Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-2/2023 08.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X8, Dövlət ittihamçısı - Bakı şəhər prokurorluğunun X5 üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs hüquqi varisi (oğlu) X9 iştirakı ilə xx.xx.1956-cı ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, "xxxx" MMC-nin rəhbəri vəzifəsində işləmiş, məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olmuş və Abşeron rayonu, Novxanı bağlar massivində yaşamış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-61/2016 saylı, 11 avqust 2016-cı il tarixli qərarına əsasən təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 aprel 2016-cı il tarixli qərarı ilə seçilmiş «həbs» qətimkan tədbiri «ev dustaqlığı» qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, "xxxx" MMC-nin rəhbəri olaraq 55.000 (əlli beş min) ABŞ dolları (manatın məzənnəsi ilə) məbləğində pulun ondan alınaraq X4 ödənilməsinə dair Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 14 sentyabr 2012-ci il tarixli, 2(001)-7692/2012 saylı qətnaməsini və mənəvi ziyanın əvəzinin ödənilməsinə dair 10.000 (on min) manat məbləğində pulun alınaraq X4 ödənilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 30 iyul 2013-cü il, 2(103)-3553/2013 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 fevral 2015-ci il tarixli, 5(001)-95/2015 saylı qərarına əsasən Azərbaycan Respublikasi İXM-nin 313-1.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh növü olaraq 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilməsinə və ona icra üçün yeni müddət təyin olunmasına baxmayaraq hərəkətlərini davam etdirməklə qeyd olunan rayon məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs hüquqi varisi (oğlu) X12 bildirmişdir ki, onun atasının başqa şəxsə borclu olması və buna dair məhkəmə qərarının olması barədə tam məlumatı yoxdur.Həmçinin, o, məhkəmənin nəzərinə çatdırır ki, onun atası Təqsirləndirilən şəxs uzun müddət yataq xəstəsi olmuş və uzun surən ağır xəstəlikdən sonra 24 mart 2023-cü il tarixdə vəfat etmişdir, bu fakt onun məhkəməyə təqdim etdiyi ölüm haqqında şəhadətnaməyə əsasən təsdiqini tapır.Buna görə də, o, hüquqi varis kimi mərhum atası Təqsirləndirilən şəxs öldüyünü nəzərə alaraq Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etdi və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mərhum) Təqsirləndirilən şəxs elan olunmuş ifadəsinə əsasən məlum olur ki, o, ibtidai istintaq zamanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və göstərmişdir ki, o, 2002-ci ildən başlayaraq Bakı şəhəri Binəqədi rayonunun arazisində yerləşən "xxxx" MMC-nin rəhbəri vəzifəsində işləmişdir.2006-cı ildə Gülşən Orucova rəhbərlik etdiyi "xxxx" MMC-dən mənzil almaq üçün MMC-yə müraciət etmişdir.11 aprel 2006-cı ildə Gülşən Orucovaya Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsində yerləşən "xxxx" MMC tərəfindən tikintisi aparılan binanın 2-ci blokunun 12-ci mərtəbəsində olan 110 kvadrat metr sahədən ibarət olan 3 otaqlı mənzilinə yaşamaq hüququ order verilmiş və bunun müqabilində Gülşən Orucova MMC-yə 55.000 (əlli beş min) ABŞ dolları məbləğində pul ödəmişdir.Sonradan müəyyən səbəblərə görə binanın tikinti başa çatdırılmadığından qeyd olunan mənzil Gülşən Orucovaya təhvil verilməmişdir.Bundan sonra, Gülşən Orucova MMC-yə ödədiyi 55.000 (əlli beş min) ABŞ dolları məbləğində pulu ondan geri tələb edən zaman MMC-nin balansında pul olmadığından qeyd olunan məbləği Gülşən Orucovaya ödəyə bilməmişdir.Qeyd olunan məbləği geri qaytara bilmədiyinə görə Gülşən Orucova onun barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və qeyd olunan rayon məhkəməsi tərəfindən 14 sentyabr 2012-ci il tarixdə "xxxx" MMC-dən ödənilmiş məbləğin qaytarılması və mənəvi ziyanın ödənilməsinə dair 55.000 (əlli beş min) ABŞ dolları (manatın məzənnəsi ilə) məbləğində pulun alınaraq Gülşən Orucovaya ödənilməsinə dair qətnamə çıxarılmışdır.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsindən sonra Gülşən Orucova mənəvi ziyanın alınmasına dair yenidən Bakı Apellyasiya məhkəməsinə müraciət etmiş və həmin məhkəmə tərəfindən 30 iyul 2013-cü il tarixdə mənəvi ziyanın əvəzinin ödənilməsinə dair 10.000 (on min) manat məbləğində pulun "xxxx" MMC-nin rəhbərliyindən alınaraq Gülşən Orucovaya ödənilməsinə dair yeni qətnamə çıxarılmışdır.Məhkəmə qətnamələrindən sonra o, qeyd olunan məbləğləri Gülşən Orucovaya ödəyə bilmədiyini və imkanı olduğu halda ödəyəcəyini bildirmişdir. Məhkəmənin əvvəlki iclasında ifadə verən zərərçəkmiş şəxs X10 bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi, ev 33-də "xxxx" MMC tərəfindən inşa edilən binanın 2-ci blok, 12-ci mərtəbəsində yerləşən, sahəsi 110 kv.m olan 3 otaqlı mənzilinin alınması barədə o, 11 aprel 2006-cı il tarixdə "xxxx" MMC ilə razılaşaraq müqavilə bağlamış, bu məqsədlə "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs 55.000 (əlli beş min) ABŞ dolları məbləğində nağd pul vermiş və bundan sonra həmin tarixdə "xxxx" MMCdən 34 nömrəli order almışdır. 2007-ci ildə qeyd olunan binanın tikintisi dayandırılarkən narahat olduğu üçün Təqsirləndirilən şəxsla əlaqə saxlamış, sonuncu isə narahat olmamasını və yaxın müddət ərzində ona mənzil veriləcəyini bildirmişdir.Həmin vaxtdan bir neçə il keçəndən sonra o, Təqsirləndirilən şəxs mənzil almaq üçün verdiyi məbləği geri tələb edən zaman sonuncu müxtəlif bahənələr gətirərək qeyd olunan məbləği geri qaytarmaqdan yayınmışdır.O,2012-ci ildə Təqsirləndirilən şəxs qeyd olunan məbləği ona qaytarmayacağını görüb barəsində aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və qeyd olunan rayon məhkəməsi tərəfindən 55.000 (əlli beş min) ABŞ dolları məbləğində pulun "xxxx" MMC-dən alınaraq ona ödənilməsinə dair 14 sentyabr 2012-ci il tarixdə qətnamə çıxarılmışdır.Məhkəmə qətnaməsindən sonra o, yenidən 2013-cü ildə "xxxx" MMC-dən mənəvi ziyanın alınmasından ötrü Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş və qeyd olunan məhkəmə tərəfindən 10.000 (on min) manat məbləğində mənəvi ziyanın əvəzi "xxxx" MMC-dən alınaraq ona ödənilməsi barədə 30 iyul 2013-cü il tarixdə yeni qətnamə çıxarılmışdır.Təqsirləndirilən şəxs ona olan borcundan bu günkü günə qədər bir manatda olsun ki, qaytarmamışdır.Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs X10 ona dəymiş ziyanın təqsirləndirilən şəxs və onun ailə üzvləri tərəfindən ödənilmədiyini nəzərə alaraq şikayətçi olduğunu bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid X3 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, o, Bakı şəhəri, Binəqədi rayon İcra Şöbəsinin icra məmuru vəzifəsində çalışır.Belə ki, icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 14 sentyabr 2012-ci il tarixli, 2(001)- 7692/2012 saylı qətnaməsi üzrə ödənilmiş pulun qaytarılmasına dair 55.000 (əlli beş min) ABŞ dolları (manatın məzənnəsi ilə) məbləğində pul, Bakı Apellyasiya Məhkəməsinin 30 iyul 2013-cü il, 2(103)- 3653/2013 saylı qətnaməsi üzrə mənəvi ziyanın əvəzinin ödənilməsinə dair 10.000 (on min) manat məbləğində pul alınaraq X4 ödənilməlidir.Borcluya məhkəmə qətnamələrinə dair icra tələbini könüllü olaraq 10 (on) gün müddətində icra edilməsi üçün bildiriş göndərilmiş, lakin o heç bir üzrlü səbəb olmadan icra tələbini icra etməmiş və bunun üçün heç bir səy də göstərməmişdir.İcra sənədini icra etmək məqsədi ilə borclu Təqsirləndirilən şəxs əmlak vəziyyəti, bank hesabları və digər gəlir manbələrini müəyyən etmək üçün bank və digər bank qurumlarına sorğular verilmişdir.Bundan əlavə görülmüş tədbirlər nəticə vermədiyindən borclu Təqsirləndirilən şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 fevral 2015-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 313-1.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati tənbeh növü təyin edilmişdir.Borcluya məhkəmə qərarı ilə xəbərdarlıq edildikdən sonra “İcra haqqında” Azərbaycan Respublikası qanununa müvafiq olaraq ona icra sənədinin icrası üçün yeni müddət təyin olunmuş və həmin müddət başa çatdıqdan sonra barəsində cinayət məsuliyyətinə cəlb etmə haqqında təqdimat veriləcəyi barədə qabaqcadan rəsmi qaydada bildiriş verilmişdir.Borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnamələri qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq təqdimat verilmişdir. Məhkəmə iclasında ifadəsi elan olunan şahid - Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X6 ifadəsinə əsasən məlum olur ki, o, eyni məzmunlu ifadə verərək digər şahid X2 göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan məhkəmə qətnamələrinin icrası ilə bağlı Təqsirləndirilən şəxs adına ünvanlanmış borcun könüllü ödənilməsinə dair bildirişlərdən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-95/2015 saylı qərarından və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 sentyabr 2012-ci il tarixli, 2(001)-7692/2012 saylı və Bakı Apelly asiya Məhkəməsinin 30 iyul 2013cü il tarixli, 2(103)-3653/2013 saylı qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq icra etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-61/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində məcburi ambulatoriya müşahidəsi və psixatr müalicəsi təyin edilmiş və cinayət təqibi üzrə icraat dayandırılmış və qərar icra olunması üçün qeydiyyatda olduğu poliknikaya göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı Baş Səhiyyə İdarəsinin 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının təqdimatı təmin edilərək Təqsirləndirilən şəxs təyin edilmiş məcburi ambulator müşahidə və psixiatr müalicəsi növündə tibbi xarakterli məcburi tədbirin tətbiqi uzadılmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixatriya Xəstəxanasından daxil olmuş xx.xx.2019-cu il tarixli, 1460 saylı məktuba əsasən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə xx.xx.2015-xx.xx.2015-ci il tarixlərdə yuxarıda adı göstərilən xəstəxanada stasionar müalicədə olmuşdur.Təqsirləndirilən şəxs təkrar xx.xx.2018-ci il tarixdə Gündüz stasionarı şöbəsində ambulator müalicəyə qəbul olunmuş və xx.xx.2018-ci il tarixdə xəstəxanadan evə yazılmışdır.Buna görə də, Binəqədi Rayon Məhkəməsinin 1(001)-4/2019 saylı, 18 mart 2019cu il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs CM-nin 306.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət üzrə icraat təzələnmişdir.Bundan sonra, məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Ceyhun Qədimovun 7(010)- 2/2018 saylı, 29 mart 2019-cu il tarixli cavab məktubuna əsasən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs təyin edilmiş məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsinin davam etdirilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı Baş Səhiyyə İdarəsinin 24 nömrəli Birləşmiş xəstəxanasının təqdimatı üzrə Suraxanı Rayon Məhkəməsi tərəfindən 29 yanvar 2019-cu il tarixdə ambulator məhkəmə-psixatriya ekspertizası təyin olunmuş və 7(010)-54/2019 nömrəli iş ekspertizasının keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X1 göndərilmişdir.Bununla bağlı ekspert komissiyası tərəfindən verilmiş 01 aprel 2019-cu il tarixli 505 nömrəli rəydə qeyd olunmuşdur ki, «Təqsirləndirilən şəxs keçirilmiş kəskin beyin qan dövranı pozulması nəticəsində demensiya (ağıl zəifliyi) aşkar olunur.Qeyd olunmuşdur ki, aparılmış müalicə nəticəsində Təqsirləndirilən şəxs psixi vəziyyəti tam stabilləşməmişdir».Buna görə də, sonradan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 may 2019-cu il tarixli, 1(001)-04/2019 saylı qərarına əsasən Təqsirləndirilən şəxs CM-nin 306.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat onun xəstəliyi ilə əlaqədar yenidən dayandırılmışdır. Bundan sonra, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-02/2022 saylı, 09 mart 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs CM-nin 306.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət üzrə icraat yenidən təzələnmişdir.Sonradan, məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin sədr vəzifəsini müvəqqəti icra edən Anar İbrahimovun № 7(010)-755/2022 saylı, 16 may 2022-ci il tarixli cavab məktubuna əsasən məlum olmuşdur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 may 2019-cu il tarixli, 7(010)-54/2019 saylı qərarına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 24 saylı Birləşmiş şəhər Xəstəxanasının Baş həkiminin təqdimatı təmin edilmiş, Təqsirləndirilən şəxs təyin edilmiş məcburi ambulator müşahidə və psixiatr müalicə növündə tibbi xarakterli məcburi tədbirin tətbiqi uzadılmışdır. Həmçinin, məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X18 tərəfindən verilmiş 08 iyun 2022-ci il tarixli, № PHŞ/1-1-2-2022-2830 saylı cavab məktubuna əsasən məlum olur ki, Təqsirləndirilən şəxs yataq rejimində müalicəsinin davam edib-etməməsi barədə məlumatların məhkəməyə göndərilməsi barədə xx.xx.2022-ci il tarixli, 1(001)-02/2022 nömrəli məktuba Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində aidiyyatı üzrə baxılmışdır.Müraciətlə əlaqədar «X14» X18inə sorğu ünvanlanmışdır. Həmçinin, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi»-nin «X14» X18 tərəfindən verilmiş cavab məktubuna əsasən məlum olmuşdur ki, hal-hazırda xəstənin ağır vəziyyəti ilə əlaqədar özü müraciət edə bilmir.Xəstə özü ayağa qalxa bilmədiyi üçün evdə müayinə olumuşdur, vəziyyəti ağırdır və ev şəraitində mülaciə olunur, vəziyyəti nəzərə alınaraq ambulator-dispanser müşahidəsindədir.Buna görə də, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-2/2022 saylı, 05 sentyabr 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs CM-nin 306.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət üzrə icraat onun xəstəliyi ilə əlaqədar yenidən dayandırılmışdır. Həmçinin, iş materiallarında olan xx.xx.2023-cü il tarixli Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə ölmüş, bu barədə 423 nömrə ilə qeyd edilmişdir.Buna görə də, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-2/2023 saylı, 06 aprel 2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Bundan sonra, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-2/2023 saylı, 17 aprel 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxs öldüyünə görə CPM-nin 106-1-ci maddəsinə əsasən onun oğlu X12 təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınmışdır. İş materiallarında olan təqsirləndirilən şəxs (mərhum) Təqsirləndirilən şəxs Acacəfər oğlunun oğlu X9 məhkəməyə ünvanladığı 08 may 2023-cü il tarixli ərizəsinə əsasən məlum olur ki, o, hüquq varisi olduğu – mərhum atası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin hüquq varisinin, zərərçəkmiş şəxsin ifadələrini, müdafiəçinin çıxışını və dövlət ittihamçısının mövqeyini nəzərə alıb, şahid ifadələrini və cinayət işinin materiallarını araşdırıb, yuxarıda sadalanan sübutlara məcmu halında qiymət verib bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 306.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətməsi həmin sübutlar əsasında tam sübuta yetirilmişdir. Bununla belə, Təqsirləndirilən şəxs ölməsi nəzərə alınaraq cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə); cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri ləğv edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinin müstəntiqi, kiçik ədliyyə müşaviri X7 tərəfindən qəbul olunmuş 08 iyul 2015-ci il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir.İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-61/2016 saylı, 11 aprel 2016-cı il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz olunmuş və onun barəsində axtarış elan edilmişdir.İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xədmətin Bakı İstinaq Təcridxanası tərəfindən məhkəməyə ünvanlanmış 26 may 2016-cı il tarixli, xx/xx-4827 saylı məktuba əsasən məlum olur ki, Təqsirləndirilən şəxs Agacəfər oğlu 02 may 2016-cı il tarixdə Binəqədi RPİ-nin CAB-nin əməkdaşları tərəfindən həbs edilmiş və 02 may 2016-cı il tarixdən Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir.Bundan sonra, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-61/2016 saylı, 11 avqust 2016-cı il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs haqqında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 aprel 2016-cı il tarixli qərarı ilə seçilmiş «həbs» qətimkan tədbiri ona alternativ olan «ev dustaqlığı» qətimkan tədbiri ilə əvəz edilmiş və həmin qərar ləğv edilməmişdir. Habelə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öldüyünə görə məhkəmə xərclərinin ondan tutulmasına dair qərar qəbul edilməməlidir. İş üzrə maddi sübut yoxdur. Cinayət işi üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.5, 43.3-1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və onun barəsində cinayət təqibinə öldüyünə görə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» növündə qətimkan tədbiri ləğv edilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və(və ya) apellyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 (iyirmi) gün sonra qanuni quvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-2/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-2/2023
08.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver