Məhkəmə qərarları › İş №1(001)-193/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-193/2022

16.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-193/2022 16.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Mingəçevir şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, ailəli, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatında olan, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Əhməd Qasımov küçəsi, ev 4-də kirayədə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 1,384 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, üzərində saxlayıb Biləcəri dəmir yolu stansiyasının ərazisinə daşımış, 31 avqust 2021-ci il tarixdə, saat 03:30-da DYNPİ-nin Biləcəri st. XPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilindiyinə görə Biləcəri dəmir yolu stansiyasının platformasında saxlanılaraq saat 03:50-də Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 3 ünvanında yerləşən Biləcəri st. XPŞ-nin inzibati binasına dəvət olunmuş və həmin gün saat 04:10-da XPŞ-nin növbətçi hissəsində üzərində şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama zamanı əynində olan şalvarın sol yan cibindən şəffaf sellofan bükümün içərisindən təmiz çəkisi 1,384 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir narkotik vasitə olan həm heroindən, həm də marixuanadan istifadə edir. 29 avqust 2021-ci il tarixdə, axşam saatlarında “Kubinka” adlanan ərazidə olarkən əvvəllər tanımadığı bir oğlanla rastlaşmışdır. Onunla söhbət zamanı özünü pis hiss etdiyini, bədənində ağrılar olduğunu bildirib, bunun heroin və marixuana qəbulu ilə əlaqədar olduğunu deyəndə, həmin şəxs onda kifayət qədər heroin olduğunu bildirmişdir. O sonuncu ilə razılaşaraq, 30 manat verməklə heroini əldə etmiş, öz istifadəsi üçün üzərində saxlamışdır. Həmin heroindən bir az istifadə etdikdən sonra onu şalvarının cibinə qoyub özündə saxlamışdır. 31 avqust 2021-ci il tarixdə, saat 03:30-da ünvan 4 ünvanının yaxınlığında qohumu X13 ilə gəzən zaman stansiyanın ərazisində mülki geyimdə olan 3 nəfər şəxs onlara yaxınlaşıb özlərini təqdim edərək Biləcəri X23 əməkdaşları olduqlarını dedikdə E.Dəvrişov onların yanından qaçıb getmişdir. Polis əməkdaşlarından biri E.Dəvrişovun arxasınca qaçmış, onu isə X25 Şöbəsinə dəvət etmişdirlər. O da razılaşıb polis əməkdaşları ilə birlikdə Polis Şöbəsinə gəlmişdir. Orada hal şahidlərinin iştirakları ilə üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın arxa sağ cibində saxladığı ümumilikdə 238 manat məbləğində pulu, “Jinga” markalı mobil telefonu, sarı rəngli alışqanı, şalvarın sol cibində isə saxladığı bir ədəd şəffaf sellofan bükümü masanın üzərinə qoymuşdur. Sorğu zamanı bildirmişdir ki, həmin şəffaf sellofan bükümün içindəki kütlə narkotik vasitə olan, el arasında “kakos” kimi tanınan narkotik vasitə heroindir və onu 29 avqust 2021-ci il tarixdə, axşam saatlarında “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 30 manat müqabilində almış və özü istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Bundan sonra isə aşkar edilmiş narkotik vasitə və 238 manat pul ayrı-ayrı zərflərə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib olunmuşdur. O və digər iştirakçılar protokolla tanış olmuş, doğruluğunu imzalarla təsdiq etdirmişlər. Məhkəmədən səmimi peşman olmasını, cinayəti etiraf etməsini, himayəsində azyaşlı uşaqlarının olmasının nəzərə alınmaqla barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı bir münasibəti, düşmənçiliyi, ədavəti və ya söz-söhbəti olmamışdır. 31 avqust 2021-ci il tarixdə, saat 04:00-da Biləcəri dəmir yolu stansiyasının ərazisində olarkən polis əməkdaşları ona yaxınlaşaraq bir nəfər şəxsin oğurluqda şübhəli olduğuna görə Biləcəri dəmir yolu stansiyasının ərazisində saxlanılaraq Biləcəri st. XPŞ-nin növbətçi hissəsinə gətirildiyini və məsul növbətçi tərəfindən onun üzərində şəxsi axtarış aparılacağını bildirmişdirlər. Həmçinin onun da hal şahidi kimi həmin şəxsi axtarış prosesində iştirak etməsi üçün şöbəyə dəvət etmişdirlər. O, da polis əməkdaşlarına etiraz etməyib Biləcəri st. XPŞ-nin növbətçi hissəsinə gəlmişdir. Orada saat 04:10-da onun və ondan başqa digər hal şahidi Şahid2 iştirakı ilə əvvəllər tanımadığı, sonradan adı məlum olan Təqsirləndirilən şəxs üzərində Biləcəri st. XPŞ-nin məsul növbətçisi tərəfindən şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun əynindəki qara rəngli şalvarın arxa sağ cibindən ümumilikdə 238 manat məbləğində pul və sol yan cibindən isə içərisində qəhvəyi rəngli, toz şəkilli kütlə olan 1 ədəd şəffaf sellofan büküm aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlə narkotik vasitə olan heroindir. Onu 29 avqust 2021-ci il tarixdə, axşam saatlarında “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 30 manat müqabilində almış və özü istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş 238 manat məbləğində pul vəsaiti və içərisində qəhvəyi rəngli, toz şəkilli kütlə olan 1 ədəd şəffaf sellofan büküm onların iştirakları ilə ayrı-ayrılıqda zərflərə qoyularaq möhürlənmiş və bu barədə məsul növbətçi tərəfindən müvafiq protokol tərtib olunaraq imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək X9 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etməklə onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Biləcəri st. X23 Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla hər hansı bir münasibəti, düşmənçiliyi, ədavəti olmamışdır. 30 avqust 2021-ci il tarixdə, saat 09:00-dan 31 avqust 2021-ci il saat 09:00-dək Biləcəri st. XPŞ-də məsul növbətçi kimi xidmətdə olmuşdur. Biləcəri st. XPŞ-nin X3 icraatında Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə araşdırılan ********** nömrəli inzibati icraat materialı üzrə xırda talama inzibati xətasını törətmiş şəxs(lər)in müəyyən edilməsi məqsədi ilə tərtib edilmiş raportun icrası ilə əlaqədar olaraq 31 avqust 2021-ci il tarixdə, saat 03:50-də Cinayət Axtarış Bölməsinin rəisi, polis kapitanı Şahid4, Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid5 və X2 əməliyyat müvəkkili, polis mayoru Şahid6 oğurluqda şübhəli olduğuna görə xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs şöbənin növbətçi hissəsinə gətirmişdirlər. Bundan sonra növbətçi hissədə dəvət olunmuş hal şahidlərinin iştirakları ilə onun tərəfindən həmin şəxsin üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun əynindəki qara rəngli şalvarın arxa sağ cibindən ümumilikdə 238 manat məbləğində pul və sol yan cibindən isə içərisində qəhvəyi rəngli, toz şəkilli kütlə olan 1 ədəd şəffaf sellofan büküm aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlə narkotik vasitə olan heroindir. Onu 29 avqust 2021-ci il tarixdə, axşam saatlarında “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 30 manat müqabilində almış və özü istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş 238 manat məbləğində pul vəsaiti və içərisində qəhvəyi rəngli, toz şəkilli kütlə olan 1 ədəd şəffaf sellofan büküm ayrı-ayrılıqda zərflərə qoyularaq möhürlənmiş və bu barədə onun tərəfindən müvafiq protokol tərtib olunaraq imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Biləcəri st. X23 Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla hər hansı bir münasibəti, düşmənçiliyi, ədavəti olmamışdır. 12 avqust 2021-ci il tarixdə Biləcəri st. XPŞ-nin X3 icraatında Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə araşdırılan ********** nömrəli inzibati icraat materialı üzrə xırda talama inzibati xətasını törətmiş şəxs(lər)in müəyyən edilməsi məqsədi ilə tərtib edilmiş raport həmin tarixdə Cinayət Axtarış Bölməsinin icraatına daxil olmuşdur. Həmin raportun icrası ilə əlaqədar olaraq 31 avqust 2021-ci il tarixdə, saat 03:30-da Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid5 və X2 əməliyyat müvəkkili, polis mayoru Şahid6 ilə birlikdə Biləcəri st. XPŞ-nin xidməti ərazisində reyd keçirən zaman Biləcəri dəmir yolu stansiyasının platformasında iki nəfər şəxsin şübhəli gəzdiyini görüb həmin şəxslərə yaxınlaşmışdırlar. Bu zaman onlardan biri polis əməkdaşlarını görən kimi naməlum istiqamətdə qaçmış, polis mayoru Şahid5 də həmin şəxsin arxasınca qaçmış, lakin onu saxlaya bilməmişdir. Polis mayoru Şahid6la birlikdə digər şəxsi saxlayıb özlərini təqdim edərək oğurluqda şübhəli olduğuna görə onu Biləcəri st. XPŞ-nə dəvət etmişdirlər. Şöbənin növbətçi hissəsində məlum olmuşdur ki, həmin şəxs xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Bundan sonra Şöbənin növbətçi hissəsində dəvət olunmuş hal şahidlərinin iştirakları ilə məsul növbətçi əvəzi, polis baş leytenantı Şahid3 tərəfindən həmin şəxsin üzərində şəxsi axtarış aparılan zaman onun əynindəki qara rəngli şalvarın arxa sağ cibindən ümumilikdə 238 manat məbləğində pul və sol yan cibindən isə içərisində qəhvəyi rəngli, toz şəkilli kütlə olan 1 ədəd şəffaf sellofan büküm aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlə narkotik vasitə olan heroindir. Onu 29 avqust 2021-ci il tarixdə, axşam saatlarında “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 30 manat müqabilində almış və özü istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş 238 manat məbləğində pul vəsaiti və içərisində qəhvəyi rəngli, toz şəkilli kütlə olan 1 ədəd şəffaf sellofan büküm ayrı-ayrılıqda zərflərə qoyularaq möhürlənmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər Şahid5 və Şahid6 eyni məzmunlu ifadə verərək Şahid4 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etməklə onunla eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: 01.09.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. (i.v.1) 31.08.2021-ci il tarixli “şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama barədə” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış aparılan zaman onun əynindəki qara rəngli şalvarın arxa sağ cibindən ümumilikdə 238 manat məbləğində pul və sol yan cibindən isə içərisində qəhvəyi rəngli, toz şəkilli kütlə olan 1 ədəd şəffaf sellofan büküm aşkar edilərək götürülmüşdür. (i.v.5) “Şübhəli şəxsin tutulması haqqında” 31.08.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i. v.22-23) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31.08.2021-ci il tarixli, 6/3800 saylı rəyindən məlum olmuşdur ki, tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli şəxs: Təqsirləndirilən şəxs” yazısı olan zərfdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,384 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in İ siyahısına daxildir. (i.v.39-44) 01.09.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i. v.58-59) 01.09.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı DYNPİnin Biləcəri st. XPŞ-nin MSY-dən azad edilmiş, barəsində barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i. v.71-73) Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəmənin 21.02.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib, 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (i.v.115-116) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X24 Ambulator X1 ekspert komissiyasının 08.10.2021-ci il tarixli, 3836 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v. 117-118) Maddi sübut kimi tanımaq haqqında 19.11.2021-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 1,384 qram, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,334 qram qəhvəyi rəngli tozşəkilli maddə küstar üsulla hazırlanmış narkotik vasitə heroin iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Biləcəri st. XPŞ-nin saxlanc anbarına verilmişdir. (i.v.109-110) 19 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ağır xəstəliyə tutulması və cinayət prosesində iştirak edə bilməməsi səbəbindən ********* nömrəli cinayət işinin icraat Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır. (i.v. 113) Yevlax şəhər 1 saylı Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən verilən 12.01.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 123) 27 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs sağalaraq istintaqa gəlib cinayət prosesində iştirak etməsi ilə əlaqədar ********* nömrəli cinayət işinin icraatı təzələnmiş və ibtidai istintaqı davam etdirilmişdir. (i.v. 125) Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi təqsirləndirilən şəxsin, iş üzrə keçən şahidlərin ifadələri, aparılmış ekspertiza rəyləri və digər iş materialları ilə sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini və iş materiallarında olan digər sübutları araşdırıb, dövlət ittihamçısının təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılması haqqında təklifini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Hazırkı cinayət işinin materiallarına, habelə bu materiallardan irəli gələn və yuxarıda işin faktiki halları ilə bağlı gəlinən nəticəyə əsaslanan məhkəmə ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28.06.2015ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramadək müəyyənləşdirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 13.10.2018-ci il təvəllüdlü X6, 08.03.2017-ci il təvəllüdlü X7, 01.04.2016-cı il təvəllüdlü X8, 02.02.2015-ci il təvəllüdlü X10, 21.03.2014-cü il təvəllüdlü X11 və 11.01.2013-cü il təvəllüdlü X12 adlı altı az yaşlı övladları vardır. Məhkəmə Azərbaycan Respublikası CM-nin CM-nin 59.1.4, 59.2-ci maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxs X5 himayəsində az yaşlı uşaqlarının olmasını, təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, himayəsində az yaşlı uşaqlarının olmasını, təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi CM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Bu ədalətli və qanuni olmaqla, cəzanın məqsədlərini də təmin edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı 31.08.2021-ci il tarixdən 01.09.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 gün müddət nəzərə alınmaqla təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli və üzərinə yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Əhməd Qasımov küçəsi, ev 4 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəzanın icrası yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır və məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 114 manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə, qanunun təsvir edilmiş tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübutun qalığı olan Biləcəri st. XPŞ-nin saxlanc anbarında saxlanılan 1,334 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə təqsirləndirilən şəxsə cəmi 40 saat müddətində hüquqi yardım göstərmiş, məhkəmə iclaslarında iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 31.08.2021-ci il tarixdən 01.09.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan ünvan 5 ünvanını axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X4 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Biləcəri st. XPŞ-nin saxlanc anbarında saxlanılan 1,334 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar