Məhkəmə qərarları › İş №1(001)-202/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-202/2020

14.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-202/2020 14.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri X2, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş hüquqi şəxs-«Zərərçəkmiş şəxs1 MMC»-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs Əyyar oğlunun, xx.xx.1987-ci il tarixdə Biləsuvar şəhəri, İsmətli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu, İsmətli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Biləcəri qəsəbəsi, Xudadat Məlikaslanov küçəsində nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Əyyar oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs avtomobili idarə etməyə hüququ olmadan avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozduğundan ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan xx xxxxxxx 2019-cu il tarixdə saat 18.00 radələrində idarə etdiyi «Zontes ZT 150-3A» markalı, 10-B-172 dövlət nömrə nişanlı motosikletlə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Natəvan küçəsi ilə saatda 5-10 kilometr sürətlə hərəkət edən zamanı qarşıda tıxacda dayanmış «Mersedes Benz E 280» markalı **-FR-*** dövlət nömrə nişanlı avtomobili ötmə məqsədi ilə idarə etdiyi motosikletlə yolun əks istiqamətinə çıxaraq Azərbaycan Respublikası «Yol Hərəkəti haqqında Qanunun» 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini kobud sürətdə pozmaqla yol hərəkətinin iştirakçısı kimi yol hərəkəti Qanununa riayət etməli, həmin maddələrin tələblərinə əsasən motosikletin öz hərəkətlər zolağı ilə hərəkət etməli, əks istiqamətli hərəkət zolaqlarını ayıran 1.1-ci üfüqi nişanlama xəttini kəsib keçərək qarşı əks hərəkət zolağına çıxmamalı, qarşı əks istiqamətdə hərəkətdə olan nəqliyyat vasitəsinin hərəkəti üçün təhlükə yaratmamalı, motosikleti sürücülük vəsiqəsi və etibarnamə ilə idarə etməli olduğu halda bunu etməmiş, idarə etdiyi motosikletlə yolun əks istiqamətinə çıxıb qarşıda hərəkətdə olan Şahid1 tərəfindən idarə edilən «Kia Cerato» markalı, ** PT *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi ilə Natavən küçəsi ev 5 ünvanın qarşısında toqquşub ehtiyyatsızlıqdan motosiklın sərnişini Zərərçəkmiş şəxs2 qamış sümüyünün orta 1/3-nin çatı, sol diz oynağının cırılmış yarası və hemartrozu ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurandan sonra idarə etdiyi motosikletlə solda tıxacda dayanmış «Mersedes Benz E280» markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəfi ilə toqquşub, «Kia Cerato» markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs1 MMC şirkətinə 1 346 manat məbləğində, «Mersedes Benz E 280» markalı **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs3 200 manat dəyərində maddi ziyan vurmaqla yol hərəkəti qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan pozmuşdur.Bununla da, Təqsirləndirilən şəxs Əyyar oğlu Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263-1.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun qardaşıdır və ailəsi ilə birlikdə onunla yaşayır.2019-cu ilin sentyabr ayında o, qonşusu Rifad adlı şəxsdən özünə 900 manata «Zontes» markalı, 10- B-172 dövlət nömrə nişanlı motosikletı almış və həmin motosiklı idarə edir.Onun ümumiyyətlə avtomobili və ya hər hansı bir nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük huququ yoxdur, lakin buna baxmayaraq o, özünə motosiklet alıb,həmin motosikletı sürücülük vəsiqəsi olmadan idarə edir. xx xxxxxxx 2019-cu il tarixdə saat 18.00 radələrində o, qardaşı Hatəmlə birlikdə 20 yanvar deyilən yerdən idarə etdiyi «Zontes» markalı, 10-B-172 dövlət nömrə nişanlı motosikletlə Biləcəri qəsəbəsi istiqamətində hərəkət etmiş, yolda tıxac olduğundan sürəti təxminən saatda 5-10 kilometr olmuşdur. O, başına təhlükəsiz dəbilqəsi taxmış, dəbilqə bir dənə olduğuna görə qardaşı Hatəm dəbilqə taxmamışdır.Motosikleti o, idarə etmiş, Hatəm isə arxada sərnişinlər üçün nəzərdə tutulmuş yerdə əyləşib onu arxadan qucaqlamışdır.Natəvan küçəsi ilə hərəktdə olarkən onlar tıxaca düşmüş, qarşıda boz rəngli Mersedes markalı Sedan tipli avtomobil dayanmışdır.O, görmüşdür ki, yolun əks istiqaməti boşdur və həmin avtomobili ötmək məqsədi ilə motosikleti yolun əks istiqamətinə, yəni sol hissəsinə çıxarıb idarə etmək istəyəndə dərhal qarşıda hərəkət edən qırmızı rəngli «Kia Cerato» markalı, **-PT-*** dövlət nömrə nişanlı avtomobilin qabağ sol hissəsi ilə toqquşmuşdur.Toqquşma nəticəsində qardaşı isə o, sol ayaqdan xəsarət almışlar.Motosikletin sükanın sağ tutacağı isə tıxacda dayanmış boz rəngli «Mersedes Benz» markalı **-FR-*** dövlət nömrə nişanlı avtomobilin sol yan qanadına dəymişdir.Həmin hadisədə ondan və qardaşından başqa xəsarət alan olmamışdır.Orada aldığı bədən xəsarətləri nəticəsində ağrılardan huşunu itirmişdir.O, idarə etdiyi motosikletlə ötmə əməliyyatını həyata keçirmə məqsədi ilə yolun əks istiqamətinə çıxanda «Kia Cerato» markalı avtomobillə aralarında təxminən 10-15 metr məsafə olmuşdur.Motosikleti idarə edən zaman o, spirtli içki qəbul etməmişdir.Motosikleti Rifaddan 2019-cu ilin sentyabr ayında alanda Rifatla heç bir alqısatqı müqaviləsi bağlamamış və pulu Rifata verib motosikleti və qeydiyyat şəhadətnaməsini almışdır.Rifad ona etibarnamə verməmiş və o, fikirləşmişdir ki, sonra vaxtı olanda motosikleti öz adına keçirər, lakin bunu etməyə vaxtı olmamışdır.Motosikletin əzilməsi nəticəsində onun özünə 300 manat dəyərində maddi ziyan dəymişdir.Rifada deməmişdir ki, motosikleti idarə etmək üçün sürücülük hüququ yoxdur.Özü yerdə hərəkətsiz qaldığından zərərçəkmiş şəxslərlə maraqlana bilməmişdir.Ona ətrafda olan vətəndaşlar kömək etmişdilər. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərin ondan şikayətçi olmadığnı və vurulmuş ziyanın bir qismini ödədiyini nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ifadə edən zərərçəkmiş hüquqi şəxs «Zərərçəkmiş şəxs1 MMC»nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə bildirmişdir ki, 2018-ci ilin oktyabr ayından Zərərçəkmiş şəxs1 MMC şirkətinin direktoru vəzifəsində işləyir. «Kia Cerato» markalı, **- PT-*** dövlət nömrə nişanlı avtomobil şirkətə məxsusdur və həmin avtomobil vətəndaş Şahid1 oğlu və sonuncunun ailə üzvləri tərəfindən idarə edilir.Həmin avtomobili Şahid1 2018-ci ilin iyul ayında idarə etmək məqsədi ilə Zərərçəkmiş şəxs1 MMC-dən daxili lizinq müqaviləsi əsasında götürmüşdür.Avtomobilə görə Zərərçəkmiş şəxs1 MMC-yə ilkin ödəniş olaraq 9.000 manat ödəniş etmişdir. Şirkətlə Şahid1 aralarında olan razılaşmaya əsasən Elşən 3 il müddətində hər ay şirkətə aylıq 600 manat əlavə ödəniş etməli idi.Həmin 3 il müddət başa çatdıqdan sonra avtomobil artıq sonuncunun mülkiyyətinə keçəcəkdi. Avtomobili idarə etmək üçün şirkət tərəfindən Şahid1 və sonuncunun ailə üzvlərinə 2 aylıq müddətinə etibarnamə verilir.xx xxxxxxx 2019-cu il tarixdə axşam saatlarında Şahid1 şirkətin mobil telefon nömrəsinə zəng vuraraq şifahi olaraq baş vermiş yol nəqliyyat hadisəsi barədə məlumat vermişdir.Araşdırma zamanı müəyyən olmuşdur ki, xx xxxxxxx 2019-cu il tarixdə saat 18.00 radələrində Şahid1 idarə etdiyi şirkətə məxsus olan «Kia Cerato» markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində hərəkətdə olan zaman qarşısına çıxan «Zontes» markalı, 10-B-172 dövlət nömrə nişanlı motosiklla toqquşmuşdur, nəticədə motosiklın sürücüsü Təqsirləndirilən şəxs və sərnişin, sonuncunun qardaşı Zərərçəkmiş şəxs2 bədən xəsarətləri atmış, Şahid1 idarə etdiyi «Zərərçəkmiş şəxs1 MMC» şirkətinə məxsus olan «Kia Cerato» markalı, **-PT-*** dövlət nömrə nişanlı avtomobilin əzilməsi nəticəsində isə Zərərçəkmiş şəxs1 MMC şirkətinə 1.000 manat dəyərində maddi ziyan dəymişdir.Məhkəmə baxışı zamanı çıxış edən zərərçəkmiş hüquqi şəxs «Zərərçəkmiş şəxs1 MMC»-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə MMC-yə dəymiş 1 000 manat ziyanın ödənilmədiyini, lakin zərərçəkmiş şəxsdən şikayətçi olmadığını bildirdi və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır, sonuncu da ailəsi ilə birlikdə onunla yaşayır. 2019-cu ilin sentyabr ayında qardaşı Təqsirləndirilən şəxs qonşuluqda yaşayan Rifad adlı şəxsdən 900 manata Zontes markalı, 10-B-172 dövlət nömrə nişanlı motosiklı almış və həmin motosiklı idarə edir. Qardaşı Vəlinin motosiklı idarə etmək üçün sürücülük hüququnun olmamasına baxmayaraq sonuncu motosikleti idarə edirdi.xx xxxxxxx 2019-cu il tarixdə saat 18.00 radələrində o, qardaşı Vəli ilə birlikdə 20 yanvar deyilən yerdən sonuncunun idarə etdyi «Zontes» markalı, 10-B-172 dövlət nömrə nişanlı motosiklla Biləcəri qəsəbəsi istiqamətində hərəkət etmiş, Vəli başına təhlükəsiz dəbilqəsini taxmış, lakin onun başında isə dəbilqə olmamışdır.Motosiklı Vəli idarə etdiyinə görə o, sonuncunu arxadan qucaqlayıb motosiklin arxa hissəsində sərnişin üçün nəzərdə tutulmuş yerdə əyləşmişdir.Natəvan küçəsi ilə hərəkətdə olarkən onlar tıxaca düşmüş və qarşıda boz rəngli Mersedes markalı sedan tipli avtomobil dayanmışdır.Həmin avtomobili ötmək məqsədi ilə qardaşı Vəli motosiklı yolun əks istiqamətinə, yəni sol hissəsinə çıxarıb dərhal qarşıda hərəkət edən qırmızı rəngli «Kia Cerato» markalı **-PT-*** dövlət nömrə nişanlı avtomobilin qabaq sol hissəsi ilə toqquşmuşdur.Nəticədə qardaşı Vəli ilə o, bədən xəsarətləri alıb xəstəxanaya müraciət etmişlər.Qardaşı idarə etdiyi motosiklla «Kia Cerato» markalı avtomobillə toqquşandan sonra motosiklın sükanının sağ tərəfinin tutacağı ilə sağ tərəfdə tıxacda dayanmış boz rəngli «Mersedes Benz» markalı, **-FR-*** dövlət nömrə nişanlı avtomobilin sol yan qanadına toxunmuşdur.Həmin hadisədə ondan və qardaşından başqa xəsarət alan olmamışdır.Qardaşı Təqsirləndirilən şəxs idarə etdiyi motosiklla ötmə əməliyyatını həyata keçirmə məqsədi ilə yolun əks istiqamətinə çıxanda sonuncunun «Kia Cerato» markalı avtomobillə arasında təxminən 15 metr məsafə olmuşdur.Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyni, onunla barışdığını və ondan şikayətçi olmadığını bildirdi və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs3 bildirmişdir ki, «Mercedes Benz E280» markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur.Avtomobili adına olan «BC» kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə edir.Avtomobili aldığı vaxtdan etibarən yalnız özü idarə edir və avtomobili idarə etmək üçün tərəfindən digər bir şəxsə rəsmi etibarnamə verilməmişdir.Avtomobil idarə etməyə başladığı vaxtdan etibarən texniki cəhətdən saz vəziyyətdədir və hər hansı bir texniki nasazlığı yoxdur.xx xxxxxxx 2019-cu il tarixdə saat 18:20 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes Benz E280» markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəsi ilə hərəkətdə olmuş, həmin vaxt avtomobildə hər hansı bir sərnişin və ya yük olmamışdır.Hərəkət etdiyi küçədə yolun hərəkət istiqaməti ikitərəfli olmuş, hərəkətdə olduğu istiqamətdə tıxac olduğundan avtomobillərin hərəkətində sıxlıq müşahidə edilmişdir.Ona görə də yolun hərəkət hissəsinin mərkəzinə çəkilmiş 1.1 üfüqi nişanlanma xəttinin kənarından öz hərəkət istiqamətinə doğru tormoz əyləcindən istifadə edərək dayanmışdır.Avtomobilin içərisində olarkən ani bir anda qara rəngli markasını və dövlət qeydiyyat nişanını bilmədiyi motosiklet idarə etdiyi avtomobilin qabaq sol tərəfinə çırpılmışdır.Bundan sonra motosikletin üzərində olan 2 nəfərin hər ikisi asfalt örtüyün üzərinə yıxılmışdır.O, dərhal avtomobildən düşüb həmin şəxslərə yaxınlaşmış, bu zaman motosikletin yolun əks hərəkət istiqamətində hərəkətdə olan dövlət qeydiyyat nişanını bilmədiyi «Kia Cerato» markalı avtomobilin qabaq sol tərəfinə çırpılmasını, bundan sonra isə onun idarə etdiyi avtomobilin qabaq sol tərəfinə dəyməsini müəyyən etmişdir.Toqquşmadan sonra idarə etdiyi avtomobil olduğu kimi yerində dayanmış, bir neçə dəqiqədən sonra hadisə yerinə TTY avtomobili gəlmiş, motosikletin üzərində olan həmin 2 nəfər şəxsi ilkin tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparmışdır.Daha sonra isə hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları gəlmişdirlər.Hadisənin baş verməsindən əvvəl o, dövlət qeydiyyat nişanını bilmədiyi «Kia Cerato» markalı və qara rəngli markasını və dövlət qeydiyyat nişanını bilmədiyi motosikletin hərəkət trayektoriyasını görməmişdir.Motosiklet yalnız ən son anda idarə etdiyi avtomobilin qabaq sol tərəfinə dəyəndə hadisənin baş verməsindən məlumatlı olmuşdur. Hadisə nəticəsində idarə etdiyi avtomobilin qabaq sol qanadı və qabaq sol qapısı zədələnmişdir.Sonradan polis əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı ona məlum olmuşdur ki, həmin motosiklı sürən şəxs Təqsirləndirilən şəxs olmuşdur.Həmin hadisə anında hava küləksiz və yağmursuz olmuş, yol örtüyü isə asfalt-beton olmaqla quru olmuş, hadisə günün axşam saatlarında baş verdiyindən yolun hərəkət hissəsi işıqlı olmamışdır. Hadisə nəticəsində o, hər hansı bir xəsarət almamışdır.Hadisə zamanı ona məxsus olan «Mercedes Benz E280» markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində ona 200 manat dəyərində maddi ziyan dəymiş, ona dəymiş maddi ziyan motosiklın sürücüsü Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs3 oğlu zərərçəkmiş şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini bildirdi və ondan şikayətçi olmadığını bildirdi və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki,«Kia Cerato» markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Zərərçəkmiş şəxs1 MMC-yə məxsusdur.Həmin avtomobili 2018-ci ilin iyul ayında idarə etmək məqsədi ilə Zərərçəkmiş şəxs1 MMC-dən daxili lizinq müqaviləsi əsasında götürmüşdür.Avtomobilə görə Zərərçəkmiş şəxs1 MMC-yə ilkin ödəniş olaraq 9.000 manat ödəniş etmiş, şirkətlə aralarında olan razılaşmaya əsasən 3 il müddətində hər ay şirkətə aylıq 600 manat əlavə ödəniş etməli idi.Həmin 3 il müddət başa çatdıqdan sonra avtomobil artıq onun mülkiyyətinə keçəcəkdi. Avtomobili idarə etmək üçün şirkət tərəfindən ona 2 aylıq müddətinə etibarnamə verilir.Həmin avtomobili isə adına olan «B» kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə edir.Avtomobili şirkətdən götürdüyü vaxtdan etibarən yalnız özü idarə edir və avtomobili idarə etmək üçün şirkət və onun tərəfindən digər bir şəxsə rəsmi etibarnamə verilməmişdir.Avtomobil idarə etməyə başladığı vaxtdan etibarən texniki cəhətdən saz vəziyyətdədir və hər hansı bir texniki nasazlığı yoxdur.xx xxxxxxx 2019-cu il tarixdə saat 18:20 radələrində idarə etdiyi «Kia Cerato» markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəsi ilə hərəkət etmiş, həmin vaxt avtomobildə hər hansı bir sərnişin və ya yük olmamışdır.Hərəkət etdiyi küçədə yolun hərəkət istiqaməti ikitərəfli olmuş, yolun hərəkət hissəsinin mərkəzinə çəkilmiş 1.1 üfüqi nişanlanma xəttinin kənarı ilə saatda 40-45 km sürətlə hərəkətdə olarkən anidən markasını bilmədiyi qara rəngli motosiklet yolun hərəkət hissəsinin mərkəzindən idarə etdiyi avtomobilin əksi istiqamətində hərəkətdə olarkən öz hərəkət istiqamətində avtomobilin qabaq sol tərəfinə çırpılmışdır. Bundan sonra motosiklet hərəkətdə olduğu istiqamətin əksində tıxacda dayanmış vəziyyətdə olan dövlət qeydiyyat nişanını bilmədiyi «Mercedes» markalı avtomobilin qabaq sol tərəfinə dəymişdir.Zərbənin təsirindən motosikletin üzərində olan 2 nəfərin hər ikisi asfalt örtüyün üzərinə yıxılmışdır.Toqquşmadan sonra idarə etdiyi avtomobil təxminən 2-3 metr irəliyə doğru hərəkət etdirmiş, «Mercedes» markalı avtomobil isə olduğu kimi yerində dayanmışdır. Bir neçə dəqiqədən sonra hadisə yerinə TTY avtomobili gəlmiş, motosikletin üzərində olan həmin 2 nəfər şəxsi ilkin tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparmışdır. Daha sonra isə hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları gəlmişlər.Hadisə anında hava küləksiz və yağmursuz olmuş, yol örtüyü isə asfalt-beton olmaqla quru olmuşdur.Hadisə günün axşam saatlarında baş verdiyindən yolun hərəkət hissəsi işıqlı olmamışdır. Toqquşmanın baş verməsindən əvvəl markasını və dövlət qeydiyyat nişanını bilmədiyi qara rəngli motosiklet idarə etdiyi «Kia Cerato» markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə təxminən 2-3 metr məsafədən görmüşdür.Toqquşmanın baş verməsindən əvvəl həmin motosiklet yolun hərəkət hissəsinin mərkəzinə çəkilmiş 1.1 üfüqi nişanlanma xəttindən onun hərəkətdə olduğu istiqamətə doğru hərəkətdə olmuşdur. Motosikletin idarə etdiyi «Kia Cerato» markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması ani bir anda baş verdiyindən o, hadisənin qarşısını almaq üçün hər hansı bir tədbir görə bilməmişdir.Hadisə nəticəsində o, hər hansı bir xəsarət almamışdır.Hazırda avtomobilin sahibi Zərərçəkmiş şəxs1 şirkətidir. Avtomobilin zədələnməsi nəticəsində 1 000 manat dəyərində maddi ziyan dəymişdir.Lakin həmin ziyan ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 bildirmişdir ki,Vəli və Zərərçəkmiş şəxs2lar qardaşları atası ilə qonşuluqda yaşayır.Vəlinin onun motosikletinə qarşı həvəsi olmuş və 2019-cu ilin sentyabr ayında ondan xahiş etmişdir ki, motosikleti satsın.Maddi vəziyyəti pis olduğuna görə razılaşıb motosikleti Vəliyə 1.000 manata satmışdır.Motosikleti Vəliyə satanda aralarında heç bir alqı-satqı müqaviləsi bağlanılmamışdır.Motosikleti idarə etməyə görə də Vəliyə rəsmi qaydada etibarnamə verməyi unutmuşdur. Hesab etmişdir ki, motosiklı Vəliyə satdığına görə motosiklet artıq sonuncunun əmlakındadır və buna görə Vəliyə əlavə etibarnamə verməyə ehtiyyac yoxdur. 15 oktyabr 2019-cu il tarixdə axşam saatlarında o, bilmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi Zontes markalı motosikletlə Kia markalı avtomobillə toqquşmuş və nəticədə özü və qardaşı Hatəm bədən xəsarətləri almışlar.Motosikletin əzilməsi nəticəsində ona maddi ziyan dəyməyib, çünki motosiklet artıq Vəlinin mülkiyyətindədir. Motosikleti Vəliyə satanda o, bilirdi ki, sonuncunun motosiklet idarə etmək üçün hüququ yoxdur və Vəli ümumiyyətlə sürücülük vəsiqəsi almamışdır. İş materiallarında olan Baş Dövlət X3 daxil olmuş xx xxxxxx 2019-cu il tarixli 107132- 1219 saylı məktuba əsasən məlum olur ki, DİN-nin BDYPİ-nin Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli 2131 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlər – qamış sümüyünün orta 1/3-ün çatı, sol diz oynağının cırılmış yarası və hemartrozu bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün X4 müraciət etdiyi xx.xx.2019-cü il tarixdə əmələ gəlmişdirlər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadiəsi nəticəsində əmələ gələ bilərdi. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli 39/2131 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlər – qamış sümüyünün orta 1/3-ün çatı, sol diz oynağının cırılmış yarası və hemartrozu bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün X4 müraciət etdiyi xx.xx.2019-cü il tarixdə əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir.Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni xx.xx.2019-cu il tarixdə sərnişin olduğu motosikletin minik avtomobili ilə oqquşması nəticəsində əmələ gələ bilərdilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-avtotexniki ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 28539 saylı rəyinə əsasən məlum olur ki, Zontes ZT 150-3A markalı, 10 B 172 qeydiyyat nişanlı motosikletin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.Sürücü Təqsirləndirilən şəxs motosikleti sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİNin BƏSİİ-dən verilmiş xx.xx.2019-cu il tarixli arayışa əsasən məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs oğlunun ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 263-1.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını, təqsirini etiraf etməsini, ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, ziyanın bir qismini ödəməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 263-1.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlıqdan məhrum etmə və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə əsas və əlavə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinə əsasən məlum olur ki, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir.Lakin həmin maddənin məzmunundan aydın olur ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün iki şərt tələb olunur. Cinayəti törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması və ona dəymiş ziyanı tamamilə ödəməsi.İş materiallarında olan zərərçəkmiş şəxslərin izahatlarına və məhkəməyə təqdim etdikləri yazılı ərizələrinə əsasən məlum olur ki, hər üç zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən şikayətçi olmasa da zərərçəkmiş şəxs «Zərərçəkmiş şəxs1 MMC»-yə dəymiş ziyanı ödəməmişdir və həmin zərərçəkmiş şəxslə barışıq mövcud deyildir.Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs CM-nin 263.1-ci maddəsinin qeyd hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilə bilməz. Bundan başqa, məhkəmə hesab edir ki, CM-nin 56.1.1-ci maddəsinə əsasən ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətdiyindən Təqsirləndirilən şəxs Əyyar oğlu ona təyin edilmiş əsas cəza olan azadlıqdan məhrumetmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs Əyyar oğlunun ona təyin edilmiş əsas cəza olan azadlıqdan məhrumetmə növündə cəzası ilə əlaqədar cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs Əyyar oğlunun barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək qüvvəsini saxlamalıdır.Belə ki, Binəqədi rayon RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Orxan Səmədov tərəfindən qəbul olunmuş xx xxxxxx 2020-ci il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək barədə iltizam" qətimkan tədbiri seçilmişdir. İş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci –70 (yetmiş) manat təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Əyyar oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut - «Kia Cerato» markalı, **-RT-*** dövlət nömrə nişanlı, «Zontes ZT 150-3 A» markalı, 10 B-172 dövlət nömrə nişanlı motosikl və «Mersedes Benz E 280» markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344- 349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Əyyar oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Əyyar oğlu ona təyin edilmiş əsas cəza olan azadlıqdan məhrumetmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Əyyar oğlunun ona təyin edilmiş əsas cəza olan azadlıqdan məhrumetmə növündə cəzası ilə əlaqədar cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs Əyyar oğlunun barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək qüvvəsini saxlasın. İş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci –70 (yetmiş) manat təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Əyyar oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, Dövlət Xəzinədarlıq Agentliyi VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. İş üzrə maddi sübut - «Kia Cerato» markalı, **-RT-*** dövlət nömrə nişanlı, «Zontes ZT 150-3 A»markalı, 10 B-172 dövlət nömrə nişanlı motosikl və «Mersedes Benz E 280» markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə qaytarılması nəzərə alınsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən iapellyasiyai şikayəti və(və ya) apellyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 (iyirmi) gün sonra qanuni quvvəyə minir. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar