Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-190/2023 01.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, xx xxxxxxxx 1997-ci il tarixdə Naxçıvan MR, Babək rayonu,Qaraxanbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, subay, orta təhslli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talama məqsədilə 17 oktyabr 2022-ci il tarixdə saat 01.00 radələrində ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus “Nirlat” tikinti marterialları mağazasının arxa hissəsinə gələrək, orada yerdən götürdüyü dəmir parçası ilə mağazanın pəncərəsinin üzərindəki dəmir barmaqlığa fiziki güc tətbiq edib əydikdən sonra, həmin plastik pəncərinin şüşəsini eyni dəmir parçası ilə sındırmaqla mağaza binasının içərisinə qanunsuz daxil olaraq, orada iş masasının çəkməsinə yerləşdirilmiş qırmızı rəngli kitabçanın arasında saxlanılan 3 800 (üç min səkkiz yüz) manat və həmin masanın üzərindəki saxlanc yerləri hesab edilən kassa aparatının açıq olmasından istifadə edib qanunsuz daxil olaraq, kassa aparatının içərisində saxlanılan 490 (dörd yüz doxsan) manat nağd pulu gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 4 290 (dörd min iki yüz doxsan) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Naxçıvan MR-nın Naxçıvan şəhəri, Qaraxanbəy kəndində pasport qeydiyyatında olsa da, faktiki Bakı şəhəri, Binəqədi rayonu ərazisində müxtəlif ünvanlarda kirayədə yaşayır.2022-ci ilin oktyabr ayının 11-də Bakı şəhərinə iş tapıb işləmək üçün gəlmişdir.Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində kirayə 3 manatdan gündəlik ev tapıb qalmışdır.Bakı şəhəri,Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində bir mağazada fəhlə axtardıqları barədə elan oxuyub həmin ünvanda yerləşən “Nirlat” tikinti marterialları mağazasında fəhləyə ehtiyac olduğunu üçün mağaza sahibi Canpoladla danışıb ayı 350 manata fəhlə kimi işləməyə razılaşmışdır.14 oktyabr 2022-ci il tarixdən işləməyə başlamış, 15 oktyabr tarixdə Canpolad ona 20 manat pul vermişdir.16 oktyabr 2022-ci ildə saat 08:00-da işə getmiş, axşam işdən çıxanda marketdən bir ədəd pivə və 3 ədəd spirtli enerji içkisi alıb, qaldığı evə gedib tək içmişdir.17 oktyabr 2022-ci il saat 01:00 radələri əlavə spirtli içki qəbul etmək istəmiş, lakin pulu olmamış, ona görə Canpoladın mağazasından oğurluq etmək üçün mağazanın arxa tərəfindən daxil olmaq qərarına gəlmişdir.Mağazanın arxa tərəfində mağazanın özü ilə mişar daşından olan hasar arasında məsafə olmuş, oranın üstü dəmir armaturla (barmaqlıqlarla) bağlanmış, dəmir nazik olduğundan bir qədər fiziki güc tətbiq etmiş, qaynaq yerindən qopmuş və oraya düşüb mağazanın içinə keçmək üçün orada olan dəmir armaturları (barmaqlıqlarla) dəmir linglə fiziki güc tətbiq edərək sındırmış, pəncərə iki qat şüşədən oduğundan dəmir linglə şüşəni də sındırıb mağazanın içərisinə daxil olmuşdur.Mağazaya daxil olmamışdan əynində olan krem rəngli gödəkçəni çıxarıb yerə qoymuş, əynində qısa qol gödəkçə, üzün qol boz rəngdə kofta qalmışdır.O, üst gödəkçəni ona mane olmaması üçün çıxarmışdır.Həmin vaxt mağazanın salonunun işıqları yanılı olmuş, ona görə də müşahidə kamerasında sifəti görünməməsi üçün qayıdıb, çöldə olan uzun qol köynəyi götürüb başına keçirmişdir.Mağazanın içərisində birinci olaraq masanın dolabını açmış, rezinlə bağlanmış 60 ədəd bir manatlıq əskinasları götürmüş, dolabda olan qırmızı rəngli qeydiyyat kitabını götürüb vərəqlədikdə bir yerdə 4 (dörd) ədəd 100 manatlıq əskinasları, digər vərəqin arasından isə bir ədəd 50 manatlıq əskinası götürmüşdür.Oradan keçib kassa aparatına baxdıqda aparat açıq olmuş, oradan 20, 10, 5, 1 manat əskinasları götürmüşdür.Sonradan müşahidə kamarasını yararsız vəziyyətə salmaq üçün müşahidə kamerasının kabellerini mağazada olan kəlbətinlə kəsmiş, yaddaş avadanlığını götürüb zirzəmidə olan boya qablarının arxasına atmışdır.Mağazadan sındırdığı pəncərə şüşəsi əlini kəsməməsi üçün mağazanın arxaya açılan qapısının içəri tərəfindən olan cəftəsini açıb çıxmışdır.Mağazadan çıxandan sonra yolda oğurladığı pulları saydıqda təxminən 620 manat pul olduğunu görmüşdür. Oğurladığı pulları müxtəlif yerlərdə, kafelərdə xərcləmişdir.21 oktyabr 2022-ci il tarixdə onu X3 RPİ-nin 7-ci PB-nin əməkdaşları saxlamış, polis bölməsində etdiyini etiraf edib oğurluqla bağlı izahat yazmışdır.O, Zərərçəkmiş şəxs məxsus mağazadan cəmi 620 manat pul olduğunu görüb, həmin məbləği oğurladığını bildirmiş, 4 290 manat oğurlamadığını göstərmişdir. O, həmçinin göstərmişdir ki, mağaza sahibi orada işlədiyi 2-ci gün ona 20 manat pulu dəftərin arasından götürüb vermiş və bilmişdir ki, o, dəftərin arasında pul saxlayır.O, həmçinin bilirdi ki, mağazada alver pulu kassanın siyirtməsində olur, ona görə də mağazaya girən kimi 1-2 dəqiqə ərzində oradan pulları götürüb getmişdir.Onun mağaza müdiri Canpoladla və başqa şəxslə heç bir ədavəti olmamış, nə üçün onun mağazadan 4 290 manat pul oğurlanmasını göstərməsinin səbəbini bilmir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, sıra 9, 81 ünvanında «Nirlat» tikinti materialları mağazasını icarə əsasında işlədir. xx.xx.2022-ci il tarixdə saat 19:00 radələrində mağazanı bağlayıb evə getmişdir. xx.xx.2022-ci il il tarixdə saat 08:00 radələrində mağazaya gələrək qapını açıb içəriyə daxil olmuş, kassa aparatının siyirtməsinin açıq vəziyyətdə olduğunu, aparatın siyirtməsində və qeydiyyat kitabının arasında olan cəmi 4 290 manat nağd pulun oğurlandığını aşkar etmişdir.Bundan başqa, dəyəri 280 manat olan təhlükəsizlik kamerasının yaddaş avanlığı oğurlanmış, 150 manat dəyərində pəncərənin dəmir barmaqlığı və 50 manat dəyərində pəncərə şüşəsi sındırılmışdır. Mağazadan tikinti materialları və digər əmlak oğurlanmamışdır.O, mağazanı bağlayıb evə getdiyi zaman mağazanın içərisində olan elektrik işıqları həmişə olduğu kimi yanılı vəziyyətdə olmuşdur.Mağazada olan əmlak bütünlüklə ona məxsusdur.Mağazada fəhlə kimi hadisəyə qədər Təqsirləndirilən şəxs adlı cavan oğlan üç gün işləmişdir.Bundan başqa, mağazada Təliyyə adlı qadın kassir vəzifəsində işləyir.Mağazadan oğurlanmış pullar cəmi 4 290 manat olub, həmin pulun 3 800 manatı qeydiyyat kitabının arasında olub, 490 manat isə kassada olmuşdur.3 800 manatın 60 manatı bir manatlıq əskinaslardan ibarət olmuşdur. Qeydiyyat kitabının arasında olan pulların çoxu 100, bir hissəsi isə 50 manatlıq əskinaslardan ibarət idi.Kassanın siyirtməsində olan pullar isə 20, 10, 5, 1 manatlıq əskinaslardan ibarət idi.Təqsirləndirilən şəxs ifadəsində və üzləşmə zamanı məsuliyyəti yüngülləşdirmək üçün oğurladığı pulların az miqdar olmasını yalandan göstərmiş, əslində o, mağazadan 4 290 manat pul oğurlamışdır. O, həmçinin oğurluq edən Təqsirləndirilən şəxs mağazadan cəmi 620 manat pul oğurlamasını cəzasını yüngülləşdirmək məqsədi ilə yalan göstərməsini, əslində Taleyin mağazadan dəqiq olaraq 4 290 manat pul oğurladığını bildirmişdir.O, ərizə və ilk ifadəsində mağazadan kameraların yaddaş qurğusunun da oğurlanmasını göstərsə də hadisədən 4 gün sonra baxış zamanı kameraların yaddaş bloku mağazada boya qablarının arxasında keçid çətin olan yerdə naqilləri kəsilmiş və tullanmış vəziyyətdə aşkar edilib təhqiqatçı tərəfindən götürülmüşdür.Həmişə mağazanı bağlayarkən kassada və dəftər arasında az miqdar pul qalsa da firmaya pul ödəcəyi üçün pulu həmin vaxt evə aparmadığını göstərmişdir.Təqsirləndirilən şəxs 3 gün ərzində mağazada işləyərkən alver pulunu stolun üzərində olan dəftərin arasında, stolun siyirtməsində və kassanın siyirtməsində yığılmasını görmüşdür.O, Taleyə oğurluqdan əvvəlki gün 20 manat pul verərkən pulu stolun üzərindəki dəftərin arasından götürüb verməmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın ödənilmədiyini, buna görə də, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid bildirmişdir ki, o sahibkarlıq fəaliyyəti ilə məşğuldur, ünvan 6 ünvanda yerləşən “Nirlat” adlı tikinti materialları mağazasında kassir işləyir.Mağazadakı mallar onunla birlikdə işləyən Zərərçəkmiş şəxs vəsaiti ilə alınmış və ona məxsus olmuşdur.Mağazada 17 oktyabr 2022-ci il tarixə keçən gecə kassadan və stolun siyirtməsindən, daha sonra dəftərin arasından 4 290 manat məbləğdə nağd pul oğurlanmışdır.Belə ki, stolun siyirtməsində və dəftərin arasında 3 800 manat, kassa aparatının siyirtməsində isə 490 manat pul olmuşdur.O, oğurluqdan əvvəlki tarixdə evə gedərkən kassanın siyirtməsində 490 manat pul qalmış, stol siyirtməsində və dəftərin arasında isə 3 800 manat pul olmuşdur.Canpolad satılan malların pulunu ödəyəcəyi üçün pulu həmin tarixdə evə aparmamışdır.Oğurluqdan əvvəl 3 gün ərzində mağazada Tale aldı şəxs fəhlə kimi işləmiş, mağazada alış -veriş olarkən mağazada olmuş və pulları qoyulan yeri bilmişdir.Oğurluğun səhəri gün isə o, işə gəlməmişdir. Oğurluqdan sonra polisə bu barədə məlumat verdikdən sonra polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmiş, lakin mağazanın içində olan kameraların yaddaş qurğusu aşkar edilməmişdir.Oğurluqdan 4 gün sonra polis əməkdaşları mağazada təkrar baxış keçirtməyə gəlmiş və zirzəmidə boya qablarının arxasında kameraların yaddaş qurğusunu aşkar edib götürmüşdürlər.O,həmçinin göstərmişdir ki, kassada 490 manat, stolun siyirtməsində və kitabın arasında mallara görə ödəniləcək 3 800 manat pul olmasını dəqiq bilmişdir, bu pulların çoxu 100 manatlıq, bir hissəsi 50 manatlıq, 60 manat isə 1 manatlıq pullar olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayandır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir.Təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, məhkəmə baxışı zamanı toplanmış sübutlara, zərərçəkmiş şəxsin və şahid ifadələrinə əsasən məlum olur ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir.Odur ki, təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır.Həmçinin, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cinayəti qismən etiraf etməsi, onu gözləyən ağır cəzadan yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirilməlidir, belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə həmin cinayəti törətməsi təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi və iş materialları ilə tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf etməsini, törətdiyi cinayət əməlindən peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən, Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların isə olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətdiyindən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs cəzasının əvvəli, tutulduğu tarixdən, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalıdır.Belə ki, Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi polis polkovnik leytenantı Fəxrəddin Şirəliyev tərəfindən qəbul olunmuş “şübhəli şəxsin tutulması haqqında” qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuşdur.Həmçinin, Bakı şəhər Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1236/2022 saylı qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs seçilməsi və həbsdə saxlanma müddətinin əvvəli 25 oktyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılmalıdır. Eyni zamanda, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübutlar –iş üzrə hadisə anının görüntüsü olan 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, müdafiçəsi məhkəmə prosesində təyinatla iştirak etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, Müdafiəçi hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 30 saat vaxt sərf etmişdir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən, yəni 25 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut- iş üzrə hadisə anının görüntüsü olan 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 30 (otuz) saat hüquqi xidmətin dəyəri 180 (yüz səksən) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********, m/hAZ37NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB*************** *****, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-190/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-190/2023
01.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver