Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-201/2021 21.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs: xx xxx 1977-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işsiz, məhkum olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolu, döngə 8-də nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 09.10.2020-ci il tarixdə səhər saatlarında Nəsimi rayonu, “Papanin” adlanan yaşayış massivindən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 25 manata satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 2,112 qram çəkidə psixotrop maddə olan metafetamin əldə edib daşıyaraq üzərində saxlamış, 10.10.2020-ci il tarixdə saat 01:00 radələrində Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində o, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolunda saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi 65 ünvanda yerləşən Binəqədi RPİ 6-cı bölməsinə gətirilmiş və orada keçirilmiş şəxsi baxış zamanı əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən avtomobillərin mühərrik açarlarını saxlamaq üçün nəzərdə tutulmuş qara rəngli qabın içərisindən 1 ədəd şəffaf sellofana bükülmüş bükülünün içərisindən təmiz çəkisi 2,112 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, hazırda işləmir. Əvvəllər Bakı Ağır Cinayətlər məhkməsində 23 il iclas katibi işləmiş, heç bir cinayət məsuliyyətinə cəlb edilməmişdir. Son 2-3 aydır ki, psixotrop maddə olan metafetaminin istifadəçisidir. 09.10.2020-ci il tarixdə səhər saatlarında yaşadığı evdən çıxıb özünə istifadə etmək məqsədi ilə psixotrop maddə olan metamfitamin almaq üçün Nəsimi rayonu ərazisində yerləşən “Papanin” adlanan yerə getmişdir. Orada küçənin tinində dayanmış tanımadığı şəxslə hal-əhval tutaraq qeyd olunan ünvana psixotrop maddə olan metamfitamin almaq üçün gəldiyini demişdir. Həmin şəxs isə ona üzərində psixotrop maddə olan metamfitaminin olduğunu və eyni zamanda həmin maddəni ona sata biləcəyini demişdir. O, sağa-sola baxıb heç kimin onları görmədiyindən əmin olduqdan sonra həmin şəxsə 25 manat pul ödəməklə 1(bir) ədəd şəffaf selofana bükülmüş bükülünün içərisində psixotrop maddə olan metamfitamin alıb üzərində avtomobilinə məxsus mühərrik açarını saxlamaq üçün nəzərdə tutulmuş qara rəngli açar qabının içərisinə qoyub şalvarının sağ cibində saxlamaqla həmin yerdən uzaqlaşaraq yaşadığı Binəqədi rayonu, DSK yolu X7 yerləşən evi istiqamətinə hərəkət etməyə başlamışdır. 10.10.2020-ci il tarixdə gecə saat təxminən 01:00 radələrində o, yaşadığı evinə çatmasına az qalmış iki nəfər tanımadığı və mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər və xidməti vəsiqələrini göstərək onu narkotik vasitələrin üzərində saxlanmasında, daşınmasında şübhəli olduğunu bildirib Binəqədi RPİ-nin 6-cı PB-nə dəvət etmişlər. O, həmin əməkdaşlara müqavimət göstərmədən onların qanuni tələblərinə tabe olub onlarla birlikdə 6-cı PB-yə getmişlər. Bölmədə ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə baxış keçirilmişdir. Ona üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edildikdə, o, oturduğu stuldan qalxaraq əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən avtomobilinə məxsus mühərrik açarını saxlamaq üçün nəzərdə tutulmuş qara rəngli açar qabını və içərisindən 1(bir) ədəd şəffaf selofana bükülmüş bükülünü çıxarıb masanın üzərinə qoyub həmin bükülünün içərisində psixotrop maddə olan metamfitamin olduğunu bildirmişdir. Bundan başqa, həmin şalvarının sol yan cibindən 1 ədəd əvvəllər işlədiyi Ağır Cinayətlər məhkəməsinin vəsiqəsini, sol cibindən 20 manat pul və iki ədəd alışqanı çıxarıb masanın üzərinə qoymuşdur. 20 manat pulu isə özünə qaytarılmışdır. Baxış zamanı onun üzərində aşkar edilmiş 1 (bir) ədəd şəffaf selofana bükülmüş bükülünün içərisində psixotrop maddə olan metamfitamin içərisi boş olan zərfə qoyularaq qablaşdırılımış, şəxsi axtarış barədə protokol tərtib olunmuş və onun tərəfindən imzalanmışdır. Ondan başqa protokol həmin istintaq hərəkətində iştirak edən digər şəxlər tərəfindən də protokol imzalanmışdır. Heç vaxt o, narkotik vasitənin və psixotrop maddələrin satışı ilə məşğul olmayıb, həmin psixotrop maddə olan metamfitamini şəxsi istifadəsi üçün almış və bu məqsədlə də üzərində daşıyarq saxlamışdır. Psixotrop maddəni əldə etdiyi 25 manat pulu arada taksi fəaliyyəti ilə məşğul olduğuna görə əldə etmişdir. Psixotrop maddə olan metamfetamini ona satan şəxsin anket məlumatlarını bilməmiş, həmin şəxslə elə bir münasibəti yoxdur, sadəcə həmin şəxs ona psixotrop maddə olan metafetamini satdığına görə üzdən tanımışdır. Bundan əlavə o, polis bölməsinə gətirilən zaman ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir psixi təzyiq və ya fiziki zorakılıq göstərilməmişdir. Ondan aşkar olunaraq götürülmüş psixotrop maddə olan metamfitamini o, yandırıb tüstüsünü (trupka ilə) burnuna çəkməklə qəbul etmişdir. 2019-cu ilin noyabr ayının 12-də o, öz xahişi ilə həmin Bakı Ağır Cinayətlər Məhkəməsindən işdən çıxmışdır. Həmin məhkəməyə aid vəsiqəni üzərində daşımaqda məqsədi uzun müddət həmin yerdə işlədiyinə görə həmin vəsiqəni sevməsi olmuşdur. Bundan başqa o, heç bir cinayət hadisəsi törətməmişdir. Həmçinin o bildirmişdir ki, onu psixotrop maddədən istifadə etməyə ağır həyat şəraiti vadar etmişdir. Belə ki, atası anasının boğazını kəsərək 22.05.2020-ci il tarixdə onu qətlə yetirmiş və Samiur Zeynalov evə gəldikdə anasını o vəziyyətdə mətbəxdə yatarkən görmüşdür. Bu hadisə onun həyatına ciddi təsir etmiş və qardaşı anası rəhmətə getdikdən 40 gün sonra rəhmətə getmişdir. Ailə üzvlərini vaxtsız itirməsi, üzləşdiyi ailə faciəsi, həyat yoldaşı ilə aralarında olan nikahın pozulması, özünü tək hiss etməsi, psixologiyasına mənfi təsir etmişdir. Yaşadıqlarını və ilk dəfə cinayət törətməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, hazırda Binəqədi RPİ 6-cı PB-də polis sahə inspektoru vəzifəsində çalışmış və rütbəsi polis mayorudur. Belə ki, ünvan 5 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolu, nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs üzərində psixotrop maddə gəzdirməsi barədə polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin şəxsin zahiri əlamətləri, tez-tez harada olduğu və şəxsiyyəti PB-nin cinayət axtarış xətti üzrə əməliyyatçısı, polis kapitanı Şahid2 tərəfindən müəyyənləşdirilmişdir. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədilə cinayət başında yaxalanması üçün 10 oktyabr 2020-ci il tarixdə PB-nin cinayət axtarış xətti üzrə əməliyyatçısı, polis kapitanı Şahid2 tərəfindən bölmə rəisinə məruzə olunmuşdur. Belə ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair onun tərəfindən qəbul olunmuş qərar bölmə rəisi tərəfindən təsdiq olunmuşdur. Sonra isə Binəqədi RPİ 6-cı PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və ondan ibarət əməliyyat qrupunun təşkil olunması barədə əməliyyatçı tərəfindən protokol tərib olunmuşdur. Əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə birlikdə 10 oktyabr 2020-ci il tarixdə təxminən saat 01 radələrində keçirilmişəməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolu adlanan ərazidə, yaşadığı evinin yaxınlığında olduğunu müşahidə etmişlər. Təqsirləndirilən şəxs yaxınlaşıb polis vəsiqəsini göstərərək özlərini təqdim edərək həmin şəcsdən də özünü təqdim etməsini və onlarla birlikdə polis bölməsinə getməyinin vacibliyini bildirmişlər. Özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs onlar tərəfindən saxlamağının səbəbini anladığını bildirmişdir. Təqsirləndirilən şəxs onlarla birlikdə Binəqədi RPİ 6-cı PB-nə getməyinin lazım olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis bölməsinə getmişdir. Bölmə rəisinə bu bərədə məlumat verildikdən sonra təhqiqatçı tərəfindən cinayət təqibi üzrə müvafiq prosessual hərəkətlər həyata keçirilmişdir. Belə ki, Polis Bölməsinin inzibati binasındakı otaqların birində vətəndaş Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyaları təqdim etməsi təklif olunduqda, Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan cins şalvarının sağ yan cibindən bir ədəd qara dəridən ibarət açar qabını çıxararaq açmış və qabın içərisində olan iki ədəd alışqanın arasından bir ədəd ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərindən şəffaf rəngli sellofan bükülünü açmaq təklif olunduqda, Təqsirləndirilən şəxs açdığı şəffaf rəngli sellofan bükülünün içərisində ağ rəngli kristallik maddə olan metamfetaminin olunması aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki şalvarının sol yan cibindən 20 manatlıq pul əskinazını çıxarıb masanın üstünə qoymuşdur. Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən bir ədəd qara maskanı çıxarmaqla üstündə başqa heç nə olmadığın bildirmişdir. Bundan sonra baş təhqiqatçı Kamandar Ələsgərov əlini Təqsirləndirilən şəxs şalvarının sol yan cibinə salaraq bir ədəd üstü qırmızı rəngli vəsiqəni çıxartmışdır. Bununla da Təqsirləndirilən şəxs üzərinə baxış zamanı yuxarıda sadalananlardan başqa hər hansı digər əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq masanın üzərinə qoyulmuş şəffaf rəngli sellofan bükülü bir ədəd zərfə qoyularaq möhürlənmişdir. Təqsirləndirilən şəxs həmin psixotrop maddəni 09 oktyabr 2020-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu «Papanin» adlanan ərazidən əvvəllər tanımadığı, adını bilmədiyi, təxminən 40 yaşında, üzü tüklü arıqbədən qruluşlu şəxsdən 25 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin psixotrop maddədən istifadə etməyə macal tapmadığını da qeyd etmişdir. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid2 üzürlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməmiş, buna görə də onun məhkəməyədək icraat zamanı verdiyi ifadə məhkəmə iclasında elan edilmişdir. Törətdiyi cinayət əməlinə görə Təqsirləndirilən şəxs 10.10.2020-ci il tarixdə saat 01:00-da şübhəli şəxs qismində tutulmuşdur. Törətdiyi cinayət əməlinə görə Təqsirləndirilən şəxs 11.10.2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs barəsində 11.10.2020-ci il tarixdə başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı disklə ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. 10.10.2020-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara şalvarın sağ yan cibindən cıxardığı bükülüdən 2,112 qram psixotrop maddə metafetamin aşkar edilmişdir. 13.02.2021-ci il tarixli DVD-R diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, təqsirləndirilən şəxs diskə baxış keçirdikdən sonra orada olan görüntülərin həqiqəti əks etdirdiyini bildirmişdir. 01.03.2021-ci il tarixdə təqsirləndirilən şəxsdən aşkar olunaraq götürülmüş 2,112 qram psixotrop maddə metafetamin maddi sübut kimi tanınaraq saxlanılması üçün Binəqədi RPİ-nin X5 Kamerasına təhvil verilmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 10.10.2020-ci il tarixli, 6/2122 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində «şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən ..» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi – 2,112 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir. Mtafetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş” Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop vasitələr”in siyahısına (siyahı İİ) daxildir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 28.10.2020-ci il tarixli 3021 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs oğlunda psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində ASİLİLİQ SİNDROMU (narkomaniya) xəstəliyi aşkar olunur. Narokomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DİN-in BƏSİİ-nin 21.10.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti nəzdində 126 nömrəli Mənzil Tikinti Kooperativinin 23.11.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 7 ünvanında yaşayır. Həmin arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, səmimi peşmanlığnı, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını, o cümlədən cinayətin ağır həyat şəraiti ilə əlaqədar mənəvi və psixoloji olaraq sarsıntı keçirməsi nəticəsində törədilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10.10.2020-ci il tarixdən 11.10.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolu, döngə 8-də yerləşən nömrəsiz evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan 2,112 qram psixotrop maddə metafetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəməyədək icrat zamanı göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 160 (yüz altmış) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №1(001)-201/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-201/2021
21.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver