldən tanışı və Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində aptek işlədən Təqsirləndirilən şəxs2 ilə telefonla danışmış və bu zaman əlində "Favipiravir 200 mq № 40" dərman preparatlarının olduğunu demişdir. Təqsirləndirilən şəxs2 da ona həmin dərman preparatlarından 25 qutunu ala bilcəyini demişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs2la Bakı şəhəri, Həsən Əliyev küçəsində yerləşən "Papanin" deyilən xəstəxananın kəsişməsində görüşmüş və sonuncuya "Favipiravir 200 mq № 40" dərman preparatının 1 qutusunu 250 manata satmışdır. Bundan bir neçə gün sonra o, yenidən Təqsirləndirilən şəxs2la görüşüb sonuncuya 1 qutusunu 250 manat olmaqla 11 qutu "Favipiravir 200 mq № 40" dərman preparatını satmışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, "Favipiravir 200 mq № 40" dərman preparatının apteklərdə və digər ticarət obyektlərində satışının həyata keçirilmədiyindən, dövlət qeydiyyatına alınmadığı üçün kommersiya məqsədləri üçün istifadəsinin qadağan olduğundan məlumatı olmuş, o, Təqsirləndirilən şəxs2 başqa heç kimə "Favipiravir 200 mq № 40" dərman preparatını satmamışdır. Hazırda törətdiyi cinayət əməlindən peşman olduğunu bildirərək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 200-1.2.2, 200- 1.2.3 və 308.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi dövlət qeydiyyatına alınmışdır. O, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən aptekdə işləmişdir. Onun işlədiyi aptek "xxxx" MMC-nin balansında olmaqla aptek kimi fəaliyyət göstərmək üçün lisenziya həmin şirkət tərəfindən alınmışdır. 2020-ci ilin iyul ayında Sabunçu rayonunda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasının aptek müdiri vəzifəsində işləyən tanışı Təqsirləndirilən şəxs1 ona zəng edərək əlində koronavirus infeksiyasının müalicəsində istifadə edilən "Favipiravir 200 mq № 40" dərman preparatından 25 qutu olduğunu deyib, lazım olacağı təqdirdə həmin dərmanları sata biləcəyini bildirmişdir. Bundan sonra o, "xxxx" MMC-nin balansındakı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən əcza deposunun müdiri Şahid zəng edərək əlində 25 ədəd "Favipiravir 200 mq № 40" dərman preparatının olduğunu, həmin dərmanları satmaq istədiyini bildirmiş və sonuncu həmin dərman preparatlarını ondan ala biləcəyini demişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs1lə əlaqə saxlayıb "Favipiravir 200 mq № 40" dərman preparatının 25 qutusunu almaq istədiyini demiş, sonuncu ilə Bakı şəhəri, Həsən Əliyev küçəsində yerləşən "Papanin" deyilən xəstəxananın kəsişməsində görüşmüşdür. Həmin zaman Təqsirləndirilən şəxs1 "Favipiravir 200 mq № 40" dərman preparatının 1 qutusunu ona 250 manata satmışdır. O, ümumilikdə 25 qutu həmin preparatından alaraq Təqsirləndirilən şəxs1 cəmi 6.250 manat pul ödəmişdir. Bundan sonra o, həmin gün təkrar Şahidlə əlaqə saxlayaraq 25 qutu "Favipiravir 200 mq № 40" dərman preparatının əlində olduğunu bildirmişdir. Şahid onu işlədiyi depoya dəvət etmiş və o, həmin depoya gedərək orada "Favipiravir 200 mq № 40" dərman preparatınının 1 qutusu 300 manata olmaqla, 25 qutusunu cəmi 7.500 manata Şahid satmışdır. Bu hadisədən 2-3 gün sonra Təqsirləndirilən şəxs1 təkrar ona zəng edərək əlində həmin dərman preparatından 11 qutu da olduğunu demişdir. O, yenə Şahid zəng edərək həmin dərman preparatından yenə istəyib-istəmədiyini soruşmuş, sonuncu da istədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1lə Bakı şəhəri, Həsən Əliyev küçəsindəki həmin xəstəxananın yanında görüşüb, yenə də 1 qutu üçün 250 manat ödəməklə 11 qutu "Favipiravir 200 mq № 40" dərman preparatını cəmi 2.750 manata almışdır. Həmin gün Şahidlə işlədiyi depoda görüşərək 1 qutusu 300 manat olmaqla, cəmi 11 qutu "Favipiravir 200 mq № 40" dərman preparatını sonuncuya 3.300 manata satmışdır. Təxminən 1-2 gün sonra Şahid ona zəng edərək aldığı dərman preparatının 26 qutusunu qaytarmaq istədiyini demiş, o da sonuncunun işlədiyi depoya gedərək 26 qutu "Favipiravir 200 mq № 40" dərman preparatını geri götürmüşdür. Həmin gün 26 qutu "Favipiravir 200 mq № 40" dərman preparatını satmaq üçün "Bakı Sağlamlıq Mərkəzinin" yaxınlığında yerləşən "Elit" aptekdə baş əczaçı işləyən Elvin adlı şəxsə zəng edib, "Favipiravir 200 mq № 40" dərman preparatını istəyib-istəmədiyini soruşmuş, sonuncu da ona həmin dərmanları ala biləcəyini demişdir. O da həmin aptekə gedərək 26 qutu "Favipiravir 200 mq № 40" dərman preparatını 1 ədədi 350 manat olmaqla, cəmi 9.100 manata Elvin adlı şəxsə satmışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, onun "Favipiravir 200 mq № 40" dərman preparatının apteklərdə və ya digər ticarət obyektlərində satışının həyata keçirilmədiyi, dövlət qeydiyyatına alınmadığı üçün kommersiya məqsədləri üçün istifadəsinin qadağan olduğu barədə məlumatı olmuşdur. Qeyd edilən dərman vasitələrini Təqsirləndirilən şəxs1 alarkən və digər şəxslərə satarkən heç bir sənəd və ödəniş qəbzi tərtib etməmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşman olduğunu, himayəsində üç azyaşlı uşağının olmasını bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş CMin 200-1.2.2, 200-1.2.3 və 308.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, təxminən 15 il əvvəl "xxxx" MMC-ni təsis etmiş və həmin şirkət dərman vasitələrinin apteklərə satışını həyata keçirmək fəaliyyəti ilə məşğul olmuşdur. Rəhbərlik etdiyi şirkətə məxsus Bakı şəhəri, Binə qəsəbəsində olan əcza deposu vardır. O, xarici ölkələrdə fəaliyyət göstərən şirkətlərdən, həmçinin daxili bazarda fəaliyyət göstərən firmalardan dərman vasitələrini alıb həmin depoya yerləşdirir və həmin depodan da Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən apteklərə satırlar. Koronavirus pandemiyası dövründə, təxminən 2020-ci ilin iyul ayında Raqil adlı şəxs ona zəng edərək Bakı şəhəri ərazisində aptek işlətdiyini, koronovirus infeksiyası əleyhinə istifadə edilən “Favipiravir” dərman preparatının onda olduğunu və satmaq istədiyini bildirmişdir. O da Raqil adlı şəxsə həmin dərman preparatlarını gətirməsini demişdir. Həmin vaxt Raqil adlı şəxs 36 qutu “Favipiravir 200mq N40” dərman preparatını gətirib depoya təhvil vermişdir. Həmin dərman preparatlarını qəbul edən Vüqar adlı depo işçisi bu barədə ona məlumat verən zaman isə o, Vüqar adlı işçisinə həmin dərman preparatının 28 qutusunu geri qaytarması barədə tapşırıq vermişdir. Həmin dərman preparatlarını özünün və yaxın tanışlarının istifadə etməsi məqsədi ilə aldığından qeyd edilən sayda preparatı geri qaytarmış, cəmi 8 qutu almışdır. Təxminən həmin dərman preparatlarının bir qutusunu 350-400 manata almışdır. Raqil adlı şəxs ona həmin dərman preparatının sertifikatının olduğunu, satışın qanuni olduğunu bildirmişdir. Daha sonra Raqil ilə heç bir əlaqəsi olmamışdır. Həmin dərman preparatlarının 2 qutusunu özü istifadə etmiş, 6 qutusunu isə yaxın tanışlarına əvəzsiz vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 16.09.2020-ci il tarixli qərardan görünür ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs tərəfindən stasionar müalicə olunan koronavirus xəstələrinin müalicəsi məqsədi ilə qeyri-kommersiya məqsədləri üçün Azərbaycan Respublikasına idxal olunmuş və dövlət qeydiyyatından keçirilməmiş "Favipiravir 200 mq № 40" dərman vasitələrinin 10- 15 sentyabr 2020-ci il tarixlərdə Bakı şəhəri ərazisində fəaliyyət göstərən "Elnur", "Araz" və "Ozon" apteklərinin əməkdaşları tərəfindən müxtəlif fiziki şəxslərə pul müqabilində satılması faktına dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş məlumat əsasında toplanmış material üzrə CM-in 200-1.2.1, 200-1.2.2, 200-1.2.3 və 308.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 11.09.2020-ci il tarixli, 03/11635 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “X4” publik hüquqi şəxs tərəfindən verilmiş məktubdan görünür ki, “Favipiravir 200mq №40” dərman vasitəsi Çin Xalq Respublikasının “X3” şirkəti istehsalıdır, qrip A və B viruslarının laboratoriya ştamlarına qarşı antiviral aktivliyə malikdir və xəstəxana şəraitində ciddi həkim nəzarəti altında yaşı 18-dən yuxarı olan xəstələrə istifadə olunmalıdır. Həmin dərman vasitəsi Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs tərəfindən satış üçün deyil, stasionar müalicə olunan koronavirus xəstəliyinə düçar olmuş xəstələrin müalicəsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2020-ci il tarixli 352S və 20 iyul 2020-ci il tarixli 363S nömrəli Sərəncamları əsasında müvafiq olaraq 1.250 və 12.500 qutu olmaqla Azərbaycan Respublikasına idxal olunmuşdur. 18.09.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Təqsirləndirilən şəxs2 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. 17.10.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CMin 200-1.2.1, 200-1.2.2, 200-1.2.3 və 308.1-ci maddələrindən həmin Məcəllənin CM-in 200- 1.2.2, 200-1.2.3 və 308.1-ci maddələrinə tövsif edilmişdir. 17.10.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 CM-in 200-1.2.2, 200-1.2.3 və 308.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. 17.10.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 17.10.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 CM-in 200-1.2.2, 200-1.2.3 və 308.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. 17.10.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 20.11.2020-ci il tarixli protokoldan və əlavə edilmiş disklərdən müəyyən edilmişdir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı və Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** saylı mobil telefon nömrələri vasitəsi ilə 1 yanvar 2020-ci il tarixdən 16 sentyabr 2020-ci il tarixədək müddətdə ötürülən məlumatlar ələ keçirilməklə baxış keçirilmişdir. Həmin baxışa dair 20 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında 1 yanvar 2020-ci il tarixdən 16 sentyabr 2020-ci il tarixədək müddətdə, o cümlədən cinayətin törədildiyi 20 mart 2020-ci il tarixdən 18 sentyabr 2020-ci il tarixədək müddətdə çoxsaylı (270 dəfə) telefon danışıqları olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs2 həmin telefon nömrəsi ilə Şahid məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək, aralarında 28 iyul 2020-ci il tarixdə saat 14:28-də 60 saniyə və 6 avqust 2020-ci il tarixdə saat 11:58-də 42 saniyə davam edən telefon danışıqlarının olduğu müəyyən edilmişdir. 28.12.2020-ci il tarixli, 1503 nömrəli Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs tərəfindən verilmiş məktubdan görünür ki, COVİD-19 infeksiyasının qarşısının alınması ilə bağlı görülmüş tədbirlərlə əlaqədar 3 saylı Şəhər Klinik Xəstəxanasının rəhbərliyi tərəfindən 22 mart 2020-ci il tarixdən etibarən həmin xəstəxanada aptek müdiri işləyən Təqsirləndirilən şəxs1 “Atletlər Kəndi” karantin müəssisəsində dərman təchizatına dair işlərin görülməsi tapşırılmışdır. 16 iyun 2020-ci il tarixdən etibarən Təqsirləndirilən şəxs1 analiz nəticəsi pozitiv olan xəstələrin müalicəsi məqsədi ilə ayrılan dərman preparatlarının istifadəsi üçün cavabdeh şəxs qismində təyin olunmuşdur. 21.12.2020-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. 21.12.2020-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. 13.01.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 4 ünvanında qeydiyyatdadır və müsbət xarakterizə olunmuşdur. 14.05.2014-cü il tarixli 3 nömrəli Şəhər Klinikası Xəstəxanasının 467E nömrəli Əmrindən görünür ki, Təqsirləndirilən şəxs1 xəstəxananın aptekinə 15.05.2014-cü il tarixdən 1,0 iş vahidi ilə aptek müdiri vəzifəsinə əmək müqaviləsi əsasında müvəqqəti olaraq qəbul edilmişdir. 17.02.2021-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 telefon vasitəsi ilə ötürdükləri məlumatları əks etdirən bir ədəd kompakt disk sübut hesab edilərək cinayət işinin materiallarında saxlanılmışdır. 07.08.1986-cı il tarixli arayışdan və Azərbaycan Respublikası Əlillər Cəmiyyətinin vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs1 İ və İİ qrup “Çernobl” əlilidir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Fiziki Şəxsinin vergi uçotu haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 03.03.2020-ci il tarixdə Vergilər Nazirliyinin Bakı şəhəri X10 üzrə Baş İdarəsində ********** saylı VÖEN ilə qeydiyyata alınmışdır. AZ-İİ 891293 nömrəli, AZ-İİİ998504 nömrəli və AZ-İV 301555 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 09.04.2012ci il təvəllüdlü X6, 07.07.2017-ci il təvəllüdlü X7 və 18.05.2019-cu il təvəllüdlü X8 adlı üç azyaşlı uşağı vardır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etiraf edici ifadələri ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-in 200-1.2.2, 200-1.2.3 və 308.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri CM-in 200-1.2.2, 200-1.2.3 və 308.1-ci maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 200-1.2.2, 200- 1.2.3 və 308.1-ci maddələri ilə elan edilmiş ittihamlar üzrə cəza təyin edərkən CM-in 41.2ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Bununla yanaşı, qeyd edilməlidir ki, cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi Təqsirləndirilən şəxs1 CM-in 308.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirləndirildiyi həmin maddədə tövsif edici əlamət kimi göstərilmədiyindən, məhkəmə CM-in 61.1.3-cü maddəsinə əsasən cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsini onun cəzasını ağırlaşdıran hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayətlər olmasını), təqsirkarın şəxsiyyətini (İ və İİ qrup əlilliyinin olması, müsbət xarakterizə olunması), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə ona təqsirli bilindiyi CM-in 200-1.2.2 və 200-1.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmayan və CM-in 308.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə cəzaları təyin edilməlidir. Belə ki, CM-in 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Göründüyü kimi qüvvədə olan cinayət qanunvericiliyi qanunla nəzərdə tutulan hallar mövcud olduqda cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə imkan verir. Həmçinin cinayət qanunvericiliyinə görə qanun işin müstəsna halları anlayışını dəqiq müəyyən etmir. Ona görə də, belə halların mövcudluğu məhkəmə tərəfindən müəyyən edilməli, onlar konkretləşdirilməli və müstəsna hal kimi qiymətləndirilməsinin səbəbləri hökmdə əsaslandırılmalıdır. Bu halları müəyyən edərkən məhkəmə, həm cəzanı yüngülləşdirən ayrı-ayrı halları, həm də bu cür halların məcmusunu, yəni cinayətin motivi və məqsədini, təqsirkarın cinayətin törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və ondan sonrakı davranışını, təqsirkarın şəxsiyyətini xarakterizə edən məlumatları və s. qiymətləndirməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı əməlindən peşman olaraq törətdiyi cinayət əməlini səmimi etiraf etməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, İ və İİ qrup əlilliyinin olması ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması kimi halların mövcudluğu cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə, qeyd edilənləri CM-in 62-ci maddəsində göstərilən müstəsna hallar hesab edərək, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 200-1.2.2 və 200-1.2.3-cü maddələrində müəyyən edilən cəzadan daha yüngül cəza növünün təyin edilməsini və həmin maddələrdə nəzərdə tutulmuş təyin edilməsi məcburi olan əlavə cəzanın təyin edilməməsini məqsədə müvafiq hesab etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 təyin ediləcək cəza növünü müəyyən edərkən yuxarıda göstərilən müstəsna halları nəzərə alıb hesab edir ki, CM-in 62-ci maddəsinin tələblərinə əsasən ona təqsirləndirildiyi həmin maddədə müəyyən edilən cəzadan daha yüngül cəza növü təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzası təyin edilərkən cinayətlərin məcmusu üzrə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, təyin olunacaq cərimə cəzalarını qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməsini zəruri hesab edir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində üç azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Bununla yanaşı, qeyd edilməlidir ki, cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi Təqsirləndirilən şəxs2 CM-in 308.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirləndirildiyi həmin maddədə tövsif edici əlamət kimi göstərilmədiyindən, məhkəmə CM-in 61.1.3-cü maddəsinə əsasən cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsini onun cəzasını ağırlaşdıran hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayətlər olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə ona təqsirli bilindiyi CM-in 200-1.2.2 və 200-1.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmayan və CM-in 308.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə cəzası təyin edilməlidir. Belə ki, CM-in 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Göründüyü kimi qüvvədə olan cinayət qanunvericiliyi qanunla nəzərdə tutulan hallar mövcud olduqda cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə imkan verir. Həmçinin cinayət qanunvericiliyinə görə qanun işin müstəsna halları anlayışını dəqiq müəyyən etmir. Ona görə də, belə halların mövcudluğu məhkəmə tərəfindən müəyyən edilməli, onlar konkretləşdirilməli və müstəsna hal kimi qiymətləndirilməsinin səbəbləri hökmdə əsaslandırılmalıdır. Bu halları müəyyən edərkən məhkəmə, həm cəzanı yüngülləşdirən ayrı-ayrı halları, həm də bu cür halların məcmusunu, yəni cinayətin motivi və məqsədini, təqsirkarın cinayətin törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və ondan sonrakı davranışını, təqsirkarın şəxsiyyətini xarakterizə edən məlumatları və s. qiymətləndirməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 əməlindən peşman olaraq törətdiyi cinayət əməlini səmimi etiraf etməsi, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, himayəsində üç azyaşlı uşağının olması kimi halların mövcudluğu cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə, qeyd edilənləri CM-in 62-ci maddəsində göstərilən müstəsna hallar hesab edərək, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 200-1.2.2 və 200-1.2.3-cü maddələrində müəyyən edilən cəzadan daha yüngül cəza növünün təyin edilməsi və həmin maddələrdə nəzərdə tutulmuş təyin edilməsi məcburi olan əlavə cəzanın təyin edilməməsini məqsədə müvafiq hesab etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 təyin ediləcək cəza növünü müəyyən edərkən yuxarıda göstərilən müstəsna halları nəzərə alıb hesab edir ki, CM-in 62-ci maddəsinin tələblərinə əsasən ona təqsirləndirildiyi həmin maddədə müəyyən edilən cəzadan daha yüngül cəza növü təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzası təyin edilərkən cinayətlərin məcmusu üzrə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, təyin olunacaq cərimə cəzalarını qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməsini zəruri hesab edir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, ekspertiza xərci və maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə
hökm etdi:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200- 1.2.2, 200-1.2.3 və 308.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə 3000 (üç min) manat miqdarda cərimə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə 3000 (üç min) manat miqdarda cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq, 4000 (dörd min) manat miqdarda cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200- 1.2.2, 200-1.2.3 və 308.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə 3000 (üç min) manat miqdarda cərimə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə 3000 (üç min) manat miqdarda cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq, 4000 (dörd min) manat miqdarda cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən: Vüsal Tağıyev