Məhkəmə qərarları › İş №1(001)-197/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-197/2021

01.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-197/2021 01.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, kiçik ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs1 müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs3 müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Zərərçəkmiş şəxs Şirkətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə oğlunun, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakı ilə 1.xx.xx.1994-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 oğlunun Azərbaycan Respublikası CM-nin CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2-ci maddələri ilə təqsirləndirilməsinə dair 2.xx.xx.1989-cu il tarixdə Abşeron rayonunda anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 2 ünvanda qeydiyyatda olmaqla yaşamış, ünvan 3abr 2020-ci il tarixli hökmu ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29, 177.2.1,29,177.2.2-ci, 29, 177.2.3-cü maddələri ilə təyin edilmiş və çəkilməmiş 01 (bir) il 07 (yeddi) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumuluğu ödənilməmiş, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 oğlunun Azərbaycan Respublikası CM-nin CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 3.xx.xx.1994-cü il tarixdə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu ödənilmiş, ünvan 4 ünvanında yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 oğlunun Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, mühafizə olunan əraziyə qanunsuz daxil olaraq neft kəmərlərinə münasibətdə özgənin əmlakını gizli talayıb təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, mühafizə olunan əraziyə qanunsuz daxil olaraq neft kəmərlərinə münasibətdə özgənin əmlakını gizli talayıb təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, mühafizə olunan əraziyə qanunsuz daxil olaraq neft kəmərlərinə münasibətdə özgənin əmlakını gizli talayıb təkrarən oğurluq etmişdir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 tamah niyyətilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 11 oktyabr 2020-ci il tarixdə saat 08:00 radələrində Zərərçəkmiş şəxs şirkətinin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən hasara alınmış və mühafizə olunan 2 saylı Mədənin 3-cü Sahəsinin ərazisinə qanunsuz daxil olaraq orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə neft kəmərlərinə aid 231714 saylı quyunun 200 manat dəyərində bir ədəd mancanaq dəzgahın qoruyucu çəpərini, 200 manat dəyərində bir ədəd mühərrik meydançasının məhəcərini və 180 manat dəyərində bir ədəd pilləkəni əlləri ilə söküb gizli talayaraq zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs şirkətinə ümumilikdə 580 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən, tamah niyyətilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 25 oktyabr 2020-ci il tarixdə saat 07:00 radələrində Zərərçəkmiş şəxs şirkətinin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən hasara alınmış və mühafizə olunan 2 saylı Mədənin 3-cü Sahəsinin ərazisinə qanunsuz daxil olaraq orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs3 ilə birlikdə neft kəmərlərinə aid 297 saylı kollektorun üzərində quraşdırılmış 1900 manat dəyərində bir ədəd dozator nasosunun cərəyan şiddəti tənzimləyicisini (transformatoru) və 435 manat dəyərində bir ədəd qoruyucu çəpərinin qapısını əlləri ilə sökərək gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs şirkətinə ümumilikdə 2335 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən, tamah niyyətilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 04 dekabr 2020-ci il tarixdə saat 07:00 radələrində Zərərçəkmiş şəxs şirkətinin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən hasara alınmış və mühafizə olunan 2 saylı Mədənin 3-cü Sahəsinin ərazisinə qanunsuz daxil olaraq orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 ilə birlikdə neft kəmərlərinə aid 232312 və 230596 saylı quyuların mühafizə hasarının üzərində olan bir metrin dəyəri 14 manat 66 qəpik olmaqla ümumilikdə 366 manat 50 qəpik dəyərində 25 metr uzunluğunda 73.02x5.51 markalı borunu əlləri ilə qopararaq gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs şirkətinə ümumilikdə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 tamah niyyətilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 11 oktyabr 2020-ci il tarixdə saat 08:00 radələrində Zərərçəkmiş şəxs şirkətinin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən hasara alınmış və mühafizə olunan 2 saylı Mədənin 3-cü Sahəsinin ərazisinə qanunsuz daxil olaraq orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə neft kəmərlərinə aid 231714 saylı quyunun 200 manat dəyərində bir ədəd mancanaq dəzgahın qoruyucu çəpərini, 200 manat dəyərində bir ədəd mühərrik meydançasının məhəcərini və 180 manat dəyərində bir ədəd pilləkəni əlləri ilə söküb gizli talayaraq zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs şirkətinə ümumilikdə 580 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən, tamah niyyətilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 04 dekabr 2020-ci il tarixdə saat 07:00 radələrində Zərərçəkmiş şəxs şirkətinin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən hasara alınmış və mühafizə olunan 2 saylı Mədənin 3-cü Sahəsinin ərazisinə qanunsuz daxil olaraq orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 ilə birlikdə neft kəmərlərinə aid 232312 və 230596 saylı quyuların mühafizə hasarının üzərində olan bir metrin dəyəri 14 manat 66 qəpik olmaqla ümumilikdə 366 manat 50 qəpik dəyərində 25 metr uzunluğunda 73.02x5.51 markalı borunu əlləri ilə qopararaq gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs şirkətinə ümumilikdə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 tamah niyyətilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Almaslı X3 Anar Musa oğlu ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 11 oktyabr 2020-ci il tarixdə saat 08:00 radələrində Zərərçəkmiş şəxs şirkətinin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən hasara alınmış və mühafizə olunan 2 saylı Mədənin 3-cü Sahəsinin ərazisinə qanunsuz daxil olaraq orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə neft kəmərlərinə aid 231714 saylı quyunun 200 manat dəyərində bir ədəd mancanaq dəzgahın qoruyucu çəpərini, 200 manat dəyərində bir ədəd mühərrik meydançasının məhəcərini və 180 manat dəyərində bir ədəd pilləkəni əlləri ilə söküb gizli talayaraq zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs şirkətinə ümumilikdə 580 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs3 təkrarən, tamah niyyətilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 oğlu ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 25 oktyabr 2020-ci il tarixdə saat 07:00 radələrində Zərərçəkmiş şəxs şirkətinin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən hasara alınmış və mühafizə olunan 2 saylı Mədənin 3-cü Sahəsinin ərazisinə qanunsuz daxil olaraq orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs3 ilə birlikdə neft kəmərlərinə aid 297 saylı kollektorun üzərində quraşdırılmış 1900 manat dəyərində bir ədəd dozator nasosunun cərəyan şiddəti tənzimləyicisini (transformatoru) və 435 manat dəyərində bir ədəd qoruyucu çəpərinin qapısını əlləri ilə sökərək gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs şirkətinə ümumilikdə 2335 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə elan olunan ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 11 oktyabr 2020-ci il tarixdə səhər təxminən saat 08:00 radələrində yenə də o, küçəyə çıxanda orada qonşuluqda yaşayan Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs3 çöldə görmüşdür. Xərclik pulları olmadığı üçün o, onlara təklif etdi ki, yolun o biri tərəfində, yəni Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazisində yerləşən Zərərçəkmiş şəxs şirkətə məxsus 2 saylı Mədənin 3-cü sahəsinin ərazisinə keçib oradan dəmir yığan şəxslərə sata biləcək metal oğurlayıb aparıb satsınlar. Mikayıl ilə Anar onunla razılaşandan sonra onlar Şirkətin həmin ərazisinə keçmişlər. Ərazidə heç kim yox idi. Onların müşahidələrinə görə Şirkətin ərazisi səhərlər mühafizə olunmurdu.Hər halda səhərlər Şirkətin ərazisində mühafizəçilər və ya Şirkətin başqa işçiləri olmurdu. Ordaki 231714 saylı quyunun kənarındaki çəpərin, mühərrik meydancasının məhəcərinin borulardan və başqa metaldan olan hissələri və meydançanın pilləkəni paslandıqlarına görə demək olar ki, qopmuş vəziyyətdə idilər. Və onlar köməkləşərək həmin quyunun kənarındaki çəpərin, mühərrik meydancasının məhəcərinin borulardan və başqa metaldan olan hissələrini və meydançanın piləkənini əlləri ilə dartaraq yerindən qopardıb özləri ilə aparıb Metal qəbulu məntəqəsində işləyən Şahid7 adlı şəxsə 30 manata satmışlar. Daha sonra, 04 dekabr 2020-ci il tarixdə səhər təxminən saat 07:00 radələrində küçədə Təqsirləndirilən şəxs2la görüşəndə o, yenə də Anara Şirkətin ərazisindən metal oğurlamaq təklifini etmişdir. Anar onunla razılaşandan sonra onlar Şirkətin həmin ərazisinə kecmişlər. Orda onlar 232312 və 230596 saylı quyuların mühafizə hasarının üstündəki dəmir boruları əlləri ilə söküb aparıb metal qəbulu məntəqəsində işləyən Şahid7 adlı şəxsə 30 manata satmışlar.Təqsirləndirilən şəxs həmçinin Bakı şəhəri, Binəqədi rayonunun Binəqədi qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs şirkətinin 2 saylı Mədənin 3-cü sahəsinin ərazisində 231714 saylı quyunu göstərib 11 oktyabr 2020-ci il tarixdə səhər, təxmini saat 08:00 radələrində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə həmin quyunun kənarındaki çəpəri, mühərrik meydancasının məhəcərini və meydançanın pilləkənini oğurlayıb apardıqlarını bildirmişdir. Təqsirləndirilən şəxs1 ifadəsini davam edərək həmin sahənin ərazisində yerləşən 297 saylı kollektoru göstərərək 25 oktyabr 2020-ci il tarixdə səhər təxminən saat 07:00 radələrində Təqsirləndirilən şəxs3 ilə birlikdə həmin kollektorun transformatorunu və çəpərin qapisını oğurlayıb apardıqlarını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 ifadəsini davam edərək həmin ərazidə yerləşən 232312 və 230596 saylı quyuları göstərib 04 dekabr 2020-ci il tarixdə səhər təxminən saat 07:00 radələrində Təqsirləndirilən şəxs2la birlikdə həmin quyuların mühafizə hasarının üstündəki boruları oğurlayıb apardıqlarını bildirmişdir. Təqsirləndirilən şəxs1 istintaq zamanı özünü tam təqsirli bilsə də, məhkəmə baxışı zamanı özünü qismən təqsirli bilərək, özünün iki epizodda, yəni 11 oktyabr 2020-ci il tarixdə və 04 dekabr 2020-ci il tarixdə baş vermiş cinayət əməlində iştirak etdiyini bildirmişdir.Belə ki, o, dəymiş ziyanın məbləği 366 manat və 580 manat olan iki epizodda iştirak etdiyini bildirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 təqsirini qismən etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyanı tam ödəməsini və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışıq əldə etməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə elan olunan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 11 oktyabr 2020-ci il tarixdə səhər təxminən saat 08:00 radələrində yenə də o, küçəyə çıxanda orada qonşuluqda yaşayan Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs3 çöldə görmüşdür. Xərclik pulları olmadığı üçün Təqsirləndirilən şəxs1 onlara təklif etdi ki, yolun o biri tərəfində, yəni Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazisində yerləşən Zərərçəkmiş şəxs şirkətə məxsus 2 saylı Mədənin 3-cü sahəsinin ərazisinə keçib oradan dəmir yığan şəxslərə sata biləcək metal oğurlayıb aparıb satsınlar. Mikayıl ilə o, Sultanın təklifi ilə razılaşandan sonra onlar Şirkətin həmin ərazisinə keçmişlər. Ərazidə heç kim yox idi. Onların müşahidələrinə görə Şirkətin ərazisi səhərlər mühafizə olunmurdu. Hər halda səhərlər Şirkətin ərazisində mühafizəçilər və ya Şirkətin başqa işçiləri olmurdu. Ordaki 231714 saylı quyunun kənarındaki çəpərin, mühərrik meydancasının məhəcərinin borulardan və başqa metaldan olan hissələri və meydançanın piləkəni paslandıqlarına görə demək olar ki, qopmuş vəziyyətdə idilər. Və onlar köməkləşərək həmin quyunun kənarındaki çəpərin, mühərrik meydancasının məhəcərinin borulardan və başqa metaldan olan hissələrini və meydançanın piləkənini əlləri ilə dartaraq yerindən qopardıb özləri ilə aparıb Metal qəbulu məntəqəsində işləyən Şahid7 adlı şəxsə 30 manata satmışlar. Bundan başqa, 04 dekabr 2020-ci il tarixdə səhər təxminən saat 07:00 radələrində küçədə o, Təqsirləndirilən şəxs1 ilə görüşmüş və Sultan yenə də ona, Şirkətin ərazisindən metal oğurlamaq təklifini etmişdir. O, Sultanın təklifi ilə razılaşandan sonra onlar Şirkətin həmin ərazisinə kecmişlər. Orda onlar 232312 və 230596 saylı quyuların mühafizə hasarının üstündəki dəmir boruları əlləri ilə söküb aparıb Metal qəbulu məntəqəsində işləyən Şahid7 adlı şəxsə 30 manata satmışlar. Təqsirləndirilən şəxs həmçinin, Bakı şəhəri, Binəqədi rayonunun Binəqədi qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs şirkətinin 2 saylı Mədənin 3cü sahəsinin ərazisində 231714 saylı quyunu göstərib 11 oktyabr 2020-ci il tarixdə səhər, təxmini saat 08:00 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə həmin quyunun kənarındaki çəpəri, mühərrik meydancasının məhəcərini və meydançanın pilləkənini oğurlayıb apardıqlarını bildirmişdir. Təqsirləndirilən şəxs2 ifadəsini davam edərək həmin sahənin ərazisində yerləşən 232312 və 230596 saylı quyuları göstərib 04 dekabr 2020-ci il tarixdə səhər təxminən saat 07:00 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə həmin quyuların mühafizə hasarının üstündəki boruları oğurlayıb apardıqlarını bildirmişdir.Belə ki, o, “X8” şirkətinin ərazisindən oğurluq edən zaman heç bir yeri sındırmamışdır, oranın bir tərəfi açıq olmuşdur.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 təqsirini qismən etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyanı tam ödəməsini və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışıq əldə etməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 11 oktyabr 2020-ci il tarixdə səhər təxminən saat 08:00 radələrində yenə də o, küçəyə çıxanda orada qonşuluqda yaşayan Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2la görmüşdür.Xərclik pulları olmadığı üçün Təqsirləndirilən şəxs1 onlara təklif etmişdir ki, yolun o biri tərəfində, yəni Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazisində yerləşən Zərərçəkmiş şəxs şirkətə məxsus 2 saylı Mədənin 3-cü sahəsinin ərazisinə keçib oradan dəmir yığan şəxslərə sata biləcək metal oğurlayıb aparıb satsınlar. Anarla o, Sultanla razılaşandan sonra onlar Şirkətin həmin ərazisinə keçmişlər. Ərazidə heç kim yox idi. Onların müşahidələrinə görə Şirkətin ərazisi səhərlər mühafizə olunmurdu.Hər halda səhərlər Şirkətin ərazisində mühafizəçilər və ya Şirkətin başqa işçiləri olmurdu.Ordaki 231714 saylı quyunun kənarındaki çəpərin, mühərrik meydancasının məhəcərinin borulardan və başqa metaldan olan hissələri və meydançanın pilləkəni paslandıqlarına görə demək olar ki, qopmuş vəziyyətdə idilər.Onlar köməkləşərək həmin quyunun kənarındaki çəpərin, mühərrik meydancasının məhəcərinin borulardan və başqa metaldan olan hissələrini və meydançanın piləkənini əlləri ilə dartaraq yerindən qopardıb özləri ilə aparıb Metal qəbulu məntəqəsində işləyən Şahid7 adlı şəxsə 30 manata satmışlar.Təqsirləndirilən şəxs həmçinin, Bakı şəhəri, Binəqədi rayonunun Binəqədi qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs şirkətinin 2 saylı Mədənin 3-cü sahəsinin ərazisində 231714 saylı quyunu göstərib 11 oktyabr 2020-ci il tarixdə səhər, təxmini saat 08:00 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə həmin quyunun kənarındaki çəpəri, mühərrik meydancasının məhəcərini və meydançanın piləkənini oğurlayıb apardıqlarını bildirmişdir.Təqsirləndirilən şəxs3 istintaq zamanı özünün tam təqsirli bilsə də, məhkəmə baxışı zamanı özünü qismən təqsirli bilmiş, yalnız iki epizodda, yəni dəymiş ziyan 366 manat və 580 manat olan epizodlarda iştirak etdiyini bildirmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs3 təqsirini qismən etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyanı tam ödəməsini və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışıq əldə etməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadə verərək göstərmişdir ki, 11 oktyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs şirkətinə 2 saylı neft mədənin rəhbərliyi tərəfindən malumat verilərək sahədə yerləşən 231714 saylı quyunun mancanaq dəzgahının qoruyucu çəpərinin, mühərrik meydançasının məhəcərinin və pilləkənin oğurlanması bildirilmişdir. Bundan başqa, 25 oktyabr 2020-ci il tarixdə Şirkətin 2 saylı mədənin rəhbərliyi tərəfindən məlumat verilərək sahədəki 297 saylı kollektorun üzərində quraşdırılmış dozator nasosunun cərəyan şiddəti tənzimləycisinin (transformator) və qoruyucu çəpərinin qapısının oğurlanması bildirilmişdir. Daha sonra 04 dekabr 2020-ci il tarixdə Şirkətə məxsus 2 saylı mədənin rəhbərliyi tərəfindən məlumat verilərək sahədə yerləşən 232312 və 230596 saylı quyuların yaxınlığında Şirkət tərəfindən çəkilmiş mühafizə hasarlarının üzərinə qaynaq olunmuş 25 metr uzunluğunda borunun oğurlanması bildirilmişdir.Məhkəmə baxışı zamanı zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə yazılı ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslər tərəfindən şirkətə dəymiş ziyanın tam bdənildiyini, təqsirləndirilən şəxslərdən şikayətçi olmadıqlarını bildirmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 bildirmişdir ki, o, Zərərçəkmiş şəxs şirkətinin 2-ci mədənin 3-cü sahəsinin briqadiri vəzifəsində işləyir. 11 oktyabr 2020-ci il tarixdə səhər saat 09:00 radələrində o, iş yerinə çıxanda görmüşdür ki, 3-cü sahədə yerləşən 231714 saylı quyunun mancanaq dəzgahının qoruyucu çəpəri, mühərrik meydançasının məhəcəri və pilləkəni oğurlanıb. Bundan başqa, 25 oktyabr 2020-ci il tarixdə səhər saat 09:00 radələrində o, iş yerinə çıxanda görmüşdür ki, sahədəki 297 saylı kollektorun üzərində quraşdırılmış dozator nasosunun cərəyan şiddəti tənzimləycisi (transformator) və qoruyucu çəpərinin qapısı oğurlanmışdır. Bu oğurluq faktları ilə bağlı Mədənin rəhbərliyi tərəfindən Şirkətə məruzə edilərək Aktlar tərtib edilmiş və həmin Aktlar onun tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 bildirmişdir o, Zərərçəkmiş şəxs şirkətinin 2-ci mədənin 3-cü sahəsinin böyük ustası vəzifəsində işləyir. 25 oktyabr 2020-ci il tarixdə səhər saat 09:00 radələrində o, iş yerinə çıxanda görmüşdür ki, sahədəki 297 saylı kollektorun üzərində quraşdırılmış dozator nasosunun cərəyan şiddəti tənzimləycisi (transformator) və qoruyucu çəpərinin qapısı oğurlanmışdır. Bu oğurluq faktı ilə bağlı Mədənin rəhbərliyi tərəfindən Şirkətə məruzə edilərək Akt tərtib edilmiş və həmin Akt onun tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir o, Zərərçəkmiş şəxs şirkətinin 2-ci mədənin 3-cü sahəsinin operatoru vəzifəsində işləyir. 25 oktyabr 2020ci il tarixdə səhər saat 09:00 radələrində o, iş yerinə çıxanda görmüşdür ki, sahədəki 297 saylı kollektorun üzərində quraşdırılmış dozator nasosunun cərəyan şiddəti tənzimləycisi (transformator) və qoruyucu çəpərinin qapısı oğurlanmışdır. Bundan başqa, 04 dekabr 2020-ci il tarixdə səhər saat 09:00 radələrində o, iş yerinə çıxanda görmüşdür ki, sahədə yerləşən 232312 və 230596 saylı quyuların yaxınlığında Şirkət tərəfindən çəkilmiş mühafizə hasarlarının üzərinə qaynaq olunmuş 25 metr uzunluğunda boru qoparılaraq oğurlanmışdır. Bu oğurluq faktları ilə bağlı Mədənin rəhbərliyi tərəfindən Şirkətə məruzə edilərək Aktlar tərtib edilmiş və həmin Aktlar onun tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid4 bildirmişdir ki, ki, o, Zərərçəkmiş şəxs şirkətinin 2-ci mədənin 3-cü sahəsinin operatoru vəzifəsində işləyir. 04 dekabr 2020-ci il tarixdə səhər saat 09:00 radələrində o, iş yerinə çıxanda görmüşdür ki, sahədə yerləşən 232312 və 230596 saylı quyuların yaxınlığında Şirkət tərəfindən çəkilmiş mühafizə hasarlarının üzərinə qaynaq olunmuş 25 metr uzunluğunda boru qoparılaraq oğurlanmışdır. Bu oğurluq faktı ilə bağlı Mədənin rəhbərliyi tərəfindən Şirkətə məruzə edilərək Akt tərtib edilmiş və həmin Akt onun tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid7 bildirmişdir ki, o, Binəqədi rayonunun Binəqədi qəsəbəsində yerləşən Metal qabulu məntəqəsində işləyir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la onun tanışlığı yalnız sonuncuların onun işlədiyi Məntəqəyə metal təhvil vermələri ilə bağlı olmuşdur. İlk dəfə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ona 2020-ci ilin oktyabr ayında metal əşyalar təhvil vermiş və təhvil verdikləri metal əşyaların müqabilində o, onlara 30 manat pul vermişdir. İkinci dəfə 2020-ci ilin oktyabr ayında Sultanla Mkayıl ikisi ona metal əşyalar təhvil vermiş və əvəzində o, onlara 27 manat pul vermişdir. Üçüncü dəfə isə Sultanla Anar 2020-ci ilin dekabr ayında ona metal əşyalar təhvil vermiş və əvəzində o, onlara 30 manat pul vermişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 təhvil verdikləri metal əşyaların onların özlərinə məxsus olmalarını bildirmişlər. Onlar tərəfindən təhvil verilmiş metal əşyaları o, dəqiqləşdirə bilmir, ona görə ki, həmin tarixdən uzun müddət keçmiş və gün ərzində Məntəqəyə metak təhvil verənlərin sayı çox olur. Məhkəmə iclasında Şahid5 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, o, Zərərçəkmiş şəxs şirkətinin 2-ci mədənin 3-cü sahəsinin operatoru vəzifəsində işləyir. 11 oktyabr 2020-ci il tarixdə səhər saat 09:00 radələrində o, iş yerinə çıxanda görmüşdür ki, 3-cü sahədə yerləşən 231714 saylı quyunun mancanaq dəzgahının qoruyucu çəpəri, mühərrik meydançasının məhəcəri və pilləkəni kəsilərək oğurlanıb. Bundan başqa, 04 dekabr 2020-ci il tarixdə səhər saat 09:00 radələrində o, iş yerinə çıxanda görmüşdür ki, sahədə yerləşən 232312 və 230596 saylı quyuların yaxınlığında Şirkət tərəfindən çəkilmiş mühafizə hasarlarının üzərinə qaynaq olunmuş 25 metr uzunluğunda boru qoparılaraq oğurlanmışdır. Bu oğurluq faktları ilə bağlı Mədənin rəhbərliyi tərəfindən Şirkətə məruzə edilərək Aktlar tərtib edilmiş və həmin Aktlar onun tərəfindən imzalanmışdır. Məhkəmə iclasında Şahid6 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, o, 2020-ci ilin sentyabr-oktyabr aylarında o, Zərərçəkmiş şəxs şirkətinin 2-ci mədənin 3-cü sahəsinin operatoru vəzifəsində işmişdir. 11 oktyabr 2020-ci il tarixdə səhər saat 09:00 radələrində o, iş yerinə çıxanda görmüşdür ki, 3-cü sahədə yerləşən 231714 saylı quyunun mancanaq dəzgahının qoruyucu çəpəri, mühərrik meydançasının məhəcəri və pilləkəni kəsilərək oğurlanıb. Bununla bağlı Mədənin rəhbərliyi tərəfindən Şirkətə məruza edilmiş, Akt tərtib olunmuş və həmin Akt onun tərəfindən imzalanmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs şirkətinin 19 oktyabr 2020-ci il tarixli 013/1182 saylı müraciətinə görə məlum olur ki, 11 oktyabr 2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən Şirkətə məxsus 2-ci mədənin 3-cü sahəsindəki 231714 saylı quyunun bir ədəd mancanaq dəzgahın qoruyucu çəpəri, bir ədəd mühərrik meydançasının məhəcəri və bir ədəd pilləkəni oğurlanmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs şirkətinin 29 oktyabr 2020-ci il tarixli 013/1216 saylı müraciətinə görə məlum olur ki, 25 oktyabr 2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən Şirkətə məxsus 2-ci mədənin 3-cü sahəsindəki 297 saylı kollektorun üzərində quraşdırılmış bir ədəd dozator nasosunun cərəyan şiddəti tənzimləyicisi (transformatoru) və bir ədəd qoruyucu çəpəri oğurlanmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs şirkətinin 08 dekabr 2020-ci il tarixli 013/1363 saylı müraciətinə görə 04 dekabr 2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən Şirkətə məxsus 2-ci mədənin 3-cü sahəsindəki 232312 və 230596 saylı quyuların mühafizə hasarının üzərində olan 25 metr uzunluğunda 73.02x5.51 markalı boru naməlum şəxs tərəfindən oğurlanmışdır. İş materialarında olan Zərərçəkmiş şəxs şirkətinin 15 yanvar 2021-ci il tarixli № 03/59 saylı arayışına görə:- mancanaq dəzgahın qoruyucu çəpərinin qiyməti 200 manat, mühərrik meydançasının məhəcərinin qiyməti 200 manat və pilləkənin qiyməti 180 manat təşkil etmiş; 73,02x5,51 markalı borunun bir metrin dəyəri 14 manat 66 qəpik təşkil etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs şirkətinin 29 oktyabr 2020-ci il tarixli № 013/1216 saylı arayışına görə məlum olur ki, bir ədəd dozator nasosunun cərəyan şiddəti tənzimləycisinin (transformatorun) qiyməti 1900 manat, bir ədəd qoruyucu çəpərinin qapısının qiyməti 435 manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 26 yanvar 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 26 yanvar 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər ünvan 3abr 2020ci il tarixli hökmu ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29, 177.2.1,29,177.2.2-ci, 29, 177.2.3-cü maddələri ilə 01 (bir) il 07 (yeddi) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, lakin cəzasını çəkməmiş, buna görə də məhkumuluğu ödənilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 26 yanvar 2021-ci il tarixli tələbnamədən görünür ki, Qarazadə X4 rayon məhkəməsinin 07 avqust 2013-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 1500 manat cərimə cəzasına məhkum olunmuşdur. Bakı Apelyasiya Məhkəməsinin 18 oktyabr 2013-cü il tarixli qərarı ilə 07 avqust 2013-cü il tarixli hökm dəyişdirilmiş və 02 il 06 ay 14 gün müddətinə azadlıqdan məhrum etdə cəzası təyin edilmişdir. Xəzər rayon məhkəməsinin 29 fevral 2016-cı il tarixli qərarı ilə 02 ay 03 gün vaxtından əvvəl şərti azad edilmişdir. 02 may 2016-cı ildə cəzanın müddəti bitmişdir. Məhkəmə CM-nin 59-cu maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 təqsirini qismən etiraf etməsini, səmimi peşmanlığını,zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışıq əldə etməsini, vurulmuş ziyanı ödəməsini, zərərçəkmiş şəxs hüquqi şəxsin ona qarşı şikayətinin olmamasını və ilk dəfə cinayət törətməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə CM-nin 59-cu maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs2 təqsirini qismən etiraf etməsini, səmimi peşmanlığını,zərərçəkmiş şəxs hüquqi şəxsin nümayəndəsi ilə barışıq əldə etməsini, vurulmuş ziyanı ödəməsini, zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayətinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə CM-nin 59-cu maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs3 təqsirini qismən etiraf etməsini, səmimi peşmançılığını, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışıq əldə etməsini, vurulmuş ziyanı ödəməsini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ona qarşı şikayətinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətmələri tam sübuta yetirilmişdir. Qeyd edilənlər onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2-ci maddələri ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmçinin, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 oğluna CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir.Məhkəmə azadlıqdan məhrum etmə cəzası təyin edərkən həmçinin nəzərə almışdır ki, cinayət Azərbaycan Respbublikasında dövlət büdcəsinin formalaşmasına əsas rol oynayan Dövlət Neft Şirkətinin törəmə müəssisəsi olan, xarici investisiyalı müəssisə olan Zərərçəkmiş şəxs Şirkətinin ərazində yerləşən neft kəmərlərinə münasibətdə törədilmişdir.Təqsirləndirilən şəxslər tərəfindən vurulmuş ziyan ödənilmiş olsa da, məhkəmə hesab edir ki, cinayət nəticəsində oğurlanmış əmlaklar nəticəsində vurulmuş faktiki ziyandan başqa, onun hüquqi nəticələri, yəni neft sənayesinə vurduğu real zərər də nəzərə alınmalıdır ki, bu da cinayət əməlinə görə daha sərt cəzanın təyin edilməsini zəruri edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ona ittiham elan olunmuş maddələr üzrə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir.Həmçinin, Təqsirləndirilən şəxs1 08 yanvar 2021-ci il tarixdən 09 yanvar 2021-ci il tarixədək həbsdə olduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs1 qəti cəzası təyin edilməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ilk dəfə qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasının əvvəli, tutulduğu tarixdən, yəni 15 yanvar 2021-ci il tarixdən hesablanmalıdır.Belə ki, iş materiallarında olan Binəqədi rayon Məhkəməsinin 4(001)-44/2021 saylı, 15.01.2021-ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs1 15 yanvar 2021-ci il tarixdə tutulmuşdur. Təqsirləndirilən şəxs2 ona ittiham elan olunmuş maddələr üzrə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir.Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ünvan 3abr 2020-ci il tarixli hökmu ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29, 177.2.1,29,177.2.2-ci, 29, 177.2.3-cü maddələri ilə təyin edilmiş və çəkilməmiş - 01 (bir) il 07 (yeddi) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası - CM-nin 69.3-cü və 67.1-ci maddələrinə əsasən 2 günə 1 gün olmaqla hazırkı hökmlə təyin olunan cəza ilə qismən birləşdirilməklə, ona qəti cəzası təyin edilməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən ilk dəfə qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 oğlunun cəzasının əvvəli, tutulduğu tarixdən, yəni 13 yanar 2021-ci il tarixdən hesablanmalıdır.Belə ki, iş materiallarında olan Binəqədi RRİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Nahid Məmmədov tərəfindən qəbul olunmuş protokola əsasən məlum olur ki, Təqsirləndirilən şəxs2 13 yanvar 2021-ci il tarixdə tutulmuşdur. Təqsirləndirilən şəxs3 oğlu ona ittiham elan olunmuş maddələr üzrə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs3 cəzasının əvvəli tutulduğu tarixdən, yəni 13 yanvar 2021-ci il tarixdən hesablanmalıdır.Belə ki, iş materiallarında olan Binəqədi RRİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Nahid Məmmədov tərəfindən qəbul olunmuş protokola əsasən məlum olur ki, Təqsirləndirilən şəxs3 13 yanvar 2021-ci il tarixdə tutulmuşdur. Həmçinin, cinayət işi üzrə maddi ziyanın tam ödənilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: 1.Təqsirləndirilən şəxs1 oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2-ci maddələri ilə təqsirli bilinsin və 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 08 yanvar 2021-ci il tarixdən 09 yanvar 2021-ci il tarixədək həbsdə olduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 oğlunun cəzasının əvvəli, onun tutulduğu tarixdən, yəni 15.01.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.

2. Təqsirləndirilən şəxs2 oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2-ci maddələri ilə təqsirli bilinsin və 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ünvan 3abr 2020-ci il tarixli hökmu ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29, 177.2.1,29,177.2.2-ci, 29, 177.2.3-cü maddələri ilə təyin edilmiş və çəkilməmiş - 01 (bir) il 07 (yeddi) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası - CM-nin 69.3-cü və 67.1-ci maddələrinə əsasən 2 günə 1 gün olmaqla hazırkı hökmlə təyin olunan cəza ilə qismən birləşdirilməklə, ona qəti olaraq 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzasının əvvəli, onun tutulduğu tarixdən, yəni 13.01.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 oğlu barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.

3. Təqsirləndirilən şəxs3 oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2-ci maddələri ilə təqsirli bilinsin və 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 oğlunun cəzasının əvvəli, onun tutulduğu tarixdən, yəni 13.01.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 oğlu barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi ziyanın tam ödənilməsi nəzərə alınsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir.

Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar