Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-20/2022 21.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs2 müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1 müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, məhkumluğu olmayan, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 185.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə xx.xx.1989-cu il tarixdə Quba rayonu, Küsnət-Qazma kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta ixtisas təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Nərimanov rayonu, Akademik H.Əliyev küçəsi, ev 102, mənzil 16-da qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 185.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi:
1. Təqsirləndirilən şəxs1 xx.xx.2021 -ci il tarixdə, saat 01:30-da tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir olub cinayət əlaqəsinə girərək alkoqol sərxoşluğu vəziyyətində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsində yerləşən “Qız Qalası” marketin qarşısında Şahid etibarnamə əsasında idarə etdiyi və həmin yerdə saxladığı Zərərçəkmiş şəxs MMC-yə məxsus 2013-cü il buraxılışlı “Daevoo Centra” markalı, **-PE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə yaxınlaşıb orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən avtomobilin qapılarının açıq olmasından istifadə edib o, sükan arxasına, Təqsirləndirilən şəxs2 isə qabaq sərnişin oturacağına əyləşmişdir. O, avtomobilin üzərində açarın olmasından istifadə edib mühərriki işə salıb avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirdikdən sonra müxtəlif ünvanlara sürmüş və Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi istiqamətində hərəkətdə olarkən avtomobili səkiyə vurub əzməsi nəticəsində zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nə 2450 manat məbləğində maddi ziyan vurmaqla avtomobili qaçırmışdır.
2. Təqsirləndirilən şəxs2 xx.xx.2021 -ci il tarixdə, saat 01:30-da tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında alkoqol sərxoşluğu vəziyyətində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsində yerləşən “Qız Qalası” marketin qarşısında Şahid etibarnamə əsasında idarə etdiyi və həmin yerdə saxladığı Zərərçəkmiş şəxs MMC-yə məxsus 2013-cü il buraxılışlı “Daevoo Gentra” markalı, **-PE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə yaxınlaşıb orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən, avtomobilin qapılarının açıq olmasından istifadə edib qabaq sağ sərnişin oturacağına əyləşmişdir. Təqsirləndirilən şəxs1 isə sükan arxasında əyləşib, avtomobilin üzərində açarın olmasından istifadə edərək mühərriki işə salıb avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirdikdən sonra müxtəlif ünvanlara sürmüş və Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi istiqamətində hərəkətdə olarkən avtomobili səkiyə vurub əzməsi nəticəsində zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nə 2450 manat məbləğində maddi ziyan vurmaqla avtomobili qaçırmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1 CM-in 185.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilib ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun tanışıdır. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 yaşadığı ünvana dəvət edib, saat 19 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsində yerləşən marketlərdən birindən spirtli içki alıb yaşadığı evə yollanmış və evdə yeyib-içdikdən sonra siqaret almaq məqsədilə 13 yanvar 2021-ci il tarixdə, gecə saat 01:30-da yaşadığı ünvandan Təqsirləndirilən şəxs2 ilə birlikdə çıxıb, oradan yaxınlıqda yerləşən “Qız qalası” marketə tərəf getmişlər. Bir qədər piyada irəlilədikdən sonra “Qız qalası” marketin yaxınlığında dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı qabarit işıqları yanılı olan, içərisində heç kim olmayan, lakin işə salmaq üçün açarı olan ağ rəngli “Daevoo” markalı avtomobilin olduğunu görmüşlər. Həmin avtomobili sürmək üçün qaçırmaq qərarına gəlmişlər. Avtomobilin salonunda və ətrafda kimsənin olmadığına əmin olduqdan sonra vaxt itirmədən Bəhruzla birlikdə qeyd olunan avtomobilə əyləşərək oradan dərhal uzaqlaşmışlar. O, Bəhruzla birlikdə avtomobil ilə konkret olaraq hansı ünvanlara getdiklərini xatırlamır, yolda hərəkətdə olan zaman qaçırdıqları avtomobilin yanacağının azaldığını görüb Abşeron rayonu, Xırdalan şəhəri yaxınlığında yerləşən yanacaqdoldurma məntəqəsinə daxil olub yanacaq doldurduqdan sonra yollarına davam etmişlər. Qaçırdıqları avtomobili yüksək sürətlə idarə etdiyi üçün sonunda idarə etməni itirib Sabunçu rayonu ərazisində ünvanı xatırlamadığı yerdə avtomobili yol kənarında maneəyə vurmuş, nəticədə avtomobilə müəyyən qədər ziyan dəymişdir. Qaçırmış olduqları avtomobil ilə qəza törətdikdən sonra kimsənin onları görəcəyindən ehtiyat edərək vaxt itirmədən Bəhruzla birlikdə maşından düşüb yol taksilərdən birini saxlatdırıb Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən “Daş Bazarı” adlanan yerin yaxınlığında taksidən düşmüşlər və piyada şəkildə evə tərəf gedən zaman yolda polis əməkdaşları onlara yaxınlaşıb şübhəli şəxs qismində Binqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər və burada olan zaman onlar törətmiş olduqları cinayət əməlini səmimi şəkildə etiraf etmişlər. Hazırda törətdiyi cinayət əməllərindən peşmandır, cinayəti səmimi etiraf etməsini, zərər çəkmiş şəxsə dəymiş ziyanın ödənilməsinin, barışıq əldə edilməsinin, ondan şikayət və tələbinin olmamasını nəzərə alınaraq barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs2 CM-in 185.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilib ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun tanışıdır. Təqsirləndirilən şəxs1la 12 yanvar 2021-ci il tarixdə, saat 19 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsində yerləşən marketlərdən birinə daxil olub spirtli içki alıb sonuncunun yaşadığı evə yollanmışlar. Onlar evdə yeyib-içdikdən sonra Təqsirləndirilən şəxs1 siqaret almaq məqsədilə 13 yanvar 2021-ci il tarixdə, gecə saat 01:30-da yaşadığı ünvandan birlikdə çıxıb oradan yaxınlıqda yerləşən “Qız qalası” marketə tərəf getmişlər. Bir qədər piyada şəkildə irəlilədikdən sonra “Qız qalası” marketin yaxınlığında dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı qabarit işıqları yanılı olan, içərisində heç kim olmayan, lakin işə salmaq üçün açarı olan ağ rəngli “Daevoo” markalı avtomobilin olduğunu görmüşlər. Təqsirləndirilən şəxs1 avtomobilin salonunda və ətrafda kimsənin olmadığına əmin olduqdan sonra avtomobili sürmək üçün qaçırmaq məqsədilə vaxt itirmədən qeyd olunan avtomobilə birlikdə əyləşərək oradan dərhal uzaqlaşmışlar. O, Təqsirləndirilən şəxs1la birlikdə qaçırdıqları avtomobil ilə konkret olaraq hansı ünvanlara getdiklərini xatırlamır, yolda hərəkətdə olan zaman avtomobilin yanacağının azaldığını görüb Abşeron rayonu, Xırdalan şəhəri yaxınlığında yerləşən yanacaqdoldurma məntəqəsinə daxil olub yanacaq doldurduqdan sonra yollarına davam etmişlər. Qaçırdıqları avtomobil ilə Təqsirləndirilən şəxs1la birlikdə müxtəlif ünvanlara gedən zaman avtomobili sonuncu yüksək sürətlə idarə etdiyi üçün sonunda idarə etməni itirib Sabunçu rayonu ərazisində ünvanı xatırlamadığı yerdə avtomobili yol kənarında maneəyə vurduğu üçün avtomobilə müəyyən qədər ziyan dəymişdi. Qaçırmış olduqları avtomobil ilə qəza törətdikdən sonra kimsənin onları görəcəyindən ehtiyat edərək vaxt itirmədən Təqsirləndirilən şəxs1la birlikdə maşından düşüb yol taksilərdən birini saxlatdırıb həmin taksi ilə Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən “Daş Bazarı” adlanan yerin yaxınlığında taksidən düşüb piyada şəkildə evə tərəf gedən zaman yolda polis əməkdaşları onlara yaxınlaşıb şübhəli şəxs qismində Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər və orada olan zaman onlar törətmiş olduqları cinayət əməlini səmimi şəkildə etiraf etmişlər. Hazırda törətdiyi cinayət əməllərindən peşmandır, cinayəti səmimi etiraf etməsini, zərər çəkmiş şəxsə dəymiş ziyanın ödənilməsinin, barışıq əldə edilməsinin, ondan şikayət və tələbinin olmamasını nəzərə alınaraq barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçının nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, **-PE-*** nömrə nişanlı “Daevo Gentra” markalı avtomobil Zərərçəkmiş şəxs MMC tərəfindən 2016-cı il tarixdə 14.800 manata alınmışdır. Avtomobilin qeydiyyat şəhadətnaməsi həmin tarixdən indiki zaman da daxil olmaqla həmin MMC-in adınadır və mülkiyyətindədir. Həmin avtomobil xx.xx.2020-ci il tarixdən Şahid istifadəsindədir. Həmin tarixdə cəmiyyət ilə Şahid arasında lizinq müqaviləsi imzalanmış və sonuncuya müvəqqəti istifadə, müvəqqəti sahiblik hüququ verilmişdir. Belə ki, o, 11 ay ərzində 408 manat 54 qəpik ödəniş etməyi öhdəsinə götürmüşdür və ödənişləri bitənədək avtomobil cəmiyyətin mülkiyyətindədir. Avtomobil idarə olunduğu müddət ərzində də Şahid lizinq ödənişlərinə uyğun olaraq avtomobili idarə etmək üçün aylıq etibarnamə verilir. Hadisə vaxtı Şahid avtomobili idarə etməsi üçün etibarnaməsi olmuşdur. 01 fevral 2021-ci il tarixdə Şahid cəmiyyətin nümayəndəsi kimi ona müraciət edərək 13 yanvar 2021-ci il tarixdə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsi adlanan yerdə avtomobili mühərriki işlək vəziyyətdə saxlayaraq marketə daxil olduğunu, marketdən çıxan zaman avtomobilin yerində olmadığını, avtomobili qaçıran şəxslərin iki nəfər olduğunu və həmin şəxslərin avtomobili qaçırdıqdan sonra yol kənarı maneəyə vurduqlarını, hazırda faktla əlaqədar Binəqədi RPİ-nin İstintaq Şöbəsində istintaq aparıldığını bildirmişdir. O, avtomobilin harada olmasını soruşduqda Şahid avtomobilin duracağda yerləşdirilməsi barədə məlumat vermişdi. Təqsirləndirilən şəxslərin əməli nəticəsində Zərərçəkmiş şəxs MMC-ə 2450 manat məbləğində maddi ziyan vurulmuşdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə cəmiyyət arasında barışıq əldə olunmuş, bu səbəbdən mülki iddiadan imtina olunur, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbləri yoxdur. Odur ki, ziyan ödənildiyindən təqsirləndirilən şəxslər barəsində təyin olunacaq cəza məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasına çağırılmış Şahid məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş CMin 185.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə başlanılmış və icraata qəbul edilmişdir. (İ cild, i.v. 1) xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsində yerləşən “Qız qalası” marketin qarşısıdır. (İ cild, i.v. 9-12) xx.xx.2021-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin tarixdə saxlanılaraq 43-cü polis bölməsinə dəvət edilmişlər. (İ cild, i.v. 15) xx.xx.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild, i.v. 38-39) xx.xx.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild, i.v. 58-59) xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İ cild, i.v. 72-73) xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İ cild, i.v. 83-84) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(001)–49/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. (İ cild, i.v. 106-110) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(001)–50/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. (İ cild, i.v. 111-115) xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, “Daevoo Centra” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq ön sol tərəf, fara işığının, alt hissəsində buferin boyası tökülmüş, qabaq sol qanadda əziklər, qabaq sol qapı, arxa sol qanad və sol tərəf detalda əziklər, cızıqlar, boya tamlığının pozulması aşkar edilmiş, avtomobilin sol tərəfdə arxa qapısının arxa hissəsindəki şüşə sınmış vəziyyətdədir. Arxa sol tərəfin stop işıqlandırma şüşə farası yerində yoxdur. (İ cild, i.v. 136- 139) Zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə “Daevoo Centra” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobili qəbul etmişdir. (İ cild, i.v. 152) xx.xx.2021-ci il tarixli qüsur aktından görünür ki, “Daevoo Centra” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2450 manar ziyan dəymişdir. (İ cild, i.v. 171) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 il şərti sınaq müddəti ilə 02 il 07 ay 25 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2016-cı ildə cəzanı çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. ( cild, i, v, 173-174, 215-221) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və cinayət işinə əlavə edilmiş hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 20 faiz dövlət nəfinə tutulmaqla 11 ay 9 gün islah İşləri cəzasına məhkum edilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsii ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.5,49.3,69.3-cü maddələrinə əsasən 06 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (İ cild, i.v. 175-177, 202-213) xx.xx.2021-ci il tarixli protokollardan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, gecə saatlarında Binəqədi rayonu, G.Ramazanov küçəsində yerləşən “Qız Qalası” marketin qarşısında ağ rəngli avtomobil işıq qabaritləri yandırılmış halda dayanmışdır. Bir nəfər qara geyimli gödəkçəli şəxs telefonla danışaraq avtomobilin qabaq sürücü tərəf qapısına yaxınlaşır, avtomobili müşahidə edir. Digər şəxsin isə başında baş geyimi, əynində isə tünd rəngli gödəkçə olan şəxs avtomobilin arxa və qabaq sağ tərəfində dayanaraq bir-birlərinə baxırlar. Sonra qara geyimli şəxs sükan arxasına, göy geyimli şəxs isə qabaq sağ sərnişin tərəfdə əyləşirlər, avtomobili idarə edərək oradan uzaqlaşmaqla avtomobili qaçırılır. Videogörüntüyə baxış zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs2 sükan arxasında olan qara geyimli şəxsin Təqsirləndirilən şəxs1, qabaq sağ sərnişin tərəfdə əyləşən şəxsin isə özü olmasını bildirmişdir. Videogörüntüyə baxış zamanı Təqsirləndirilən şəxs1 sükan arxasında özünün, digər şəxsin isə Təqsirləndirilən şəxs2 olduğunu bildirmişdir. (İ cild, i.v. 198, 199) xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhər prokuroru İİİ dərəcəli dövlət ədliyyə müşaviri İlqar Abbasov tərəfindən ********* saylı cinayət işi üzrə ibtidai istintaq müddəti 01 ay olmaqla 04 ayadək, yəni 14 may 2021-ci il tarixədək uzadılmışdır. (ı cild, i.v. 245-246) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(001)-338/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 Məmməd oğlunun barəsində həbsdə saxlanılma müddəti 01 ay müddətinə, xx.xx.2021-ci il tarixədək uzadılmışdır. (İİ cild, 8-12) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(001)-339/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbsdə saxlanılma müddəti 01 ay müddətinə, xx.xx.2021-ci il tarixədək uzadılmışdır. (İİ cild, 13-15) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-X2” publik hüquqi şəxsin xx.xx.2021-ci il tarixli, 831 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham elan olununan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti polzulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. (İİ cild, i.v. 19-20) xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsinin hadisə yerində yoxlanılması zamanı, ifadəsini hadisə yerində bir daha təsdiq edərək hadisə yerini əyani olaraq göstərmişdir. (İİ cild, i.v. 29-31) xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 Məmməd oğlunun ifadəsinin hadisə yerində yoxlanılması zamanı, ifadəsini hadisə yerində bir daha təsdiq edərək hadisə yerini əyani olaraq göstərmişdir. (İİ cild, i.v. 32-35) Bakı şəhər Probasiya idarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Məmməd oğluna təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının heç bir hissəsi onun tərəfindən çəkilməmişdir. (İİ cild, i.v. 35a) xx.xx.2021-ci il tarixli qərardan görünür ki, video görüntülərin köçürüldüyü 01 ədəd “CD” formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmışdır. Eyni zamanda maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs MMC-ə məxsus “Daevoo Centra” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanması üçün zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə qaytarılmışdır. (İİ cild, i.v. 36-45) xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. (İİ cild, i.v. 99-101) xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Məmməd oğlunun barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. (İİ cild, i.v. 103- 105) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)–270/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində məcburi gətirmə tətbiq edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)–270/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində axtaış elan olunaraq, sonuncu tapılanadək cinayət işi üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X3 xx.xx.2021-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinə daxil olmuş məktubdan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 arxiv məlumatına görə xx.xx.2021-ci il tarixdən hal-hazırki tarixədək “Alkoqol qəbulu nəticəsində davranış pozuntuları” diaqnozu ilə müalicədədir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)–270/2021 nömrəli qərarı ilə cinayət işi üzrə icraat təzələnmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)–20/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 Məmməd oğlu barəsində məcburi gətirmə tətbiq edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)–20/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək sonuncu barəsində axtarış elan olunaraq tapılanadək cinayət işi üzrə icraat dayandırılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)–20/2022 nömrəli qərarı ilə cinayət işi üzrə icraat təzələnmişdir. Bakı İstintaq Təcridxanasının xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə təcridxanaya təhvil verilmişdir. Zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçının nümayəndəsi tərəfindən verilmiş mülki iddiadan görünür ki, mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 2450 manat məbləğində maddi zərərin tutularaq mülki iddiaçıya ödənilməsinə dair qərar qəbul edilməsi müəyyən olunmuşdur. Zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə cəmiyyət arasında barışıq əldə olunmuş, bu səbəbdən mülki iddiadan imtina olunur, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbləri yoxdur. Odur ki, təqsirləndirilən şəxslər barəsində təyin olunacaq cəza məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etiraf edici ifadələri ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş hüquqi şəxs və mülki iddiaçının nümayəndəsinin və şahidin ifadələri, eləcə də ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər və mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-in 185.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi CM-in 185.2.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.12, 59.1.13, 59.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, təqsirini səmimi etiraf etməsini, törətdiyi cinayət əməlindən peşman olmasını təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halın olmaması ilə yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, təqsirini səmimi etiraf etməsini, törətdiyi cinayət əməlindən peşman olmasını nəzərə alaraq, ona təqsirli bilindiyi CM-in müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Bu ədalətli və qanuni olmaqla, cəzanın məqsədlərini də təmin edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2021-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saxlanılaraq 43-cü polis bölməsinə dəvət edilmiş,xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-49/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2021-ci il tarixli, 4(001)-338/2021 nömrəli qərarı ilə həbsdə saxlanılma müddəti 01 ay müddətinə, xx.xx.2021-ci il tarixədək uzadılmışdır. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 Məmməd oğlunun barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, xx.xx.2022-ci il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən sonuncu tutularaq hazırkı vaxtadək həbsdə olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxs və və mülki cavabdehin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində ibtidai istintaq zamanı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu 4 ay 1 gün, xx.xx.2022-ci il tarixdən hazırkı vaxtadək həbsdə olduğu 1 ay 10 gün, cəmi 5 ay 11 gün müddət nəzərə alınmaqla təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli və üzərinə yaşayış yerini, Bakı şəhəri, Nərimanov rayonu, Akademik H.Əliyev küçəsi, ev 102, mənzil 16-da yerləşən evi axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəzanın icrası yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır və məhkumun yaşayış yeri üzrə çəkilir. İş materiallarından müəyyən edilmişdir ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəzasını çəkməmişdir. Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, barəsində amnistiya aktının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından azad olunması üçün qanuni əsaslar yaranmışdır. Belə ki, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının: 2-ci hissəsinə əsasən bu Qərarın 1-ci hissəsində göstərilən şəxslərdən başqa, aşağıdakı məhkumlar cəzalardan azad edilsinlər (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla): 2.5-ci bəndinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslər, habelə az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə azadlığın məhdudlaşdırılması cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olmayan şəxslər; 7-ci hissəsinə əsasən bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülsün; “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 1994-cü il 24 fevral tarixli 793 nömrəli Qanununa əsasən 1990-cı il yanvarın 19-20-də Bakı şəhərinə Sovet qoşunlarının qanunsuz yeridilməsi ilə əlaqədar törədilmiş cinayətlərdə, Xocalı soyqırımının baş verməsində, Azərbaycan Respublikası torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğal edilməsində təqsirli olan şəxslər haqqında amnistiya aktlarının tətbiq olunması qadağan edilmişdir. Məhkəmə hesab edir ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs1 barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilsin və o, azadlığın məhdudlaşması cəzasından dərhal azad edilməlidir. Təqsirləndirilən şəxs1 üzərindən məhkumluq götürülməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunaraq o, dərhal məhkəmə zalından həbsdən azad edilməli və Təqsirləndirilən şəxs1 barəsində seçiləcək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CM-in 59.1.12, 59.1.13, 59.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, təqsirini səmimi etiraf etməsini, törətdiyi cinayət əməlindən peşman olmasını təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs2 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halın olmaması ilə yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, təqsirini səmimi etiraf etməsini, törətdiyi cinayət əməlindən peşman olmasını nəzərə alaraq, ona təqsirli bilindiyi CM-in müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Bu ədalətli və qanuni olmaqla, cəzanın məqsədlərini də təmin edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2021-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saxlanılaraq 43-cü polis bölməsinə dəvət edilmiş, xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(001)-50/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2021-ci il tarixli, 4(001)-339/2021 nömrəli qərarı ilə həbsdə saxlanılma müddəti 01 ay müddətinə, xx.xx.2021-ci il tarixədək uzadılmışdır. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində ibtidai istintaq zamanı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu 04 ay 01 gün müddət nəzərə alınmaqla təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli və üzərinə yaşayış yerini, ünvan 2-da yerləşən evi axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəzanın icrası yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır və məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Daevoo Gentra” markalı **-PE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sahibi zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçının nümayəndəsi Nümayəndə qaytarılması nəzərə alınmalıdır. CPM-in 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. CPM-in 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Məhkəmə qanunvericiliyin təlıblərini rəhbər tutaraq hesab edir ki, cinayət mühakimə icraatı zamanı verilmiş mülki iddiadan imtina olunduğundan mülki iddia üzrə icraata xitam verilməlidir. Müdafiəçilərin təqdim etdiyi hesabata əsasən Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə ümumilikdə 100 saat, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 isə məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə ümumilikdə 100 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə ümumilikdə 100 saat, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 isə məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə ümumilikdə 100 saat vaxt sərf etmişlər. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 100 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 600 manat, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 100 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 600 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1 -ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi:
1.Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(012)-144/2019 saylı hökmü ilə 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilsin və o, azadlığın məhdudlaşması cəzasından dərhal azad edilsin. Təqsirləndirilən şəxs1 üzərindən məhkumluq götürülsün. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu 4 (dörd) ay 1 (bir) gün, xx.xx.2022-ci il tarixdən hazırkı vaxtadək həbsdə olduğu 1(bir) ay 10 (on) gün, cəmi 5 (beş) ay 11 (on bir) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay 8 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Nərimanov rayonu, Akademik H.Əliyev küçəsi, ev 102, mənzil 16-da yerləşən evi axşam saat 23:00dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. 2.Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu 4 (dörd) ay 1 (bir) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 4 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan ünvan 2-da yerləşən evi axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış "Daevoo Gentra” markalı **-PE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sahibi zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçının nümayəndəsi Nümayəndə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət mühakimə icraatı zamanı mülki iddiadan imtina olunduğundan mülki iddia üzrə icraata xitam verisin. Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 100 (yüz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 600 (altı yüz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 100 (yüz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 600 (altı yüz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə məhkəmə məsrəfi yoxdur. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova