Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-19/2022 03.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X9, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxsin nümayəndəsi X2 iştirakları ilə, Təqsirləndirilən şəxs - xx xxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, ev 105 A-da qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 178.2.1, 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz hazırlama və bilə-bilə həmin saxta sənəddən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi İlə tanışı X13 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə Təqsirləndirilən şəxs aralarında olan cinayətkar razılaşmaya əsasən Seyidov Mirpaşa Mİrsəfər oğlunun adına sənədləşdirilməklə Daxili İşlər Nazirliyinin Baş X33 İdarəsinin «Siqnal» İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 11 nömrəli duracağında saxlanılan Zərərçəkmiş şəxs2 balansında olan “VAZ 21074" markalı **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobili duracaqdan çıxarıb özgəninkiləşdirmək üçün 2018-ci ilin təxminən iyul ayında Aqrarkredit Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının İdarə Heyətinin sədrinin müavini Cahangir Kərimov tərəfindən guya ona mülki hüquq münasibətlərində iştirakına dair müəyyən səlahiyyətlər verilməsi ilə bağlı real həqiqətə uyğun olmayan yalan məzmunlu hüquq verən rəsmi sənəd hesab edilən həmin Məhdud Məsuliyyətli Cəmiyyətin adından verilmiş etibarnaməni istintaqa məlum olmayan şəraitdə və yerdə bilə-bilə istifadə etmək məqsədi ilə Aqrarkredit Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının İdarə Heyətinin sədrinin müavini Cahangir Kərimovun ad və soyadının qarşısında olan imzanı şəxsən İcra etməklə cəmiyyətin möhürünü isə başqa bir həqiqi sənəddən skayner edib rəngli printer vasitəsi ilə çap edərək saxtalaşdırıb qanunsuz hazırlamaqla İlkin Gülməmmədova vermişdir. Sonuncu həmin dövrdə Təqsirləndirilən şəxs tərəfindən ona verilmiş etibarnamənin saxta olduğunu biləbilə 11 nömrəli duracağın baş növbətçisi vəzifəsində işləyən Şahid9 2018-ci ilin təxminən iyul ayında təqdim etməklə saxtalaşdırmaqla hazırladığı sənəddən istifadə edib etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə “VAZ 21074” markalı **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobili duracaqdan çıxararaq Təqsirləndirilən şəxsla birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında naməlum şəraitdə istintaqa bəlli olmayan şəxsə satıb X22 X14 Məsuliyyətli Cəmiyyətinin balansında olan həmin dövrün məzənnəsi İlə 16.320 manat təşkil edən 9.600 ABŞ dolları dəyərində “VAZ 21074” markalı avtomobili etibardan sui istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə zərərçəkmiş şəxs X22 X14 Məsuliyyətli Cəmiyyətinə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən hüquq verən və vəzifədən azad edən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz hazırlama və bilə-bilə saxta sənəddən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı X13 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə Təqsirləndirilən şəxs aralarında olan cinayətkar razılaşmaya əsasən Şahid1 adına sənədləşdirilməklə Zərərçəkmiş şəxs2 hesabında olan "xxxx" markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobili özgəninkiləşdirmək üçün 2018-ci ilin təxminən dekabr ayının əvvəllərində Bakı şəhəri Abşeron rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış Şahid1 həmin avtomaşınla bağlı Zərərçəkmiş şəxs2nə olan 13.531,38 manat pul borcunun ödənilməsi və bununla əlaqədar icra sənədinə xitam verilməsinə dair real həqiqətə uyğun olmayan yalan məzmunlu hüquq verən və vəzifədən azad edən rəsmi sənəd hesab edilən Məhdud Məsuliyyətli Cəmiyyətin adından verilmiş 05 dekabr 2018-cİ il tarixli nömrəsiz məktubu və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X33 İdarəsinə ünvanlanmış Şahid1 öhdəliklərini icra etdiyi üçün ona məxsus ipoteka predmeti olan "xxxx" markalı **- NS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydiyyatının ləğv edilməsinə dair həqiqətə uyğun olmayan yalan məzmunlu hüquq verən və vəzifədən azad edən rəsmi sənəd hesab edilən qeyd olunan Məhdud Məsuliyyətli Cəmiyyətin adından verilmiş tarixsiz və nömrəsiz məktubu istintaqa məlum olmayan şəraitdə və yerdə bilə-bilə istifadə etmək məqsədi ilə Zərərçəkmiş şəxs2 İcraçı direktoru Süleyman Bəkirovun ad və soyadının qarşısında olan imzanı oxşatma üsulu İlə birbaşa icra etməklə cəmiyyətin möhürünü isə başqa bir həqiqi sənəddən skayner edib elektrofotoqrafik çap üsulu İlə rəqəmsal çap qurğusu vasitəsilə çap edərək saxtalaşdırıb qanunsuz hazırlamaqla İlkin Gülməmmədova vermişdir. Sonuncu həmin dövrdə Təqsirləndirilən şəxs tərəfindən ona verilmiş hər iki məktubun saxta olduğunu biləbilə 05 dekabr 2018-ci il tarixli nömrəsiz məktubu Abşeron rayon İcra və Probasiya Şöbəsinə, tarixsiz və nömrəsiz məktubu isə Daxili İşlər Nazirliyinin Baş X33 İdarəsinə təqdim etməklə saxta sənəddən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 11 dekabr 2018-ci il tarixdə "xxxx" markalı avtomobili qohumu Şahid5 adına rəsmiləşdirib 12 dekabr 2018-ci il tarixdə sonuncu tərəfindən ona verilmiş etibarnamə ilə Zərərçəkmiş şəxs2 balansında olan 16.500 manat dəyərində "xxxx" markalı avtomobili Təqsirləndirilən şəxsla birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui istifadə etməklə ələ keçirib zərərçəkmiş şəxs X22 X14 Məsuliyyətli Cəmiyyətinə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişlər. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2011-ci ildə Azərbaycan Koorperasiya Universitetinin İstehlak mallarının ekspertizası ixtisasını bitirdikdən sonra 2013-2015-ci illərdə "xxxx" ASC-nin Xətai filialında biznes kreditləri üzrə mütəxəssis vəzifəsində, 2017-ci ilin iyun ayından 2018-ci ilin iyun ayına qədər "xxxx" Səhmdar Kredit təşkilatının törəmə müəssisəsi olan Zərərçəkmiş şəxs2 MMC-nin problemli kreditlərin yığılması üzrə mütəxəssisi vəzifəsində işləmişdir. Mütəxəssis vəzifəsində işi "xxxx" ASC-nin girovunda olan nəqliyyat vasitələrinin ödənişlərinin təmin olunması ilə bağlı olduğundan o, həmin avtomobilləri, eləcə də həmin avtomobillərin sahiblərini taparaq bank ödənişlərini təmin etmək olmuşdur. Həmin vəzifədə işləyərkən təxminən 2018-ci ilin aprel ayında X13 ilə tanış olmuş və İlkin Gülməmmədova avtomobillərin tapılmasında ona köməklik etməsini xahiş etmişdir. İlkin Gülməmmədov təxminən 2018-ci ilin iyul ayında Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən «Siqnal» İdarəsinin duracağında olmuş və ona zəng edərək həmin duracaqda «VAZ-21074» markalı 90LJ046 dövlət qeydiyyat nişanlı avtomobilin olduğunu demişdir. O, həmin avtomobili iş yerində quraşdırılmış kompyuterdə yoxlamış və həmin avtomobilin "xxxx" ASC-nin girovunda olduğunu müəyyən etmiş və bu barədə İlkin Gülməmmədova bildirmişdir. İlkin Gülməmmədov «VAZ-21074» markalı 90LC046 dövlət qeydiyyat nişanlı avtomobili duracaqdan çıxarmaq üçün sənədlərini göndərməyi ona demiş və o, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının adından öz adına etibarnamə verilməsi barədə həmin təşkilatın sədr müavini Cahangir Kərimovun adından hazırladığı saxta etibarnaməni və həmin avtomobilə dair sənədləri taksi ilə duracaqda gözləyən İlkin Gülməmmədova göndərmişdir. İlkin Gülməmmədov həmin sənədləri duracağın əməkdaşına təqdim etməklə özünü Zərərçəkmiş şəxs2 MMC-nin yığım üzrə mütəxəssisi Təqsirləndirilən şəxs kimi, yəni onun adından təqdim edərək həmin avtomobili duracaqdan çıxarıb evakuatora yükləmiş və Bakı şəhəri Binəqədi qəsəbəsindəki avtoservisə aparmışdır. Təxminən bir ay müddətində həmin avtoservisdə «VAZ-21074» markalı 90LC046 dövlət qeydiyyat nişanlı avtomobili təmir etdirdikdən sonra 2018-ci ilin avqust ayının ilk günlərində o, İlkin Gülməmmədova «VAZ-21074» markalı avtomobili Gəncə şəhərində onun tapdığı müştəriyə satmaq üçün həmin avtomobili Gəncə şəhərinə aparmasını təklif etmişdir. İlkin Gülməmmədov etiraz etməyib «VAZ-21074» markalı 90LC046 dövlət qeydiyyat nişanlı avtomobili Gəncə şəhərinə aparmışdır. İlkin Gülməmmədov «VAZ-21074» markalı avtomobili Gəncə şəhərinə aparanda həmin şəhərdə "xxxx" markalı avtomobilə də baxmasını xahiş etmiş və həmin avtomobili idarə edən şəxsin mobil telefon nömrəsini İlkinə vermişdir. O, əvvəlcədən iş yerində komputerdə baxaraq "xxxx" markalı avtomobilin bankın girovunda olmasını görmüş və bu barədə məlumatı olmuşdur. İlkin Gülməmmədov «VAZ-21074» markalı 90LC046 dövlət qeydiyyat nişanlı avtomobili hazırda adını, telefon nömrəsini və anket məlumatlarını xatırlamadığı bir şəxsə "xxxx" ASC-nin girovunda olan "xxxx" markalı 90NS960 markalı avtomobil ilə dəyişdirmiş və İlkin Gülməmmədov avtomobillərin dəyişdirilməsi ilə bağlı həmin şəxsə əlavə 1.000 manat pul vermiş və "xxxx" markalı 90NS960 markalı avtomobil ilə Bakı şəhərinə gəlmişdir. Sonra o 2018-ci İlin dekabr ayında "xxxx" markalı avtomobilin bankın girovundan azad edilməsi və kredit borcunun tam ödənilməsi ilə bağlı Abşeron rayon İcra və Probasiya Şöbəsinə və DİN-in Baş X33 İdarəsinə saxta məktublar hazırlamışdır. Sonra həmin məktubları İlkin Gülməmmədova vermiş və İlkin həmin saxta sənədlərdən bilə-bilə istifadə etməklə həmin sənədləri Abşeron rayon İcra və Probasiya Şöbəsinə və DİN-in Baş X33 İdarəsinə təqdim edərək "xxxx" markalı avtomobili qohumu Şahid5 adına, sonra isə İlkin öz adına rəsmiləşdirərək həmin avtomobili 6.000 manata satmış, lakin həmin məbləğdən ona pul verməmişdir. O, 2017-ci ilin iyul ayından 2018-ci ilin iyul ayınadək Zərərçəkmiş şəxs2 MMC-nin problemli kreditlərin yığılması üzrə mütəxəssis vəzifəsində işlədiyi dövrdə vəzifə öhdəlikləri və funksional vəzifəsi "xxxx" ASC-yə borclu olan problemli kreditlərin saflaşdırılması, yığılması, müştərilərlə danışığın aparılması, bankın müştərilərinin adına rəsmiləşdirilmiş və banka girovunda olan nəqliyyat vasitələrinin tapılması, kredit borclarının ödənilməsinin təmin olunması, icra və probasiya, eləcə də məhkəmə orqanlarında iştirakı, BDYPİ-yə tabe olan «Siqnal» İdarəsinin avtomobil duracaqlarından bankın girovunda olan nəqliyyat vasitələrinin götürülməsi və yerləşdirilməsi kimi vəzifə öhdəlikləri olmuşdur. X8 rayon Polis İdarəsinə təqdim etdiyi məktublar və bir ədəd flyaşkart ona məxsus olmuş və həmin sənədlər onun işlədiyi Zərərçəkmiş şəxs2 MMC-yə məxsus olmuşdur. Həmin məktubların içərisindəki Şahid1 adına olan "xxxx" markalı 90NS960 dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı sənədlər saxta olmuş, lakin digər məktublar saxta olmamışdır. Bundan başqa ona məxsus bir ədəd flyaşkartdakı fayllarda olan Abşeron rayon İcra və Probasiya şöbəsinə və Baş X33 idarəsinə ünvanlanmış saxta məktublar da olmuşdur. "xxxx" markalı avtomobilin borcunun tam olaraq ödənilməsi ilə bağlı Abşeron rayon İcra və Probasyia şöbəsinə və Baş X33 idarəsinə ünvanlanmış saxta məktubları o, həmin fayllarda hazırlamış, rəngli printerdə çap etmiş və İlkin Gülməmmədov onun hazırladığı saxta arayışları dövlət orqanlarına təqdim etmişdir. Bundan əlavə istintaqa verdiyi ifadəsində «VAZ-21074» markalı 90LC046 dövlət qeydiyyat nişanlı avtomobillə bağlı X1 sənəd təqdim zaman "xxxx" Səhmdar Kredit təşkilatının törəmə müəssisəsi olan Zərərçəkmiş şəxs2 MMC-nin problemli kreditlərin yığılması üzrə mütəxəssis vəzifəsində işləmiş, 2018-ci ilin iyul ayında artıq işdən öz yazılı ərizəsi ilə çıxmışdır. O, hazırladığı saxta sənədin müqabilində heç kimdən pul almamışdır. Ona görə də, Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə bəraət verilməsini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin maddələrlə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə həmin hissədə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 178.2.1, 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş zərər çəkmiş şəxsin nümayəndəsi X4 ifadəsində göstərmişdir ki, 21 dekabr 2018-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsindən icra məmuru Bəhram adlı şəxs cəmiyyətin əməkdaşları ilə əlaqə saxlayaraq cəmiyyət adından Beynəlxalq Bank ASC ilə kredit müqaviləsi bağlamış Şahid1 banka olan kredit borcunun bağlanması və borcla bağlı icra sənədinə xitam verilməsi barədə, həmçinin həmin kredit borcu üzrə öhdəlikləri icra etdiyi üçün ona məxsus "xxxx" markalı, 90- NS-960 dövlət qeydiyyat nişanlı avtomobilin girovdan azad idilməsi barədə DİN-in BDYPİ-nə ünvanlanmış məktublarını verildiyini bildirmişdir. Cəmiyyətdən daxil olan məktubda İcra Haqqında qanun istinad edilən maddəsinin düzgün göstərilmədiyindən əməkdaşlar tərəfindən Şahid1nm borcunun mənimsənilməsi ilə bağlı icra şöbəsinə məktub verilmədiyi müəyyən edilmiş və dərhal icra şöbəsi ilə əlaqə saxlanılmışdır. Həmin sənədlərin kimin tərfindən təqdim edildiyi öyrənilmişdir. Məlum olmuşdur ki, cəmiyyyətin adından saxta məktubları cəmiyyətdə əvvəl yığım şöbəsində mütəxəssis işləyən Təqsirləndirilən şəxs və onun tanışı X13 ilə birlikdə İcra şöbəsinə təqdim etmişlər. İlkin Gülməmmədov və Təqsirləndirilən şəxsla telefon əlaqəsi saxlanaraq icra şöbəsinə dəvət olunmuş, İlkin Gülməmmədov icra şöbəsinə gəlsə də Orxan gəlməmişdir. X12 aldığı əl çantasını təqdim edərək bildirmişdir ki, həmin çantada Orxan tərəfindən hazırlanmış məktublar və digər sənədlər, həmçinin 1 ədəd içərisində Orxana aid sənəd faylları olan yaddaş kartı olmuşdur. Cəmiyyət tərəfindən Abşeron rayon İcra və Probasiya şöbəsinə Şahid1 kredit borcunun ödənilməsi və onun barəsində icra işinə xitam verilməsi barədə məktub verilməmiş, həmçinin bununla bağlı DİN-in BDYP-nə girovdan çıxarılma ilə bağlı məktub verilməmişdir. Həmçinin məktublar ehtimal olunur ki, cəmiyyətdə əvvəl mütəxəssis işləyən Təqsirləndirilən şəxs tərəfindən kompüter vasitəsi ilə hazırlanaraq, cəmiyyətin direktorunun imzası və cəmiyyətə məxsus möhür saxtalaşdırılaraq hazırlanmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması İlə bağlı sağlamlaşdırma tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə "Aqrarkredit” QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ “Aqrarkredit" QSC-yə keçmişdir. "xxxx" QSC ilə “X22 Edilməsi Agentliyi" MMC arasında 16.09.2016-cı il tarixdə bağlanmış Xidməti müqaviləyə əsasən "xxxx" QSC-yə keçmiş və hal-hazırda "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsi “X22 Edilməsi Agentliyi" MMC tərəfindən həyata keçirilmişdir. Qeyd olunan Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" ASC ilə "xxxx" QSC arasında müvafiq təhvil-təslim aktlarına əsasən borclu şəxslərin sənədləri Zərərçəkmiş şəxs2 MMC-yə verilmişdir. Məlumat üçün bildirirəm ki, problemli aktivlərin idarə edilməsi ilə bağlı təhvil alınmış avtomobillər Bakı şəhərinin müxtəlif yerlərində yerləşən cərimə meydançalarında və dayancaqlarda saxlanılmışdır. 10.10.2018-ci il tarixində Zərərçəkmiş şəxs2 MMC-nin əməkdaşı Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən 11 saylı cərimə meydançasında saxlanılan "xxxx" QSC-yə məxsus “VAZ 21074 minik” markalı, ** LC *** dövlət qeydiyyat nişanlı avtomobil duracaqdan çıxarılması üçün oraya yaxınlaşdıqda, duracağın işçiləri qeyd olunan avtomobil nəqliyyat vasitəsinin naməlum şəxs tərəfindən götürüldüyü bildirilmişlər. Daha sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs duracağa təqdim etmək üçün saxta sənəd hazırlayaraq İlkin Gülməmmədova vermiş və sonuncu həmin sənədi duracağa təqdim edərək avtomobili duracaqdan çıxarmışdır. Bundan sonra həmin şəxslər avtomobili başqa şəxsə satmışlar. Hazırda avtomobilin harada olması barədə heç bir məlumatı yoxdur. Bundan sonra "xxxx" QSC tərəfindən 3-11/3108 saylı, 22.10.2018-ci il tarixli məktubla həmin avtomobilin tapılması və "xxxx" QSC-yə təhvil verilməsi üçün aidiyyəti üzrə göstəriş verilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edilmişdir. Bundan əlavə olaraq bildirmişdir ki, hazırda cəmiyyətə məxsus (borclu X28) “Geely Emgrand” minik markalı, 90VB628 dövlət qeydiyyat nişanlı, (borclu X6) “KİA Cerato minik" markalı, 90SN806 dövlət qeydiyyat nişanlı və (borclu X19) “Jeep Liberty" minik markalı, 90UT396 dövlət qeydiyyat nişanlı avtomobillərində başqa şəxslər tərəfindən Orxan vasitəsi ilə ələ keçirilməsi barədə məlumatları vardır. Həmin avtomobillərin sahibləri ilə "xxxx" ASC arasında ipoteka müqavilələri bağlanmışdır. Həmin müqavilələrdə ipoteka ilə yüklü edilmiş əmlakın qiymətləndirilməsi bəndində hər bir avtomobilin dəyəri qeyd edilmişdir. Hazırda işlədəyi Zərərçəkmiş şəxs2 MMC-yə həmin bəndlərdə nəzərdə tutulan məbləğdə maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 MMC-ə dəymiş ziyan ödənilmədiyindən Təqsirləndirilən şəxs cinayət qanunvericiliyində nəzərdə tutulmuş hədlərdə cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, X20 tanımır. 2012-ci ildə Bakı şəhəri Babək prospektində yerləşən maşın satışı salonunda "xxxx" markalı avtomobili bəyənmiş, həmin avtomobili "xxxx" ASC-nin Nəsimi filialına girov qoyaraq 25.05.2012-ci il tarixdə 16.600 manat məbləğində onun adına kredit rəsmiləşdirilmişdir. Hər ay 350 manat kredit borcunu banka ödəmiş, 2018-ci ildə avtomobil ilə bağlı banka olan kredit borcunu ödəyə bilməmiş, bununla da həmin avtomobili məcburiyyət qarşısında başqa şəxsə satmaq qərarına gəlmiş və təxminən 2018-ci ilin mart ayında həmin avtomobili Elçin Nadirova avtomobilə görə banka olan kredit borcunun ödənilməsi şərti ilə satmış və bununla bağlı notariat kontorunda Elçin Nadirova etibarnamə vermişdir.Təxminən 2018-ci ilin iyul ayında avtomobilin kredit borcunun ödənilməsi ilə bağlı Elçindən maraqlanmış, Elçin həmin avtomobili Gəncə şəhərində yaşayan bir şəxsə satdığını və bankın kredit borcunun həmin şəxs tərəfindən ödəniləcəyini demişdir. Təxminən 2018-ci ilin dekabr ayının əvvəllərində İlkin Gülməmmədov adlı şəxs zəng edərək onun adına olan "xxxx" markalı, 90NS960 dövlət qeydiyyat nişanlı avtomobili əmisi oğlu Zamin tərəfindən alındığını, bankın ödənişlərinin sonuncu tərəfindən vaxtında ödəniləcəyini bildirmişdir. İlkin Gülməmmədov bank ödənişlərinin tam olaraq ödənildikdən sonra həmin avtomobilin Zaminin adına rəsmiləşdiriləcəyi və istifadəsində qalması üçün razılıq verməsi məqsədi ilə DİN-in Baş X33 İdarəsində bəzi sənədlərə imza etməyi ondan xahiş etmişdir. O, İlkin Gülməmmədovun sözlərinə inanıb sonuncu ilə "xxxx" markalı avtomobil ilə Baş X33 İdarəsinə getmişdir. Həmin idarədə oxumadan təqdim olunmuş sənədlərə imza etmiş və İlkin Gülməmmədov onu evinə qaytarmışdır. Təxminən 2018-ci ilin dekabr ayında "xxxx" Səhmdar Kredit təşkilatının törəmə müəssisəsi olan Zərərçəkmiş şəxs2 MMC- nin əməkdaşı "xxxx" markalı avtomobilə görə kredit borcunun ödənilməməsi ilə bağlı xəbərdarlıq etmiş və o, bu barədə İlkin Gülməmmədova zəng edib bildirdikdə həmin şəxsin yanında olmuş özünü həmin avtomobili almış şəxs kimi təqdim edən Şahid4 "xxxx" markalı avtomobili 11.000 manata aldığını ona bildirmişdir. Bir neçə gündən sonra "xxxx" Səhmdar Kredit təşkilatının törəmə müəssisəsi olan Zərərçəkmiş şəxs2 MMC-nin əməkdaşı yenidən zəng edərək əvvəllər həmin MMC-də işləmiş Təqsirləndirilən şəxsla İlkin Güləmmədovun əlbir olaraq saxta sənədlər əsasında onun adına olan "xxxx" markalı avtomobili digər şəxsə satdıqlarını bildirmişdir. MMC-nin əməkdaşı tərəfindən ona zəng olunanadək X20 adını eşitməmiş, sonuncunu tanımamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 2018-ci ilin axırlarında avtomobil almaq qərarına gəlmiş və həmin ərəfələrdə tanışı avtomobil alveri ilə məşğul olan Etibar adlı şəxsdən bu barədə maraqlanmşdır. Təxminən 2018-ci ilin dekabr ayının 10-da X18 adlı şəxsin "xxxx" markalı avtomobili 8.000 manata satdığını demiş, o, İlkin Gülməmmədovla Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon dairəsi ərazisindəki «Limon» çay evində görüşmüşdür. İlkin Gülməmmədovun həmin çay evinin qarşısında saxladığı "xxxx" markalı avtomobilə baxıb, bəyənmiş, lakin qiyməti ilə bir qədər söhbət etdikdən sonra həmin avtomobili 6.000 manata alacağı barədə razılaşmışlar. İlkin Gülməmmədovdan "xxxx" markalı avtomobilin sənədlərini istəmiş və həmin avtomobilin qeydiyyat şəhadətnaməsinə baxdıqda həmin avtomobilin heç bir bankda girovda olmaması və həmin avtomobilin İlkinin qohumu eyni soyadlı Şahid5 adına olduğunu görmüşdür. X15 Bakı şəhəri Binəqədi rayonu «Tərlan» şadlıq evinin yaxınlığındakı notariat kontoruna gedərək İlkin avtomobili etibarnamə ilə ona 6.000 manata satmış və o, həmin məbləği İlkinə ödəmişdir. Lakin sonradan aldığı avtomobilin texniki vəziyyəti xoşuna gəlmədiyinə görə təxminən 3.500 manata yaxın həmin avtomobilə pul xərcləmiş və həmin avtomobili satmaq qərarına gəlmişdir. O, bu barədə tanışı Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsində bərbər işləyən və müştərisi olduğu Şahid3 bildirmiş, Elmar da həmin ərəfədə «Mercedes» markalı avtomobilini satıb ucuz qiymətə avtomobil almaq istəmişdir. O, "xxxx" markalı avtomobili Elmara 11.000 manata təklif etmiş və Elmar da ona «Mercedes» markalı avtomobili 24.000 manata satacağını demişdir. Hər ikisi qiymətdə razılaşmış və o, Elmarın «Mercedes» markalı avtomobilini 24.000 manata alıb əvəzində Elmara 11.000 manata "xxxx" markalı avtomobili satıb üstündə Elmara 13.000 manat pul ödəmişdir. Ertəsi gün biri-biri ilə avtomobillər ilə bağlı baş etibarnamə vermişlər. O, "xxxx" markalı 90NS960 dövlət qeydiyyat nişanlı avtomobili alanda həmin avtomobilin Şahid1 adına olması və həmin avtomobilin bankın girovunda olmasını bilməmiş, avtomobilin saxta sənədlər əsasında satılması barədə heç bir məlumatı və xəbəri olmamış və bu barədə ona məlumat verilməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təxminən 2019-cu ilin axırlarında idarə etdiyi «Mercedes» markalı avtomobili müştərisi Şahid2 24.000 manata satmaq istədiyini təklif etmiş, Şahid2 onun avtomobilini almaq istədiyini bildirmiş və Rəşad idarə etdiyi "xxxx" markalı 90NS960 dövlət qeydiyyat nişanlı avtomobili 11.000 manata satmaq istədiyini ona bildirmişdir. Sonra o, Əhmədli qəsəbəsində həmin avtomobilə baxmış və bəyənmişdir. Təxminən 2018-ci ilin dekabr ayında Şahid2 «Mercedes» markalı avtomobili verib Rəşaddan 13.000 manat pul almışdır. Ertəsi gün avtomobillər ilə bağlı biri- birinə baş etibarnamə vermişlər. Həmin avtomobili aldıqdan sonra bəyənməmiş və 4 gündən sonra "xxxx" markalı 90NS960 dövlət qeydiyyat nişanlı avtomobili 11.000 manata tanışı Şahid4 satmışdır. Şahid4 «Mercedes» markalı avtomobili 15.500 manata alaraq Xəlilə 4.500 manat pul ödəmiş və avtomobillərin alqı-satqısı ilə bağlı biri-birinə etibarnamə vermişlər. Sonradan ona məlum olmuşdur ki, "xxxx" markalı 90NS960 dövlət qeydiyyat nişanlı avtomobili Şahid2 İlkin Gülməmmədovdan almışdır. Hazırda "xxxx" markalı 90NS960 dövlət qeydiyyat nişanlı avtomobil Şahid4dır. O, "xxxx" markalı 90NS960 dövlət qeydiyyat nişanlı avtomobili alanda həmin avtomobilin Şahid1 adına olması və həmin avtomobilin bankın girovunda olmasını bilməmiş, həmin avtomobilin saxta sənədlər əsasında satılması barədə heç bir məlumatı və xəbəri olmamış və bu barədə ona məlumat verilməmişdir. Bütün bunlar ona sonradan məlum olmuşdur. O, "xxxx" markalı 90NS960 dövlət qeydiyyat nişanlı avtomobili alanda həmin avtomobilin qeydiyyat şəhadətnaməsi Şahid5 adına olmuş və baş etibarnamə ilə Şahid2 almışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təxminən 9 ilə yaxındır ki, avtomobil alqı-satqısı ilə məşğul olur, təxminən 2018-ci ilin dekabr ayında idarə etdiyi «Mercedes» markalı avtomobil satıb digər avtomobil almaq istəmiş, həmin ərəfələrdə tanışı avtomobil alqı-satqısı ilə məşğul olan Şahid3 "xxxx" markalı 90NS960 dövlət qeydiyyat nişanlı avtomobili satmaq istədiyini ona bildirmiş və o, həmin avtomobilə baxmaq üçün 2018-ci ilin dekabr ayında Bakı şəhəri Xətai rayonu metrosunun «Həzi Aslanov» stansiyasının yaxınlığında Şahid3la görüşmüş və avtomobili bəyənmişdir. Şahid3la "xxxx" markalı avtomobili ona 11.000 manata satması ilə bağlı razılaşmış və o, «Mercedes» markalı avtomobili 15.500 manata satdığını Şahid3 bildirmiş və həmin 25 avtomobili Elmara təklif etmişdir. Elmar onun təklifi ilə razılaşmış və ona 4.500 manat pul ödəmiş və 21.12 2018-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində 32 saylı Notariat kontorunda biri-birinə etibarnamə vermişlər. Təxminən bir həftədən sonra Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsində aldığı "xxxx" markalı avtomobil ilə bağlı öz adına qeydiyyat şəhadətnaməsi almaq istəyərkən ona məlum olmuşdur ki, "xxxx" markalı avtomobilin özgəninkiləşdirilməsi ilə bağlı üzərinə məhdudiyyət qoyulmuşdur. BDYPİ-dən ona Zərərçəkmiş şəxs2 MMC-yə müraciət etməsi deyilmiş, həmin MMC-yə getmiş orada həmin MMC-də işləmiş Təqsirləndirilən şəxs "xxxx" ASC-nin girovunda olan avtomobilləri saxta sənədlər əsasında digər şəxslərə satdığına görə işdən çıxarılması ona bildirilmişdir. Sonradan ona məlum olmuşdur ki, Şahid3 həmin avtomobili Şahid2, Şahid2 isə İlkin Gülməmmədovdan almışdır. Təxminən 2019-cu ilin yanvar ayında İlkin Gülməmmədov ilə Bakı şəhəri, Bİnəqədi rayonu, Binəqədi qəsəbəsində görüşmüş və satdığı avtomobilin problemi olduğunu demiş və həmin avtomobilə görə ödədiyi pulun qaytarılmasını təklif etmişdir. İlkin Gülməmmədov 15 gün vaxt istəmiş və həmin müddət ərzində avtomobilin pulunu ödəyəcəyinə söz verərək həmin avtomobil ilə bağlı saxta sənədləşdirmə işlərinin Zərərçəkmiş şəxs2 MMC-nin əməkdaşı Təqsirləndirilən şəxs tərəfindən hazırlandığını ona bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, İlkin Gülməmmədov və Təqsirləndirilən şəxs saxta sənədlər əsasında bankın girovunda olan avtomobilləri digər şəxslərə satmaları faktları ilə bağlı barələrində Abşeron rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işinin istintaqı aparılır. Hazırda "xxxx" markalı 90NS960 dövlət qeydiyyat nişanlı avtomobil onun istifadəsinədir. O, "xxxx" markalı 90NS960 dövlət qeydiyyat nişanlı avtomobili alanda həmin avtomobilin Şahid1 adına olması və həmin avtomobilin bankın girovunda olmasını bilməmiş, bütün bunlar ona sonradan məlum olmuşdur. O, "xxxx" markalı 90NS960 dövlət qeydiyyat nişanlı avtomobili alanda həmin avtomobilin qeydiyyat şəhadətnaməsi Şahid5 adına olmuş və baş etibarnamə ilə Şahid3 almışdır. Həmin "xxxx" markalı 90NS960 dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsi ondadır. O, hazırda "xxxx" markalı 90NS960 dövlət qeydiyyat nişanlı avtomobili və qeydiyyat şəhadətnaməsini Şahid1 qaytarmağa razıdır. Həmin avtomobilə görə verdiyi 11000 manat pulu da heç kimdən istəmir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid7 Mirsafər oğlu ifadəsində göstərmişdir ki, 2011-ci ildə Bakı şəhəri, Atatürk prospektində yerləşən avtomobil salonundan «VAZ- 21074» markalı avtomobili bəyənmiş və həmin avtomobil "xxxx" ASC-nin Səbail filialına girov qoyularaq 04.05.2011-ci İl tarixdə 5.300 ABŞ dolları məbləğində onun adına kredit rəsmiləşdirilmişdir. Həmin avtomobil onun adına olsa da, o, həmin avtomobil ilə bağlı bibisi oğlu Ramin Süleymanova etibarnamə vermiş və 2011-ci ildən həmin avtomobil Ramin Syüleymanovda olmuş və bankın ödənişlərini sonuncu etmişdir. Bank əməkdaşları ona zəng edib bankın kredit borcunun ödənilməməsi ilə bağlı bir neçə dəfə xəbərdarlıq etdikdə o, bu barədə qohumu Ramin Süleymanova bildirmiş və sonuncu hissə-hissə bankın borcunu ödəmişdir. Təxminən 2017-ci ilin iyun ayında adına olan avtomobil ilə bağlı Bakı şəhəri Nizami rayon İcra şöbəsindən zəng olunmuş, o, həmin icra şöbəsinə getmiş, orada ona avtomobilə görə kredit borcunu ödəməsi, əks halda avtomobili təhvil verməsi, sonradan avtomobil qiymətləndirilərək hərrac yolu ilə satılaraq əldə olunmuş pul vəsaiti kredit borcuna yönəldilməsi, qalan məbləğin isə ona qaytarılacağı bildirilmişdir. O, avtomobilin qaytarılması şərti ilə razılaşmış və adına olan avtomobili 2017-ci ilin avqust ayında Nizami rayon İcra şöbəsinə təhvil vermişdir. Təxminən 2017-ci ilin sentyabr-oktyabr ayında bir neçə dəfə hərracdan zəng olunaraq hərracın keçiriləcəyi vaxt barədə məlumat veriləcəyi bildirilmişdir. Sonradan avtomobil barədə heç bir məlumatı olmamış və bankın əməkdaşının avtomobilə görə kredit borcunu tələb etmədiyinə görə həmin avtomobilin hərracda digər şəxs tərəfindən alınmasını və banka olan borcunun ödənilməsini güman etmişdir. Hazırda adına olmuş «VAZ-21074» markalı 90LC046 dövlət qeydiyyat nişanlı avtomobilin harada və kimdə olması barədə heç bir məlumatı olmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 2013-cü ildən hazırkı vaxta kimi DİN-İn BDYPİ-nin «Siqnal» İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən 11 nömrəli duracaq sahəsinin baş növbətçisi vəzifəsində işləyir. 25 may 2017-ci il tarixdə Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin əməkdaşı Mehdi Zeynalov "xxxx" ASC-nin girovunda olan «VAZ- 21074» markalı 90LC046 dövlət qeydiyyat nişanlı avtomobili həmin avtomobilin sahibi ilə birlikdə onun işlədiyi duracağa gətirib yerləşdirmişdir. Təxminən müəyyən müddətdən sonra qiymətləndirmə idarəsinin əməkdaşları gəlib həmin avtomobilə baxaraq fotoşəkillərini çəkmişlər. Təxminən 2018-ci ilin iyul ayında özünü Təqsirləndirilən şəxs kimi təqdim edən lakin sonradan İlkin Gülməmmədov olduğunu bildiyi və Şahid8 adlı şəxslər işlədiyi duracağa gələrək İlkin Gülməmmədov özünü "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı kimi təqdim edərək "xxxx" ASC-nin girovunda olan «VAZ-21074» markalı 90LC046 dövlət qeydiyyat nişanlı avtomobili götürmək üçün gəldiyini bildirmiş və sənədləri təqdim etmişdir. O, «VAZ-21074» markalı 90LC046 dövlət qeydiyyat nişanlı avtomobilin təhvil verilməsi ilə bağlı Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin əməkdaşı Mehdi Zeynalovla telefon əlaqəsi yaratmış və Mehdi Zeynalov həmin avtomobilin təhvil alınması ilə bağlı bankın əməkdaşının adına etibarnamənin olub-olmamasını ondan soruşmuş və o, İlkin Gülməmmədovun təqdim etdiyi sənədlərin içərisində həmin etibarnamənin olduğunu görüb və bu barədə Mehdi Zeynalova demişdir. Sonra avtomobilin qəbul edilməsi ilə bağlı İlkin Gülməmmədov akta imza etmiş və həmin avtomobili özünü Təqsirləndirilən şəxs kimi təqdim edən İlkin Gülməmmədova təhvil vermişdir. Avtomobil nasaz olduğuna görə həmin avtomobili evakutora yükləyib aparmışlar. Özünü Təqsirləndirilən şəxs kimi təqdim edən İlkin Gülməmmədovun «VAZ- 21074» markalı 90LC046 dövlət qeydiyyat nişanlı avtomobilin təhvil alınması ilə bağlı ona təqdim etdiyi sənədərin saxta olmasını bilməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid X13 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxsla 2018-ci ildə ortaq tanışlarının vasitəsilə tanış olmuş və Orxanla əlaqə saxlayıb görüşmüşdür. Təqsirləndirilən şəxs işlədiyi MMC-də "xxxx" ASC-nin girovunda olan avtomobillərin pulları ödənilmədiyinə görə həmin avtomobillərin sahiblərindən alınaraq duracaqda saxlanıldığını ona bildirmişdir. Təqsirləndirilən şəxs "xxxx" ASC-nin girovunda olan «VAZ-21074» markalı 90LJ046 dövlət qeydiyyat nişanlı avtomobilin Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən duracaqda saxlanıldığını demiş və o, 2018-ci ilin təxminən iyul ayında həmin duracağa getmiş, duracağa daxil olaraq avtomobillərə baxmışdır. O, Təqsirləndirilən şəxs zəng edib həmin duracaqda «VAZ-21074» markalı 90LC046 dövlət qeydiyyat nişanlı avtomobilin olduğunu və həmin avtomobil ilə bağlı sənədləri göndərməsini demişdir. Təqsirləndirilən şəxs həmin avtomobil ilə bağlı sənədləri taksi ilə göndərmiş və o, sənədləri duracağın əməkdaşına təqdim etmişdir. «VAZ-21074» markalı avtomobili duracaqdan götürəndə avtomobilin qəbulu aktındakı «Təqsirləndirilən şəxs» ad və soyadının qarşısına imza etmişdir. «VAZ-21074» markalı avtomobili duracaqdan götürəndə özünü Zərərçəkmiş şəxs2 MMC-nin əməkdaşı Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. «VAZ-21074» markalı avtomobilin qəbul edilməsi ilə bağlı Təqsirləndirilən şəxs göndərdiyi sənədlərin içərisində Zərərçəkmiş şəxs2 MMC-də yığım üzrə mütəxəssisi işləyən Təqsirləndirilən şəxs adına hazırlanmış "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının adından etibarnamə verilməsi barədə həmin Təşkilatın sədr müavini Cahangir Kərimovun imzası ilə etibarnamə olmuşdur. Zərərçəkmiş şəxs2 MMC-də yığım üzrə mütəxəssis işləyən Təqsirləndirilən şəxs adına olan həmin etibarnamənin saxta olmasını əvvəlcədən bilmiş və bilə-bilə həmin saxta sənədləri təqdim etmişdir. Bundan sonra o, həmin avtomobili ona vermişlər və buna görə 400 manat pul ödəmişdir. Həmin avtomobili qəbul etdikdə həmin avtomobili evakuatora yükləyib avtoservisə aparmışdır. Təxminən bir ay müddətində həmin avtoservisdə «VAZ-21074» markalı 90LC046 dövlət qeydiyyat nişanlı avtomobili təmir etdirmişdir. Təxminən 2018-ci ilin avqust ayının ilk günlərində Təqsirləndirilən şəxs «VAZ- 21074» markalı avtomobili Gəncə şəhərinə aparmasını və həmin avtomobili orada başqa bir avtomobil ilə dəyişdirməyi demişdir. O, Orxanın təklifi ilə avtomobili idarə edərək Gəncə şəhərinə getmiş və səhər saatlarında Gəncə şəhərində olarkən adını və mobil telefon nömrəsini xatırlamadığı şəxs zəng edərək Təqsirləndirilən şəxs göndərdiyi şəxs olduğunu soruşmuş, o, «VAZ-21074» markalı avtomobil ilə Gəncə şəhərinə gəldiyini demişdir. Təxminən 30 dəqiqədən sonra həmin şəxslə Gəncə şəhərində görüşmüş və həmin şəxs "xxxx" markalı 90NS960 markalı avtomobil ilə görüşə gəlmişdir. O, həmin avtomobilə baxmış, həmin şəxsdə «VAZ-21074» markalı avtomobilə baxmışdır. Sonra həmin avtomobilləri dəyişərək, heç bir sənədləşdirmə aparmadan «VAZ-21074» markalı avtomobili həmin şəxsə təhvil vermiş və "xxxx" markalı özü idarə edərək Gəncə şəhərindən Bakı şəhərinə gətirmişdir. Gəncə şəhərində "xxxx" markalı avtomobili aldığı şəxsə həmin avtomobillərin dəyişdirilməsi üçün 1.700 manat pul vermişdir. "xxxx" markalı 90NS960 dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC- nin girovunda olmuşdur. Təqsirləndirilən şəxs təxminən 2018-ci ilin dekabr ayında "xxxx" markalı avtomobilin bankın girovundan azad edilməsi və kredit borcunun tam ödənilməsi ilə bağlı Abşeron rayon İcra və Probasiya Şöbəsinə və DİN-in Baş X33 İdarəsinə saxta məktubları ona vermişdir. O, həmin saxta məktublardan birini Abşeron rayon İcra və Probasiya Şöbəsinə təqdim etmiş, sonra isə Sumqayıt şəhərində yaşayan qohumu Şahid5 zəng edib DİN-in Baş X33 İdarəsinə gəlməsini xahiş etmişdir. Şahid5 gəldikdən sonra yalandan adına bank krediti olduğuna görə "xxxx" markalı avtomobili Zaminin adına rəsmiləşdirmək istədiyini bildirmiş və "xxxx" markalı 90NS960 dövlət qeydiyyat nişanlı avtomobili Zaminə göstərmiş və şəxsiyyət vəsiqəsini verməsini xahiş etmişdir. Zamin şəxsiyyət vəsiqəsini vermiş və həmin avtomobilin bankda girovda olub-olmamasını və həmin avtomobilə görə bankın narahat edib-etməyəcəyini soruşmuşdur. O, "xxxx" markalı 90NS960 dövlət qeydiyyat nişanlı avtomobilin banka olan borcunun tam ödənilməsi ilə bağlı DİN-in Baş X33 İdarəsinin adına tərtib olunmuş məktubu göstərmiş və həmin avtomobilin banka olan borcunun tam olaraq ödənildiyini bildirmişdir. Şahid5 şəxsiyyət vəsiqəsini və "xxxx" markalı 90NS960 dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı Təqsirləndirilən şəxs hazırladığı və ona verdiyi saxta məktubu DİN-in Baş X33 İdarəsinə təqdim etmiş və Zaminə həmin idarənin gözləmə zalında əyləşərək qeyd olunan avtomobilin Zaminin adına qeydiyyat şəhadətnaməsinin verilməsini gözləməsini Zamindən xahiş etmişdir. Təxminən bir saatdan sonra Zamin "xxxx" markalı 90NS960 dövlət qeydiyyat nişanlı avtomobilin adına olması barədə qeydiyyat şəhadətnaməsini almış və həmin şəhadətnaməni ona vermişdir. O, Şahid5 Sumqayıt şəhərindən Baş X33 İdarəsinə gəlib-getməsi üçün yol pulu olaraq 10 manat pul vermiş və həmin avtomobilə əyləşib sürüb getmişdir. Ertəsi gün Şahid5 zəng edib "xxxx" markalı 90NS960 dövlət qeydiyyat nişanlı avtomobili 3.500 manata satmaq istədiyini Zaminə təklif etmiş, lakin Zamin pulunun olmadığını ona bildirmişdir. O, Bakı şəhəri Şamaxinka adlanan ərazidən «Tərlan» şadlıq sarayı istiqamətində olan yolun kənarındakı notariat kontoruna gəlməsini Zamindən xahiş etmişdir. Zamin etiraz etməyib həmin notariat kontoruna gəlmiş və Zamin "xxxx" markalı 90NS960 dövlət qeydiyyat nişanlı avtomobilin onun adına rəsmiləşdirilməsi ilə bağlı baş etibarnamə vermişdir. O, borcu olduğuna görə həmin avtomobili satmaq istədiyini Zaminə inandırmışdır. Sonra Zaminə yol pulu olaraq 10 manat vermişdir. Şahid5 "xxxx" markalı 90NS960 dövlət qeydiyyat nişanlı avtomobilin Şahid1 adına olması, həmin avtomobilin bankın girovunda olması və saxta sənədlər əsasında bankın girovundan çıxarılmaqla əldə edilməsi barədə Şahid5 heç bir məlumatı və xəbəri olmamış və bu barədə o, Zaminə məlumat verməmişdir. Sonra Təqsirləndirilən şəxs razılığı ilə 2018-ci ilin dekabr ayında "xxxx" markalı avtomobili baş etibarnamə əsasında Şahid2 6.000 manata nağd pula satmışdır. Lakin 6.000 manat puldan Təqsirləndirilən şəxs pul verməmişdir. O, "xxxx" markalı avtomobili ələ keçirməzdən əvvəl həmin avtomobilin əsl sahibi Şahid1 onunla əlaqə saxlamış və həmin avtomobilə görə bank tərəfindən narahat olunduğunu ona bildirmişdir. O, bank ödənişlərinin tam olaraq ödəniləcəyi ilə bağlı Şahid1 söz vermiş və həmin avtomobilin istifadəsində qalması üçün razılıq verməsi məqsədi ilə DİN-in Baş X33 İdarəsində bəzi sənədlərə imza etməsini xahiş etmişdir. Şahid1 onunla Baş X33 İdarəsinə getmiş və həmin idarədə avtomobil ilə bağlı sənədlərə İmza etdikdən sonra Şahid1 yaşadığı ünvana geri qaytarmışdır. Sonradan "xxxx" markalı avtomobili idarə edən Şahid4 ona zəng edərək onunla görüşmüş və həmin avtomobilə görə ödədiyi 11.000 manat pulunu qaytarmasını istəmişdir. O, pulu olarsa həmin məbləği qaytaracağını Şahid4 demişdir. Bundan başqa o, heç bir saxta sənəd hazırlamamışdır. Təqsirləndirilən şəxs ona həmin avtomobillərlə bağlı rəhbərliyin xəbərinin olduğunu və həmin avtomobillərin balansdan silindiyini bildirmişdir. Məhkəmə iclasına çağırılmış şahidlər Şahid5, Şahid8, Şahid6 Nəcəfah oğlunun məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunmuşdur. Məhkəməyə daxil olmuş 17.11.2021-ci il tarixli ərizədən görünür ki, Şahid6 Nəcəfah oğlu ibtidai istintaqda verdiyi ifadələri təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 21 dekabr 2018-ci il tarixli qərardan görünür ki, fakt üzrə ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələri ilə başlanılmış və icraatına qəbul edilərək ibtidai istintaqı aparılmışdır. (İ cild i.v 1) 04 fevral 2019-cu il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs ittiham olunmasından ötrü barəsində axtarış elan olunmuş və həmin tarixdə iş üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.2-ci maddəsinə əsasən dayandırılmışdır. (İ cild 223, 226) 04 fevral 2019-cu il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir. (İ cild i.v. 231) 04 fevral 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. (İ cild i.v. 250-251) 19 fevral 2019-cu il tarixli qərardan görünür ki, Əsədov X16 RPİ-nin əməkdaşları tərəfindən tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. (İ cild i.v. 235) 19 fevral 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. (İ cild i.v. 248) 21 fevral 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə BMCMİ-nin MSY-dən azad olunmuşdur. (İ cild i.v. 261-262) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-xəttşünaslıq ekspertizasının 07.02.2019-cu il tarixli 1304 №-li rəyində göstərilmişdir.
1. Ekspertizaya təqdim olunmuş, X22 edilməsi Agentliyi MMC- nin adından Yasamal rayon İcra və Probasyia şöbəsinə ünvanlanmış 1301 nömrəli 11 iyun 2018-ci il tarixli, 1209 nömrəli 01 iyun 2018-ci il tarixli, 1545 nömrəli 02 iyul 2018-ci il tarixli məktublarda və X22 edilməsi Agentliyi MMC-nin adından Nizami rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 1547 nömrəli 02 iyul 2018-ci il tarixli məktubda «İcraçı Direktor Süleyman Bəkirov» yazılarının qarşısındakı imzalar - X10 tərəfindən icra olunmuşdur. 2.Ekspertizaya təqdim olunmuş, X22 edilməsi Agentliyi MMC- nin adından Abşeron rayon İcra və Probasyia şöbəsinə ünvanlanmış 5 dekabr 2018-ci il tarixli nömrəsiz və 2 ədəd tarixsiz və nömrəsiz məktublarda, X22 edilməsi Agentliyi MMC-nin adından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X33 İdarəsinə ünvanlanmış 5 dekabr 2018-ci il tarixli nömrəsiz 2 ədəd, tarixsiz və nömrəsiz 2 ədəd məktublarda «İcraçı Direktor Süleyman Bəkirov» yazılarının qarşısındakı İmzalar — X10 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur.” (İ cild i.v. 237-238) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-texniki ekspertizasının 06.03.2019-cu il tarixli, 1305 №-li rəyində aşağıdakılar göstərilmişdir.
1. Təqdim edilmiş “X22 Edilməsi Agentliyi" MMC-nın adından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X33 İdarəsinə ünvanlanmış nömrəsiz 5 dekabr 2018-ci il tarixli 02 ədəd məktubların, nömrəsiz, gün və ayı göstərilməyən 2018-ci il 06 ədəd məktubların; Bakı şəhəri Abşeron rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış nömrəsiz 5 dekabr 2018-ci il tarixli məktubun və nömrəsiz və gün və ayı göstərilməyən 2018-ci il tarixli 05 ədəd məktubların; Yasamal rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 1209 nömrəli 01 iyun 2018-ci il tarixli məktubun, 1210 nömrəli 01 iyun 2018ci il tarixli məktubun, 1301 nömrəli 11 iyun 2018- ci il tarixli məktubun, 1545 nömrəli 02 iyul 2018-ci il tarixli məktubun, 1546 nömrəli 02 iyul 2018-ci il tarixli məktubun, Nizami rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 1548 nömrəli 02 iyul 2018-ci il tarixli məktubun blankları elektrofotoqrafik çap üsulu ilə rəqəmsal çap qurğusu (printer, çoxaldıcı qurğu) vasitəsilə hazırlanmışdır.
2. Yasamal rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 301 nömrəli 11 iyun 2018-ci il tarixli məktubun reproqrafik nüsxəsi elektrofotoqrafik çap üsulu İlə icra edilmişdir.
3. Bakı şəhəri Abşeron rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış 1, 2, 3 rəqəmlə işarə olunmuş nömrəsiz, gün və ayı göstərilməyən 2018-ci il tarixli məktubların blankı axınlı çap qurğusunda (çoxaldıcı qurğuda, printerdə) çap edilmişdir.
4. Tədqiq olunan məktubların blankları Zərərçəkmiş şəxs2 MMC-yə məxsus blankın eksperimental nümunələri və flyaş kartda fayl şəklində olan məktubların blankının təsvirləri ilə hərflərin quruluşuna, ölçülərinə və dizayınına görə eynilik təşkil edir.
5. Zərərçəkmiş şəxs2 MMC-nın adından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X33 İdarəsinə ünvanlanmış 1” rəqəm ilə nişanlanmış məktub flyaşdakı “90N5960” qovluqda “001.docx” faylda olan məktubla eynilik təşkil edir; Zərərçəkmiş şəxs2 MMC-nın adından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X33 İdarəsinə ünvanlanmış “2" və “3” rəqəm ilə nişanlanmış məktublar flyaşdakı “90N5960” qovluqda "002.docx” faylda olan məktubla eynilik təşkil edir; Zərərçəkmiş şəxs2 MMC-nın adından Bakı şəhəri Abşeron rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış “2” rəqəmi ilə nişanlanmış məktub flyaşdakı “90N5960” qovluqda “İcra xitam..docx" və ‘İcra xitam..docx orx.docx” faylarda olan məktublarla eynilik təşkil edir. Zərərçəkmiş şəxs2 MMC-nın adından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X33 İdarəsinə ünvanlanmış “7” rəqəm ilə nişanlanmış məktub flyaşdakı “İlkin” qovluqda “001.docx" faylda olan məktubla eynilik təşkil edir; Zərərçəkmiş şəxs2 MMC-nın adından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X33 İdarəsinə ünvanlanmış “8” rəqəm ilə nişanlanmış məktub flyaşdakı “İlkin” qovluqda “002.docx" faylda olan məktubla eynilik təşkil edir; Zərərçəkmiş şəxs2 MMC-mn adından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X33 İdarəsinə ünvanlanmış “4”, “5” və “6" rəqəm ilə nişanlanmış məktublar flyaşdakı “İlkin” qovluqda “bildirişin legvi.docx” faylda olan məktubla eynilik təşkil edir.
6. Təqdim olunmuş məktublarda olan imzalar bir başa qələmlərlə icra olunmuşdur.
7. 1301 nömrəli 11 iyun 2018-ci il tarixli məktubun reproqrafik nüsxəsində olan imzanın təsviri elektrofotoqrafik çap üsulu ilə rəqəmsal çap qurğusu (printer, çoxaldıcı qurğu) vasitəsilə hazırlanmışdır.
8. Zərərçəkmiş şəxs2 MMC-nin adından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X33 İdarəsinə ünvanlanmış “1”, “2”, “3”, “7” və “8” rəqəmləri ilə nişanlanmış məktublarda olan möhür əksinin təsviri elektrofotoqrafik çap üsulu ilə rəqəmsal çap qurğusunda (çoxaldıcı qurğu, printer) çap edilmişdir.
9. Yasamal rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 1209 nömrəli 01 iyun 2018-ci il tarixli, 1210 nömrəli 01 iyun 2018-ci il tarixli, 1301 nömrəli 11 iyun 2018-ci il tarixli, 1545 nömrəli 02 iyul 2018-ci il tarixli, 1546 nömrəli 02 iyul 2018-ci İl tarixli, Nizami rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 1548 nömrəli 02 iyul 2018-ci il tarixli məktublarda olan möhür əksi bir başa relyef klişe vasitəsilə vurulmuşdur.
10. 1301 nömrəli 11 iyun 2018-ci il tarixli məktubun reproqrafik nüsxəsinin möhür əksinin təsviri elektrofotoqrafik çap üsulu İlə rəqəmsal çap qurğusu (printer, çoxaldıcı qurğu) vasitəsilə hazırlanmışdır.
11. Təqdim olunmuş sənədlərdə olan möhür əkslərinin təsvirləri “*X22 EDİLMƏSİ AGENTLİYİ MMC BAİA*” məzmununda mətni olan möhürün eksperimental əks nümunələri; flyaşda olan “90N5960" qovluqda: “001.docx" faylda olan məktub , “002.docx” faylda olan məktub və “İlkin" qovluqda: “001.docx" faylda olan məktub və “002.docx" faylda olan möhür əkslərinin təsviri ilə eynilik təşkil edir." (İİ cild, 45-50) 11 aprel 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə X13 arasında üzləşdirmə istintaq hərəkətləri keçirilmiş və üzləşmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birlərinin üzlərinə qarşı bildirmişlər. (İİ cild, i.v. 93-96) Binəqədi RİH başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən verilmiş 01.05.2019-cu il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (İİ cild, i. v. 132) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 21.11.2019-cu il tarixli, 27235 №-li rəyində aşağıdakılar göstərilmişdir 1 Təqdim edilmiş “X26 Edilməsi Agentliyi” MMC-nin adından Bakı şəhər Abşeron rayon İcra və Probasiya şöbəsinə 346 nömrəli 5 dekabr 2018-cİ İl tarixli tədqiq olunan məktubun blankı və mətni axınlı çap qurğusunda (çoxaldcı qurğuda, printerdə) çap edilmişdir. 2 Təqdim edilmiş Zərərçəkmiş şəxs2 MMC-nin adından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X33 İdarəsinə ünvanlanmış 617 nömrəli 10 dekabr 2018-ci tarixli tədqiq olunan məktubun blankı və mətni elektrofotoqrafik çap üçulu ilə rəqəmsal çap qurğusu (printer, çoxaldıcı qurğu) vasitəsi İlə hazırlanmışdır. 3 617 nömrəli 10 dekabr 2018-ci il məktubunda olan möhür əksi olan möhür əksinin təsviri elektrofotoqrafik çap üsulu ilə rəqəmsal çap qurğusunda (çoxaldcı qurğuda, printerdə) çap edilmişdir. 4 Təqdim olunmuş məktublarda olan «İcraçı direktor Süleyman Bəkirov» sözlərinin qarşısındakı imzalar bir başa qələmlərlə icra olunmuşdur. 5 Təqdim olunmuş məktubların blankları «X26 Edilməsi Agentliyi” MMC-yə məxsus blankının nümünəsi ilə mətni təşkil edən hərf və rəqəmlər qruluşuna görə eynilik təşkil edirlər, mətnin məzmununa və yerləşməsinə görə fərqlidirlər. 6 Təqdim olunmuş 617 nömrəli 10 dekabr 2018-ci il məktubda olan möhür əksinin təsviri «X22 EDİLMSİ AGENTLİYİ MMC BAİA» məzmununda mətni olan möhürün eksprimental əks nümunəsi ilə eynilik təşkil edir. 7 Təqdim olunmuş 617 nömrəli 10 dekabr 2018-ci il məktubda olan möhür əksinin təsvinin və imzanın kəsişən hissəsində əvvəlcə möhür əksi çap olunub. Üzərindən imza icra olunub. 8 Gələcəkdə belə xarakterli pozuntuların bir daha baş verməməsi və qarşısının alınması üçün ekspert aşağıda göstərilmiş profilaktik tövsiyələri nəzərə almağınızı məqsədə müvafiq hesab edir. -blanklar və möhürlər xüsusi mühafizə olunan yerlərdə (seyfdə) saxlanılmalı, -möhürlər xüsusi müdafiə vasitədə (mikromətn,ulturabənovşəyi lüminisensiyalı təsvir və yazılar və.s) təhsiz olunmalı.” (İV cild, i.v. 85-90) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 27.11.2019-cu il tarixli 27236 №-li rəyində aşağıdakılar göstərilmişdir: 1 Təqdim edilmiş Zərərçəkmiş şəxs2 MMC-nın adından olan 5 dekabr 2018-ci il tarixli, 346 nömrəli məktubda «İcraçı direktor Süleyman Bəkirov» qrafası qarşısındakı imza X3 imzasına oxşadılmaqla X13 tərəfindən icra olunmuşdur. 2 Təqdim edilmiş “X22 Edilməsi Agentliyi" MMC-nın adından olan 5 dekabr 2018ci il tarixli 346 nömrəli və 10 dekabr 2018-ci İl tarixli 617 nömrəli məktubda «İcraçı direktor Süleyman Bəkirov» qrafalarındakı İmzalar- X10 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. 3 Təqdim edilmiş Zərərçəkmiş şəxs2 MMC-nın adından olan 10 dekabr 2018-ci il tarixli 617 nömrəli məktubda «İcraçı direktor Süleyman Bəkirov» qrafası qarşısındakı imzanın - Təqsirləndirilən şəxs tərəfindən, X7 və ya başqa şəxs tərəfindən İcra olunubolunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı.” (İV cild, i.v. 93-94) 27.01.2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 320.1 və 320.2-ci maddələrindən həmin Məcəllənin 178.2.1, 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələrinə tövsif edilmişdir. (İV cild, i.v. 96- 147) 27 yanvar 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. (İV cild i.v. 160-162) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİdən alınmış 25.01.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 1(101)-115/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs məhkəmənin çağırışlarına getmədiyindən barəsində axtarış elan edilməklə haqqında seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və cinayət işinin icraatı sonuncu tutulanadək dayandırılmışdır. (V cild, i.v.191-192) Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 1(101)-115/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs və digər təqsirləndirilən şəxslər barəsində olan cinayət işi üzrə icraat təzələnmişdir. (V cild, i.v. 202-203) Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 may 2021-ci il tarixli, 1(101)-115/2021 nömrəli qərarından görünür ki, 1(101)-115/2021 nömrəli cinayət işindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi ayrıca icraata ayrılmış və ayrılmış cinayət işi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. (V cild, i.v. 229-232) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31.05.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilənə və məhkəməyə gətirilənədək cinayət işi üzrə icraat dayandırılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23.07.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. 29.06.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq Abşeron RPİ-nə gətirilmiş və MSY-ə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs valideynləri X21, X11 İİ qrup əlildirlər. 03.02.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən bəraətverici əsaslar olmadan barəsində olan cinayət təqibinə həmin hissədə xitam verilməsini xahiş etmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan 320.1 və 320.2-ci maddələri ilə əməlin törədilməsi onun etiraf edici ifadəsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs CM-in 320.1 və 320.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən o, cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə həmin hissədə xitam verilməlidir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 320.1 və 320.2-ci maddələri cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən hesab olunur. Bununla yanaşı, Təqsirləndirilən şəxs CM-in 320.1 və 320.2-ci maddələri ilə elan edilmiş ittihamdan və məhkəmə baxışında tədqiq edilmiş sübutların məcmusundan müəyyən olunur ki, təqsirləndirilən şəxs tərəfindən həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi 2018-ci ilin iyul ayına təsadüf edir. 04 fevral 2019-cu il tarixdə Təqsirləndirilən şəxs ittiham olunmasından ötrü barəsində axtarış elan olunmuş və həmin tarixdə iş üzrə İcraat Azərbaycan Respublikası CPM-in 53.1.2-ci maddəsinə əsasən dayandırılmışdır. 20.02.2019-cu il tarixdə ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraaat təzələnmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 1(101)-115/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs məhkəmənin çağırışlarına getmədiyindən barəsində axtarış elan edilməklə haqqında seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və cinayət işinin icraatı sonuncu tutulanadək dayandırılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 1(101)-115/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs və digər təqsirləndirilən şəxslər barəsində olan cinayət işi üzrə icraat təzələnmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31.05.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilənə və məhkəməyə gətirilənədək cinayət işi üzrə icraat dayandırılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23.07.2021-ci il tarixli qərarı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir.. Göründüyü kimi, hal-hazırkı tarixədək böyük ictimai təhlükə törətməyən cinayət hesab olunan CM-in 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlləinin törədildiyi vaxtdan iki ildən artıq müddət keçmişdir. Bu əsasa görə də, Təqsirləndirilən şəxs CM-in 75.1-ci maddəsinə əsasən həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-in 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CPM-in 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlb etmə müddətinin dayandırılması halları istisna olmaqla) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanmış cinayət işi üzrə icraata xitam verilməlidir). CPM-in 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi:
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs, təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin maddələrlə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə həmin hissədə xitam verilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən: Mahirə Kərimova