Məhkəmə qərarları › İş №1(001)-20/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-20/2023

04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-20/2023 04.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1967-ci il tarixdə Tərtər rayonu, Seydimli kəndi anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, ailəli, işləməyən, məhkumluğu olan, Tərtər rayonu, Seydimli Ərazi Dairəsi, Seydimli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, fərdi evdə kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2021-ci il tarixdə, saat 19 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsində yerləşən 121 saylı evin 35 saylı mənzilinə dam örtüyündən mətbəx otağının plastik pəncərəsini zor tətbiq etmək yolu ilə açıb yaşayış sahəsinə qanunsuz daxil olaraq, mənzilin yataq otağındakı dolabın üzərində olan mücrünün içərisindən 13000 manat dəyərində 01 ədəd gümüşü rəngli metaldan, içərisində «ULYSSE NARDİN» və «Swiss Made» yazısı, arxa hissəsində «ULYSSE NARDİN, 200M, 8003-102? Marine CHRONOGRAPH» yazıları və yan hissədə «№1/50» yazıları həkk olunmuş, metalı xrom və dəmir (polad) elementlərindən hazırlanmış, qolbağı polimer metaldan, sverpladı və alt hissəsində olan şüşəsi leyko-sapfirdən, tarix göstəricili, ümumi çəkisi 140,06 qram təşkil edən, 15000 manat dəyərində 01 ədəd gümüşü rəngli metaldan, içərisində «Hublot, automatik, X4, final goldcıı grand prix» yazısı və arxa hissəsində «Hublot, classic fusion edition, N 01/50, 1014833, special» yazıları həkk olunmuş, metalı xrom və dəmir (polad) elementlərindən hazırlanmış, qolbağı polimer materialdan, sverpladı və alt hissəsində olan şüşəsi leyko-sapfirdən, tarix göstəricili, ümumi çəkisi 119,16 qram təşkil edən, 700 manat dəyərində 01 ədəd «Tissot» markalı qol saatlarını və 1000 manat dəyərində «Versace» markalı 01 ədəd sadə metaldan hazırlanmış kişi üzüyünü gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 29700 (iyirmi doqquz min yeddi yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2021-ci il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsində yerləşən 127 saylı evin 44 saylı mənzilin eyvanına dam örtüyündən, oradan da yaşayış sahəsinə qanunsuz daxil olaraq, mənzilin yataq otağında olan güzgülü dolabın içərisindən 1870 manat dəyərində üzərində brilyant qaşları olan 01 ədəd 750 əyarlı qızıl qolbağı, 1200 manat dəyərində 01 ədəd sırğa cütündən və 01 ədəd üzükdən ibarət 583 əyarlı qızıl dəstini, 250 manat dəyərində 01 ədəd 585 əyarlı qızıl qolbağı, 250 manat dəyərində üzərində göy rəngli sadə qaşları olan 01 ədəd 585 əyarlı qızıl sırğa cütünü, 400 manat dəyərində 01 ədəd sırğa cütündən, 01 ədəd qolbaqdan və 01 ədəd boyunbağıdan ibarət 585 əyarlı qızıl dəstini, 200 manat dəyərində 01 ədəd 585 əyarlı qızıl qadın üzüyünü, həmin dolabın üzərində olan xəzinənin içərisindən 50 qəpiklərdən ibarət 100 manat məbləğində nağd pulu və həmin otaqda olan paltar dolabından 250 manat dəyərində markası istintaqa məlum olmayan kişi qol saatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 4520 (dörd min beş yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2021-ci ilin payız aylarında maddi vəziyyəti yaxşı olmadığına görə oğurluq etmək qərarına gəlmişdir. Bu səbəbdən xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsində yerləşən binalardan oğurluq etmək üçün mənzil axtarırmış. Həmin gün saat 19 radələrində M.Cəlal küçəsində yerləşən 121 saylı binanın 9-cu mərtəbəsində olan mənzillərin birinin işığının yanmadığı görüb ev sahibinin evdə olmadığını düşünmüşdür. Bir neçə dəqiqə evi müşahidə etdikdən sonra evdə adam olmadığına əmin olub, 121 saylı binanın 1-ci blokuna girib, liftlə 9-cu mərtəbəyə qalxaraq oradan da binanın damına çıxmağı qərarlaşdırmışdır. 9-cu mərtəbədə olan binanın damına aparan pilləkənlə qalxaraq, evin damına çıxmış və oradan 9-cu mərtəbədə yerləşən işığı yanmayan mənzili müəyyən etmiş, daha sonra damda televizor kabelinin qırıntısını tapıb, mənzilin üstündəki dəmir karnizə bağlamış, həmin kabellə aşağı sürüşüb mənzilin mətbəx otağının plastik pəncərəsini dizi ilə itələdikdən sonra, pəncərə açılmış və o, dərhal həmin pəncərədən mənzilə daxil olmuşdur. Bundan sonra evin giriş qapısını içəridən bağlamış ki, ev sahibi gəldikdə, həmin mənzili girdiyi yerdən tərk edə bilsin. Daha sonra mənzili axtarmağa başlamış və mənzilin yataq otağında olan dolabın üzərində mücrünün olduğunu görüb, həmin mücrünü açaraq içərisində 01 ədəd «Ulysee Nardin» və 01 ədəd «Hublot» markalı qol saatlarının olduğunu görüb, həmin qol saatlarını götürüb cibinə qoyaraq, mənzili axtarmağa davam etmiş, lakin, mənzildə başqa dəyərli bir əşya və pul tapa bilmədiyindən, mənzili daxil olduğu yerdən tərk etmişdir. Səhəri gün, yəni xx.xx.2021-ci il tarixdə, səhər saatlarında oğurladığı qol saatlarını aparıb Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Moskva» univermağında əvvəllər tanımadığı şəxsə ümumilikdə 2350 manata satmış və satıcının ona təqdim etdiyi alqı-saqı kitabında «mal özümə məxsusdur, özüm satıram, qeyri-qanuni deyil, cavabdehəm» sözlərinin də altına imza etmişdir. Oğurluq nəticəsində əldə etdiy pulları isə şəxsi ehtiyaclarına xərcləmişdir. xx.xx.2021-ci il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsində yerləşən 127 saylı evin 44 saylı mənzildə baş vermiş oğurluq hadisəsi ilə bağlı özünü təqsirli bilmir. Belə ki, o, həmin evdən oğurluq etməmişdir. Həmin cinayəti ibtidai istintaq zamanı ona qarşı fiziki zor tətbiq olunmasa da olacağından ehtiyat edərək məcbur qaldığından boynuna götürmüşdür. Deyilənlərin nəzərə alınaraq o, barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 21 dekabr 2021-ci il tarixdə qızı X3 toy günü idi. Həmin toy mərasimi Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən «Zirvə» şadlıq sarayında keçirilmişdir. Bununla əlaqədar 21 dekabr 2021-ci il tarixdə, saat 18 radələrində onlar yaşadıqları evdən çıxaraq şadlıq sarayına yollanmışlar. Mənzildən çıxarkən qapının kilidlərini açarla özü bağlamışdır. Həmin gecə toydan sonra, yəni 22 dekabr 2021-ci il tarixdə saat 00:10 radələrində yaşadığı evə qayıdan zaman, evin giriş qapısına yaxınlaşaraq açarı kilidə daxil edib açmaq istədikdə, qapını aça bilməmişdir. Özü və ailə üzvləri nə qədər cəhd etsələr də, qapının üzərində olan kilidi aça bilməmişlər. Bu səbəbdən, xüsusi xidmət dəvət edərək, qapının kilidini sındırıb evə daxil olmuşlar. Mənzilə daxil olduqda isə qapının içəridən kilidlə bağlanıldığını, çöl tərəfindən açılması mümkün olmadığını aşkar etmişdir. Bundan sonra mənzilin otaqlarına daxil olduqda, otaqlarda olan əşyaların dağınıq vəziyyətdə olduğunu görmüşdür. Mənzilin yataq otağında olan güzgülü dolaba baxış keçirdikdə, həmin dolabdakı qızıl-zinət əşyalarının yerində olmadığını aşkar etmişdir. Daha sonra həmin otaqda olan paltar dolabına baxış keçirdikdə, oradan da 01 ədəd markası yadında qalmayan kişi qol saatının yerində olmadığını aşkar etmişdir. Daha sonra ona məlum olmuş ki, evdə olmadığı müddət ərzində naməlum şəxs və şəxslər evin damından eyvana, oradan da mənzilə daxil olub yataq otağında olan güzgülü dolabdan 1870 manat dəyərində üzərində brilyant qaşları olan 01 ədəd 750 əyarlı qızıl qolbağı, 1200 manat dəyərində 01 ədəd sırğa cütündən və 01 ədəd üzükdən ibarət 583 əyarlı qızıl dəstini, 250 manat dəyərində 01 ədəd 585 əyarlı qızıl qolbağı, 250 manat dəyərində üzərində göy rəngli sadə qaşları olan 01 ədəd 585 əyarlı qızıl sırğa cütünü, 400 manat dəyərində 01 ədəd sırğa cütündən, 01 ədəd qolbaqdan, 01 ədəd boyunbağıdan ibarət 585 əyarlı qızıl dəstini və 200 manat dəyərində 01 ədəd 585 əyarlı qızıl qadın üzüyünü, həmin güzgülü dolabın üzərində olan xəzinənin içərsindən 50 qəpiklərdən ibarət 100 manat məbləğində nağd pulu, həmin otaqda olan paltar dolabından isə 250 manat dəyərində markası yadında qalmayan kişi qol saatını oğurlamışlar. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 4520 manat məbləğində maddi ziyan dəymişdir. Eyni zamanda qeyd olunmalıdır ki, ondan aşağı mərtəbədə qalan qonşu hadisə baş verən gündə evdən danışıq səsləri eşitdiklərini bildirmişdir. Eyni zamanda qeyd edilən formada evə daxil olmaq çox çətin məsələdir. Ona görə o, evində baş vermiş oğurluq hadisəsinin tək deyil bir neçə şəxs tərəfindən törədilməsini ehtimal edir. Ona dəymiş ziyan ödənilməmiş, Təqsirləndirilən şəxs şikayətçi olmaqla barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə yaşadığı evdən ailəsi ilə birlikdə çıxaraq istirahat etmək üçün Novxanı qəsəbəsində yerləşən evinə getmişdir. Daha sonra xx.xx.2021-ci il tarixdə, saat 23 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilinə gəlib açarla qapını açmaq istədikdə, qapının açılmadığını görmüşdür. Həmin vaxt mənzilin giriş qapısının kilidinin xarab olduğunu düşünmüşdür. Bir müddət qapını açmağa cəhd göstərmiş, lakin, qapı açılmamışdır. Onun yaşadığı mənzil binanın 9-cu mərtəbəsində yerleşdiyindən, həmin mərtəbədə olan çardaq hissəyə çıxışı açmış və çardağa qalxaraq yuxarıdan mənzilin pəncərələrinə baxış keçirmiş, lakin heç bir şübhəli məqamın olmadığını gördükdən sonra aşağı düşmüş və mənzilin giriş qapısının qarşısında səhər açılanadək gözləmişdir. xx.xx.2021-ci il tarixdə, saat 7 radələrində həyətə düşüb aşağıdan mənzilə baxış keçirən zaman, mənzilin mətbəxinin pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüş və bu barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Polis əməkdaşları gəldikdən sonra qapını açaraq, mənzilə daxil olmuş və yataq otağında olan tremonun üzərindəki saat qabının içərisindən 01 ədəd “Ulysee Nardin” markalı 15000 manat dəyərindəki, 01 ədəd “Hublot” markalı 16000 manat dəyərindəki, 01 ədəd “Tissot” markalı 700 manat dəyərindəki qol saatlarının və 01 ədəd "Versace” markalı 1000 manat dəyərindəki üzüyünün oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 32700 manat dəyərində maddi ziyan dəymişdir. Həmin əşyalardan 01 ədəd “Ulysee Nardin” markalı, 01 ədəd “Hublot” markalı qol saatları qaytarılmış, digər əşyalar qaytarılmamışdır. Odur ki, Təqsirləndirilən şəxslə barışmamışam, ondan şikayətçi olmaqla sonuncunun barəsində azadlıqdan məhrumetmə cəzasının verilməsini xahiş edirəm. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin aprel ayından ünvan 2 ünvanında yerləşən “Avazlıendco” mağazasının direktoru vəzifəsində çalışır. Həmin mağaza əsasən işlənmiş, ikinci əl marka saatların satışı və alışı ilə məşğul olur. Təxminən bir il öncə Hətəm adlı şəxslə tanış olmuş, sonuncu ilə Nəsimi rayonu ərazisində yerləşən «Moskva» univermağında tanış olmuşdur. Tanışı Hətəm adətən qızıl alqı-satqısı ilə məşğul olur, lakin, nadir hallarda saatların da alqı-satqısı ilə məşğul olur. xx.xx.2021-ci il tarixdə, təxminən günorta saatlarında Hətəm ona «Whatsapp» mobil tətbiqi vasitəsi ilə mesaj yazdıqdan sonra, iki ədəd saat şəkli ataraq, həmin saatları ondan almaq istədiyi barədə soruşmuşdur. O isə saatlara baxdıqdan sonra həmin saatları ala biləcəyini demişdir. Saatlara baxdıqdan sonra “Hublot” və “Ulysee Nardin” markalı iki ədəd saatlara ümumilikdə 5600 ABŞ dolları məbləğində pul ödəyə biləcəyini bildirmişdir. Hətəm onunla razılaşdıqdan sonra o, sonuncunun işlədiyi «Moskva» univermağına getmiş və Hətəmə 5600 ABŞ dolları ödəyərək saatları almışdır. O, aldığı saatlardan 01 ədəd olan “Ulysee Nardin” markalı saatın kəmərində olan “wrestling 2010” yazısı yaxşı görünmədiyi üçün cilalayaraq onu təmizləmişdir. Bundan sonra o, işlətdiyi mağazada “Hublot” markalı qol saatını 7200 ABŞ dollarına, “Ulysee Nardin” markalı saatı isə 3700 ABŞ dollarına satışa qoymuşdur. Eyni zamanda həmin saatları mağazanın «Facebook» səhifəsində nümayiş etdirmişdir. xx.xx.2021-ci il tarixdə Binəqədi RPİ-nin əməkdaşları işlədiyi mağazaya gələrək, yuxarıda adları çəkilən saatların oğurluq olduğunu bildirmiş və kimdən aldığımı soruşduqda, həmin saatları o, Hətəm adlı şəxsdən aldığını deyib, sonuncunun mobil nömrəsini polis əməkdaşlarına təqdim etmişdir. Qeyd edilən saatları o, alarkən oğurluq olduğunu bilməmiş, həmin saatlara görə ümumilikdə 9520 manat ödəməsi və saatların ondan istinaq tərəfindən götürülməsi səbəbindən ona həmin məbləğdə maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2021-ci ilin dekabr ayının sonlarında ailə üzvlərinə qızıl-zinət əşyaları almaq üçün Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Moskva» univermağına getmişdir. Həmin vaxt orada əvvəllər tanımadığı bir nəfər şəxs yaxınlaşaraq, ondan nə məqsədlə həmin yerə gəlməsini soruşmuşdur. O, isə həmin şəxsə ailə üzvlərinə qızıl almaq məqsədi ilə həmin yerə gəldiyni bildirmişdir. Bundan sonra həmin şəxs üzərində qaşları olan 01 ədəd qızıl qolbağı, 01 ədəd sırğa cütündən və 01 ədəd üzükdən ibarət qızıl dəstini, 01 ədəd qızıl qolbağı, üzərində göy rəngli qaşları olan 01 ədəd qızıl sırğa cütünü, 01 ədəd sırğa cütündən, 01 ədəd qolbaqdan və 01 ədəd boyunbağıdan ibarət qızıl dəstini və 01 ədəd qızıl qadın üzüyünü gösətərək həmin qızılları satmaq istədiyini bildirmişdir.O, həmin qızılzinət əşyalarına ümumilikdə 1800 manat pul verə biləcəyini deyib, həmin qiymətə yuxarıda göstərilən əşyaları almışdır. Həmin qızılların oğurluq yolla əldə olunmasından onun xəbəri olmamışdır. Bundan sonra pandemiya ilə bağlı maddi sıxıntıları olduğundan, həmin qızılzinət əşayalarını yenidən «Moskva» univermağına aparıb tanımadığı şəxsə ümumilikdə 2000 manat məbləğində satmışdır. O, suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxslə telefon danışığı olmamış, sonuncudan əlaqə nömrəsi götürməmişdir. Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsində yerləşən 127 saylı evin qarşısında xx.xx.2021-ci il tarixdə toy olmağını xatırlamır. Məhkəmə iclasına şahid qismində çağrılmış Şahid3 məhkəməyə teleqramlar göndərərək verdiyi ifadəsini təsdiq etdiyini, səhhəti ilə əlaqadar məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasına çağırılmış şahidlər Şahid3 və Şahid2 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunmuşdur. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanılmış və icraata qəbul edilmişdir. (i.v. 1) xx.xx.2021-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, xx.xx.2021-ci il tarixdə olan oğurluq hadisəsi Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsində yerləşən 127 saylı evin 44 saylı mənzilində baş vermişdir. (i.v.7-12) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. (i.v. 32) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş və istintaqı davam etdirilmişdir. (i.v. 36) xx.xx.2022-ci il tarixli şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında protokoldan və arayışdan görünür ki, Şahid4 təqdim olunmuş fotoşəkillərin arasında Təqsirləndirilən şəxs fotoşəklini göstərərək, həmin şəkildəki şəxsi o, 2021-ci ilin dekabr ayının sonlarında ona qızıl-zinət əşyalarını satmış olan şəxs kimi tanıdığını bildirmişdir. 2 nömrə altında olan fotoşəkildə tanınan şəxs Təqsirləndirilən şəxs əks olunmuşdur. (i.v. 48- 51) xx.xx.2022-ci il tarixli ifadənin yerində yoxlanması haqqında protokolundan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsini hadisə yerində təsdiq edərək oğurluq etdiyi Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsində yerləşən 127 saylı evin 44 saylı mənzilini əyani surətdə göstərmişdir. (i.v. 55-58) xx.xx.2021-ci il tarixli qərardan görünür ki, toplanmış materiallara əsasən fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. (i.v. 59) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v. 60) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v. 65-66) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilmiş, icraatda olan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş və cinayət işinin istintaqı ********* mömrə altında davam etdirilmişdir. (i.v. 75) xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (i.v. 77) xx.xx.2021-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, xx.xx.2021-ci il tarixdə olan oğurluq hadisəsi Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsində yerləşən 121 saylı evin 35 saylı mənzilində baş vermişdir. (i.v.83-89) xx.xx.2021-ci il tarixli əşyanın könüllü təqdim edilməsi protokolundan görünür ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsi, ev 121, mənzil 35-dən olunmuş oğurluq cinayəti ilə əlaqədar Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva 23A ünvanında yerləşən “Avazlıendco” mağazasının direktoru Şahid1 Şahid2 almış olduğu 01 ədəd “Hublot” markalı və 01 ədəd “Ulysee Nardin” markalı saatları təqdim etmişdir. (i.v. 102) xx.xx.2021-ci il tarixli əşyaların tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs2 təqdim olunmuş 01 ədəd «Hublot» və 01 ədəd «Ulyesse Nardin» markalı qol saatlarını sonuncu tanıyaraq, özünə məxsus olduğunu və xx.xx.2021-ci il tarixdə yaşadığı ünvandan oğurlandığını bildirmişdir. (i.v. 103-104) xx.xx.2021-ci il tarixli götürmə və baxış keçirilməsi barədə protokoldan görünür ki, iş üzrə Şahid3 «qızıl və brilyantların alqı-satqı» kitabı götürülmüşdür. Həmin kitaba baxış keçirilərəkən, kitabın 12-ci səhifəsində «alqı-satqı qəbzi 9 noyabr 2021-ci il, təhvil verənin adı Təqsirləndirilən şəxs, saat sadə, ölçü vahidi 2 ədəd, sayı 2 ədəd alış qiyməti 2350 manat, mal özümə məxsusdur, özüm satıram, qeyri qanuni deyil, cavabdehəm, imzamla təsdiq edirəm» sözləri və həmin sözlərin altında imzaların olduğu müşahidə olunmuşdur. Baxış və götürmədə iştirak edən Şahid3 «mal özümə məxsusdur, özüm satıram, qeyri qanuni deyil, cavabdehəm, imzamla təsdiq edirəm» sözlərinin altında olan imza saatları təhvil verən Təqsirləndirilən şəxs məxsus olduğunu bildirmişdir. (i.v. 119) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 6/5243-9/8440 saylı məhkəmə - əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: -1 ədəd gümüşü rəngli metaldan, içərisində “ULYSSE NARDİN” və “Swiss Made” yazısı, arxa hissəində “ULYSSE NARDİN, 200 M, 8003-102? Marine CHRONOGRAPH” yazıları və yan hissədə “№1/50” yazıları həkk olunmuş qol saatı – metalı xrom və dəmir (polad) elementlərindən hazırlanmışdır, qolbağı materialdandır, sverpladı və alt hissəsində olan şüşə leyko-sapfirdir, tarix göstəricilidir, ümumi çəkisi 140,06 qramdır. -1 ədəd gümüşü rəngli metaldan, içərisində “Hublot, automatic, X4, final goldcıı grand prix” yazısı və arxa hissəsində “Hublot, classic fusion edition, N 01//50, 1014833, special” yazıları həkk olunmuş qol saatı – metalı xrom və dəmir (polad) elementlərindən hazırlanmışdır, qolbağı polimer materialdandır, sverpladı və alt hissəsində olan şüşə leyko-sapfirdir, tarix göstəricilidir, ümumi çəkisi 119,16 qramdır. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrinə əsasən təqdim olunmuş saatların 2021-ci ilin noyabr ayına olan qiyməti ümumilikdə təxminən 28000,00 manat müəyyən edilmişdir. (i.v. 121-124) xx.xx.2021-ci il tarixli qərardan, iltizamdan görünür ki, Şahid1 götürülmüş 01 ədəd “Ulysee Nardin”, 01 ədəd “Hublot” markalı qol saatları və Şahid3 götürülmüş «qızıl və brilyantların alqı-satqı» kitabı cinayətin predmetləri olduğundan, cinayət işi üzrə maddi sübut kimi tanınmış, 01 ədəd “Ulysee Nardin” və 01 ədəd “Hublot” markalı qol saatları məhkəmə hökmünədək sahibinə qaytarılmış, 01 ədəd «qızıl və brilyantların alqı-satqı» kitabı isə cinayət işinin materiallarında saxlanılmışdır. (i.v. 125,126) xx.xx.2021-ci il tarixli fotoşəkili tanınmaya təqdim etmə haqqında protokoldan görünür ki, Şahid3 təqdim olunmuş fotoşəkillərin arasında Təqsirləndirilən şəxs fotoşəklini göstərərək, həmin şəkildəki şəxsi o, xx.xx.2021-ci il tarixdə ona 01 ədəd «Hublot» və 01 ədəd «Ulyesse Nardin» markalı qol saatlarını satmış olan şəxs kimi tanıdığını bildirmişdir. (i.v. 129-131) xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. (i.v. 133) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən alınmış tələbnamədən,müvafiq hökmdən, qərardan, Tərtər rayon İcra və Probasiya şöbəsindən alınmış cavabdan görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsini xx.xx.2008-ci il taruixli hökmü ilə CM-in 234.4.1-ci maddəsi ilə 8 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin xx.xx.2014-cu il tarixli qərarı il vaxtından əvvəl şərti azad edilmişdir. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzası xx.xx.2017-ci il tarixli 816 VQD saylı Qanunun tətbiqi ilə Azərbaycan Respublikası CM-nin Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsindən həmin Məcəllənin 177.2.1, 177.2.2., 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmiş, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 03 ay 02 gün vaxtından əvvəl şərti azad edilmiş, cəza müddəti xx.xx.2020-ci il tarixdə başa çatmış, qeydiyyatdan çıxarılmışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. (i.v.135-137, 199, 202-203,204- 213) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş və istintaqı davam etdirilmişdir. (i.v. 138) xx.xx.2022-ci il tarixli ifadənin yerində yoxlanması protokolundan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsini hadisə yerində təsdiq edərək oğurluq etdiyi Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsində yerləşən 121 saylı evin 35 saylı mənzilini əyani surətdə göstərmişdir. (i.v. 143-147) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü madələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v. 156-157) Bakı şəhəri Xətai rayon Məhkəməsinin 4(011)-54/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində “həbs” seçilməklə, prosessual məcburiyyət tədbiri tətbiq edilmiş, həbsdə saxlama müddəti 02 ay 28 gün həddində müəyyən edilmiş və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. (i.v. 168-172) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində həmin Məcəllənin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif olunmuş və cinayət işinin istintaqı həmin maddələrlə davam etdirilmişdir. (i.v. 180-181) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. (i.v. 184-185) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, zərər çəkmiş şəxsin nümayəndəsinin vəsatəti təmin edilərək 2021 -ci il noyabr ayının 5dən 10-a kimi və 2021-ci il dekabr ayının 15-dən 31-dək ***-***-**-**, ***-***-**-**, ***-***-**- **, 050-634-82- 63, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** nömrələrinə giriş-çıxış zəngləri hansı ünvanı əhatə edən ötrücülər (anten) dairəsində qeydə alınması, 2021-ci il noyabr ayının 5-dən 10-a kimi və 2021-ci il dekabr ayının 15-dən 31-dək ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** nömrələri ilə ***-***-**-**, ***-***-**-**, ***-***-**-** nömrəsi arasında qarşılıqlı zənglərin olması, 2021-ci il noyabr ayının 8-də və 2021 -ci il dekabr ayının 21-də ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** nömrələrindən çıxan və daxil olan zənglərin siyahısının tələb olunması barədə “Azercell Telekom”, “Bakcell” və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərdən götürülməsi müəyyən olunmuşdur. “Azercell Telekom”, “Bakcell” və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərdən məhkəməyə daxil olmuş məktublara əlavə olunmuş diskdəki məlumatlardan görünür ki, qeyd edilən nömrələr arasında qarşlıqlı zənglər olmamışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsi, xx.xx.2021-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsində yerləşən 127 saylı evin 44 saylı mənzildə oğurluq etməməsi ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında protokoldan və arayışdan görünür ki, Şahid4 təqdim olunmuş fotoşəkillərin arasında Təqsirləndirilən şəxs fotoşəklini göstərərək, həmin şəkildəki şəxsi o, 2021-ci ilin dekabr ayının sonlarında ona qızıl-zinət əşyalarını satmış olan şəxs kimi tanıdığını bildirmişdir. 2 nömrə altında olan fotoşəkildə tanınan şəxs Təqsirləndirilən şəxs əks olunmuşdur. xx.xx.2022-ci il tarixli ifadənin yerində yoxlanması haqqında protokolundan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsini hadisə yerində təsdiq edərək oğurluq etdiyi Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsində yerləşən 127 saylı evin 44 saylı mənzilini əyani surətdə göstərmişdir. Bundan başqa Təqsirləndirilən şəxs iş materialları ilə tanış olarkən də qeyd olunan xüsusatlarla bağlı heç bir qeyd verməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-nin 58.3-cü maddələrinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-nin 59.1.14-cü maddələrinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CMnin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. İş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmişdir. CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən az ağır və ağır cinayətlər törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan müddət keçmədən yenidən qəsdən cinayət törətmişdir. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. CM-in 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsin yenidən qəsdən cinayət törətməsi cinayətin təhlükəli residivini yaradır. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı, CM-nin 58-ci maddələrinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 66.5-ci maddəsinin tələbləri rəhbər tutularaq Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(011)-228/2012 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə ona təyin ediləcək cəza ilə qismən toplanılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 4(011)-54/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində “həbs” seçilməklə, prosessual məcburiyyət tədbiri tətbiq edilmiş, həbsdə saxlama müddəti 02 ay 28 gün həddində müəyyən edilmiş və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 1(011)-228/2012 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin residivinin olması müəyyən edildiyindən, o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməli, Təqsirləndirilən şəxs barəsində seçiləcək həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Ulysee Nardin”, 01 ədəd “Hublot” markalı qol saatlarının sahibinə qaytarılması nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə «qızıl və brilyantların alqı-satqı» kitabı cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, ekspertizasının keçirilməsinə xərclənmiş 109.50 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 108 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 108 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 108 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 648 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(011)-228/2012 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunduğu 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və onun üzərində qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın, cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 109.50 (yüz doqquz manat əlli qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Ulysee Nardin”, 01 ədəd “Hublot” markalı qol saatlarının sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış «qızıl və brilyantların alqı-satqı» kitabı cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 108 (yüz səkkiz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 648 (altı yüz qırx səkkiz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar