Məhkəmə qərarları › İş №1(001)-201/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-201/2025

07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-201/2025 07.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hacıyeva Nigar Zahid qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş (məhkumluğu ödənilməmiş və ya götürülməmiş), ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, xx.xx.2024-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,351 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 1 ədəd bükümdə əldə edərək əynində olan şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, həmin tarixdə, saat 17:00-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi Eldar Babayev küçəsində saxlanılaraq ünvan 3 ünvanında yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 19:10-da üzərinə aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan şalvarın sağ yan cibindən 1 ədəd bükümdə, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,351 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.

2. Bununla da, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş ittiham irəli sürülmüşdür.

3. Məhkəmə baxışı zamanı tədqiq olunan sübutlarla Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə, yəni CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilməmişdir. Proses iştirakçılarının ifadələri:

4. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək bildirmişdir ki, tutulan vaxt onun üzərində narkotik vasitə olmamışdır. Ümumiyyətlə ittihamda elan edilən yerdə və vaxta onu tutmamışlar. Belə ki, ittihamda qeyd edilmişdir ki, onu xx.xx.2024-cü il tarixdə, saat 17:00-da ünvan 10ndə saxlamışlar. Lakin onu xx.xx.2024-cü il tarixdə günorta saatlarında, təqribən saat 15:00-16:00 arası M.X8-ın qarşısındakı parkda olarkən saxlamışlar. Ümumiyyətlə o tutulanadək Nəsimi ərazisində olmuşdur. İş üzrə dindirilmiş şahidlərdən yalnızca biri Şahid2 orda olmuşdur. Digər Şahid1 isə ordada olmamış, onu əvvəlcə görməmiş, yalnız Binəqədi rayon Polis İdarəsində görmüşdür. Çəkiliş aparılan zaman onun üstündən ancaq telefonla büküm çıxdığını yazmışlar, halbuki mənim içərisində pul olan pul kisəm də var idi. İbtidai istintaq zamanı verdiyi izahat və ifadələri məcburiyyət qarşısında, obyektiv istintaqın aparılmayacağını görərək vermişdir. Halhazırda ibtidai istintaq zamanı verdiyi bütün izahat və ifadələrindən imtina edir. Heç bir cinayət törətmədiyini nəzərə alıb, barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir.

5. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ilk ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrin qəbulu ilə məşğul olması barədə PB-nə əməliyyat məlumatı daxil olmuşdur. İş yoldaşı əməliyyat müvəkkili, Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs müşahidə etmişlər. Ona yaxınlaşıb polis vəsiqəsi göstərərək özlərini təqdim edərək onun da özünü təqdim etməsini və onlarla birlikdə polis bölməsinə getməyinin vacibliyini bildirmişlər. Özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs onu saxlamağının səbəbini anladığını bildirmişdir.Onlarla birlikdə Binəqədi RPİ 7-ci PB-nə getməyin lazım olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis bölməsinə getmişdir. Polis bölməsinin rəisinə bu bərədə məlumat verildikdən sonra təhqiqatçı tərəfindən cinayət təqibi üzrə müvafiq prosessual hərəkətlər həyata keçirilmişdir. Belə ki, PB-nin inzibati binasındakı otaqların birində vətəndaş Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyaları təqdim etməsi təklif olunmuşdur. Vətəndaş Təqsirləndirilən şəxs cibindəki bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyanın adını deməklə təqdim etməsi təklif olunmuşdur. O isə “metamfetamin” deyilən psixotrop maddə olduğunu bildirmiş, ondan həmin bükülünü haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edildikdə psixotrop maddə istifadə etməsini, həmin bükümü tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs konkret hansı tarixdə saxladıqlarını xatırlamasa da, payız fəsli olduğu konkret yadındadır. Təkrar dindirmə zamanı Şahid2 təqsirləndirilən şəxsi harda tutduqlarını xatırlamadığını, Xutor adlanan yer olduğunu, küçənin adının yadında olmadığını və saatı xatırlamadığını bildirmişdir.

6. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, narkotiklə bağlı məlumat olmuş, həmin məlumat əsasında da Təqsirləndirilən şəxs tutub idarəyə təqdim edib sənədləşdirmişlər. Şahid Təqsirləndirilən şəxs Rəsulsazə Qəsəbəsi, Eldar Babayev küçəsində tutduqlarını, həmin vaxt Təqsirləndirilən şəxs tək olduğunu və tutulan zaman hər şeyi etiraf etdiyini bildirmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, özünəməxsus üç telefon nömrəsi vardır. Onlardan birinin xarici nömrə ikisinin isə yerli nömrə olduğunu, xarici nömrə ilə ancaq “WhatsApp” vasitəsilə əlaqə saxladığını, əməliyyat zamanı, işlə bağlı istifadə etmədiyini, digər iki telefon nömrəsini isə işlə bağlı istifadə etdiyini, əməliyyat zamanı bu iki yerli nömrəli telefondan hansının üstündə olduğunu xatırlamadığını bildirmişdir. Təkrar dindirmə zamanı Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs nə vaxt və harda tutduqlarını xatırlamır. Səhv etmirsə Xutor adlanan yerdə, M.Ə.Rəsulzadə küçəsi, ya başqa küçə idi. Yayda tutublar, ya yox o da dəqiq yadında deyil. Bundan sonra ona verilən suala cavab olaraq bildirmişdir ki, əməliyyat zamanı telefonları bölmədə qoymuşdur. Üzərində xarici nömrəsi olan telefonu olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:

7. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir.

8. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etmə, daşıma və saxlaması barədə Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır.

9. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs faktiki azdlığı 21 avqust 2024-cü il tarixdə saat 17:00-da məhdudlaşdırılaraq, həmin tarixdə saat 18:50-də şübhəli şəxs qismində tutulmuşdur.

10. Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz əşyalar olduğu halda təqdim edilməsi təklif edildikdə o, əynində olan şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofona bükülmüş, içərisində kristala bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuş, sonra əynində olan həmin şalvanının sol yan cibindən göy rəngli “Redmi” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoydu bundan sonra üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı sonuncunun əynində olan paltarlarında qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmiş, daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə olan bükülü elektron tərəzidə çəkilmiş, 0.43 qram olması müəyyən edilmiş, sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan, ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 176 saylı möhürü ilə möhürlənmiş və sorğu zamanı Təqsirləndirilən şəxs, üzərindən aşkar olunmuş bükümün özünə məxsus olduğunu, həmin bükümün içərisində olan kütlənin “Patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni 21 avqust 2024-cü il tarixdə, səhər saatlarında Biənəqədi rayonu “Xutor” adlanan ərazidən, tanımadığı şəxsdən 10 manat müqabilində, istifadə etmək məqsədi ilə alaraq üzərində saxlayıb daşımasını, təxminən xeyli müddətdir ki, psixotrop maddədən istifadə etdiyini və ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şəxsi axtarış və götürmə xx.xx.2024-cü il tarixdə saat 19:10-dan həmin gün saat 19:30-dək davam etmişdir.

11. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 6/4281 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN “Zərflər üçün №176” möhür əksi, “...Təqsirləndirilən şəxs...” və s. soyadlar, imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəksi 0,351 qram ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop madə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanun ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi – 0,351 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,301 qram.

12. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir.

13. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)- 632/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanılma müddətinin əvvəli 21 avqust 2024-cü il tarixdən hesablanmışdır.

14. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsin xx.xx.2024-cü il tarixli, 5834 nömrəli Ambulator X2 rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.

15. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən, müvafiq hökmün və qərarın surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-210/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(007)- 268/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsindən qalan 2 (iki) ay 21 (iyirmi bir) gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir.

16. DVD diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan və əlavə edilmiş diskdən görünür ki, Binəqədi RPİ-nin 7-ci PB-nin təhqiqatçısı, polis kapitanı X3 barəsində axtarış və götürmə aparılan şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofona bükülmüş, içərisində kristala bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuş, sonra əynində olan həmin şalvanının sol yan cibindən göy rəngli “Redmi” markalı mobil telefonu çıxarıb masanın üzəriə qoyur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır, şəxsi axtarış zamanı sonuncunun üzərində başqa hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan büküm elektron tərəzidə çəkilir və 0.43 qram olması müəyyən edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş bükümün özünə məxsus olduğunu, həmin bükümün içərisində olan kütlənin “Patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni 21 avqust 2024-cü il tarixdə, səhər saatlarında Binəqədi rayonu “Xutor” adlanan ərazidən, tanımadığı şəxsdən 10 manat müqabilində, istifadə etmək məqsədi ilə alaraq üzərində saxlayıb daşımasını, təxminən xeyli müddətdir ki, psixotrop maddələrdən istifadə etdiyini bildirir. Sonsa aşkar olunmuş həmin kütlə zərfə qoyularaq qablaşdırılır və zərfin üzəri iştirakçılar tərəfindən imzalanır.

17. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş təmiz çəkisi 0,351 qram olan psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra onun 0,301 qram qalmış qalığı saxlanılması üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasının görüntülərini əks etdirən 1 ədəd disk iş üzrə sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir.

18. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)- 889/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün müddətə uzadılmışdır.

19. Müdafiə tərəfinin vəsatəti əsasında "xxxx" MMC-dən götürülmüş müştəri zənglərinin detallaşması haqqında məlumatdan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ********* mobil nömrənin anten dairəsi 21 avqust 2024-cü il tarixdə saat 11:51:21-dən həmin gün saat 15:00:53-dək Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan 21 A ünvanı daxilində olmuş, sonuncu dəfə anten dairəsi həmin tarixdə saat 15:38:04-də Bakı şəhəri, Binəqədi rayonu, X9 (40.4xx/xx.8288 GPS koordinatları) unvanı olmuşdur.

20. Müdafiə tərəfinin vəsatəti əsasında "xxxx" MMC-dən götürülmüş müştəri zənglərinin detallaşması haqqında məlumatdan görünür ki, Şahid1 istifadəsində olan ********* mobil nömrənin anten dairəsi xx.xx.2024-cü il tarixdə, saat 15:08:45-dən həmin gün axşam saat 19:29:10-dək ünvan 5 ünvanı olmuşdur.

21. Müdafiə tərəfinin vəsatəti əsasında "xxxx" MMC-dən götürülmüş müştəri zənglərinin detallaşması haqqında məlumatdan görünür ki, Şahid2 istifadəsində olan ********* mobil nömrənin anten dairəsi xx.xx.2024-cü il tarixdə saat 16:59:05-də Bakı şəhəri, Binəqədi rayonu, Avto Zapcast (40.4xx/xx.8288 GPS koordinatları) ünvanı və 17:10:17-də Bakı şəhəri, Binəqədi rayonu, Qazaxana Binəqədi (40.41xx/xx.8196 GPS koordinatları) ünvanı olmuşdur. Tətbiq edilən hüquq, məhkəmənin əsaslandırması və mövqeyi:

22. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

23. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutların axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanunamüvafiq qaydada qiymət vermək və həmin sübutlarla müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur.

24. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi sübuta yetirilməmişdir.

25. Belə ki, məhkəmə araşdırması zamanı cinayət işi üzrə şahidlər dindirilməklə və cinayət işinin materiallarında olan sənədlər tədqiq edilməklə, anten dairələrin olduğu yerlərə baxış keçirilməklə müvafiq məhkəmə istintaqı aparılmışdır. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ittiham olunduğu cinayət əməli üzrə özünü təqsirli bilməmiş və üzərindən heç bir psixotrop maddə çıxmadığını, eləcə də onun xx.xx.2024-cü il tarixdə, saat 17:00-da ünvan 10ndə deyil, tamamilə ayrı vaxtda və yerdə, yəni xx.xx.2024-cü il tarixdə, saat 15:00-16:00 radələrində M.X8-ın qarşısındakı parkda olarkən saxlanıldığını bildirmişdir. İfadəsinə onu da əlavə etmişdir ki, onu bölməyə gətirən zaman tənbeh etmişlər ki, çəkiliş zamanı narkotikin ona məxsus olmasını bildirsin. Axtarış zamanı ondan ancaq narkotik və telefonu çıxdığını yazmışlar. Lakin onun üstündə pul kisəsi də olmuşdur.

26. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları ittihamı təsdiq edən ifadələr vermişlər. Məlumdur ki, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tərtib edilmiş sənədlərlə təqsirli bilinməsinə çalışmış, müdafiə tərəfi isə təqsirləndirilən şəxsin məsuliyyətdən azad olunmasında maraqlı olduğu üçün həmin sənədləri və ifadələri mübahisələndirmişlər. Məhkəmə hər iki tərəfin və onların təqdim etdikləri şahidlərin ifadələrini digər yazılı sübutlarla, yəni ibtidai araşdırma zamanı aparılmış prosessual hərəkətlərin təsbit olunduğu və ittihamı sübut edən sübut növləri kimi ittiham tərəfindən məhkəməyə təqdim edilmiş cinayət işinin materiallarında olan sənədlərlə müqayisəli şəkildə yoxlamalı və qiymətləndirməlidir. Buna görə də, aşağıda sadalanan həmin sübut növləri müvafiq qaydada məhkəmə istintaqı zamanı araşdırılmış və tədqiq edilmişdir:

27. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən 21 avqust 2024-cü il tarixdə tərtib edilmiş Raportdan görünür ki, 21 avqust 2024-cü il tarixdə Binəqədi RPİ-nin 7-ci PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələr gəzdirməkdə şübhəli bilinən xx.xx.1979-cu il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 8 ünvanında qeydiyyatda olan, Abşeron rayonu AAF Park bina 4, mənzil 31 ünvanında yaşayan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:00-da ünvan 10 ünvanında saxlanılaraq, hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Binəqədi RPİ-nin 7-ci PB-nə gətirilmişdir.

28. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı X3 tərəfindən tərtib edilmiş 21 avqust 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Binəqədi RPİ-in 7-ci PB-nə gətirilmiş, orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki cins şalvarın sağ yan kiçik cibindən bir ədəd şəffaf sellofana bükülmüş ağ rəngli psixotrop maddə olan kristalla bənzər kütlə aşkar edilərək götürülmüşdür. Baxış xx.xx.2024-cü il tarixdə saat 19:10-dan həmin gün saat 19:30-dək davam etmiş və videoçəkiliş ilə qeydə alınmışdır.

29. Lakin, məhkəmədə Təqsirləndirilən şəxs 21 avqust 2024-cü tarixdə günorta saatlarında, təqribən saat 15:00-16:00 arası M.X8-ın qarşısındakı parkda olarkən tutulduğunu, ümumiyyətlə tutulanadək Nəsimi ərazisində olduğunu, iş üzrə dindirilmiş şahidlərdən yalnızca biri Şahid2 onu tutanlardan biri olduğunu, digər Şahid1 isə orada olmadığını, onu əvvəlcə görmədiyini, yalnız Binəqədi rayon Polis İdarəsində gördüyünü bildirmişdir. Təqsirləndirilən şəxs və şahidlərin verdiyi ifadələr arasında yaranan ziddiyyətli halların aradan qaldırılması məqsədilə anten məlumatların əldə edilməsi məqsədilə qəbul edilmiş məhkəmə qərarı əsasında "xxxx" MMC və "xxxx" MMC-dən götürülmüş telefon məlumatları və zənglərin detallaşması zamanı təqsirləndirilən şəxsin verdiyi ifadələr üstüstə düşmüş, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillər onların yoxlanılması zamanı öz təsdiqini tapmışdır.

30. Belə ki, müdafiə tərəfinin vəsatəti əsasında ələ keçirilmiş şahidlərin və təqsirləndirilən şəxsin telefon məlumatlarının təhlilindən görünmüşdür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ********* mobil nömrənin anten dairəsi 21 avqust 2024-cü il tarixdə saat 11:51:21-dən həmin gün saat 15:00:53-dək Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan 21 A ünvanı olmuş, bu vaxt ərzində telefonuna 4 dəfə telefon zəngi də daxil olmuşdur. Axırıncı dəfə 15:38:04 anten dairəsi Bakı şəhəri, Binəqədi rayonu, Avto Zapcast deyilən (40.4xx/xx.8288 GPS koordinatları) yerdə tutmuş və ondan sonra telefonu bağlı olmuşdur və hər-hansı bir məlumat əldə etmək mümkün olmamışdır. Bununla da təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı tutulma saatı və məkanı ilə bağlı verdiyi ifadə öz təsdiqini tapmışdır. Belə ki, təqsirləndirilən şəxsin xx.xx.2025-ci il tarixdə özünün dediyi saatadək, yəni 15:38:04 dəqiqəyədək anten məlumatlarını əldə etmək mümkün olsa da sonradan anten dairəsindən itməsi dediklərini bir daha sübuta yetirməklə, günboyu anten dairəsinin aktiv olduğu halda birdən itməsi isə şübhəli hal yaradır.

31. Məhkəmə bildirir ki, təqsirləndirilən şəxsin verdiyi ifadənin əksinə şahidlərin verdikləri ifadələr isə məhkəmədə öz təsdiqini tapmamışdır. Belə ki, iş üzrə şahid qismində dindirilmiş və təqsirləndirilən şəxs tərəfindən də onu tutanlardan biri olduğu təsdiqlənən Şahid2 anten dairəsi özünün dediyi və ittiham aktında qeyd edildiyi kimi xx.xx.2024-cü il tarixdə, saat 17:00-da ünvan 10 ünvanında deyil, xx.xx.2024-cü il tarixdə saat 16:59:05-də Bakı şəhəri, Binəqədi rayonu, Avto Zapcast deyilən (40.4xx/xx.8288 GPS koordinatları) yer və 17:10:17-də Bakı şəhəri, Binəqədi rayonu, Qazaxana Binəqədi deyilən (40.41xx/xx.8196 GPS koordinatları) yerdə olduğu müəyyən edilmişdir. Digər Şahid1 isə anten dairəsi hansı ki, təqsirləndirilən şəxs onu ancaq bölmədə gördüyünü iddia edirdi xx.xx.2024-cü il tarixdə, saat 15:08:45-dən axşam saat 19:29:10-dək ünvan 5 kimi göstərilmişdir.

32. Məhkəmə qeyd edilən ziddiyyətli halın aradan qaldırılması məqsədilə xx.xx.2025-ci il tarixdə ittiham tərəfi və müdəfiə tərəfi ilə birgə hadisə yerinə və anten dairələrinin olduğu yerə baxış keçirmişdir. İlk öncə baxış zamanı müəyyən edilmişdir ki, ittihamda qeyd edilən ünvan 10nin ümumi uzunluğu (ara məhəllələr nəzərə alınmadan) təqribən 1-2 kilometr aralığında olmuşdur. Bakı şəhəri, Binəqədi rayonu, Avto Zapcast deyilən (40.4xx/xx.8288 GPS koordinatları) yer 7-ci polis bölməsindən təqribən 2-3 kilometr ara məsafəsində olmuşdur.

33. Bundan sonra məhkəmə digər sübutların tədqiqi zamanı müəyyən etmişdir ki, “Şəhər, Rayon, Xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı-2” kitabından görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 21 avqust 2024-cü il tarixdə saat 17:20-də bölmənin növbətçi hissəsinə təhvil verilmişdir. Lakin Şahid2 anten dairəsindən müəyyən edilir ki, o həmin saatda bölmədə olmamışdır. Olduğu yer (10.418xx/xx.81047 GPS koordinatları) üzrə bölmə arasında məsafə isə avtomobillə 2.7 kilometr məsafə uzaqlığında olmuşdur.

34. Məhkəmə digər Şahid1 (hansı ki, təqsirləndirilən şəxs onu ancaq bölmədə gördüyünü iddia edirdi) anten dairəsi olduğu ünvan 5 olan yerə baxış keçirən zaman müəyyən edilmişdir ki, həmin ünvan Binəqədi RPİ-in 7-ci PB-nin inzibati binasının yerləşdiyi yerdir. Hansı ki, Şahid1 anten dairəsindən müəyyən edilmişdir ki, o hadisə baş verən saatda polis bölməsində olmuşdur. Şahid1 hadisə vaxtı anten dairəsi tutduğu Binəqədi RPİ-in 7-ci PB-dən təqsirləndirilən şəxsin tutulduğu Eldar Babayev küçəsinə olan məsafə təxminən 3-4 kilometr məsafədədir. Bununla da təqsirləndirilən şəxsin Şahid1 onu tutanlar arasında olmaması və onu ancaq bölmədə görməsi ifadəsi öz təsdiqini tapmışdır. Məhkəmədə şahidin təkrar dindirilməsi zamanı Şahid1 bu ziddiyyətli hala belə izah vermişdir ki, böyük ehtimalla o əməliyyat zamanı telefonunu polis bölməsində qoymuşdur. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında şahidə verilən “Sizin telefonunuza 16:52:52 dəqiqədə zəng gəlmiş, 17:03:01 dəqiqəyədək telefonla danışılmışdır. Sizdən başqa kim telefonla 7-8 dəqiqə daniş bilər” sualına şahid belə cavab vermişdir ki: “üzərimdə xarici nömrə taxılı olan telefon olmuşdur bu zaman bölməyə çağırdığım vətəndaş və ya bölmədə olan əməkdaşlar yəqin məni yığıblar ki, məni bölmədə gözləyirlər”. Məhkəmə hesab edir ki, bu ifadə inandırıcı deyildir. Belə ki, xx.xx.2025-ci il tarixli məhkəmə iclas zalında dindirilmiş şahid bildirmişdi ki, onun 3 nömrəsi vardır. Onlardan hansının üzərində olduğunu xatırlamasa da, xarici nömrə taxılı olan telefonu ancaq “WhatsApp”da istifadə etdiyini və işlə bağlı istifadə etmədiyini bildirmişdi. Lakin xx.xx.2025-ci il tarixli iclasda təkrar dindirmə zamanı isə bildirmişdir ki, onun yerli nömrələr olan telefonu ola bilər ki, bölmədə qalmış ona görə anten məlumatlarda bölmənin adresi göstərir və onu vətəndaş gözlədikdə ordakı nöməsindən onun “WhatsApp” nömrəsi olan telefonuna zəng vurub demişlər ki, səni vətəndaş gözləyir. Şahid ifadəsini daha da möhkəmləndirmək məqsədilə onu da əlavə etmişdir ki, onun iki yerli nömrə olan telefonundan özündən başqa bölmədə olan digər əməkdaşlar da istifadə edərək danışa, zəng vura və sms yaza bilərlər. Məhkəmə hesab edir ki, hər hansı bir şəxsə məxsus olan telefondan digər şəxslərin rahatca istifadə etməsi təhlükəsizlik və fərdi məlumatlar baxımından mümkünsüz hesab edilməklə şahidin əvvəlki verdiyi ifadəni müdafiə etmək məqsədi daşımışdır.

35. CPM-in 145-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir.

36. Beləliklə məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihama görə o, xx.xx.2024-cü il tarixdə, saat 17:00-da Binəqədi RPİ-in 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 10ndə saxladıqları barədə məhkəmə baxışı zamanı verdikləri ifadələr inandırıcı deyildir.

37. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:00-da ünvan 10ndə saxlanılıb Binəqədi RPİ-in 7-ci PB-nə gətirilməsi göstərilsə də, onun tamamilə başqa ünvanda və vaxtda, saxlanılması, həm də bu zaman onun üzərinə heç bir baxış keçirilmədiyi, onun cibindən hər hansı bir əşya çıxarıb onu saxlamış şəxslərə təqdim etmədiyi müəyyən edilmişdir.

38. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 32-ci bəndində göstərilir ki, əməliyyat-axtarış tədbirinin gedişində tutulmuş (yaxalanmış) şəxsin üstünün yoxlanılması və ondan bu və ya digər predmetlərin, o cümlədən sübut əhəmiyyəti ola biləcək materialların götürülməsi zamanı əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən bu hərəkətlərin fasiləsiz videoçəkilişi aparılmalı və həmin videoyazı elektron daşıyıcıda əməliyyat-axtarış tədbirinin gedişini və nəticələrini əks etdirən raportun və yaxud protokolun tərkib hissəsi kimi sənədə əlavə edilməlidir.

39. Həmin materiallar (məsələn, raport və yaxud protokol, eləcə də əşyalar) onların əldə edilməsinin qanunauyğunluğu (mənbəyinin mötəbərliyi) yoxlanıldıqdan və CPM-in 125-ci maddəsinin, habelə digər normalarının tələbləri baxımından sübut kimi yolverilən olması müəyyən edildikdən sonra cinayət prosesində istifadə edilə bilən sübut növü kimi ibtidai araşdırma üzrə icraatın materiallarına əlavə edilə bilər.

40. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin üzərində axtarış mövcud Plenum Qərarında göstərildiyi kimi yaxalandığı anda deyil, sonradan bölmədə aparılmışdır. Təqsirləndirilən şəxsin üstünün hadisə yerində yoxlanılmaması əsası kimi hava şəraiti və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri göstərilsə də şahidlər bu səbəbləri məhkəmə istintaqı zamanı əsaslandıra bilməmişlər.

41. Bundan başqa iş materilları araşdırılarkən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü ərizə ilə müraciət etmiş və ona hüquqlarını müdafiə edilməsi üçün 11 saylı vəkil bürosundan vəkil təyin edilmişdir. Buna baxmayaraq təqsirləndirilən şəxsin bölmədə üzərinə baxış vəkilin iştirakı olmadan aparılmışdır. Şəxsi axtarış və baxışın vəkilin iştirakı olmadan keçirilməsi əsası kimi isə təqsirləndirilən şəxsin öz ərizəsi ilə vəkildən imtina etməsi göstərilmişdir. Lakin iş materialları səh.33-də təqsirləndirilən şəxsin ərizəsində vəkilin iştirakı olmadan şəxsi axtarış və baxışın keçirilməsinə əsas kimi təqirləndirilən şəxsin etiraz etməməsi göstərilmişdir. Ərizənin məzmunundan belə anlaşılır ki, şübhəli şəxsin üzərində axtarışın vəkilin iştirakı olmadan keçirilməsi təhqiqatçı tərəfindən təklif edilmişdir ki, o da bu hala etiraz etməmişdir.

42. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun qərarında birbaşa göstərilmişdir ki, cinayətprosessual qanunvericiliyə əsasən, müdafiəçidən imtina şübhəli və ya təqsirləndirilən şəxsin “öz təşəbbüsü ilə könüllü” həyata keçirilməlidir. Bu ifadəni təşkil edən sözlər birbiri ilə qarşılıqlı vəhdətdədir. Yəni imtina təşəbbüsü istənilən halda şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən irəli gəlməlidir (iradəsindən asılıdır). Başqa sözlə, cinayət prosesini həyata keçirən orqanlar tərəfindən şübhəli və ya təqsirləndirilən şəxsə müdafiəçidən imtina barəsində hər hansı təklif yolverilməzdir. Məhkəmə hesab edir ki, mövcud vəziyyətdə vəkilin iştirakı olmadan şəxsi axtarış və baxışın keçirilməsi də Təqsirləndirilən şəxs barəsində keçirilən istintaq hərəkətinin doğruluğunu şübhə altına alır.

43. Beləliklə məhkəmə hesab edir ki, qeyd olunanlar ittihamın əsasını təşkil edən sübutların, o cümlədən xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun və ona əlavə edilmiş videoçəkilişin (istintaq hərəkətinin) mötəbərliyini şübhə altına alır və həmin sübutlar Təqsirləndirilən şəxs elan edilmiş ittihamı təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz.

44. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

45. Beləliklə də, yuxarıda təsvir olunanlardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsi barədə ittiham tərəfinin sübutları ziddiyyətli olmaqla və qanunvericiliyin tələbləri pozulmaqla əldə edilmiş olduğundan, həmin sübutlar Təqsirləndirilən şəxs elan edilmiş ittihamı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilə bilməz.

46. CPM-in 125.2-ci maddəsinə əsasən insan və vətəndaşların konstitusiya hüququqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (maddə 125.2.1); şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə (maddə 125.2.3); cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə (maddə 125.2.6) və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda (maddə 125.2.7) - əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir.

47. CPM-in 125.3-cü maddəsinə əsasən, Cinayət-Prosessual Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz.

48. CPM-in 125.5-ci maddəsinə əsasən, cinayət-prosessual qanunvericiliyinin tələblərinin ittiham tərəfindən pozulması nəticəsində sübuti əhəmiyyətini itirmiş hesab oluna bilən materialın sübut qismində qəbul edilməsinə müdafiə tərəfinin vəsatəti əsasında yol verilir.

49. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, ümumilikdə 0.351 qram psixotrop maddə olan metamfetaminin aşkar edilərək götürülməsi ilə bağlı Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış ilə əlaqədar Binəqədi RPİ-nin 7-ci PBin təhqiqatçısı polis kapitanı X3 tərəfindən tərtib edilmiş 21 avqust 2024-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol mötəbər sübut kimi qəbul edilə bilmədiyindən, eləcə də cinayət işinin materialları və məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə Təqsirləndirilən şəxs saxlanılması və hazırkı cinayətin predmeti olan narkotik vasitənin aşkar edilməsi ilə bağlı tərtib edilmiş digər sənədlər də mahiyyət etibarilə bir-birinə zidd olmaqla, onun ittiham edildiyi cinayət əməlini törətməsini təsdiq etmir və həmin ittiham üzrə onun təqsirli olduğuna əsaslı şübhələr yaradır. Eləcə də, yuxarıda təsvir və tədqiq edilən şahid ifadələri və istintaq sənədləri ilə təqsirləndirilən şəxsə elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin aşkar edilməsi faktının gedişatının dəqiq, obyektiv və tam müəyyən edilməsi mümkün deyildir.

50. CPM-in 124.1-ci maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibı üzrə sübutlar hesab olunur.

51. CPM-in 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər.

52. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.

53. Cinayət prosesinin qanunçuluq prinsipinin təsbit olunduğu CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər.

54. CPM-in 10.5-ci maddəsinə əsasən, qanunun bu maddəsində (10-cu maddəsində) göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur.

55. CPM-in 9.2-ci maddəsinə əsasən, Cinayət-Prosessual Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər.

56. CPM-in 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir.

57. CPM-in 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.

58. CPM-in 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür.

59. CPM-in 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir.

60. CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.

61. CPM-in 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

62. CPM-in 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, Cinayət-Prosessual Məcəlləsinin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir.

63. Yuxarıda təsvir olunanlardan görünür ki, ittiham tərəfi məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır.

64. CPM-in 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir.

65. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

66. CM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

67. CM-in 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

68. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.

69. CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır.

70. CPM-in 349.4-cü maddəsinin tələbinə görə, məhkəmənin hökmü - Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir.

71. CPM-in 349.5-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda (349.5.1-ci maddə), bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (349.5.2-ci maddə) və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (349.5.3cü maddə) - məhkəmənin hökmü əsaslı hesab edilir.

72. Beləliklə də, Təqsirləndirilən şəxs cinayət işi üzrə maddi sübut kimi tanınmış psixotrop maddə olan cəmi 0.351 qram metamfetaminin qanunsuz əldə edilməsinə və saxlanılmasına aidiyyəti və CM-in 234.1-ci maddəsi ilə ittiham olunduğu cinayətin törədilməsində təqsirliliyi məhkəmədə sübuta yetirilməmişdir.

73. CPM-in 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır.

74. CPM-in 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır.

75. CPM-in 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır.

76. “Məhkəmə hökmü haqqında” Ali Məhkəmənin 24 dekabr 2021-ci il tarixli Plenum qərarında göstərilir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir.

77. CPM-in 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur.

78. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir.

79. CPM-in 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir.

80. Beləliklə də, məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu CMin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Buna görə də, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır.

81. Məhkəmə həmçinin hesab edir ki, bəraət almış şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək o, məhkəmə iclas zalından həbsdən azad edilməlidir.

82. Bəraət aldığına görə Təqsirləndirilən şəxs məhkəmə xərcləri tutulmamalıdır.

83. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur.

84. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsin xx.xx.2022-ci il tarixli, 3639 nömrəli Ambulator X2 rəyində göstərilənlərlə əlaqədar məhkəmə qeyd edir ki, bəraət aldığına görə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilə bilməz.

85. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,301 qram psixotrop maddə olan metamfetamin xüsusi razılıq əsasında əldə olunan və saxlanılan maddələr kateqoriyasına aid olduğundan, həmin psixotrop maddə olan metamfetaminin mövcudluğu mübahisə doğurmadığından, onun qanunsuz olaraq əldə olunması, saxlanılması, satışı və s. cinayət təqibi üçün əsas götürülə bildiyindən, hazırkı iş üzrə hökm qanuni qüvvəyə mindikdən sonra narkotik vasitənin əldə olunmasında və saxlanmasında aidiyyəti şəxslərin cinayət təqibi məsələsinin həll edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat göndərilməli və qeyd olunan psixotrop maddə olan metamfetamin həmin araşdırma ilə əlaqədar Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılmalıdır.

86. CPM-in 350.4-cü maddəsinə əsasən, bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir.

87. Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və ona bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir.

88. CPM-in 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxsin cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və bəraət hökmü çıxarmış məhkəmə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda, buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydalarını izah etməlidir.

89. Qeyd edilən məsələ ilə bağlı “Məhkəmə hökmü haqqında” Ali Məhkəmənin 24 dekabr 2021-ci il tarixli Plenum qərarında göstərilir ki, CPM-in 34, 55.2, 142, 350.1-ci maddələrinə görə şəxsin qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə bəraət alması onun tam və qəti olaraq reabilitasiyası deməkdir və müstəsna olaraq şəxsin hüquqlarının bərpası üçün əsas kimi çıxış etməklə onun məhkəmədə baxılmış ittihamın əsasını təşkil edən eyni hallara görə yenidən təqib olunmasını, o cümlədən eyni hallara başqa cür hüquqi qiymət verilməsi yolu ilə məsuliyyətə cəlb olunmasını istisna edir.

90. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 55 (əlli beş) saat vaxt sərf etmişdir.

91. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.

92. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir.

93. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 55 (əlli beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 55 (əlli beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 355 (üç yüz əlli beş) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir.

94. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 42, 55, 61, 62, 346-350, 352-353, 356-358, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə xərcləri tutulmasın. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra narkotik vasitənin (ekspertiza tədqiqatından sonra qalıq qalan 0,301 qram ağ kristallik kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin) əldə olunmasında və saxlanmasında aidiyyəti şəxslərin cinayət təqibi məsələsinin həll edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat göndərilsin və iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalıq qalan 0,301 qram ağ kristallik kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin həmin araşdırma ilə əlaqədar Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 55 (əlli beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 355 (üç yüz əlli beş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar