Məhkəmə qərarları › İş №1(001)-201/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-201/2024

27.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-201/2024 27.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Saat 11.35-də Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs, xx.xx.1990-cı ildə Şamaxı rayonunda doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasinin vətəndaşı, hal-hazırda subay, himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan övladı olan, orta təhsili, işləməyən, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 1(001)-20/2020 saylı, 19 fevral 2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.3, 177.2.4 və 29, 177.2.4-cü maddələri ilə qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 28 dekabr 2022-ci il tarixdə cəzanın sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, yeni məhəllə ünvanda yaşamış, digər iş üzrə ünvan 3 il tarixli qərarı ilə barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 15.00 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə keçdikdən sonra, evin arxa tərəfində olan dəmir giriş qapısını cəftəsindən çıxarıb, oradan yaşayış sahəsinə qanunsuz daxil olaraq, yataq otağında olan paltar dolabından 2 000 manat dəyərində 01 ədəd boyunbağıdan, 01 cüt sırğadan, 01 ədəd bilərzikdən və 01 ədəd üzükdən ibarət 01 ədəd qızıl-brillyant dəstini, hər birinin dəyəri 300 manat olmaqla, 1200 manat dəyərində 04 ədəd qadın qızıl üzüklərini, 400 manat dəyərində 01 ədəd kişi qızıl üzüyünü, 120 manat dəyərində 01 ədəd qızıl bilərziyi, hər birinin dəyəri 50 manat olmaqla, 100 manat dəyərində 02 ədəd gümüş boyunbağıları, 50 manat dəyərində 01 ədəd gümüş bilərziyi, hər birininin dəyəri 25 manat olmaqla, 50 dəyərində 02 ədəd qadın qol saatlarını, hər birinin dəyəri 10 manat olmaqla, 20 manat dəyərində 02 ədəd pul qabılarını, 30 manat dəyərində 01 ədəd enerji yığan aparıtı, hər birinin dəyəri 10 manat olmaqla, 20 manat dəyərində 02 ədəd qulaqcıqları və dəmir xəzinənin içərisindən 10 ədəd yüzlük pul əskinazları ilə 1000 manat dəyərində nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 4990 (dörd min doqquz yüz doxsan) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, heç bir yerdə işləmədiyinə və maddi vəziyyəti pis olduğuna görə oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə o, Bakı şəhərinə gəlib Bakı şəhərində sutkası 1-2 manat təşkil edən müxtəlif ünvanlarda yerləşən evlərdə kirayə qalırmış. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində olduğu zaman, orada gəzərək oğurluq etməyə münasib ev axtarırmışdır.O, evlərin hasarlarına dırmaşaraq evdə adam olub-olmadığını yoxlayırmış.Həmin gün təxminən saat 15.00 radələrində evlərdən birisinin hasarına dırmaşaraq, evdə kimsənin olmadığını müəyyən etmişdir.Daha sonra hasardan aşaraq həyətə keçmiş, həyətin dəmir darvazasını içəridən bağlamışdır.Evin pəncərələrinin üzərində həmin zaman dəmir barmaqlıqlar olmuş, evin arxa tərəfinə keçdikdə, orada dəmir giriş qapısının olduğunu görüb, qapını cəftəsindən çıxarıb evə dayamış və oradan içəri daxil olaraq, evdə axtarış aparmağa başlamışdır.Evin yataq otağına keçdikdə, orada olan paltar dolabından 01 ədəd boyunbağıdan, 01 cüt sırğadan, 01 ədəd bilərzikdən və 01 ədəd üzükdən ibarət 01 ədəd qızıl-brillyant dəstini, 04 ədəd qadın qızıl üzüklərini, 01 ədəd kişi qızıl üzüyünü, 01 ədəd qızıl bilərziyi, 02 ədəd boyunbağıları, 01 ədəd bilərziyi, 02 ədəd qadın saatlarını, pul qabılarını, 01 ədəd enerji yığan aparıtı, qulaqcıqları və dəmir xəzinənin içərisindən (kassa) 10 ədəd yüzlük əskinazları ilə 1000 manat dəyərində nağd pulun olduğunu görüb hamısını götürüb cibinə qoymuşdur.Daha sonra həmin evi daxil olduğu yerdən tərk etmişdir. Oğurladığı qızıl-zinət əşyalarını səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə aparıb Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Moskva» adlanan univermağın yaxınlığındakı qızıl alqı-satıqısı ilə məşğul olan dükanların birində hamısını ümumilikdə 1 900 manat müqabilində satmışdır. Oğurluq yolu ilə əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcələmiş, 02 ədəd boyunbağılara, 01 ədəd bilərziyə, 02 ədəd qadın saatlarına və pul qabılara heç kim pul vermədiyindən onların dəyərsiz olduğunu bilib xatırlamadığı yerdə tullamışdır.Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olmasını, himayəsində 2 (iki) azyaşlı övladının olmasını və ailənin yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, ünvan 6 ünvanında ailəsi ilə birlikdə yaşayr. Həmin ev divar daşlarından hörülmüş, bir mərtəbəlidir və 0,06 ha torpaq sahəsində yerləşir.Yaşadığı evin pəncərələrində dəmir barmaqlıqlar vardır, həyət dörd tərəfdən divar daşları ilə hasara alınmış, evin həyətinə isə dəmir darvazadan daxil olmaq mümkündür.xx.xx.2023-cü il tarixdə təxminən saat 12 radələrində ailəsi ilə birlikdə, qonşuluqda yaşayan valideynlərinin evinə ad günü münasibəti ilə getdiy zaman, evin hər iki dəmir giriş qapılarını (arxa və ön) və dəmir darvazanı açarla bağlayıb çıxmışdır.Həmin gün təxminən saat 19.00 radələrində evə qayıtdığı zaman, açarla darvazanın qapısını açmaq istədikdə, qapı açılmamış, bu səbəbdən o, hasardan aşaraq, həyətə daxil olmuş və darvazanın qapısının içəridən şpinqaletlə bağlı olduğunu görüb təəcüblənmişdir.Bundan sonra evin ön tərəfdən dəmir giriş qapısını açarla açmaq istəmiş, lakin həmin qapıda açılmamış və o, evin arxa tərəfinə keçdikdə, evin arxa dəmir giriş qapısının cəftəsindən çıxarıldığını görüb evə kənar şəxslərin daxil olduğuna əmin olmuşdur. Daha sonra dərhal DİN-nin 102 zəng xidmətinə zəng edərək bu barədə məlumat vermiş və evə daxil olduqda, evin otaqlarının dağınıq vəziyyətdə olduğunu görmüşdür.Evin otaqlarına baxış keçirdikdə, yataq otağında olan paltar dolabından 2000 manat dəyərində 01 ədəd boyunbağıdan, 01 cüt sırğadan, 01 ədəd bilərzikdən və 01 ədəd üzükdən ibarət 01 ədəd qızıl-brilliyant dəstinin, hər birinin dəyəri 300 manat olmaqla, 1200 manat dəyərində 04 ədəd qadın qızıl üzüklərinin, 400 manat dəyərində 01 ədəd kişi qızıl üzüyünün, 120 manat dəyərində 01 ədəd qızıl bilərziyin, hər birinin dəyəri 50 manat olmaqla, 100 manat dəyərində 02 ədəd gümüş boyunbağıların, 50 manat dəyərində 01 ədəd gümüş bilərziyin, hər birinin dəyəri 25 manat olmaqla, 50 dəyərində 02 ədəd qadın saatlarının, hər birinin dəyəri 10 manat olmaqla, 20 manat dəyərində pul qablarının, 30 manat dəyərində 01 ədəd enerji yığan aparıtn, hər birinin dəyəri 10 manat olmaqla, 20 manat dəyərində qulaqcıqların və dəmir xəzinənin içərisindən (kassa) 10 ədəd yüzlük əskinazları ilə 1000 manat dəyərində nağd pulun oğurlandığını aşkar etmişdir.Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 4990 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilməmişdir, bu səbəbdən təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında Şahid elan olunmuş ifadəsinə əsasən məlum olur ki, bir neçə ildir ki, Bakı şəhəri, Nəsimi rayonu, “Moskva” adlanan univermağın yaxınlığında yerləşən qızıl alıq-satqı dükanında satıcı işləyir.Onun vəzifəsi dükana gətirilən qızıl-zinət əşyalarını yoxlayıb qiymət çıxarıb qəbul etməkdən ibarətdir. xx.xx.2023-cü il tarixdə təxminən günorta saatlarında işdə olduğu zaman, dükana bir nəfər əvvəllər tanımadığı 30-35 yaşında bir cavan oğlan daxil olmuşdur.Həmin şəxs ona bir ədəd boyunbağıdan, bir cüt sırğadan, iki ədəd bilərzikdən və bir ədəd üzükdən ibarət bir ədəd qızıl dəstini, dörd ədəd qadın qızıl üzüklərini və bir ədəd kişi qızıl üzüyünü satmaq istədiyini bildirmişdir. O, həmin şəxsin təqdim etdiyi qızıl-zinət əşyalarına baxdıqdan sonra, onların qızıl olduğuna əmin olmuş, həmin əşyaların ümumi çəkisi 30 qram təşkil edirmiş. Bundan sonra müştəri öz şəxsiyyət vəsiqəsini ona təqdim etmiş və vəsiqədən həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişdir. Daha sonra vəsiqədə olan məlumatları “qızılın alışının akt kitabı”-na qeydlər aparıb, qızılın müqabilində müştəriyə 1900 manat verə biləcəyini bildirmişdir.Həmçinin müştəridən qızıl-zinət əşyaların kimə məxsus olduğunu soruşmuş, müştəri isə qızılın ailəsinə məxsus olduğunu və ehtiyacı olduğu üçün satmaq istədiyni bildirmişdir.O, müştəri Təqsirləndirilən şəxs inanıb qızıl-zinət əşyalarını təhvil alıb əvəzində isə sonuncuya 1900 manat məbləğində pul vermişdir.Həmin qızıl-zinət əşyaların cinayət yolu ilə əldə olunmasından onun xəbəri olmamışdır. İş materiallarında olan cinayət işinə əlavə edilmiş götürmə və baxış keçirilməsi haqqında protokollardan görünür ki, iş üzrə Şahid «qızıl və brilyantların alqı-satqı» kitabından qəbz götürülmüşdür. Həmin qəbzə baxış keçirilərəkən, qəbzin üzərində kiril əlifbası ilə xx.xx.2023-cü il təhvil verən şəxsin soyadı Əhmədov; adı Rəşad; atasının adı İnqilab oğlu; Şəxsiyyət vəsiqəsi seriya AA № 4620351; malın adı lom; ölçü vahidi 30 qram; sayı 6; alış qiyməti 1900 manat yazıların olması müşahidə olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, alqı-satqı qəbzində olan imza onun özünə məxsusdur. Qeyd olunan xüsusat Təqsirləndirilən şəxs həmin cinayəti törətməsini bir daha təsdiq edir. İş materiallarında olan olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, o, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 1(001)-20/2020 saylı, 19 fevral 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.3, 177.2.4, 29, 177.2.4 və 66.5-ci maddələri ilə qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 28 dekabr 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur.Beləliklə, məlum olur ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. İş materiallarında olan ünvan 3 il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, sonradan məhkəmənin qərarına əsasən həbsdə saxlama müddəti uzadılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 18 mart 2013-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir.Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz.Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər. Həmçinin, həmin qərarda göstərilmişdir ki, qanunun mənasına ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr müttəhimin xeyrinə həll olunur. Həmçinin, həmin qərara görə məhkəmədə ittihamın hər hansı şəkildə dəyişdirilməsi hökmün təsviri hissəsində əsaslandırılmalıdır. Məhkəmə ittihamı dəyişməyə və ya cinayətin ayrı-ayrı epizodlarını qanunun müttəhimə elan olunmamış maddəsi ilə tövsif etməyə haqlıdır. Bu zaman məhkəmə bunu əsas tutmalıdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, müttəhimin qanunun yeni maddəsi ilə tövsüf olunan hərəkətləri məhkəməyə vermə zamanı onun təqsirində nəzərə alınmış olsun, yeni ittihamda daha ağır cinayətin əmamətləri olmasın və faktitiki hallara görə müttəhimin məhkəməyə verildiyi ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə müttəhimin vəziyyətini ağırlaşdırmasın və onun müdafiə hüququnu pozmasın. Bundan başqa, Azərbaycan Respublikası Konsitusiysının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir. Həmçinin, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Rspublikası Prezidentinin 19 yanvar 2006-cı il tarixli fərmanında Azərbaycan Respublikasının Ali Məhkəməsinə və digər yuxarı instansiya məhkəmələrinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etmələri və onu məhkəmə təcrübəsində nəzərə almaları tövsiyə edilmişdir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyasının 6 və 7-ci maddəsinin tələbinə görə hər kəsin ədalətli məhkəmə araşdırılması tələb etmək və qanunsuz olaraq cəzalandırılmamaq hüquqları vardır. Həmçinin, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf etməsini, törətdiyi cinayət əməldən peşman olmasını və himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan övladının olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Republikası CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətin residivini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların məcmusunu, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin təqsiri, təqsirləndirilən şəxsin istintaq zamanı verdiyi ilkin izahat və ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, elan olunmuş şahid ifadəsi və digər iş materialları ilə tam təsdiqini tapır, buna görə də, təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə tam təqsirli bilinməlidir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli, baxılan iş üzrə hökm çıxdığı tarixdən, yəni 27 mart 2024-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 65-ci maddəsinin tələbi nəzərə alınmalıdır. Belə ki, CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Eyni zamanda, məhkəmə hesab edir ki, baxılan iş üzrə də Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməli və başqa cinayət işi üzrə həbsdə olduğu nəzərə alınmalıdır. Həmçinin, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və 01 (bir) ədəd “qızıl və brilyantların alqı-satqısı” kitabında olan qəbzin surəti cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, müdafiçəsi məhkəmə prosesində təyinatla iştirak etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, Müdafiəçi2 hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 40 saat vaxt sərf etmişdir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli baxılan iş üzrə hökm çıxdığı tarixdən, yəni 27 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində baxılan iş üzrə “həbs” qətimkan tədbiri seçilsin və başqa cinayət işi üzrə həbsdə olduğu nəzərə alınsın. İş üzrə maddi sübut olan və 01 (bir) ədəd “qızıl və brilyantların alqı-satqısı” kitabında olan qəbzin surəti cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə Müdafiəçi2 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 40 saat hüquqi xidmətin dəyəri 240 (iki yüz qırx) manat "xxxx" ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN**********, m/hAZ37NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X, hesab№AZ48AİİB********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar