Məhkəmə qərarları › İş №1(001)-188/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-188/2023

17.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-188/2023 17.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X4 və Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1971-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, şəhəri, Xətai rayonu, Neapol küçəsində yerləşən mənzildə kirayədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 243.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs təkrarən gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2020-ci ilin ortalarından 2022-ci ilin avqust ayının əvvəllərindək olan müddət ərzində ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs4 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 30-40 manat məbləğlərində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə 170 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs4 tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Təqsirləndirilən şəxs təkrarən, 2021-ci ilin aprel ayının sonlarından 2021-ci ilin avqust ayının əvvəllərindək olan müddət ərzində ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 30 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə 200 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs1 tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən 2022-ci ilin fevral ayının ortalarından 2022-ci ilin avqust ayının əvvəllərindək olan müddət ərzində ünvan 5 ünvanında yaşayan Zərərçəkmiş şəxs3 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 40 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə 170 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs3 təkrarən tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən 11 may 2022-ci il tarixdən 2022-ci ilin avqust ayının əvvəllərindək olan müddət ərzində Bakı şəhəri, Binəqədi rayonu, N.Tusi adına 2 nömrəli yataqxanada yaşayan Zərərçəkmiş şəxs2 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 40 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə 170 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs2 təkrarən tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Bununla da Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən CM-in 243.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, təxminən 2017-ci ildən etibarən maddi ehtiyaclarını ödəyə bilmədiyi üçün pul müqabilində müxtəlif kişi müştərilərlə görüşüb cinsi əlaqədə olmuş, həmin ildən də etibarən qadınların fahişəliyə cəlb edilməsi ilə məşğul olmuş, onun ətrafında olan kişi müştərilər cinsi əlaqədə olmaq üçün qadın istədikdə tanıdığı və fahişəlikdə olan qadınlarla müştəriləri əlaqələndirib qazanc əldə etmiş, fahişəliyə cəlb etdiyi qadınlardan Sevər, Nərminə və Türkanı xatırlamış, Zərərçəkmiş şəxs1 2021-ci ilin aprel ayından tanısa da Türkanı haradan tanıdığını hazırda xatırlamır, Türkanın pul müqabilində kişi müştərilərlə cinsi əlaqədə olmasını bilmiş, Türkan özü də ona bildirmişdir ki, əgər kişi müştəri olsa onunla əlaqələndirsin. Onların arasında olan razılığa əsasən o, Türkanı müştəri ilə cinsi əlaqədə olmağı üçün 200 manat pul müqabilində görüşdürəcəkdir. Həmin pulun 170 manatı Türkanın, 30 manatı isə müştəri tapdığı üçün onun olmuş, Türkan da bununla razılaşmış, o da 2021-ci ilin aprel ayının sonlarından etibarən təxminən 2021-ci ilin avqust ayının əvvəllərinədək kişi müştəri olduqda Türkanın fotoşəkillərini “Whatsapp” vasitəsilə müştəriyə göndərmiş, müştəri bəyəndikdə müştəriyə Türkan ilə cinsi əlaqədə olması üçün 200 manat ödəməli olacağını bildirmiş, daha sonra Türkan ilə əlaqə saxlayaraq müştərinin dediyi yerə getməsini və cinsi əlaqədə olduqdan sonra 200 manat almasını demiş, bundan sonra Türkan da onun dediyi yerə gedib müştəri ilə cinsi əlaqədə olduqdan sonra müştəridən özü 200 manat pul almış, həmin pulun 170 manatını özünə götürdükdən sonra müştəri tapdığı üçün ona çatası 30 manat pulu onun bank hesabına göndərmişdir. O, Zərərçəkmiş şəxs4 2019-cu ildən etibarən tanımış, Nərminə ilə hazırda xatırlamadığı tanışı vasitəsilə tanış olmuş, xatırladığı qədərilə Nərminə ilə övladının ad günü məclisində tanış olmuş, həmin vaxtdan etibarən Nərminə ilə münasibətləri yaranmışdır. Keçən müddət ərzində onlar tez-tez əlaqə saxlamış, aralarında olan danışıq zamanı o, Nərminənin pul qarşılığında kişi müştərilərlə cinsi əlaqədə olmasını bilmiş, bundan sonra Nərminə ona bildirmişdir ki, əgər kişi müştəri olsa onunla əlaqələndirsin. Onların arasında olan razılığa əsasən o, Nərminəni müştəri ilə cinsi əlaqədə olması üçün 200 manat pul müqabilində görüşdürəcəkdir. Həmin pulun 160 manatı Nərminənin 40 manatı isə müştəri tapdığı üçün onun olmuş, Nərminə də bununla razılaşmış və müştəriyə göndərməyi üçün öz fotoşəkillərini ona göndərmişdir. O da 2020-ci ilin ortalarından etibarən təxminən 2022-ci ilin avqust ayının əvvəllərinədək kişi müştəri olduqda Nərminənin fotoşəkillərini Whatsapp vasitəsilə müştəriyə göndərmiş, müştəri bəyəndikdə müştəriyə Nərminə ilə cinsi əlaqədə olması üçün 200 manat ödəməli olacağını bildirmiş, daha sonra Nərminə ilə əlaqə saxlayaraq müştərinin dediyi yerə getməsini və cinsi əlaqədə olduqdan sonra 200 manat almasını demiş, bundan sonra Nərminə də onun dediyi yerə gedib müştəri ilə cinsi əlaqədə olduqdan sonra müştəridən özü 200 manat pul almış, həmin pulun 160 manatını özünə götürdükdən sonra müştəri tapdığı üçün ona çatası 40 manat pulu onun bank hesabına göndərmişdir. O, Zərərçəkmiş şəxs3 2022-ci ilin əvvəllərində tanımış, Sevər ilə hazırda xatırlamadığı ortaq rəfiqələri vasitəsilə tanış olmuş, o Sevərin də pul müqabilində kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatlı olmuş, onların arasında olan söhbət zamanı ona bildirmişdir ki, əgər kişi müştəri olsa onunla əlaqələndirsin. Onların arasında olan razılığa əsasən o, Sevəri müştəri ilə cinsi əlaqədə olması üçün 170 manat pul müqabilində görüşdürəcəkdir. Həmin pulun 130 manatı Sevərin 40 manatı isə müştəri tapdığı üçün onun olmuş, Sevər də bununla razılaşmış və müştəriyə göndərməyi üçün öz fotoşəkillərini ona göndərmişdir. O da 2022-ci ilin fevral ayının ortalarından etibarən təxminən 2022-ci ilin avqust ayının əvvəllərinədək kişi müştəri olduqda Sevərin fotoşəkillərini Whatsapp vasitəsilə müştəriyə göndərmiş, müştəri bəyəndikdə müştəriyə Sevər ilə cinsi əlaqədə olması üçün 170 manat ödəməli olacağını bildirmiş, daha sonra Sevər ilə əlaqə saxlayaraq müştərinin dediyi yerə getməsini və cinsi əlaqədə olduqdan sonra 170 manat almasını demiş, bundan sonra Sevər də onun dediyi yerə gedib müştəri ilə cinsi əlaqədə olduqdan sonra müştəridən özü 170 manat pul almış, həmin pulun 130 manatını özünə götürdükdən sonra müştəri tapdığı üçün ona çatası 40 manat pulu onun bank hesabına göndərmişdir. Zərərçəkmiş şəxs2 2022-ci ilin may ayının əvvəllərindən tanımış, Ayişə ona özü müraciət edərək müştəri olduqda ondan xəbər etməsini istəmişdir. O da həmin zamandan etibarən müştəri olduqda Ayişəni göndərmiş, Ayişə müştərilərlə 170 manat pul müqabilində görüşmüş və həmin puldan 40 manatını ona vermişdir. Qalan hissəsi isə Ayişənin özünün olmuş, təxminən 2022-ci ilin avqust ayının əvvəllərinədək olan müddət ərzində Ayişəni tanışlarının yanına cinsi əlaqədə olmaq üçün göndərmişdir. Fahişəliyə cəlb etdiyi qadınları pul qarşılığında cinsi əlaqədə olmaq üçün görüşdürdüyü müştərilərdən heç birinin şəxsiyyətləri barədə dəqiq məlumatı olmamış, o həmin şəxslərlə telefon vasitəsilə əlaqə saxlamış və hazırda həmin müştərilərin mobil nömrələrini dəqiq xatırlamamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını və sonuncuların ona qarşı şikayət və tələbinin olmadığını, himayəsində iki yetkinlik yaşına çatmayan övladı olduğunu, oğlu Əli Musayevin yüngül-orta dərəcəli mitral çatışmazlığı xəstəliyindən, özünün isə süd vəzilərində fibro-kistik dəyişiklik fonunda bərabərliyində duktal ektaziya. Bİ-RADS ll dərəcə xoşxassəli dəyişiklik xəstəliyindən əziyyət çəkdiyini bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 07 may 2022-ci il tarixdə rəfiqəsi Çinarə vasitəsilə tanımış və tanıdıqdan sonra Vəfanın qadınların fahişəliyə cəlb edilməsi ilə məşğul olduğunu bilmişdir. Maddi vəziyyəti yaxşı olmadığı üçün o, Vəfaya müraciət edərək əgər müştəri olarsa ona da məlumat verməsini bildirmişdir. O, istifadəsində olan 055 *** ** ** rəqəmli mobil telefonla Vəfanın istifadəsində olan 055 *** ** ** rəqəmli mobil nömrə ilə Whatsapp ani mesajlaşma və mübadilə sistemi vasitəsilə əlaqə saxlamış, Vəfa onun fikrini dinləyib başa düşdükdən sonra ona öz fotoşəkillərini göndərməsini bildirmiş, o da fotoşəkillərini müştərilərə təqdim etməsi üçün Vəfanın mobil nömrəsinə göndərmişdir. Vəfa ona bildirmişdir ki, o müştərilərlə 170 manat pul müqabilində görüşəcək. Vəfa ilə arasında olan razılaşmaya əsasən həmin pulun 40 manatı müştəri tapdığı üçün Vafaya, qalan 130 manat isə müştəri ilə cinsi əlaqədə olduğuna görə ona çatacaqdır. Bundan sonra ilk dədə 11 may 2022-ci il tarixdə o hazırda yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, N.Tusi adma 2 nömrəli Yataqxanada olan zaman Vəfa Whatsapp vasitəsilə ona zəng vuraraq müştəri olduğunu və müştərinin 170 manat pul verəcəyini bildirmiş. O, həmin puldan 40 manatını Vəfanın kart hesabına göndərəcəkmiş, o da Vəfa ilə razılaşıb Vəfanın ona dediyi hotelə getmiş, orada müştəri onu qarşılayıb onunla cinsi əlaqədə olmuş, sonra müştəri ona 170 manat pul vermişdir. O da həmin pulun 40 manatını Vəfaya vermiş, bundan sonra o yaşadığı evdə olan zaman Vəfa mütəmadi olaraq onunla əlaqə saxlayıb onu müştərilərə göndərmiş, eyni qaydada o müştəridən 170 manat pul almış və həmin pulun 40 manatını Vəfanın kart hesabına göndərmişdir. Bu qaydada Vəfa onu 2022-ci ilin avqust ayının əvvəllərinədək olan müddət ərzində fahişəliyə cəlb etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2019-ci ildən etibarən qohumu Nailə vasitəsilə tanımış, Belə ki, Nailə Vəfanın övladının doğum günü mərasiminə gedən zaman onu da özü ilə birlikdə aparmış, həmin vaxtdan etibarən Vəfa ilə münasibəti yaranmış, keçən müddət ərzində o Vəfayla tez-tez əlaqə saxlamış və Vəfanın qadınları fahişəliyə cəlb edən şəxs olmasını bilmiş, təxminən 2020-ci ilin əvvəllərində Vəfa ona Whatsapp ani mesajlaşma və mübadilə sistemi vasitəsilə yazaraq onun maddi vəziyyətilə maraqlanmış, o da maddi vəziyyətinin yaxşı olmamasını Vəfaya bildirmişdir. Vəfa ətrafında çoxlu kişi tanışlarının olmasını, əgər həmin kişilərlə görüşüb cinsi əlaqədə olsa yaxşı pul qazana biləcəyini qeyd etmişdir. Belə ki, Vəfa ona qeyd etmişdir ki, müştərilərlə 170 manat pul müqabilində görüşüb cinsi əlaqədə olacaqdır. Vəfa ilə arasında olan razılığa əsasən həmin pulun 30-40 manatını müştəri tapdığı üçün Vəfaya verəcəkmiş, həmin zamanlar o ünvan 6 ünvanında yaşamış, daha sonra Vəfa ondan müştərilərə göstərməsi üçün fotoşəkillərini istəmiş, o da öz fotoşəkillərini Vəfaya göndərmişdir. Bundan sonra 2020-ci ilin ortalarından 2022-ci ilin avqust ayının əvvəllərinədək olan müddət ərzində Vəfa onu Bakı şəhərində müxtəlif kişi müştərilərin yanına göndərmiş, o müştərilərlə cinsi əlaqədə olduqdan sonra müştərilər ona 170-200 manat pul vermişdir. O da həmin pulun 30-40 manatını Vəfanın kart hesabına göndərmiş, 2022-ci ilin avqust ayının əvvəllərindən isə Vəfa ilə əlaqəsi olmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2022-ci ilin əvvəllərindən tanımış, Vəfa ilə ortaq rəfiqələri vasitəsilə tanış olmuş, Vəfanın qadınları fahişəliyə cəlb edən şəxs olmasını bilmiş, təxminən 2022-ci ilin fevral ayının ortalarında hazırda yaşadığı evdə olan zaman Vəfa ona Whatsapp ani mesajlaşma və mübadilə sistemi vasitəsilə yazaraq maddi vəziyyəti ilə maraqlandığı zaman o maddi vəziyyətinin yaxşı olmamasını bildirmiş, Vəfa onun ətrafında çoxlu kişi tanışlarının olmasını, əgər həmin kişilərlə görüşüb cinsi əlaqədə olsa yaxşı pul qazana biləcəyini qeyd etmişdir. Belə ki, Vəfa ona bildirmişdir ki, müştərilərlə 170 manat pul müqabilində görüşüb cinsi əlaqədə olacaqdır. Həmin pulun 40 manatını müştəri tapdığı üçün Vəfaya verilməli olmuş, daha sonra Vəfa ondan müştərilərə göstərməsi üçün fotoşəkillər istədikdə o öz fotoşəkillərini Vəfaya göndərmiş, bundan sonra 2022-ci ilin fevral ayının ortalarından 2022-ci ilin avqust ayının əvvəllərinədək olan müddət ərzində Vəfa onu Bakı şəhərində müxtəlif kişi müştərilərin yanına göndərmişdir. O, müştərilərlə cinsi əlaqədə olduqdan sonra müştərilər ona 170 manat pul vermiş, o həmin pulun 40 manatını kart hesabına ya da taksi vasitəsilə Vəfaya göndərmiş, 2022-ci ilin avqust ayının əvvəllərindən isə Vəfa ilə əlaqəsi olmamışdır. Vəfanın fahişəliyə cəlb etdiyi qadınların sayı bir qədər olsa da o həmin qadınların adlarını və anket məlumatlarını dəqiq xatırlamamış, Vəfadan başqa onu fahişəliyə cəlb edən şəxs olmamış, o Vəfanın müştərilərilə heç zaman əlaqə saxlamamış, Vəfa ona Whatsapp vasitəsilə zəng vurub müştərinin harada olmasını bildirmiş, müştəri ilə Vəfanın özü əlaqə saxlamış və ona müştəriyə mobil nömrə verməyə icazə verməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında səhhəti ilə bağlı iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs şəxsən tanımamış, onu Vafa ilə tanışı Mirpaşa adlı şəxs tanış etmiş, belə ki, o Mirpaşadan qadınları fahişəliyə cəlb edən şəxs tanıyıb tanımadığını soruşduqda Mirpaşa onu Vəfa adlı qadınla əlaqələndirmiş, Vəfa ona ********** saylı mobil nömrənin Whatsapp proqramı vasitəsilə onun istifadə ediyi ********** saylı mobil nömrəsinə qadınların şəklini göndərib həmin qadınlar arasında seçim etməyini təklif etmiş, Vəfa ona 2022-ci ilin iyul ayında cinsi əlaqədə olmaq üçün qadın göndərmiş, o da həmin qadına cinsi əlaqədə olmağının qarşılığında 160 manat pul vermiş, gələn qadının Vəfaya nə qədər pul verməsindən onun məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 4 il əvvəl görüb tanımış, onu Vəfa ilə iş yoldaşı Vurğun adlı şəxs qadınları fahişəliyə cəlb edən kimi tanış etmiş, əvvəllər Vurğunla birlikdə bir neçə dəfə Vəfanın təqdim etdiyi qadınlarla cinsi əlaqədə olsalar da sonradan onun özü tək Vəfadan bu məqsədlə qadın istəmiş, Vəfa ona ********** saylı mobil nömrənin Whatsapp proqramı vasitəsilə onun istifadə ediyi ********** saylı mobil nömrəsinə qadınların şəklini göndərib həmin qadınların arasında seçim etməyini təklif etmiş, o da ayrı-ayrı vaxtlarda müxtəlif qadınları ona göndərməsini xahiş etmiş, Vəfa əsasən 100-120 manata ona qadın göndərmiş, həmin pulu cinsi əlaqədə olduğu qadına vermiş, qadının Vəfaya nə qədər pul verməsi barədə onun məlumatı olmamış, son vaxtlar isə Vəfa 170-200 manat pul istədiyinə görə Vəfadan cinsi əlaqədə olmaq üçün qadın istəməmiş, sonuncu dəfə 2022-ci ilin iyul ayında Vəfadan cinsi əlaqədə olmaq üçün qadın istədikdə qiymətini baha dediyi üçün Vəfa ilə razılaşmamışıdr. Vəfanın cinsi əlaqədə olmaq üçün ona təqdim etdiyi qadınlardan yalnız Türkan adlı qadının adını xatırlamışdır. Məhkəmə iclasına çağırılmış Şahid9 məhkəmə ünvanladığı teleqramda ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmiş və məhkəmə proseslərinin onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasına çağırılmış Şahid7 məhkəmə ünvanladığı teleqramda səhhəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirərək, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasına çağırılmış şahidlər Şahid1, Şahid2, Şahid5, Şahid6, Şahid8, Şahid10, X2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiləri ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 fahişəliyə cəlb edilməsi faktı ilə əlaqədar Azərbaycan respublikası CM-in 243.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır. Quba RİHB-nin Quba şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində ünvan 7 ünvanında yaşadığı müddət ərzində Quba şəhər İƏD üzrə nümayəndəliyinə heç bir yazılı və şifahi müraciət daxil olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə CMin 179.2.3 və 313-cü maddələri ilə şərti maliyyə vahidinin 210 misli miqdarında cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 243.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəməyə Zərərçəkmiş şəxs3 tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə Zərərçəkmiş şəxs4 tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə Zərərçəkmiş şəxs2 tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan gəlir əldə etmək məqsədilə zərərçəkmiş şəxsləri fahişəliyə cəlb etməsi əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). CM-in 243.1-ci maddəsində gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etməyə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Həmin maddəyə əsasən gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə - iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-də bu cinayət əməli ictimai mənəviyyat əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai mənəviyyat, əlavə obyekti qismində isə insan sağlamlığı, şərəf və ləyaqəti, habelə şəxsi həyatının və mülkiyyətinin toxunulmazlığı çıxış edir. Nəzərə alınmalıdır ki, ictimai mənəviyyat əleyhinə olan cinayətlər ictimai mənəviyyata qəsd edən və əhəmiyyətli zərər vuran ictimai təhlükəli əməllərdir. Belə əməllər yalnız bir şəxsə deyil, bir çox insanlara, həmçinin cəmiyyətin mənəvi dayaqlarına zərər vurur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 243.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi gəlir əldə etmək məqsədilə zərərçəkmiş şəxsləri fahişəliyə cəlb etməsi əməli CM-in 243.1-ci maddəsi ilə düzgün tövsif edildiyindən o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş matariallarında olan və məhkəmə iclasında tədqiq edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2006-cı il təvəllüdlü X1 Vəfa Tofiq qızının övladlarıdır. “Ultra Med” Tibb Mərkəzi tərəfindən verilmiş exodopplerkardioqrafiya müayinəsinin nəticələrindən görünür ki, X7 mitral qapağın hər iki tayının prolapsı (ön tayı 1-ci dərəcə, arxa tayı-2 –ci dərəcə), yüngül-orta dərəcəli mitral çatışmazlıq ilə xəstəliyindən əziyyət çəkir. X11 Mərkəzi tərəfindən verilmiş diaqnozdan görünür ki, Təqsirləndirilən şəxs süd vəzilərində fibro-kistik dəyişiklik fonunda bərabərliyində duktal ektaziya. Bİ-RADS ll dərəcə xoşxassəli dəyişiklik xəstəliyindən əziyyət çəkir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: CM-in 243.1-ci maddəsində nəzərdə tutulmuş əməli tam etiraf etməsini və əməlindən səmimi peşman olmasını; zərərçəkmiş şəxslərlə barışmasını və sonuncuların ona qarşı şikayət və tələbinin olmamasını; müsbət xarakterizə olunmasını; yetkinlik yaşına çatmayan övladları olmasını, həmçinin, övladlarından birinin mitral qapağın hər iki tayının prolapsı (ön tayı 1-ci dərəcə, arxa tayı- 2–ci dərəcə), yüngül-orta dərəcəli mitral çatışmazlıq ilə xəstəliyindən əziyyət çəkməsini, özünün süd vəzilərində fibro-kistik dəyişiklik fonunda bərabərliyində duktal ektaziya. Bİ-RADS ll dərəcə xoşxassəli dəyişiklik xəstəliyindən əziyyət çəkməsini. Məhkəmə, CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətin təkrarən törədilməsini iş üzrə cəzanı ağırlaşdıran hal kimi müəyyən edir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə təyin olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid olunmadan islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid olunmasına bunun üçün möhkəm əsaslar olduqda və bu açıqaşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti (müsbət xarakterizə olunmasını), o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CMin 243.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, cərimə cəzası Təqsirləndirilən şəxs fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda cəzanın məqsədini təmin edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 243.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin olunmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 40 (qırx) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 243.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Qeyd edilənlərə əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3000 (üç min) manat miqdarda cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar