Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-188/2020 29.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs hüquqi varisi X4 iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Şamaxı rayonu, Qurbançı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Qobustan rayonu, Qurbançı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 2018-ci ilin mart ayında yaşadığı ünvan 2 ünvanının həyətində tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisi yabanı halda yetişmiş, onun toxumlarını yığaraq saxlamış, 2019-cu il mart ayında Binəqədi rayonu, 28 may qəsəbəsi, 4-cü paralel, 4-cü küçə ev 13 ünvanın həyətyanı sahəsində yerləşən daşdan tikilmiş üstü açıq yarım tikilidə həmin saxladığı tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını xeyli miqdarda-12 ədəd əkməklə onları kultivasiya etmiş, yəni həmin bitkinin toxumlarını qanunsuz olaraq əkib, onlara aqrotexniki qulluq göstərməklə yetişdirmiş, xx.xx.2019-ci il tarixdə saat 18 radələrində Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində onun yaşadığı evin həyətində yerləşən üstü açıq yarım tikilidə 1.5 m hündürlüyündə 12 ədəd kultivasiya olunmuş və 631 ədəd kultivasiya olunmamış (yabanı) ümumi çəkisi 6050.0 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisi aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 237.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Binəqədi rayonu, 28 may küçəsi, sıra 4, ev 13-də yaşamışdır. O, uzun müddətdir ki, narkotik vasitə olan marixuana istifadə etmişdir. 2018-ci ilin mart ayında onun yaşadığı evin həyətində bir ədəd çətənə kolu yetişdiyini aşkar etmiş və həmin kolun üzərində olan 10-12 ədəd toxumları yığaraq yaşadığı evdə saxlamışdır. 2019-cu ilin mart ayından həmin toxumları yaşadığı evin həyətyanı sahəsində yerləşən üstü açıq yarım tikilidə əkmişdir. Toxumları əkdikdən sonra onlara qulluq etmiş, orada 12-13 ədəd kol bitmişdir. Daha sonra ətrafda balaca kollar əmələ gəlmiş və o, ilk əvvəl həmin bitkilərin yabanı bitkilər olduğunu düşünmüş, lakin sonradan onlarında çətənə kolları olamasını başa düşmüşdür. Bundan sonra o, həmin kollara qulluğu dayandırmışdır. xx.xx.2019-cu il tarixdə onu Binəqədi RPİ-nin 40-cı PB-nın əməkdaşları polis bölməsinə dəvət etmişlər və bölmədə olan zaman polis əməkdaşlarına yaşadığı evin həyətində çətənə kollarının olmasını könüllü etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onun razılığı əsasında yaşadığı ünvana baxış keçirmiş və baxış zamanı polis əməkdaşları tərəfindən yaşadığı evin həyətyanı sahəsində ümumilikdə 643 ədəd çətənə kolu aşkar olunaraq götürülmüşdür. Həmçinin ona verilən suallara cavab olaraq, həyətində cəmi 12-13 çətənə koluna qulluq etdiyini, digər kolların orada yabanı şəkildə bitdiyini, narkotik vasitə istifadəçisi olduğunu, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, çətənə kollarının əkilib becərməsində heç kimin köməyində istifadə etmədiyini, bundan ailə üzvlərinin belə məlumatı olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2019cu il tarixində 17 radələrində Binəqədi rayonu, 28 may qəsəbəsində yerləşən evinə gedərkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik bitkilərin yetişdirilməsində şübhəli bilinən bir nəfər şəxsin həyətinə baxış keçirilməsi zamanı hal şahidi qismində iştirak etməyini təklif etmişlər. O, həmin təkliflər razılaşıb polis əməkdaşları ilə birlikdə sonuncuların göstərdiyi ünvana getmişdir. Orada olan zaman özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs evin sahibi olduğunu deyərək, evin giriş hissəsinin sol tərəfində olan yarım tikilini göstərərək orada çətənə kolları olduğunu demişdir. Bundan sonra Təqsirləndirilən şəxs göstərdiyi həmin yerin taxta parçaları ilə bağlanmış qapısını açmış və bundan sonra o, həmin yerə daxil olaraq orada çoxlu sayda çətənə kollarının olmasının şahidi olmuşdur. Bundan başqa o, həmin tikiliyə bitişik yerləşən və girişi mişar daşları ilə bağlanmış tikilidə də, çətənə kollarının olmasının şahidi olmuşdur. Daha sonra polis əməkdaşları tərəfindən hər iki tikiliyə baxış keçirmiş, polis əməkdaşları və baxışda iştirak edən aqronom tərəfindən həmin kolları kökündən çıxardılaraq sayılmış, qablaşdırılaraq götürülmüşdür. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, baxış keçirilən zaman Təqsirləndirilən şəxs çətənə kollarına qulluq etməməsini və həmin kolların yabanı şəkildə bitməsi demişdir. Baxışda iştirak edən aqronom isə qeyd edilən kollara aqrotexniki qulluq olunmasını bildirmişdir. Baxış zaman hər iki tikilindən təxminən 600 ədəddən çox çətənə kolları aşkar edilmişdir. Keçirilən baxışla əlaqədar protokol tərtib edilmiş, protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid6 ifadəsində göstərmişdir ki, xx xxxx 2019cu il tarixdə Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə, «Məqatil» adlı şəxsin mütəmadi olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında baş əməliyyat müvəkkili Şahid5 raportla Binəqədi RPİ-nin 40-cı PB-nın rəhbərliyinə məruzə etdikdən sonra «Məqatil» adlı şəxsin müəyyən edilib ifşa olunması istiqamətində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. xx xxxx 2019-cu il tarixdə saat 17 radələrində “Məqatil” adlı şəxs Binəqədi RPİ-nin 40-cı PB-na dəvət edilmiş və polis bölməsində müəyyən olunmuşdur ki, həmin şəxs xx.xx.1981-ci ildə Şamaxı rayonunda doğulmuş Bakı şəhəri, Binəqədi rayonu, 28 may küçəsi, 4-cü sıra, ev 13-də yaşayan Təqsirləndirilən şəxsdur. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitə olan maruxuananın qanunsuz saxlanılmasında, istifadəsində və narkotik vasitə tərkibli bitkilirən əkilib-bəcərilməsində şübhəli olması izah edilmiş və sonuncu ilə profilaktiki söhbətlər aparılmışdır. Bu zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli bitkiləri əkib-becərdiyini etiraf etmişdir. Daha sonra Təqsirləndirilən şəxs heç bir etiraz etmədən yaşadığı evdə baxış keçirilməsi barədə razılıq ərizəsi vermişdir. Onlar Təqsirləndirilən şəxs yaşadığı Binəqədi rayonu, 28 may küçəsi, sıra 4, ev 13-ün qarşısına gəlmiş, yoldan keçən iki nəfər şəxsi hal şahidi kimi dəvət etmişlər. Daha sonra videoçəkilişdən istifadə edilərək Məqatilin Zeynalovun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həyətdə yerləşən yarımtikilini göstərib orada çoxlu sayda çətənə kolları olmasını bildirmişdir. Bundan sonra o, baxışda iştirak edən digər şəxslərlə birlikdə Təqsirləndirilən şəxs göstərdiyi tikiliyə və ona bitişik olan digər tikiliyə baxış keçirilmiş və orada çoxlu sayda çətənə kollarının olması aşkar edilmişdir. Baxış zamanı həmin kollar kökündən çıxarılaraq sayılmış və qabşaldırılaraq götürülmüşdür. Ümumilikdə həmin ünvandan 643 ədəd kollar aşkar edilərək götürülmüşdür. Keçirilən baxışla əlaqədar protokol tərtib edilmiş, protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Onlar 2013-cü ildən ailə həyatı qurmuş və həmin tarixdən də, həyat yoldaşı Məqatillə birlikdə ünvan 1 ünvanında yaşamışdır. Onların birgə nikahdan iki azyaşlı uşağı vardır. Əri Təqsirləndirilən şəxs usta işləmiş, sonuncunun yaşadıqları evin həyətində hər hansı bitkilərin və ya narkotik vasitələrin əkibbəcərməsindən heç bir xəbəri olmamışdır. xx.xx.2019-cu il tarixdə polis əməkdaşları yaşadığı evin həyətinə gələrək videoçəkiliş ilə baxış keçirilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid7, məhkəmə baxışı zamanı dindirilmiş digər şahid X5 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 İsrafil oğlu ifadəsində göstərmişdir ki, 1977-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirdikdən sonra aqranom və bağban kimi işləyirmiş. xx.xx.2019-cu il tarixdə Binəqədi RPİ-nin 40-cı polis bölməsinin əməkdaşları ünvan 1 ünvanında yaşayan X1 evinə və həyat yanı sahəsinə baxış keçirtməkdə iştirak etməsi üçün ona müraciət etmişlər. xx.xx.2019-cu il tarixdə qeyd olunan ünvana gələrək baxış keçirilməsində iştirak etmiş və baxış zamanı özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilərin əkməsini bildirərək həmin yeri baxışda iştirak edən şəxslərə göstərmişdir. Bundan sonra həmin yerə baxış keçirilmiş və baxış zamanı yarım tikililərdə ümumilikdə 643 ədəd çətənə kolu aşkar edilərək köklərindən çıxardılmaqla qablaşdırılıb götürülmüşdür. O, aqronom kimi həmin kollara baxış keçirən zaman həmin bitkilərinin 12sinin koluna qulluq edildiyini, digər qalan bitkilərin isə 12-sinə nisbətdə daha zəif, boyları karlik (balaca) olduğu, onlara qulluq olunmadığını, yabanı bitmiş bitkilərin dibləri yumşalmamış, suvarılmamış olduğu, bitkilərin nizamsız formada bitməsini müəyyən etmişdir. Baxış nəticəsində protokol tərtib edilmiş və o, baxışda iştirak edən digər şəxslərlə birlikdə protokolu imzası ilə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Binəqədi RPİ-nin 40-cı PB-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx xxxx 2019-cu il tarixdə X2 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 28 may qəsəbəsi, 4-cü küçə ev 13-ün həyət yani sahəsində yerləşən üstü açıq yarım tikilidə qanunsuz olaraq tərkibində narkotik maddələr olan 643 ədəd ümumi çəkisi 6050,0 qram olan kultivasiya edilmiş çətənə kolları (kannabis) aşkar olunaraq götürülməsi faktına görə CM-in 237.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, “Məqatil” adlı şəxsin mütəmadi olaraq narkotik vasitələr istifadə etməsi, üzərində narkotik vasitə saxlaması və daşıması barədə Binəqədi RPİ-nin 40-cı PB-nə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, xx.xx.2019-cu il tarixdə saat 18 radələrində Binəqədi rayonu 28 may qəsəbəsi, 4-cü paralel, 4-cü küçə, ev 13-də yaşayan vət. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazın olmaması barədə razılıq ərizəsi əsasında evin həyətyanı sahəsinə baxış keçirilmiş, həmin həyətyanı sahədə üstü açıq yarım tikilidə 1.5 m hündürlüyündə 250 ədəd, 1.20 m hündürlüyündə120 ədəd, 0.80 m hündürlüyündə 150 ədəd, 0.05-0.80 m hündürlüyündə 123 ədəd çətənə kolu aşkar edilmişdir. Video çəkilişlə Təqsirləndirilən şəxs yaşadığı Binəqədi rayonu 28 may qəsəbəsi, 4-cü paralel, 4-cü küçə, ev 13 ünvanının həyətyanı sahəsindən qeyd edilən sayda və hündürlükdə olan aqrotexniki qulluq edilmiş dibləri bellənmiş çətənə kolu aşkar edilərək götürülmüşdür. Baxışda iştirak edən Şahid2 İsrafil oğlu həmin çətənə kollarına 12 ədəd kola xüsusi qulluq göstərilməsi barədə rəy vermişdir. Həmin kollar sintetik materialdan olan 2 (iki) ədəd kisədə qablaşdırılaraq möhürlənmişdir. Bundan başqa həmin bitki kollarının yerə tökülmüş yarpaqları əkildiyi yerdən yığılaraq qablaşdırılıb möhürlənmiş və keçirilən baxış protokollaşadırılmışdır. xx.xx.2019-cu il tarixli “Aqronom rəyi”ndən görünür ki, qeyd edilən tarixdə saat 18 radələrində Binəqədi rayonu 28 may qəsəbəsi, 4-cü paralel, 4-cü küçə ev 13 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində üstü açıq yarım tikilidə aşkar edilmiş 643 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) kollarından hündürlüyü 1.50 metr olan 12 ədəd çətənə (kannabis) kolları aqrotexniki qaydada becərilib, dibləri bellənib və sulanmış vəziyyətdədir. Qalan kollar isə törəmə yabanı halda bitmiş bitkilərdir və həmin bitkilərə qulluq edilməmiş, alaqlardan təmizlənməmiş, eləcə də suvarılmamışdır. xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2019-cu il tarixli, 18662 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 02 (iki) ədəd sellofan torbalardakı ayrıayrılıqda təmiz çəkiləri: 135.0 qram 170 qram, olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş-marixuanadır. Ümumi çəkisi 305,0 qramdır. Bundan başqa tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs məxsus həyətyanı sahəsində....” yazısı və imzalar olan 02 (iki) ədəd ağ rəngli sintetik torbalardakı sayı 643 ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 6050,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Qeyd: Marixuananın ümumi çəkisi – 305,0 qram, tədqiqatda istifadə olundu ümumi – 0,2 qram, qalıq 304,8 qram. Çətənə bitkisinin ümumi təmiz çəkisi – 6050,0 qram, tədqiqatda istifadə edildi – 0,52 qram, qalıq – 6049,48 qram. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Binəqədi rayonu, 28 may qəsəbəsi, 4-cü paralel, 4-cü küçə ev 13 ünvanında yerləşən üstü açıq yarım tikilidə olan narkotik təbiətli çətənə (kannabis) bitkisinə mənsub yarpaqları aşkar olunaraq götürülmüş narkotik vasitə olan qurudulmuş marixuana ümumi ilkin çəkisi 305,0 qram və narkotik təbiətli əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) ümumi ilkin çəkisi 6050,0 qram olmaqla maddi sübut kimi tanınmış, eləcə də tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 304,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 6049,48 qram olan çətənə bitkisi saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. xx.xx.2019-cu il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək, o, saxlandığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 237.2.3-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 4(001)-586/2019 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2019-cu il tarixli, 20097 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, mütəxəssis rəyinə əsasən 12 (on iki) ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir, qalan bitkilər isə yabanı halda bitmişdir. xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2019-cu il tarixli, 2467 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 rəyindən görünür ki, Təqsirləndirilən şəxs Çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, iş üzrə baxış keçirilməsinin görüntülərini əks etdirən 1 (bir) ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 237.1-ci maddəsi ilə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(001)-550/2019 nömrəli qərarından görünür ki, təqsriləndirilən şəxslər Təqsirləndirilən şəxs CM-in 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün məhkəmənin hazırlıq iclasında cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Binəqədi rayon prokuroruna qaytarılmış və Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 1 (bir) ay müddətə uzadılmışdır. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Binəqədi rayon Prokuroru tərəfindən Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin uzadılmasına dair Binəqədi RPİ-nin müstəntiqi Ramil Vəliyevin vəsatəti təmin edilməyərək, Təqsirləndirilən şəxs həbsdən azad edilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 237.1-ci maddəsi ilə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ölüm haqqında Tibbi şəhadətnaməsindən görünür ki, xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə ölmüşdür. xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X6 məhkəməyə ərizə ilə müraciət edərək qardaşı Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə ölməsi səbəbi ilə onun təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınaraq işə buraxılmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxsin hüquqi varisi olan qardaşı X6 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan CM-in 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106- 1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra, yəni xx xxxxxxx 2020-ci il tarixdə ölmüş və məhkəmədə sonuncunun qardaşı X6 təqsirləndirilən şəxsin hüququ varisi qismində tanındıqdan sonra məhkəmədən Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin icraatına, CPM-in 39.1.5-ci maddəsinə əsasən xitam verilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanma yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan təmiz çəkisi 304,8 qram narkotik vasitə olan qurudulmuş marixuana və 6049,48 qram olan çətənə bitkisi qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, iş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 139,64 (bir yüz otuz doqquz manat altmış dörd) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba ödənilməlidir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 35 (otuz beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 35 (otuz beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 39, 40, 43, 175, 197, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanma yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan təmiz çəkisi 304,8 qram narkotik vasitə olan qurudulmuş marixuana və 6049,48 qram olan çətənə bitkisi qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 139,64 (bir yüz otuz doqquz manat altmış dörd) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-188/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-188/2020
29.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver