Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-194/2023 10.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxx 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal adlanan ərazidə 20 manat ödəyərək naməlum şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd siqaretin gümüşü rəngli kağızında olan bükümdə təmiz çəkisi 1,349 qram olan ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Y.İmanov küçəsində yerləşən 11 saylı Uşaq Poliklinikasının yanında saxlanılaraq ünvan 3 ünvanda yerləşən Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gətirilib, orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins pencəyin sol üst döş cibindən həmin 01 ədəd siqaretin gümüşü rəngli kağızında olan bükümdə təmiz çəkisi 1,349 qram olan ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. 30 sentyabr 2022-ci ildə axşam saatlarında psixotrop maddə almaq üçün Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal adlanan əraziyə getmiş, orada təsadüfən gördüyü və tanımadığı şəxsə 20 manat ödəyərək öz istifadəsi üçün 01 ədəd siqaretin kağızında olan bükümdə psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamışdır ki, münasib vaxtda istifadə edər. 01 oktyabr 2022-ci il tarixdə səhər saat 10 radələrində Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Y.İmanov küçəsində yerləşən 11 saylı Uşaq Poliklinikasının yanında olarkən Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmış, polis bölməsinə dəvət olunmuşdur. Həmin bölmədə onun üçün müdafiəçi dəvət olunmuş, hüquq və vəzifələri izah olunaraq videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl o, bu barədə qərarla tanış edilmiş, hüquq və vəzifələri izah olunmuş, sonra ona üzərində olan əşyaların təqdim edilməsi təklif edilmişdir. O, əynində olan göy rəngli cins pencəyin sol üst döş cibindən 01 ədəd siqaretin kağızında olan bükümdəki metamfetamini çıxarıb təqdim etmişdir. Həmin büküm açılaraq içərisinə baxılmışdır. Ondan bükümdəki kütlənin nə olduğunu və bu kütləni kimdən aldığı soruşulduqda, o, həmin kütlənin metamfetamin olduğunu, bu bükümü 30 sentyabr 2022-ci il tarixdə axşam saatlarında Yeni Yasamaldan təsadüfən gördüyü, tanımadığı şəxsdən 20 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Üzərindən aşkar olunmuş maddə zərfə qoyularaq qablaşdırılmış və zərf möhürlənmişdir. Bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi imzası ilə təsdiq etmişdir. Əməlindən peşmandır, ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, barəsində çıxarılmış həbsli axtarış qərarının icrası qaydasında 05 may 2023-cü ildə tutulmuş, Binəqədi RPİ-in 6-cı PB-də üzərinə baxış keçirilərkən şəxsi istifadəsi üçün alıb üzərində saxladığı 15 ədəd bükümdə narkotik vasitə heroin və 5 ədəd bükümdə psixotrop maddə metamfetamin üzərindən aşkar edilərək götürülmüş, həmin faktla bağlı Binəqədi RPİ-in İŞ-də Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yeni cinayət işi başlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Binəqədi RPİ-in 6-cı PB-in CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə etimad doğuran qərəzsiz mənbədən Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş həmin əməliyyat məlumatı raportla rəsmiləşdirilərək bölmə rəhbəliyinə məruzə edilmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə müvafiq əmr təsdiq olunmuş və əməliyyat qrupu təşkil edilmişdir. Daxil olmuş əməliyyat məlumatı keçirmiş əməliyyat tədbirləri nəticəsində yoxlanılarkən təsdiq olunaraq xx.xx.2022-ci il tarixdə 10 radələrində Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Y.İmanov küçəsində yerləşən 11 saylı Uşaq Poliklinikasının yanında Təqsirləndirilən şəxs saxlanılmışdır. Bu zaman onlar özlərini həmin şəxsə təqdim etmiş və və onu PB-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs könüllü onlarla birlikdə bölməyə gəlmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsi və götürmənin aparılması RPİ-in 6-cı PB-in təhqiqatçısına həvalə olunmuşdur. Təqsirləndirilən şəxs üçün müdafiəçi dəvət olunmaqla o, şübhəli şəxs qismində tutulmuş, bölmənin xidməti otaqlarının birində videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs razılığı ilə üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs və iştirakçılara hüquq və vəzifələri izah edilmişdir. Daha sonra şəxsi axtarış və götürmə aparılan Təqsirləndirilən şəxs üzərinə olan əşyaları könüllü təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins pencəyin sol üst döş cibindən 01 ədəd siqaretin kağızında olan bükümü təqdim etmişdir. Büküm açıldıqda içərisində spesifik iyi olan psixotrop maddəyə bənzər kütlənin olduğu aşkar olunmuşdur. Soruşdurda Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümdəki kütlə metamfetamindir, onu xx.xx.2022-ci il tarixdə axşam saatlarında Yeni Yasamal adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün alaraq üzərində gəzdirmişdir. Aşkar olunmuş bir ədəd içərisində metamfetaminə bənzər kütlə olan həmin siqaretin gümüşü rəngli kağızından olan büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Tədbirin nəticəsində protokol tərtib edilərək iştirakçılar tərəfindən imza edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-in 6-cı PB-in əməliyyat müvəkkili Şahid2 eyni məzmunlu ifadə verərək, Şahid1 ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması barədə 01 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Şübhəli şəxsin tutulması haqqında 01 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 21). Şəxsi axtarış və götürmə aparılması haqqında 01 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 10 radələrində Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Y.İmanov küçəsində yerləşən 11 saylı Uşaq Poliklinikasının yanında saxlanılaraq ünvan 3 ünvanda yerləşən Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gətirilib, orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins pencəyin sol üst döş cibindən həmin 01 ədəd siqaretin gümüşü rəngli kağızında olan bükümdə ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür (cild 1, i.v 31-35). Məhkəmə kimyəvi ekspertizasının 01 oktyabr 2022-ci il tarixli, 6/5646 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 1,349 qram ağ kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (cild 1, i.v 48-52). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 03 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 63-64). Qətimkan tədbiri seçilməsi barədə 03 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən azad edilmişdir (cild 1, i.v 79-82). Maddi sübut kimi tanıma haqqında 04 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 1.349 qram ağ kristalşəkilli psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs üzərində «şəxsi axtarış və götürmə aparılması haqqında» protokola əlavə 1 ədəd sd disk maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalan 1.299 qram ağ kristalşəkilli psixotrop maddə metamfetamin saxlanılması üçün Binəqədi RPİ-in MSK-ya təhvil verilmiş, 1 ədəd sd disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1,i.v.89-90). Məhkəmə-narkoloji ekspertizanın 03 oktyabr 2022-ci il tarixli 5726 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1,i.v.96-97). Azərbaycan Respublikası DİN-dən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, i.v 202). Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 27 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin şərtlərini pozub məhkəmənin çağırışlarına üzrsüz səbəbdən təkrarən gəlmədiyi üçün barəsində axtarış elan edilmiş, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Bakı şəhəri Binəqədi RPİ-in 6-cı PB-in 09 may 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Cinayət işi başlanması barədə 06 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 05 may 2023-cü il tarixdə 15 ədəd bükümdə narkotik vasitə heroin və 5 ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsi faktına görə Binəqədi RPİ-in İŞ-də Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli yeni cinayət işi başlanmışdır. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi öz ifadəsi ilə yanaşı, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələr aludəçisi olduğunu, cinayət işinə məhkəmədə baxıldığı dövrdə eyni xarakterli ağır cinayət əməlinə görə yenidən cinayət məsuliyyətinə cəlb olunduğunu və bu mənada azadlığın məhdudlaşdırılması cəzasının ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzaçəkmə müddətinin əvvəli 05 may 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək həbsdə saxlandığı 2 (iki) gün cəza müddətinə hesablanmalıdır. Məhkəmə, məhkəmə narkoloji ekspertizanın 03 oktyabr 2022-ci il tarixli 5726 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış qalıq çəkisi 1,299 qram psixotrop maddə matemfetamin məhv edilməli, şəxsi axtarış və götürmənin əks olunduğu bir ədəd sd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, 55 (əlli beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azrbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək həbsdə saxlandığı 2 (iki) gün cəza müddətinə hesablanaraq üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 05 may 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut – Binəqədi RPİ-də saxlanılan qalıq çəkisi 1,299 qram psixotrop maddə metamfetamin məhv edilsin, bir ədəd sd formatlı disk cinayət işi materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN**********, X2, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-194/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-194/2023
10.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver