Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-199/2025 23.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ondan ötrü təqsirləndirilmişdir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edərək saxlamaqla üzərində daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,188 qram qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə heroini bir ədəd siqaretin qızılı kağızma bükülmüş bükümdə əldə edərək əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən saxlamaqla üzərində daşımış, 04 iyul 2024-cü il tarixdə saat 19:00- da Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsini 4-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən “Aboyev” adına parkın yaxınlığında saxlanılaraq, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən həmin polis şöbəsinə gətirilmiş və həmin tarixdə saat 20:20-də üzərinə aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaretin qızılı kağızma bükülmüş satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,188 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,414 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümdə əldə edərək əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən saxlamaqla üzərində daşımış, 13 iyul 2024-cü il tarixdə saat 18:00-da Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi M.Qədirov küçəsində saxlanılaraq, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən həmin polis şöbəsinə gətirilmiş və həmin tarixdə saat 19:50-də üzərinə aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,414 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,363 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini bir ədəd gümüşü rəngli kağız bükümdə əldə edərək əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən saxlamaqla üzərində daşımış, 17 avqust 2024-cü il tarixdə saat 12:05-də Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsini 4-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində Dəmiryol küçəsində yerləşən “Aboyev” adna parkın yaxınlığında saxlanılaraq, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən həmin polis şöbəsinə gətirilmiş və həmin tarixdə saat 14:00-də üzərinə aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,363 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirməklə ifadəsində göstərmişdir ki, ona elan olunmuş ittihamda göstərilmiş hər üç epizod üzrə özünü təqsirli bilir. Hər üç epizod üzrə saxlanıldığı zaman üzərində narkotik vasitə heroin olmuşdur. Üzərindən aşkar edilmiş narkotik vasitələri hər dəfəsində “Kubinka” adlanan yerdə tanımadığı şəxsdən 10 manat müqabilində əldə etmişdir. Saxlanılarkən və polis bölməsində olarkən ona qarşı hər hansı bir formada fiziki və ya psixi təziq olmamışdır. Əlavə olaraq bildirmişdir ki, üzərində aşkar edilmiş narkotik vasitələrin hər dəfəsində eyni yerdən, yəni “Nizami” metrostansiyasının arxa tərəfində yerləşən, “Kubinka” adlanan ərazidə “Məşədi Dadaş” adlı məscidin yanından 10 manat pul müqabilində şəxsi istifadəsi üçün almışdır. Daha əvvəl də məhkum edilmiş, həbsdən azad edildikdən sonra narkotik vasitələrdən istifadə etməmiş, lakin qardaşı rəhmətə getdikdən sonra yenidən narkotik vasitədən istifadə etməyə başlamışdır. Təqsirləndirilən şəxs son sözündə özünü cinayətkar hesab etmədiyini, sadəcə narkomaniya xəstəsi olduğundan narkotikdən istifadə etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə əldə etməsi və üzərində gəzdirməsi barədə 04 iyul 2024-cü il tarixdə polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatının yoxlanılması üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid2 və ondan ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. 04 iyul 2024-cü il tarixdə saat 19:00 radələrində Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aboyev parkının yaxınlığında saxlayaraq polis şöbəsinə gətirmişlər. Şöbədə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitə heroini çıxarıb təqdim etmiş və həmin narkotik vasitəni Bakı şəhəri, Nəsimi rayonunda Kubinka adlanan yerdə tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Saxlanılan zaman Təqsirləndirilən şəxs hər hansı bir formada psixi və ya fiziki təziq olmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid2 Şahid1 ilə eyniməzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 4-cü polis şöbəsinin sahə inspektoru, polis baş leytenantı Şahid4 Əsrafil oğlu ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə əldə etməsi və Binəqədi rayonu ərazisində üzərində gəzdirməsi barədə 13 iyul 2024-cü il tarixdə polis bölməsinə etimad doğuran, qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid3 ilə birlikdə 13 iyul 2024-cü il tarixdə saat 18:00-da ünvan 3 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs saxlayaraq şöbəyə gətirmişlər. Şöbədə keçirilən şəxsi axtarış zamanı sonuncu üzərindəki narkotik vasitəni təqdim etmiş, həmçinin həmin narkotik vasitəni Bakı şəhəri, Nəsimi rayonu, Kubinka adlanan yerdə tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs hər hansı bir formada təzyiq yaxud təsir olmamışdır. Şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 4-cü polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində Şahid4 Əsrafil oğlunun ifadəsinə uyğun ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid5 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək ifadəsində göstərmişdir ki, 17 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə əldə etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olduğundan 4-cü polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid6 və ondan ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Şahid6 ilə birlikdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aboyev parkı ünvanının yaxınlığında saxlayaraq şöbəyə gətirmişlər. Şöbədə keçirilmiş şəxsi axtarış zamanı üzərində olan narkotik vasitəni özü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Bakı şəhəri, Nəsimi rayonu, Kubinka adlanan yerdə tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Saxlanılan zaman Təqsirləndirilən şəxs hər hansı bir formada təzyiq olmamışdır. Şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 4-cü polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid6 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində Şahid5 ifadəsinə uyğun ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması və icraata götürülməsi haqqında” qərardan görünür ki, üzərindən 0,188 qram narkotik vasitə heroin aşkar edilib götürülməsi faktına dair Təqsirləndirilən şəxs barəsində AR CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 21:40-da şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı xx.xx.2024-cü il tarixdən, saat 19:00-dan hesablanmışdır. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edildikdən sonra üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildikdən sonra o əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaretin qızılı kağız bükümünü təqdim edərək, həmin bükümün içərisində heroin olduğunu və həmin heroini Nəsimi rayonu, “Kubinka” adlanan yerdən tanımadığı şəxsdən 10 manata alaraq üzərində saxladığını bildirmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 0,32 qram olması müəyyən edilmişdir. Həmin protokola əlavə edilmiş və maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmiş bir ədəd diskdə məhkəmə istintaqı zamanı baxış keçirilərək müəyyən edilmişdir ki, diskdə olan görüntlərdə əks olunan xüsusatlar xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda öz əksini tapmışdır, video-görüntü və protokol arasında hər hansı bir uyğunsuzluq mövcud deyildir. xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/3464 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün № 173” dairəvi möhür əksi, “İştirak etdi: /imza/ Talıbov; Şübhələi şəxs /izma/ Təqsirləndirilən şəxs; Ekspert: E.Bəylərbəyi; Qablaşdırdı; təhqiqatçı /imza/ A.Kazımov” yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,188 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Ekspertiza rəyinə əlavə edilmiş aktdan görünür ki, 0,188 qram maddə qəbul edilmiş, 0,05 qram nümunə götürülmüş, 0,138 qram maddə geri qaytarılmışdır. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat olmuşdur. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatəti təmin edilməmişdir. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli “Əşyanın maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,188 qram narkotik vasitə heroindən ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra qalmış 0,138 qram narkotik vasitə heroin iş üzrə sübut əhəmiyyəti kəsb etməsi nəzərə alınmaqla maddi sübut kimi tanınmış, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanması üçün Binəqədi rayon polis idarəsinin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması və icraata götürülməsi haqqında” qərardan görünür ki, üzərindən 0,414 qram narkotik vasitə heroin aşkar edilib götürülməsi faktına dair Təqsirləndirilən şəxs barəsində AR CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:20-də şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı xx.xx.2024-cü il tarixdən, saat 18:00-dən hesablanmışdır. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğluna qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edildikdən sonra üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildikdən sonra o,göy rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd gümüşü rəngli aliminum kağıza bükülmüş bükümdə açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuş, həmin kütlə çəkilərək çəkisinin 0,55 qram olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs həmin bükümü Nəsimi rayonu, “Kubinka” adlanan yerdən tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Həmin protokola əlavə edilmiş və maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmiş bir ədəd diskdə məhkəmə istintaqı zamanı baxış keçirilərək müəyyən edilmişdir ki, diskdə olan görüntlərdə əks olunan xüsusatlar xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda öz əksini tapmışdır, video-görüntü və protokol arasında hər hansı bir uyğunsuzluq mövcud deyildir. xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/3639 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün № 173” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,414 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza rəyinə əlavə edilmiş aktdan görünür ki, 0,414 qram maddə qəbul edilmiş, 0,05 qram nümunə götürülmüş, 0,364 qram maddə geri qaytarılmışdır. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat olmuşdur. xx.xx.2024-cü il tarixli “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, ********* və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş və istintaq ********* nömrəsi altında davam etdirilmişdir. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatəti təmin edilməmişdir. xx.xx.2024-cü il tarixli “Qətimkan tədbirinin təsdiq edilməsi haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri təsdiq edilmişdir. xx.xx.2024-cü il tarixli “Əşyanın maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,414 qram narkotik vasitə heroindən ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra qalmış 0,364 qram narkotik vasitə heroin iş üzrə sübut əhəmiyyəti kəsb etməsi nəzərə alınmaqla maddi sübut kimi tanınmış, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanması üçün Binəqədi rayon polis idarəsinin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması və icraata götürülməsi haqqında” qərardan görünür ki, üzərindən 0,363 qram narkotik vasitə heroin aşkar edilib götürülməsi faktına dair Təqsirləndirilən şəxs barəsində AR CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 13:20-də şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı xx.xx.2024-cü il tarixdən, saat 12:05-dən hesablanmışdır. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edildikdən sonra üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildikdən sonra Təqsirləndirilən şəxs boz rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuş və həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu və həmin heroini Nəsimi rayonu, “Kubinka” adlanan yerdən tanımadığı şəxsdən 10 manata alaraq üzərində saxladığını bildirmişdir. Həmin protokola əlavə edilmiş və maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmiş bir ədəd diskə məhkəmə istintaqı zamanı baxış keçirilərək müəyyən edilmişdir ki, diskdə olan görüntlərdə əks olunan xüsusatlar xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda öz əksini tapmışdır, video-görüntü və protokol arasında hər hansı bir uyğunsuzluq mövcud deyildir. xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/4214 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün № 173” dairəvi möhür əksləri olan, “İştirakçılar 1) Şahid6 “imza”; 2) Şahid5 “imza”; 3) Təqsirləndirilən şəxs “imza”; 4) F.Cəbrayılov “imza”; Tərtib etdi Ramil Əliyev “imza” yazıları qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,363 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza rəyinə əlavə edilmiş aktdan görünür ki, 0,363 qram maddə qəbul edilmiş, 0,08 qram nümunə götürülmüş, 0,283 qram maddə geri qaytarılmışdır. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 89 (səksən doqquz) manat olmuşdur. xx.xx.2024-cü il tarixli “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, ********* və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş və istintaq ********* nömrə altında davam etdirilmişdir. xx.xx.2024-cü il tarixli “Əşyanın maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,363 qram narkotik vasitə heroindən ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra qalmış 0,283 qram narkotik vasitə heroin iş üzrə sübut əhəmiyyəti kəsb etməsi nəzərə alınmaqla maddi sübut kimi tanınmış, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanması üçün Binəqədi rayon polis idarəsinin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxs Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 4649 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (NARKOMANİYA xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicǝyǝ ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Binəqədi RPİ-də Təqsirləndirilən şəxs barəsində CM-nin 128-ci maddəsi ilə toplanmış material üzrə icraat xx.xx.2012-ci il tarixdə CPM 40.2.2-ci maddəsinə əsasən rədd edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 8 ay, 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 ay 11 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-258/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 8 (səkkiz) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəza çəkmə müddətinin əvvəli 09 mart 2023-cü il tarixdən hesablanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-622/2024 saylı qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli 17 avqust 2024-cü il tarixdən hesablanmışdır. xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını əks etdirən üç ədəd disk maddi sübut kimi tanınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-879/2024 saylı qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün, yəni 07 dekabr 2024-cü il tarixədək uzadılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-765/2024 saylı hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Cinayət əməlinin törədildiyi zaman qüvvədə olan: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunla təsdiq edilmiş “narkotik vasitələr” adlı İ siyahıya əsasən təmiz çəkisi 0,15 qram olan narkotik vasitə heroin xeyli miqdar, 2 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə tam əhatə olunduğundan təqsirləndirilən şəxsin əməli düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən onun törətdiyi cinayət əməlini etiraf edərək səmimi ifadə verməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcuddur. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasından xx.xx.2023-cü il tarixdə şərti olaraq vaxtından əvvəl azad edilmişdir. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-in 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs az ağır cinayət törətməyə görə məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasından xx.xx.2023-cü il tarixdə şərti olaraq vaxtından əvvəl azad edildikdən iki il müddət keçmədən qəsdən hazırki cinayət əməlini törətmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Həmçinin Cinayət Məcəlləsinin 16-cı maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs müvafiq olaraq 04 iyul 2024-cü il, 13 iyul 2024-cü il və 17 avqust 2024-cü il tarixlərində AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş və həmin əməllərin heç birinə görə məhkum olunmamış və cinayət məsuliyyətindən azad edilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməli cinayətlərin təkrar törədilməsi hesab edilməlidir. Məhkəmə, CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsini və cinayətlərin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halın (cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi) olması ilə yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Bundan başqa məhkəmədə araşdırılmış iş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2 (iki) gün müddət, həmçinin xx.xx.2024-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tarixədək 2 (iki) gün müddət olmaqla ümumilikdə 4 (dörd) gün müddət şübhəli və təqsirləndirilən şəxs statusunda tutulmuş, həmçinin həbsdə saxlanılma müddətinin əvvəli 17 avqust 2024-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin tarixdən hazırki tarixədək həbsdə saxlanılmaqdadır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal (törətdiyi cinayət əməlllərini səmimi etiraf etməsi) və ağırlaşdıran halın (cinayətin residivi və təkrar törədilməsi) olması ilə yanaşı, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona sadə residivə görə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkmə müddətinin əvvəli 17 avqust 2024-cü il tarixdən hesablanmaqla cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməli (CM-56.1.3), ibtidai istintaq zamanı tutulduğu ümumilikdə 4 (dörd) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı (CM- 69.3), Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,138 qram, 0,364 qram və 0,283 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 03 ədəd disk iş materiallarında saxlanılmalı (CPM-132), ümumilikdə 214 (iki yüz on dörd) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1). CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) il, 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu ümumilikdə 4 (dörd) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il, 7 (yeddi) ay, 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 17 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkiləri 0,138 qram, 0,364 qram və 0,283 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 03 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş ümumilikdə 214 (iki yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №1(001)-199/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-199/2025
23.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver