Məhkəmə qərarları › İş №1(001)-197/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-197/2025

23.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-197/2025 23.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi X4, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2007-ci ildə Laçın rayonunda doğulmuş, yetkinlik yaşına çatmayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Laçın rayonu, Alxaslı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayon, Binəqədi qəsəbəsi, DSK yolu 4, yataqxana ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 15 iyul 2024-cü ildə saat 11 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu 4 ünvanda yerləşən yataqxananın birinci mərtəbəsində yerləşən nömrəsiz mənzilin qapısının kilidini özü ilə gətirdiyi dəmir parçası ilə fiziki güc tətbiq etməklə açıb yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan 2965 manat nağd pulu, 1 ədəd 15 manat dəyərində sarı rəngli metaldan, metalı dəmir əsaslı ərinti və qiymətsiz əlvan metal ərintisindən hazırlanmış ümumi çəkisi 21,90 qram kulonu, üzərində ağ-şəffaf qaşları olan qaşları qiymətli qaşlara aid olmayan boyunbağını, 1 ədəd 8 manat dəyərində sarı rəngli (qaralmış) metaldan, metalı dəmir əsaslı ərintidən hazırlanmış ümumi çəkisi 5,63 qram olan üzərində “Elnarə” yazılı kulonu olan boyunbağını, 1 ədəd 20 manat dəyərində sarı rəngli metaldan, metalı dəmir əsaslı ərinti və qiymətsiz əlvan metal ərintisindən hazırlanmış ümumi çəkisi 12,14 qram üzərində dairə formalı elementi olan qolbağını, 2 ədəd 20 manat dəyərində sarı rəngli metaldan, metalı qiymətsiz əlvan metal ərintisindən hazırlanmış üzərində ağ-şəffaf qaşları olan qaşları qiymətli qaşlara aid olmayan ümumi çəkisi 9,12 qram olan üzükləri, 1 ədəd 20 manat dəyərində sarı rəngli metaldan, metalı qiymətsiz əlvan metal ərintisindən hazırlanmış, üzərində yaşıl və ağ-şəffaf qaşları olan qaşları qiymətli qaşlara aid olmayan çəkisi 5,93 qram olan sırğa cütünü, 1 ədəd 1 manat dəyərində sarı rəngli metaldan, metalı dəmir əsaslı ərintidən hazırlanmış qırıntı hesab olunan çəkisi 1 qram olan halqa formalı sırğa tayını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 3049 (üç min qırx doqquz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü ildə gündüz saat 12 radələrində məhəlləyə düşən zaman görmüşdür ki, Hicran yaşayan evin qapısı bağlıdır, binadan çölə çıxdıqda görmüşdür ki, Hicranın oğlu İbo avtobusa əyləşib gedir. Ağlına gəlmişdir ki, oğurluq məqsədilə həmin evə girsin, nə tapar götürsün, tapmasada çıxıb getsin. Oğurluq etmək məqsədi ilə həyətdən dəmir parçası tapmışdır. Bu zaman məhəllədə dostu Pənahı görmüş və sorğu-sual yaranmasın deyə dəmir parçasını kənara qoyub ona yaxınlaşmışdır. Pənahla salamlaşıb hara getdiyini soruşmuşdur. Pənah ona Bərdə rayonuna əmisigilə getdiyini bildirmişdir. O da ona onu da özü ilə aparmasını xahiş etmişdir. Pənah isə təkcə özünün gedib-gəlməyə pulunun olduğunu və bu səbəbdən onu apara bilməyəcəni bildirmişdir. O isə ona “gözlə gedim evə atama deyim və evdən pul götürüb gəlirəm” demişdir. Pənah onunla razılaşıb onu gözləyəcəyini bildirmişdir. Sonra o, Pənahdan aralanıb kənara qoyduğu dəmir parçasını götürüb heç kimin onu görmədiyinə əmin olduqdan sonra bloka girib Hicranın evinin qapısına yaxınlaşmışdır. Həmin dəmir parçası ilə qapının kilidini qırmış və içəri girmişdir. İlk öncə yataq otağına daxil olmuş, yataq otağında olan sandığa baxmış, sandıqda heç bir qiymətli əşya yox imiş. Daha sonra yataq otağında olan mebelə baxmış, oradan 3 kiloqramlıq şüşə balon görmüşdür. Həmin balonun içərisində 50 qəpiklər var imiş. Həmin şüşə balonu götürüb hamama aparmışdır. Daha sonra yenidən yataq otağına daxil olmuşdur. Yataq otağında sandığın yanında yenidən 3 kiloqramlıq şüşə balon görmüşdür. Həmin balonuda götürüb hamama aparmışdır. Həmin balonun içərisində 1 manatlıq pul əskinazları var imiş. O, yenidən yataq otağına daxil olmuşdur. Yataq otağında taxtın döşəkçəsinin altına baxan zaman orada pul görmüşdür. O, həmin puluda götürüb cibinə qoymuşdur. Həmçinin mebeldə bir neçə zinət əşyalarını görüb götürmüşdür. Sonra hamama keçib şüşə balonların qapağını açıb qəpikləri sellofan paketə yığmışdır. Daha sonra arxa qapıdan çölə çıxıb, yarım tikilinin həyətinə getmişdir. Orada pulu saymış, yatağın altından aşkar etdiyi pul 2600 manat, qəpik pullar 350 manat və 1 manatlıq pul əskinazları isə 15 manat imiş. Elə oradaca oğurladığı qəpikləri və zinət əşyalarını gizlətmişdir. Sonra məhəlləyə qayıtmış və onu gözləyən Pənaha yaxınlaşmış və evdən pulu götürdüyünü demişdir. Oradan birlikdə metronun 20 yanvar metrostansiyasının yanına getmişlər. Bərdə rayonuna gedən dövlət qeydiyyat nişanını xatırlamadığı Mersedes markalı avtomobilə əyləşmişlər və Bərdə rayonuna getmişlər. Yolda adını bilmədiyi kafedə oturub yemək yemişlər. Bərdə rayonuna çatdıqdan sonra Pənahın əmisi oğlu Səxavətin yaşadığı evə getmişlər. İki gün Bərdə rayonunda qalmışlar. Bərdə rayonunda oğurladığı pulu öz ehtiyaclarına xərcləmişdir. 18 iyul 2024-cü ildə Pənahla Bakı şəhərinə qayıtmışlar. Bakı şəhərinə qayıtdıqdan sonra gizlətdiyi qəpik pullarıda götürüb xərcləmişdir. 22 iyul 2024-cü ildə polis əməkdaşları onu saxlamışlar və o, etdiyi oğurluq hadisəsini etiraf etmişdir. Həmçinin gizlətdiyi zinət əşyalarını polis əməkdaşlarına könüllü olaraq təqdim etmişdir. Zərər çəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödəmişdir, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Vurduğu ziyanı ödədiyini nəzərə alıb, ona yüngül növdə cəza təyin edilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs İbrahir oğlu ifadəsində göstərmişdir ki, ailəsilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu 4 ünvanda yerləşən yataqxananın birinci mərtəbəsində yerləşən nömrəsiz mənzildə yaşayırlar. Hər gün saat 09:00-da evdən çıxır və 20:00-da evə qayıdır. Həyat yoldaşı Elnarə Quliyeva saat 08:30-da evdən çıxır və saat 18:00-da evə qayıdır. 15 iyul 2024-cü ildə həyat yoldaşı Elnarə Quliyeva saat 08:30-da evdən çıxmış, o isə saat 09:00-da evdən çıxmışdır. Həmin gün saat 16:20 radələrində oğlu İbo İbrahimli ona zəng edərək evdən oğurluq olması barədə məlumat vermişdir. O, dərhal evə qayıtmış və mənzilə baxan zamanı yataq otağında yatağın altından 2600 (iki min altı yüz) manat nağd pulun, şüşə balonun içərisində olan 350 manat məbləğində 50 qəpik sikkələrin, digər şüşə balonda 15 manat məbləğində 1 manatlıq əskinazların, mebelin içərisindən bijuteriyaların, yəni 01 ədəd 15 manat dəyərində olan kulonlu boyunbağının, 01 ədəd 8 manat dəyərində olan «Elnarə» yazılı kulonu olan boyunbağının, 01 ədəd 20 manat dəyərində qolbağının, 02 ədəd 20 manat dəyərində olan üzüklərin, 01 cüt 20 manat dəyərində sırğanın və 1 manat dəyərində olan sırğa tayının oğurlandığını aşkar etmişdir. Bundan sonra DİN-in 102 xidmətinə hadisə barədə məlumat vermişdir. Araşdırma zamanı məlum olmuşdur ki, evindən oğurluğu qonşuluqda yaşayan Təqsirləndirilən şəxs törətmişdir. Baş vermiş oğuluq nəticəsində ona ümumilikdə 3049 manat məbləğində maddi ziyan dəymişdir. Ona dəymiş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmışdır (cild 1, i.v.1-3). Könüllü təqdim etmə və götürmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı 01 ədəd üzərində kulon olan sepi, 01 cüt üzərində yaşıl qaşlar olan sırğanı, 01 ədəd üzüyü, 01 ədəd üzərində kulon olan bilərziyi, 01 ədəd kəpənək formalı üzüyü, 01 ədəd «Elnarə» yazısı olan boyunbağını könüllü təqdim etmişdir (cild 1, i.v.20-22). Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v. 40). Əşyanın tanınmaya təqdim edilməsi haqqında xx.xx.2024-cü il tarixli protokollardan görünür ki, Zərərçəkmiş şəxs tanınmaya təqdim edilən üzərində kulon olan boyunbağını, üzərində «Elnarə» yazılı kulon olan boyunbağını, qolbağı, üzüyü və sırğaları tanımışdır (cild 1, i.v.61-66). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 177.2.3cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 1, i.v.90-91). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və həmin tarixdə Binəqədi RPİ-in MSYdən azad edilmişdir (cild 1, i.v.110-112). Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild 1, i.v.145). Məhkəmə-psixoloji ekspertizasının 05 avqust 2024-cü il tarixli 2271 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hirslilik, konfliktə meyillilik, məsuliyyətsizlik, inadkarlıq kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Onda özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik aşkar edilmədi.Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətlər aşkar edilmir. O, öz hərəkətlərinin mahiyyətini dərk etmək, ölçüb biçmək -8- həmçinin ona qarşı törədilənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarındadır. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs baş verənləri düzgün qavrayıb təsvir etmək və bu barədə düzgün məlumat vermək iqtidarındadır (cild 1, i.v.146-147). Kompleks məhkəmə-əmtəəşünaslıq və zərgərlik məmulatların kriminalistik ekspertizasının xx.xx.2024-cü il tarixli 6/4123-9/6652 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş məmulatların metalı qiymətsiz əlvan ərintisindən və dəmir əsaslı ərintidən hazırlanmışdır, ümumi çəkisi 55,72 qramdır. Məmulatlar üzərində olan qaşlar qiymətli qaşlara aid deyil. Təqdim edilmiş məmulatlar kustar üsulla hazırlanmış bijuteriyalardır. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrinə əsasən tədqiqata təqdim olunmuş məmulatların 2024-cü ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 84,0 manat müəyyən edilir (cild 1, i.v.148-151). Maddi sübut kimi tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 ədəd sarı rəngli metaldan, metalı dəmir əsaslı ərinti və qiymətsiz əlvan metal ərintisindən hazırlanmış, ümumi çəkisi 21,90 qram, kulonu üzərində ağ-şəffaf qaşları olan qaşları qiymətli qaşlara aid olmayan boyunbağı, 01 ədəd sarı rəngli (qaralmış) metaldan, metalı dəmir əsaslı ərintidən hazırlanmış, ümumi çəkisi 5,63 qram olan, üzərində “Elnarə” yazılı kulonu olan boyunbağı, 01 ədəd sarı rəngli metaldan, metalı dəmir əsaslı ərinti və qiymətsiz əlvan metal ərintisindən hazırlanmış, ümumi çəkisi 12,14 qram, üzərində dairə formalı elementi olan qolbağı, 02 ədəd sarı rəngli metaldan, metalı qiymətsiz əlvan metal ərintisindən hazırlanmış, üzərində ağ-şəffaf qaşları olan, qaşları qiymətli qaşlara aid olmayan, ümumi çəkisi 9,12 qram olan üzüklər, 01 ədəd sarı rəngli metaldan, metalı qiymətsiz əlvan metal ərintisindən hazırlanmış, üzərində yaşıl və ağ-şəffaf qaşları olan, qaşları qiymətli qaşlara aid olmayan, çəkisi 5,93 qram olan sırğa cütü, 01 ədəd sarı rəngli metaldan, metalı dəmir əsaslı ərintidən hazırlanmış, qırıntı hesab olunan, çəkisi 1,00 qram olan, halqa formalı sırğa tayı maddi sübut kimi tanınmaqla Binəqədi rayon polis idarəsində saxlanılır (cild 1, i.v.174-175). Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş ziyan tam olaraq ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi öz ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq həmin maddələr ilə ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, habelə əlavə olaraq Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən onun həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, şəxsiyyətlərinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Məhkəmə Cinayət Məcəlləsinin Azərbaycan Respublikası CM-in 59.1.2-ci maddəsinə əsaslanmaqla cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsaslanmaqla cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə cinayət törədərkən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, onun yetkinlik yaşına çatmadığını nəzərə alaraq, ona təqsirli bilindiyi CM-in müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə ki,“Yetkinlik yaşına çatmayanların cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 iyun 2008-ci il tarixli qərarının 11-ci bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən ilk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Cinayət Məcəlləsini 85.4-1-ci maddəsinin, yəni yetkinlik yaşına çatmayanlara azadlığın məhdudlaşdırılması cəzasının iki aydan iki ilədək müddətə təyin edilməsi barədə tələbini nəzərə alır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə edilməli, azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi, yaşayış yerini müəyyən saatlarda tərk etməmək vəzifəsi və yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69-cu maddəsinin tələbləri baxımından məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün ona təyin ediləcək cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, maddi sübutlar – Binəqədi RPİ-in saxlanc yerində saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd sarı rəngli metaldan, metalı dəmir əsaslı ərinti və qiymətsiz əlvan metal ərintisindən hazırlanmış, ümumi çəkisi 21,90 qram, kulonu üzərində ağ-şəffaf qaşları olan qaşları qiymətli qaşlara aid olmayan boyunbağı, 01 ədəd sarı rəngli (qaralmış) metaldan, metalı dəmir əsaslı ərintidən hazırlanmış, ümumi çəkisi 5,63 qram olan, üzərində “Elnarə” yazılı kulonu olan boyunbağı, 01 ədəd sarı rəngli metaldan, metalı dəmir əsaslı ərinti və qiymətsiz əlvan metal ərintisindən hazırlanmış, ümumi çəkisi 12,14 qram, üzərində dairə formalı elementi olan qolbağı, 02 ədəd sarı rəngli metaldan, metalı qiymətsiz əlvan metal ərintisindən hazırlanmış, üzərində ağ-şəffaf qaşları olan, qaşları qiymətli qaşlara aid olmayan, ümumi çəkisi 9,12 qram olan üzüklər, 01 ədəd sarı rəngli metaldan, metalı qiymətsiz əlvan metal ərintisindən hazırlanmış, üzərində yaşıl və ağ-şəffaf qaşları olan, qaşları qiymətli qaşlara aid olmayan, çəkisi 5,93 qram olan sırğa cütü, 01 ədəd sarı rəngli metaldan, metalı dəmir əsaslı ərintidən hazırlanmış, qırıntı hesab olunan, çəkisi 1,00 qram olan, halqa formalı sırğa tayı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.4-cü maddəsinə görə yetkinlik yaşına çatmamış şəxs məhkum olunarkən onun qanuni nümayəndələrinin bu şəxsin davranışına zəruri nəzarət həyata keçirilmədiyindən cinayətin törədilməsi sübuta yetirilərsə, məhkəmə məsrəflərinin ödənilməsi onların üzərinə qoyula bilər. Təqsirləndirilən şəxs oğurluq cinayəti törətməsini nəzərə alan məhkəmə hesab edir ki, bu onun valideyninin – anası (qanuni nümayəndəsi) X4 onun davranışına zəruri nəzarət həyata keçirməməsinin göstəricisi kimi qiymətləndirilə bilər. Ona görə də məhkəmə hesab edir ki, 200 (iki yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs qanuni nümayəndəsi (anası) X4 üzərinə qoyulmalı, həmin məbləğ ondan tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Həmçinin qeyd edilməlidir ki, müdafiəçi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsə cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanaraq üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə (Bakı şəhəri, Binəqədi rayon, Binəqədi qəsəbəsi, DSK yolu 4, yataqxana) Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 2200-dan səhər saat 0700-dək tərk etməmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat Təqsirləndirilən şəxs qanuni nümayəndəsi (anası) X3 tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN**********, X2, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Maddi sübutlar – Binəqədi RPİ-in saxlanc yerində saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd sarı rəngli metaldan, metalı dəmir əsaslı ərinti və qiymətsiz əlvan metal ərintisindən hazırlanmış, ümumi çəkisi 21,90 qram, kulonu üzərində ağ-şəffaf qaşları olan qaşları qiymətli qaşlara aid olmayan boyunbağı, 01 ədəd sarı rəngli (qaralmış) metaldan, metalı dəmir əsaslı ərintidən hazırlanmış, ümumi çəkisi 5,63 qram olan, üzərində “Elnarə” yazılı kulonu olan boyunbağı, 01 ədəd sarı rəngli metaldan, metalı dəmir əsaslı ərinti və qiymətsiz əlvan metal ərintisindən hazırlanmış, ümumi çəkisi 12,14 qram, üzərində dairə formalı elementi olan qolbağı, 02 ədəd sarı rəngli metaldan, metalı qiymətsiz əlvan metal ərintisindən hazırlanmış, üzərində ağ-şəffaf qaşları olan, qaşları qiymətli qaşlara aid olmayan, ümumi çəkisi 9,12 qram olan üzüklər, 01 ədəd sarı rəngli metaldan, metalı qiymətsiz əlvan metal ərintisindən hazırlanmış, üzərində yaşıl və ağ-şəffaf qaşları olan, qaşları qiymətli qaşlara aid olmayan, çəkisi 5,93 qram olan sırğa cütü, 01 ədəd sarı rəngli metaldan, metalı dəmir əsaslı ərintidən hazırlanmış, qırıntı hesab olunan, çəkisi 1,00 qram olan, halqa formalı sırğa tayı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar