Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-196/2023 22.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X6, müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1967-ci il tarixdə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Göbəktala kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu, korpus, 8, 1-ci mədən ünvanında yerləşən fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.2 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş və yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, o, 13 sentyabr 2021-ci il tarixdə saat 18 radələrində X10 mülkiyyətində olan və özünün nəqliyyat vasitəsindən istifadə etmə hüququ verən yol vərəqəsi əsasında idarə etməklə 203 saylı şəhərdaxili marşrut xətti üzrə sərnişindaşımanı həyata keçirdiyi texniki cəhətdən saz vəziyyətdə olan “SAZ NP37” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtobusla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsi ilə şəhərin mərkəzindən X25 istiqamətində saatda 5-10 kilometr sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və təhlükə yaratmamalı olduğu halda öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərməklə qabaqcadan görməli olduğu və görə biləcəyi halda onları görməyib, cinayətkarcasına etinasızlıq göstərərək təhlükəsiz hərəkət üçün lazımi tədbirləri görməyib hərəkətini davam etdirdiyindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 2 ünvanında onunla qarşı-qarşıya əks istiqamətdən yolun hərəkət hissəsinin sağ tərəfi ilə velosipedlə hərəkət edən 03 iyul 2011-ci il təvəllüdlü azyaşlı X7 avtobusun arxa sağ qanadı ilə vuraraq sonuncuya sağ gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, beyinin yumşaq qişaları altına, mədəciklərinə və toxumasına qansızmalar, sağ gicgah nahiyəsinin dərialtı hematoması, sağ lll-Vİİİ qabırğaların sınıqları, döş qəfəsinin sağ yarısının bayır-arxa səthinin sıyrıqları, sağ çiyin qurşağının ön səthindən sağ bazu nahiyəsini və sağ dirsək oynağını əhatə edən qançırlarından ibarət insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxs Hüseyn Kərimovun ölümünə səbəb olmuş və hadisədən dərhal sonra zərərçəkmiş şəxsə yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməyib özünün şəxsiyyəti barədə məlumatları qarşı tərəfə bu və ya digər vasitə ilə çatdırmadan idarə etdiyi avtobusla hadisə yerini tərk etməklə törətdiyi yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs, CM-in 263.2 və 264-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 13 sentyabr 2021-ci il saat 18 radələrində idarə etdiyi “İsuzu” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı, 203 saylı avtobusla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 3 ünvanında şəhərin mərkəzindən üzü X25 istiqamətində təxminən 5-10 kilometr saat sürətlə hərəkətdə olarkən sol tərəfindən bir nəfər velosiped sürən uşaq keçdikdən sonra avtobusda olan sərnişinlərdən biri uşağın yıxıldığını demişlər. O, bu vaxt sağ yan güzgüdən arxaya baxdıqda görmüşdür ki, əsas yola bitişik olan 2-ci dərəcəli yolda bir nəfər velosiped sürən uşaq yerdə yıxılmış vəziyyətdədir. O uşağın vəziyyəti ilə maraqlanmaq və köməklik etmək məqsədi ilə avtobusu yolun sağ kənarında saxlamışdır. Bundan sonra o və avtobusda olan sərnişinlərin böyük əksəriyyəti avtobusdan enib uşağın yıxıldığı yerə getmişlər. Həmin vaxt avtobusda təxminən 20-dən çox sərnişin olmuşdur. Avtobusdan endikdən sonra görmüşdür ki, həmin velosiped sürən uşaq avtobusun dayandığı yerdən təxminən 10 metr arxada yerdə arxası üstündə uzanmış vəziyyətdədir və ağzından qan gəlir. Uşağın yıxıldığı yer əsas yoldan təxminən 50 sm aralıda 2-ci dərəcəli yol olmuşdur. Hadisə yerinə onun sol tərəfindən keçmiş velosiped sürən həmin uşaq da gəlmişdir. Daha sonra yaxınlıqdakı evdən uşağın anası gəlmiş, bu vaxt o, uşağın anasına avtobusu uşağa yardım etmək üçün saxladığını demişdir. Bundan sonra uşağı evə aparmışlar. Bir neçə dəqiqə sonra isə uşağı evdən çıxarıb sürücüsünü tanımadığı “VAZ 2107 markalı, ağ rəngli avtomobilə yerləşdirib xəstəxanaya aparmışlar. Bundan sonra sərnişinlər avtobusa daxil olmuşlar və o, marşrut xətti üzrə yoluna davam edərək son dayanacağa qədər getmişdir. Bir neçə dəqiqə sonra yenidən həmin avtobusla yeni dövriyyəyə başlamış, X25 istiqamətində qayıtdıqda isə yolda polis əməkdaşları onu saxlamışlar. Ondan uşaq ölümü ilə nəticələnmiş hadisə ilə bağlı soruşduqda o, polis əməkdaşlarını Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 3 ünvanına aparıb onlara hadisə yerini yəni əsas yola bitişik olan 2-ci dərəcəli yolu göstərmişdir. Bundan sonra idarə etdiyi avtobus polis əməkdaşları tərəfindən dayanacağa yerləşdirilmişdir. O, özü tibbi müayinədən keçmiş və ayıq olduğu müəyyən olunmuşdur. Daha sonra polis idarəsinə dəvət edilib hadisə barədə ifadə vermişdir. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Şahid1 uşağın avtobusa çırpılması barədə hər hansı bir söz deməmiş, sonuncuya uşağı idarə etdiyi avtobusla vurmadığını demişdir. Bununla yanaşı polis əməkdaşları onu saxlayan zaman o, sonunculara, eləcə də Şahid6 ilə telefonla danışan zaman sonuncuya uşağın avtobusa dəyməsi və yaxud avtobusla uşağı vurması ilə bağlı hər hansı bir söz deməmiş, əksinə onlara hər-hansı bir yol nəqliyyat hadisəsi törətmədiyini demişdir. Ümumiyyətlə uşaq onun idarə etdiyi avtobusa dəyməmiş, nə də ki, o, idarə etdiyi avtobusla uşağı vurmamışdır. Məhkəmədən, göstərilən halların nəzərə alınaraq, ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 263.2 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X12 ifadəsində göstərmişdir ki, 2010-cu ildə Şahid1 ilə ailə həyatı qurmuş və həmin nikahdan iki övladı 07 mart 2011-ci il təvəllüdlü X11 və xx xxxx 2015-ci il təvəllüdlü Şahid2 doğulmuşlar. 13 sentyabr 2021-ci il tarixdə saat 17-18 radələrində işdə olarkən həyat yoldaşı zəng edib oğlu Hüseyn Kərimovun avtobus tərəfindən vurulduğunu və Hüseyni xəstəxanaya apardıqlarını bildirmişdir. Bundan sonra dərhal 1 saylı Mərkəzi xəstəxanaya getmiş, xəstəxanaya çatdıqda isə oğlu artıq vəfat etmişdir. Hadisə vaxtı həmin yerdə qızı Zeynəb də olmuş və Zeynəb ona demişdir ki, qardaşı Hüseynlə velosipedlə Ordubadi küçəsi ilə evinə tərəf, yəni şəhər istiqamətində gəlmişlər, Zeynəb özü yolun sağ tərəfi, qardaşı Hüseyn isə sol tərəfi ilə hərəkət etmişlər, həmin vaxt əks istiqamətdən 203 saylı avtobusun gəldiyini görmüş və avtobus Hüseynə yaxınlaşan anda Hüseyn velosipeddən yerə yıxılmışdır. O, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirib sonuncuya ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2021-ci ilin sentyabr ayının sonlarından qeydiyyatda olduğu ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır, əvvəllər isə ailəsi ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışdır. 2010-cu il tarixdə o, X12 ilə nikaha daxil olmuş, həmin nikahdan 03 iyul 2011-ci il təvəllüdlü X11 və xx xxxx 2015-ci il təvəllüdlü Şahid2 doğulmuşlar. 13 sentyabr 2021-ci il tarixdə saat 17:30 radələrində övladları ilə birlikdə həmin dövrdə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evində olarkən oğlu X11 və qızı Şahid2 velosiped sürmək üçün küçəyə çıxmağa ondan icazə istəmişlər. O, icazə verdikdən sonra övladları velosipedlərini götürüb küçəyə çıxmışlar, bu vaxt o, evin qonaq otağında təmizlik işləri ilə məşğul olmuşdur. Əvvəllər yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 5 ünvanında yerləşən həmin fərdi yaşayış evinin darvazası birbaşa avtomobil yolunun hərəkət hissəsinə açılmışdır. Övladları ondan icazəalıb velosiped sürmək üçün küçəyə çıxdıqdan təxminən 3-5 dəqiqə sonra o, evin qonaq otağında olarkən yanındakı pəncərə açıq olduğundan küçədən nəqliyyat vasitəsinin tormoz səsini, ardınca isə qızı Şahid2 “Hüseyn” deyərək qışqırığını eşitmişdir. O, dərhal evdən küçəyə çıxmış evin darvazasından təxminən 1.5-2 metr uzaqlıqda sağ tərəfdə yolun hərəkət hissəsində oğlu Hüseyn Kərimovun arxası üstə yerə yıxılmış vəziyyətdə olduğunu, velosipedin isə oğlunun ayaqlarının üstünə aşdığını, oğlunun yıxıldığı yerdən təxminən 4-5 metr irəlidə yolun hərəkət hissəsində 203 saylı avtobusun dayandığını görmüşdür. Bu vaxt yolda həmin avtobusdan başqa heç bir nəqliyyat vasitəsi olmamışdır. Həmin vaxt avtobusdan çoxlu sayda sərnişin enərək dayanıb baxmışlar. O, dərhal yerdə yıxılmış vəziyyətdə olan oğlu Hüseyn Kərimovu götürüb evinə aparmış və divanın üzərində uzandırmışdır. Bu vaxt oğlu Hüseyn Kərimov tərpənməz vəziyyətdə qıc olmuş, başının arxa hissəsi qanlı, dodaqlarının kənarı isə göyərmiş vəziyyətdə olmuşdur. Onun ardınca qızı Şahid2 da evə gəlmişdir. Bundan sonra o, yenidən çölə çıxmışdır. Oğlunu evə gətirib çölə çıxmağı bir neçə saniyə ərzində baş vermişdir. Küçəyə çıxdıqdan sonra o, evin darvazasının girişində dayanıb oraya toplaşmış şəxslərdən oğlunu kimin vurması ilə bağlı soruşduqda yolun hərəkət hissəsində, darvazanın yanında dayanmış markasını bilmədiyi, sovet istehsalı, ağ rəngli avtomobilin yanındakı tanımadığı cavan oğlan ona uşağı avtobusun vurduğunu demişdir. Bundan sonra o, avtobus tərəfə çevrilmiş, bu vaxt həmin avtobusun sürücüsü ona tərəf gələrək “uşaq özünü avtobusa çırpdı” demişdir. Həmin avtobus sürücüsünü o, 203 saylı marşrut avtobusundan tez-tez istifadə etdiyindən əvvəllər bir neçə dəfə avtobusu idarə edərkən görmüş, lakin şəxsiyyəti barədə heç bir məlumatı olmamışdır. Beləliklə avtobus sürücüsünün həmin sözlərindən sonra o, yenidən evə qayıtmış və oğlu Hüseyn Kərimovun vəziyyəti ilə maraqlanmışdır. Bu vaxt səs-küyə qonşular da küçəyə çıxmışlar, hətta bəziləri evə daxil olub Hüseynin vəziyyəti maraqlanmışlar. Evdə olarkən yan qonşusu olan Heyran adlı qadın Hüseyni təcili olaraq xəstəxanaya yerləşdirməyi məsləhət bilmişdir. O, həyəcanlı olduğundan nə edəcəyini bilməmişdir. Bu vaxt tanımadığı seyrək saçlı şəxs evə daxil olub oğlu Hüseyni qucağına alıb küçəyə çıxarmış, onu küçədə dayanmış həmin sovet istehsalı olan ağ rəngli avtomobilə əyləşdirmişdir, lakin həmin vaxt yanacağı olmadığından avtomobil işə düşməmişdir. Bundan sonra həmin yerdə olan şəxslər yoldan keçən markasını bilmədiyi bir avtomobili saxlamışlar. Beləliklə o, qızı Zeynəblə birlikdə maşına əyləşib Hüseyni əvvəlcə Rəsulzadə qəsəbəsində yerləşən Məlikov adına xəstəxanaya, oradan isə X20 aparmışlar. Xəstəxanaya çatdıqda isə oğlu Hüseyn Kərimov artıq vəfat etmişdir. Məhkəmə baxışı zamanı mütəxəssisin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan, Şahid2 ifadəsində göstərmişdir ki, X11 onun qardaşı olmuşdur. xx.xx.2021-ci il tarixdə saat 17 radələrində o, yaşadığı evdə olarkən qardaşı ilə birlikdə velosiped sürmək üçün anası Şahid1 icazə alıb, velosipedlərini götürüb küçəyə çıxmışlar. Onlar avtomobil yoluna çıxaraq əvvəlcə üzü şəhərin mərkəzi istiqamətində velosipedlə hərəkət etmiş, daha sonra isə qayıdaraq şəhərin mərkəzindən X25 istiqamətində bir qədər hərəkət etmişlər. Bundan sonra yenidən üzü şəhərin mərkəzi istiqamətində velosipedlə o, yolun sağ, qardaşı Hüseyn Kərimov isə yolun sol tərəfi ilə hərəkət edərkən qarşıdan əks istiqamətdən ağ rəngli avtobusun gəldiyini görmüşdür. Avtobus onun sol tərəfindən keçəndən sonra evlərinə tərəfə boylananda qardaşı Hüseyn Kərimovun sürdüyü velosipedlə birlikdə yolun hərəkət hissəsinin sağ kənarında yerə yıxılmış vəziyyətdə olduğunu, avtobusun isə qardaşının yanında dayandığını görmüşdür. O, qardaşı Hüseyn Kərimovun hansı şəraitdə yıxıldığını görə bilməmişdir, çünki, qardaşı da velosipedlə Ordubadi küçəsi ilə X25ndən üzü şəhərin mərkəzi istiqamətində onunla paralel olaraq, yəni qardaşı yolun sol, o, özü isə yolun sağ kənarı ilə hərəkət etmişdir, avtobusda onun sol tərəfindən keçdiyi üçün qardaşı Hüseyn Kərimovun konkret hansı şəraitdə yıxıldığını o, görməmişdir. O, qardaşı Hüseyn Kərimovu yerdə gördükdə qışqıraraq sonuncuya tərəf getmiş, bu vaxt avtobusdan çoxlu sayda insan enib həmin yerə toplaşmışlar. Sonra yaşadığı evdən anası Şahid1 gələrək qardaşını evə aparmışdır. Bundan sonra isə qardaşını həmin yerdə olan şəxslərin köməkliyi ilə yol maşını ilə xəstəxanaya aparmışlar. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2021-ci ilin dekabr ayından Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinin polis nəfəri vəzifəsində xidmət edir. 2008-ci ildən 2021-ci ilin dekabr ayına qədər olan müddətdə isə Binəqədi Rayon Polis İdarəsinin Post-Patrul Xidməti Bölüyünün polis nəfəri vəzifəsində xidmət etmişdir. 13 sentyabr 2021-ci il tarixdə saat 18 radələrində Binəqədi rayonu ərazisində “6468” çağırışlı avtopatrulda xidmətdə olarkən polis İdarəsinin növbətçi hissəsindən xüsusi rabitə vasitəsi ilə göstəriş verilmişdir ki, yol nəqliyyat hadisəsi ilə əlaqədar Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən 203 marşrut avtobusunun son dayanacağına yaxınlaşsın. O, xidmət yoldaşı polis baş serjantı Şahid5lə birlikdə xidməti avtomobillə avtobusların son dayanacağına gəlmişdir, lakin bu vaxt dayanacaqda heç kim olmamışdır. Onlar 203 saylı avtobusun marşrut xətti üzrə hərəkət edib yol-nəqliyyat hadisəsinin baş vermə yerini müəyyən etmək qərarına gəlmişlər və Ordubadi küçəsi ilə üzü şəhər istiqamətində hərəkət etmişlər. Bu vaxt qarşıdan içərisində sərnişinlər olan 203 saylı ağ rəngli avtobusun onlara doğru hərəkət etdiyini görmüşlər. Avtobusu saxlayıb sürücüdən yol nəqliyyat hadisəsi ilə bağlı maraqlandıqda həmin şəxs bildirmişdir ki, hazırki dövriyyədən qabaq Ordubadi küçəsi X25 istiqamətində hərəkət edərkən sərnişinlər bir nəfər velosiped sürən uşağın avtobusun arxasına dəydiyini bildirmişlər, özü çıxıb baxdıqda isə avtobusda heç bir izin olmadığını görmüş, elə başa düşmüşdür ki, velosiped sürən həmin uşaq hansısa başqa bir maneəyə toxunmuşdur. Bundan başqa sürücü bildirmişdir ki, əgər uşaq onun maşınına dəysəydi, ən azından avtobusa yerləşdirib xəstəxanaya aparardı. Daha sonra sürücüyə hadisə yerini göstərməsini bildirmişlər, sürücü isə onları X25 istiqamətində təxminən 200-300 metr irəliyə gətirib yolun sağ kənarını göstərərək həmin yerin hadisə yeri olduğunu onlara demişdir. Onlar hadisə yerini müəyyən etdikləri ilə bağlı növbətçi hissəyə məlumat vermişlər, avtobusu yolun kənarında saxlamışlar, bir neçə dəqiqədən sonra hadisə yerinə müstəntiq və yol-patrul xidmətinin əməkdaşları gəlmişlər. Müstəntiq hadisə yerində ölçü işləri aparmışdır, onun iştirakı ilə protokol tərtib edilmiş və o, öz imzası ilə protokolu oxuyub təsdiq etmişdir. Avtobusu yol-patrul xidməti əməkdaşları dayanacağa yerləşdirmişlər, sürücüsü isə müstəntiqlə birlikdə ifadə vermək üçün İdarəyə getmişdir. Onlar da öz xidmətlərinə davam etmişlər. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2004-cü ildən hazırkı günədək Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. 13 sentyabr 2021-ci il tarixdə saat 18 radələrində xidmət yoldaşı Şahid4 ilə birlikdə Binəqədi rayonu ərazisində “6468” çağırışlı avtopatrulda xidmətini davam etdirmişdir, bu vaxt rayon polis idarəsinin növbətçi hissəsindən xüsusi rabitə vasitəsi ilə məlumat verilmişdir ki, xidməti ərazidə avtobusun adam vurması ilə bağlı yol nəqliyyat hadisəsi baş vermişdir. Onlara Biləcəri qəsəbəsi, X25, Ordubadi küçəsində yerləşən 203 avtobusunun son dayanacağına getmələri ilə bağlı göstəriş verilmişdir. Onlar dərhal xidməti avtomobillə avtobus dayanacağına gəlmişlər, lakin, dayanacaqda heç kim olmamışdır. Bundan sonra 203 saylı avtobusun marşrut xətti üzrə X25 boyunca hərəkət edib qarşıya çıxan avtobusların sürücülərindən hadisə barədə məlumat əldə etmək qərarına gəlmişlər. Beləliklə, onlar xidməti avtomobillə Ordubadi küçəsi ilə üzü şəhərin mərkəzi istiqamətində hərəkət etmişlər, bir neçə dəqiqə sonra X25ndə qarşıdan 203 saylı ağ rəngli avtobusun onlara doğru gəldiyini görmüşdür. Onlar avtobusu saxlayıb hadisə ilə bağlı sürücüsündən soruşmaq qərarına gəlmişlər. Onlar avtobusu saxlamışlar, bu vaxt o, avtobusda sərnişinlər olduğunu görmüşdür. Sürücüdən həmin ərazidə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı soruşduqda sürücü söhbət əsnasında hazırki dövriyyədən qabaq idarə etdiyi avtobusla Ordubadi küçəsi ilə hərəkətdə olarkən avtobusdan tıqqıltı səsinin gəldiyini, daha sonra avtobusu saxlayıb ərtafına baxdığını, lakin heç nə aşkar etməyib yoluna davam etdiyini demişdir. Həmçinin bildirmişdir ki, heç kimi vurmamış, hadisə yerində özünə də kimsə demişdir ki, velosiped sürən uşaq avtobusa dəymişdir. Sürücü onları görüb çox qorxmuş və verdiyi sualları çətinliklə fasilələr verərək cavablandırmışdır. Onlar sürücüdən hadisə yerini göstərməsini xahiş etmişlər, adının “Elxan” olduğunu bildirən həmin sürücü onları X25 istiqamətində bir qədər irəliyə gətirib yolun sağ kənarını göstərərək oranın hadisə yeri olduğunu demişdir. Onlar isə növbətçi hissəyə ünvanı deyib hadisə yerini müəyyən etdikləri ilə bağlı məlumat vermişlər. Göstəriş əsasında avtobusu yolun kənarında saxladıb əlavə qüvvə gözləməyə başlamışlar. Bu vaxt o, sürücüyə demişdir ki, hadisə ilə bağlı həqiqəti ona bildirsin. Lakin, Elxan yenə də dediyinin üstündə duraraq hərəkətdə olarkən avtobusdan tıqqıltı səsinin gəldiyini, saxlayıb avtobusa baxdıqda isə heç nə aşkar etmədiyi üçün yoluna davam etdiyini ona demişdir. Eyni zamanda özünün də hadisədən xəbərinin olmadığını, hadisə yerində kiminsə ona velosiped sürən bir nəfər uşağın onun idarə etdiyi avtobusa dəydiyini bildirməsini qeyd etmişdir. Həmin vaxt hadisə yerində azyaşlı uşaqlar dayanmış, o, həmin uşaqlardan hadisə ilə bağlı soruşduqda eşitdiklərinə görə velosipedin avtobusa dəydiyini demişlər. Bir neçə dəqiqədən sonra hadisə yerinə müstəntiq və yol-patrul xidmətinin əməkdaşları gəlmişlər. Müstəntiq hadisə yerində ölçmə işləri aparmışdır. Avtobus yolpatrul xidməti əməkdaşları tərəfindən dayanacağa yerləşdirilmişdir. Sürücüsü isə müstəntiqlə birlikdə çıxıb getmişdir. Daha sonra o, xidmət yoldaşı Şahid4la rayon ərazisində xidmətini davam etdirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, 2005-ci ildən hazırkı günədək fərdi qaydada alçipan ustası kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs o, 3-4 il olar ki, yaşadığı Binəqədi qəsəbəsindən tanıyır. Təqsirləndirilən şəxs yaşadığı Binəqədi rayonu ərazisində avtobus sürücüsü kimi fəaliyyət göstərmişdir. Elxan əvvəllər 202 saylı, sonralar 203 saylı avtobusları idarə etmiş, son vaxtlar isə onu yaxın ərazidən keçən 41 saylı avtobusu idarə edərkən görmüşdür. Elxanla münasibəti tanışlıq səviyyəsində salam-sağoldan ibarət olmuşdur. Bir dəfə də avtobusdan istifadə edərkən Elxan ona təmir-tikinti ilə bağlı suallar vermiş, o da məsləhətləri ilə köməklik etmişdir. O, Elxanın mobil telefon nömrəsini istifadəsində olan telefonunda qeyd etmişdir. 13 sentyabr 2021-ci ildə saat 20 radələrində o, “Azadlıq” metrosunun yaxınlığında 203 saylı avtobusu gözləmişdir. Həmin ərazidə, o cümlədən X25ndə yaşayan sakinlərin əksəriyyəti bir-birini tanımışlar. O, duracaqda olarkən həmin yerdə toplaşmış insanların avtobus sürücüsü olan Elxanın qəza törətdiyi barədə aralarında danışdıqlarını eşitmişdir. O, Elxanı tanıdığı üçün bu məsələ ona da maraqlı gəlmiş və yaxınlaşıb bir neçə nəfərdən qəza ilə bağlı soruşmuşdur. Həmin vaxt ona demişlər ki, X25ndə Elxan avtobus idarə edərkən velosiped sürən uşaqla qəza törətmişdir. O, Elxanı fağır bir adam kimi tanımış, Elxana zəng edib qəza ilə bağlı özündən soruşmaq qərarına gəlmişdir. O, istifadəsində olan mobil nömrəsindən Elxanın mobil nömrəsinə zəng edib, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı soruşmuş, həmin telefon danışığı zamanı Elxan ona demişdir ki, 203 saylı avtobusla X25 ilə hərəkət edərkən bir nəfər velosiped sürən oğlan uşağı onun idarə etdiyi avtobusa çırpılmışdır. Elxanın dediyinə görə heç uşağın haradan gəldiyini, haradan çıxdığını görməmiş və vurduğunu belə hiss etməmişdir. Bir müddət sonra 41 saylı avtobusa əyləşərkən Elxanın həmin avtobusu idarə etdiyini görmüşdür. Həmin yol-nəqliyyat hadisəsindən uzun müddət keçdiyi üçün düşünmüşdür ki, artıq Elxanın işi həll olunub və qəza ilə bağlı Elxandan heç bir söz soruşmamış, salamlaşıb təmir-tikinti işi ilə bağlı bir qədər söhbət etmiş, sonra o, avtobusu tərk etmişdir. Bundan sonra Elxanla ünsiyyəti olmamışdır. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 203 saylı avtobus yaşadığı evin yaxınlığından keçdiyindən demək olar ki, o, hər gün həmin avtobusdan istifadə etmişdir. 203 saylı avtobusdan tez-tez istifadə etdiyindən 3-4 nəfərdən ibarət sürücülərini üzdən tanımışdır. 13 sentyabr 2021-ci il tarixdə saat 17 radələrində o, işdən çıxıb qonşusu Şahid8 ilə birlikdə "Azadlıq" mterostansiyasının yaxınlığından 203 saylı avtobusa daxil olmuş, ilkin olaraq sol tərəfdə orta hissədə yerləşən oturacaqların birində əyləşmiş, lakin sonradan qabaqda yer boşaldığı üçün sol tərəfdə ən birinci sırada sürücünün arxasında əyləşmişdir. Qonşusu Şahid8 isə avtobusun arxa oturacaqların birində əyləşmişdir. Həmin avtobus X25 ərazisinə daxil olub yavaş sürətlə hərəkət edərkən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X25, döngə 2 ünvanından təxminən 10 metr məsafədə avtobusun arxa hissəsindən sərnişinlər "saxla, saxla uşaq yıxıldı deyə qışqırmışlar”. Sürücü Təqsirləndirilən şəxs avtobusu saxladıqdan sonra demək olar ki, bütün sərnişinlər hamısı küçəyə çıxmışlar. O, küçədə olarkən görmüşdür ki, yolun sağ kənarında bir nəfər velosiped sürən oğlan uşağı yerə yıxılmış vəziyyətdədir. Avtobusdan endikdən sonra həmin yerdə insan çox olduğundan o, özü yaxına getmədən uzaqda dayanmışdır. Bu səbəbdən de uşağın dəqiq olaraq harada yıxıldığını görə bilməmişdir. Amma təxminən bildirmişdir ki, uşaq əsas yoldan 50 sm məsafədə sağ tərəfdə yıxılmışdır. O, ümumiyyətlə uşağın hansı şəraitdə yıxıldığını görməmişdir. Bundan sonra uşağın yaxınları sonuncunu avtomobilə əyləşdirib aparmışlar. Avtobus sürücüsü Təqsirləndirilən şəxs uşağa yardım edib-etməməsi və ya öz şəxsiyyəti barədə uşağın yaxınlarına məlumat verib-verməməsini o, görməmişdir. Uşaq hadisə yerindən aparıldıqdan sonra o, yaxınlıqda yerləşən evinə piyada getmişdir, evin qarşısına çatdıqda isə görmüşdür ki, həmin avtobus X25nin içərilərinə doğru hərəkət edir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, avtobus sürücüsünü uşağı vurması və yaxud uşağın avtobusa dəyməsinin şahidi olmamış, hadisədən bir neçə gün sonra Təqsirləndirilən şəxs onun yaşadığı evə gələrək istintaqa baş vermiş hadisə ilə bağlı ifadə verməsini xahiş etmiş, o, razılıq verərək mobil telefon nömrəsini Təqsirləndirilən şəxs bildirmişdir. Bir neçə gündən sonra Elxan taksi ilə “Azadlıq” metrosunun yanına gəlib onu və qonşusu Şahid8 Binəqədi Rayon Polis İdarəsinin inzibati binasına aparmışdır. O, Binəqədi Rayon Polis İdarəsində hadisə ilə bağlı bildikləri barədə ifadə vermişdir. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 203 saylı avtobus yaşadığı evin yaxınlığından keçdiyindən demək olar ki, hər gün həmin avtobusdan istifadə etmişdir. 203 saylı avtobusdan tez-tez istifadə etdiyindən 3-4 nəfərdən ibarət sürücülər üzdən tanımışdır. 13 sentyabr 2021-ci il tarixdə saat 17 radələrində işdən çıxıb qonşusu Şahid9 ilə birlikdə “Azadlıq” metrostansiyasının yaxınlığından 203 saylı avtobusa daxil olmuş, sonra o, arxa sağ tərəfdə demək olar ki, avtobusun arxa sağ təkərinin üstündəki oturacaqda əyləşmiş, Şahid9 isə avtobusda əvvəlcə orta hissədə daha sonra sürücünün arxasındakı oturacaqda əyləşmişdir. Həmin avtobus Binəqədi rayonu, Biləcəri qəsəbəsi, döngə 2 ünvanının qarşısında X25 istiqamətində yavaş sürətlə hərəkətdə olarkən onun arxasında əyləşmiş bir nəfər tanımadığı cavan oğlan “uşaq dəydi" deyə qışqırmışdır. Bununla yanaşı o, yolda velosiped sürən azyaşlı qiz uşağının da qışqırıq səslərini eşitmişdir. Sərnişinlər saxlamasını bildirdikdən sonra sürücü Təqsirləndirilən şəxs avtobusu yolun sağ kənarında saxlamışdır. Demək olar ki, bütün sərnişinlər hamısı avtobusdan çıxmışlar. O, avtobusdan düşdükdə görmüşdür ki, əsas yolla ara yolun arasında sağ tərəfdə velosiped sürən oğlan uşağı yerə yıxılmış vəziyyətdədir. Bundan sonra həmin yerə toplaşmış şəxslər uşağı əvvəlcə evə sonra isə maşına qoyub aparmışlar. O, Təqsirləndirilən şəxs uşağa yardım edib-etməməsini və ya öz şəxsiyyəti barədə uşağın yaxınlarına məlumat verib-verməməsini görməmişdir. Uşaq hadisə yerindən aparıldıqdan sonra o, yaxınlıqda yerləşən evinə piyada gedərkən həmin avtobusun X25nin içərisinə doğru hərəkət etdiyini görmüşdür. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, avtobus sürücüsünü uşağı vurması və yaxud uşağın avtobusa dəyməsinin şahidi olmamış, 13 sentyabr 2021-ci il tarixdə axşam saatlarında azyaşlı nəvəsi ilə birlikdə hadisə yerindən keçərkən orada polis əməkdaşlarının olduğunu görüb, yaxınlaşmış və uşağın vəziyyəti ilə maraqlanmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs də orada olmuşdur. O, polis əməkdaşlarına hadisə vaxtı avtobusda olduğunu demiş, polis əməkdaşları ona uşağın vəfa etdiyini deyib, hadisə barədə gördükləri barədə ifadə verməsini xahiş etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs soraqlaşıb, onun yaşadığı evi tapmış, həyat yoldaşından onun istintaq orqanına ifadə verməsinə razılıq verməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs onun mobil telefon nömrəsinə zəng edib, ifadə verməsini xahiş etmiş, o, işi ilə əlaqədar əvvəlcə razılıq verməsə də, Təqsirləndirilən şəxs dəfələrlə israrla xahiş etdiyi üçün o, ifadə verməyə razılıq vermişdir. Bundan sonra Elxan taksi ilə gəlib onu və qonşusu Kifayət Məmmədovanı “Azadlıq” metrosunun yaxınlığından Binəqədi Rayon Polis İdarəsinin inzibati binasına aparmışdır. O, polis idarəsində hadisə vaxtı gördükləri barədə ifadə vermişdir. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid7 qizi ifadəsində göstərmişdir ki, 13 sentyabr 2021-ci il tarixdə saat 17 radələrində işdən çıxıb evə getmək məqsədi ilə "Azadliq metrostansiyasının yaxınlığından 203 saylı avtobusa əyləşmişdir. Avtobus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsi ilə üzü X25 istiqamətində hərəkətdə olarkən o, duracaqda enmək məqsədi ilə irəliyə gəlib qapının yanında yani, sürücünün düz sağ tərəfində dayanmışdır. Döngə 2 ünvanının yaxınlığında avtobus yolun ortası ilə asta sürətlə hərəkət edərkən avtobusun arxa tərəfindən kimsə “çöldən səs gəldi deyəsən uşaq yıxıldı” deyə qışqırmışdır. Sürücü Təqsirləndirilən şəxs bir neçə metr də getdikdən sonra avtobusu yolun sağ kənarında saxlamış və sürücü də daxil olmaqla sərnişinlərin böyük əksəriyyəti avtobusdan enmişlər. Həmin vaxt avtobusun qapısının yanında olduğundan avtobusdan ilk o, enmişdir. Küçədə olarkən görmüşdür ki, bir nəfər velosiped sürən oğlan uşağı Ordubadi küçəsinə bitişik olan 2-ci dərəcəli yolla əsas yolun arasındakı tramplin kimi yerdə yerə yıxılmış vəziyyətdədir. Həmçinin, o, yıxılmış oğlan uşağından təxminən 2 metr aralıda bir nəfər qız uşağının dayanıb qışqırdığını görmüşdür. Bundan sonra yaxınlıqdakı fərdi yaşayış evindən uşağın valideyni, habelə orada yaşayan qonşular gəlib uşağı əvvəlcə evə sonra isə başqa bir maşınla xəstəxanaya aparmışlar. O, isə yaxınlıqda yaşadığından piyada olaraq evinə getmişdir. Sonralar isə qonşulardan eşitmişdir ki, həmin yıxılmış oğlan uşağı xəstəxanada vəfat etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, avtobus sürücüsünü uşağı vurması və yaxud uşağın avtobusa dəyməsinin şahidi olmamışdır. Təqsirləndirilən şəxs onun mobil telefon nömrəsini həyat yoldaşı X2 öyrənmişdir. Təqsirləndirilən şəxs ona zəng edib yol-nəqliyyat hadisəsinin istintaqı ilə bağlı şahid qismində ifadə verməsini ondan xahiş etmiş, o, da razılıq vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs taksi ilə gəlib onu və həyat yoldaşı Nizamənəddini evin qarşısından götürüb Binəqədi Rayon Polis İdarəsinin inzibati binasına aparmışdır. Polis İdarəsinə gedərkən Təqsirləndirilən şəxs hadisə zamanı idarə etdiyi avtobusun sahibi də taksidə olmuşdur. O, polis idarəsində hadisə zamanı gördükləri barədə ifadə vermişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid3 xx.xx.2023-cü il tarixdə vəfat etdiyi müəyyən edilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli qərardan görünür ki, fakta görə CM-in 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2021-ci il tarixli protokoldan, ona əlavə edilmiş sxem və fotoşəkillərdən görünür ki, baxış zamanı hadisənin Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində baş verməsi müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli, 2/26119 nömrəli “sərxoşluq vəziyyətinin tibbi müayinə aktı”ından görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı ayıq vəziyyətdə olmuşdur. xx.xx.2021-ci il tarixli, 171 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X16” X26 rəyindən görünür ki, X1 meyitində aşkar olunmuş sağ gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, beyinin yumşaq qişaları altına, mədəciklərinə və toxumasına qansızmalar, sağ gicgah nahiyəsinin dərialtı hematoması, sağ lll-Vİİİ qabırğaların sınıqları, döş qəfəsinin sağ yarısının bayır-arxa səthinin sıyrıqları, sağ çiyin qurşağının ön səthindən sağ bazu nahiyəsini və sağ dirsək oynağını əhatə edən qançırları xəsarətləri həyati olub, ölümündən az əvvəl, bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X1 ölümünə səbəb sağ gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı nəticəsində beyin qişaları altına, toxumasına və mədəciklərinə qansızmalar olmuşdur. X1 meyitində aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni 13 sentyabr 2021-ci il tarixdə hərəkətdə olan avtobusun velosipedlə toqquşması nəticəsində əmələ gələ bilərdilər. xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsində istifadədə olmuş “İsuzu” markalı avtobusa və velosipedə baxış keçirilmiş, avtobusun və velosipedin lak-boya örtüyündən nümunələr götürülmüşdür. xx.xx.2021-ci il tarixli, 6/4243-3/1606 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd idman şalvarının üzərində qara rəngli lak-boyaya aid olmayan sürtünmə izləri formasına, quruluşuna və tərkibinə görə rezin əsaslı polimer materiallarına məxsus sürtünmə izinin mikrohissəcikləri olduğunu göstərir. Həmin mikrohissəciklər iz şəkilində olduğundan tədqiqata təqdim edilmiş “İsuzu” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtobusun və 01 ədəd velosipedin polimer materialdan olan hissələrinə (detalına) aid olub-olmamasını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş 01 ədəd velosipedin müxtəlif hissələrinin lak-boya örtüyündən götürülmüş boya nümunələrinin üzərində olan sürtünmə şəkilində izlər boya örtüyünün özünə məxsus astar qatının sürtünmə (bərk predmetlə təmasda olması) nəticəsində cızılıb üst qata çıxmasına (yaranmasına) xarakterikdir. Üzərində kənar avtonəqliyyat vasitələrinə məxsus boya qalıqları, hissəcikləri yoxdur. 01 ədəd velosipedin üzərində kənar avtonəqliyyat vasitəsinə məxsus boya izləri olmadığından “İsuzu” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtobusun lak-boya örtüyündən götürülmüş boya nümunələri ilə müqayisəli tədqiqatı aparılmadı. Təqdim edilmiş “İsuzu” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilin və velosipedin üzərində olan zədələr formasına, marfoloji quruluşuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı bərk predmetlə kontaktda olması nəticəsində yarana bilər. Lakin lak-boya örtüklərin tədqiqatı nəzərə alınmaqla təqdim edilmiş “İsuzu” markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilin və velosipedin üzərində olan zədə kənarlarında xüsusi əlamətlər aşkar edilmədiyindən həmin nəqliyyat vasitələrinin konkret olaraq bir-biriləri ilə təmasda olmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş idman şalvarın üzərində olan zədə, iz hər hansı bərk (küt) predmetlə kontaktda olması, sürtünməsi nəticəsində yarana bilər. Belə predmetə asfalt, beton, dəmir və sair aiddir. Təqdim edilmiş geyim əşyalarının üzərində nəqliyyat vasitələrinə məxsus təkər şininin protektor naxış izləri aşkar edilmədi. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, çəkilişin aparıldığı hərəkətsiz kameranın qeydə aldığı videogörüntülər kənardan mobil telefon vasitəsi ilə ekrandan çəkilmişdir. Videogörüntü 00:45 saniyə davam etməklə müxtəlif kadrlar bir neçə dəfə yaxınlaşdırılıb uzaqlaşdırılmaqla çəkilmişdir. Divara bərkidilmiş müşahidə kamerasının görmə sahəsinə isə həmin divarın bir hissəsi ilə yanaşı X25 istiqamətində Ordubadi küçəsinin bir hissəsi də daxildir, görüntülər gündüz vaxtı qeydə alınmış, yolun hərəkət hissəsində və kənarlarında heç bir nəqliyyat vasitəsi hərəkət etmir və saxlanmamışdır, həmçinin yolda hər hansı maneə yoxdur. 00:45 saniyə davam edən videogörüntüdə ağ rəngli avtobusdan başqa digər nəqliyyat vasitəsinin hərəkəti qeydə alınmamışdır. Videoçəkilişə baxış keçirilərkən müəyyən edilmişdir ki, küçə ilə X25ndən şəhərin mərkəzi istiqamətində bir nəfər velosipedçi hərəkət edərkən əks istiqamətdən ağ rəngli avtobusun gəldiyini görüb yolun ortasından sağ kənarına doğru öz hərəkətini davam etdirir. (00:01 saniyə) Avtobus şəhərin mərkəzindən X25 istiqamətində hərəkət etməklə velosipedçinin yanından bir qədər keçdikdən sonra ani olaraq sol tərəfə meyllənərək dərhal nəqliyyat vasitəsini yolun sağ kənarında saxlayır. (00:10 saniyə) Velosipedçi avtobusun yanından keçdikdən sonra geriyə dönüb avtobusun arxa hissəsinə doğru hərəkət etməklə velosipedi saxlayaraq enib bir neçə addım piyada gedərək X25 istiqamətində yolun sağ kənarında avtobusun arxasında dayanır. (00:19 saniyə) Velosipedçinin avtobusun arxasında dayandığı həmin yerə çoxlu sayda insan toplaşır. (00:30 saniyə) xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə “BCD” kateqoriyalı AC 515742 nömrəli sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeyd edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yerində qeydə alınmış görüntülərə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş və sonuncu bildirmişdir ki, həmin videogörüntüdə 13 sentyabr 2021-ci il tarixdə saat 18 radələrində hadisənin baş verdiyi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 3 ünvanı əks olunmuşdur. Görüntüdəki şəhərin mərkəzindən X25 istiqamətində hərəkət edən ağ rəngli avtobus onun idarə etdiyi "İsuzu" markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı, 203 saylı avtobusdur. Görüntünün 00:07 saniyəsində onun idarə etdiyi avtobus yolun ortası ilə gedərkən sol tərəflə gələn velosipedçinin yanından X25 istiqamətində keçdikdən sonra sağ tərəfdən yəni divarla işıq dirəyinə bənzər predmet arasından qara rəngli kölgə şəkilli nəsə yıxılır. O, hesab edir ki, görüntüdə əks olunmuş həmin qara rəngli kölgə şəkilli predmet həmin gün ölmüş velosipedçi uşaqdır. Həmin uşağın yıxıldığı yerdə 2-ci dərəcəli yol vardır. Həmin 2-ci dərəcəli yol onun avtobusla hərəkət etdiyi əsas yola bitişikdir. Görüntüdən də görünür ki, 00:07-ci saniyədə görüntüdə kölgə kimi əks olunmuş uşaq velosipedlə həmin 2-ci dərəcəli yol tərəfdən çıxıb onun idarə etdiyi avtobus keçdikden sonra yola yerə yıxılır. Həmin uşağın çıxdığı 2-ci dərəcəli yolla əsas yolun bitişdiyi yerdə tramplin kimi bir yer vardır. Hesab edir ki, uşaq velosiped sürərkən həmin tramplin kimi olan yerdə yıxılmışdır. Həmin uşaq onun idarə etdiyi avtobusa ümumiyyətlə dəyməmişdir. O, avtobusu şəhərin mərkəzindən X25 istiqamətində idarə edərkən qarşıdan yeni əks istiqamətdə sol tərəfdən yalnız bir nəfər uşağın velosiped sürərək gəldiyini görmüşdür. Həmin velosipedçi onun sol tərəfindən keçib getmişdir. Lakin hadisə nəticəsində ölmüş digər velosipedçi uşağı o, qarşıdan gələrkən görməmişdir. Sadəcə olaraq həmin ünvanda avtobusu idarə edərkən sərnişinlər uşağın yıxıldığını dedikdən sonra o, köməklik məqsədi ilə avtobusu saxlamışdır. Ölmüş velosipedçi uşaq isə avtobusun arxasında 2-ci dərəcəli yolda yıxılmış vəziyyətdə olmuşdur. O, Ordubadi küçəsi ilə hərəkətdə olarkən velosipedçi uşaq keçən zaman avtobusu heç bir tərəfə çəkməmişdir. xx.xx.2022-ci il tarixli, 529 nömrəli Məhkəmə Psixiatrik Ekspertiza X22 Şəxsin rəyindən görünür ki, aparılmış esperimental-psixoloji müayinənin nəticələrinə əsasən Şahid2 əqli və psixi inkişafı norma daxilində olmaqla yaş xüsusiyyətlərinə uyğundur. Fərdipsixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici aləmə yönəlməsi). Qeyd olunun yol-nəqliyyat hadisəsi zamanı fərdi-psixi xüsusiyyətləri norma daxilində təzahür etmiş, hər hansı dəyişiklik yaranmamışdır. Şahid2 baş vermiş yolnəqliyyat hadisəsinin mahiyyətini və mənasını (avtobusun qardaşına dəydiyini, nəticədə qardaşının yaxılmasını və ölməsini) anlamışdır. Şahid2 ifadəsində qeyd etdiyi yol-nəqliyyat hadisəsindən əvvəl, baş vermiş hadisə zamanı və hadisədən sonra psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Şahid2 əqli inkişafında gerilik əlamətləri aşkar olunmadı. Şahid2 yaş və fərdi-psixi xüsusiyyətlərindən, intellektual inkişafı və emosional halından asılı olaraq baş vermiş hadisələri və iş üçün əhəmiyyətli olan halları adekvat olaraq qavramaq, mahiyyətini anlamaq, yadda saxlamaq və yada salmaq, habelə hadisə barədə məlumat vermək qabiliyyətinə malikdir. Şahid2 təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyllilik əlamətləri müşahidə olunmadı. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid2 ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, sentyabr 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ölmüş X3 əynində olmuş geyim əşyalarına Şahid1 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı üzərində “6/4243-3/1606 ********* Binəqədi RPİ-nin İŞ geyim əşyaları imza” yazıları olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə məxsus möhürlənmiş bağlama açıldıqda içərisindən 01 ədəd ön və arxa hissələrində “VENUM” sözləri yazılmış, tünd göy rəngli parça əlavəli, yan cibli, yaşıl rəngli idman gödəkçəsi, 01 ədəd ağ rəngli parça əlavəli, tünd göy rəngli idman şalvarı, 01 ədəd ön hissəsində “5” rəqəmi fonunda “HİGH” sözləri yazılmış, ağ rəngli qısaqol köynək, 01 ədəd ağ rəngli qolu qısa mayka, 01 ədəd ön hissəsində cizgi film personajı olan qırmızı rəngli avtomobilin rəsmi həkk olunmuş göy rəngi alt tuman, 01 cüt alt hissəsində “29134” rəqəmləri yazılmış qara rəngli corab aşkar edilmişdir. Səthlərində tünd qırmızı rəngli qana oxşar maddə izlərinin olduğu həmin geyim əşyalarından yalnız 01 ədəd ağ rəngli parça əlavəli, tünd göy rəngli idman şalvarının arxa hissəsinin sağ tərəfində zədə və izlər aşkar edilmişdir. Həmin şalvarın arxa sağ tərəfində bel hissəsinin son tikişindən 360 mm aşağıda 380x100 mm sahədə bir təbəqəli qara rəngli sürtünmə izləri, arxa sağ yuxarı hissəsində 60x50 mm ölçüdə zədə və sağ ayaqlığının arxa hissəsində 380x100 mm ölçüdə sürtünmə izi aşkar edildmişdir. xx.xx.2022-ci il tarixli, 4/612 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı CD-R diskdə olan VİD-20220126-WA0015 adlı videofonoqramın 7-ci saniyəsində divarla dirəyin arasında görünən istintaqı maraqlandıran kölgənin velosipedçi üçün xarakterik olub-olmamasını videoyazının təkrar yazılması və piksel sıxlığının az olması səbəbindən müəyyən etmək mümkün olmadı. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı CD-R diskdə olan VİD- 20220126-WA0015 adlı videofonoqramın 7-ci saniyəsində divarla dirəyin arasında görünən istintaqı maraqlandıran kölgənin velosipedçi üçün xarakterik olubolmamasını müəyyən etmək mümkün olmadığından velosipedçinin avtobusla təmasının olub-olmamasını, avtobusun hərəkət istiqamətinin əksinə hərəkət edib-etməməsini və 2-ci dərəcəli yoldan çıxıb-çıxmamasını müəyyən etmək mümkün olmadı. xx.xx.2022-ci il tarixli, 8/1806 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən “SAZ NP37” markalı, **- VS-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 27 oktyabr 2022-ci il tarixli, V KS/LG L-12938/22 saylı məktubla daxil olmuş 01 ədəd markasız, üzərində "xxxx" yazısı və “12938/2022” rəqəmləri yazılmış diskin daxilindəki məlumatlara baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, 13 sentyabr 2021-ci ildə saat 19:30:23-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən X10 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edilmiş və aralarında 68 saniyə danışıq aparılmışdır. Danışıq zamanı Təqsirləndirilən şəxs olduğu anten dairəsi - UBBK5003E/UBBK5003 Yeni Bileceri/"Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi”/Binagadi. 13 sentyabr 2021-ci ildə saat 19:31:44-də X10 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edilmiş və aralarında 67 saniyə danışıq aparılmışdır. Danışıq zamanı Təqsirləndirilən şəxs olduğu anten dairəsi- UBBK5003E/UBBK5003 Yeni BilecerirBakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi”/Binagadi. 13 sentyabr 2021-ci ildə saat 19:34:37-də ***-***-**-** saylı mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edilmiş və aralarında 287 saniyə danışıq aparılmışdır. Danışıq zamanı Təqsirləndirilən şəxs olduğu anten dairəsi-UBBK5003F/UBBK5003 Yeni Bileceri/"Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi”/Binagadi. 13 sentyabr 2021-ci ildə saat 19:55:57-də X10 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edilmiş və aralarında 31 saniyə danışıq aparılmışdır. Danışıq zamanı Təqsirləndirilən şəxs olduğu anten dairəsi- UBBK1031F/UBBK1031 Kazimzade_str20/"Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi 21 E”/Binagadi. 13 sentyabr 2021-ci ildə saat 20:03:29-də ***- ***-**-** saylı mobil nömrəsinin istifadəçisindən Təqsirləndirilən şəxs istifadəsində olan 055-494- 51-08 mobil nömrəsinə zəng edilmiş və aralarında 84 saniyə danışıq aparılmışdır. Danışıq zamanı Təqsirləndirilən şəxs olduğu anten dairəsi- GBBK4213E/GBBK4213 Resulzade qesebe_Cafe/"Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Pitixana kafesində”/Binagadi. 14 sentyabr 2021-ci ildə saat 08:14:19da ***-***-**-** saylı mobil nömrəsinin istifadəçisindən Təqsirləndirilən şəxs istifadəsində olan 055-494- 51-08 saylı mobil nömrəsinə zəng edilmiş və aralarında 480 saniyə danışıq aparılmışdır. Danışıq zamanı Təqsirləndirilən şəxs olduğu anten dairəsi- UBBK2365X/UBBK2365 Bilajari_M.Aslan/"Bakı şəhəri, Biləcəri qəsəbəsi” /Binagadi. 25 sentyabr 2021-ci ildə saat 09:58:30-da Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən Şahid9 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edilmiş və aralarında 36 saniyə danışıq aparılmışdır. Danışıq zamanı Təqsirləndirilən şəxs olduğu anten dairəsi- UBBK2365W/UBBK2365 Bilajari_M.Aslan/”Bakı şəhəri, Biləcəri qəsəbəsi" /Binagadi qızı. 27 sentyabr 2021-ci ildə saat 11:21:16-da Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən Şahid8 istifadəsində olan ***-***-**- ** saylı mobil nömrəsinə zəng edilmiş və aralarında 76 saniyə danışıq aparılmışdır. Danışıq zamanı Təqsirləndirilən şəxs olduğu anten dairəsi- UBBK3393E/UBBK3393 Sheki Restaurant/”Bakı şəhəri, Binəqədi şossesi, 53”/Binagadi. 27 sentyabr 2021-ci ildə saat 14:28:41-də Şahid8 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edilmiş və aralarında 16 saniyə danışıq aparılmışdır. Danışıq zamanı Təqsirləndirilən şəxs olduğu anten dairəsi- UBBK2365D/UBBK2365 Bilajari_M.Aslan/"Bakı şəhəri, Biləcəri qəsəbəsi"/Binagadi. 27 sentyabr 2021-ci ildə saat 17:48:09-da Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən Şahid8 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edilmiş və aralarında 138 saniyə danışıq aparılmışdır. Danışıq zamanı Təqsirləndirilən şəxs olduğu anten dairəsi- UBBK5019A/UBBK5019 S.S.Axundov/"Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3097”/Binagadi. 28 sentyabr 2021-ci ildə saat 12:48:34-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən Şahid8 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edilmiş və aralarında 34 saniyə danışıq aparılmışdır. Danışıq zamanı Təqsirləndirilən şəxs olduğu anten dairəsi BBK2365W/UBBK2365 Bilajari_M.Aslan/"Bakı şəhəri, Biləcəri qəsəbəsi"/Binagadi. 28 sentyabr 2021-ci ildə saat 17:18:46-da Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən Şahid8 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edilmiş və aralarında 32 saniyə danışıq aparılmışdır. Danışıq zamanı Təqsirləndirilən şəxs olduğu anten dairəsi - UBBK6150X/UBBK6150 S S Axundov 6/"Bakı şəhəri, Binəqədi rayonu, S. Axundov 6”/Binagadi. 28 sentyabr 2021-ci ildə saat 17:46:26-da Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən Şahid8 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edilmiş və aralarında 23 saniyə danışıq aparılmışdır. Danışıq zamanı Təqsirləndirilən şəxs olduğu anten dairəsi BBK5031D/UBBK5031 M-Azadlig Prospekti/"Azadlıq Prospekti st."/Binagadi.28 sentyabr 2021-ci ildə saat 18:01:55-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən Şahid8 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edilmiş və aralarında 33 saniyə danışıq aparılmışdır. Danışıq zamanı Təqsirləndirilən şəxs olduğu anten dairəsi BBK5031A/UBBK5031 M-Azadlig Prospekti/"Azadlıq Prospekti st."/Binagadi. 15 sentyabr 2021-ci ildə saat 12:11:55-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən X9 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edilmiş və aralarında 76 saniyə danışıq aparılmışdır. Danışıq zamanı Təqsirləndirilən şəxs olduğu anten dairəsi BBK6150X/UBBK6150 S S Axundov 6/"Bakı şəhəri, Binəqədi rayonu, S. Axundov 6"/Binagadi. 24 sentyabr 2021-ci ildə saat 13:59:59da Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən Şahid7 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edilmiş və aralarında 92 saniyə danışıq aparılmışdır. Danışıq zamanı Təqsirləndirilən şəxs olduğu anten dairəsi- UBBK2349E/UBBK2349 Yeni Bilajari 2/"Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X25”/Binagadi. 24 sentyabr 2021-ci ildə saat 17:01:46-da Şahid7 istifadəsində olan ***-***- **-** saylı mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edilmiş və aralarında 48 saniyə danışıq aparılmışdır. Danışıq zamanı Təqsirləndirilən şəxs olduğu anten dairəsi UBBK2349H/UBBK2349 Yeni Bilajari 2/"Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X25”/Binagadi. 25 sentyabr 2021-ci ildə saat 09:54:44-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən Şahid7 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edilmiş və aralarında 63 saniyə danışıq aparılmışdır. Danışıq zamanı Təqsirləndirilən şəxs olduğu anten dairəsi- UBBK3393E/UBBK3393 Sheki Restaurant/"Bakı şəhəri, Binəqədi şossesi, 537Binagadi. 25 sentyabr 2021-ci ildə saat 10:25:47-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Şahid7 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edilmiş və aralarında 16 saniyə danışıq aparılmışdır. Danışıq zamanı Təqsirləndirilən şəxs olduğu anten dairəsi - UBBK2353D/UBBK2353 Bilajari-3”/Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A. Zeynallı küçəsi 6'”/Binagadi. ***-***-**-** saylı mobil telefon nömrəsi Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və ilə Şahid1 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid4 Cavaşir oğlu ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və ilə Şahid4 Cavaşir oğlu istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid5 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və ilə Şahid5 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid4 Cavaşir oğlu ilə ifadənin yerinə yoxlanılması istintaq hərəkəti keçirilmiş və sonuncu ifadəsində etdiyi xüsusatları hadisə yerində əyani şəkildə göstərmişdir. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid5 oğlu ilə ifadənin yerinə yoxlanılması istintaq hərəkəti keçirilmiş və sonuncu ifadəsində etdiyi xüsusatları hadisə yerində əyani şəkildə göstərmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CM-in 263.2-ci maddəsindən həmin məcəllənin 263.2 və 264-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263.2 və 264-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(011)-660/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlamanın əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixli, 608/MEŞ nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X16” X26 rəyindən görünür ki, 2011-ci il təvəllüdlü X3 meyitinin 171 saylı ekspertizası rəyində yazılanlara, meyitdə aşkar edimiş xəsarətlərin lokalizasiyasına, xarakterinə və mexanizminə, cinayət işi materiallarındakı məlumatlara, nəqliyyat vasitələrinin qarşılıqlı təmas nöqtələrinin dinamikasım və qərarda göstərilənləri nəzərə alaraq, ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: X3 meyitinin məhkəmə-tibbi ekspertizasına əsasən aşağıdakı bədən xəsarətləri aşkar edilmişdir: - sağ gicgah nahiyəsinin dərialtı hematoması. Sağ gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, beyinin yumşaq qişaları altına, mədəciklərinə, toxumasına qansızmaları; döş qəfəsinin sağ yarısının bayır-arxa səthini əhatə edən geniş sahədə fasiləli sıyrıqları və sağ lll-Vİİİ qabırğaların sınıqları; sağ çiyin qurşağı - bazu nahiyəsinin ön səthini və sağ dirsək oynağını əhatə edən geniş ölçüdə qançırı. Qeyd olunan xəsarətlər həyati olub, bərk küt əşyanın (əşyaların) təsirindən ölümündən az əvvəl olmaqla qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixdə əmələ gəlmişdirlər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmanın əlamətlərinə malikdirlər, ölümlə bilavasitə səbəbli əlaqələri vardır. X3 meyitində aşkar edilmiş xəsarətlərin lokalizasiyasını, xarakterini və onların velosipedçidə yaranma xarakteristikasını nəzərə alaraq demək olar ki, o velosipedi idarə edərkən oturaq və ya yarımoturaq vəziyyətdə olmuş və ona qarşı hərəkətdə olan vaqon tipli nəqliyyat vasitəsinin, ola bilsin avtobusun yan-arxa qanadının ilkin kontakt zərbəsi onun başının, döş qəfəsinin və yuxarı ətraflarının sağ yarısı ilə təması nəticəsində baş vermişdir. Hadisənin dinamikasına uyğun olaraq velosipedçinin meyitində aşkar edilmiş xəsarətlərlə ön qarşılıqlı istiqamətdə hərəkətdə olan avtobusun sağ yan-arxa qanadı ilə zərbə trayektoriyası mütənasiblik təşkil edir. Hadisə gedişinin bərpasında situasiyadan asılı olaraq X3 meyitində olan bədən xəsarətləri velosipedçi ilə avtobusun üzbəüz yan qarşılıqlı toqquşma vəziyyətində yaranmasına daha uyğundur və perpendikulyar toqquşma inkar olunur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, hadisənin görüntülərinin əks olunduğu 01 ədəd disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd disk cinayət işi üzrə sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, hadisə zamanı X3 əynində olmuş paltarları maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhər Baş Polis İdarəsinin Təchizat şöbəsinə təhvil verilmiş, “SAZ NP37” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtobus maddi sübut kimi tanınmış və saxlanılması üçün mülkiyyətçisi X14 təhvil verilmiş, hadisə zamanı X3 idarə etdiyi velosiped maddi sübut kimi tanınmış və saxlanılması üçün zərərçəkmiş şəxsin hüquqi varisi X8 təhvil verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(011)-9/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün olmaqla, xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Müdafiə tərəfinin təqdim etdiyi və iş materiallarına əlavə edilmiş bir ədəd yaddaş kartına keçirilmiş baxış zamanı, həmin kartın içərisində adı “24 saniyə” və “45 saniyə” kimi qeyd edilmiş iki ədəd faylın mövcud olması və həmin videogörüntülərin cinayət işinin materiallarına əlavə edilmiş vidogörüntü ilə eynilik təşkil etməsi müəyyən edilmişdir. Həmin vidogörüntüyə baxış keçirilən zaman fərqli xüsusatlar müəyyən edilməmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin iş materiallarında olan və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü CM-in 263.2 və 264-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək hər-hansı bir yol nəqliyyat hadisəsi törətməməsi barədə ifadəsinə məhkəmə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən elan edilmiş ittiham üzrə öz hərəkətlərinin faktiki xarakterini dərk edərək cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Bundan əlavə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid9, Şahid8 və Şahid7 ifadələrinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Şahid9, Şahid8 və Şahid7 verdikləri ifadələrində yol-nəqliyyat hadisəsinin necə baş verdiyinin, Təqsirləndirilən şəxs idarə etdiyi avtobusla velosiped sürən uşağı, yəni X7 vurmasının şahidi olmamaları barədə göstərdikləri qeyd edilən hadisənin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini istisna edən hal kimi qəbul edilə bilməz. Hadisə vaxtı 203 saylı marşrut avtobusunda olmuş Şahid9, Şahid8 və Şahid7 hadisənin birbaşa şahidi olmamalarından xəbər tutmuş Təqsirləndirilən şəxs həmin şəxslərə zəng edib, ifadə vermələri məqsədi ilə onları istintaq orqanına aparması, onun cinayət məsuliyyətindən yaxa qurtarmaq cəhdi kimi qiymətləndirilə bilər. Buna görə də məhkəmə Şahid9, Şahid8 və Şahid7 ifadələrini sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263.2 və 264-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 263.2 və 264-cü maddələri cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən və ehtiyatsızlıqdan törədilən az ağır cinayətlər olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.2ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarının və həmin Məcəllənin 264-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.2 və 264-cü maddələri ilə cəza təyin edilən zaman cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, cəzalarını qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci l tarixli, 4(011)-660/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 01 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlamanın əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(011)-9/2023 nömrəli qərarı ilə həbsdə saxlanılma müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən hazırkı vaxtadək isə həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, CM-in 45.1-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, saxlanılması üçün Bakı şəhər Baş Polis İdarəsinin Təchizat şöbəsinə təhvil verilmiş hadisə zamanı X3 əynində olmuş paltarlar və hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsin hüquqi varisi X8 qaytarılmalı, maddi sübut kimi tanınmış “SAZ NP37” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtobusun saxlanılması üçün mülkiyyətçisi X14 təhvil verilməsi, maddi sübut kimi tanınmış, hadisə zamanı X3 idarə etdiyi velosipedin saxlanılması üçün zərərçəkmiş şəxsin hüquqi varisi X8 təhvil verilməsi nəzərə alınmalı, iş üzrə sübut kimi tanınmış 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 389.16 (üç yüz səksən doqquz manat on altı qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq, 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 20 dekabr 2022-ci il tarixdən hesablanmaqla, həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və həmin cəza növü üzrə müəyyən edilmiş müddətə şamil olunsun. İş üzrə maddi sübut kimi tanınmış, saxlanılması üçün Bakı şəhər Baş Polis İdarəsinin Təchizat şöbəsinə təhvil verilmiş hadisə zamanı X3 əynində olmuş paltarlar hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsin hüquqi varisi X8 qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış “SAZ NP37” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtobusun saxlanılması üçün mülkiyyətçisi X14 təhvil verilməsi və maddi sübut kimi tanınmış, hadisə zamanı X3 idarə etdiyi velosipedin saxlanılması üçün zərərçəkmiş şəxsin hüquqi varisi X8 təhvil verilməsi nəzərə alınsın. İş üzrə sübut kimi tanınmış 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 389.16 (üç yüz səksən doqquz manat on altı qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X5 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-196/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-196/2023
22.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver