Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-189/2023 01.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Goranboy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Goranboy rayonu, Baxçakürd kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə 03 sentyabr 2022-ci il tarixdə saat 07:30 radələrində Zərərçəkmiş şəxs kirayədə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, ev 2, 38 saylı mənzilin giriş qapısının açıq olmasından istifadə edərək yaşayış sahəsinə qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs Elşad oğluna məxsus 300 (üç yüz) manat dəyərində olan Çində istehsal edilmiş qara rəngli “Lenovo” markalı, “İdeapad 300-15İSK” modelli noutbuku və 25 (iyirmi beş) manat dəyərində olan “Lenovo” markalı noutbukun adabtorunu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 325 (üç yüz iyirmi beş) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhərində daimi yaşayış yeri olmadığından müxtəlif ünvanlarda kirayədə yaşamışdır. 02 sentyabr 2022-ci ildə qalmağa yeri olmadığından Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində beş mərtəbəli yaşayış binasının beşinci mərtəbəsinə qalxmış, orada mənzillərin girişinin qarşısında gecələmişdir. 03 sentyabr 2022-ci ildə saat 07 radələrində yuxudan oyanan zaman həyətə düşəndə həmin blokda üçüncü mərtəbədə mənzilin giriş qapısının açıq olduğunu görmüş, ətrafda heç kəsin olmadığını görüb həmin mənzilə girmişdir. Mənzilin otaqlarını axtararaq oradan 01 ədəd notebook kompyuterini və onun adabtorunu, eləcə də dəyərsiz geyim əşyalarını götürmüşdür. Mənzildən çıxarkən açar görüb götürmüşdür. Həmin açarın mənzilin açarı olduğunu düşünüb, qapını bağlayıb həmin ünvandan çıxıb getmişdir. Oğurladığı noutbuk kompyuteri Xırdalan qəsəbəsində telefon mağazasına satmış, digər əşyaları özündə saxlamışdır. Həmin əşyaları polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonradan könüllü olaraq təhvil vermişdir. Hazırda törətdiyi cinayət əməlindən peşmandır, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmiş və onunla barışıq əldə etmişdir. Odur ki, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, tanışları Şahid5, Şahid3, Şahid2 və Şahid1 ilə ünvan 3 ünvanında kirayədə yaşamışdır. O, adlarını çəkdiyi şəxslərlə kirayə qaldığı evdə tanış olmuş, onlarla heç bir qohumluğu olmamışdır. xx.xx.2022-ci il tarixdə evdə kirayə qalan Malikin rayondan Bakı şəhərinə qonağı gəldiyi üçün onlarla razılaşıb evin açarını həmin qonağa yəni Pərvinə verdiyini bildirmişdir. Pərvin təmir işləri bacardığı üçün kirayə qaldıqları evi təmir edəcəyini bildirmişdir. Pərvin əvvəllər həmin evə gəldiyi üçün evin yolunu bildiyindən açarı alıb digər kirayə yoldaşları Mahmudla telefonda danışa-danışa evə getmişdir. Pərvin qapını açıb evə girəndə evdə əşyaların dağıldığını görüb telefonda kamera vasitəsi ilə Mahmuda göstərmişdir. Mahmud bunu görüb telefon vasitəsi ilə Pərvinin aşkar etdiyi hadisəni onlara xəbər vermişdir. Onlar da işdən icazə alıb evə gəlmiş, o, məhəlləyə gələndə həyətdə polis əməkdaşları ilə qarşılaşmış və onlarla birlikdə evə qalxmışdır. Həmin zaman Malikin tanışı Pərvin də həyətdə olduğundan birlikdə evə qalxmışlar. Evə baxarkən ona məxsus “Lenovo” markalı noutbuk kompyuterinin və noutbukun yüləyicisinin, orada yaşayan digər şəxslərin əşyalarının oğurlandığını aşkar etmişlər. Bu barədə ərizə yazıb polis bölməsinə vermişlər, sonra isə təhqiqatçı tərəfindən izahatları alınmışdır. Sonradan hadisəni törətmiş Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmış və oğurlanmış əşyalar onlara qaytarılmışdır. Hazırda Təqsirləndirilən şəxs tərəfindən hadisə nəticəsində ona dəymiş zərər tam olaraq ödənilmiş və sonuncudan heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, tanışları Zərərçəkmiş şəxs Elşad oğlu, Şahid5, Şahid3 və Şahid1 ilə ünvan 3 ünvanında kirayədə yaşamışdır. Arada kirayə yaşadıqları evə qalan uşaqların tanışları da qonaq gəlmiş, rayondan gələn olanda bir-iki günlüyə onlarla birlikdə qalmışdır. Şahid4 onun həmkəndlisi və dostudur. Pərvin Bakı şəhərinə gələndə onunla görüşüb kirayədə qaldığı evə qonaq gəlimiş, onlarda qonaq olarkən onunla birlikdə kirayə yaşayan şəxsləri də tanımışdır. Söhbət zamanı o, Pərvinə təmir işləri bacardığı üçün kirayə qaldıqları evdə yüngül təmir işləri etməyini xahiş etmişdir. Pərvin də, ona evə baxıb təmir işlərinə lazım olan materialları almalarını deyəcəyini və evi təmir edəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə Pərvin Bakı şəhərinə gəlib onunla görüşüb birlikdə çay içmişdir. Sonra, Pərvin yorğun olduğu üçün kirayə yaşadıqları evə gedib bir az istirahət etmək və evdə təmirə lazım olan materialların siyahısını çıxarmaq üçün açarı ondan almışdır. Pərvin əvvəllər dəfələrlə kirayə qaldıqları evə gəldiyi üçün evin yolunu bildiyindən açarı ondan alıb oradan ayrılmışdı. Yolda Pərvin onunla telefonda danışa-danışa evə getmiş, qapını açıb evə girəndə evdə əşyaların dağıldığını görüb telefonda kamera vasitəsi ilə evin vəziyyətini ona göstərmişdir. O, da hadisə barədə kirayə qaldıqları digər şəxslərə xəbər vermişdir. Onlar da işdən çıxıb ayrıayrılıqda evə gəlmişlər. Kirayə qaldıqları evin həyətinə gələndə binanın qarşısında Pərvinin dayandığını görmüş, sonra həmin ünvana polis əməkdaşları da gəlmişlər. Bundan sonra onlar polis əməkdaşları ilə birlikdə evə qalxmışlar. Evə baxarkən Zərərçəkmiş şəxs “Lenovo” markalı noutbuk kompyuterinin, noutbukun yükləyicisinin, ona və digər şəxslərə məxsus dəyəri az olan əşyaların oğurlandığını aşkar etmişlər. Təhqiqatçı tərəfindən evə baxış keçirilmiş, bu barədə o və Şahlar ərizə yazıb bölməyə vermiş, sonra isə təhqiqatçı tərəfindən izahatları alınmışdır. Sonradan ona məxsus olan əşyalar geri qayarılmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında Zərərçəkmiş şəxs Elşad oğlu, Şahid2, X1 və Şahid1 ilə kirayədə yaşamışdır. O, həmin şəxslərlə kirayə qaldığı evdə tanış olmuş, onlarla heç bir qohumluğu olmamışdır. xx.xx.2022-ci il tarixdə evdə kirayə qalan Malikin tanışı Pərvin rayondan Bakı şəhərinə qonağı gəldiyi üçün onlarla razılaşıb evin açarını Pərvinə verdiyini bildirmişdir. Pərvin təmir işləri bacardığı üçün kirayə qaldıqları evi təmir edəcəyini onlara bildirmişdir. Pərvin əvvəllər həmin evə gəldiyi üçün evin yolunu bildiyindən açarı alıb Mahmudla telefonda danışadanışa evə getmiş, qapını açıb evə girəndə evdə əşyaların dağıldığını görüb telefonda kamera vasitəsi ilə Mahmuda göstərmişdir. Mahmud bunu görüb telefon vasitəsi ilə Pərvinin aşkar etdiyi hadisəni onlara xəbər vermişdir. Onlar işdən icazə alıb evə gəlmişlər. O, məhəlləyə gələndə həyətdə polis əməkdaşları ilə qarşılaşmış və onlarla birlikdə evə qalxmışdır. Həmin zaman Malikin tanışı Pərvin də həyətdə olduğundan onlarla birlikdə evə qalxdı. Evə baxarkən Zərərçəkmiş şəxs “Lenovo” markalı noutbuk kompyuterin, noutbukun yükləyicisinin, ona və digər şəxslərə məxsus dəyəri az olan əşyaların oğurlandığını aşkar etmişlər. Təhqiqatçı tərəfindən evə baxış keçirilmiş, bu barədə o və Şahlar ərizə yazıb bölməyə vermiş, sonra isə təhqiqatçı tərəfindən izahatları alınmışdır. Sonradan ona məxsus olan əşyalar geri qayarılmışdır. Məhkəmə iclasına çağırılmış şahidlər Şahid1, Şahid4, Şahid5 və Şahid6 məhkəmə iclasında iştirak etməmələrini nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə CM-in 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, baş vermiş oğurluq hadisəsi ilə bağlı hadisə yerinə baxış keçirilmiş və baxış zamanı hadisə yerinin ünvan 3 olması müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X4 01 ədəd şalvarı, 01 ədəd köynəyi, 03 ədəd ətiri, 01 ədəd qulaqcığı, 01 ədəd çantanı, 01 cüt corabı, 01 cüt əlcəyi, 01 ədəd “Samsung” markalı mobil telefonu təqdim edərək həmin əşyaları 03 sentyabr 2022-ci il tarixdə oğurladığını bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 01 ədəd şalvar, 01 ədəd köynək, 03 ədəd ətir, 01 ədəd qulaqcıq, 01 ədəd çanta, 01 cüt corab, 01 cüt əlcək və 01 ədəd “Samsung” markalı mobil telefon götürülmüşdür. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid6 01 ədəd “Lenova” markalı “İdeapad”modelli noutbuku təqdim edib, həmin noutbukun ona xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən 40 manata satıldığını bildirmişdir. Şahid6 təqdim etdiyi noutbuk götürülmüşdür. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 sentyabr 2022-ci il tarixdə saat 18:00-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs tanınmaya təqdim edilən noutbuklar arasında özünə məxsus noutbuku tanımışdır. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs tanınmaya təqdim edilən noutbuk yükləyiciləri arasında özünə məxsus noutbuk yükləyicisini tanımışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid6 A4 formatlı vərəqi təqdim edib, Təqsirləndirilən şəxs tərəfindən ona noutbuk satılarkən həmin vərəqə Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətini çıxardığını bildirmişdir. Şahid6 təqdim etdiyi həmin A4 formatlı vərəq götürülmüşdür. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid6 təqdim etdiyi A4 formatlı vərəqə baxış keçirilmiş, kağız üzərində şəxsiyyət vəsiqəsinin sürəti və əl yazılar aşkar edilmişdir. Şəxsiyyət vəsiqəsinin xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs məxsus olduğu müəyyən edilmişdir. Kağız üzərində “Lenovo 80Q7 model noteboku mənə məxsusdur. Pula ehtiyacım olduğu üçün satıram. Oğurluq deyil ***-***-**-**” sözləri yazılmışdır. xx.xx.2022-ci il tarixli 9/6831 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 12 adda malların istifadədə olması nəzərə alınmaqla hadisə baş verən tarixə, yəni 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 452,00 manat müəyyən edilir. Həmin malların ayrıayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus “Lenovo” markalı, “İdeapad 300-15İSK” modelli noutbuk və “Lenovo” markalı noutbukun yükləyicisi, Şahid2 məxsus 01 ədəd cins şalvar, 01 ədəd qısaqol köynək, 100 ml “Magie Noire” yazıları olan, təxminən 40%-i istifadə olunmuş ətir, 50 ml “X-Series avon” yazıları olan, təxminən 40%-i istifadə olunmuş ətir, 50 ml “X- Series avon” yazıları olan, təxminən 15%-i istifadə olunmuş ətir, 01 ədəd “İMEXTECH” markalı qulaqcığ, qara rəngli (idman tipli) çiyinə keçirilən, zəncirbəndlə bağlanan çanta, 01 cüt boz rəngli corab, 01 cüt qara rəngli əlcək, Şahid1 məxsus “SAMSUNG” markalı, “SM-A500F/DS” model mobil telefon aparatı maddi sübut kimi tanınaraq saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş, Şahid6 təqdim etdiyi A4 formatlı vərəq iş üzrə sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. xx.xx.2022-ci tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-189/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cil tarixdə Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Binəqədi RPİ-nin 6-cı PByə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılaraq xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzər ona dəymiş zərərin tam ödənildiyini, heç bir iddia və şikayətinin olmadığını bildirmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, yenə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə baxışı zamanı iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 10.09 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmiş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bundan başqa Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-189/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, xx.xx.2023-cil tarixdə Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2023-cü il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2023-cü il tarixdən hazırki vaxtadək həbsdə olduğu 2 (iki) ay 7 (yeddi) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunaraq o, dərhal məhkəmə zalından həbsdən azad edilməli və Təqsirləndirilən şəxs barəsində seçiləcək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan, Zərərçəkmiş şəxs məxsus “Lenovo” markalı, “İdeapad 300-15İSK” modelli noutbuk və “Lenovo” markalı noutbukun yükləyicisi, Şahid2 məxsus 01 ədəd cins şalvar, 01 ədəd qısaqol köynək, 100 ml “Magie Noire” yazıları olan, təxminən 40%-i istifadə olunmuş ətir, 50 ml “X-Series avon” yazıları olan, təxminən 40%-i istifadə olunmuş ətir, 50 ml “X- Series avon” yazıları olan, təxminən 15%-i istifadə olunmuş ətir, 01 ədəd “İMEXTECH” markalı qulaqcığ, qara rəngli (idman tipli) çiyinə keçirilən, zəncirbəndlə bağlanan çanta, 01 cüt boz rəngli corab, 01 cüt qara rəngli əlcək, Şahid1 məxsus “SAMSUNG” markalı, “SM- A500F/DS” model mobil telefon aparatı sahiblərinə qaytarılmalı, İş üzrə sübut kimi tanınmış, Şahid6 tərəfindən təqdim edilmiş üzərində məlumatlar əks olunmuş A4 formatlı vərəq cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 38 (otuz səkkiz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 38 (otuz səkkiz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 38 (otuz səkkiz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 228 (iki yüz iyirmi səkkiz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2023-cü il tarixdən hazırki vaxtadək həbsdə saxlanıldığı cəmi 2 (iki) ay 7 (yeddi) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 7 (ay) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan, Zərərçəkmiş şəxs məxsus “Lenovo” markalı, “İdeapad 300-15İSK” modelli noutbuk və “Lenovo” markalı noutbukun yükləyicisi, Şahid2 məxsus 01 ədəd cins şalvar, 01 ədəd qısaqol köynək, 100 ml “Magie Noire” yazıları olan, təxminən 40%-i istifadə olunmuş ətir, 50 ml “X-Series avon” yazıları olan, təxminən 40%-i istifadə olunmuş ətir, 50 ml “X- Series avon” yazıları olan, təxminən 15%-i istifadə olunmuş ətir, 01 ədəd “İMEXTECH” markalı qulaqcığ, qara rəngli (idman tipli) çiyinə keçirilən, zəncirbəndlə bağlanan çanta, 01 cüt boz rəngli corab, 01 cüt qara rəngli əlcək, Şahid1 məxsus “SAMSUNG” markalı, “SM-A500F/DS” model mobil telefon aparatı sahiblərinə qaytarılsın. İş üzrə sübut kimi tanınmış, Şahid6 tərəfindən təqdim edilmiş üzərində məlumatlar əks olunmuş A4 formatlı vərəq cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 38 (otuz səkkiz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 228 (iki yüz iyirmi səkkiz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-189/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-189/2023
01.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver