Məhkəmə qərarları › İş №1(001)-192/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-192/2020

22.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-192/2020 22.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi4, Müdafiəçi1, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə,

1. xx.xx.1985-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Sumqayıt şəhər Pİnin İŞ-də istintaq olunan ********* nömrəli cinayət işi üzrə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan,

Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə

2. xx.xx.1979-cu il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 2 ünvanda qeydiyyatda olmaqla Sumqayıt şəhəri, “Qurd dairəsi” adlanan ərazidə yerləşən fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan,

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə

müəyyən etdi:

Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxxx 2019-cu il tarixdə saat 04 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi sonuncunun qardaşı Şahid3 məxsus **-TF- *** dövlət qeydiyyat nişanlı “Opel Zafira” markalı avtomaşınla Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar massivində yerləşən bağ evinin yaxınlığına gələrək, əvvəlcədən aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs1 gələn olarsa xəbər verməsi üçün maşında qalaraq ətrafı müşahidə etmiş, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs məxsus bağ evinə pəncərədən qanunsuz daxil olaraq bir ədəd 300 (üç yüz) manat dəyərində cilalayıcı elektrikli mişar alətini, bir ədəd 150 (yüz əlli) manat dəyərində laqunda aparatını, bir ədəd 200 (iki yüz) manat dəyərində “Panasonic RX1” markalı video kameranı, hər biri 100 (yüz) manat dəyərində olan iki cüt kişi ayaqqabısını və bir ədəd 150 (yüz əlli) manat dəyərində qədimi samovarı gizli olaraq talayıb Zərərçəkmiş şəxs cəmi 900 (doqquz yüz) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Digər Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxxx 2019-cu il tarixdə saat 04 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi sonuncunun qardaşı Şahid3 məxsus **-TF-*** dövlət qeydiyyat nişanlı “Opel Zafira” markalı avtomaşınla Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar massivində yerləşən bağ evinin yaxınlığına gələrək, əvvəlcədən aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs1 gələn olarsa xəbər verməsi üçün maşında qalaraq ətrafı müşahidə etmiş, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs məxsus bağ evinə pəncərədən qanunsuz daxil olaraq bir ədəd 300 (üç yüz) manat dəyərində cilalayıcı elektrikli mişar alətini, bir ədəd 150 (yüz əlli) manat dəyərində laqunda aparatını, bir ədəd 200 (iki yüz) manat dəyərində “Panasonic RX1” markalı video kameranı, hər biri 100 (yüz) manat dəyərində olan iki cüt kişi ayaqqabısını və bir ədəd 150 (yüz əlli) manat dəyərində qədimi samovarı gizli olaraq talayıb Zərərçəkmiş şəxs cəmi 900 (doqquz yüz) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittiham irəli sürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 qonşusu kimi tanımış və aralarında münasibət yaxşı olmuşdur. O, hərdən qardaşı Fuada məxsus «Opel Zafira» markalı ** TF *** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. xx xxxxxx 2019-cu il tarixdə gecə saat 03 radələrində idarə etdiyi ** TF *** dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs1 yaşadığı evin yaxınlığından keçən zaman sonuncunu görüb ona marketə getməyi təklif etmişdir. Təqsirləndirilən şəxs1 onunla razılaşıb avtomobilə əyləşmişdir. Bir qədər gedən zaman Novxanı bağlar massivində bir evin işıqlarının sönülü olmasını görüb həmin evdən oğurluq etmək qərarına gəlmişdir. O, bu zaman Təqsirləndirilən şəxs1 heç bir söz demədən avtomobili həmin evdən aralıda saxlayıb, sonuncuya 10 dəqiqəlik işinin olduğunu deyərək çıxıb getmişdir. O, qaranlıqla bir qədər gedərək evin hasarına çatmış və həmin evdə it olmasını yoxlamaq üçün yerdən daş alıb evin həyətinə atmışdır. Daş atandan sonra həyətdən səs gəlmədiyindən, hasarın üstündən keçərək həyətə daxil olmuşdur. Həyətə girdikdən sonra taxta pilləkəni qoyaraq mənzilin dam hissəsinə qalxmışdır. O, pilləkənlərlə qalxdıqdan sonra içəri daxil olub oradan bir ədəd samovarı, bir ədəd laqunda aparatını, bir ədəd kiçik ölçülü videokameranı, bir ədəd elektrikli taxta mişarını və iki cüt kişi ayaqqabısını götürmüşdür. O, samovardan başqa oğurladığı əşyaları kisəyə yığıb ağzını bağladıqdan sonra samovarla birlikdə kisəni hasardan bayıra atmışdır. O, hasarın üstündən keçdikdən sonra kisəni tapsa da, qaranlıq olduğundan samovarı tapa bilməmiş və digər əşyaları götürərək avtomobilə tərəf getmişdir. Oğurladığı əşyaları avtomobilin arxa oturacaq yerinə qoyduqdan sonra oradan uzaqlaşaraq bir qədər getdikdən sonra Post Patrul Xidmətinin avtomaşını onları saxlatmış və polis əməkdaşları avtomobilə baxdıqda, oğurladığı əşyaları aşkar etmişlər. Həmin zaman o, polis əməkdaşlarına oğurluq etməsini etiraf etmişdir. Bundan sonra o və Təqsirləndirilən şəxs1 polis bölməsinə aparılmış və daha sonra şübhəli şəxs qismində tutulmuşlar. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, oğurluq cinayətini tək törətmiş, bundan Təqsirləndirilən şəxs1 məlumatı olmamış və o, sonuncuya oğurluğa getməklə bağlı heç bir təklif etməmişdir. Avtomobili saxladığı yerlə oğurluq etdiyi yerin arasında təxminən 500 metr məsafə olmuşdur. O, ibtidai istintaq zamanı da məhkəmədə verdiyi kimi ifadə vermiş, lakin ifadəsini oxumadan imzalamışdır. Bundan başqa bildirmişdir ki, ailəlidir və himayəsində üç azyaşlı uşağı vardır. Sumqayıt şəhərində də törətdiyi oğurluğa görə barəsində cinayət işi açılmışdır. Oğurluq etməkdə məqsədi ailəsini dolandırmaq və borcunu ödəmək olmuşdur. Zərərçəkmiş şəxs dəymiş ziyan qismən ödənilmiş və bu səbəbdən sonuncunun heç bir şikayəti, tələbi qalmamışdır. Ona görə də, məhkəmədən qeyd edilənlərin nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 qonşusu kimi tanımış və aralarında münasibət yaxşı olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə gecə saat 03 radələrində yaşadığı evin yaxınlığında olan zaman Təqsirləndirilən şəxs2 qardaşına məxsus avtomobillə onun yanına gəlib onunla birlikdə marketə getməyi təklif etmişdir. O, Təqsirləndirilən şəxs2 təklifi ilə razılaşıb idarə etdiyi avtomobilə əyləşmişdir. Bir qədər getdikdən sonra Təqsirləndirilən şəxs2 avtomobili bağlar massivində saxlayıb, ona işinin olmasını və beş dəqiqəyə gələcəyini deyərək getmişdir. Lakin o, Təqsirləndirilən şəxs2 nə işinin olmasını və hara getməsini soruşmamışdır. Təqsirləndirilən şəxs2 avtomobildən düşdükdən sonra təxminən 500 metr qaranlıqda gedərək gözdən itmiş və 5-10 dəqiqə sonra gələrək əlindəki kisəni avtomobilin arxa oturacağına qoymuşdur. O, Təqsirləndirilən şəxs2 oğurluq etməsindən şübhələnsə də bu barədə ondan heç nə soruşmamışdır. Həmin yerdən bir qədər aralanmışlar ki, Post Patrul Xidməti avtomobili onları saxladaraq Binəqədi RPİ-nin 43-cü PB-nə gətirmişlər. Həmin zaman ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 bağ evlərinin birindən oğurluq etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 oğurluq etməsi barədə onun heç bir məlumatı olmamış və qeyd edilən oğurluq cinayətlərini Təqsirləndirilən şəxs2 tək başına törətmişdir. O, ibtidai istintaq zamanı hazırda verdiyi kimi ifadə vermiş, lakin ifadəsini oxunmasına imkan verilmədən imzalatmışlar. Müstəntiq tərəfindən o, hadisə yerinə çıxarılma adı ilə tamam fərqli bir ünvana gətirilib həmin ünvanda şəkillər çəkilən zaman ondan tələb edilmişdir ki, əli ilə hasarın qırağını göstərsin və o da məcbur olub deyilənləri yerinə yetrimişdir. O, saxlanılan zaman polis əməkdaşlarına, eləcə də yazılı ifadə verən zaman hadisədən məlumatının olmadığını və hər hansı bir oğurluq hadisəsində iştirak etmədiyini bildirmişdir. Ona görə də, məhkəmədən barəsində bəraətverici hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 10 ilə yaxındır ki, Binəqədi rayonu Novxanı bağlar massivində 10 sot torpaq sahəsinin üzərində iki mərtəbəli bağ evi vardır. O, adətən, həmin evdə yay aylarında ailəsi ilə birlikdə yaşamış, digər vaxtlar isə vaxtı olanda bağ evinə gedib baş çəkmişdir. xx xxxxxx 2019-cu il tarixdə onun bağ evinin yerləşdiyi ərazinin sahə müvəkkili zəng edilərək bağ evindən oğurluq olmasını ona demişdir. O, dərhal bağ evinə getmiş və evə baxış keçirən zaman ona məlum olmuşdur ki, evindən bir ədəd 150 manat dəyərində qədimi samovarı, bir ədəd 200 manat dəyərində “Panasonic RX1” markalı videokamera aparatı, bir ədəd 300 manat dəyərində elektrikli mişarı, bir ədəd 150 manat dəyərində laqunda aparatı və iki ədəd ümumi dəyəri 100 manat olan kişi ayaqqabıları oğurlanmışdır. Bundan sonra o, polis bölməsinə gedərək baş vermiş haidə ilə bağlı ərizə və izahat yazmışdır. Oğurluq nəticəsində ona ümumilikdə 900 (doqquz yüz) manat məbləğdə maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan qismən ödənilmiş, onun təqsirləndirilən şəxslərdən heç bir şikayəti tələbi yoxdur və ziyanın qalan hissəsini onlara bağışlamışdır. Məhkəmə baxışı iclasında dindirilmiş şahid Binəqədi RPİ-nin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin AP 22 24 çağırış nömrəli 3-cü Patrul marşrutunda polis nəfəri Şahid1 və polis siravisi Samin Bayramzadə ilə xidmət aparan zaman gecə saat təxminən 05 radələrində Binəqədi rayonu “Novxanı” bağlar massivində kanalın qırağı ilə hərəkət edən “Opel Zafira” markalı ** TF *** dövlət qeydiyyat nişanlı avtomobilin qaranlıq dalandan çıxdığını görmüş, həmin avtomobil şübhə çəkdiyi üçün “saxla” işarəsi verərək saxlatdırmışlar. Həmin avtomobildə olan iki nəfər əvvəllər tanımadığı, sonradan birinin Tariyel, digərinin isə Cəmil olduğunu bildiyi şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin zaman Tariyel və Cəmil özlərini itirərmiş və onlar avtombilin salonuna baxan zaman orada bir ədəd ağ rəngli sintetik kisənin və kisənin içərisində bir neçə əşya olduğunu görmüşlər. Həmin şəxslərdən kisənin içərisində olan əşyalarla bağlı şifahi sorğu-sual etdikdə onlardan biri kisənin içərisində olan əşyaları Binəqədi rayonu “Novxanı” bağlar massivində kanalın yaxınlığında, işığı yanmayan bağ evlərinin birindən oğurladığını etiraf etmişdir. Ona görə, onlar dərhal bu barədə Binəqədi RPİ-nin Növbətçi Hissəsinə məlumat vermiş və Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 “Opel Zafira” markalı ** TF *** dövlət qeydiyyat nişanlı avtomobil və avtomobildə aşkarlanmış kisə ilə birlikdə 43-cü Polis Bölməsinə və oradan İstintaq şöbəsinə aparıb təhvil vermişlər. Daha sonra Binəqədi RPİ-nin İstintaq Şöbəsində “Opel Zafira” markalı ** TF *** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunan kisənin içərisinə baxış keçirilərkən, kisənin içərisindən 01 ədəd laqunda aparatı, 01 ədəd cilalayıcı elektrikli mişarı, 01 ədəd «Panasonic RX1» markalı videokamera, 01 ədəd ağ rəngli, 01 ədəd göy rəngli kişi ayaqqabıları, eləcə də, digər əşyalar aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Binəqədi RPİ-nin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Şahid1, məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid2 ilə oxşar məzmunda ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli qərardan görünür ki, xx xxxxxx 2019-cu il tarixdə saat 04 radələrində Bakı şəhəri Binəqədi rayonu Novxanı bağlar massivində yerləşən Zərərçəkmiş şəxs məxsus bağ evində oğurluq hadisəsinin baş verməsi faktına görə CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Binəqədi RPİ-nin inzibati binasının həyətyanı sahəsində saxlanılmış gümüşü rəngli “Opel Zafira” markalı ** TF *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirildi, baxış zamanı müəyyən edilmişdir ki, həmin avtomobilin arxa salonunda bir ədəd ağ rəngli sintetik kisə və kisənin içərisində bir neçə əşya vardır, kisəyə baxış keçirilərkən, içərisində olan 01 ədəd laqunda aparatı, 01 ədəd cilalayıcı elektrikli mişar, futlyarında olan 01 ədəd «Panasonic RX1» markalı kiçik ölçülü videokamera, 01 cüt ağ rəngli və 01 cüt göy rəngli kişi ayaqqabısı, 01 ədəd vintaçan alət, 04 cüt əlcək, 02 ədəd papaq, ağ rəngli ip, 03 ədəd künc metal və 01 ədəd şəffaf plastmass hissə aşkar olunaraq götürülmüş, şübhəli şəxs Təqsirləndirilən şəxs2 həmin əşyalardan 01 ədəd laqunda aparatı, 01 ədəd cilalayıcı elektrikli mişar, futlyarında olan 01 ədəd «Panasonic RX1» markalı kiçik ölçülü videokamera, 02 cüt kişi ayaqqabısını Binəqədi rayonu Novxanı bağlar massivində kanalın yaxınlığında yerləşən bağ evlərinin birindən oğurladıqlarını, həmin əşyalarla birlikdə 01 ədəd samovar oğurladığı, lakin avtomobilə yükləyə bilmədiyini, digər əşyaları oğurluq etmək üçün özləri ilə əvvəldən götürdüklərini bildirmişdir. Baxış keçirilməsi başa çatandan sonra yuxarıda qeyd olunan əşyalar təkrarən ağ rəngli sintetik kisənin içərisində qablaşdırılaraq götürülmüşdür. xx.xx.2019-cu il tarixli protokollardan görünür ki, “Opel Zafira” markalı ** TF *** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunaraq götürülmüş 01 ədəd laqunda aparatı, 01 ədəd cilalayıcı elektrikli mişar, 01 ədəd «Panasonic RX1» markalı kiçik ölçülü videokamera, 01 cüt ağ rəngli və 01 cüt mavi rəngli kişi ayaqqabıları tanınması üçün Zərərçəkmiş şəxs təqdim olunmuş, o, həmin əşyaları tanıyaraq özünə məxsus olduğunu və həmin əşyaların xx xxxxxx 2019-cu il tarixdə gecə saatlarında evindən oğurlandığını qeyd etmişdir. xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 4(001)-967/2019 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 4(001)-968/2019 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmışdır. xx.xx.2019-cu il tarixli protokollardan və onlara əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai istintaqa verdiyi ifadələri yerində yoxlanılmışdır. xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 4(001)- 1023/2019 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. AZ-İİ 207201, AZ-İİ 458429 və AZ-İİİ 147120 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2008-ci il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü X4 və X3 adlı üç azyaşlı uşağı vardır. xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən, eləcə də müvafiq hökmün və qərarın surətindən görünür ki, Rzayev X2 Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1(060)-81/2016 nömrəli hökmü ilə CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli, 7(011)-290/2018 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1(060)-81/2016 nömrəli hökmü qanunvericiliyin qüvvədə olan müddəalarına uyğunlaşdırılaraq, ona təyin edilmiş cəza müddəti 4 ilə endirilmişdir. Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. xx.xx.2020-ci il tarixli, 1570 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, Bakı şəhərində yerləşən ticarət mərkəzlərində və mağazalarda, eləcə də elektrik avdanlıqların satışı və təmiri məntəqələrində mövcud olan qiymətlərə əsasən, ekspertizaya təqdim edilən tədqiqat obyektlərinin, xx xxxxxx 2019-cu il tarixdə, Respublika daxili orta bazar pərakəndə ümumi satış qiyməti təxminən 216,00 manat müəyyən edilir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs məxsus, xx xxxxxx 2019-cu il tarixdə oğurlanmış bir ədəd cilalayıcı elektrikli mişar aləti, bir ədəd laqunda aparatı, bir ədəd “Panasonic RX1” markalı videokamera və iki cüt kişi ayaqqabısı iş üzrə maddi sübut kimi tanınmış və qəbzlə sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. Baxış və götürmə aparılması istintaq hərəkəti zamanı “Opel Zafira” markalı ** TF *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda olan kisənin içərisindən aşkar edilərək götürülmüş bir ədəd vintaçan alət, dörd cüt əlcək, iki ədəd papaq, ağ rəngli ip, üç ədəd künc metal və bir ədəd şəffaf plastmas hissə iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(060)-168/2020 nömrəli qərarından görünür ki, Sumqayıt şəhər Pİ-nin İŞ-də istintaq olunan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə təqdim etdiyi ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayəti yoxdur. Ona dəymiş ziyan tam ödənilməmişdir. Lakin qalan ziyanı onlara bağışlamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə hesab edir ki, ibtidai istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində, eləcə də digər Təqsirləndirilən şəxs2 CM-in 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirləri sübuta yetirilməmişdir. Belə ki, məhkəmə istintaqının nəticələrindən aydın olmuşdur ki, Təqsirləndirilən şəxs1 istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş, digər Təqsirləndirilən şəxs2 isə məhkəmə istintaqı zamanı özünü qismən təqsirli bilmişdir. Bununla bağlı, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 yuxarıda qeyd edilən cinayət əməllərini törətməsi, eləcə də Təqsirləndirilən şəxs2 sözügedən cinayət əməlini Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiq olunmur. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanına ifadə verərkən Təqsirləndirilən şəxs2 təklifi əsasında sonuncu ilə birlikdə oğurluq etmək məqsədi ilə xx.xx.2020-ci il tarixdə 03 radələrində Binəqədi rayonu, Novxanı bağlar massivinə getməsini, həmin zaman o, ətrafa nəzarət etmək üçün avtomobildə qalmasını, Təqsirləndirilən şəxs2 isə orada yerləşən evlərin birinə daxil olub oradan oğurluq etməsini bildirmişdir. Halbuki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində xx.xx.2020-ci il tarixdə saat 03 radələrində Təqsirləndirilən şəxs2 təklifi əsasında onunla birlikdə marketə getməsini, həmin zaman sonuncunun avtomobili Novxanı bağlar massivi adlanan ərazidə saxlayıb işinin olmasını deyərək çıxıb getməsini, Təqsirləndirilən şəxs2 bir müddət sonra əlində kisə ilə qayıtmasını, yola düşüb gedərkən polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra Cəmil Mustafeyevin oğurluq etməsindən xəbəri olmasını, bundan onun heç bir məlumatının olmamasını, Təqsirləndirilən şəxs2 cinayəti təkbaşına törətməsini, ibtidai istintaq zamanı məhkəmədə verdiyi kimi ifadə verməsini, lakin ifadəsini oxunmasına imkan verilmədən imzaladığını bildirmişdir. Digər Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanına ifadə verərkən Təqsirləndirilən şəxs1 ilə razılığa gələrək xx.xx.2019-cu il tarixdə saat 03 radələrində Binəqədi rayonu, Novxanı bağlar massivinə oğurluğa getməsini, həmin zaman sonuncunun avtomobildə qalaraq ətrafa nəzarət etməsini, orada yerləşən evlərdən birinə daxil olaraq oğurluq etməsini bildirmişdir. Halbuki, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində xx.xx.2019-cu il tarixdə saat 03 radələrində marketə gedərkən Təqsirləndirilən şəxs1 özü ilə birlikdə götürməsini, bu zaman oğurluq etmək qərarına gələrək sonuncuya heç bir məlumat vermədən avtomobili Novxanı bağlar massivində saxlayıb orada olan evlərin birinə daxil olub oğurluq etməsini, oğurladığı əşyaları idarə etdiyi avtomobilə qoyaraq yola düşdükdən sonra polis əməkdaşları tərəfindən sxalanılmasını, törətdiyi oğurluq barədə Təqsirləndirilən şəxs1 heç bir təklif etməməsini, sonuncunun bu hadisədən xəbərsiz olmasını, ibtidai istintaq zamanı məhkəmədə verdiyi kimi ifadə verməsini, lakin ifadəsini oxunmadan imzaladığını bildirmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 isə CM-in 177.2.1-ci maddəsi ilə ittiham elan edərkən ittihamın əsasını sonuncuların ibtidai istintaqda verdiyi etiraf ifadələri təşkil etmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, Cinayət-Prosessual qanunvericiliyin tələblərinə görə təqsirləndirilən şəxsin etirafı digər sübutlarla təsdiq edilmədiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmçinin, cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 elan edilmiş ittiham üzrə ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti həyata keçirilərək ittihamı təsdiq edən sübut kimi göstərilsə də, sonuncu məhkəmə iclasında verdiyi ifadəsində tanımadığı əraziyə getməsini və orada müstəntiqin göstərişlərini icra etməsini bildirmişdir. CPM-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü aşağıdakı hallarda əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında sübutlara əsaslandıqda (maddə 349.5.1); - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (maddə 349.5.2); - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3). Məhkəmə qeyd edir ki, sübutlar hərtərəfli, tam və obyektiv araşdırmaya əsaslanmaqla daxili inama görə qiymətləndirilməlidir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə bütün toplanmış sübutların məcmusuna görə cinayət işinin həlli üçün kifayət etməsi nöqteyi-nəzərdən qiymət verilməlidir. Sübutların yoxlanılmasında məqsəd onların mötəbərliyinin, yəni onlarda olan məlumatların cinayət işinin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlara və hallara uyğun gəlibgəlməməsinin müəyyən edilməsindən ibarətdir. Sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə tamamlanmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərmişdir ki, CPM-in 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bundan başqa həmin qərarda göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasina dair" xx xxxxxx 2004-cü il tarixli Qərarında göstərilir ki, təqsirləndirilən şəxsin özünə qarşı ifadə verməyə məcbur edilə bilməməsinə dair konstitusiya norması ədalətli məhkəmə baxışını, fərdin azadlıq konstitusiya hüququnu, təqsirsizlik prezumpsiyasını, şəxsi toxunulmazlığı təmin edən mühüm təminatlardan biridir. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsinə görə də hər kəs ona qarşı irəli sürülən hər hansı bir ittihama baxılması zamanı tam bərabərlik əsasında digər təminatlarla yanaşı, özünə qarşı ifadə verməyə və ya təqsirini boynuna almağa məcbur edilməməlidir. Həmin Qərarda qeyd edilir ki, özünə qarşı ifadə verməyə məcbur edilməmək hüququ şübhəli və ya təqsirləndirilən şəxsin öz təqsirini etiraf etməyə məcbur edilməsinin qarşısını almağın mühüm təminatıdır. Lakin bu hüquq mütləq deyil, onun hədləri hər bir konkret halda fərdin, cəmiyyətin və dövlətin maraqları arasında dəqiq və ədalətli balans əsasında müəyyənləşdirilməlidir. Hadisənin baş verməsinə səbəb olan şəxsin hərəkətlərində (yaxud hərəkətsizliyində) cinayət tərkibi olarsa, bir qayda olaraq cinayət işinin başlamasından sonra şəxsin statusundan asılı olaraq müvafiq cinayət-prosessual hüquqları, o cümlədən özünə qarşı ifadə verməmək hüququ yaranır və bu hüquqlar cinayət prosesinin bütün mərhələlərində təmin olunmalıdır. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-in 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. X8 Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CPM-in 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. CPM-in 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 isə CM-in 177.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə heç bir dəlilə istinad edilməmiş və iş materiallarında olan sübutlar təqsirləndirilən şəxslərin həmin əməllərə görə təqsirli bilinməsi üçün kifayət etmir, eləcə də məhkəmədə təqsirləndirilən şəxslər tərəfindən qeyd edilən cinayət əməllərinin törədilməsinə dair ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutlar təkzib edilmişdir. Bundan başqa məhkəmə istintaqı zamanı dövlət ittihamçısı tərəfindən ibtidai istintaq orqanının gəldiyi nəticəni təsdiq edən sübutlar təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 əməllərində CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin, Təqsirləndirilən şəxs2 əməllərində CM-in 177.2.1-ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, təqsirləndirilən şəxslərin qeyd edilən əməllərində cinayət tərkibi olmadığı əsası ilə CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs1 istinad edilən ittiham üzrə bəraət verilməli, digər Təqsirləndirilən şəxs2 isə CM-in 177.2.1-ci maddəsi ilə bəraət verilməklə o, CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli hesab edilməlidir. Beləliklə məhkəmə, cinayət işinə Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs2 tərəfindən CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs2 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində üç azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, yenə həmin Məcəllənin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs2 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 barəsində hazırda baxılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib məhkəmə məsuliyyətinə verilməsinə baxmayaraq, sonuncu azadlıqda qaldığı müddətdə yenidən eyni xarakterli cinayətləri törətməkdə ittiham olunaraq haqqında Sumqayıt şəhər Pİ-nin İŞdə CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi aparılır və o, həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində həbs qətimkan tədbirinin seçilmiş həbs müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs2 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, eləcə də onun cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Cinayət işinin materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək həbsdə və xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək ev dustaqlığında olmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2, hazırkı cinayət işi ilə bağlı xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək həbsdə və xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək ev dustaqlığında olduğu cəmi 8 (səkkiz) ay 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-in 155.3 və 155.3.3-cü maddələrinə əsasən həbs qətimkan tədbiri yalnız əvvəllər seçilmiş digər qətimkan tədbirinin şərtlərini pozmuş şəxsə və ya hökmün icrasını təmin etmək məqsədilə, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş şəxsə tətbiq oluna bilər. CPM-in 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, İş üzrə maddi sübut kimi tanınmış bir ədəd cilalayıcı elektrikli mişar alətinin, bir ədəd laqunda aparatının, bir ədəd “Panasonic RX1” markalı videokameranın və iki cüt kişi ayaqqabısının saxlanması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı və iş üzrə baxış keçirilməsi və götürmə aparılması haqqında istintaq hərəkəti zamanı “Opel Zafira” markalı ** TF *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda olan kisənin içərisindən aşkar edilərək götürülmüş və Bakı şəhəri Binəqədi RPİ-nin saxlanc yerində saxlanılan bir ədəd vintaçan alət, dörd cüt əlcək, iki ədəd papaq, ağ rəngli ip, üç ədəd künc metal və bir ədəd şəffaf plastmas hissə istifadəyə yararsız olduğu üçün hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 75 (yetmiş beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs2 tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkil Müdafiəçi4 təqdim etdiyi hesabata əsasən o, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə cəmi 5 (beş) saat vaxt sərf etmiş, digər müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə cəmi 40 (qırx) saat vaxt sərf etmiş. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə, cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkil Müdafiəçi4 tərəfindən Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı 5 (beş) saat, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən isə Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkil Müdafiəçi4 Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi cəmi 5 (beş) saat hüquqi yardıma görə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 (otuz) manat, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 isə digər təqsriləndirilən şəxs Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 42, 55, 61, 62, 197-198, 318, 344-349, 350- 353, 356, 357, 358, 381 və 383-385-ci maddələrini rəhbər tutub, məhkəmə

hökm etdi:

1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair ittiham üzrə Təqsirləndirilən şəxs1 bəraət verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 məhkəmə xərcləri tutulmasın. Təqsirləndirilən şəxs1 cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin.

2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair ittiham üzrə Təqsirləndirilən şəxs2 həmin hissədə bəraət verilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək həbsdə və xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək ev dustaqlığında olduğu cəmi 8 (səkkiz) ay 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 3 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunsun. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd cilalayıcı elektrikli mişar alətinin, bir ədəd laqunda aparatının, bir ədəd “Panasonic RX1” markalı videokameranın və iki cüt kişi ayaqqabısının saxlanması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə baxış keçirilməsi və götürmə aparılması haqqında istintaq hərəkəti zamanı “Opel Zafira” markalı ** TF *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda olan kisənin içərisindən aşkar edilərək götürülmüş və Bakı şəhəri Binəqədi RPİ-nin saxlanc yerində saxlanılan bir ədəd vintaçan alət, dörd cüt əlcək, iki ədəd papaq, ağ rəngli ip, üç ədəd künc metal və bir ədəd şəffaf plastmas hissə istifadəyə yararsız olduğu üçün hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 75 (yetmiş beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs2 tutularaq Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkil Müdafiəçi4 Təqsirləndirilən şəxs2 məhkəmə iclasında göstərdiyi cəmi 5 (beş) saat hüquqi yardıma görə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 (otuz) manat, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 isə Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi məqsədi ilə mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar