Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-19/2023 16.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, 23 avqust 1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 1 (bir) azyaşlı övladı olan, orta təhsilli, işləməyən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)- 580/2022 saylı, 31 oktyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, döngə 6-da yerləşən fərdi evdə yaşayan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-405/2022 saylı, 04 iyul 2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində baxılan iş üzrə seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilmiş və Binəqədi RPİ-nin əməkdaşları tərəfindən 06 sentyabr 2022-ci il tarixdə tutulmuş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 10 mart 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonunda yerləşən «Papanin» adlanan ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 1,254 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış, həmin gün, yəni 10 mart 2022-ci il tarixdə, saat 20:00 radələrində Bakı şəhər Binəqədi RPİ-nin 6-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi, dalan 6 ünvanında yerləşən binanın qarşısında saxlanılaraq ünvan 2 ünvanında yerləşən 6cı Polis Bölməsinə gətirilmiş və saat 21:20-də bölmədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 1.254 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 10 mart 2022-ci il tarixdə, səhər təxminən saat 10.00 radələrində o, Bakı şəhəri, Nəsimi rayonunda yerləşən «Papanin» adlanan ərazisində tanımadığı şəxsdən 50 manata şəxsi istifadə məqsədilə bir büküm narkotik vasitə - heroin alıb üzərində saxlamışdır.10 mart 2022-ci il tarixdə, axşam saat 20.00 radələrində ünvan 3 ünvanında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli bilindiyi üçün onlarla Binəqədi RPİ-nin 6-cı PB-nə getməli olduğunu bildirmişlər.O, könüllü olaraq polis əməkdaşları ilə birlikdə 6-cı PB-nə getmişdir.Bölmədə təhqiqatçı tərəfindən onun hüquq və vəzifələri izah olunduqdan sonra onun xahişi ilə dövlət hesabına müdafiəçi təyin edilmiş və o, təqdim edilən müdafiəçiyə etiraz etməmişdir.Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasındaki xidməti otaqlardan birində üzərinə onun öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılmışdır.Şəxsi axtarış zamanı o, əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən içərisində narkotik vasitə heroin olan bir ədəd sellofan bükümü çıxarıb könüllü olaraq təqdim etmişdir.Onun təqdim etdiyi həmin bir ədəd sellofan büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və zərfin ağzı möhürlənərək götürülmüşdür.Zərfin üzəri şəxsi axtarışda iştirak etmiş şəxslər tərəfindən, o, cümlədən də onun tərəfindən imzalanmışdır.Bundan sonra aparılmış şəxsi axtarışla bağlı təhqiqatçı tərəfindən protokol tərtib edilmişdir.Təhqiqatçı tərəfindən tərtib edilmiş protokol ucadan oxunmuş, protokol doğruluğu şəxsi axtarışda iştirak etmiş şəxslər tərəfindən, o, cümlədən də onun tərəfindən imzalanaraq təsdiqlənmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu, o cümlədən, himayəsində 1 (bir) azyaşlı övladının olmasını və ailənin yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Binəqədi RPİ-si 6-cı PB-nin YYÇ-nin inspektoru, polis mayoru Şahid2 bildirmişdir ki, 10 mart 2022-ci il tarixdə - ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr və psixotrop maddələr gəzdirməsi barədə mötəbər mənbədən əməliyyat məlumatı daxil olmuşdur.Alınmış məlumat bölmə rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat- axtarış tədbirlərinin keçirilməsi üçün 6-cı PB-nin C A üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış, o da həmin əməliyyat qrupuna daxil olmuşdur.Alınmış məlumatın yoxlanılması məqsədi ilə 10 mart 2022-ci il tarixdə təxminən saat 18.00 radələrində əməliyyat qrupu ilə birlikdə o, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsinə getmişdir. Təxminən saat 20.00 radələrində Bakı şəhər Biləcəri qəsəbəsi, Binəqədi şossesi, dalan 6 ünvanında yerləşən binanın qarşısında alınmış məlumatda göstərilmiş Təqsirləndirilən şəxs əlamətlərinə oxşar şəxsi görüb həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər.Bundan sonra qrupun rəhbəri olan Şahid1 həmin şəxsə də özünü təqdim etməyi təklif etmişdir.Həmin şəxs özünü 23 avqust 1980-cı ildə ünvan 6 ünvanında qeydiyyatda olan, ünvan 7 ünvanda yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir.Bundan sonra Şahid1 Təqsirləndirilən şəxs bildirmişdir ki, onun üzərində narkotik vasitələr gəzdirməsi barədə daxil olmuş məlumatla bağlı o Binəqədi RPl-si 6-cı PB-nə getməlidir.Təqsirləndirilən şəxs etiraz etmədən könüllü olaraq onlarla birlikdə 6-cı PB-nə gəlmişdir. Polis Bölməsində baş təhqiqatçı, polis mayoru İsmət Musayev tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmiş, Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və bundan sonra bölmədə təhqiqatçının xidməti otağında Təqsirləndirilən şəxs öz razılığı ilə müdafiəçisinin iştirakı olmadan onun və əməliyyat qrupunun rəhbəri Şahid1 iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır.Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan əşyanın olub-olmaması soruşulmuş, olduğu halda isə həmin əşyanın könüllü surətdə verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş halda olan bükümü çıxardaraq masanın üzərinə qoymuşdur.Ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir.Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, ilk öncə onun geyindiyi paltarların ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir.Təqsirləndirilən şəxs üst-başını səliqəyə salması təklif edilmiş, sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyanın bir-bir adlarını deməklə təqdim etməsi təklif olunmuşdur.O, bir ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində heroin olduğunu bildirmiş, ondan həmin bükülünü haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edildikdə narkotik vasitə istifadə etməsini və 10 mart 2022-ci il tarixdə, səhər təxminən saat 10.00 radələrində Bakı şəhər Nəsimi rayonu, «Papanin» adlanan yerdə tanımadığı şəxsdən 50 manata aldığını bildirmişdir.Aşkar olunmuş 1 ədəd şəffaf sellofana bükülmüş toz halında olan heroinə bənzər kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «zərflər üçün» nəzərdə tutulmuş möhürü ilə möhürlənərək götürülmüşdür.Zərfin üzəri şəxsi axtarışda iştirak etmiş şəxslər, o, cümlədən də şübhəli şəxs Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır.Videoçəkiliş hər bir iştirakçıya nümayiş edildikdən sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və protokol da hər bir iştirakçı, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid - Binəqədi RPİ-nin 6-cı PB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, 10 mart 2022-ci il tarixdə ünvan 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr və psixotrop maddələr gəzdirməsi barədə mötəbər mənbədən əməliyyat məlumatı daxil olmuşdur.Alınmış məlumat bölmə rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçiin onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır.Həmin əməliyyat qrupuna Binəqədi RPİnin 6-cı Polis Bölməsinin yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru, polis mayoru Şahid2 da daxil olmuşdur.Alınmış məlumatın yoxlanılması məqsədi ilə 10 mart 2022-ci il tarixdə, təxminən saat 18.00 radələrində əməliyyat qrupu ilə birlikdə o, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsinə getmişdir. Təxminən saat 20.00 radələrində Bakı şəhər Binəqədi rayon, Biləcəri qəsəbəsi, Binəqədi şossesi, dalan 6 ünvanında yerləşən binanın qarşısında alınmış məlumatda göstərilmiş Təqsirləndirilən şəxs əlamətlərinə oxşar şəxsi görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər.Bundan sonra o, həmin şəxsə də özünü təqdim etməyi təklif etmişdir.Həmin şəxs özünü 23 avqust 1980-cı ildə ünvan 9 ünvanında qeydiyyatda olan, ünvan 7 ünvanda yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir.Bundan sonra o, Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində narkotik vasitələr gəzdirməsi barədə daxil olmuş məlumatla bağlı onlarla Binəqədi RPİ-si 6-cı PB-nə getməlidir. Təqsirləndirilən şəxs etiraz etmədən könüllü olaraq onlarla birlikdə 6-cı PB-nə gəlmişdir. Polis Bölməsində baş təhqiqatçı, polis mayoru İsmət Musayev tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmiş, Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və bundan sonra bölmədə təhqiqatçının xidməti otağında Təqsirləndirilən şəxs öz razılığı ilə müdafiəçisinin iştirakı olmadan onun və əməliyyat qrupunun rəhbəri Şahid1 iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan əşyanın olubolmaması soruşulmuş, olduğu halda isə həmin əşyanın könüllü surətdə verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş halda olan bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, ilk öncə onun geyindiyi paltarların ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üst-başını səliqəyə salması təklif edilmiş, sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyanın bir-bir adlarını deməklə təqdim etməsi təklif olunmuşdur.O, bir ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində heroin olduğunu bildirmiş, ondan həmin bükülünü haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edildikdə narkotik vasitə istifadə etməsini və 10 mart 2022-ci il tarixdə, səhər təxminən saat 10 radələrində Nəsimi rayonu, Papanin adlanan yerdə tanımadığı şəxsdən 50 manata aldığını bildirmişdir. Aşkar olunmuş 1 ədəd şəffaf sellofana bükülmüş toz halında olan heroinə bənzər kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «zərflər üçün» nəzərdə tutulmuş möhürü ilə möhürlənərək götürülmüşdür. Zərfin üzəri şəxsi axtarışda iştirak etmiş şəxslər, o, cümlədən də şübhəli şəxs Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Videoçəkiliş hər bir iştirakçıya nümayiş edildikdən sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və protokol da hər bir iştirakçı, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/1428 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində " Azərbaycan Respublikası DİN Zərflər üçün № 175" dairəvi möhür əksi, yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,254 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin məcburi-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2383 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamə və hökmə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, sonuncu dəfə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-580/2022 saylı hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, müdafiəçinin çıxışını, şahid ifadəsini dinləyib, dövlət ittihamçısının mövqeyini nəzərə alıb, ekspertiza rəylərini və iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halların məcmusunu, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirir və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər.Həmçinin, həmin qərarda göstərilmişdir ki, qanunun mənasına ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr müttəhimin xeyrinə həll olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən, yəni 06 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 1(001)-405/2022 saylı, 4 iyul 2022-ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan edilmişdir.Həmçinin, iş materiallarında olan Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsindən daxil olmuş 6 sentyabr 2022-ci il tarixli məktuba əsasən məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuş və Bakı İstintaq Təcridxanasına göndərilmək üçün Binəqədi RPİ-nin MSY-nə təhvil verilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 10 mart 2022-ci il tarixdən 12 mart 2022-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs cəza təyin edilməlidir.Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin 6-cı PB-nin baş təhqiqatçısı, polis mayoru İsmət Musayev tərəfindən qəbul olunmuş qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 10 mart 2022-ci il tarixdə saat 21.00 dəqiqədə tutulmuşdur.Həmçinin, Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən qəbul olunmuş qərara əsasən məlum olur ki, Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi Nahid Məmmədovun vəsatəti təmin edilməmiş və Təqsirləndirilən şəxs barəsində digər qətimkan tədbirinin seçilməsi qərara alınmışdır.Həmçinin, iş materiallarında olan Binəqədi RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X4 tərəfindən qəbul olunmuş qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş və o, azad edilmişdir. Həmçinin, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin ediləcək cəza Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-580/2022 saylı, 31 oktyabr 2022-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf etməsini, törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, himayəsində 1 (bir) azyaşlı övladının olmasını və ailənin yeganə qazanc gətirən şəxs olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1- 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası təyin edildiyindən təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılmalıdır. Eyni zamanda, ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan əziyyət çəkdiyi və müalicəyə ehtiyacı olduğuna görə ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa, CMP-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci –88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. Həmçinin, CPM-nin 353.5.5-ci maddəsinə əsasən iş üzrə üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik maddə olan heroinin 1,204 qram olan qalığı məhv edilməli və iş üzrə maddi sübut- təqsirləndirilən şəxsin üzərinə axtarış keçirilməsini özündə əks etdirən 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, müdafiçəsi məhkəmə prosesində təyinatla iştirak etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, Müdafiəçi hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 40 saat vaxt sərf etmişdir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 10 mart 2022-ci il tarixdən 12 mart 2022-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəzası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-580/2022 saylı, 31 oktyabr 2022-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ümumi ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən, yəni 06 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan heroin – 1,204 qram olan qalığı məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən DVD farmatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 40 saat hüquqi xidmətin dəyəri 240 (iki yüz qırx) manat"xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN**********,m/hAZ37 NABZ******************** S.W.İ.F.T. B.İ.K:AİİBAZ 2X,hesab№AZ48AİİB ********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-19/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-19/2023
16.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver