Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-19/2025 05.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi, Xüsusi ittihamçı X3, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi6 və təqsirləndirilən şəxs X9 iştirakları ilə, xx.xx.1960-cı il tarixdə Saqaredjo rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, X26 Teatrının direktoru vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X9 Azərbaycan Respublikasının CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X6 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Vəfa Novruzova ziyalı və mədəniyyət xadimi ailəsində böyümüşdür (Azərbaycan Respublikasının tanınmış aktyoru və rejissoru, əməkdar mədəniyyət işçisi X2 qızıdır) və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin Teatr sektorunun müdiri vəzifəsində işləyir. Uzun illərdir mədəniyyət sahəsində çalışır və çalışdığı müddət ərzində xidməti fəaliyyəti ilə hər zaman qanunlara və etik davranış qaydalarına tam əməl edərək nümunəvi işçi olmuşdur və mədəniyyət sektorunda çalışan əməkdaşlar arasında yüksək nüfuza malikdir. Lakin işin faktiki hallarından və şikayətə əlavə etdiyi həmin halları təsdiq edəcək sübutlardan da göründüyü kimi İvtixar Piriyev kütləvi çıxışda və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yalan olduğunu bilə-bilə onu nüfuzdan salan şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan məlumatları yayaraq, ona qarşı böhtan və təhqir cinayət əməllərini törətmişdir. İvtixar Piriyev tərəfindən yayılan məlumatlar İvtixar Piriyevin onun teatr fəaliyyəti ilə bağlı subyektiv fikirləri deyil, yalan olduğunu biləbilə onun şərəf və ləyaqətini alçaldaraq, nüfuzdan salan ifadələrdir. İvtixar Piriyevin onu nüfuzdan salan məlumatları yayması ilə bağlı ilk növbədə onu qeyd edir ki, xx.xx.2023-cü il tarixində AR Mədəniyyət Nazirliyinin fəaliyyət göstərdiyi Hökümət evi, 3-cü mərtəbə, 329 saylı otaqda İvtixar Piriyevin və AR Mədəniyyət Nazirliyinin digər əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə müzakirələr aparılan zaman ona “Vəfa bunlar sənin işindir”, “Sən qəsdən o xidməti məlumata qida xərclərini də əlavə etmisən ki, məbləğ çoxalsın və nazir etiraz etsin” kimi bilə-bilə onu nüfuzdan salan yalan məlumatlar yayaraq, ona qarşı böhtan cinayət əməlini törətmişdir. Odur ki, xx.xx.2023-cü il tarixində Hökümət evində keçirilən görüş zamanı İvtixar Piriyev tərəfindən onun şərəf və ləyaqətini nüfuzdan salan məlumatları yaymasını təsdiq edən sübut - həmin tarixdə AR Mədəniyyət Nazirinin müşaviri Oleq Əmirbəyov və AR Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin əməkdaşları Nəsibə Əsgərova və Sevda Quliyeva tərəfindən tərtib olunmuş sənəd - aktdır. İvtixar Piriyev Azərbaycan Respublikasının Mədəniyyət Nazirinə ünvanladığı tarixi qeyd edilməyən məktubda bilə-bilə onu nüfuzdan salan yalan məlumatlar: “vaxtilə bu səbəbdən adıkeçən xanım teatr sektorundan başqa şöbəyə uzaqlaşdırılmışdır”, “teatr sektorunun hazırki müdiri Vəfa Novruzova teatr sahəsinin spesifikasının bütün komponentlərinə cavab verən sima olmadığını və həmin komponentlərə cavab verəcək səviyyədə olmadığını”. “İrəvan Teatrının fəaliyyətinə mütəmadi səkildə manelər törətməyə çalışır...vəzifə səlahiyyətlərindən sui-istifadə edərək fəaliyyətimizin dinamikasını pozmağa çalışır”. “V.Novruzova qərəz məqsədi ilə məktubu təhrif edərək başqa şəklə salmışdır”, “Vəfa Novruzovanın şəxsi intriqalarını həyata keçimək məqsədi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək İrəvan Teatrının fəaliyyətinə ciddi səkildə maneçilik törətməsi vəziyyətin məcrasından çıxmasına səbəb oldu” yayaraq ona qarşı böhtan cinayət əməlini törətmişdir. Qeyd olunanlar AR Mədəniyyət Nazirliyinin İnsan kapitalının idarə edilməsi şöbəsinin müdiri Şahin Həsənovun və həmin şöbənin müdir müavini Turan Babayevanın və İvtixar Piriyevin iştirakı ilə tərtib edilmiş 21 sentyabr 2023-cü il tarixli aktla öz təsdqini tapır. Həmin akta əsasən, İvtixar Piriyev onun şikayət ərizəsi ilə tanış olduqdan sonra həqiqətən də onun barəsində “Facebook” sosial şəbəkəsində özünün istifadə etdiyi şəxsi ünvanı vasitəsilə paylaşımlar etdiyini təsdiqləmişdir. Bundan əlavə, İvtixar Piriyevin yaydığı məlumatların yalan olduğunu bilməsini təsdiq edən digər sübut - Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin əsasnaməsinin 5.6.14-cü bəndinə əsasən, nazir dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar vəsaitin, habelə Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən işlər görülməsindən və xidmətlər göstərilməsindən əldə edilən vəsaitin sərəncamçısı olaraq, maliyyə vəsaitini bölüşdürür, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, Nazirliyin struktur bölmələrinin, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların işçilərinin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edir. Əsasnamədən göründüyü kimi, o, "İncəsənət və qeyri-maddi mədəni irs şöbəsi”nin işçisi kimi İrəvan Dövlət Azərbaycan Dram Teatrına (həmin teatrının direktoru İvtixar Piriyevə) Türkiyəyə səfər etmək üçün maliyyə vəsaiti ayıra bilməzdi, çünki bu onun səlahiyyət dairəsinə deyil, Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin səlahiyyətinə aiddir. AR Mədəniyyət Nazirliyinin işçisi kimi, nazirliyin əsasnaməsi, daxili struktur və səlahiyyət bölgüsü ilə ilk gündən tanış olan İvtixar Piriyevin bunu bilməməsi və ya bilməməsinə istinad etməsi absurddur və qeyd olunanlar bir daha İvtixar Piriyevin yalan olduğunu bilə-bilə onu nüfuzdan salan yalan məlumatları yayaraq, ona qarşı böhtan cinayət əməlini törətməsini təsdiq edir. İvtixar Piriyevin “Facebook” sosial şəbəkəsində böyük bir kütlənin (İvtixar Piriyevin “Facebook” səhifəsində hazırda 4978 şəxs dostluğunda var), xüsusilə də mədəniyyət xadimlərimizin, əməkdaşlarımızın açıq şəkildə görəcəyi internet platforması - kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında onun şərəf və ləyaqətini nalayiq formada alçaldan paylaşımlar edərək ona qarşı təhqir cinayət əməlini törətmişdir. Belə ki, İvtixar Piriyev “Facebook” sosial şəbəkəsində öz səhifəsində (İftihar Piriyev): xx.xx.2023cü il tarixdə “heç vaxt vəfa axtarmayın, adı Vəfa olan itdə! Yalını az verən zaman, qapır ən vəfalı it də!”, “Çaşdılar, vəfa dedilər bir gün bir itin adına, xəyanət etdi döydülər, el yığışdı fəryadına.” xx.xx.2023-cü il tarixdə “Bütün cəmiyyət bilir ki, İrəvan teatrının erməni faşistləri kimi mənfur düşməni var! Olaya, Vəfa Novruzova kimi milli mənliyi olmayan, könül bulandıran milçəkləri qovmağa nə hacət?” xx.xx.2023-cü il tarixdə “Sabah-sabah bir it qapdı qıçımdan, itin adı Vəfa imiş, sən demə. Gözlüyünün arxasında gizlənən, it baxışı fəna imiş, sən demə." xx.xx.2023-cü il tarixdə “Ağlı uçuq, gözü kor, Vəfa adlı itə bax. Gör bizə kim dərs deyir, kimə möhtacıq Allah!”; xx.xx.2023-cü il tarixdə “İtin adı Vəfaymış, sürdüyü xoş səfaymış, bir gün ayılar görər, səfa deyil cəfaymış!”; xx.xx.2023-cü il tarixdə “Şimpanzəyə oxşayan bir murdarın adını, Vəfa qoydu atası, çıxartmaqçün dadını! Qız böyüdü, pisləşdi, söydürdü atasını, bircə kərə duymadı atanın fəryadını!”; xx.xx.2023-cü il tarixdə “bir rejissor tanıyırdım, qabaqda buyruq qulu! indi onun qızı gəlib, başımıza dərd olub! xx.xx.2023-cü il tarixdə "Siçovula oxşayana Vəfa adı yaraşmır! Hə heyvanın öz adı var, səninki də siçovul! “intriqant”, “danos” verən, paxıl, qısqanc, ziyankar, beləsinə bel bağlasan, güvənsən, yolun azar”; xx.xx.2023-cü il tarixdə “...Vəfa kimdir, zad kimdir, onlar dirnaqda qalan, nal altında tozlanan bir əskidir, ”kilim”dir"; xx.xx.2023-cü il tarixdə “Hər kəs eşitsin, bilsin!!! Mən həyatımı İrəvan reatrına vermisəm ona görə yox ki, vəzifəsindən sui istifadə edən Vəfalar onu iyrənc əməllərinin oyuncağına çevirsinlər, mən də göz yumum!!!”; xx.xx.2023-cü il tarixdə “Vəfa deyilən cadı, qovularsan inşallah!.. Sən qovulmasan vallah, sona qədər gedəcəm! Mənfur əməllərinlə səni ifşa edəcəm!”; xx.xx.2023-cü il tarixdə “Altdan kəsən siçovul, ovul, qum kimi ovul! Teatr sektorundan, it qovulan tək qovul!!” xx.xx.2023-cü il tarixdə “Bütün cəmiyyət bilir ki, İrəvan teatrının erməni faşistləri kimi mənfur düşməni var! Olaya, Vəfa Novruzova kimi milli mənliyi almayan, könül bulandıran milçəkləri qovmağa nə hacət?” Bundan əlavə, İvtixar Piriyev onu təhqir etməklə kifayətlənməyərək rejissor olmuş mərhum atasının da ünvanına nalayiq sözlər işlətmişdir. Onu “buyruq qulu” adlandıraraq xx.xx.2023-cü il tarixdə “Şimpanzəyə oxşayan bir murdarın adını, Vəfa qoydu atası, çıxartmaqçün dadını! Qız böyüdü, pisləşdi, söydürdü atasını, bircə kərə duymadı atanın fəryadını!”. Göründüyü kimi, İvtixar Piriyev kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında “Facebook” sosial şəbəkəsində böyük bir kütlənin 4978 şəxs coşduğunda olan şəxslərin və dostluğunda olmayan qeyri-müəyyən sayda şəxslərin xüsusilə də mədəniyyət xadimlərimizin, əməkdaşlarımızın, açıq şəkildə görəcəyi yerdə “Facebook” sosial şəbəkədə onun ünvanına (ad və soyadı qeyd edilməklə) şərəf və ləyaqətini nalayiq formada alçaldan - “VƏFA NOVRUZOVA” kimi milli mənliyi olmayan, könül bulandıran milçəklər”, “itin adı Vəfa imiş”, “şimpanzəyə oxşayan bir murdarın adını, Vəfa qoydu atası”, “Siçovula oxşayana Vəfa”, “intriqant”, “danos verən”, “paxıl, qısqanc, ziyankar”, Vəfa kimdir, zad kimdir, onlar dırnaqda qalan, nal altında tozlanan bir əskidir, kilim"dir”, “Vəfa deyilən cadı” və s. təhqir xarakterli məlumatlar yayaraq, ona qarşı təhqir cinayət əməlini törətmişdir. Burada konkret ad və soyadını çəkməklə öz əməlini etiraf edir. Bu yazısına mədəniyyət xadimlərimiz, əməkdaşları ayrı-ayrılıqda pis reaksiya vermişdir. Əməkdar incəsənət xadimi Məlahət Abbasova onun bu yazılarına İvtixar Piriyevə cavab olaraq şərh verərək haqsız yerə onu təhqir etdiyini qınamışdır. Bundan başqa xalq artisti Pərviz Məmmədrzayev onun və atasının ünvanına yazdığı təhqiramiz paylaşımı İvtixar Piriyevin özünə bildirərək ayıblamışdır. Mövcud məhkəmə təcrübəsi İvtixar Piriyevin onun barəsində yaydığı təhqir xarakterli məlumatların (heyvan adları, şeytan və mənfi qüvvələr) xüsusi bilik vasitəsi ilə araşdırılmasını istisna edir. Qeyd olunan mötəbər dəlillər – İvtixar Piriyev onun barəsində yaydığı təhqir xarakterli məlumatlar sübutlar ilə təsdiq olunmasıdır. Məhkəməninxx.xx.2026-cı il tarixli iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş X6 şikayət ərizəsinin mətninə uyğun çıxış edərək, X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X3 nümayəndəsi «Ekol» Vəkil Bürosunun vəkili Müdafiəçi3 şikayət ərizəsinin məzmununa uyğun ifadə verərək, X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X19 çıxış edərək bildirmişdir ki, onun barəsində şikayət ərizəsində göstərilənlər tamamilə yalandır. O, İrəvan Dövlət Azərbaycan Dram Teatrının bədii rəhbəridir. Hazırda fəaliyyətdə olan Dram Teatrı ünvan 2 ünvanında yerləşir və bir çox dövlət əhəmiyyətli tədbirlərdə yaxından iştirak edir. xx.xx.2023-cü il tarixində Teatrın nümayəndəsi kimi AR Mədəniyyət Nazirliyinin fəaliyyət göstərdiyi inzibati binaya dəvət olunmuşdur. İrəvan Dövlət Azərbaycan Dram Teatrının 40 illiyinin keçirilməsi ilə bağlı müzakirələri olmuşdur. Onun və AR Mədəniyyət Nazirliyinin digər əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə müzakirələr aparılan zaman Azərbaycan Respulikasının Mədəniyyət Nazirinə ünvanladığı məktuba da toxunulmuşdur. Belə ki, ünvanladığı məktubun məzmununda Türkiyə Cumhuriyyətində keçiriləcək olan tamaşada Türkiyə tərəfinin dəvəti əsasında iştirak etmək istədiklərini, yalnızca nəqliyyat və yemək xərcləri ilə təmin olunmaqlarının kifayət olduğunu qeyd etmişdir. Vəfa Novruzova məktub barədə ona səfərlərinin baş tutmayacağı cavabını vermişdir. Sonradan ona aydın olmuşdur ki, Vəfa Azərbaycan Respublikası Mədəniyyət Nazirinə ünvanladığı məruzə məktubunda bütün xərclərin Nazirliyə həvalə olunmasını istədiklərini qeyd edib. O isə bunun səbəbini soruşaraq üç günlük səfər olacağı, Türkiyə tərəfinin bütün xərcləri öz üstünə götürməsi, məktubda da qeyd etdikləri kimi yalnız nəqliyyat və yemək xərclərinin kifayət etməsi, bütün xərclərin lazım olmadığı barədə onu yenidən məlumatlandırmışdır. Bundan sonra Vəfa ona “mən sənə qərəz edirəm” deyə cavab vermiş, o da öz növbəsində “mənə qərəz edirsənsə özünü yandırarsan, məni yox, çünki mən cənab Nazirə bunu məruzə edəcəm” deyə qeyd etmişdir. Bir daha bildirmişdir ki, şikayət ərizəsinin və xx.xx.2023-cü il tarixli aktın məzmununda qeyd olunmuş “Mən səni yandıracam” təhdid məzmunlu ifadəsini Vəfaya qarşı işlətməmişdir. Bundan əlavə xüsusi ittiham qaydasında şikayətdə onunla bağlı göstərilənlərlə ümumiyyətlə razı deyil, belə ki, ona qarşı əsassız ittiham irəli sürülmüşdür. Həmin facebook səhifəsi ona məxsus olsa da, həmin yazılar onun tərəfindən yazılmamışdır. Rəhbəri olduğu X26 Teatrının əməkdaşları da təsdiq edə bilərlər ki, onun iş otağında olan kompyuter, kompyuterdə isə facebook səhifəsi həmişə açıq olur, ona məxsus olan facebook səhifəsində isə həmin yazıları teatrda rejissor işləyən şəxs qəsdən yazmışdır. Onların istədikləri belə bir variantdan istifadə etməklə mənə şər atmaqdır. Lakin o özünü ona CM-nin 147.1 və 148-ci maddələri ilə elan edilmiş ittihamlar üzrə təqsirli bilmir. Bir daha qeyd edir ki, həmin yazılar onun tərəfindən yazılmamışdır. Barəsində olan xüsusi ittiham qaydasında şikayət üzrə aparılan məhkəmə araşdırmasından da narazıdır, belə ki, məhkəmə iclasında ona qarşı xüsusi ittiham qaydasında irəli sürülmüş ittiham üzrə heç bir araşdlrma aparılmamışdır, o dəfələrlə məhkəmə iclasına sədrlik edənə etiraz etsə də, onun tərəfindən verilmiş etirazlar əsassız olaraq təmin edilməmiş, xəstə olduğu dövrdə onun barəsində məhkəmə tərəfindən ardıcıl olaraq iki iclasda onun məhkəmə iclasına məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilmiş, müdafiə hüquqları pozulmuş, ona dövlət hesabına təyin edilən müdafiəçidən imtina etsə də, onun imtinası qəbul edilməmiş, ona dövlət hesabına başqa bir müdafiəçi təyin edilməmiş, ona dövlət hesabına təyin edilmiş müdafiəçi ona keyfiyyətli hüquqi yardım göstərməmiş, məhkəmə iclası bitdikdən sonra müdafiəçinin istifadəsində olan mobil nömrəyə dəfələrlə zəng etsə də, müdafiəçi onun telefon zənglərinə cavab verməmiş, onun məhkəmə iclasında müdafiəsini tam olaraq həyata keçirtməmişdir. Lakin, göstərdiyi bu hallar məhkəmə tərəfindən ümumiyyətlə nəzərə alınmamışdır. Bir daha qeyd edir ki, ona qarşı CM-nin 147.1 və 148-ci maddələri ilə irəli sürülmüş itihamla özünü təqsirli bilmir. Məhkəmə xüsusi ittihamçının nümayəndəsini, təqsirləndirilən şəxs X9 ifadələrini dinləyərək, həmçinin cinayət işi üzrə toplanılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X9 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığı üçün ona həmin maddə ilə bəraət verilməli, X13 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək, cəzalandırılmalıdır. Belə ki, xüsusi ittiham qaydasında şikayət üzrə iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 23 avqust 2023-cü il tarixli aktdan görünür ki, 29 avqust 2023-cü il tarixində, saat 15:00-da Azərbaycan Respublikası Prezidentinin “İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamın icrası ilə əlaqədar təntənəli yubiley tədbirinin təşkili məqsədilə İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru X24 sektoruna dəvət edilmiş, qeyd olunan məsələ ilə bağlı onunla müzakirələr aparılmışdır. Müzakirələr bitdikdən sonra nazirin müşaviri X20 X14 dəvəti ilə Türkiyənin 14 şəhərində İrəvan Teatrının qastrollarının keçirilməsi ilə bağlı İ.Piriyevə səfərin rəhbərlik tərəfindən məqsədəuyğun hesab olunmadığı barədə məlumat vermişdir. Bundan sonra İvtixar Piriyev həmin müraciətin icraçısı olduğu üçün teatr sektorunun müdiri vəzifəsini icra edən Vəfa Novruzova ilə yüksək tonda, nalayiq tərzdə danışmağa başlamış, “mən bilirəm, Vəfa, bunlar sənin işindir. Sən qəsdən o xidməti məlumata qida xərclərini də əlavə etmisən ki, məbləğ çoxalsın və nazir etiraz etsin. Mən bilirəm nə edəcəm, mən nazirlə görüşüb, hər şeyi danışacam. Mən səni yandıracam!" deyərək, onu təhdid etmişdir. Aktı Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin müşaviri Oleq Əmirbəyov, nazirliyin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsi Teatr sektorunun əməkdaşları Nəsibə Əsgərova və Sevda Quliyeva imza etmişdir. 21 sentyabr 2023-cü il tarixli aktdan görünür ki, X25 Novruzovanın şikayət ərizəsi ilə tanış olduqdan sonra həqiqətən də sonuncu barəsində facebook sosial şəbəkəsində özünün istifadə etdiyi şəxsi ünvanı (İftihar Piriyev) vasitəsilə paylaşımlar etdiyini təsdiqləmiş, hazırda izahat yazmaq istəmədiyini bildirərək növbəti günlərin birində yazılı izahat təqdim edəcəyini bildirmişdir. Aktı İnsan kapitalının idarə edilməsi şöbəsinin müdiri Şahin Həsənov və müdir müavini Turan Babayeva imza etmişdir. “İftihar Piriyev” adlı istifadəçi tərəfindən xx.xx.2023-cü il tarixdə “Facebook” platformasında edilmiş paylaşımdan görünür ki, “HEÇ VAXT VƏFA AXTARMAYİN, ADİ VƏFA OLAN İTDƏ! YALİNİ AZ VERƏN ZAMAN, QAPİR ƏN VƏFALİ İT DƏ!” yazısını paylaşmışdır. “İftihar Piriyev” adlı istifadəçi tərəfindən xx.xx.2023-cü il tarixdə “Facebook” platformasında edilmiş paylaşımdan görünür ki, “ÇAŞDİLAR, VƏFA DEDİLƏR BİR GÜN BİR İTİN ADİNA, XƏYANƏT ETDİ, DÖYDÜLƏR, EL YİĞİŞDİ FƏRYADİNA” yazısını paylaşmışdır. “İftihar Piriyev” adlı istifadəçi tərəfindən xx.xx.2023-cü il tarixdə “Facebook” platformasında edilmiş paylaşımdan görünür ki, “YİĞİŞİB, VƏFA QOYDULAR BİR GÜN BİR İTİN ADİNİ. İT QUDURDU, ÇİĞNADİLAR, DÜNYA DUYDU FƏRYADİNİ” yazısını paylaşmışdır. “İftihar Piriyev” adlı istifadəçi tərəfindən xx.xx.2023-cü il tarixdə “Facebook” platformasında edilmiş paylaşımdan görünür ki, “VƏFA ADİ QOYMAYİN HƏR VƏFASİZ İTƏ, SİZ, VƏFASİZ İT İÇNDƏ YOXSA VALLAH, İTƏRSİZ!” yazısını paylaşmışdır. “İftihar Piriyev” adlı istifadəçi tərəfindən xx.xx.2023-cü il tarixdə “Facebook” platformasında edilmiş paylaşımdan görünür ki, “ƏGƏR VƏFADİRSA BİR İTİN ADİ, O DEMƏK DEYİL Kİ, O, VƏFALİDİR! ÇOMAĞİ ƏLİNDƏN QOYMA, QARDAŞİM, VƏFA LİBASİNDA MİN İLAN YATİR!” yazısını paylaşmışdır. “İftihar Piriyev” adlı istifadəçi tərəfindən xx.xx.2023-cü il tarixdə “Facebook” platformasında edilmiş paylaşımdan görünür ki, “SABAH-SABAH BİR İT QAPDİ QİÇİMDAN, İTİN ADİ VƏFA İMİŞ, SƏN DEMƏ. GÖZLÜYÜNÜN ARXASİNDA GİZLƏNƏN İT BAXİŞİ FƏNA İMİŞ, SƏN DEMƏ” yazısını paylaşmışdır. “İftihar Piriyev” adlı istifadəçi tərəfindən xx.xx.2023-cü il tarixdə “Facebook” platformasında edilmiş paylaşımdan görünür ki, “AĞLİ UÇUQ, GÖZÜ KOR, VƏFA ADLİ İTƏ BAX. GÖR BİZƏ KİM DƏRS DEYİR, KİMƏ MÖHTACİQ, ALLAH!” yazısını paylaşmışdır. “İftihar Piriyev” adlı istifadəçi tərəfindən xx.xx.2023-cü il tarixdə “Facebook” platformasında edilmiş paylaşımdan görünür ki, “İTİN ADİ VƏFAYMİŞ, SÜRDÜYÜ XOŞ SƏFAYMİŞ. BİR GÜN AYİLAR GÖRƏR, SƏFA DEYİL, CƏFAYMİŞ!” yazısını paylaşmışdır. “İftihar Piriyev” adlı istifadəçi tərəfindən xx.xx.2023-cü il tarixdə “Facebook” platformasında edilmiş paylaşımdan görünür ki, “BÜTÜN CƏMİYYƏT BİLİR Kİ, İRƏVAN TEATRİNİN ERMƏNİ FAŞİSTLƏRİ KİMİ MƏNFUR DÜŞMƏNİ VAR! ƏLAVƏ, VƏFA NOVRUZOVA KİMİ MİLLİ MƏNLİYİ OLMAYAN, KÖNÜL BULANDİRAN MİLÇƏKLƏRİ QOVAMAĞA NƏ HACƏT?” yazısını paylaşmışdır. “İftihar Piriyev” adlı istifadəçi tərəfindən xx.xx.2023-cü il tarixdə “Facebook” platformasında edilmiş paylaşımdan görünür ki, “YAZDİĞİM BƏZİ TƏNBEHLƏRLƏ BAĞLİ İNBOKSUMA İSMARİC EDƏRƏK “ƏLLƏRİNƏ VƏ ÜRƏYİNƏ SAĞLİQ! NƏ ÜRƏYİMİZDƏN DEYİRSƏƏN!” KİMİ OXŞAR FİKİRLƏR YAZANLARA: - YA SUSUN, YA DA AÇİQDA YAZİN, QORXMAYİN!” yazısını paylaşmışdır. “İftihar Piriyev” adlı istifadəçi tərəfindən xx.xx.2023-cü il tarixdə “Facebook” platformasında edilmiş paylaşımdan görünür ki, “BİR ALÇAQDA VƏFA GƏZDİM, DEMƏ, ZATİ QİRİQ İMİŞ! İNANİB BEL BAĞLAMİŞDİM, DEMƏ, AĞZİ CİRİQ İMİŞ!” yazısını paylaşmışdır. “İftihar Piriyev” adlı istifadəçi tərəfindən xx.xx.2023-cü il tarixdə “Facebook” platformasında edilmiş paylaşımdan görünür ki, “SİÇOVULA OXŞAYANA VƏFA ADİ YARAŞMİR! HƏR HEYVANİN ÖZ ADİ VAR, SƏNİNKİ DƏ SİÇOVUL! “İNTRİQANT”, “DANOS” VERƏN, PAXİL, QİSQANC, ZİYANKAR, BELƏSİNƏ BELƏ BAĞLASAN, GÜVƏNSƏN, YOLYN AZAR!” yazısını paylaşmışdır. “İftihar Piriyev” adlı istifadəçi tərəfindən xx.xx.2023-cü il tarixdə “Facebook” platformasında edilmiş paylaşımdan görünür ki, “ŞİMPANZEYƏ OXŞAYAN BİR MURDARİN ADİNİ, VƏFA QOYDU ATASİ, ÇİXARTMAQÇÜN DADİNİ! QİZ BÖYÜDÜ, PİSLƏŞDİ, SÖYDÜRDÜ ATASİNİ, BİRCƏ KƏRƏ DUYMADİ ATANİN FƏRYADİNİ!” yazısını paylaşmışdır. “İftihar Piriyev” adlı istifadəçi tərəfindən xx.xx.2023-cü il tarixdə “Facebook” platformasında edilmiş paylaşımdan görünür ki, “BİR REJİSSOR” TANİYİRDİM, QABAQDA BUYRUQ QULU! İNDİ ONUN QİZİ GƏLİB, BAŞİMİZA “DƏRD” OLUB!” yazısını paylaşmışdır. “İftihar Piriyev” adlı istifadəçi tərəfindən xx.xx.2023-cü il tarixdə “Facebook” platformasında edilmiş paylaşımdan görünür ki, “ALTDAN KƏSƏN SİÇOVUL, OVUL, QUM KİMİ OVUL! TEATR SEKTORUNDAN, İT QOVULAN TƏK QOVUL!!!” yazısını paylaşmışdır. “İftihar Piriyev” adlı istifadəçi tərəfindən xx.xx.2023-cü il tarixdə “Facebook” platformasında edilmiş paylaşımdan görünür ki, “VƏFA DEYİLƏN CADİ, QOVULARSAN İNŞALLAH! SƏN QOVULMASAN VALLAH, SONA QƏDƏR GEDƏCƏYƏM! MƏNFUR ƏMƏLLƏRİNLƏ SƏNİ İFŞA EDƏCƏM!” yazısını paylaşmışdır. “İftihar Piriyev” adlı istifadəçi tərəfindən xx.xx.2023-cü il tarixdə “Facebook” platformasında edilmiş paylaşımdan görünür ki, “ÖL YERƏ KEÇ AY CADİ, ƏRŞƏ ÇİXİB FƏRYADİN! O QƏDƏR SARSİLİBSAN, YADİNDAN ÇİXİB ADİN!” yazısını paylaşmışdır. “İftihar Piriyev” adlı istifadəçi tərəfindən xx.xx.2023-cü il tarixdə “Facebook” platformasında edilmiş paylaşımdan görünür ki, “HƏR KƏS EŞİTSİN, BİLSİN!!! MƏN HƏYATİMİ İRƏVAN TEATRİNA VERMİŞƏM ONA GÖRƏ YOX Kİ, VƏZİFƏSİNDƏN SUİ İSTİFADƏ EDƏN VƏFALAR ONU İYRƏNC ƏMƏLLƏRİNİN OYUNCAĞİNA ÇEVİRSİNLƏR, MƏN DƏ GÖZ YUMUM!!!” yazısını paylaşmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-200/2024 saylı, 19 dekabr 2024cü il tarixli qərarına əsasən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X10 müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürsonun vəkili Müdafiəçi4 vəsatəti təmin edilmiş və iş üzrə məhkəmə linqivistik ekspertizası təyin olunmuş və iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 fevral 2025-ci il tarixli, 4/115 nömrəli məhkəmə-linqvistik ekspertizasının rəyindən görünür ki, ekpertizaya təqdim olunmuş “könül bulandıran milçəkləri”, “itin adı Vəfa imiş, sən demə”, “şimpanzeyə oxşayan bir murdarın”, “siçovula oxşayana Vəfa adı”, “intriqant”, “danos verən, paxıl, qısqanc, ziyankar”, “dırnaqda qalan, nal altında tozlanan bir əsgidir, “klim”dir” “Vəfa deyilən cadu”, “Altdan kəsən siçovul” söz, söz birləşmələri və ifadələr təhqiredici semantikaya malikdir. Təqdim olunan materiallarda işlədilən söz və ifadələrin böhtan olub-olmamasının araşdırılması xüsusi bilik tələb etmədiyindən məhkəmə ekspertinin səlahiyyətinə aid deyildir. Məhkəmə təqsirləndirilən şəxs X13 tərəfindən sosial şəbəkə hesablarında, yəni internet informasiya ehtiyatında yayılmış yazılarda xüsusi ittihamçı X3 şərəf və ləyaqətini ləkələyən nalayiq formada qəsdən alçaltmaqla onu təhqir etməsi ilə bağlı xüsusi ittiham qaydasında şikayətin dəlillərinə mübasibət bildirərək hesab edir ki, həmin dəlillər əsaslıdır və məhkəmə araşdırması zamanı tədqiq olunmuş, biri digərini tamamlayan mötəbər sübutlarla açıq-aşkar təsdiq olunur. Belə ki, xüsusi ittiham qaydasında şikayətə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş X9 “İftihar Piriyev” adlı sosial şəbəkə hesabında 07 sentyabr 2023-cü ildən başlayaraq müxtəlif tarixlərdə etdiyi paylaşımlardan görünür ki, o, kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında X4 qarşı “it”, “könül bulandıran milçək”, “şimpanzeyə oxşayan bir murdar”, “siçovula oxşayan”, “intriqant”, “danos verən, paxıl, qısqanc, ziyankar”, “dırnaqda qalan, nal altında tozlanan bir əsgi, “kilim” “altdan kəsən siçovul”, “Vəfa deyilən cadı” kimi söz və ifadələrdən istifadə etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 fevral 2025-ci il tarixli, 4/115 nömrəli məhkəmə-linqvistik ekspertizasının rəyindən görünür ki, ekpertizaya təqdim olunmuş “könül bulandıran milçəkləri”, “itin adı Fəfa imiş, sən demə”, “şimpanzeyə oxşayan bir murdarın”, “siçovula oxşayana Vəfa adı”, “intriqant”, “danos verən, paxıl, qısqanc, ziyankar”, “dırnaqda qalan, nal altında tozlanan bir əsgidir, “klim”dir” “Vəfa deyilən cadu”, “Altdan kəsən siçovul” söz, söz birləşmələri və ifadələr təhqiredici semantikaya malikdir. Sözügedən ifadələr X9 özünə məxsus “İftihar Piriyev” adlı sosial şəbəkə hesabında X6 barəsində bildirdiyi söz və ifadələr təhqir xüsusiyyətlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanılmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma - min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilmişdir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatların doğru olmaması; belə məlumatların yayılması. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barədə mənfi rəy yaradan məlumatlar başa düşülür. Məlumatın yalan olması dedikdə onun həqiqətə uyğun olmaması başa düşülür. Məlumatı yayma dedikdə başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma başa düşülür. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü iltarixli Qərarının 6-cı bəndində göstərilir ki,məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur. Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər. Digər tərəfdən, məhkəmə qeyd edir ki, faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Xüsusi ittihamçının böhtan hesab etdiyi cümlələri X19 fikir kimi səsləndirmiş, bu baxımdan həmin fikirlərin həqiqətə uyğun olubolmamasını sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Avropa Konvensiyasının 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur. Məhkəmədə böhtan sayıla biləcək bəyanatların doğruluğunun sübut edilməsi məsələsi ətrafında geniş təcrübə formalaşdırmışdır. Diffamasiya ilə bağlı ilk Lingens Avstriyaya qarşı, 1986, Dyuldin və Kislov Rusiyaya qarşı, 2007, işində məhkəmə ərizəçi jurnalistin Federal Kansleri tənqid etmək üçün kobud ifadə istifadə etdiyi o cümlədən onu "rəzil opportunizm","mənəviyyatsız" və "ləyaqətsiz" davranışda ittiham etdiyi vəziyyətlə üzləşmişdi. Avstriya məhkəmələri ərizəçini bəyanatlarının həqiqiliyini sübut edə bilmədiyi üçün təqsirli hesab etmişdir. Məhkəmə qeyd etmişdir ki, faktlarla bağlı bəyanatlar və rəylərlə bağlı bəyanatlar və ya subyektiv dəyərləndirmələrdə fərq mövcuddur: Məhkəmənin fikrincə faktlar və obyektiv qiymətləndirmələr diqqətli şəkildə fərqləndirilməlidir. Faktların mövcudluğu göstərilə bilər, halbuki obyektiv qiymətləndirilmələrin həqiqiliyi sübutetməyə həssas deyil. Subyektiv baxımdan bu tələbi yerinə yetirmək mümkün deyil və o, Konvensiyanın 10-cu Maddəsi ilə təmin edilən (mad. 10) hüququn mühüm hissəsi olan fikir azadlığını pozur. Bənzər olaraq silsilə saxtakarlıqlar haqqında məqaləni əhatə edən Dalban Rumıniyaya qarşı, 1999 işində Məhkəmənin Böyük Palatası qeyd etmişdir: Jurnalistin tənqidi fikirlərinin həqiqiliyini sübut etmədən onları ifadə etməsini qadağan etmək yolverilməz olardı. Məhkəmə ardıcıl olaraq milli hüququ sistemlərinin faktları və rəyləri fərqləndirməsinin və sonuncunun həqiqiliyinin sübutunu tələb etməməsinin zərurətini vurğulamışdır. Qorelişvili Gürcüstana qarşı, 2007 işində Məhkəmə diffamasiya işində ifadə azadlığı hüququnun pozulduğunu aşkarlamışdır, çünki yerli hüquq sistemi "eyni "məlumata" (cnobebi) istinadən, subyektiv fikirlər və faktların bəyan edilməsi arasında heç bir fərq qoymamışdı və cavabdeh tərəfin istənilən bu cür "məlumatın" həqiqiliyini sübut etməsini tələb etmişdi". Məhkəmə qeyd edir ki, işin mühüm əhəmiyyət kəsb edən halları baxımından hazırkı cinayət işi ilə Lingens Avstriyaya qarşı işi arasında olan bənzərlik həmin presedentin hazırki işə tətbiqini şərtləndirir. Xüsusi ittiham qaydasında verilmiş şikayət araşdırılarkən müəyyən edilmişdir ki, həmin dərc edilən yazılarda CM-in 147.1-ci maddəsi ilə cinayət məsuliyyəti yaranması üçün yuxarıda sadalanan üç hal məcmu şəkildə müəyyən edilməmişdir. Belə ki, xüsusi ittihamçı Vəfa Novruzova onun tərəfindən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsə qarşı İrəvan Teatrının fəaliyyətinə mütəmadi səkildə manelər törətməyə çalışması, vəzifə səlahiyyətlərindən suiistifadə edərək teatrın fəaliyyətinin dinamikasını pozmağa çalışması və digər məlumatların böhtan xarakterli məlumat olduğunu bildirmişdir. Lakin, X9 əməlində böhtan cinayətinin tərkibinin yaranması üçün yuxarıda sadalanan üç hala da rast gəlinmir. Məhkəmə göstərilən halları nəzərə alaraq və qeyd olunan normaları, habelə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərini («...şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir...») rəhbər tuturaq hesab edir ki, təqsirləndirilən şəxs X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Yuxarıda təsvir olunanlardan da görünür ki, məhkəmə baxışı zamanı ittiham tərəfi X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Beləliklə, məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, X15 ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilməmişdir. Buna görə də, sonuncuya həmin maddə ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, bu Məcəllənin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və 349.4-cü maddənin tələbinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3-cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə - məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Məhkəmə araşıdırması zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxs X13 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi tam sübuta yetirilmişdir. Bununla əlaqədar məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Şərəf - cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət – şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz – şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» 14 may 1999-cu il 7 saylı qərarına görə, yayma dedikdə, başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları bir şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirmə başa düşülür. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsaltəsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Subyektiv cəhətdən birbaşa qəsdlə törədilən bu cinayət hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar yayıldığı andan başa çatmış sayılır. Məhkəmə eyni zamanda təqsirləndirilən şəxs X9 özünü ona elan edilmiş ittihamla təqsirli bilməməsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə iclasına təqsirləndirilən şəxs X13 ona məxsus “facebook” sosial şəbəkəsində olan yazıların onun tərəfindən yazılmadığını, ona məxsus kompüterinin, facebook sosial şəbəkəsinin açıq olduğunu, kompüterinin parolu olmadığını, həmin yazıların teatrdakı rejissor tərəfindən yazıldığını bildirmişdir. Xüsusi ittiham qaydasında şikayətə əlavə edilmiş sənədlərdən görünür ki, təqsirləndirilən şəxs X13 ona məxsus facebook sosial şəbəkəsindəki “İftihar Piriyev” səhifəsində yazdığı statuslara cavab verən şəxslərdən “Parviz Mammdrzayev”, “Melahat Abbasova” adlı şəxslərə cavablar yazmışdır. Eyni zamanda 07 sentyabr 2023-cü il tarixdə “Heç vaxt Vəfa axtarmayın adı Vəfa olan itdə! Yalını az verən zaman, qapır ən vəfalı it də!” paylaşımından sonra, başqa bir paylaşım etmiş, həmin paylaşımda “Quş adasında, Əkbər bəy qardaşımın evində adıma kəsilən tort məni çox mutlu etdi” mətnində paylaşım etmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Priyev İvtixar 07 sentyabr 1960-cı il tarixdə anadan olduğu görünür. Belə olan halda, təqsirləndirilən şəxsə məxsus facebook sosial şəbəkəsindəki səhifədən 07 sentyabr 2023-cü il tarixdə başqa şəxsin müxtəlif məzmunlu paylaşımlar etməsi istisna olunur. Yuxarıda göstərilənlərə əasən, məhkəmə təqsirıəndirilən şəxs X10 facebook sosial şəbəkəsində ona məxsus səhifədən edilən paylaşımların onun tərəfindən yazılmamasına dair xüsusi ittiham qaydasında şikayətə etiraz olaraq göstərdiyi dəlilini əsassız hesab edir. Azərbaycan Respubikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli qərarına əsasən: Məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır (2-ci bənd); Avropa Məhkəməsinin presedent hüququnda demokratik sistemin davamlılığı baxımından söz azadlığının əhəmiyyətinə xüsusi diqqət yetirilir. Bununla belə, o da nəzərə alınmalıdır ki, fikri ifadə etmək azadlığı Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün məhdudiyyətlərə məruz qala bilər (4-cü bənd); CM-nin 148-ci maddəsinin mənasına görə, şəxs təhqirə, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. (5-ci bənd); Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur. Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (6-cı bənd). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs ona qarşı verilmiş xüsusi ittiham qayasında şikayət üzrə özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən xüsusi ittihamçının nümayəndəsi və vəkilinin ifadəsinə, işdə olan sübutların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində təhqir cinayətinin tərkibi vardır, cinayət əməlinin X13 tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə tövsif edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X1 X18 xx.xx.2023-xx.xx.2023-ci il tarixlərində “Facebook” sosial şəbəkəsində təhqir etmişdir, artıq cinayət əməlinin törədildiyi gündən iki ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 75.1.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz; 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır; Məlum olduğu kimi, təqsirləndirilən şəxs X13 Azərbaycan Respublikası CM-nin 148ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 39.1.3-cü maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə aşağıdakılara riayət edərək ittiham hökmü çıxarır: 44.2.1. bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə;.. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın “Qanunsuz cəzalandırılmamaq” adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Məhkəmə qeyd edir ki, cinayət əməlinin törədildiyi gündən, hal-hazırdək iki ildən artıq müddət keçmişdir, bu müddətdə isə təqsirləndirilən şəxsin yeni cinayət törətməsi barədə məlumat qeydə alınmamışdır. Məhkəmə həmin halları, həmçinin bu Məcəllənin cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçməsi ilə əlaqədar cinayət işi üzrə icraata xitam verilməsinə dair müdafiə tərəfinin razılığının olmamasını və istinad edilən maddi hüquq normalarının tələblərini rəhbər tutaraq, hesab edir ki, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən təqsirləndirilən şəxə cəza təyin edilməməklə barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə təqsirləndirilən şəxsi cəza təyin edilməməli olduğundan, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış müvafiq sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 300 (üç yüz) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs X7 tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi6nın təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 20 (iyirmi) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi6 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, X12 göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi6 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 220 (iki yüz iyirmi) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X12 AR CPM-in 42.1.2-ci maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə CM-in 147.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilsin. X13 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən təqsirləndirilən şəxs X12 cəza təyin edilməsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 300 (üç yüz) manat məbləğində pul vəsaiti X7 tutularaq X8 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. X12 göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi6 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 220 (iki yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan, rəsmi qaydada elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məşhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim : Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №1(001)-19/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-19/2025
05.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver