Məhkəmə qərarları › İş №1(001)-197/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-197/2023

19.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-197/2023 19.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Sadıqova Aynurə Vahid qızının, Məhkəmə iclas katibi X7, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X6, Tərcüməçi (rus dili üzrə) X4 iştirakları ilə

1. xx.xx.1988-ci ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, milliyətcə rus olan, subay, orta təhsilli, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə 01 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 1-ci Dəmiryol küçəsində fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 170.1, 177.2.1 və 177.2.3-cü (təsviriəsaslandırıcı hissədə CM) maddələri ilə təqsirləndirilməsinə dair

2. xx xxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, himayəsində 4 (dörd) azyaşlı övladı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, A/yataqxana, Z.Qəmbərov küçəsi, məhəllə 3184/87, ev 324 saylı ünvanda yaşamış, Binəqədi rayon Məhkəməsinin 4(001)-213/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 170.1, 177.2.1 və 177.2.3 -cü (təsviriəsaslandırıcı hissədə CM) maddələri ilə təqsirləndirilməsinə dair

3. xx.xx.2004-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, hal-hazırda yetkinlik yaşına çatmış, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi fərdi evdə qeydiyyatda olan, Binəqədi rayon Məhkəməsinin 1(001)- 197/2023 saylı, 10 fevral 2023-cü il tarixli qərarı ilə barəsində həbsli axtarış elan olunmuş və həmin qərar icra edilərək xx.xx.2023-cü il tarixdə tutulmuş, xx.xx.2023-cü il tarixdə saxlanılması üçün Bakı İstintaq Təcridxanasına təhvil verilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü (təsviriəsaslandırıcı hissədə CM) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə

Müəyyən etdi:

Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmayan şəxsi vədlər vermə vasitəsi ilə cinayətkar fəaliyyətinə cəlb etməklə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz binaya daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayan şəxsi vədlər vermə vasitəsi ilə cinayətkar fəaliyyətinə cəlb etməklə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz binaya daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq binaya daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 25 dekabr 2021-ci il tarixdə saat 23:00 radələrində ünvan 4 ünvanda yerləşən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 9 saylı seçki dariəsinin 7 saylı seçki məntəqəsi yerləşən binanın qarşısına gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 binanın damına qalxıb dam örtüyünü söküb binaya qanunsuz daxil olub içəridən qapını açdıqdan sonra o, Təqsirləndirilən şəxs3la birlikdə binaya qanunsuz daxil olmuş, binanın içərisində olan seçki məntəqəsinə aid otağın plastik qapısını birlikdə qırıb həmin otağdan 518 manat dəyərində və 449 manat 58 qəpik dəyərində iki ədəd dəmir seyfi, 593 manat dəyərində işıq generatorunu, sonra digər otağın plastik qapısını birlikdə qırıb həmin otaqdan ümumi 20 manat dəyərində 3 ədəd kapron oturacağı, 10 manat dəyərində 10 kv.m. ölçüdə olan labrini, ümumi dəyəri 109 manat 74 qəpik olan 2 ədəd istilik sobasını gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası 9 saylı seçki dairəsinin 7 saylı seçki məntəqəsinə ümumillikdə 1700 manat 32 qəpik məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs1 - yetkinlik yaşına çatmayan xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs3 qazanc əldə edəcəyi barədə vədlər vermə vasitəsi ilə cinayətkar fəaliyyətinə cəlb edərək tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə sonuncu və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 25 dekabr 2021-ci il tarixdə saat 23:00 radələrində ünvan 4 ünvanda yerləşən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 9 saylı seçki dariəsinin 7 saylı seçki məntəqəsində yerləşən binanın qarşısına gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən o, binanın damına qalxıb dam örtüyünü söküb binaya qanunsuz daxil olub içəridən qapını açdıqdan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la birlikdə binaya qanunsuz daxil olmuş, binanın içərisində olan seçki məntəqəsinə aid otağın plastik qapısını birlikdə qırıb həmin otağdan 518 manat dəyərində və 449 manat 58 qəpik dəyərində iki ədəd dəmir seyfi, 593 manat dəyərində işıq generatorunu, sonra digər otağın plastik qapısını birlikdə qırıb həmin otağdan ümumi 20 manat dəyərində 3 ədəd kapron oturacağı, 10 manat dəyərində 10 kv.m. ölçüdə olan labrini, ümumi dəyəri 109 manat 74 qəpik olan 2 ədəd istilik sobasını gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası 9 saylı seçki dairəsinin 7 saylı seçki məntəqəsinə ümumillikdə 1700 manat 32 qəpik məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Həmçinin, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 25 dekabr 2021-ci il tarixdə saat 23:00 radələrində ünvan 4 ünvanda yerləşən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 9 saylı seçki dariəsinin 7 saylı seçki məntəqəsində yerləşən binanın qarşısına gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 binanın damına qalxıb dam örtüyünü söküb binaya qanunsuz daxil olub içəridən qapını açdıqdan sonra o, Təqsirləndirilən şəxs2lə birlikdə binaya qanunsuz daxil olmuş, binanın içərisində olan seçki məntəqəsinə aid otağın plastik qapısını birlikdə qırıb həmin otağdan 518 manat dəyərində və 449 manat 58 qəpik dəyərində iki ədəd dəmir seyfi, 593 manat dəyərində işıq generatorunu, sonra digər otağın plastik qapısını birlikdə qırıb həmin otağdan ümumi 20 manat dəyərində 3 ədəd kapron oturacağı, 10 manat dəyərində 10 kv.m. ölçüdə olan labrini, ümumi dəyəri 109 manat 74 qəpik olan 2 ədəd istilik sobasını gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası 9 saylı seçki dairəsinin 7 saylı seçki məntəqəsinə ümumillikdə 1700 manat 32 qəpik məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs2 oğlu ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 170.1, 177.2.1 və 177.2.3–cü maddələri ilə nəzərdə tutulan ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, atası ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 1-ci Dəmiryol küçəsində kirayədə yaşamışdır.2020-ci ilin oktyabr ayında azadlığa çıxdıqdan sonra bir müddət Bakı şəhəri, Binəqədi rayonu Baksol massivində yerləşən dəmir qapı darvaza yığılan sexdə qaynaqçı kimi işləmişdir.Daha sonra oradan da çıxmış və bir müddət işsiz qalmışdır.Təqsirləndirilən şəxs1 tutulmazdan 3 ay öncə tanımışdır, həmin şəxslə qəsəbədə yaşayan şəxs kimi tanış olmuşdur.O, 25 dekabr 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən Aboyev adına parkda olan zaman İlqar ilə görüşmüş, biraz söhbət etdikdən sonra o, küçənin yuxarı hissəsinə getməyi təklif etmişdir.Onlar birlikdə həmin tarixdə saat 23:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Z.Qəmbərov küçəsində 9 mərtəbəli binanın qarşısına gəlmişlər. İlqar ona burada gözləməyi, özünün isə qayıdacağını bildirmişdir. O, hamının xeyir-şər evi kimi tanıdığı binaya qapıdan daxil olmuş, təxminən 3-4 dəqiqə sonra o geri qayıdıb ona, içəriyə girməyi ona təklif etmişdir.O, onunla birlikdə açıq qapıdan içəri daxil olmuşdur.O, içəri daxil olduqda bağlı bir otaq görmüş, həmin otağın qapısının plastik qapı, alt hissəsinin qırıq vəziyyətdə olduğunu görmüşdür.Sonradan o, həmin otağa daxil olmuşdur. İçəridə olan zaman otaqda olan 2 ədəd dəmirseyfi və bir ədəd işıq generatorunu köməkləşib götürdüklərini və çölə çıxdıqlarını bildirmişdir.İlqar taksi çağırmış və onlar həmin taksiyə 2 ədəd dəmir seyfi və bir ədəd işıq generatorunu avtomaşının yük yerinə yerləşdirmişlər.İlqar ona, bu əşyaları satıb, səhəri günü isə onunla görüşəcəyini və ona 100-150 manat aralığında pul verəcəyini söyləmişdir.O, onunla sağollaşdığını və yaşadığı evə çıxıb getdiyini bildirmişdir.Səhəri gün isə İlqar onunla görüşməmişdir.O, isə onu axtarmadığını bildirmişdir.Bir neçə gün sonra isə polis əməkdaşları onu saxlamışlar və o, polislərə törətdiyi əməli etiraf etdiyini bildirmişdir.O, oğurluq hadisəsini İlqar ilə birlikdə törətdiyini bildirmişdir.Onun ümumiyyətlə telefonu olmamış, sadəcə axşam saatlarında Rəsulzadə qəsəbəsində yerləşən adını bilmədiyi parka gəlmiş və orada təsadüfi olaraq İlqarla görüşmüşdür.İlqar onunla görüşməmişdən öncə damdan içəri daxil olmuşdur.Lakin o, isə həmin gün xeyir-şər evi kimi tanıdığı obyektə rahatlıqla açıq qapıdan daxil olmuşdur.Polislər tərəfindən saxlanıldıqdan sonra oranın seçki məntəqəsi kimi istifadə olunduğunu bilmişdir.Təqsirləndirilən şəxs3 Bakı şəhəri, Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən bazardan tanımış, onunla heç bir münasibəti olmadığını bildirmişdir.O, həmin oğurluq hadisəsi zamanı onu görməmiş və Təqsirləndirilən şəxs3 həmin hadisədə iştirak etmədiyini bildirmişdir.İlqar çağırdığı taksi sürücüsünü və onun idarə etdiyi avtomobili tanımamışdır.İlqarın oğurluq etmək üçün həmin obyektə daxil olduğu bilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu, vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışıq əldə etməsini nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs1 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3 -cü maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 5 ünvanında yaşamışdır, uzun illər meyvə tərəvəz alışı və satışı ilə məşğul olmuşdur.Belə ki, 24 dekabr 2021-ci il tarixdə gündüz saatlarında təxminən saat 16-17 radələrində o, yaşadığı qəsəbədə yəni ünvan 6 ünvanda yerləşən xeyr-şər mərasim binasının yaxınlığından keçərkən, həmin məntəqənin daima bağlı olduğunu görüb oradan oğurluq etmək qərarına gəlmiş və həmin binanın giriş qapısına yaxınlaşmış, qapının bağlı olduğunu görüb, içəridə heç kimin olmadığına əmin olmuş, binanın yan tərəfindən binanın dam hissəsinə dırmaşaraq qalxmış və damın şiferini, lambirini əli ilə dartıb aralamış və sonra içəri daxil olmuş, seçki məntəqəsinin otaqlarına baxmış, orada dəmir seyflər, oturacaqlar, işıq generatoru və xeyli lambrin görmüş və onları oğurlayıb, metal qəbulu məntəqəsinə satıb pul əldə etmək istədiyini bildirmişdir.Bu məqsədlə bağlı otağın qapısını itələyib açmış, sonra isə dəmir qırıntısı ilə giriş qapısının iç hissədən kilidi qurdalayıb açmışdır. Oğurluğa hazırlığı tamamladıqdan sonra həmin əşyaları tək götürə bilməyəcəyini düşünüb, kömək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 bu oğurluqda ona kömək etməsini qərara almışdır. Sonra o, məntəqənin giriş qapısından küçəyə çıxmış və məhəlləyə tərəf yollanmışdır. Təxminən saat 23:00 radələrində Təqsirləndirilən şəxs2 ilə görüşmüş, onlara məntəqədən oğurluq etmək fikrini, qabaqcadan məntəqəyə girdiyini, qapını açıq vəziyyətdə saxladığını bildirmişdir. Stepaşkinə oğurlayacağları əşyaları metal qəbulu sexlərinə satdıqdan hörmət edəcəyini, yəni pul verəcəyini vəd vermişdir. Vladimir onun təklifini qəbul etdikdən sonra, birlikdə məntəqəyə yaxınlaşmış, ətrafda heç kimin olmadığını görüb məntəqəyə daxil olmuşlar.Köməkləşib otaqlardan dəmir seyfləri, işıq generatorunu, su qızdırıcısını, lambrinləri, kapron oturacaqları qapının ağzına yığdıqlarını və sonra o, gedib avtomobili tapıb gətirəcəyini və əşyaları avtomobilə yükləyəcəklərini demişdir. O, bu məqsədlə yola çıxmış və bir taksi Qazel markalı, dövlət nömrə nişanının bilmədiyi avtomobil saxlatmış və təxminən orta yaşlarda olan tanımadığı sürücüdən, işlədiyi yerdən bir-iki əşyanı daşımaq lazım olduğunu bildirmişdir.Onunla razılaşmış və ona 10-15 manat ona pul verəcəyini bildirmişdir.Avtomaşına əyləşib məntəqənin yanına gəlmiş və orada Təqsirləndirilən şəxs2 birlikdə köməkləşib dəmir seyfləri işıq generatorunu, su qızdırıcısmı taksinin baqajına yerləşdirmişdir. O Vladimir ilə birlikdə avtomobilə əyləşib məntəqə tərəfə getmiş, məntəqəyə çatdıqdan sonra məntəqənin qarşısında dəmir seyfin birini götürüb içəri aparmış və orada qəbul edən şəxsə sonradan adını bildiyi Asif Məhərrəmova metal qəbul edib etməməsini soruşmuşdur.O, dəmirin 1 kiloqramını 37 qəpikdən ala biləcəyini demişdir. O, ona şəxsiyyət vəsiqəsini göstərmiş, seyfin lazımsız olduğunu bildirib satmaq isdədiyini demişdir. O, ona inanmış və seyfi tərəzidə çəkmiş, 40 kiloqram olduğu ona bildirmişdir. Sonra o, dəftərində qeydlər aparmış və ona cəmi 12 manat pul vermişdir.O, qayıdıb digər əşyaları da Vladimir ilə gətirib ona vermək istəyəndə, bir qədər kənarda səyyar metal daşıyan və yığan Azsamad markalı avtomobil görmüş, həmin avtomobilin təxminən orta yaşlarında olan sürücüsünə yaxınlaşmış, gətirdiyi əşyaları satmaq istədiyini bildirmişdir.Həmin şəxs əşyalara baxmış və onları cəmi 90 manat pul verə biləcəyini demişdir.O, həmin şəxslə razılaşmış, digər seyfi, işıq generatorunu, istilik aparatını, stulları ona satmışdır. Sürücüyə 10 manat pul vermiş və o, çıxıb getmişdir.Sonra o, dəmir yığan şəxsə birlikdə yaxınlıqda işlədiyi xeyr-şər evində orada lazımsız lambrinləri də ona satmaq istədiyini demişdir.Onunla razılaşıb və birlikdə onun avtomobilinə əyləşib, məntəqənin qarşısına gəlmiş və orada Azadın onları gözlədiyini görmüşlər.Metal yığan şəxs lambirinlərə baxmış və o, həmin əşyalara görə 30 manat pul verə biləcəyini demişdir.Onunla razılaşıb və həmin lambirinləri avtomobilin yük yerinə yüklədikdən sonra həmin şəxs ona 30 manat pul vermişdir. Yolda o, xatırlamadığı məbləğdə təxminən 50 manat Vladimirə pul verdiyini söyləmişdir.Qalan pulu isə öz ehtiyacına xərcləmişdir.Qeyd olunan əşyalardan başqa heç bir əşya oğurlamamışdır.Onlar oğurluq edərkən kənar heç bir şəxsi görməmişdir. O, oğurluq əşyalarını satdıqdan sonra Stepaşkinə 150 manat deyil, cəmi 50 manat pul vermişdir, başqa heç bir cinayət törətməmişdir, əməlindən isə tam peşmandır.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu, himayəsində 04 (dörd) azyaşlı övladının olduğunu, vurulmuş ziyanın tam ödənildiyini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışıq əldə etməsini nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü AR CM-i 170.1-ci maddəsi ilə təqsirli bilməyərək bildirmişdir ki, Təqsirləndirilən şəxs3 uzun müddətdir tanıyır. Beə ki, Təqsirləndirilən şəxs3 normal həyat tərzi keçirmədiyini görmüş, ona kömək etmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs3 uzun müddət onun ailə üzvləri ilə birgə yaşadıqları evdə yaşamışdır, o Təqsirləndirilən şəxs3 hər zaman dəstək olmuş, onun düzgün həyat tərzi keçirtməsini istəmişdir. Təqsirləndirilən şəxs3 onunla birgə yaşadığı evdə yaşamış və həmçinin onunla birgə işləmişdir. Belə olan halda Təqsirləndirilən şəxs3 oğurluğa cəlb etməsinə dair ona qarşı ittiham irəli sürülməsini əsassız sayır. Törətdiyi cinayət əməlindən peşmançılıq çəkir, çünki hazırda himayəsində 4 azyaşlı uşağı var və həmin uşaqlardan ikisi xəstədirlər. Təqsirləndirilən şəxs3 da hər zaman bir böyük ata kimi dəstək olmuş, hətta valideynləri öz doğma ata və anası onun yanında olmayanda belə o hər zaman Təqsirləndirilən şəxs3 kömək etmişdir. Ümumiyyətlə cinayət işinin ibtidai istintaqı zamanı o elə ilk əvvəldən həmin oğurluğu Stepaşkin ilə birgə törətdiyini bildirmişdir, Stepaşkin də onunla eyni qaydada oradan onunla birgə törətdiyini bildirmiş və Azadın həmin oğurluq hadisəsində iştirak etmədiyini bildirmişdir. İbtidai istintaq zamanı o Təqsirləndirilən şəxs3 da hazırki cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmasından, eyni zamanda ona qarşı AR CM-in 170.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham irəli sürülməsindən məlumatsız olmuşdur. O Azadı yalnız cinayət işinə Bakı şəhıri Biəqədi rayon Məhkəməsində hakim Abbas Rzayevin sədrliyi il baxılan məhkəmə iclasında görmüş, bu zaman təəccüblənmişdir. Həmin məhkəmə iclasları zamanı Azad ona qarşı ifadə verən zaman o Azadı düzgün ifadə verməyə səsləmiş, həmin yerdən oğurluq etmədiyi halda niyə məhkəmə iclasında həmin seçki məntəqəsindən oğurluq etməsini bildirməsini soruşmuşdur. Belə qənaətə gəlmişdir ki, polis bölməsində saxanılan zaman polis əməkdaşları Azadı qorxutmuşlar, elə bu səbəbdən Azad həmin vaxt onlarla birgə oğurluq etmədiyi halda oğurluq etməsini etiraf etmişdir. Hazırda da Azada səslənir və onu baş vermiş hadisə ilə bağlı düzgün ifadə verməyi təklif edir. Azadın valideynləri də hazırda məhkəmə iclasında iştirak edir, Azadın ata və anası da şahiddir ki, o Azada həmişə dəstək olmuşdur, Azad küçələrdə tüfeyli həyat tərzi keçirəndə, valideynlərinin onun harada olmasından məlumatı olmayanda Azadın yanında həmişə o olmuşdur. Artıq iki ilə yaxındır ki, həbsdədir, lakin Azad hələ çox balacadır, onun həyatının məhv olmasını istəmir. Elə bu səbəbdən məhkəmədən cinayət işi üzrə olan bütün halların tam, hərtərəfli araşdırılmasını istəyir. Cinayət işinin materiallarında olan rəydən görünür ki, həmin seçki məntəqəsindən götürülən əl izləri Stepaşkin və Azada məxsusdur. Həmin seçki məntəqəsindən ən çox o özü olmuşdur, necə ola bilər ki, oradan Stepaşkin və Azadın əl izləri aşkar edilir. Eyni zamanda bildirmək istəyir ki, həmin seçki məntəqəsinin qapısı sınıq olduğundan oraya çox güman ki onlardan başqa digər şəxslərdə gəlmişlər, belə olan halda oradan Stepaşkin və Azadın əl izlərinin aşkar edilməsi şübhə doğurur. Bundan başqa cinayət işinin materiallarında hər üç təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkətinin keçirildiyi göstərilmişdir, lakin onlar arasında üzləşdirmə istintaq hərəkəti keçirilməmişdir, o Azadı əvvəl də qeyd etdiyi kimi Binəqədi Rayon Məhkəməsində keçirilən məhkəmə iclasları zamanı görmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs3 özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilməyərək göstərmişdir ki, Stepaşkini ümumiyyətlə tanımır, İlqarı isə tanımış, aralarında dostluq münasibətləri olmuşdur. Lakin, o İlqar və Stepaşkin ilə birgə ünvan 7 ünvanında yerləşən 7 saylı seçki məntəqəsindən oğurluq etməmişdir. Onun baş verən heç bir hadisədən məlumatı yoxdur. Bu səbəbdən məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona verilmiş suallara cavab olaraq, 2021ci ilin sonlarında və 2022-ci ilin əvvəllərində mobil telefon işlətmədiyini, valideynlərinin mobil telefonu vasitəsi ilə telefonla əlaqə saxladığını, oğurluq hadisəsinin baş verdiyi ünvan 7 ünvanında yerləşən 7 saylı seçki məntəqəsində ümumiyyətlə olmadığını, İlqar və Stepaşkinin onu oğurluq cinayət əməlini törətməyə cəlb etmədiklərini, bundan əlavə əvvəllər hər hansı bir işlə bağlı polis bölməsində olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadə verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs bildirmişdir ki, o, 2014-cü il tarixdən Azərbaycan Respublikası Mərkəzi Seçki Komisiyasiyasının 9 saylı seçki dairəsi üzrə böyük məsləhətçisi vəzifəsində çalışmışdır.9 saylı seçki dairəsinin sədri Şahid2 xx.xx.2022-ci il tarixdə ünvan 7 ünvanında yerləşən 7 saylı seçki məntəqəsinə nəzarət etmək üçün getdikdə həmin məntəqədən oğurluq olması barədə 9 saylı seçki məntəqəsinə məlumat vermiş, eləcə də Binəqədi RPİ-nin 4-cü PŞ-nə yazılı ərizə ilə müraciət etmişdir. Naməlum şəxslər tərəfindən 7 saylı seçki məntəqəsində otaqda olan 2 ədəd dəmir seyf və bir ədəd işıq generatorunun, 3 ədəd kapron materialdan olan 20 manat dəyərində oturacaqların, 10 kv.m ölçüdə lambirin və iki ədəd istilik sobasının oğurlandığı məlum olmuşdur.Həmin oğurluq hadisəsində şübhələndiyi şəxs olmamışdır.Baş vermiş oğurluq hadisəsi həmin məntəqədən seyflərdən birinin qiyməti 518 manat, digəri isə 449 manat 58 qəpik, işıq generatorunun qiyməti isə 593 manat, 3 ədəd kapron materialdan olan 20 manat dəyərində oturacaq, 10 manat dəyərində 10 kv.m lambirin, iki ədəd istilik sobası 109 manat 74 qəpik olmaqla ümumi olaraq 1700 manat 32 qəpik dəyərində əmlakın oğurlandığını bildirmişdir. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs bildirmişdir ki, seçki məntəqəsinə dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tam ödənilmişdir və barışıq əldə olunmuşdur. Belə ki, onun təqsirləndirilən şəxslərdən heç bir şikayəti və ya tələbi yoxdur və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, o, 2012-ci il tarixdən 145 saylı mənzil istismar sahəsində mühəndis olaraq işləmişdir.Vəzifəsi yaşayış binalarının təhlükəsiz istismarı qaydalarının qorunması, 145 saylı mənzil istismar sahəsinin balansında olan obyektlərinin qurğuların təhlükəsiz istismarını təmin etməkdən ibarət olmuşdur. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi Z.Qəmbərov küçəsində yerləşən Xeyir Şər evi 145 saylı mənzil istmar sahəsinin balansında olmuşdur. Seçkilər keçirildikdə həmin xeyir-şər evindən seçkilərinin keçirilməsi üçün məntəqə olaraq istifadə edilmişdir.Həmin obyektin qapısının açarları onda olmuşdur. O, 2019-cu il tarixdən məntəqəyə hər zaman nəzarət etmişdir.Xeyir və şər mərasimləri keçirilmədikdə oraya heç kim girməmişdir.Sonuncu dəfə 24 noyabr 2021-ci il tarixdə sözügedən xeyir-şər evinə girib baxış keçirtmişdir.O, həmin vaxt dəmir qapının kilidini özündə olan açarla açmış və içəri daxil olmuşdur.Həmin obyektə daxil olduqda girişdə geniş otaq yerləşmişdir.Həmin otağın yanında seçki məntəqəsinə aid otağın qapısını açarla açmış və içəri girmişdir.Nəzarət edərək hər şeyin öz qaydasında olduğunu görmüşdür.Daha sonra həmin otağın yanında olan plastik qapını açarlarla açmış və içəri daxil olduqda, plastik oturacaqlar, masalar və digər əşyaların yerində olduğunu görmüşdür. Eyni qaydada qapıları bağlayaraq, çölə çıxmışdır. Yenə də çöl dəmir qapısının bağlı olub-olmamasını yoxlamışdır.xx.xx.2022-ci il tarixdə eyni qaydada nəzarət etmək üçün xeyir-şər evinin qapısına yaxınlaşdıqda, dəmir qapının bağlı vəziyyətdə olduğunu görmüşdür.Qapını əli ilə itələdikdə qapının açıldığını görmüşdür.O, sonuncu dəfə qapını açarla bağladığını əmindir.O, içəri daxil olduqda, içəridə əşyaların dağınıq vəziyyətdə olduğunu görmüş və əşyalardan seyrəklik olduğunu hiss etmişdir.Dərhal bu barədə 9 saylı seçki dairəsinin sədri Şahid2 məlumat vermişdir.O, Şahid2 gözləmiş və o, gəldikdən sonra burada oğurluq olduğunu aşkar edib polisə müraciət etmişdir. Polis əməkdaşları ilə birlikdə içəri daxil olduqda məntəqənin damının şiferi və lambirini qırıldığını, naməlum şəxslərin içəri daxil olduqları ona məlum olmuşdur.Daha sonra seçki məntəqəsinə aid otağın taxta qapısının alt hissəsi sındırılması və dəmir qapının dəstəyinin iç tərəfdən taxta hissəsində olan qapı kilidinin qırıldığını görmüşdür.Bundan sonra o, çıxıb getmişdir.İçəridə, yəni məntəqəyə aid otaqlarda hansı əşyaların olub-olmaması barədə məlumatı olmamışdır.Həmin oğurluq hadisəsi ilə bağlı şübhələndiyi şəxs olmamışdır. Sonuncu dəfə məntəqəyə baş vermiş oğurluq hadisəsini aşkar etdiyi vaxtdan öncə 24 noyabr 2022-ci il tarixdə nəzarət etdiyini bildirmişdir.O, məntəqəyə aid həmin gün hansı əşyalar olduğunu bilməsə də, sonradan oradan 2 ədəd dəmir seyf, bir ədəd işıq generatoru, 10 kv.m-lik lambirin və 3 ədəd oturacağın oğurlandığını bilmişdir.O, oğurluq hadisəsni aşkar etdiyi zaman kimsə tərəfindən qəsdən damın şiferini qırıldığını, lambirini sındırıldığını aşkar etmişdir.Məntəqənin qapısını içəridən cəftəni çəkməklə açmaq mümkün deyildir.Qapının kilidi isə sındırılmışdır.Lakin kilidə açarla müdaxilə edilməmişdir.Həmin gün qapının kilidini dəyişmiş və köhnə kilidi zibil qutusuna atmışdır.Çox güman ki, həmin kilidi tapmaq mümkün deyil.Həmin xeyir-şər evi kimi istifadə edilən məntəqənin açarı ondan başqa heç kimdə olmamışdır.Oğurluq hadisəsini törədən şəxslər obyektin şiferini qırıb lambiri sındırmaqla içəri daxil olmuşlar və içəridən dəmir qapının kilidini zədələməklə açıb əşyaları oğurlamışdırlar. Məhkəmə iclasına çağırılmış Şahid3 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq edir. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etirazı yoxdur. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 ifadəsinə əsasən məlum ki, 10 ildir ki, Binəqədi rayonu 9 saylı seçki dairəsinin sədr vəzifəsində fəaliyyət göstərmişdir.Əlavə olaraq Bakı Dövlət Universitetində müəllim işləmişdir.2020-ci ilin əvvəllərində Parlament seçkilərindən sonra Bakı şəhəri, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Z.Qəmbərov küçəsində yerləşən xeyir şər evinin içərisində olan 9 saylı dairənin 7 saylı seçki məntəqəsidə bütün dairələr kimi bağlanaraq olduğu vəziyyətdə qalmışdır.Məntəqəyə mütəmadi olaraq nəzarət etmiş, sonuncu dəfə təxminən 10 gün bundan öncə həmin 7 saylı seçki məntəqəsinə getmiş və içəri daxil olub nəzarət edib çıxdığını bildirmişdir.O, ora baxanda hər şey qaydasında olmuş, lakin xx.xx.2022-ci il tarixdə səhər saat 9-10 radələrində 145 saylı Xüsusi təyinatlı Mənzil İstismar Sahəsinin işçisi Məhərrəm adlı şəxs ona zəng vuraraq 9 saylı dairənin 7 saylı seçki məntəqəsindən oğurluq olması barədə məlumat verilmişdir. Həmin xeyir şər evinin açarları Məhərrəm adlı şəxsdə olmuş və o, həmin yerə nəzarət edirdi.Bundan sonra o, dərhal həmin yerə gəlmiş və içəri daxil olub baxanda xeyir şər evinin damının şiferi çıxardılaraq məntəqədə, yəni sədr otağında olan 2 ədəd dəmir seyf və bir ədəd işiq generatorunun naməlum şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir və dərhal baş vermiş hadisə barədə polisə məlumat vermişdir.Həmin oğurluq hadisəsi ilə şübhələndiyi şəxs olmadığını bildirmişdir.Baş vermiş hadisə zamanı həmin məntəqədən seyflərdən birinin qiyməti 518 manat, digəri isə 449 manat 58 qəpik, işıq generatorunun qiyməti isə 593 manat, 3 ədəd kapron materialdan olan 20 manat dəyərində oturacaq, 10 manat dəyərində 10 kv.m lambirin, iki ədəd istilik sobası 109 manat 74 qəpik olmaqla ümumi olaraq 1700 manat 32 qəpik maddi ziyan dəydiyi müəyyən edilmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs3 atası X11 ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs3 onun oğludur. Təqsirləndirilən şəxs3 təqsirləndirilən şəxs qismində cəlb olunan zaman polis idarəsində olmamışdır. Həmçinin, heç bir sənədi imzalamamış, müstəntiqin qəbulunda olmamışdır. Eyni otaqda müstəntiq, o və təqsirləndirilən şəxs oğlu Təqsirləndirilən şəxs3 iştirak etməmişlər. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Nurəddin Firudinli ifadə verərək bildirmişdir ki, Binəqədi Rayon Polis İdarəsində onunla bir yerdə 4 ekspert var. Təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 tanısa da digər iki təqsirləndirilən şəxsi xatırlamır. Həmin vaxtı əl-barmaq izləri götürülsə də, hansı ekspertin gəldiyini, əl-barmaq izlərinin haradan götürüldüyünü xatırlamır. Onun tərəfindən hadisə yerinə baxış protokolu və şəxsi axtarış və götürülmə protokolu tərtib olunub, həmin vaxt orada ekspert iştirak etsə də, lakin ekspertin iştirak etməsi barədə həmin protokollarda qeyd aparılmamışdır. Lakin, tərəfindən tərtib edilmiş həmin protokolda hadisə yerindən əl-barmaq izlərinin götürülməsi qeyd edilmişdir. Hadisə yerindən əl barmaq izlərini ekspert özü götürür və eyniləşdirmənin müəyyən edilməsi üçün onu özü tərəfindən göndərilir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Kriminalistik tədqiqatlar qrupunun inpsketor-kriminalisti, polis mayoru X2 ifadə verərək bildirmişdir ki, sənədləşdirmə adi qaydada tədqiqatçı tərəfindən aparılır. Onlar hadisə yerinə mütəxəssis qismində cəlb olunurlar. Hadisə yerindən toplanılmış bütün maddi sübutları, əl barmaq izlərini və digər sübutları toplayır, zərfə qablaşdırır və rəisin adına Baş İdarəyə göndərilir. Cinayət işlərinin törədildiyi məkanlara gedən zaman ona məxsus qeydiyyat kitabçasında onları qeyd edir. Bəhs edilən hadisəyə mütəxəssis kimi o getmişdir. Təqsirləndirilən şəxslərdən götürdüyü əl-barmaq izləri ona məxsus xüsusi qeydiyyat kitabında qeyd olunur. Təqsirləndirilən şəxsləri görməmişdir. Hadisənin üzərindən çox keçdiyindən konkret olaraq nümunələri haradan götürdüyünü xatırlamır. İş materiallarında olan zöərfin üzərindəki imza ona məxsusdur. Onun hadisə yerində iştirakı cinayət işinin materiallarında yazılmış “tədqiqatçı tərəfindən rəsmiləşdirildi” ilə təsdiqlənir. Məhkəmə iclasında Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Kriminalistik tədqiqatlar qrupunun inpsketor-kriminalisti, polis mayoru X2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə yerinə baxış keçirilən zaman orada təhqiqatçı ilə bərabər o da iştirak etmişdir, dəqiq xatırlayır ki, həmin hadisə yeri seçki məntəqəsinin yerləşdiyi inzibati bina idi, bu zaman hadisə yerinə baxış protokolu və digər prosessual sənədlər Cinayət Prosessual Qanunverciliyin tələblərinə əsasən prosessual şəxs kimi təhqiqatçı tərəfindən tərtib edilir, hansı səbəbdən təhqiqatçı tərəfindən tərtib edilmiş hadisə yerinə baxış protokolunda onun iştirak etməsinin göstərilməməsi barədə heç bir şey deyə bilməz, yalnız onu deyə bilər ki, o həmin oğurluq hadisəsinin baş verdiyi yerdə olmuş, oradan tədqiqata yararlı əl-barmaq izlərini götürmüşdür. Ola bilr ki, oğurluq hadisəsinin baş verdiyi yerdə çoxlu sayda əl barmaq izləri olsun, lakin, oradan aşkar edilmiş bütün əl-barmaq izləri yox, yalnız tədqiqata yararlı olan əl-barmaq izləri götürülür. Əl-barmaq izlərinin saxlanıldığı baza böyük bir bazadır və orada bütün məlumatlar saxlanılır, hətta həmin bazadan əlbarmaq izlərinin nə vaxt, hansı orqan və ya polis şöbəsi, polis bölməsi və yaxud digər orqan təşkilat tərəfindən, hansı cinayət işi və yaxud digər bir halla bağlı, nə vaxt bazaya daxil edilməsi barədə məlumat almaq olar. Təqsirləndirilən şəxs3 həmin məlumat bazasında əl-barmaq izlərinin aşkar edilməsi ilə bağlı deyə bilər ki, ola bilsinki Təqsirləndirilən şəxs3 nə vaxtsa hansısa bir cinayət hadisəsi və yaxud bir faktla bağlı polis bölməsində olsun və bu zaman ona məxsus əl-barmaq izləri polis bölməsi tərəfindən götürülüb məlumat bazasına göndərilsin. Cinayət işinin materiallarında olan əl-barmaq izlərinin saxlanıldığı zərfin üzərindəki imza, eyni zamanda həmin nümunələr onun tərəfindən götürülmüşdür, həmin nümunələrdəki xətt də ona məxsusdur. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, faktla əlaqədar CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. xx.xx.2021-ci il tarixli protokol və ona əlavə edilmiş foto şəkillərdən görünür ki, oğurluq hadisəsi ünvan 8 ünvanda yerləşən 9 saylı seçki dariəsinin 7 saylı seçki məntəqəsində baş vermişdir. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası CXP seriyalı 151690 nömrəli qaimə fakturanın surətindən görünür ki, 32 ədəd seyf və 18 ədəd “DTD 2500 H” markalı generator 32155 manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası BƏT seriyalı 764455 nömrəli qaimə fakturanın surətindən görünür ki, sənədlərin saxlanılması üçün 36 ədəd xüsusi dəmir seyf 16184.88 manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası CXP seriyalı 152853 nömrəli qaimə fakturanın surətindən görünür ki, yağ qızdırıcıları 7901.28 manat məbləğində qiymətləndirilmişdir. xx.xx.2022-ci il tarixli protokol və ona əlavə edilmiş foto şəkillərdən görünür ki, oğurluq hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, A.Hüseynov küçəsində yerləşən “Oba” marketdə baş vermişdir. Azərbaycan Respublikası DİN-nin Krminalistik Tədqiqatlar İdarəsinin 10 yanvar 2022-ci il tarixli 011-225-1222 saylı arayışından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu Z.Qəmbərov küçəsində yerləşən 9 saylı seçki dairəsinin 7 saylı seçki məntəqəsindən baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri DİNnin KTİ- nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir.Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədi xx.xx.1988-ci il tarixdə Rusiya Federasiyasında anadan olmuş Təqsirləndirilən şəxs2 sağ əlinin ovucu, digər 02 ədədi isə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs3 sağ əlinin şəhadət və sol əlinin böyük barmağı ilə eynilik təşkil etmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə həmin gün, saat 18:30-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs2 hadisə ilə bağlı dediklərini və hazırki şəraitdə deyə biləcəyini hadisə yerində izah verməklə əyani şəkildə göstərmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.1, 177.2.2, 1772.2.3-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-19/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli hadisə yerindən maddi sübutun götürülməsi haqqında protokoldan görünür ki, hadiə yerindən maddi sübut kimi 1ədəd dəmir seyf, qırıq tullantısı götürülmüşdür. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.1, və 1772.2.3-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin gün, saat 18:30-da CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs1 hadisə ilə bağlı dediklərini və hazırki şəraitdə deyə biləcəyini hadisə yerində izah verməklə əyani şəkildə göstərmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.1, 1772.2.3-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-41/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-213/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal həbsdən azad edilmişdir. xx.xx.2022-ci il tarixli əşyanın tanınması haqqında protokoldan görünür ki, 1 ədəd dəmir seyf, 1 ədəd orta ölçülü seyf, 1 ədəd dəmir seyf tanıyan şəxs Şahid2 təqdim edili, Şahid2 ona təqdim edilən seyflərin içində sonuncu seyfi tanıyaraq, həmin seyfin 9 saylı seçki dairəsinin 7 saylı seçki məntəqəsindən oğurlandığını bildirmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işində Azərbaycan Respublikası Mərkəzi Seçki Komisiyasiyasının 9 saylı seçki dairəsi zərərçəkmiş hüquqi şəxs qismində tanınmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işində seçki dairəsinin cinayət işi üzrə maraqlarını nümayənədi-böyük məsləhətçi vəzifəsində çalışan Zərərçəkmiş şəxs zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 mart 2022-ci il tarixli 9/1242 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd üzərində markalanmasma dair heç bir məlumat olmayan hündürlüyü 66 sm, eni 50 sm dərinliyi 40 sm olan dəmir materialdan hazırlanmış seyfin zədələnməmişdən əvvəl istifadəyə yararlı, istifadə olunmuş vəziyyətdə 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti 300 manat müəyyən edilmişdir.İstintaq orqanı tərəfindən həmin seyfin dəyəri zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsində göstərilən 449 manat 58 qəpik əsas götürülmüş, məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi isə nəzərə alınmışdır. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı yazılı ərizəsinə əsasən məlum olur ki, təqsirləndirilən şəxslər tərəfindən seçki dairəsinə dəymiş maddi ziyan tam ödənilmişdir, həmin şəxslərlə barışmışdır, onlara qarşı heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməyə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə 01 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməyə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(060)-251/2019 saylı hökmündn görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs3 hadisə ilə bağlı dediklərini və hazırki şəraitdə deyə biləcəyini hadisə yerində izah verməklə əyani şəkildə göstərmişdir. xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs3 üzünə qarşı demişdir. xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs2 Alkesandroviçin üzünə qarşı demişdir. xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs2 Alkesandroviçin üzünə qarşı demişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 170.1, 177.2.1 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 170.1, 177.2.1 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə 4(001)-372/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 20 gün müddətə, yəni 30 aprel 2022-ci il tarixədək uzadılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə 4(001)-373/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ev dustaqlığında saxlanılma müddəti 20 gün müddətə, yəni 30 aprel 2022-ci il tarixədək uzadılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-2400/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-in 170.1, 177.2.1 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs3 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 1(001)-302/2022 saylı hazırlıq iclasının qərarı və 10 oktyabr 2022ci il tarixli, 1(001)-302/2022 saylı hökmü ləğv edilmişdir. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 AR CM-in 170.1, 177.2.1 və 177.2.3-cü maddəsində,Təqsirləndirilən şəxs3 AR CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özlərini qismən təqsirli bilməsinə dair verdiyi ifadələri, Təqsirləndirilən şəxs3 isə ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməsə də onun təqsirli olması mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin iş materiallarında olan, məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək, yalnız CM-in 170.1-ci maddəsi ilə təqsirli bilməməsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cinayət işinin məhkəmə istintaqı zamanı hər iki Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özlərini yalnız CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bildiklərini, oğurluq hadisəsinin baş verdiyi vaxt yetkinlik yaşına çatmamış şəxs Təqsirləndirilən şəxs3 oğurluq cinayətini törətməyə cəlb etmədiklərini bildirmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Krminalistik Tədqiqatlar İdarəsinin 10 yanvar 2022-ci il tarixli 011- 225-1222 saylı arayışında Bakı şəhəri, Binəqədi rayonu Z.Qəmbərov küçəsində yerləşən 9 saylı seçki dairəsinin 7 saylı seçki məntəqəsindən baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərinin DİN-nin KTİ- nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilməsi, müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədinin xx.xx.1988-ci il tarixdə Rusiya Federasiyasında anadan olmuş Təqsirləndirilən şəxs2 sağ əlinin ovucu, digər 02 ədədinin isə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs3 sağ əlinin şəhadət və sol əlinin böyük barmağı ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “hadisə yerinə baxış” protokolunda təhqiqatçı tərəfindən oğurluq hadisəsinin baş verdiyi ünvan 7 ünvanında yerləşən 7 saylı seçki məntəqəsinə baxış keçirildiyi və oradan 7 ədəd əlbarmaq izinin götürülməsi qeyd edilmişdr, həmin “hadisə yerinə baxış” protokolunda əl barmaq izlərinin götürülməsi ilə bağlı qeyd aparılsa da, mütəxəssisin orada iştirak etməsi ilə bağlı tərtib edilmiş həmin protokolda qeyd olmaması səbəbindən cinayət işinin materiallarında olan və Təqsirləndirilən şəxs3 baş vermiş oğurluq hadisəsində iştirak etməsini təsdiq edən əsas sübut növünün qanunauyğun əldə edilib-edilməməsinin müəyən edilməsi məqsədi ilə “hadisə yerinə baxış və götürmə” protolunu tərtib etmiş təhqiqatçı məhkəmə iclasına dəvət edilmiş, o məhkəmə iclasında verdiyi ifadəsində oğurluq hadisəsinin baş verdiyi yerə baxış keçirilən zaman orada onunla bərabər mütəxəssisin də iştirak etdiyini, bununla bağlı protokolda qeyd aparılmadığını, onlar tərəfindən belə hallarda tərtib edilmiş bütün protokollarda mütəxəssinin iştirakının qeyd edilmədiyini bildirmişdir. Daha sonra həmin hadisə yerindən əl-barmaq izlərini götürmüş mütəxəssis Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Kriminalistik tədqiqatlar qrupunun inpsketor-kriminalisti, polis mayoru X2 məhkəmə iclasına dəvət edilmiş, o da məhkəmə iclasında verdiyi ifadəsində ünvan 7 ünvanında yerləşən 7 saylı seçki məntəqəsindən baş vermiş oğurluq hadisəsi ilə əlaqədar “hadisə yerinə baxış” keçirilən zaman orada təhqiqatçı ilə bərabər iştirak etdiyini, əl-barmaq izlərinin onun tərəfindən götürülməsini və Binəqədi Rayon Polis İdarəsinin rəisi vasitəsi ilə müqayisəli tədqiqat aparılması üçün göndərildiyini, bununla bağlı onun tərəfindən tərtib edilmiş qeydiyyat kitabında qeyd aparıldığını bildirmişdir. Beləliklə cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs3 həmin cinayət işində iştirakını təsdiq edən əsas sübut -əl barmaq izləri olə bağlı ziddiyyətli məqamlara aydınlıq gətirilmişdir. Bundan başqa, məhkəmə iclasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı onlar arasında üzləşdirmə istintaq hərəkətinin keçirilmədiyini və Təqsirləndirilən şəxs3 yalnız məhkəmə iclası zamanı gördüyünü bildirsə də, cinayət işinin materiallarına əlavə edilmiş “üzləşdirmə” istintaq hərəkətinin protokollarından görünür ki, cinayət işinin ibtidai istintaqı zamanı hər üç təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və onlar verdikləri ifadələrinin bir-birlərinin üzlərinə demişlər, həmin istintaq hərəkətlərinin protokolları təqsirləndirilən şəxslər və onların müdafiəçiləri tərəfindən imzalanmışdır. Bundan başqa, məhkəmə cinayət işi üzrə hər üç təqsirləndirilən şəxsin cinayət işinin ibtidai istintaqı zamanı özlərini onlara elan edilmiş ittiham üzrə təqsirli bilmələri, məhkəmə istintaqı zamanı isə təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özlərini CM-in 170.1-ci maddəsi ilə təqsirli bilməmələri, Təqsirləndirilən şəxs3 isə özünü CM-in 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilməməsinə dair verdiyi ifadələrinə münasibətdə qeyd edir ki, məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı verdiyi ifadələri “özünümüdafiə” xarakterli hesab edərək bildirir ki, təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı verdiyi ifadələr cinayət məsuliyyətinin yüngülləşdirilməsi məqsədi daşıyır. Belə ki, hazırki cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abbas Rzayevin sədrliyi ilə baxılan zaman cinayət işi üzrə təqsirləndirilən şəxslər özlərini təqsirli bilmişlər və bu barədə məhkəmə iclas protokollarında qeydlər aparılmışdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs3 isə cinayət ilinin ibtidai istintaqı zamanı yetkinlik yaşına çatmaması və bu səbəbdən polislərdən qorxması səbəbindən göstərilən oğurluq cinayətini törətməsinə münasibətdə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs3 cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abbas Rzayevin sədrliyi ilə baxılan zaman da özünü omna elan edilmiş ittiham üzrə təqsirli bilmişdir. Göstərilənlərə əsasən məhkəmə tərəfindən əsas sübut növü kimi hər üç təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı vermiş olduğu ifadələr əsas götürülür, Beləliklə, cinayət işi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 mözlərini onlara elan edilmiş AR CM-in 170.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs3 özünü CM-in 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilməsə də, cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Krminalistik Tədqiqatlar İdarəsinin rəyi, eyni zamanda ibtidai istintaq zamanı aralarında olan üzləşdirmə protokolları və ibtidai istintaq zamanı vermiş olduqları ifadələrlə təsdiq edilir. Məhkəmə CM-nin 59-cu maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs2 oğlunun təqsirini etiraf etməsini, səmimi peşmançılığını, vurulmuş ziyanın tam ödənməsini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 oğlunun əməlində cinayətlərin təhlükəli residivi olması cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə CM-nin 59-cu maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs3 təqsirini etiraf etməsini, səmimi peşmançılığını, vurulmuş ziyanın tam ödənməsini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışıq əldə etməsini və cinayət törədərkən yetkinlik yaşına çatmayan şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin, məhkəmə CM-nin 59-cu maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 təqsirini etiraf etməsini, səmimi peşmançılığını, himayəsində 4 (dörd) azyaşlı övladının olmasını, vurulmuş ziyanı ödəməsini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışıq əldə etməsini və ailənin yeganə qazanc gətirən şəxs olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 170.1, 177.2.1-ci və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini təqsirli olaraq törətmələri tam sübuta yetirilmişdir. Qeyd edilənlər onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli CM-nin 170.1, 177.2.1-ci və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 əməli AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxslər həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 170.1-ci, 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən CM-nin 65-ci maddəsinin tələbi nəzərə alınmalıdır. Belə ki, CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 18.2. Cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır: 18.2.1. qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; 18.2.2. qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə. Eyni zamanda, Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. İş materiallarında olan tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Ağır Cinayətlərə dair İşlər üzrə AR Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə CM-in 180.2.1, 180.2.4-cü maddələri ilə təqsirli bilinib, 5 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2011-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 02 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2014-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2-ci maddələri ilə təqsirli bilinib 05 il 03 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci ildə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 09 ay 13 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 10 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Həmçinin, Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə ilə bağlı olan cəza təyin edildiyindən barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin, Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi (təhlükəli residiv) olduğuna görə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasının əvvəli tutulduğu tarixdən, yəni 10 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Məmmədhüseyn Əliyev tərəfindən qəbul olunmuş 10 yanvar 2022-ci il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs2 10 yanvar 2022-ci il tarixdə tutulmuşdur. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 təqsirini etiraf etməsini, səmimi peşmançılığını, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışıq əldə etməsini və gənc olmasını, yəni cinayət törədərkən yetkinlik yaşına çatmadığını nəzərə alaraq ona ittiham elan olunmuş maddə üzrə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 05 iyul 2022-ci il tarixdən 19 iyun 2023-cü il tarixədək həbsdə olduğu – cəmi 03 (üç) ay 5 (beş) gün müddət, həmçinin, 09 mart 2023-cü ildən 19 iyun 2023-cü ilədək həbsdə olduğu 03 (üç) ay 10 (on) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 1 (bir) günə 2 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxımalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-197/2023 saylı, 10 fevral 2023-cü il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs3 barəsində həbsli axtarış elan edilmiş və Binəqədi RPİ-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə tutularaq xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması cəzasını - yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi fərdi evdə çəkməlidir. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs3 elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş ”həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından azad edilməli və onun barəsində hökm qanuni qüvvəyə minənədək «başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cinayətin töəədilməsindəki rolu nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməli və o, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasının əvvəli 15 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Məmmədhüseyn Əliyev tərəfindən qəbul olunmuş 15 yanvar 2022-ci il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs1 15 yanvar 2022-ci il tarixdə tutulmuşdur. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-213/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs1 barəisndə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 cəzasının əvvəli tutulduğu tarixdən, yəni 15 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübutlar – Binəqədi rayon Polis İdarəsində saxlanılan bir ədəd dəmir seyf Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının 9 saylı seçki dairəsinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübutlar - bir ədəd əşyanın satılmasına dair qeyd vərəqi və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 hadisə yerində aşkar edilmiş əlbarmaq izləri cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, X5 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. Cinayət işi üzrə Müdafiəçi2 Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 68 saat hüquqi xidmətin dəyəri 408 (dörd yüz səkkiz) manat ödənilməlidir. Cinayət işi üzrə Müdafiəçi1 Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 68 saat hüquqi xidmətin dəyəri 408 (dörd yüz səkkiz) manat ödənilməlidir. Cinayət işi üzrə müdafiəçi X10 Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 68 saat hüquqi xidmətin dəyəri 408 (dörd yüz səkkiz) manat ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 170.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzalar qismən toplanılmaqla o, qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzasının əvvəli tutulduğu tarixdən, yəni 10 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 170.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzalar qismən toplanılmaqla o, 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzasının əvvəli tutulduğu tarixdən, yəni 15 yanvar 2022-ci il tarixdən hesablansın və həbsdə və ev dustaqlığında saxlanıldığı müddət ona təyin edilmiş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs3 05 iyul 2022-ci il tarixdən 10 oktyabr 2022-ci il tarixədək, həmçinin 09 mart 2023-cü ildən 19 iyun 2023-cü il tarixədək həbsdə olduğu – cəmi 06 (altı) ay 15 (on beş) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 1 (bir) günə 2 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs3 qəti olaraq 05 (beş) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması cəzasını - yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən fərdi yaşayış evində çəksin. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs3 elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş ”həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs3 barəsində hökm qanuni qüvvəyə minənədək «başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin. İş üzrə maddi sübut –Binəqədi rayon Polis İdarəsində saxlanılan bir ədəd dəmir seyf Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının 9 saylı seçki dairəsinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübutlar - bir ədəd əşyanın satılmasına dair qeyd vərəqi və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 hadisə yerində aşkar edilmiş əlbarmaq izləri cinayət işinin materiallarında saxlanlısın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, X5 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 68 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 408 (dörd yüz səkkiz) manat, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 68 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 408 (dörd yüz səkkiz) manat, Təqsirləndirilən şəxs3 göstərdiyi 68 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X8 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 408 (dörd yüz səkkiz) ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir.

Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar