Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-200/2022 16.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirib maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, o özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 etibarından suiistifadə edərək Zərərçəkmiş şəxs1 Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsində olan cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilmiş qardaşı Hatəm Həsənovu 8000 (səkkiz min) manat müqabilində həbsdən azad etdirəcəyinə yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs1 sonuncunun bibisi Şahid2 vasitəsilə göndərdiyi 2020-ci ilin iyul ayının ortalarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 33-cü mədən küçəsində yerləşən “Araz” marketin qarşısında 2000 (iki min) manat və 2020-ci ilin avqust ayının sonlarında Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində olan “Araz” marketin qarşısında 300 (üç yüz) manat, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs kart hesabına köçürdüyü 2020-ci ilin sentyabr ayında 500 (beş yüz) manat, oktyabr ayında 500 (beş yüz) manat və noyabr ayında 500 (beş yüz) manat məbləğində pulu alıb ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 3800 (üç min səkkiz yüz) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək Zərərçəkmiş şəxs2 Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsində olan cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilmiş oğlu Kamran Sultanzadəni 8000 (səkkiz min) manat müqabilində həbsdən azad etdirəcəyinə yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs2 04 fevral 2021-ci il tarixdə, saat 16:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X36 prospekti 7 saylı ünvanda yerləşən "Yaşıl Bazar" kimi tanınan bazarın qarşısında taksi sürücüsü vasitəsilə 8000 (səkkiz min) manat məbləğində pulu alıb ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək 10000 (on min) manat müqabilində onu xidmət etdiyi daxili qoşunlardan polis orqanlarına keçirilməsinə dair yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs3 27 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən “Diesel Pub” kafesində 3800 (üç min səkkiz yüz) manat və 28 fevral 2021-ci il tarixdə eyni ünvanda 1200 (min iki yüz) manat məbləğində pulu alıb ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 5000 (beş min) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edərək 15000 (on beş min) manat müqabilində onu xidmət etdiyi daxili qoşunlardan polis orqanlarına keçirilməsinə dair yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs6 tərəfindən Nahid Qəmbərovun kart hesabına köçürülmüş ünvan 3 ünvanında yerləşən “eManat” ödəmə terminalı vasitəsilə 11 aprel 2021-ci il tarixdə, saat 20:56-da 3000 (üç min) manat, Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksində yerləşən “Gül” marketdə olan “Milliön” ödəmə terminalı vasitəsilə 09 may 2021-ci il tarixdə, saat 20:30-da 3000 (üç min) manat, ünvan 3 ünvanında yerləşən “eManat” ödəmə terminalı vasitəsilə 10 iyun 2021-ci il tarixdə, saat 21:50-də 2000 (iki min) manat, ünvan 4 ünvanında yerləşən “Sənan” marketdə olan “E Manat” ödəmə terminalı vasitəsilə 17 iyun 2021-ci il tarixdə, saat 23:28-də 1500 (min beş yüz) manat, Bakı şəhəri, Nəsimi rayonu, “Memar Əcəmi” metro stansiyasının girişində olan “Milliön” ödəmə terminalı vasitəsilə 02 iyul 2021-ci il tarixdə, saat 21:20-də 1500 (min beş yüz) manat və ünvan 5 ünvanında yerləşən “Milliön” ödəmə terminalı vasitəsilə 10 iyul 2021-ci il tarixdə, saat 00:18-də 400 (dörd yüz) manat məbləğində pulu Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsində yerləşən “Kapital” banka aid bankomat vasitəsilə nağdlaşdırıb ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 11400 (on bir min dörd yüz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək Binəqədi Rayon Prokurorluğunda istintaqı aparılan cinayət işi üzrə həbs edilmiş oğlu X5 2000 (iki min) manat müqabilində həbsdən buraxdıracağını yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs4 qızı Şahid4 tərəfindən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsində olarkən mobil telefon tətbiqi vasitəsilə Nahid Qəmbərovun kart hesabına köçürülmüş 04 sentyabr 2021-ci il tarixdə, saat 10:49-da 1500 (min beş yüz) manat və eyni tarixdə saat 10:56-da 500 (beş yüz) manat pul vəsaitini Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsində yerləşən “Kapital” banka aid bankomat vasitəsilə nağdlaşdırıb ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 2000 (iki min) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edərək 5000 (beş min) manat müqabilində onu İdman Akademiyasına qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs5 26 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən Bakı Tennis Akademiyasının yanında 3000 (üç min) manat almış və Zərərçəkmiş şəxs5 atası Şahid1 tərəfindən Nahid Qəmbərovun istifadəsində olan tanışı X2 hesabına köçürülmüş Yevlax şəhəri, H.Əliyev prospekti 101 ünvanında yerləşən “Neptun” marketdə olan “eManat” ödəmə terminalı vasitəsilə 11 sentyabr 2021-ci il tarixdə, saat 15:07-də 1000 (min) manat və eyni tarixdə saat 15:09-da 1000 (min) manat pul vəsaitini Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsində yerləşən “Kapital” banka aid bankomat vasitəsilə nağdlaşdırıb ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 5000 (beş min) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 7 ünvanında yaşamış və rəssamlıqla məşğul olmuşdur. O, əvvəllər bir dəfə, hərbi xidmətdə olduğu dövrdə Tərtər Hərbi Məhkəməsinin qərarı ilə dələduzluq maddəsinə görə cərimə cəzasına məhkum olunmuş və cəriməni 2017-ci ildə tam şəkildə ödəmişdir. O, Zərərçəkmiş şəxs1 2020-ci ilin yay aylarından, Zərərçəkmiş şəxs2 isə 2021-ci ilin əvvəllərindən qiyabi tanımaqla, onlarla hər hansı münasibəti olmamış, yəni onlarla yalnız mobil telefon vasitəsilə əlaqə saxlamışdır. 2020-ci ilin yay aylarında hazırda xatırlamadığı mobil telefon nömrəsindən ona zəng etmiş şəxs özünü Adəm adı ilə təqdim edərək, mobil telefon nömrələrini Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən mağazaların birində işləyən tanıdığı Şəfa adlı qadından əldə etdiyini bildirmiş və ondan həbs olunmuş və 3 saylı İstintaq Təcridxanasında saxlanılan qardaşı Hatəmi daha şəraitli kameraya keçirməsini xahiş etmişdir. Həmin zaman ona məlum olmuşdur ki, Adəmin qardaşı Hatəmin X1 ilə birlikdə Bakı şəhəri Nərimanov rayonu ərazisində quldurluq cinayəti törətdiklərinə görə, Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsində barələrində cinayət işi başlanılaraq onlara CM-in 181.3.3-cü maddəsi ilə ittiham elan edilmiş və barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir. O, Zərərçəkmiş şəxs1 köməklik edəcəyini demiş və bunun müqabilində özü üçün 1500 manat pul istəmiş, Adəmdə onunla razılaşmışdır. Adəm 2020ci ilin iyul ayının ortalarında özünü Şahid2 kimi təqdim etdiyi şəxsin vasitəsilə ona 1500 manat pul göndərmiş və o, həmin vaxt sonuncu ilə Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 33-cü Mədən küçəsində yerləşən "Araz" Supermarketin qarşısında görüşərək həmin məbləğdə pulu qəbul etmişdir. Bundan sonra o, şəxsi əlaqələrindən istifadə edərək Adəmin qardaşı Hatəmi 3 saylı İstintaq Təcridxanasında daha şəraitli kameraya keçirməyə nail olmuşdur. Lakin aldığı puldan heç kimə verməmiş, öz şəxsi ehtiyaclarına xərcləmişdir. O, Adəmə özünü prokurorluq əməkdaşı kimi təqdim etməmişdir. İbtidai istintaq orqanı tərəfindən ona elan edilmiş, Zərərçəkmiş şəxs1 3800 manat pul alaraq dələduzluq etməsi ilə bağlı özünü təqsirli bilmir və sonuncunun ifadəsində göstərdikləri tam yalandır. Bundan əlavə 2021-ci ilin yanvar ayında hazırda xatırlamadığı mobil telefon nömrəsindən ona zəng etmiş şəxs özünü Rafiq adı ilə təqdim edərək, mobil telefon nömrələrini Zərərçəkmiş şəxs1 əldə etdiyini bildirmiş, oğlu Kamranın Adəmin qardaşı Hatəmlə birlikdə həbs olunduğunu deyərək həmin işlə maraqlanmağa başlamışdır. O, ümumiyyətlə Zərərçəkmiş şəxs2 ilə görüşməmiş, sonuncudan hər hansı bir məbləğdə pul istəməmiş və şəxsən, eləcə də kiminsə vasitəsi ilə almamışdır. İbtidai istintaq orqanı tərəfindən ona elan edilmiş, Zərərçəkmiş şəxs2 8000 manat pul alaraq dələduzluq etməsi ilə bağlı özünü təqsirli bilmir və sonuncunun ifadəsində göstərdikləri tam yalandır. Bundan əlavə məclislərin birində təsadüfən Zərərçəkmiş şəxs3 ilə tanış olmuş və Orxanın daxili qoşunlarda xidmət etdiyini öyrənəndən sonra aralarında münasibət yaranmışdır. Orxanla söhbət əsnasında sonuncu ona Qala Ali Hərbi məktəbində bölük komandiri işlədiyini və işini Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə əməliyyat müvəkkili vəzifəsinə dəyişmək istədiyini demişdir. O, Orxana həmin işi həll edə biləcəyini vəd vermiş və bu işin həlli üçün 10000 manat pul verməsini istəmiş, Orxan da ilkin olaraq 5000 manat pul verə biləcəyini demişdir. Bundan sonra 2021-cil fevral ayının sonunda o, Nəsimi rayonu ərazisində olan «Diesel Pub» kafesində Orxandan 2 dəfəyə 5000 manat pul almışdır. O, Orxana bu işin 45 günə həllini tapacağını desə də, niyyəti sonuncunun pulunu almaq olmuşdur. Lakin, o həmin zaman Orxana özünü polis işçisi kimi təqdim etməmişdir. Sonradan o, Orxana hər dəfə müxtəlif bəhanələrlə işinin həll olunacağını demişdir. O, Zərərçəkmiş şəxs3 əldə etdiyi pulu isə öz şəxsi ehtiyacları üçün xərcləmiş və qaytarmamışdır. Bundan əlavə 2020-ci ilin oktyabr ayının 1-də komendant saatı qaydalarını pozduğuna görə Yasamal RPİ-nin 27-ci PB-nə gətirilmiş və orada həyətdə siqaret çəkərkən Zərərçəkmiş şəxs6 Əlbala oğlu ilə tanış olmuşdur. Orxan özünü Daxili Qoşunların işçisi kimi təqdim etmiş, daha sonra onların arasında normal münasibət yaranmışdır. Orxanla söhbət əsnasında sonuncu faizə pul verdiyini ona demişdir. Həmin zaman onun pula ehtiyacı olduğu üçün Orxandan pul istəmiş və sonuncuya özünə aid «Kapital» banka aid bank kartının nömrəsini verib həmin karta pul köçürməsini demişdir. Orxanda onun bank kartına 11 aprel 2021-ci il tarixdə 3.000 manat, 2021-ci il may ayının 09-da 3.000 manat, iyun ayının 10-da 2.000 manat, iyun ayının 17-də 1.500 manat, iyul ayının 02-də 1.500 manat və axırıncı dəfə iyul ayının 10-da 400 manat, ümumilikdə 11400 manat pul köçürmüşdür. O, həmin pulları kartından yaşadığı evin yaxınlığında, yəni Gülməmməd Ramazanov küçəsində yerləşən «Kapital bank»a aid bankomatdan çıxartmış və şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan bir neçə ay sonra o, Orxanla görüşüb faizə aldığı pulu sonuncuya əlbəəl qaytarmışdır. O, Orxana özünü prokurorluq əməkdaşı kimi təqdim etməmişdir. İbtidai istintaq orqanı tərəfindən ona elan edilmiş, Zərərçəkmiş şəxs6 Əlbala oğlundan 11400 manat pul alaraq dələduzluq etməsi ilə bağlı özünü təqsirli bilmir və sonuncunun ifadəsində göstərdikləri tam yalandır. Bundan əlavə «İnstagram» sosial şəbəkəsində onun rəssamlıq dərsi keçməsilə bağlı elan yerləşdirmiş, rəssamlığı öyrənmək istəyən Ülkər adlı qız onunla əlaqə saxlamışdır. Sonradan Ülkərin özü və sevgilisi Nurməmmədlə tanış olmuşdur. Həmin zaman Nurməmmədin şəhərdə avtoxuliqanlıqla məşğul olmasını bilmişdir. 2021-ci ilin yay aylarında Nurməmməd onunla əlaqə saxlayıb dövlət yol polisi ilə aralarında problem olduğunu, bu səbəbdən də axtarışa verildiyini bildirmişdir. O, da Nurməmmədə təslim olmağı məsləhət görmüş və əvvəl-axır tutulacağını demişdir. Nurməmməd onun işinə Binəqədi rayon Polis İdarəsində baxmasını demiş, daha sonra ona Nurməmmədin həbs olunması məlum olmuşdur. 2021-ci il sentyabr ayının əvvəllərində atasının xəstəliyi ilə bağlı ona pul lazım olmuş və buna görə də o, Nurməmmədin anasını aldadıb ondan pul almaq qərarına gəlmişdir. Nurməmmədin sevgilisi Ülkərə Nurməmmədin anasının onunla əlaqə saxlamasını və oğlunun həbsdən çıxmasına kömək edəcəyini demişdir. Bir müddət sonra Nurməmmədin anası Şəmsiyyə onunla telefon əlaqəsi saxlamış, o, sonuncuya oğlunun işi ilə bağlı köməklik edə biləcəyini demişdir. Şəmsiyyə oğlunun işinə kömək edilməsini ondan xahiş etmiş və sonuncudan bu işin həlli üçün 2000 manat pul istəmiş və işi həll edəcəyilə bağlı Şəmsiyyəyə yalanlar uydurmuşdur. Növbəti gün Şəmsiyyəyə öz adına olan “Kapital” banka aid bank kartını göndərmiş, Şəmsiyyə həmin karta 1500 və 500 manat olmaqla, ümumilikdə 2000 manat pul köçürmüşdür. O, Şəmsiyyəyə yalandan növbəti gün oğlu Nurməmmədin artıq həbsdən azad olunacağını bildirmiş, lakin sonradan gizlənməyə və telefonlarına cavab verməməyə başlamışdır. Əldə etdiyi 2000 manat pulu isə yaşadığı evin yaxınlığında, yəni Gülməmməd Ramazanov küçəsində yerləşən «Kapital bank»a aid bankomatdan çıxardaraq atasının müalicə xərclərinə sərf etmişdir. Şəmsiyyənin pulunu barəsində aparılan cinayət işini istintaq dövründə qaytarmış və sonuncunun ondan heç bir şikayət və tələbi yoxdur. Bundan əlavə o, Murad adlı tanışı vasitəsilə Zərərçəkmiş şəxs5lə tanış olmuşdur. Həmin zaman ona məlum olmuşdur ki, Rəvan 2021-ci ildə İdman Akademiyasına imtahan versə də balı çatmadığı üçün qəbul olunmamışdır. Rəvanla söhbət zamanı ondan kömək istəmiş və o, da 5000 manat pul müqabilində İdman Akademiyasına qəbul etdirə biləcəyini sonuncuya demişdir. 2021-ci ilin avqust ayının axırlarında Rəvanla Binəqədi rayonu ərazisində yerləşən Tennis Akademiyasının yanında görüşərək sonuncudan 3000 manat pul almışdır. Bundan sonra isə Rəvandan qalan 2000 manatı da istəmiş, Rəvan Gəncədə yarışda olduğunu demişdir. Həmin zaman bir tanışı Murad Süleymanzadənin «Unibank»a aid kartı onda olmuş və o, həmin kartın nömrəsini Rəvana göndərib həmin karta pul yükləməsini demişdir. Rəvanın ya özü, ya da atası həmin karta 2021-ci ilin sentyabr ayının 11-də iki dəfəyə 2000 manat pul yükləmişdir. O, da həmin pulu elə həmin günü yaşadığı evin yaxınlığında, yəni Gülməmməd Ramazanov küçəsində yerləşən «Kapital bank»a aid bankomatdan çıxartmışdır. O, X12 qəbul olunması üçün cəhdlər etsə də buna nail ola bilməmişdir. Onun Rəvanın pulunu qaytarmaq fikri olmuş, ona görə də vaxt udmaq üçün Rəvana yalandan guya qiyabi şöbəyə daxil olmasını demiş, daha sonra onun yalanın üstü açılmışdır. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, hazırda ifadəsində göstərdiyi aldığı pulları öz şəxsi ehtiyaclarına xərcləmiş, həmin puldan heç kimə verməmiş, eləcə də özünü heç kimə vəzifəli şəxs kimi təqdim etməmişdir. İbtidai istintaq zamanı hazırda verdiyi kimi ifadələr vermiş, lakin ifadələrini oxumadan imza etmişdir. Göstərilənləri nəzərə alıb istintaq orqanı tərəfindən, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs6 Əlbala oğluna qarşı dələduzluq etməsi barədə verilmiş ittihamlar üzrə bəraət verilməsini və barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2020-ci ilin iyul ayından qiyabi tanımaqla, sonuncu ilə hər hansı münasibəti olmamış, yəni yalnız mobil telefon vasitəsilə bir-birləri ilə əlaqə saxlamışlar. 05 iyun 2020-ci il tarixdə qardaşı Hatəm X4 ilə birlikdə Bakı şəhəri Nərimanov rayonu ərazisində quldurluq cinayəti törətdiklərinə görə, Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsində barələrində cinayət işinin istintaqı aparılaraq baxılmasından ötrü Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. 16 fevral 2021-ci il tarixdə həmin məhkəmədə çıxarılmış hökmlə qardaşı Hatəm Həsənov və Kamran Sultanzadə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşlar. Hatəm Həsənov və Kamran Sultanzadə barələrində istintaqı aparılan cinayət işi üzrə həbs olunduqlarından, onların həbsdən azad olunması üçün Kamran Sultanzadənin atası Zərərçəkmiş şəxs2la birlikdə müxtəlif yollara əl atmağa başlamışlar. Həmin ərəfələrdə bibisi Şahid2 Şəfa adlı qızla bu barədə danışan zaman sonuncu prokurorluq orqanlarında işləyən Nihad adlı tanışının olduğunu bildirmiş, onlara kömək edə biləcəyini qeyd etmiş və Nihadın nömrəsini bibisi Şahid2 vermişdir. Şahid2 bu barədə ona deyəndən sonra o, Nihada zəng etmiş, məsələnin mahiyyətini izah etmişdir. Nihadla danışan zaman sonuncu Azərbaycan Respublikası Baş Prokurorluğunda işlədiyini və kapitan rütbəsi daşıdığını bildirərək bu işin asan iş olduğunu, 8000 manat pul müqabilində bu işi həll edib Hatəm Həsənovu həbsdən azad etdirəcəyini demişdir. O, 8000 manat pulu düzəldə bilməyəcəyini, cəmi 2000 manat pulunun olduğunu demiş, razılaşacağı təqdirdə ilkin olaraq 2000 manat pul verəndən sonra pulun qalan hissəsini hər ay 500 manat olmaqla verə biləcəyini bildirmişdir. Nihad onun təklifi ilə razılaşanda o, 2020-ci ilin iyul ayının ortalarında Nihada verməsi üçün bibisi Şahid2 2000 manat pul vermiş və sonuncu həmin vaxt Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 33-cü Mədən küçəsində yerləşən "Araz" Supermarketin qarşısında Nihadla görüşərək həmin məbləğdə pulu sonuncuya təqdim etmişdir. 2020-ci ilin avqust ayının sonlarında yenidən Nihadla saxlayaraq 300 manat pul düzəltdiyini deyəndə, sonuncu Abşeron rayonun Mehdiabad qəsəbəsi ərazisində olduğunu bildirməklə, pulu ora göndərməyini xahiş etmişdir. O, Nihada verilməsi üçün yenidən bibisi Şahid2 300 manat pul vermiş və sonuncu göstərilən qəsəbənin ərazisində yerləşən "Araz" Supermarketin qarşısında Nihada həmin məbləğdə pulu təqdim etmişdir. Bundan sonra, Nihadla mütəmadi telefon əlaqəsi saxlayaraq 2020-ci ilin sentyabr, oktyabr və noyabr aylarının ortalarında 500 manat olmaqla, ümumilikdə 1500 manat pulu Nihadın dediyi kartların hesablarına göndərmişdir. Beləliklə, 2021-ci ilin iyul ayının ortalarından həmin ilin noyabr ayının ortalarınadək Nihada ümumilikdə 3800 manat pul vermişdir. X33 həbsdən azad etdirəcəyini vəd versə də, 2020-ci ilin dekabr ayında verdiyi vədə əməl etmədiyini görüb aldadıldığını başa düşmüş və pulun qalan hissəsini verməkdən yayınmağa başlamışdır. Sonra Nihada verdiyi pulu tələb edəndə sonuncu ilk öncə ondan aldığı pulu qaytaracağına söz versə də, sonradan pulu qaytarmaqdan yayınaraq mobil telefonuna cavab verməmişdir. X27 birlikdə həbs olunan Kamran Sultanzadənin atası Zərərçəkmiş şəxs2 Kamran Sultanzadənin həbsdən azad olunması üçün yollar axtardığından və tez-tez bu barədə ondan soruşduğundan, 2020-ci ilin dekabr ayında sonuncu ilə mobil telefonla danışan zaman prokurorluq orqanlarında işləyən Nihad adlı tanışının olduğunu demiş və sonuncunun 8000 manat pul müqabilində qardaşı Hatəm Həsənovu həbsdən azad etdirəcəyinə vəd verdiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 Nihad adlı şəxsin onun oğlu Kamran Sultanzadənin də həbsdən azad etdirəcəyinə köməklik göstərməsi üçün onun mobil telefon nömrəsini ona verməyini xahiş edəndə o, Nihadın istifadəsində olmuş mobil telefon nömrələrini Zərərçəkmiş şəxs2 vermişdir. Ondan sonra Zərərçəkmiş şəxs2la Nihad adlı şəxs arasında hansı danışqların getməsini və pul verilib-verməməsindən məlumatı olmamışdır. 16 fevral 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşı Hatəm Həsənovun və Kamran Sultanzadənin barələrində çıxarılmış hökmlə onlar 11 və 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqdan sonra Zərərçəkmiş şəxs2 Nihad adlı şəxsin ona oğlu Kamran Sultanzadənin həbsdən azad etdirəcəyinə söz verib 04 fevral 2021-ci il tarixdə onun 8000 manat pulunu ələ keçirməsini demişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmədiyi üçün sonuncudan şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2021-ci ilin yanvar ayından qiyabi tanımaqla, sonuncu ilə hər hansı münasibəti olmamış, yalnız mobil telefon vasitəsilə bir-birləri ilə əlaqə saxlamışlar. 05 iyun 2020-ci il tarixdə oğlu Kamran X3 ilə birlikdə Bakı şəhəri Nərimanov rayonu ərazisində quldurluq cinayəti törətdiklərinə görə, Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsində barələrində cinayət işi istintaqı aparılaraq baxılmasından ötrü Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. 16 fevral 2021-ci il tarixdə həmin məhkəmədə çıxarılmış hökmlə oğlu Kamran Sultanzadə və Hatəm Həsənov təqsirli bilinərək 11 və 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşlar. Kamran Sultanzadə və Hatəm Həsənov barələrində istintaqı aparılan cinayət işi üzrə həbs olunduqlarından, həbsdən azad olunması üçün Hatəm Həsənovun qardaşı Zərərçəkmiş şəxs1la birlikdə müxtəlif yollara əl atmağa başlamış və bu barədə sonuncu ilə tez-tez məsləhətləşmələr aparmışlar. 2020-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs1la telefonla danışan zaman sonuncu prokurorluq orqanlarında işləyən Nihad adlı tanışının olduğunu demiş və Nihad adlı şəxsin 8000 manat pul müqabilində Hatəm Həsənovu həbsdən azad etdirəcəyinə vəd verdiyini bildirmişdir. O, Nihadın oğlu Kamran Sultanzadəni həbsdən azad etdirəcəyinə köməklik göstərəcəyini güman edib Nihada zəng etmiş, məsələnin mahiyyətini ona izah edərək Hatəm Həsənovla yanaşı oğlu Kamran Sultanzadənin də həbsdən azad olunmasına köməklik göstərməsini xahiş etmişdir. Nihad özünü prokurorluq orqanının əməkdaşı kimi təqdim edərək Hatəm Həsənovun həbsdən azad olunması üçün sonuncunun qardaşı Zərərçəkmiş şəxs1 8000 manat pul aldığını, 8000 manat pul verəcəyi halda Kamran Sultanzadəni də, 24 və ya 48 saat müddət ərzində həbsdən azad etdirəcəyini bildirmişdir. O, Nihad adlı şəxsə inandığından, razılaşaraq qısa müddət ərzində 8000 manat pulu düzəldib verəcəyini demişdir. 04 fevral 2021-ci il tarixdə 8000 manat pulu düzəldib Nihadın göndərdiyi şəxsə vermişdir. Aradan təxminən 1 saat keçəndən sonra, Nihad ona zəng edərək 8000 manat pulu qəbul etdiyini, narahat olmamasını və 48 saat ərzində oğlu Kamran Sultanzadəni həbsdən azad etdirəcəyini bildirmişdir. Aradan 2 gün keçəndən sonra, Nihadın verdiyi vədə əməl etmədiyini görüb zəng edərək bu barədə maraqlananda, sonuncu səbirli olmasını, hər şeyin yaxşı olacağını və Kamran Sultanzadəni həbsdən azad etdirəcəyini söyləmişdir. Təxminən 12 gün ərzində dəfələrlə Nihadla mobil telefon vasitəsilə danışaraq məsələnin gedişatı barədə maraqlananda, sonuncu hər dəfə oğlu Kamran Sultanzadəni həbsdən azad etdirəcəyinə söz verib onu arxayın etməkdə davam etmişdir. Buna baxmayaraq, 16 fevral 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsində Kamran Sultanzadənin və Hatəm Həsənovun barələrində çıxarılmış hökmlə onlar 12 və 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşlar. Bundan sonra o, Nihad tərəfindən aldadıldığını anlayıb zəng edərək, oğlu Kamran Sultanzadənin 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğunu deyib, 8000 manat pulu tələb edəndə, Nihad onunla əlaqəni kəsərək bir daha telefon zənglərinə cavab verməmişdir. Sonradan Zərərçəkmiş şəxs1 bu barədə deyəndə sonuncu X28 həbsdən azad etdirəcəyinə vəd verib onun 3800 manat pulunu ələ keçirdiyini demişdir. Təqsirləndirilən şəxs şikayətçidir və məhkəmədən ona maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəza təyin edilməklə tərəfindən verilmiş mülki iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2013-cü ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissəsində müxtəlif vəzifələrdə işləmişdir. 2021-ci il fevral ayının əvvəllərində əvvəllər onunla Daxili Qoşunlarda xidmət etmiş tanışı Rəşad Tahirzadənin vasitəsilə təsadüfən Nihad adlı şəxslə tanış olmuşdur. Nihadla söhbət zamanı sonuncu özünü Daxili İşlər Nazirliyinin polis əməkdaşı kimi təqdim edib rütbəsinin də kapitan olmasını demişdir. Söhbət əsnasında o, polisdə xidmətə keçmək istədiyini, lakin hazırda hərbi hissədə yerdəyişmə vaxtı olduğu üçün o, mütləq yeni vəzifəyə təyin olunmalı və həmin vəzifədə azı 6 ay xidmət etməli, buna görə də hazırki dövrdə onun köçürülmə məsələsi alına bilməyəcəyini demişdir. Nihad isə Daxili İşlər Nazirliyində yüksək vəzifədə işləyən tanışlarının olmasını və onlar vasitəsilə də onun polisə xidmətə köçürülmə məsələsini həll edə biləcəyini demişdir. Daha sonra onlar ayrılmış, Nihad onun telefon nömrəsini götürüb onunla əlaqə saxlayacağını demişdir. Bundan iki gün sonra Nihad onunla əlaqə saxlayıb telefonda ona polisə köçürülmə məsələsini 10000 manat müqabilində həll edə biləcəyini və 45 gün ərzində Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis bölməsinə əməliyyat müvəkkili vəzifəsinə təyin ediləcəyini demişdir. Nihad ona pulun yarısını indi, iş həll olunduqdan sonra qalan yarısını da verməsini demiş, o, razılaşmışdır. Bu söhbətdən bir qədər sonra, yəni 27 fevral 2021-ci il tarixdə o, dostu Şahid3la birlikdə Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən «Diesel Pub» kafesində Nihadla görüşmüşlər. Həmin vaxt kafedə o, Nihada 3800 manat pul vermiş və 1200 manatı da bir gün sonra verəcəyini bildirmişdir. 28 fevral 2021-ci il tarixdə yeni eyni kafedə Nihadla görüşmüş və Rəşadın yanında Nihada 1200 manatı vermişdir. Nihadla aralarındakı razılaşmaya görə qalan 5000 manat pulu da polisə təyin olunduqdan sonra verməyə razılaşmışdır. Bir müddət sonra o, işinin nə yerdə olmasını maraqlanmaq üçün Nihadla əlaqə saxlayanda hər dəfəsində müxtəlif bəhanələrlə vaxtı uzatmışdır. Artıq həmin vaxtdan etibarən Nihadın onu aldatmasını başa düşmüşdür. Ətraflı araşdırmağa başlamış və Nihadın əsl anket məlumatlarının Təqsirləndirilən şəxs olması, həmçinin onun Daxili İşlər Nazirliyinin əməkdaşı olmaması məlum olmuşdur. Bundan sonra o, Nihadın onu aldatmasına görə polisə şikayət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmədiyi üçün sonuncudan şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 2014-cü ilin yanvar ayından etibarən Daxili Qoşunlarda xidmətə başlamışdır. 2020-ci ilin sentyabr ayının sonlarında elan edilmiş karantin rejimi və müharibə ilə əlaqədar o, Yasamal rayonu ərazisində post-patrul xidməti aparmışdır. Həmin ilin oktyabr ayında xidmət apararkən Yasamal RPİ-nin 27-ci Polis Bölməsinin qarşısında bir nəfər mülki geyimli şəxs ona yaxınlaşmış və xidmətlə əlaqədar söhbət etməyə başlamışdır. Belə ki, söhbət əsnasında həmin şəxs ona Respublika Hərbi Prokurorluğunun əməkdaşı olmasını və adının Nahid Məmmədov, rütbəsinin də kapitan olmasını bildirmişdir. Nahid söhbət əsnasında bir problemi olacağı halda ona köməklik edə biləcəyini bildirmişdir. O, telefon nömrəsini istəmiş və Nahid ona öz nömrəsini vermişdir. 2021-ci ilin aprel ayında o, qeyd olunan nömrəyə zəng edib Nahidlə əlaqə saxlamış və ailə vəziyyəti ilə əlaqədar xidməti yerinin İmişli rayon polisinə dəyişdirilməsində köməklik etməsini xahiş etmişdir. Nahiddə də ona köməklik edəcəyini söz vermiş və bunun üçün 15.000 manat pul lazım olacağını demişdir. 11 aprel 2021-ci il tarixdə Nahid ona zəng edərək verdiyi bank kartı nömrəsi vermiş, həmin kartın köməkçisinin olmasını və həmin karta ilkin olaraq 3.000 manat pul köçürməyini tapşırmışdır. O, da həmin gün deyilən məbləği həmin kart nömrəsinə köçürmüşdür. Eyni zamanda Nahid ona pul karta köçəndən sonra onun məzuniyyətə çıxmasına da köməklik edəcəyni bildirmişdir. Həqiqətən də o, 2021-ci il may ayının 05-də məzuniyyətə buraxılmışdır ki, bu səbəbdən də ona inamını daha da artırmışdır. Bundan sonra isə müxtəlif vaxtlarda hər dəfə Nahidin özünün tapşırıqları əsasında o, əvvəlki kart nömrəsinə vəsaitlər köçürmüşdür. Belə ki, 2021-ci il may ayında 3.000 manat, iyun ayında 2.000 manat və 1.500 manat, iyul ayında 1.500 manat və 400 manat pul köçürmüşdür. Hansı tarixdə və hansı məbləğdə pul köçürməyini hər dəfəsində Nahid özü ona demişdir. Lakin sonradan işinin həll olunmadığını görmüş və ona verdiyi pullarını geri tələb etmişdir. Lakin həmin şəxs nə onun işini həll etməmiş, nə də ki, pullarını geri qaytarmamışdır. Təqsirləndirilən şəxs şikayətçidir və məhkəmədən ona maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəza təyin edilməklə tərəfindən verilmiş mülki iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, X8 onun doğma oğludur. Oğlu barəsində Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaq olunan cinayət işi Binəqədi rayon Prokurorluğuna göndərilmişdir. Oğlu Nurməmməd guya polis əməkdaşlarına müqavimət göstərməkdə təqsirli bilinərək barəsində 2021-ci ilin iyun ayının axırlarında Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Onlar həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə apelyasiya şikayəti versələr də Bakı Apelyasiya Məhkəməsi Binəqədi Rayon Məhkəməsinin qərarını qüvvədə saxlamışdır. Nurməmmədin sevgi münasibətində olduğu Ülkər Abbaslı xx.xx.2021-ci il tarixdə ona istifadəsində olan nömrəyə zəng edərək prokurorluğun Nahid adlı müstəntiqi ilə Nurməmmədin işi ilə bağlı əlaqə saxlamasını bildirmişdir. Ülkər Nahidin nömrəsini mesaj vasitəsilə ona göndərmiş, o, Nahidin istifadəsində olan nömrəyə zəng etmişdir. Nahid onun zəngini gözlədiyini bildirmiş və hazırda işinin olmasını, rahat danışa bilməməsini, ona gecə “Whatsapp” vasitəsilə zəng vurmasını demişdir. O, dediyi vaxtda Nahidə zəng vurmuş və ona özünü Nahid Qəmbərov kimi təqdim edib Binəqədi Polis İdarəsinin müstəntiqi olmasını, oğlunun keçmiş müstəntiqi Ülvi ilə birlikdə işləməsini bildirmişdir. Nahid Nurməmmədin işinin hazırda Ülvi adlı müstəntiqdə olmasını demişdir. Nahid onunla bir xeyli müddət danışmış və müstəntiq Ülvinin işi hazırlamasını, növbəti gün gəlib köməkçisi ilə görüşmələrini və lazım olan cərimələri ödəmələrini demişdir. Nahid veriləcək puldan ona bir manat da olsun çatmamasına and içmiş, bütün məbləğin cəriməyə ödəniləcəyini və işi Ülvinin həll edəcəyini, Nurməmmədin həbsdən buraxılacağını demişdir. Nahid həmin günü ona məbləğ deməmişdir. Hətta söhbət zamanı Nahid özü əslən Ucar rayonundan olduğunu və onların da Göyçaylı olduqlarını bildiyini, hər iki rayonun yaxın olduğunu demişdir. Danışığın ortasında Nahid namaz qılmağa getdiyini deyib əlaqəni kəsib sonra yenidən əlaqə saxlamışdır. xx.xx.2021-ci il tarixdə Nahid ona zəng edərək Bakı şəhərinə nə vaxt gələ biləcəyini maraqlanmışdır. O, da hal-hazırda Bakı şəhərində olmasını və Bakı İstintaq Təcridxanasında saxlanılan oğlu Nurməmmədə yemək aparmasını bildirmişdir. Nahid narahat olmamasını, təcridxananın rəisi Elnur müəllimə onlara görüş verməsi üçün deyəcəyini, lakin sonra Elnur müəllimin işdə olmamasını demiş, o, isə təcridxananın yanında xeyli gözləmişdir. Həmin günü, yəni 03 sentyabr 2021-ci il tarixdə Nahidlə dəfələrlə telefonla danışmış, Nahid ona oğlunun işinin həllinin 8000 manata başa gəlməsini, lakin ona 6000 manata həll edəcəyini bildirmiş, o, isə bu qədər məbləğə imkanı çatmadığını demişdir. Həmin vaxtı o, qohumu Fəqan adlı şəxsə də oğlunun işinin həlli ilə bağlı Nahid adlı müstəntiqlə danışmasını demişdir. Hətta onun xahişi əsasında Fəqan Nahidlə telefonla danışmış, Nahid onu da inandırmışdır. Elə həmin günü Nahidlə danışıb yekun olaraq 2000 manata razılaşmışlar. Nahid ona oğlu Nurməmmədin elə də böyük bir cinayət törətmədiyini, sonuncuya kömək edə biləcəyini, Nurməmmədi çoxdan tanıdığını, müstəntiq Xəyalın işi düzgün aparmadığını, işə xitam verib oğlunu həbsdən buraxdıracağını, məhkəmə ilə də danışdığını və sonuncunun da Nurməmmədi buraxacağını demişdir. Nahid pulun hamısının müstəntiq Ülviyə çatacağını demişdir. Artıq pulun hansı qaydada verilməsi ilə bağlı danışanda Nahid özü işdən çıxa bilmədiyi üçün köməkçisini göndərəcəyini və pulu ondan götüzdürəcəyini desə də, sonra ona bank kartının nömrəsini verəcəyini və elə pulu birbaşa karta göndərməsini demişdir. O, Nahidə onu heç vaxt üzbəüz görmədiyini və tanımadığını, pulu karta göndərməkdə ehtiyat etdiyini bildirmiş, Nahid isə onu inandırıb əksinə karta göndərəndə hər hansı aldatma baş verə bilməyəcəyini demişdir. O, yaxın adamları ilə maraqlandıqda kimə göndərildiyi dəqiq bilindiyindən karta göndəriləndə bir problem ola bilməyəcəyini ona demişlər. Ondan sonra Nahid “Whatsapp” vasitəsilə onun nömrəsinə “Kapital bank”a aid kart şəkli atmış, kartın üzərində Təqsirləndirilən şəxs adı yazılmışdır. Kartın üzərində Nahid adı deyil Nihad yazıldığını görsə də oxşar ad olduğu üçün ciddi əhəmiyyət verməmişdir. 04 sentyabr 2021ci il tarixdə səhər saatlarında o, qızı Mirvari ilə birlikdə qardaşının yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, ev 111A, 33 saylı mənzildə olmuşlar. Həmin vaxtı elə evdə qızı Mirvari öz kartında olan 2000 manat məbləği bir dəfə 1500 manat, bir dəfə isə 500 manat olmaqla Nahidin göndərdiyi karta köçürtmüş, Nahid pulun ona çatdığını səsli mesaj göndərərək təsdiq etmişdir. Həmin günü həftənin 6-cı günü olmuş, Nahid Nurməmmədi həmin günü buraxacaqlarına söz vermişdir. Onlar evdə həmin günü axşama kimi gözləmiş, lakin Nurməmməd buraxılmamışdır. Nahid sonra artıq gecə vaxtı olmasını və Nurməmmədi xx.xx.2021-ci il tarixdə azadlığa buraxacaqlarını bildirmişdir. O, həmin gün də Nahidlə əlaqə saxlasa da zənginə cavab verməmiş və bundan sonra Nahidin onu aldadıb pulu ələ keçirməsini başa düşmüşdür. Bundan sonra o, 102 xidmətinə zəng vurmuş və şikayəti əsasında araşdırma başlanılmışdır. İstintaq zamanı ona məlum olmuş Təqsirləndirilən şəxsdur və sonuncu tərəfindən dəymiş zərər ona tam ödənildiyi üçün heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 2021-ci ildə Tərtər rayon Bəyimsarov kənd orta məktəbini bitirmiş və həmin ilin yay aylarında İdman Akademiyasına qəbul olunmaq üçün 5-cü qrup üzrə imtahan vermiş, lakin aşağı bal yığdığı üçün ali məktəbə qəbul oluna bilməmişdir. O, hələ imtahan verməmişdən əvvəl dostu Muradın işi ilə bağlı İdman Akademiyasının qarşısına getmiş və həmin zaman o, Muradın tanışı Nihad adlı şəxslə tanış olmuşdur. Nihad həmin zaman özünü Nahid Məmmədov kimi təqdim etmiş və polis orqanlarında müstəntiq işlədiyini bildirmişdir. Nihad onun da İdman Akademiyasına qəbul olunmaq üçün imtahan verəcəyini bilmiş və əgər imtahandan keçə bilməsə 4000 manat müqabilində onun ali məktəbə qəbul olunmağı üçün köməklik edəcəyini demişdir. Həmin görüşdən sonra da bir-iki dəfə Nihadı görmüş, hər dəfə X16 rektoru ilə dostluq münasibəti olmasını və sonuncunun vasitəsilə işini həll edə biləcəyini demişdir. O, da imtahandan az bal toplayandan sonra Nihadla əlaqə saxlamış, vəziyyəti danışıb lazım olan balı toplaya bilmədiyini bildirmişdir. Nihad ona bir qədər gec müraciət etməsini, ona görə də 5000 manat pul müqabilində onu İdman Akademiyasına qəbul etdirə biləcəyini demişdir. Nihad əvvəl 3000 manat vermək lazım olduğunu, dərsə getməyə başlayandan, yəni qəbul olunandan sonra da 2000 manatı verəcəyni bildirmişdir. O, razılaşmış və 26 avqust 2021-ci il tarixdə Bakıya gələrək Nihadla görüşmüş və Binəqədi rayonu Tennis Akademiyasının yanında Nihada 3000 manat pul vermişdir. Həmçinin o, Nihada tapşırığına əsasən şəxsi sənədlərinin də surətlərini və fotoşəklini vermişdir. Həmin zaman yanlarında heç kim olmamışdır. Nihad sentyabr ayının 15-də onun artıq İdman Akademiyasına dərsə gedəcəyini demişdir. 2021-ci ilin sentyabr ayının 11-də Nihad onunla əlaqə saxlayıb işlərinin artıq düzəldiyini və onun qəbul olunduğunu, ona görə də 2000 manatı verməli olduğunu demişdir. Həmin zaman o, özü Gəncədə yarışda olduğu üçün Bakıya gələ bilməmiş, atası da həmin zaman Yevlaxda olmuşdur. Nihad ona bank kartının şəklini göndərmiş və ödəmə terminalı vasitəsilə həmin karta 2000 manat pul göndərməsini bildirmişdir. Nihad ona Murad Süleymanzadənin adına olan kart şəklini atmışdır. Nihad həmin kartın onun köməkçisinə məxsus olduğunu bildirmişdir. Atası da 11 sentyabr 2021-ci il tarixdə həmin karta hər dəfə 1000 manat olmaqla iki dəfəyə 2000 manat pul göndərmiş və çeklərin şəklini də o, Nihada göndərmiş, Nihad pulu aldığını təsdiq etmişdir. Həmin vaxt əyani tədris sentyabr ayının 15-də yox, 29-da başlamış, lakin həmin ərəfədə Nihad onun əyani yox, qiyabi şöbəyə qəbul olunmasını və ona görə də onun dərslərinin oktyabrda başlayacağını demişdir. O, gözləməyə başlamış, lakin hər dəfə Nihad vaxtı müxtəlif bəhanələrlə uzatmışdır. O, özü də İdman Akademiyasına gedib maraqlanmış, qiyabi şöbənin dərslərinin hələ başlamadığı ona deyilmişdir. Ona görə də inanıb gözləmişdir. Nəhayət ona məlum olmuşdur Nihad dələduzluq etdiyinə görə həbs olunmuş və İdman Akademiyasından ona qəbul olunan tələbələrin siyahısında adının olmaması bildirilmişdir. Ona görə də o, Nihaddan polisə şikayət etmişdir. X21 əsl adının Təqsirləndirilən şəxs olması və onun polisdə işləməməsi ona məlum olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmədiyi üçün sonuncudan şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2020-ci ilin iyul ayından tanımaqla sonuncunu 2 dəfə görsə də, hər hansı münasibəti olmamışdır. 05 iyun 2020-ci il tarixdə qardaşı oğlu Hatəm X4 ilə birlikdə Bakı şəhəri Nərimanov rayonu ərazisində quldurluq cinayəti törətdiklərinə görə, Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsində barələrində cinayət işinin istintaqı aparılaraq baxılmasından ötrü Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. 16 fevral 2021-ci il tarixdə həmin məhkəmədə çıxarılmış hökmlə Hatəm Həsənov və Kamran Sultanzadə təqsirli bilinərək 11 və 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşlar. Hatəm Həsənov və Kamran Sultanzadə barələrində istintaqı aparılan cinayət işi üzrə həbs olunduqlarından, onların həbsdən azad olunması üçün müxtəlif yollara əl atmağa başlamışlar. Həmin ərəfələrdə Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən "Araz" Supermarketdə satıcı işləyən Şəfa adlı qızla bu barədə danışan zaman sonuncu prokurorluq orqanlarında işləyən Nihad adlı tanışının olduğunu bildirmiş, onlara kömək edə biləcəyini qeyd etmiş və Nihad adlı şəxsin mobil telefon nömrəsini ona vermişdir. O, bu barədə digər qardaşı oğlu Zərərçəkmiş şəxs1 deyəndə, sonuncu Nihadın mobil nömrəsini ondan götürərək sonuncuya zəng etmiş, özünü təqdim edərək məsələnin mahiyyətini ona izah etmişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxsla danışan zaman sonuncu Azərbaycan Respublikası Baş Prokurorluğunda işlədiyini və kapitan rütbəsi daşıdığını bildirərək bu işin asan iş olduğunu, 8000 manat pul müqabilində bu işi həll edib qardaşı oğlu Hatəm Həsənovu həbsdən azad etdirəcəyini demişdir. Adəm ona 8000 manat pulu düzəldə bilməyəcəyini, cəmi 2000 manat pulunun olduğunu demiş, onunla razılaşacağı təqdirdə ilkin olaraq ona 2000 manat pul verəndən sonra pulun qalan hissəsini aybaay 500 manat olmaqla verə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 təklifi ilə razılaşanda, sonuncu 2020-ci ilin iyul ayının ortalarında Nihada verilməsi üçün ona 2000 manat pul vermiş və o, həmin vaxt Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 33-cü Mədən küçəsində yerləşən "Araz" Supermarketin qarşısında Nihadla görüşərək həmin məbləğdə pulu ona təqdim etmişdir. 2020-ci ilin avqust ayının sonlarında Zərərçəkmiş şəxs1 yenidən Təqsirləndirilən şəxsla əlaqə saxlayıb 300 manat pul düzəltdiyini deyəndə, sonuncu Abşeron rayonun Mehdiabad qəsəbəsi ərazisində olduğunu bildirərək pulu ora göndərməsini xahiş etmişdir. Adəm Nihada verilməsi üçün yenidən ona 300 manat pul vermiş və o, göstərilən qəsəbənin ərazisində yerləşən "Araz" Supermarketin qarşısında Nihadla görüşərək həmin məbləğdə pulu ona təqdim etmişdir. Bundan sonra, Adəm Təqsirləndirilən şəxsla mütəmadi telefon əlaqəsi saxlayaraq, 2020-ci ilin sentyabr, oktyabr və noyabr aylarının ortalarında 500 manat olmaqla, ümumilikdə 1500 manat pulu sonuncunun ona dediyi nömrələrini bilmədiyi kartların hesablarına göndərmişdir. Beləliklə, 2021-ci ilin iyul ayının ortalarından həmin ilin noyabr ayının ortalarınadək olan müddət ərzində qardaşı oğlu Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ümumilikdə 3800 manat pul vermişdir. X33 həbsdən azad etdirəcəyinə vəd versə də, 2020-ci ilin dekabr ayında onun verdiyi vədə əməl etmədiyini görüb onları aldatdığını başa düşmüş və pulun qalan hissəsini ona verməkdən yayınmağa başlamışlar. Sonra, Adəm Nihada verdiyi pulu ondan tələb edəndə o, ilk öncə aldığı pulu qaytaracağına söz versə də, sonradan pulu qaytarmaqdan yayınaraq Adəmin mobil telefonuna cavab verməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2021-ci il fevral ayının əvvəllərində “20 Yanvar” metrosunun yaxınlığındakı kafelərdən birində özünü onlara X7 təqdim edən şəxslə tanış olmuşlar. O, Nihadı əvvəllər tanımamışdır. Həmçinin Nihad onlara DİN-nin sərəncamda olan polis əməkdaşı olmasını və rütbəsinin də kapitan olmasını demişdir. Bundan başqa Nihad DİN-də yüksək vəzifədə işləyən tanışlarının olmasını və onlar vasitəsi ilə də Orxanı polisə düzəldə biləcəyini demişdir. Belə ki, söhbət əsnasında X32 RPİ-nin 6-cı PB-nə əməliyyat müvəkkili düzəldə biləcəyini və bunun müqabilində 10000 manat pul lazım olduğunu demişdir. 27 fevral 2021-ci il tarixdə o, dostu Orxanla birlikdə Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən «Diesel Pub» kafesində Nihadla görüşmüşlər. Həmin vaxt elə həmin kafedə də danışdıqları kimi Orxan 5000 manat puldan 3800 manatını, 1200 manatını isə yenə də həmin kafedə 28 fevral 2021-ci il tarixdə Nihada vermişdir. Hər iki dəfə pulu Nihada verəndə o, onların yanında olmuşdur. Nihadla Orxanın arasındakı razılaşmaya görə qalan 5000 manat pulu da polisə işə düzəldən sonra Orxan Nihada verməli olmuşdur. Nihad Orxana bir ay müddətində sonuncunu əməliyyat müvəkkili vəzifəsinə düzəldəcəyi ilə bağlı söz vermişdir. Lakin bir müddət sonra o, Orxanla görüşəndə işinin nə yerdə olmasını soruşmuş, Orxan da ona Nihadla əlaqə saxlayanda sonuncunun hər dəfəsində müxtəlif bəhanələrlə vaxtı uzatmasını və onu polisə işə düzəltməməsini demişdir. Artıq həmin vaxtdan etibarən Nihadın Orxanı aldatmasını başa düşmüşlər. Ətraflı araşdırmağa başlamış və onlara məlum olmuşdur ki, Nihadın əsl anket məlumatları Təqsirləndirilən şəxsdur. Bundan sonra Orxan Nihadın onu aldatmasına görə polisə şikayət etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, qardaşı X8 barəsində Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Ülvi Abdullayevin icraatında cinayət işi istintaq olunmuş, daha sonra cinayət işi istintaqın davam etdirilməsi üçün Binəqədi Rayon Prokurorluğuna göndərilmişdir. Nurməmməd polis əməkdaşlarına müqavimət göstərməkdə təqsirli bilinərək barəsində 2021-ci ilin iyun ayının axırlarında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Onlar həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə apelyasiya şikayəti versələr də Bakı Apellyasiya Məhkəməsi Binəqədi Rayon Məhkəməsinin qərarını qüvvədə saxlamışdır. Nurməmmədin sevgi münasibətində olduğu Ülkər Abbaslı xx.xx.2021-ci il tarixdə anası Şəmsiyyəyə “Whatsapp” sosial şəbəkəsində səsli mesaj ataraq Nurməmmədin işi ilə bağlı prokurorluğun Nahid adlı müstəntiqi ilə əlaqə saxlamasını bildirmişdir. Ülkər Nahidin nömrəsini mesaj vasitəsilə göndərmiş və anası da Nahidin istifadəsində olan nömrəyə zəng etmişdir. Nahid anasının zəngini gözlədiyini bildirmiş və hazırda işinin olmasını, rahat danışa bilməməsini, gecə zəng vurmasını demişdir. Anası dediyi vaxtda Nahidə zəng vurmuş və sonuncu özünü Nahid Qəmbərov kimi təqdim edib Binəqədi Polis İdarəsinin müstəntiqi olmasını, Nurməmmədin keçmiş müstəntiqi Ülvi ilə birlikdə işləməsini bildirmişdir. Nahid anasına oğlunun işinin hazırda Ülvi adlı müstəntiqdə olmasını demişdir. Belə ki, oğlunun işi prokurorluqda Xəyaldan Ülvi müəllimə qayıtmışdır. Nahid Ülvi müəllimin işi hazırladığını, onların növbəti gün gəlib onun köməkçisi ilə görüşmələrini və lazım olan cərimələri ödəmələrini demişdir. Nahid veriləcək puldan ona bir manat da olsun çatmamasına and içmiş, bütün məbləğin cəriməyə ödəniləcəyini və işi Ülvinin həll edəcəyini, Nurməmmədin həbsdən buraxılacağını demişdir. Nahid həmin günü onlara məbləğ deməmiş, hətta söhbət zamanı Nahid özü əslən Ucar rayonundan olduğunu və onların da Göyçaylı olduqlarını bildiyini, hər iki rayonun yaxın olduğunu demişdir. Danışığın ortasında Nahid namaz qılmağa getdiyini deyib əlaqəni kəsib sonra yenidən əlaqə saxlamışdır. xx.xx.2021-ci il tarixdə Nahid anasına zəng edərək Bakı şəhərinə nə vaxt gələ biləcəyini maraqlanmış, anası da ona hal-hazırda Bakı şəhərində olmasını və Bakı İstintaq Təcridxanasında saxlanılan Nurməmmədə yemək aparmasını demişdir. Nahid narahat olmamasını, təcridxananın rəisi Elnur müəllimə onlara görüş də verməsi üçün deyəcəyini, lakin sonra Elnur müəllimin işdə olmamasını demiş, anası isə təcridxananın yanında xeyli gözləmişdir. Həmin günü, yəni 03 sentyabr 2021-ci il tarixdə anası Nahidlə dəfələrlə telefonla danışmış, Nahid anasına oğlunun işinin həllinin 8000 manata başa gəlməsini, lakin ona 6000 manata həll edəcəyini bildirmiş, anası isə o qədər məbləğə imkanı çatmadığını demişdir. Həmin vaxtı anası qohumları Fəqan adlı şəxsə də oğlunun işinin həlli ilə bağlı Nahid adlı müstəntiqlə danışmasını demiş, hətta Fəqan Nahidlə telefonla danışmış və Nahid onu da inandırmışdır. Elə həmin günü Nahidlə danışıb yekun olaraq 2000 manat pula razılaşmışlar. Nahid anasına onun oğlu Nurməmmədin elə də böyük bir cinayət törətmədiyini, sonuncuya kömək edə biləcəyini, Nurməmmədi çoxdan tanıdığını, müstəntiq Xəyalın işi düzgün aparmadığını, onun isə oğluna köməklik edəcəyini, işə xitam verib oğlunu həbsdən buraxdıracağını demişdir. Nahid pulun hamısının müstəntiq Ülviyə çatacağını demişdir. Artıq pulun hansı qaydada verilməsi ilə bağlı danışanda Nahid özü işdən çıxa bilmədiyi üçün köməkçisini göndərəcəyini və pulu götüzdürəcəyini desə də, sonra bank kartının nömrəsini verəcəyini və elə pulu birbaşa karta göndərməsini demişdir. Anası Nahidə heç vaxt üzbəüz görüşmədiklərini və tanımadığını, pulu karta göndərməkdə ehtiyat etdiyini demiş, Nahid isə anasını inandırıb əksinə karta göndərəndə hər hansı aldatmanın baş verə bilməyəcəyini demişdir. Yaxın adamları ilə maraqlandıqda kimə göndərildiyi dəqiq bilindiyi üçün pul karta göndəriləndə bir problem ola bilməyəcəni anasına demişlər. Ondan sonra Nahid “Whatsapp” vasitəsilə anasının nömrəsinə “Kapital» bank”a aid kart şəkli atmış, kartın üzərində Təqsirləndirilən şəxs adı yazılmışdır. Kartın üzərində Nahid adı deyil Nihad yazıldığını görsə də, oxşar ad olduğu üçün ciddi əhəmiyyət verməmişdir. 04 sentyabr 2021-ci il tarixdə səhər saatlarında o, anası ilə birlikdə dayısının yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, ev 111A, 33 saylı mənzildə olmuşlar. Həmin vaxtı elə evdə o, öz kartında olan 2000 manat məbləği bir dəfə 1500 manat, bir dəfə isə 500 manat olmaqla Nahidin göndərdiyi karta köçürtmüş, Nahid pulun ona çatdığını mesaj göndərərək təsdiq etmişdir. Həmin günü həftənin 6-cı günü olmuş və Nahid Nurməmmədi həmin günü buraxacaqlarına söz vermişdir. Onlar evdə həmin günü axşama kimi gözləmiş, lakin Nurməmməd buraxılmamışdır. Nahid sonra artıq gecə vaxtı olmasını və Nurməmmədi xx.xx.2021-ci il tarixdə azadlığa buraxacaqlarını demişdir. Anası həmin gün də Nahidlə əlaqə saxlasa da zənginə cavab verməmişdir. Bundan sonra Nahidin onları aldatmasını və pullarını ələ keçirməsini başa düşmüşlər. Bundan sonra anası 102 xidmətinə zəng vurmuş və anasının müraciəti 18-ci Polis Bölməsinə yönləndirilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid5 ifadəsində gösərmişdir ki, o, təxminən bir ildən çoxdur ki, özünü ona Nahid kimi təqdim edən şəxslə tanış olmuşdur. Nahid ilin sonunda müstəntiq vəzifəsinə təyin olunacağını, əvvəl isə Tər-Tər rayon prokurorluğunda işlədiyini demişdir. Nahidin hansısa qohumu onunla eyni zalda məşq etmiş və Nahid qohumuna görə zala gələndə onlar tanış olmuşlar. Nahidin Tər-Tərdə bir xeyli insanı tanıdığını və həqiqətən də adlar çəkdiyini görüb sonuncunun əvvəllər Tər-Tər rayon prokurorluğunda işlədiyinə inanmışdır. Dəqiq tarix yadında olmasa da, o, İdman Akademiyasının yanında Reabilitasiya Mərkəzində müalicə olunarkən Nahidlə Rəvan hər ikisi onun yanına gəldiklərindən onlar orada tanış olmuşlar. Bundan bir xeyli müddət sonra Rəvan ona demişdir ki, onun İdman Akademiyasına qəbul olunması məsələsi üçün Nahidə 5.000 manat pul vermişdir. X30 pul vermə məsələsini onun bilməməsini demişdir. O, Nahidə zəng vurub Rəvandan pul alıb-almamasını maraqlananda Nahid Rəvandan 5.000 manat pul aldığını təsdiq etmiş, həmçinin Rəvanın qəbul məsələsinin həll olunacağını və bu yaxınlarda dərs başlayanda Rəvanın dərsə gedəcəyini bildirmişdir. Lakin xeyli müddət keçməsinə baxmayaraq Rəvanın qəbul məsələsi həll olunmamışdır. Sonradan Rəvan ona Nahidin həbs olunmasını demişdir. Bir dəfə Nahidin sənədi təsadüfən onun maşınında qaldığından həmin sənədə baxanda sonuncunun adının Təqsirləndirilən şəxs olmasını bilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ərizəsi əsasında toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar ləğv edilərək fakta görə CM-in 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması Nərimanov RPİ-nin İŞ-yə göndərilmişdir. xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs pul verdiyi yeri əyani şəkildə göstərmişdir. xx.xx.2021-ci il tarixli fotoşəkillərlə şəxsin tanınması haqqında protokoldan görünür ki, Şahid2 təqdim edilmiş fotoşəkillərədən Təqsirləndirilən şəxs fotoşəkili tanıyaraq, 2020ci ilin iyul ayların ortalarında sonuncu ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 33-cü Mədən küçəsində yerləşən “Araz” Supermarketin qarşısında görüşüb ona 2000 manat, ikinci dəfə 2020-ci ilin avqust ayının sonlarında Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən “Araz” Supermarketin qarşısında onunla görüşüb 300 manat verdiyini bildirmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs2 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 müraciəti əsasında fakt üzrə CM-in 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması Binəqədi RPİ-nin İŞ-yə göndərilmişdir. xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs pul verdiyi yeri əyani şəkildə göstərmişdir. xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 tərəfindən istintaq orqanına təqdim edilmiş “Whatsapp” proqramı vasitəsilə yazılmış mesaj mətnlərinə, pul köçürməsi barədə iki ədəd qəbzə və səsli mesajlar olan bir ədəd CD diskinə baxış keçirilmiş və məlum olmuşdur ki, “Nahid mellim” adı ilə qeyd edilmiş kontakt Zərərçəkmiş şəxs4 4 sentyabr 2021-ci il tarixdə “səbrli olun, rəisi gözləyirəm, Kürdəxanı rəisi yoxdu hələ, 6-cı gündür axı, gələcək, narahat olma anam” məzmununda mesajlar yazmışdır. Bundan başqa pul köçürməsi barədə iki ədəd qəbzin məzmunundan görünür ki, 416974******5219 nömrəli bank kartına 04 sentyabr 2021-ci il tarixdə, saat 10:49-da 1500 manat, saat 10:56-da 500 manat pul köçürülmüş, hər iki halda əməliyyat uğurla başa çatmışdır. Bundan başqa CD diskində olan səsli mesajda Təqsirləndirilən şəxs “burda bir problem yoxdur, buraxacaqlar, nəsə bir problem olsa mənə deyin, bu gün beşinci gündür, Elnura deyəcəm indi mən, bir də dediyim qaydadır da, bilirsiz” deməsi qeyd olunmuşdur. xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs arasında “Whatsapp” proqramı vasitəsilə aparılmış yazışmaların və səsli mesajlar olan bir ədəd CD diskinə baxış keçirilmiş və məlum olmuşdur ki, həmin mesaj mətnlərində və səsli mesajlarda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 iş düzəltməsi üçün ondan aldığı 5000 manatı qaytaracağını dəfələrlə vəd verir, lakin pul tapa bilmədiyini deyir, Zərərçəkmiş şəxs3 isə dəfələrlə pulunu geri istəyir, Təqsirləndirilən şəxs isə bir neçə mesajda guya pulu tapdığını və kartla Zərərçəkmiş şəxs3 göndərəcəyini deyir. xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, X13 07 dekabr 2021-ci il tarixdə saat 17:00-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(001)-1296/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 1 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 07 dekabr 2021-ci il tarixdən hesablanmışdır. xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin xx.xx.2017-cil tarixli hökmü ilə CM-in 29,178.2.2 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinərək CM-in 69.4-cü maddəsinə əsasən 1000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə cəriməni ödəmişdir. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, CM-in 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi CM-in 178.2.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinə birləşdirilmiş və istintaqı davam etdirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(001)-1364/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 (bir) ay 01 (bir) gün xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2021-ci il tarixli 21-1/313056/13 nömrəli məktubdan görünür ki, Tərtər Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə 1000 manat cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs tərəfindən cərimə məbləği ödənildiyindən Beyləqan rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatdan çıxarılmışdır. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs arasında “Whatsapp” proqramı vasitəsilə yazılmış mesaj mətnlərinə və Təqsirləndirilən şəxs ona göndərdiyi səsli mesajların köçürüldüyü bir ədəd CD diskinə baxış keçirilmiş və məlum olmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan +**********21 saylı nömrədən ona mesajlar yazaraq və səsli mesajlar göndərərək 5000 manat müqabilində İdman Akademiyasına qəbul etdirəcəyinə vəd vermiş, 3000 manat əvvəlcədən, 2000 manat isə sentyabrda məktəblər açılandan sonra verməli olduğunu bildirmiş, bu məsələni heç kimin bilməməli olduğunu ciddi formada tapşırmış, yazışmalarda hətta Təqsirləndirilən şəxs öz fotosunu göndərmiş, daha sonra isə Murad Süleymanzadənin bank kartının fotosunu göndərərək 2000 manat həmin karta göndərməsini bildirmiş, Zərərçəkmiş şəxs5 isə bundan sonra həmin karta köçürülmüş 2000 manata dair iki qəbzin fotosunu Təqsirləndirilən şəxs göndərmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs6 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs6 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 tərəfindən təqdim edilmiş “Whatsapp” proqramı vasitəsilə yazılmış 6 vərəq mesaj mətnləri, pul köçürməsi barədə iki ədəd qəbz və səsli mesajlar olan bir ədəd CD diski, Zərərçəkmiş şəxs3 tərəfindən təqdim edilmiş içərisində onunla Təqsirləndirilən şəxs arasında “Whatsapp” proqramı vasitəsilə aparılmış yazışmalar və səsli mesajlar olan bir ədəd CD diski, Zərərçəkmiş şəxs5 tərəfindən təqdim edilmiş onunla Təqsirləndirilən şəxs arasında “Whatsapp” proqramı vasitəsilə yazılmış 22 vərəq mesaj mətnləri və Təqsirləndirilən şəxs ona göndərdiyi səsli mesajların köçürüldüyü bir ədəd CD diski və Zərərçəkmiş şəxs6 tərəfindən Nahid Qəmbərovun kart hesabına pul köçürməsini təsdiq edən 6 ədəd qəbz iş üzrə sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-120/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün, yəni xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-200/2022 nömrəli qərarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, X22, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi ziyanın ödənilməsinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, X22, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs1 mülki iddiaçı, Təqsirləndirilən şəxs isə mülki cavabdeh qismində tanınmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun qismən etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, Zərərçəkmiş şəxs1 qardaşı Hatəmin həbsdə azad edilməsi üçün hər hansı bir məbləğdə pul almaması, yalınız sonuncudan qardaşının 3 saylı İstintaq Təcridxanasında daha şəraitli kameraya keçirməyə görə 1500 manat pul alması, Zərərçəkmiş şəxs2 oğlunun həbsdən azad edilməsi ilə bağlı hər hansı bir məbləğdə pul almaması, Zərərçəkmiş şəxs6 Əlbala oğlundan yalnız faizə pul alaraq daha sonra qaytarması barədə ifadəsinə məhkəmə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, iş üzrə zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrin, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən elan edilmiş ittihamlar üzrə öz hərəkətlərinin faktiki xarakterini dərk edərək cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməllərinin törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 178.2.2 və 178.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 07 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(001)-1296/2021 qərarı ilə barəsində 1 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 07 dekabr 2021-ci il tarixdən hesablanmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(001)-1296/2021 nömrəli qərarı ilə xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)- 120/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs 07 dekabr 2021-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 07 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı, iş üzrə zərərçəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs2, X22, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş mülki iddialara dair qeyd edilməlidir ki, məhkəmə baş vermiş dələduzluq hadisəsi nəticəsində dəymiş maddi ziyanın mülki cavabdehdən tutularaq mülki iddiaçılara ödənilməsini qanuni və əsaslı hesab edir. CPM-in 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; CPM-in 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. CPM-in 181.2, 181.2.1-ci maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini edə bilər. CPM-in 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. CPM-in 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Məhkəmə, təqdim edilmiş iddia ərizələrinin və cinayət işinin materiallarını nəzərdən keçirərək zərərçəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs2, X22, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs1 mülki iddialarının təmin edilməsi qənaətinə gəlir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iddiaçılar Zərərçəkmiş şəxs2, X22, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs1 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı dəymiş maddi ziyanın ödənilməsinə dair iddiaları təmin edilməli, cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə Zərərçəkmiş şəxs2 8000 (səkkiz min) manat, X14 5000 (beş min) manat, Zərərçəkmiş şəxs3 5000 (beş min) manat, Zərərçəkmiş şəxs6 11400 (on bir min dörd yüz) manat və Zərərçəkmiş şəxs1 3800 (üç min səkkiz yüz) manat mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, ekspertiza xərci və maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 07 dekabr 2021-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Mülki iddiaçılar Zərərçəkmiş şəxs2, X22, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs1 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı dəymiş maddi ziyanın ödənilməsinə dair iddiaları təmin edilsin və cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə Zərərçəkmiş şəxs2 8000 (səkkiz min) manat, X14 5000 (beş min) manat, Zərərçəkmiş şəxs3 5000 (beş min) manat, Zərərçəkmiş şəxs6 11400 (on bir min dörd yüz) manat və Zərərçəkmiş şəxs1 3800 (üç min səkkiz yüz) manat mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən ödənilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-200/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-200/2022
16.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver