Məhkəmə qərarları › İş №1(001)-200/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-200/2020

12.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-200/2020 12.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs hüquqi varisi X1 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 A ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zəngəzur küçəsində yerləşən fərdi yaşayış evində yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, xx.xx.2019-cu il tarixdə saat 23 radələrində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində idarə etdiyi özünə məxsus 10-B-201 dövlət qeydiyyat nişanlı «Kavasaki R 250» markalı motosiklet ilə “Banuçiçək” şadlıq sarayı istiqamətində hərəkət edib işıqforun qadağanedici qırmızı işığında dayanarkən, onunla eyni istiqamətdə hərəkət edən və həmin işıqforun qırmızı işığında dayanmış **-MN-*** dövlət qeydiyyat nişanlı «Naz lifan» markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs ilə yolun hərəkət hissəsində heç bir əsaslı səbəb olmadan mübahisə edib ictimai qaydanı kobud surətdə pozan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək və cəmiyyətə açıqcasına hörmətsizlik ifadə edən hərəkətlər edərək, Zərərçəkmiş şəxs nalayiq sözlərlə təhqir edib, daha sonra istintaqa məlum olmayan silah qismində istifadə etdiyi əşya ilə sonuncunun baş nahiyəsindən iki dəfə vuraraq, ona qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi ilə müşayiət olunan başın sol təpə, ənsə nahiyəsinin qançır şişkinlikləri, alt dodağın şişkinliyi və selikli qişasına qansızma ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə və avtomaşınların normal hərəkət fəaliyyətini pozaraq xuliqanlıq etmişdir. İbtidai istintaq zamanı ifadəsi alınmış Təqsirləndirilən şəxs məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, CM-in 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmişdir. Belə ki, o, xx.xx.2019-cu il tarixdə o, ailə üzvləri ilə birlikdə Gürcüstan Respublikasından gəlmiş, həmin gün azyaşlı övladı və yoldaşını taksi ilə yola salmış, özü isə idarə etdiyi ”Kavasaki R 250” markalı, 10 B 201 dövlət qeydiyyat nişanlı motosikleti ilə ailəsinin sərnişini olduğu avtomobilin qarşısında hərəkət etmişdir. Onlar Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ilə üzü Binəqədi şosesində olan zaman önündə gedən “Naz Lifan” markalı avtomobil anidən yolun hərəkət hissəsində saxlayaraq “Opel” markalı avtomobilin sürücüsü ilə söhbət etməyə başlamış və qəza şəraiti yaratmışdır. O, həmin avtomobillərin yanından ötüb keçərək qarşıda olan işıqforda motosikleti saxlamış və həmin “Naz Lifan” markalı avtomobil də onun sağ tərəfində saxlamışdır. O, “Naz Lifan” markalı avtomobilin sürücüsünə baxıb hərəkət istiqamətində avtomobili saxladığı üçün ona öz iradını bildirmiş, bu zaman həmin sürücü ona kobud cavab vermiş və avtomobili sol tərəfə, yəni onun üstünə doğru hərəkət etdirib ayağını sıxmağa başlamışdır. Həmin zaman o, sağ ayağından xəsarət almışdır. Bundan sonra o, yıxılmamaq üçün avtomobilin sükanından tutub sağa doğru çəkməyə çalışan zaman ona əl atmış, sükanı itələmişdir. Həmin avtomobilin sürücüsü Elyar avtomobili kənara çəkmiş, o da hadisə yerindən uzaqlaşıb qarşıda yoldaşının sərnişini olduğu taksi avtomobilin ardı ilə sürmüşdür. Hadisəni taksidə olan yoldaşı Şahid da görmüşdür. O, Elyarı söyüb təhqir etməmiş, ancaq sözlə mübahisə edib qəza işıqlarını yandırmadan kəskin tormozlama etməsinə görə iradını bildirmişdir. Elyar isə ona işi ilə məşğul olmasını demiş, o, Elyara xəsarət yetirməmişdir. Elyar avtomobilin sükanını sola doğru istiqamətləndirib onun üstünə sürmüş və ayağını sıxmışdır. O, Elyarın sürüb getməsi üçün avtomobilinin qabaq sol tərəf qapısından pəncərədən içəri əlini atmışdır. Mübahisə zamanı Elyar avtomobilinin sükanını ona doğru istiqamətləndirib ayağına xəsarət yetirmişdir. Hadisə xx.xx.2019-cu il tarixdə “Banuçiçək” şadlıq evinin qarşısında saat 23 radələrində təxminən 1-2 dəqiqə ərzində baş vermişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ikinci qrup əlilliyi vardır və ailəsini dolandırmaq üçün taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2019-cu il tarixdə saat 23 radələrində etibarnamə əsasında idarə etdiyi “Naz Lifan” markalı **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobillə “20 Yanvar” metrostansiyasının yaxınlığında iki müştəri götürərək Abşeron rayonu, Pirşağı qəsəbəsinə gedərkən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi “Favorit” marketin qarşısında olan zaman arxadan gələn dövlət qeydiyyat nişanı yadında qalmayan “Opel” markalı avtomobil sol tərəfindən anidən sağa dönmə işıqlarını yandıraraq sağa hərəkət etmiş və o, qəza olmaması üçün əyləci basmışdır. Həmin avtomobil döndükdən sonra o, öz yolu ilə davam etmişdir. Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi “Banuçiçək” şadlıq sarayının qarşısında olan işıqforun qırmızı işığı yandığı üçün avtomobili saxlamış, bu zaman sol tərəfdə başında kaska olan motosiklet sürücüsü onu təhqir etmişdir. O, adının Emil olduğunu sonradan bildiyi motosiklet sürücüsündən onu nə üçün təhqir etdiyini soruşduqda, sonuncu hansı səbəbə görə anidən əyləci basdığını deyib yenidən onu təhqir etmişdir. Bu vaxt sürücü tərəfdə olan pəncərənin şüşəsi açıq olmuş, Emil motosikleti ona tərəf hərəkət etdirib pəncərədən əlində görmədiyi yad əşya ilə onun ağzından və boynundan vuraraq uzaqlaşıb getmişdir. Həmin vaxt o, motosikletin dövlət qeydiyyat nişanı 10-B-201 olduğunu görmüşdür. Bir qədər getdikdən sonra o, dodağının partladığını və qan gəldiyini görmüş, həmçinin başının gicəlləndiyindən avtomobili idarə edə bilməmişdir. Bu səbəbdən iki nəfər müştəri avtomobildən düşərək başqa taksi ilə getmişlər. Bundan sonra o, baş verənlər barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, cinayət hadisəsi nəticəsində ona dəymiş ziyan tamamilə ödənilmiş və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə razılaşaraq aralarında barışıq olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2006-cı ildən ailə həyatı qurmuş və birgə nikahdan bir azyaşlı qız övladları dünyaya gəlmişdir. O, ailə üzvləri ilə birlikdə xx.xx.2019-cu il tarixdə yoldaşı Təqsirləndirilən şəxs dostuna məxsus avtomobillə Gürcüstan Respublikasından qayıtmışdır. Həmin gün Emil dostundan götürdüyü avtomobili təhvil vermək üçün azyaşlı övladları və onunla birlikdə dostugilə getmişdir. Onlar Emilin dostugilə çatıb avtomobili təhvil verdikdən sonra Emil də orada saxladığı motosikletini götürmüş və azyaşlı uşaqları onlarla birlikdə olduğu üçün Emil “Kabasaki” markalı motosikleti ilə, o isə qızını götürüb, taksiyə minərək evə yollanmışdır. Onlar Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsindən üzü Binəqədi şosesində olan zaman yoldaşı Emilin sağ tərəfində “Naz Lifan” markalı avtomobilin saxladığını, Emilin həmin avtomobili idarə edən şəxsə irad bildirdiyini görmüşdür. Həmin avtomobilin sürücünün Emilə kobud cavab verməsini jestlərdən başa düşmüşdür. Bu zaman avtomobilin sürücüsü avtomobili sol tərəfə, yəni Emilin üstünə doğru hərəkət etdirib ayağını sıxmışdır. Bundan sonra Emil yıxılmamaq üçün avtomobilin sükanından tutub sağa doğru çəkmişdir. O, “Naz Lifan” markalı avtomobilin sürücüsünün uzaqlaşıb getdiyini görmüşdür. Daha sonra onlar da, öz yollarına davam etmişlər. Hadisə zamanı Emil həmin sürücünü söyüb təhqir etməmiş, ancaq sözlə mübahisə edib irad bildirmiş, sonuncu avtomobilin sürücüsünə xəsarət yetirməmişdir. Sonradan onlara məlum olmuşdur ki, avtomobilin sürücüsü Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs polis orqanlarına şikayət etmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmaq üçün onlardan pul tələb etmiş, o, ailə üzvləri ilə birlikdə 1800 manat pul düzəldib Zərərçəkmiş şəxs verdikdən sonra sonuncu Təqsirləndirilən şəxs şikayətçi olmaması barədə ərizə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə saat 23 radələrində Baki şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, “Banuçiçək” şadlıq sarayının yanında olan işıqforda Zərərçəkmiş şəxs təhqir edərək onu vurub xuliqanlıq etməsi faktına görə CM-in 221.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, xx.xx.2019-cu il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs tərəfindən törədilmiş xuliqanlıq hadisəsi Baki şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, “Banuçiçək” şadlıq sarayının yanında baş vermişdir. xx.xx.2019-cu il tarixli 1587 nömrəli Məhkəmə-Tibbi Ekspertiza və X7-Təcrübi və X4 rayon şöbəsinin rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilən xəsarətlər qapalı kəllə beyin travması və baş beyin silkələnməsi ilə müşayiət olunan başın sol təpə və ənsə nahiyəsinin qançır-şişkinlikləri, alt dodağın şişkinliyi və selikli qişasına qansızma dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər və qərarın təsviri hissəsində göstərilən, yəni xx.xx.2019-cu il tarixinə uyğun gəlir. xx.xx.2019-cu il tarixli 1609 nömrəli Məhkəmə-Tibbi Ekspertiza və X7-Təcrübi və X4 rayon şöbəsinin rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarət - sağ diz oynağının sıyrığı bərk küt əşyanın təsirindən müayinədən 4-5 gün əvvəl əmələ gəlmişdir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməmişdir. Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarət qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər. xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində ümumi tipli psixiatrik stasionarında məcburi müalicə təyin edilmişdir. Bundan başqa Sabunçu Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində təyin edilmiş ümumi tipli psixatrik stasionar məcburi müalicə ləğv edilərək haqqında məcburi ambulator müşahidəsi və psixiatr müalicəsi növündə məcburi müalicə tətbiq olunmuşdur. Bundan başqa, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş məcburi ambulator müşahidəsi və psixiatr müalicəsi növündə tibbi xarakterli məcbur tədbir ləğv edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. xx.xx.2020-ci il tarixli Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. O, qərarda təsvir edilmiş, yəni xx.xx.2019-cu il tarixdə öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edildiyi təqdirdə törətdiyi əməl barəsində Anlaqlı hesab edilməlidir. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs CM-in 21-ci maddəsinin təsiri altına düşmür. xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadənin yerində yoxlanılması istintaq hərəkəti aparılan zaman Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini hadisə yerində bir daha təsdiq edərək, hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CM-in 221.1-ci maddəsindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2020-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, saxlandığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs əməlində CM-in 221 və 263-cü maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələrlə cinayət işinin başlanılması rədd edilmişdir. AZ-İİ 680120 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü X10 adlı bir az yaşlı uşağı olmuşdur. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış və cinayət hadisəsi zamanı ona dəymiş ziyan tamamilə ödənildiyindən Təqsirləndirilən şəxs heç bir tələb və şikayəti yoxdur. AZ-İİ 104681 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə “Travmatik ikincili və ya residiv qanaxma” səbəbi ilə ölmüşdür. İş üzrə Təqsirləndirilən şəxs atası X1 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, oğlu Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə vəfat etmişdir. Ona görə də, məhkəmədən Təqsirləndirilən şəxs hüquqi varisi qismində tanınıb məhkəmə iclaslarına buraxılmasını xahiş etmişdir. İş üzrə Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə “Travmatik ikincili və ya residiv qanaxma” səbəbi ilə öldüyündən, sonuncunun atası X5 təqsirləndirilən şəxsin hüququ varisi qismində tanınmaqla məhkəmə iclasına buraxılmış və Tofiq Kərimov məhkəmə istintaqının davam etdirilərək Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsinə dair ibtidai istintaqda verdiyi ifadəsi, eləcə də təqsirləndirilən şəxsin arvadı iş üzrə şahid qismində dindirilmiş Şahid ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadəsi iş üzrə toplanmış sübutlarla və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs və Şahid həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan və müdafiə xarakterli ifadə kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin iş materiallarında olan və məhkəmə istintaqı zamanı səsləndirdiyi ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 221.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. CPM-in 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-in 44.2 və 44.2.1-1-ci maddələrinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda ölmüş təqsirləndirilən (şübhəli) şəxsə və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Beləliklə, göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və xx.xx.2020-ci il tarixdə “Travmatik ikincili və ya residiv qanaxma” səbəbi ilə öldüyündən ona cəza təyin edilməməlidir. Məhkəmə hesab edir ki, CM-in 58.3-cü maddəsində göstərilmiş cəza təyin edilərkən nəzərə alınmalı olan hallar Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməməklə ittiham hökmü çıxarılacağından nəzərə alınmamalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 30 (otuz) saat vaxt sərf etmiş, digər müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 30 (otuz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə, cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 (otuz) saat, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən isə təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi isə Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 39, 44, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-1-ci maddəsinə əsasən cəza təyin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə ona Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi isə Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar