Məhkəmə qərarları › İş №1(001)-20/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-20/2024

25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-20/2024 25.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 iştirakları ilə,

1. xx.xx.1980-cı il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2şamış, barəsində “polisin nəzarəti altına verə” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həmin iş üzrə hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair,

2. xx.xx.1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş,

Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi:

1. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən cinayət əlaqəsinə girərək xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi 3-cü Mədən korpus 225 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi evin həyətinə hasarı aşmaq yolu ilə qanunsuz daxil olaraq orada olan yarımtikili evin içərisindən dəyəri 150 manat olan “Çinar” markalı soyuducunu, dəyəri 52 manat olan 25 metr ölçüdə elektrik naqilini, hər birinin dəyəri 25 manat, ümumilikdə 50 manat olan 02 ədəd dreli, dəyəri 100 manat olan 01 ədəd perforatoru, dəyəri 60 manat olan 01 ədəd böyük laqondanı, dəyəri 51 manat olan 01 ədəd kiçik laqondanı, dəyəri 40 manat olan 01 ədəd yük arabasını, hər topun dəyəri 45 manat olmaqla ümumilikdə dəyəri 90 manat olan 2 top 4-lük elektrik naqilini, ümumilikdə dəyəri 217 manat təşkil edən istilik sisteminə aid borular üçün nəzərdə tutulmuş aksessuarları gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxsə 870 (səkkiz yüz yetmiş) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir.

2. Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlayaraq daşımış və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Belə ki, o, 29 iyun 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən 22-ci korpusun yanında istintaqa məlum olmayan mənbədən 30 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir bükümdə 0,710 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, Binəqədi RPİ 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 30 iyun 2022-ci il tarixdə saat 21:00-da ünvan 5 ünvanın yaxınlığında saxlanılaraq ünvan 6 ünvanında yerləşən 43-cü Polis bölməsinə aparılmış, orada həmin tarixdə saat 21:50-də üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli üzərində ağ xətlər olan şalvarın sağ yan cibində bir ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində təmiz çəkisi 0,710 qram olan kustar üsulla hazırlanmış narkotik maddə olan heroin aşkar edilib götürülmüşdür. Bundan başqa o, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən cinayət əlaqəsinə girərək xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi 3-cü Mədən korpus 225 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi evin həyətinə hasarı aşmaq yolu ilə qanunsuz daxil olaraq orada olan yarımtikili evin içərisindən dəyəri 150 manat olan “Çinar” markalı soyuducunu, dəyəri 52 manat olan 25 metr ölçüdə elektrik naqilini, hər birinin dəyəri 25 manat, ümumilikdə 50 manat olan 02 ədəd dreli, dəyəri 100 manat olan 01 ədəd perforatoru, dəyəri 60 manat olan 01 ədəd böyük laqondanı, dəyəri 51 manat olan 01 ədəd kiçik laqondanı, dəyəri 40 manat olan 01 ədəd yük arabasım, hər topun dəyəri 45 manat olmaqla ümumilikdə dəyəri 90 manat olan 2 top 4-lük elektrik naqilini, ümumilikdə dəyəri 217 manat təşkil edən istilik sisteminə aid borular üçün nəzərdə tutulmuş aksessuarları gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxsə 870 (səkkiz yüz yetmiş) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən «DSK yolu» adlanan yerdə «A1 market» mağazasının yaxınlığında istintaqa məlum olmayan mənbədən 20 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 1,339 qram çəkidə heroini əldə edib üzərində saxlayaraq daşımış və Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 10:45-də ünvan 7 ünvanında saxlanılaraq, ünvan 6 ünvanında yerləşən Binəqədi RPİ-nin 43-cü PB-nin inzibati binasına aparılmış, orada həmin tarixdə saat 12:00-da üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində təmiz çəkisi 1,339 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə tam qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 30 avqust 2022-ci il tarixdə axşam saatlarında tanışı Təqsirləndirilən şəxs2 birlikdə oğurluq etməyi təklif etmiş, sonuncu da onunla razılaşmışdır. Onlar 31 avqust 2022-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mədən ərazisində gəzişən zaman orada yaşayış olmayan yarım tikilini görmüş, ətrafa nəzərə saldıqdan sonra hasardan həyətə, həyətdən də evə daxil olmuşlar. Onlar həmin evdən bir ədəd soyuducunu, iki ədəd dreli, bir ədəd prefeparatoru, iki ədəd laqondanı, elektrik naqillərini və bir ədəd yük arabasını götürmüşlər. Əşyaları yük arabası ilə yaşadıqları küçəyə gətirmiş, həmin gün soyuducunu və digər əşyaları tanımadıqları şəxsə 25 manata, bir ədəd laqondanı, bir ədəd dreli və bir ədəd preferatoru isə qonşuluqda yaşayan Namiq adlı şəxsə 47 manata satmış, ümumilikdə 72 manat əldə etmişlər. Həmin pulun 36 manatını o, 36 manatını isə Təqsirləndirilən şəxs2 götürmüşdür. Onlar oğurladıqları əşyaları satarkən özlərinə məxsus olduğunu bildirmişlər. Hal-hazırda tərəflərindən zərərçəkmiş şəxsə vurulmuş zərəri tam ödəmiş və barışmışdır. Törətdiyi cinayət əməlindən peşman olmasını bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, CM-in 234.1ci maddəsi ilə elan edilmiş ittihamlar üzrə isə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 30 iyun 2022-ci il tarixdə axşam saatlarında yaşadığı evin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmış və qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi əsası ilə Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə aparılmışdır. Polis bölməsində ona bir büküm narkotik vasitə təqdim edilmiş və guya üzərindən çıxmasını etiraf etməsini, əks halda külli miqdarda narkotik vasitə aşkar edilməsi ilə bağlı rəsmiləşdirmə aparacaqlarını demişlər. O, da qorxdub video çəkiliş aparılarkən polis əməkdaşlarının ona verdiyi bükümü cibindən çıxarmış, içərisində narkotik vasitə heroin olduğunu, həmin heroini şəxsi istifadəsi üçün aldığını bildirmişdir. O, iki gün polis idarəsində saxlanıldıqdan sonra buraxılmışdır. 30 avqust 2022-ci il tarixdə onunla qonşuluqda yaşayan tanışı Təqsirləndirilən şəxs1 ona oğurluq etməyi təklif etmiş və o, razılaşmışdır. Onlar birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mədən ərazisində yerləşən fərdi yaşayış evindən bir ədəd soyuducunu, iki ədəd dreli, bir ədəd prefeparatoru, iki ədəd laqondanı, elektrik naqillərini və bir ədəd yük arabasını oğurlamış, əşyaları arabaya yığıb aparmışlar. Onlar oğurladıqları əşyaları 72 manata satıb, əldə etdikləri pulu aralarında bölmüşlər. Bundan əlavə 02 oktyabr 2022-ci il tarixdə səhər saatlarında dayısı Şahid6 evində olduğu zaman polis əməkdaşları tərəfindən saxlanılaraq dayısı ilə birlikdə 43-cü polis bölməsinə aparılmışdır. Polis bölməsində yenidən polis əməkdaşları tərəfindən ona bir ədəd bükümdə narkotik vasitə təqdim edilmiş və həmin narkotik vasitənin guya ona məxsus olmasını etiraf etməsini, əks halda guya üzərində külli miqdarda narkotik vasitə aşkar edilməsi ilə bağlı rəsmiləşdirmə aparılacağını demişlər. O, da məcbur qalıb videoçəkiliş aparılarkən polis əməkdaşlarının ona verdiyi bükümü cibindən çıxartmış, içərisində narkotik vasitə heroin olduğunu, həmin heroini şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Hər iki epizod üzrə narkotik vasitəni polis əməkdaşları ona vermiş, ona məxsus olmamışdır. Təqsirləndirilən şəxs1la birlikdə törətdiyi oğurluq əməli ilə bağlı zərərçəkmiş şəxsə vurulmuş zərər tərəflərindən ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 elan edilmiş CM-in 177.2.1 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2 elan edilmiş CM-in 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 3, korpus 125 ünvanında yerləşən həyət evi ona məxsusdur. Həmin həyətdə 3 mərtəbəli ev tikdirmiş, evin 1-ci mərtəbəsində dəmir barmaqlığı olmayan plastik pəncərə və dəmir qapı qoyulmuş, 2 və 3cü mərtəbələrdə qapı pəncərə qoyulmamışdır. Həmin evdə yaşayış olmamış, o, tez-tez həmin evə gedib baş çəkmiş, həmçinin təmir işləri ilə məşğul olmuşdur. 30 avqust 2022-ci il tarixdə saat 09 radələrində həmin evə gedib baxmış, 31 avqust 2022-ci il tarixdə saat 17 radələrində həmin evə getdikdə orada olan 01 ədəd soyuducunun, 4 top elektrik naqilinin, 02 ədəd drelin, 01 ədəd perforatorun, 02 ədəd laqondanın, bir ədəd əl arabasının, kombi siteminə aid boruların oğurlandığını aşkar etmişdir. O, oğurluq hadisəsi ilə bağlı DİN-in 1012 xidmətinə məlumat vermiş, polis bölməsinə gedib ərizə yazmışdır. Hal-hazırda oğurluq hadisəsi nəticəsində ona dəymiş zərər təqsirləndirilən şəxslər tərəfindən ödənilmişdir. Təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş şahid X12 ifadəsində göstərmişdir ki, 26 avqust 2022-ci il tarixdə qonşusu Təqsirləndirilən şəxs1 mobil telefonla zəng edərək 100 manata laqonda satdığını bildirmişdir. O, Aydına laqondaya baxmaq istədiyini, işlək vəziyyətdə olduğu halda alacağını demişdir, 01 sentyabr 2022-ci il tarixdə “Şok” marketin yaxınlığında olarkən Aydın taksi ilə gələrək 01 ədəd laqonda, 01 ədəd drel və 01 ədəd perforator gətirmiş, həmin alətləri ümumilikdə 110 manata satdığını bildirmişdir. O, Aydına həmin alətlərə görə 80 manata vermiş, qalan pulu sonra verməyi təklif etmiş, Aydın da razılaşmışdır. Aydın alətləri ona satarkən özünə məxsus olduğunu bildirmişdir. O, sonradan bilmişdir ki, Aydının ona satdığı alətlər oğurluq olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsi üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, o, əvvəl Binəqədi RPİ-nin 43-cü PB-nin cinayət-axtarışı üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləmişdir. 29 iyun 2022-ci il tarixdə Binəqədi RPİ-nin 43-cü PB-yə Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə edərək üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla əlaqədar olaraq bölmənin sahə inspektoru Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. 30 iyun 2022-ci il tarixdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Məmmədli X5 rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsində saxlanılaraq polis bölməsinə gətirilmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı şalvarının cibindən bir ədəd bükümdə narkotik vasitə heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 bükümdə olan heroini şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitə zərfə qablaşdırılaraq götürülmüş, şəxsi axtarışla bağlı protokol tərtib edilmiş, zərf və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Şahid3 məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid2 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid4 ifadəsində göstərmişdir ki, 03 oktyabr 2022-ci il tarixdə Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitələr əldə edərək üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə ilə 43-cü PB-nin sahə inspektoru Şahid5 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə səhər saatlarında tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri Təqsirləndirilən şəxs2 Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsində saxlanılaraq 43-cü polis bölməsinə aparılmışdır. Polis bölməsində Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edilmiş, vəkilin iştirakı ilə təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs2 üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilərkən şalvarının cibindən 01 ədəd bükümdə narkotik vasitə heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitəni tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış, keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin polis sahə inspektoru, polis leytenantı Şahid5 məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid4 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə fakta görə CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi 3-cü Mədən korpus 225 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində baş vermişdir. Azərbaycan Respublikası Daxili X2 İdarəsinin xx.xx.2022-ci il tarixli 011-10578-1222 nömrəli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5-ci Şimal küçəsi fərdi tikili evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülmüş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmiş və müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədinin Təqsirləndirilən şəxs1 Əruzman oğlunun sol əlinin böyük barmağı ilə eynilik təşkil etməsi müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Rəhimov X7 Aydın Məzahir oğlundan 80 manata aldığı 01 ədəd perforatoru, 01 ədəd dreli və 01 ədəd laqondanı istintaq orqanına könüllü şəkildə təqdim etmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 13 oktyabr 2022-ci il tarixdə saat 16:30-dan şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 13 oktyabr 2022-ci il tarixdə saat 13:50-dən şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl CM-in 177.2.3-cü maddəsindən həmin məcəllənin CM-in 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərə tutulan ittiham elan olunmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1192/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 13 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1193/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 13 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və hökmün surətindən görünür ki, Kərimov X10 Cinayətlər Dair İşlər Üzrə Azərbaycan Respublikasının Məhkəməsinin xx.xx.2003-cü il tarixli, A-0259/03 nömrəli hökmü ilə CM-in 180.2.1, 180.2.2, 180.2.5, 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 66.3cü maddəsinə əsasən 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli xx.xx.2002-ci il tarixdən hesablanmış, xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1326/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə iclas zalından azad edilmiş və “ev dustaqlığı” qətimkan tədbirinin son müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən ərizə ilə istintaq orqanına müraciət olunaraq oğurluq hadisəsi nəticəsində ona dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs1 Tofiq oğlundan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən ərizə ilə istintaq orqanına müraciət olunaraq oğurluq hadisəsi nəticəsində ona dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs2 heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1336/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Arzuman oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri” ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə iclas zalından azad edilmiş və “ev dustaqlığı” qətimkan tədbirinin son müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ilə ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmiş, istintaq sonuncu nömrə altında davam etdirilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində gəzdirməsi, istifadə etməsi və saxlaması barədə Binəqədi RPİ-nin 43-cü Polis bölməsinə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. xx.xx.2022-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 03 oktyabr 2022-ci il tarixdə 10:45-dən şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Binəqədi RPİ-nin 43-cü PB-nin inzibati binasında Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparılan zaman, sonuncunun əynindəki açıq göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş 01 ədəd büküm aşkar edilərək götürülmüşdür. xx.xx.2022-ci il tarixli, 6/5683 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №243” dairəvi möhür əksi və “... O. Məmmədli-imza, iştirakçılar üç imza...A.Aydəmirovimza” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə bir ədəd bükümdəki təmiz çəkisi 1,339 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroininin təmiz çəkisi – 1,339 qram, tədqiqata sərf olundu – 0,05 qram, qalıq – 1,289 qram. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs2 saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Binəqədi RPİ-nin 43-cü PB-nin inzibati otağında Təqsirləndirilən şəxs2 üzərində aparılan şəxsi axtarış və götürmə zamanı sonuncuya üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, o, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 üzərindən heç bir qanunsuz əşya və ya maddə aşkar edilməmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 aşkar edilib götürülmüş təmiz çəkisi 1,339 qram olan narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra heroininin 1,289 qram qalmış qalığı saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ilə ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmiş, istintaq sonuncu nömrə altında davam etdirilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə edərək üzərində gəzdirməsi barədə Binəqədi RPİ-nin 43-cü Polis bölməsinə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. xx.xx.2022-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 30 iyun 2022-ci il tarixdə 21:00-dan şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Binəqədi RPİ-nin 43-cü PB-nin inzibati binasında Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparılan zaman, sonuncunun əynindəki qara rəngli üzərində ağ xətlər olan şalvarın sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş 01 ədəd büküm aşkar edilərək götürülmüşdür. xx.xx.2022-ci il tarixli, 6/3632 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “.....3) Təqsirləndirilən şəxs2 imza...” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,710 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Təqdim edilmiş heroin 1 ədəd bükümdə olduğu üçün eynilik tədqiqatı aparılmadı. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroininin təmiz çəkisi – 0,710 qram, tədqiqata sərf olundu – 0,05 qram, qalıq – 0,660 qram. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Binəqədi RPİ-nin 43-cü PB-nin inzibati otağında Təqsirləndirilən şəxs2 üzərində aparılan şəxsi axtarış və götürmə zamanı sonuncuya üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, o, əynindəki qara rəngli üzərində ağ xətlər olan şalvarın sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 üzərindən heç bir qanunsuz əşya və ya maddə aşkar edilməmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs2 saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 aşkar edilib götürülmüş təmiz çəkisi 0,710 qram olan narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra heroininin 0,660 qram qalmış qalığı saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. xx.xx.2022-ci il tarixli, 5803 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2022-ci il tarixli, 9/7615 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: -01 ədəd boz rəngli, üzərində markalanma yazıları olmayan drel-25, manat; -01 ədəd üzərində “Einhell BH-G 1500” 1400 Watt yazıları olan perforator-100,0 manat; -01 ədəd markalanma yazıları olmayan laqonda-60,00 manat xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 üzərində aparılmış şəxsi axtarış və götürmənin görüntülərini özündə əks etdirən 02 ədəd disk sübut kimi qiymətləndirilərək cinayət işinin materiallarında saxlanılmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 01 ədəd perforator, 01 ədəd drel və 01 ədəd laqonda maddi sübut kimi tanınmışdır. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, maddi sübut kimi tanınmış 01 ədəd drel və 01 ədəd laqonda saxlanılması üçün Zərərçəkmiş şəxs Əmir oğluna qaytarılmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərə tutulan yenidən ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərə tutulan yenidən ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)- 1726/2023 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə CM-in 234.4-1-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyan tam ödənilmiş, həmin şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmənin elektron portal çıxarışından görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2012-ci il təvəllüdlü X13 və xx.xx.2017-ci il təvəllüdlü X9 adlı iki azyaşlı uşağı vardır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyləri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs2 ona edilmiş ittiham üzrə özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilməyərək üzərindən xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə polis əməkdaşları tərəfindən saxlanılarkən, üzərində narkotik vasitə olmaması, üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən üzərinə qoyulması barədə ifadəsinə məhkəmə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs2 tərəfindən elan edilmiş ittiham üzrə öz hərəkətlərinin faktiki xarakterini dərk edərək cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməli CM-in 177.2.1 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2 əməlləri CM-in 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi CM-in 177.2.1 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi CM-in 177.2.1, 177.2.3 və 234.1-ci maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, yenə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs1 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs1 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsi, ev 8 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə baxışı zamanı iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1192/2022 nömrəli qərarı ilə barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 13 oktyabr 2022-ci il tarixdən hesablanmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1336/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 Arzuman oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri” ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə iclas zalından azad edilmiş və “ev dustaqlığı” qətimkan tədbirinin son müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1, hazırkı cinayət işi ilə bağlı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 03 ay müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi oğurluq cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təkrar törətməsini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması, CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə cəza təyin edilən zaman cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 30 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 02 iyul 2022-ci il tarixli qərarla barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətin müdafiə edilməsindən imtina edilmiş və saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs2 03 oktyabr 2022-ci il tarixdə 10:45-dən şübhəli şəxs qismində tutulmuş, 05 oktyabr 2022-ci il tarixdə saat 13:00-da təqsiriləndirilən şəxs qismində cəlb edildikdən sonra barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)- 1193/2022 nömrəli qərarı ilə barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 13 oktyabr 2022-ci il tarixdən hesablanmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1326/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri” ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə iclas zalından azad edilmiş və “ev dustaqlığı” qətimkan tədbirinin son müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 hüquqların pozulmaması və onun vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu müddəti 3 (üç) gün olaraq nəzərə alınmasını məqbul hesab etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 30 iyun 2022-ci il tarixdən 02 iyul 2022-ci il tarixədək, yəni 2 (iki) gün, 03 oktyabr 2022-ci il tarixdən 05 oktyabr 2022-ci il tarixədək, yəni 3 (üç) gün müddətində şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuş, 13 oktyabr 2022-ci il tarixdən 13 yanvar 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanılmışdır. CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2, hazırkı cinayət işi ilə bağlı 30 iyun 2022-ci il tarixdən 02 iyul 2022-ci il tarixədək, 03 oktyabr 2022-ci il tarixdən 05 oktyabr 2022-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu cəmi 5 (beş) gün müddət, 13 oktyabr 2022-ci il tarixdən 13 yanvar 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 3 (üç) ay müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Habelə, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 25 iyun 2024-cü il tarixdən hesablanmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkiləri 0,660 qram və 1,289 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə iş üzrə maddi sübut kimi tanınmış, 01 ədəd perforator, 01 ədəd drel və 01 ədəd laqondanın saxlanması üçün Zərərçəkmiş şəxs Əmir oğluna qaytarılması nəzərə alımalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 205 (iki yüz beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs2, 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 tutulmalıdır. Müdafiəçilərin təqdim etdiyi hesabata əsasən Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə ümumilikdə 120 (bir yüz iyirmi) saat, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 isə məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə ümumilikdə 120 (bir yüz iyirmi) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 təqsirləndirilən şəxslərin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsinə cəmi 120 (bir yüz iyirmi) saat vaxt sərf etmişlər. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 120 (bir yüz iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 720 (yeddi yüz iyirmi) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 120 (bir yüz iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 720 (yeddi yüz iyirmi) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə

hökm etdi:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 3 (üç) ay müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsi, ev 8 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdən şübhəli və təqsirləndirilən şəxs qismində saxlanıldığı 5 (beş) gün müddət və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 3 (üç) ay müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli 25 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkiləri 0,660 qram və 1,289 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış, 01 ədəd perforator, 01 ədəd drel və 01 ədəd laqondanın saxlanması üçün Zərərçəkmiş şəxs Əmir oğluna qaytarılması nəzərə alınsın. İş üzrə sübut kimi tanınmış 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 205 (iki yüz beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs2, 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs1 göstərdiyi 120 (bir yüz iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 720 (yeddi yüz iyirmi) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi 120 (bir yüz iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 720 (yeddi yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar