Məhkəmə qərarları › İş №1(001)-193/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-193/2021

29.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-193/2021 29.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X2 Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs: X1 vəkili Müdafiəçi iştirakı ilə, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148 və 148-1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair “xxxx” MMC-nin direktoru Məftun Xəlilov tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148 və 148-1-ci maddələri lə cinayət məsuliyyətinə cəlb edilməsinə dair “xxxx” MMC-nin direktoru Məftun Xəlilov tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verilmişdir. Xüsusi ittiham qaydasında şikayət X1 İnstagramda “xxxx” MMC-nin direktoru Məftun Xəlilovun şərəf və ləyaqətini alçaldaraq, eyni zamanda işgüzar nüfuzuna zərər vurularaq nalayiq formada təhqir etməsi, böhtan atması və təsisçisi olduğu şirkətin distribyutoru olduğu “Plexr” əmtəə nişanını qanunsuz istifadə edərək aldatması ilə əlaqədar olmuşdur. Şikayət vermiş şəxs məhkəməyə ərizə ünvanlayaraq tərəflər arasında barışıq əldə olunduğu üçün xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin vəkili məhkəmə iclasında bildirdi ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxslə yaranmış mübahisəni öz aralarında sülh yolu ilə həll etmişlər, bu səbəbdən də şikayət vermiş şəxs şikayətinin geri götürülməsini istədiyindən, xüsusi ittihamçının şikayətindən imtina etməsinin qəbul edilməsini və şikayətin geri qaytarılması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hazırkı iş üzrə şikayət vermiş tərəf şikayətindən imtina etdiyindən, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 299, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148 və 148-1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair “xxxx” MMC-nin direktoru Məftun Xəlilov tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar