Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-195/2022 29.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakultəsinin 3-cü kurs tələbəsi, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263-1.1 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, xx.xx.2021-ci il tarixdə saat 00:40 radələrində“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, nəqliyyat vasitəsini idarə etmək hüququ və sürücülük vəsiqəsi olmadan X7 məxsus texniki cəhətdən saz vəziyyətdə olan «ShevroletCruze» markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobillə saatda 100 km sürətlə Bakı şəhəri Binəqədi rayonu Cavadxan küçəsi, Zərifə Əliyeva adına «Göz Klinikası» nın qarşısında hərəkətdə olarkən Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozüb, yəni sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli və hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmçnin həmin qanunun 60-cı maddəsinin 2-ci hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bədinin tələblərini pozub, yəni işıqforun qırmızı işığında avtomobili dayandırmalı olduğu halda bu qaydalara əməl etməyərək və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tətbir görməyərək əks hərəkət yolunda işıqforun qırmızı işığında dayanmış Zərərçəkmiş şəxs1 idarə etdiyi **-XY-*** dövlət qeydiyyat nişanlı «Mercedes E klas» markalı avtomobili qabaq sol hissəsindən vurması və sonuncunun həmin işıqforda dayanmış Şahid idarə etdiyi **-TS-*** dövlət qeydiyyat nişanlı «Toyota Prius» markalı avtomobillə toqquşması nəticəsində ehtiyyatsızlıqdan «ShevroletCruze» markalı avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs2- sol bud sümüyünün çıxığı, sol sirkə kasasının arxa damının yerdəyişmiş sınığı, alın nahiyəsinin əzilmiş yaraları ilə nəticələnən, dərəcəsinə görə sağlamlığı uzun müddətə pozan sağlamlığa AZ AĞİR zərərvurmaya aid bədən xəsarətləri, «Mercedes E klas» markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1sağ mil sümüyünün qapalıyerdəyişmiş sınığı, sol tərəfli Vİİ qabırğanın yerdəyişməmiş və sol tərəfli Vİİİ qabırğanın yerdəyişmiş sınıqları, sol sirkə kasasının və sol aşıq sümüyünün sınıqları, alın nahiyəsinin, sağ diz oynağı nahiyəsinin, sağ və sol baldır nahiyələrinin, sol mil-bilək oynağı nahiyəsinin, sol əlin İV barmağının əzilmiş yaralarıilə nəticələnən və dərəcəsinə görə sağlamlığı uzun müddətə pozan sağlamlığa AZ AĞİR zərərvurmaya aid bədən xəsarətlərin yetirilməsinə, həmçinin avtomobillərinin zədələnməsinə görə «Mercedes E klas» markalı avtomobilin sahibi Zərərçəkmiş şəxs1 12.840 manat, «ToyotaPrius» markalı **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi zərərçəkmiş şəxs X3 4732 manat məbləğində maddi ziyanın vurulmasına səbəb olan yol hərəkəti qaydalarını pozmuş və bundan sonra zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) xəbər verməli, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməli, habelə hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına özünün haqqında məlumat verməli olduğu halda bunları etməyərək yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs, CM-in 263-1.1 və 264-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakultəsinin 3-cü kurs tələbəsidir. “Chevrolet-Cruze” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobil nənəsi X7 məxsusdur. Həmin avtomobili anası X8 etibarnamə ilə idarə edir. Nənəsi yaşlı qadındır və 70 yaşı vardır. Anası isə X1 həkim işləyir və işə həmin avtomobillə gedib gəlir. Ara bir anası işdən evə gəldikdə gizlicə həmin avtomobilin açarlarını evdən götürərək axşamlar yaxın ərazilərdə həmin 20-30 dəqiqə sürüb evə gəlirdi. xx.xx.2021-ci il tarixdə gecə vaxtı anası evdə olan zaman avtomobilin arxa oturacağında nənəsinin evindən gətirdiyi yeməkləri evə qaldırmağını xahiş etmiş, bu söhbətdən təqribən 10-15 dəqiqə sonra avtomobilin açarlarını stolun üzərindən götürərək aşağı düşmüşdür. «Araz» marketdə işləyən dostu Zərərçəkmiş şəxs2 avtomobilinə aid olan yaylar onda olduğundan sonuncuya zəng edərək məhəlləyə gəlməsini demişdir. Bir neçə dəqiqə sonra İbrahim gəlmiş, onunla görüşdükdən sonra yayları evdən götürüb İbrahimə vermişdir. Daha sonra o, İbrahimin idarə etdiyi avtomobilə əyləşərək onunla birlikdə Əcəmi metrosunun yanına getmiş, İbrahim avtomobilini orada olan tanışlarına göstərmiş və sonra birlikdə İbrahimlə yaşadığı ünvana qayıtmışdır. Həmin vaxt İbrahim öz avtomobilini saxlamış, bu səfər anasının avtomobilinə əyləşmiş və avtomobilinin təkərlərini qaraltmaq üçün «Heydər Məscidi»nin yanına getmək qərarına gəlmişdir. Həmin istiqamətə getmək üçün hrərəkətə başlamış, İbrahim isə qabaqda əyləşmişdir. Evdə anası və yaxınlarının onun atomobili idarə etməsindən xəbəri olmamışdır. Cavadxan küçəsi ilə “Göz xəstəxanası” istiqamətinə doğru hərəkət etmiş, xəstəxananın yol kəsişməsindəki işıqfora çatmamış, işıqforun qırmızı işığının yanmasına saniyələr qaldığını görüb surətini saatda 100 kilometrə qaldırmış, işıqforun yaşıl işığında keçmişdir. Təxminən 40-50 metr hərəkətdə olduqda qarşıdakı işıqfora 10-15 metr məsafə qalmış qırmızı işığın yandığını görmüş, avtomobili surətlə idarə etdiyindən 10-15 metr məsfədə avtomobili saxlaya bilməyəcəyini başa düşüb, qarşı hərəkət yolu ilə üzbəüz “Prado” yaxud başqa bir hərəkət edən avtomobillə toqquşmamaq üçün hərəkət istiqamətini sola yönləndirdikdə qarşı yolda işıqforun qırmızı işıqında dayanmış “Mercedes” markalı avtomobillə toqquşmuşdur. İdarə etdiyi avtomobilin qabaq sol tərəfi həmin avtomobilin qabaq sol hissəsi ilə toqquşmuş, avtomobilinin surətli toqquşmasından “Mercedes” markalı avtomobilin arxasında dayanmış “Toyoto Prius” markalı avtomobilə dəymiş və nəticədə avtomobil istiqamətini geriyə doğru dəyişmişdir. Həmin an yanında olan İbrahimə diqqət yetirdikdə onun sifətinin qan içində olduğunu və sol ayağının hərəkətsiz olduğunu görmüşdür. Hadisə zamanı dərhal ətrafa insanlar toplaşaraq onları avtomobildən çıxarmış, daha sonra İbrahim “Semaşko” adlı xəstəxanaya aparılmışdır. O, tanışı İsanın idarə etdiyi **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobillə hadisə yerindən uzaqlaşmış, lakin hadisənin təsirində olduğundan hara getdiyini bilməmişdir. Həmin gecə saat 03 radələində “Semaşko” adlı xəstəxanaya getmiş, lakin özünü pis hiss etdiyindən xəstəxanaya daxil olmamış, yaşadığı ünvana qayıtmışdır. Binanın həyətində saat 04 radələrinə kimi oturduqdan sonra evə qalxmış və həmin vaxt evdə anasına hadisə törətdiyini bilmişdir. O, hadisə yerindən yayınmamış, yaralandığından və huşu özündə olmadığından dostu tərəfindən avtomobilə əyləşdirilərək hadis yerindən getmişdir. Şokda olduğundan həmin vaxt nə edəcəyini bilməmişdir. Cinayət hadisəsi nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş ziyan tamamilə ödənilmiş və onlarla barışıq əldə edilmişdir. Hazırda zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmadığını qeyd edib məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 263-1.1 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X16 3-cü Taborun 3-cü bölüyündə kiçik polis serjantı, polis nəfəri olaraq xidmət edir. **-XY-*** dövlət qeydiyyat nişanlı «Mercedes E» markalı avtomobil ona məxsusdur. xx.xx.2021-ci il tarixdə gecə saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində idarə etdiyi həmin avtomobillə 4-cü mkr istiqamətində hərəkətdə olarkən işıqforun qırmızı işığı yandığı üçün surəti azaldaraq avtomobili dayandırmış, həmin vaxtı arxada və qarşıda da avtomobillər olmuşdur. Onun avtomobili yolun sol hərəkət hissəsində dayanmış və həmin vaxt anidən qarşıdan sol tərəfdən gözünə işıq düşdüyünü görmüş, sonra ayılanda gözünü xəstəxanda açmışdır. Hadisə zamanı topuğunun, iki sol sabırğa sümüyünün, sağ biləng sümüyünün sınığı xəsarətləri almışdır. Hadisənin necə baş verdiyini görməmiş, lakin sonradan aldığı məlumata görə hadisə zamanı Təqsirləndirilən şəxs ailə üzvlərinə məxsus olan **-EY-*** dövlət qeydiyyat nişanlı «Chevrolet Cruze» markalı avtomobili sürücülük vəsiqəsi və etibarnaməsi olmadan etməklə Binəqədi rayonu Cavadxan küçəsində işıqforun qırmızı işığında surətlə hərəkət edib onun yoluna çıxaraq avtomobili ilə toqquşmuşdur. Həmin toqquşmadan sonra avtomobili Şahid idarə etdiyi **-TS-*** dövlət qeydiyyat nişanlı «Toyota Prius» markalı avtomobilin qabaq sol hissinə dəymişdir. Hadisə zamanı «Chevrolet Cruze» markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs2 da bədən xəsarətləri almışdır. Hadisə vaxtı avtomobilinə də ziyan dəymiş və avtomobili yararsız hala düşmüşdür. Sonradan Təqsirləndirilən şəxs qohumları tərəfindən ona dəymiş maddi ziyan tamamilə ödənilmiş və o, sonuncu ilə barışmışdır. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişir ki, **- TS-*** dövlət qeydiyyat nişanlı «Toyota Prius» markalı avtomobil X4 adına olsa da, həmin avtomobil baş etibarnamə ilə ona məxsusdur. Avtomobili idarə etmək üçün Şahid icarəyə vermiş, Şahid həmin avtomobillə Uber taksi şirkətində taksi kimi işləmişdir. xx.xx.2021-ci il tarixə keçən gecə məlum olmuşdur ki, Bakı şəhəri Binəqədi rayonu Cavadxan küçəsində yol nəqliyyat hadisəsi baş vermiş və həmin hadisə nəticəsində özünə məxsus olan **-TS- *** dövlət qeydiyyat nişanlı «Toyota Prius» markalı avtomobil yarasız vəziyyətə düşmüşdür. Eşitmişdir ki, həmin gün **-XY-*** dövlət qeydiyyat nişanlı «Mercedes E» markalı avtomobil işıqforun qırmızı işıqında dayanarkən **-EY-*** dövlət qeydiyyat nişanlı «Chevrolet Cruze» markalı avtomobil işıqforun qırmızı işığından yüksək surətlə hərəkət edərək **-XY-*** dövlət qeydiyyat nişanlı «Mercedes E » markalı avtomobillə toqquşmuş və «Mercedes E» markalı avtomobil ona məxsus olan «Toyota Prius» markalı avtomobillə toqquşmuşdur. Həmin vaxt hadisə yerinə gəlmiş, orada «Mercedes E» markalı avtomobilin sürücüsü sonrdan adını bildiyi Eltən və həmçinin «Chevrolet Cruze» markalı avtomobildə sərnişin olan sonradan adını bildiyi İbarhim bədən xəsarətləri almışdır. Orada olan tanımadığı adamlarla köməkləşib hər iksini avtomobillə xəstəxanaya yola salmışdır. «Chevrolet Cruze» markalı avtomobili idarə edən şəxs isə hadisə yerindən qaçmışdır. Hadisə nəticəsində avtomobilini idarə edən Şahid heç bir xəsarət almamışdır. Lakin avtomobilinə 4732 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs qohumları tərəfindən ona dəymiş maddi ziyan tamamilə ödənilmiş və o, sonuncu ilə barışmışdır. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayonu «Varovski» dairəsi adlanan yerdə yerləşən «Araz» marketdə kassada işləyir. X11 ilə 2 ilə yaxındır ki, tanışlıq münasibətləri olmuşdur. xx.xx.2021-ci il tarixdə gecə saat 23 radələrində işdən çıxıb, tanışı X11 ilə yaşadığı ünvan 3 ünvanında görüşmüş və özünə məxsus avtomobilin yaylarını Tapqdıqdan alıb idarə etdiyi **-CY-*** dövlət qeydiyyat nişanlı «Chevrolet Cruze» markalı avtomobilinə qoymuşdur. Daha sonra Tapdıqla birlikdə idarə etdiyi avtomobilə əyləşərək «Əcəmi metrosu» nun yanına gəlmiş, orada bir nəfərə həmin yaymaları satmaq məqsədi ilə göstərdikdən sonra Tapdıqla yenidən onun yaşdığı ünvana qayıtmışdır. Bu dəfə öz avtomobilini Tapdığın yaşadığı ünvanda saxlayaraq, Tapdıqın idarə etdiyi **-EY-*** dövlət qeydiyyat nişanlı «Chevrolet Cruze» markalı avtomobilə əyləşmiş və onlar avtomobillə biraz gəzib qayıtmağı planlamışlar. Tapdığın idarə etdiyi avtomobillə «Əcəmi metrosu»nun yanına getmişlər, yolda dəfələrlə Tapdığa avtomobili düzgün idarə etməsini irad tutmuşdur. Tapdıq isə bir neçə dəfə başqa avtomobillərin yoluna çıxaraq musiqiyə yüksək səs verməklə qəza şəraiti yaratmış və ona məhəl qoymamışdır. xx.xx.2021-ci il tarixə keçən gecə saat 00:40 radələrində Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrorayon, Cavadxan küçəsi ilə hərəkətdə olarkən Tapdıq yüksək sürətlə işıqforun qırmızı işığından keçmiş, idarə etməni itirməklə hərəkətdə olduğu yoldan çıxaraq qarşı sol əks yolda işıqforun qırmızı işığında dayanmış vəziyyətdə olan avtomobllərlə toqquşmuşdur. Toqquşduqdan sonra avtomobil bir neçə dairə vurduqdan sonra əks yolda dayanmışdır. Həmin vaxt o, bədənindən xəsarətlər aldığından ağrılardan huşunu itirmək üzrə olmuşdur. Tapdıqdan ona köməklik etməsini istəmiş, Tapdıq isə qulaq asmayaraq avtomobildən düşüb qaçaraq getmişdir. Oraya toplaşan adamlar köməkləşib onu avtomobildən çıxarmış, digərləri isə o biri avtomobildə olan şəxsə kömək etmişlər. Həmin vaxt xalası oğlu Yusuf gəlmiş və öz tanışının avtomobili ilə onu 1 saylı şəhər xəstəxanasına aparmışdır. xx.xx.2021-ci il tarixdə səhər saatlarında oradan Avrasıya xəstəxanasına gətirilmiş və orada əməliyyat olunmuşdur. Təqsirləndirilən şəxs ailə üzvlləri tərəfindən ona dəymiş maddi ziyan tamamilə ödənilmiş və o, sonuncu ilə barışmışdır. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, **-TS-*** dövlət qeydiyyat nişanlı «Toyota Prius» markalı avtomobili etibarnamə ilə idarə edir. Həmin avtomobil X4 adına olsa da, Zərərçəkmiş şəxs3 məxsusdur. xx.xx.2021-ci il tarixə keçən gecə saat 00:40 radələrində idarə etdiyi avtomobillə Bakı şəhəri Binəqədi rayonu Cavadxan küçəsi yolun sağ hərəkət hissəsi ilə 40-50 km saat surətində hərəkətdə olarkən həmin vaxtı qarşısında sol tərəfdə **-XY-*** dövlət qeydiyyat nişanlı «Mercedes E» markalı avtomobil hərəkət etmiş, həmin vaxt işıqfora təqribən 35-40 metr qalmış işıqforun qırmızı işığı yanmış, avtomobilinin surətini 20 km saat surətinə və daha sonra isə 10 km saat surətində endirmişdir. İşıqfora çatana yaxın saxlamaq istəmiş, lakin həmin vaxt «Mercedes E» markalı avtomobil surətini azaldaraq avtomobili saxlayan zaman anidən həmin «Mercedes E» markalı avtomobilin arxa hissəsi onun avtomobilinin sol qabaq hissəsinə çırpılmışdır. Bu zaman avtomobildə olan hava yastıqları açılmış və o avtomobildən aşağı düşmüşdür. «Chevrolet Cruze» markalı avtomobilə nəzər saldıqda həmin avtomobildə sürücü və bir sərnişin olduğunu, sərnişinin ağır yaralandığını, «Mercedes E» markalı avtomobildə də sükanın arxasında bir nəfər xəsarət aldığını görmüşdür. Oraya toplaşan adamlar hər iki avtomobildə olan şəxslərə köməklik edərək avtomobildən aşağı düşürmüşlər. Lakin «Chevrolet Cruze» markalı avtomobilin sürücüsü avtomoldən düşərək qaçıb getmişdir. Həmin vaxt təcili yardım gələrək «Mercedes E» markalı avtomobildə olan sürücünü aparmış, «Chevrolet Cruze» avtomobildə olan sərnişini isə orada olan adamlar şəxsi avtomobil ilə xəstəxanaya aparmışlar. Özü isə xəsarət almadığımdan hadisə yerində qalmış və gələn polis əməkdaşlarına hadisəni gördüyü kimi danışmışdır. Məhkəmə baxışı zamanı əlavə şahid qismində dəvət edilmiş Azərbaycan Respublikası DİN-nin Əlahiddə X16 Patrul bölüyü polis serjantı X9 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə növbədə olmuş və həmin gün gecə saatlarında məlumat daxil olduğundan dərhal Bakı şəhəri Binəqədi rayonu Cavadxan küçəsində baş vermiş yolnəqliyyat hadisəsi yerinə getmişdir. Hadisə yerində olarkən ətrafda bir xeyli insanlar olmuşdur. «Mercedes E» markalı avtomobilin sürücüsü olduğu məlum olan şəxs polis əməkdaşı olmasından məlumatı olmuşdur. Hadisə yerinə Binəqədi rayon Polis İdarəsinin müstəntiqi də gəlmişdir. Çox insan ərazidə toplaşdığından sürcülərin kim olmasından, yəni adlarından xəbəri olmamışdır. Məhkəmə baxışı zamanı əlavə şahid qismində dəvət edilmiş X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun tanışıdır. xx.xx.2021-ci il tarixdə evdə olmuş, həmin gün gecə saatlarında ona Tapdığın qəza etməsi xəbəri gəlmişdir. Digər tanışı X13 ilə hadisə yerinə getmək qərarına gəlmişlər. Bunun üçün İsa avtomobilini götürmüş onlar İsanın avtomobili ilə birlikdə hadisə yerinə getmişlər. Bakı şəhəri Binəqədi rayonu Cavadxan küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi yerində təxminən 1 saatdan artıq qalmışlar. Sonra Təqsirləndirilən şəxs semaşko adlı xəstəxanaya aparmışlar. Təqsirləndirilən şəxs 1 ilə yaxın olar tanımışdır. Məhkəmə baxışı zamanı əlavə şahid qismində dəvət edilmiş X13 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır. xx.xx.2021-ci il tarixdə gecə dostu X5 ona zəng edərək, Tapdığın qəza törətdiyini demişdir. O, öz avtomobilinə əyləşib Sabirlə birlikdə Bakı şəhəri Binəqədi rayonu Cavadxan küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi yerinə getmişdir. Həmin yerdə xeyli insan və avtomobillər olmuşdur. Bir müddət hadisə yerində qaldıqdan sonra Tapdığı xəstəxanaya aparmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə CM-in 263-1.1 və 264-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2021-ci il tarixli protokoldan, ona əlavə edilmiş sxem və fotoşəkillərdən görünür ki, «Mercedes E» markalı və «Toyota Prius» markalı avtomobillər öz hərəkət zolağında olarkən qarşıdan gələn «Chevrolet Cruze» markalı avtomobil işıqforun qırmızı işığında keçərək idarəetməni itirib «Mercedes E» markalı avtomobillə toqquşmuş, daha sonra zərbənin təsirindən həmin «Mercedes E» markalı avtomobilin arxa sağ hissəsi «Toyota Prius» markalı avtomobilin qabaq sol hissəsin dəymişdir. xx.xx.2021-ci il tarixli, 1861 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X24 rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlər - sağ mil sümüyünün qapalı yerdəyişmiş sınığı, sol tərəfli Vİİ qabırğanın yerdəyişməmiş və sol tərəfli Vİİİ qabırğanın yerdəyişmiş sınıqları, sol sirkə kasasının və sol aşıq sümüyünün sınıqları, alın nahiyəsinin, sağ diz oynağı nahiyəsinin, sağ və sol baldır nahiyələrinin, sol mil-bilək oynağı nahiyəsinin, sol əlin İV barmağının əzilmiş yaraları bərk küt əşya (əşyaların) təsirindən onun tibbi yardım üçün “X20” PHŞ-nə müraciət etdiyi xx.xx.2021-ci il saat 02:40-dan bir qədər əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə ümumilikdə sağlamlığı uzun müddətə pozan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. Vət. Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə idarə etdiyi minik avtomaşının digər minik avtomaşını (avtomaşınları) ilə toqquşması nəticəsində əmələ gələ bilərdilər. Vət. Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlərin bədənin əlçatan nahiyələrdə yerləşmələrinə baxmayaraq şəxsin özü tərəfindən yetirilmələri inandırıcı deyildir. xx.xx.2021-ci il tarixli ziyan aktından görünür ki, Toyota Prius markalı, ** TS *** dövlət qeydiyyat nişanlı avtomobilə hadisə vaxtı 4.732 manat maddi ziyan dəymişdir. xx.xx.2021-ci il tarixli ziyan aktından görünür ki, Mercedes Benz markalı, ** XY *** dövlət qeydiyyat nişanlı avtomobilə hadisə vaxtı 12.845 manat maddi ziyan dəymişdir. xx.xx.2021-ci il tarixli, 8/2716 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Chevrolet Cruze markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 100 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən Mercedes Benz markalı, ** XY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Toyota Prius markalı, ** TS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid hadisənin qarşısını alması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. xx.xx.2021-ci il tarixli, 2010 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X24 rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlər sol bud sümüyünün çıxığı, sol sirkə kasasının arxa damının yerdəyişmiş sınığı, alın nahiyəsinin əzilmiş yaraları bərk küt əşya təsirindən onun tibbi yardım üçün X21 PHŞ-nə müraciət etdiyi xx.xx.2021-ci il saat 02:16-dan bir qədər əvvəl əmələ gəlmişdirlər və dərəcəsində görə sağlamlığı uzun müddətə pozan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. Həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə sərnişini olduğu minik avtomaşının digər minik avtomaşını ilə toqquşması nəticəsidə əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarələrin əlçatan nahiyyələrdə yerləşmələrinə baxmayaraq şəxsin özü tərfindən yetirilməsi inandırıcı deyildir. xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 dekabr 2021ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263-1.1 və 264-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(001)-1320/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət və təqdimat təmin edilməyərək sonuncu məhkəmə iclas zalından azad edilmişdir. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin məktubundan görünür ki, DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyatimtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir. xx.xx.2021-ci il tarixli, 2170 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X24 rəyindən görünür ki, vət. Təqsirləndirilən şəxs bədən səthində xəsarət və xx.xx.2021-ci il tarixə uyğun gələ bilən xəsarət izi aşkar olunmadı. Vət. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə, “Az.ETTOİ” PHŞ-nə müraciət edərkən ona “Sol diz oynağının əzilməsi” diaqnozu qoyulmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən onun tibbi yardım üçün “Az.ETTOİ” PHŞ-nə müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəl əmələ gəlmişdir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edldiyindən dərəcəsi təyin olunmur. Vət. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarət qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə idarə etdiyi minik avtomaşının digər minik avtomaşını ilə toqquşması nəticəsində əmələ gələ bilərdi. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarət bədənin əlçatan nahiyəsində yerləşməsinə baxmayaraq, şəxsin özü tərfindən yetirilməsi az inandırıcıdır. xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2022-ci il tarixli Binəqədi rayon İcra Hakimiyyəti Binəqədi rayon 1 saylı MKİS tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır və müsbət xarakterizə olunur. xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı ərizə ilə müraciət edərək, avtomobilinə dəymiş 4732 manat maddi ziyan qaytarılmadığından cinayət işi üzrə mülki iddiaçı qismində tanınmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs3 ibtidai istintaq orqanı tərəfindən mülki iddiaçı qismində tanınaraq ona Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 89-cu maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, “Mercedes Benz” markalı, ** XY *** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” markalı, ** TS *** dövlət qeydiyyat nişanlı və “Chevrolet Cruze” markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomobillər iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahiblərinə qaytarılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-195/2022 nömrəli qərarından görünür ki, iş üzrə Zərərçəkmiş şəxs3 tərəfindən ibtidai istintaq zamanı verilmiş iddia ərizəsi üzrə dövlət rüsumu olmadığından müraciət geri qaytarılmışdır. xx.xx.2022-ci il tarixli iddia ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəməyə müracət edərək yol-nəqliyyat hadisəsi üzrə ona vurulmuş maddi ziyana görə ümumilikdə 8415 manat və mənəvi ziyana görə 1500 manat məbləğində pulun cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-195/2022 nömrəli qərarından görünür ki, iş üzrə Zərərçəkmiş şəxs2 tərəfindən məhkəmə istintaqı zamanı verilmiş iddia ərizəsi üzrə dövlət rüsumu olmadığından müraciət geri qaytarılmışdır. xx.xx.2022-ci il tarixli Zərərçəkmiş şəxs3 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, cinayət hadisəsi nəticəsində Zərərçəkmiş şəxs3 dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmiş, sonuncuya qarşı heç bir tələbi, şikayəti və pretenziyası yoxdur, onlar barışmışlar. xx.xx.2022-ci il tarixli Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət hadisəsi nəticəsində Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyan tam şəkildə ödənilmiş, sonuncuya qarşı heç bir şikayəti yoxdur, onlar barışmışlar, gələcəkdə də bu işlə bağlı heç bir şikayəti tələbi olmayacaqdır. xx.xx.2022-ci il tarixli Zərərçəkmiş şəxs2 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət hadisəsi nəticəsində Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyan tam şəkildə ödənilmiş, sonuncuya qarşı heç bir şikayəti yoxdur, onlar barışmışlar, gələcəkdə də bu işlə bağlı heç bir şikayəti tələbi olmayacaqdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. İstintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək yolnəqliyyat hadisəsi yerindən qaçmadığını bildirməsi ilə bağlı verdiyi ifadəsində göstərdiyi xüsusatlar özünü müdafiə xarakterlidir. Məhkəməyə əlavə şahid qismində məhkəməyə dəvət edilərək dindirilmiş X5 və X10 ifadələri də öz növbəsində tanışları Təqsirləndirilən şəxs müdafiəsinə yönələn və sübutu olmayan ifadələrdir. Belə ki, Təqsirləndirilən şəxs və qeyd edilən əlavə şahidlərin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlinin törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263-1.1 və 264-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 263-1.1 və 264-cü maddələri cinayətlərin təsnifatına görə az ağır və böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən az ağır və qəsdən törədilən böyük ictimai təhlükə törətməyən cinayətlər olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını, tələbə olmasını və gənc olmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263- 1.1 və 264-cü maddələrinin sanksiyalarında müəyyən edilmiş həddə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, cərimə və azadlığın məhdudlaşdırılması cəzaları təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu CM-in 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə cərimə cəzasını və CM-in 264-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməllərinə görə təyin ediləcək əlavə cəzaları qismən, əsas cəzaları isə tamamilə toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 14 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(001)-1320/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət və təqdimat təmin edilməyərək sonuncu məhkəmə iclas zalından azad edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 2 (iki) gün müddətində şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. CM-in 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə, CM-in 69.3 və 69.4-cü maddələrinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs 14 dekabr 2021-ci il tarixdən 16 dekabr 2021-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və həmin müddət nəzərə alınaraq ona təyin ediləcək cərimə cəzası yüngülləşdirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti hökmün qanuni qüvvəyə mindiyi andan, azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 22:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Mercedes Benz markalı, ** XY *** dövlət qeydiyyat nişanlı, Toyota Prius markalı, ** TS *** dövlət qeydiyyat nişanlı və Chevrolet Cruze markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197-198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 61 (altmış bir) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 55 (əlli beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 55 (əlli beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 (üç yüz otuz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6000 (altı min) manat miqdarda cərimə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzalarını qismən toplamaq, cərimə və azadlığın məhdudlaşdırılması cəzalarını isə tamamilə toplamaq yolu ilə ona qəti olaraq, 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 6000 (altı min) manat miqdarda cərimə cəzası və 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3 və 69.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs 14 dekabr 2021-ci il tarixdən 16 dekabr 2021-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, həmin müddət nəzərə alınmaqla təyin edilmiş cərimə cəzası yüngülləşdirilsin və üzərində qəti olaraq 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5500 (beş min beş yüz) manat miqdarda cərimə cəzası və 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti isə hökmün qanuni qüvvəyə mindiyi andan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Mercedes Benz markalı, ** XY *** dövlət qeydiyyat nişanlı, Toyota Prius markalı, ** TS *** dövlət qeydiyyat nişanlı və Chevrolet Cruze markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 55 (əlli beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 (üç yüz otuz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №1(001)-195/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-195/2022
29.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver