Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-188/2025 24.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Saat 12.55-də Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Tərcüməçi (rus dili üzrə) X2, Təqsirləndirilən şəxs, xx.xx.1989-cu il tarixdə Ukrayna Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, 2-ci Qarabağ Müharibəsi iştirakçısı, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmiş və yolnəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 22.00 radələrində «BC» kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «Toyota Prius» markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, ara küçədən Azadlıq prospektinə çıxaraq sağa dönmə əməliyyatını edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməklə yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna riayət etməmiş, həmçinin «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə riayət etməklə yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı olduğu halda buna riayət etməyərək Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Azadlıq prospektində yerləşən "xxxx" ASC-nin yaxınlığında yolun sol hissəsindən sağ zolağına keçərək hərəkətdə olan piyada Zərərçəkmiş şəxs avtomobilin sağ hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan sonuncuya baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, alın nahiyəsinin sol yarısının cərrahi tikişli əzilmiş yarası, alın nahiyəsinin sol yarısının sıyrığı, sol gözətrafı yumşaq toxumaların və yanağın yuxarı yarısının göz yarığının daralması ilə müşayiət olunan hematoması, sol yanağın yuxarı-orta 1/3-nin sıyrığı, alt dodağın sol yarısının şişkinliyi fonunda dodaq haşiyəsinin, sol çənəaltı nahiyənin sıyrıqları, sağ bud-canaq oynağının bayır səthinin və sağ sağrının yuxarı-bayır kvadratının, sağ budun orta aşağı, sol budun aşağı 1/3 arxa-bayır səthlərinin qançırları, sol lateral (bayır) və medial (iç) topuğun qapalı sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmiş və yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə baxışı zamanı ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263.1 və 264-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, «Toyota Prius» markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobili 3 gün müddətində, etibarnamə əsasında idarə etmişdir.xx.xx.2024-cü il tarixdə saat 21:30-da Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsindən Uber şirkəti vasitəsi ilə ona sifariş gəlmiş, o müştərini Bakı şəhərində Rəsulzadə qəsəbəsindən Məlikov adına xəstəxananın yaxınlığından götürüb içəri məhəllə ilə gəlib Kapital Bankın yanından çıxıb sağa doğru dönüş etmiş və Azadlıq prospektinə doğru yoluna davam etmişdir. Təxminən 150-200 metr aralanmışdır ki, yanında oturan müştəri ona bildirmişdir ki, sağ yan güzgüyə baxan zaman görmüşdür ki, avtomobilin sağ yan güzgüsünun sınıq vəziyyətdə olduğunu görmüşdır.Bundan sonra, müştəridən xahiş etmişdir ki, o gəldiyi yolun ətraflarına baxmaq üçün geriyə dönməlidir.Müştəri isə avtomobildən yerə düşmüş və ona demişdir ki, başqa bir avtomobil ilə özü çıxıb gedəcək.O geriyə dönüş edib Kapital Bankın yanına doğru gəlmiş və görmüşdür ki, 1 nəfər qadın azyaşlı uşaq ilə daşın üzərində əyləşib. Dərhal hadisə yerinə qayıtmış, vurduğu piyadaya yaxınlaşıb onu avtomobil ilə bilmədən vurduğunu bildirmiş, ümumiyyətlə onu vurduğunu hiss etməmiş, yanında əyləşən müştəri ona hadisə barədə məlumat vermişdir.Bundan sonra, o, dərhal hadisə yerinə qayıdıb onu xəstəxanaya müayinəyə aparmaq üçün təklif etsə də, xəsarət alan piyada xanım hadisə yerində TTY avtomobili çağırdığını bildirmiş, bir az keçmişdir ki, hadisə yerinə TTY avtomobili və polis gəlmiş, Piyadanı xəstəxanaya aparandan sonra hadisə yerinə qayıtmış və onun iştirakı ilə hadisə yeri müayinə olunaraq, protokol, sxem tərtib olunduqdan sonra onun tərəfindən imzalanmışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hadisə yerindən qaçmadığını, buna görə də, təqsirini qismən etiraf etdiyini, səmimi peşman olduğunu bildirdi, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan cinayət törətməsini, o cümlədən, İİ Qarabağ Müharibəsi iştirakçısı olmasını və medallarla təltif edilməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, o milliyətcə rus olsa da, Azərbaycan Respublikasında doğulub boya-başa çatmış, əri azərbaycanlı olmuşdur. Orta məktəbdə Rus dilində təhsil alsa da, Azərbaycan dilində sərbəst yazıb-oxumağı bilir.Ona məhkəmə tərəfindən təyin olunan tərcüməçiyə etirazı yoxdur. Həmçinin, o, bildirmişdir ki, həqiqətən də Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 4, mənzil 14də ailəsi ilə birlikdə yaşayır.Baş vermiş hadisə ilə bağlı o, məhkəmənin nəzərinə çatdırır ki, xx.xx.2024-cü il tarixdə saat 21:30-da 9 yaşlı qızı Mədinə Məcidli ilə yaşadığı ünvandan çıxıb yolun qarşı tərəfinə keçib, yolun kənarı ilə Kapital Banka doğru gedirmiş, bu zaman qarşı tərəfdən üzü şəhərə tərəf gedən «Toyota Prius» markalı avtomobil onu sağ tərəfi ilə vurmuş o, yerə yıxlararaq o bədənin müxtəlif yerlərindən və topuq nahiyəsindən sınıq xəsarətləri almış, hadisə zamanı onu vuran «Toyota Prius» markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü hadisə yerini tərk etmişdir. O, hadisə yerində olan vaxtı polisə və 103 Təcili Yardım Xidmətinə zəng etmiş, bir neçə dəqiqədən sonra 103 Təcili Yardım Xidməti hadisə yerinə gələrək onu Kliniki xəstəxanaya aparmışdır.Həmin vaxt ona xəsarət yetirmiş «Toyota Prius» markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü də hadisə yerinə qayıtmışdır.Xəstəxanada olan vaxtı ona xəsarət yetirmiş «Toyota Prius» markalı avtomobilin sürücüsü xəstəxanada tibbi xərclərin cuzi hissəsini yəni ona 150 manat pulu ona vermişdir.Lakin daha sonra onun xərcləri artdığı üçün ona qarşı laqeydlik göstərərək, onunla əlaqə yaratmamışdır.O, həmçinin bildirmişdir ki, o yol nəqliyyat hadisəsi zamanı xəsarətlər aldığı üçün əməliyyat keçirmiş, 1.300 manat məbləğindən artıq məbləğdə əməliyyata pul xərcləmiş, yəni Təqsirləndirilən şəxs ona 1.300 manatdan artıq məbləğdə maddi ziyan vurmuşdur.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs hal-hazırda qəza ilə bağlı səhətində ciddi problemlər yarandığını, buna görə də işləyə bilmədiyini, hal-hazırda sağalması üçün başqa əməliyyatlara ehtiyacı olduğunu, himayəsində 14 yaşlı qızının olduğunu, başqa gəlirinin olmadığını, nənəsinin təqaüdü ilə dolandığını, təqsirləndirilən şəxsin ona heç bir maddi yardım göstərmədiyini bildirdi və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu nəzərə alaraq məhkəmədən onun ciddi cəzalanmasını xahiş etdi. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, onun müdafiəçisinin çıxışını, zərərçəkmiş şəxsin ifadəsini dinləyib, dövlət ittihamçısının mövqeyini nəzərə alaraq, iş materiallarını və ekspertiza rəylərini tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxsin təqsirli olaraq avtomobil idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi və yol-nəqliyyat hadisəsi yerindən qaçması əməllərini törətməsi tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında xx.xx.2024-cü il tarixli, 2/9973 nömrəli protokolundan görünür ki, Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəmə-tibb ekspertizasının məhkəmə-tibb ekspertizasının 24 fevral 2024-cü il tarixli, 2309 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, alın nahiyyəsinin sol yarısının cərrahi tikişli əzilmiş yarası, alın nahiyyəsinin sol yarısının sıyrığı, sol gözətrafı yumşaq toxumaların və yanağın yuxarı yarısının göz yarığının daralması ilə müşayiət olunan hematoması, sol yanağın yuxarı-orta 1/3-nin sıyrığı, alt dodağın sol yarısının şişkinliyi fonunda dodaq haşiyəsinin, sol çənəaltı nahiyənin sıyrıqları, sağ bud-canaq oynağının bayır səthinin və sağ sağrının yuxarı-bayır kvadratının, sağ budun orta-aşağı, sol budun aşağı 1/3-nin arxa-bayır səthlərinin qançırları, sol lateral (bayır) və medial (iç) topuğun qapalı sınığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yəni 22 fevral 2024-cü il tarixli avtomobil travması, o cümlədən piyadanın hərəkətdə olan avtomobilin qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az AĞİR zərərvurmaya aiddirlər. İş materiallarında olan cinayət işi üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 02 may 2024-cü il tarixli, 8/928 nömrəli rəyindən görünür ki, «Toyota Prius» markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü maddəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə sənədləri əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini qismən etiraf etməsini, səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, o cümlədən, İİ Qarabağ Müharibəsi iştirakçısı olmasını və dəfələrlə medallarla təltif edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs AR CM-nin 263.1 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini təqsirli olaraq törətmələri tam sübuta yetirilmişdir. Qeyd edilənlər onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs AR CM-nin 263.1 və 264-cü maddələri ilə təqsirləndirilmələri düzgün olaraq tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilməsi, yəni CM-nin 264-cü maddəsi ilə təqsirli bilməməsi özünü müdafiə xarakteri daşıyır, onu gözləyən daha ağır məsuliyyətdən yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirilməlidir. Odur ki, təqsirləndirilən şəxs hər iki maddənin sanksiyası həddində cəzalandırılmalıdır.Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsiri sübuta yetirildiyindən o, həmin maddə ilə də təqsirli bilinməlidir. Belə ki, «Yol hərəkəti nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrubəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 №-li qərarının 16-cı maddəsində göstərilmişdir ki, məhkəmələr CM-nin 263 və ya 263-1-ci maddəsi ilə yanaşı həm də CM-nin 264-cü maddəsi ilə təqsirləndirilən şəxslər barəsində işlərə baxarkən nəzərə almalıdırlar ki,CM-nin 264-cü maddəsinin qeydi Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin şərh edilməsinə dair 10 aprel 2012ci il tarixli qərarının müddəaları nəzərə alınmaqla təfsir olunmalıdır.Bu isə o, deməkdir ki, şəxsin CM-nin 264-cü maddəsi ilə cinayət məsuliyyətini istisna edən əsas kimi o hallar nəzərdən keçirilə bilər ki, yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisədən dərhal sonra, zərərçəkmişə kömək göstərilməsi ilə əlaqədar hadisə yerini tərk etməzdən əvvəl özünün şəxsiyyəti barədə məlumatları zərər çəkmiş şəxsə (tərəfə) çatdırmış olsun, yaxud da zərərçəkmiş şəxsin aparıldığı tibbi müəssisəsində və ya zərərçəkmiş tibb müəssisəsinə aparıldığı tibb müəssisəsində və ya zərərçəkmişi tibb müəsissəsinə çatdıqdan dərhal sonra başqa vasitələrlə özünü bəlli etsin.Lakin, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü madəsinə görə bu Məcəllənin 263-cü maddəsində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması yalnız birbaşa qəsdlə törədildikdə cinayət tərkibini yaradır.İşin yuxarıda göstərilən halları təsdiq edir ki, Təqsirləndirilən şəxs hadisədən sonrakı davranışı, yəni hadisə yerini tərk etməsi, yalnız sonradan hadisə yerinə qayıtması onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin tərkibinin olduğunu təsdiq edir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmçinin, CPM-nin 42.1.1-ci maddəsinə əsasən məhkəmə yalnız cinayət hadisəsi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. CPM-nin 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş əsas cəza olaraq azadlıqdan məhrumetmə növündə, əlavə cəza olaraq isə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə, CM-nin 264-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş əsas cəza olaraq azadlığın məhdudlaşdırılması növündə, əlavə cəza olaraq isə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə cəzaların təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla ona əsas cəza olaraq azadlıqdan məhrum etmə növündə, əlavə cəza olaraq isə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza təyin edilməlidir. Buna görə də, təqsirləndirilən şəxsə əsas cəza olaraq azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablanmalı, habelə əlavə cəza olaraq ona nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzası təyin edilməli, əlavə cəza olan nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrumetmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il saat 15.30 tarixdən 11 sentyabr 2024-cü il saat 15.30 tarixədək tutulduğu 02 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmalı və ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X5 tərəfindən qəbul olunmuş 10 avqust 2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs tutularaq Binəqədi RPİ-nin MSY-nə təhvil verilməsi və tutulması üçün axtarış elan edlmişdir.Həmçinin, iş materiallarında olan Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis polkovnikleytenantı Əli Həsənov tərəfindən tərtib edilmiş protokola əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 09 sentyabr 2024-cü il tarixdə saaat 15.30 da tutularaq Binəqədi RPİ-nin MSY-nə təhvil verilmişdir.Həmçinin, iş materiallarında olan Bakı şəhər Binəqədi rayon Pİ-nin istintaq şöbəsinin müstəntiqi, polis mayoru X5 tərəfindən qəbul edilmiş 11 sentyabr 2024-cü il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş və 11 sentyabr 2024cü il saat 15.30 tarixdə saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad olunmuşdur. Qeyd edilənlərlə yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə” qətimkan tədbirinin dəyişdirilməsinə zərurət olmadığına görə hökm qanuni qüvvəyə minənədək qüvvəsini saxlamalıdır. İş üzrə ekspertizanın keçirilməsi üçün çəkilmiş məhkəmə xərci - 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına VÖEN **********, X4 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına köçürülməlidir. İş üzrə Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 55 (əlli beş) saat hüquqi xidmətin dəyəri 330 (üç yüz otuz) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod200156, VÖEN**********, m/hAZ37NABZ******************** S.W.İ.F.T.B.İ.K:AİİBAZ 2X,hesab №AZ48AİİB ********************,VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə maddi sübut - “Toyota Prius” markalı, ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar (azadlığın məhdudlaşdırılması növündə cəzanın 02 (iki) günü azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə bərabər hesab olunmaqla) qismən toplanılmaqla o, qəti olaraq 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il saat 15.30 tarixdən 11 sentyabr 2024-cü il saat 15.30 tarixədək tutulduğu 02 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və ona qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş əsas cəza olan azadlıqdan məhrumetmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş əsas cəza olan azadlıqdan məhrumetmə növündə cəzası ilə əlaqədar cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut – “Toyota Prius” markalı, ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertizanın keçirilməsi üçün çəkilmiş məhkəmə xərci - 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına VÖEN **********, X4 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Cinayət işi üzrə Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 55 (əlli beş) saat hüquqi xidmətin dəyəri 330 (üç yüz otuz) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod200156, VÖEN**********, m/hAZ37NABZ******************** S.W.İ.F.T.B.İ.K:AİİBAZ 2X,hesab №AZ48AİİB ********************,VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və(və ya) apellyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 (iyirmi) gün sonra qanuni quvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-188/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-188/2025
24.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver