Məhkəmə qərarları › İş №1(001)-202/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-202/2025

07.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-202/2025 07.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Ağsu rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Ağsu rayonu, Padar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağsu rayonu, Padar kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, X.Natavan küçəsində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. Təqsirləndirilən şəxs, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir.

2. Belə ki, o, 30 aprel 2024-cü il tarixdə, saat 18 radələrində yuyucu vəzifəsində işlədiyi Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunda yerləşən avtomobilyuma məntəqəsinin qarşısında yaxınlıqda yerləşən digər avtomobilyuma məntəqəsində eyni vəzifədə işləyən Zərərçəkmiş şəxs işlədiyi məntəqənin müştərilərini əldə etməyə cəhd göstərməsini bəhanə edib, heç bir səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətləri edib üzərində olan silah qismində istifadə olunan tiyə və dəstək hissədən ibarət, açıq vəziyyətdə uzunluğu 17,5 santimetr olan, tiyəsinin bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik, tiyənin üzərində “OKAPİ MADE İN SOUTH AFRİCA” yazısı həkk edilmiş, dəstəyi qəhvəyi rəngli materialdan hazırlanmış qatlanan bıçaqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən qəsdən vurub ona sol bazu oynağı nahiyəsinin, döş qəfəsinin, qarın nahiyəsinin, bel nahiyəsinin deşilmiş-kəsilmiş yaraları ilə müşayiət edilən dərəcəsinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, boyun nahiyəsinin, döş qəfəsinin, kürək nahiyəsinin səthi kəsilmiş yaraları ilə müşayiət edilən həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsəratlərə aid edildiklərindən dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirərək qərəzli xuliqanlıq etmişdir.

3. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə Binəqədi rayonunda DSK yolunda baş vermişdir. Zərərçəkmiş şəxslə aralarında anlaşılmazlıq olmuşdur. O, müştərinin avtomobilini avtoyuma məntəqəsində yuduğu vəziyyətdə başqa müştəri avtomobilini avtoyumanın qarşısında saxlamış və ondan boş olmasını soruşmuşdur. O da cavabında boş olduğunu demişdir. Zərərçəkmiş şəxs onun yan tərəfindəki avtoyuma məntəqəsində işləmişdir. Zərərçəkmiş şəxs həmin vaxt əlində dəsmal fırlatmış, o da elə başa düşmüşdür ki, Həmid müştərini öz avtoyuma məntəqələrinə cəlb etmək istəyir. Bu zaman Həmidə əgər bu gün işləməyibsə və ehtiyac varsa, müştərini götürə bilər demişdir. Həmin söhbət üstündə Həmidlə aralarında mübahisə yaranmışdır. Bu ərəfədə atası yeni rəhmətə getdiyi vaxtlar olmuş və onun psixoloji durumu yerində olmamışdır. Ona görə də, Həmidi əvvəlcədən məlumatlandırmışdır ki, söhbət edəcək vəziyyətdə deyil və sonra söhbət edərlər. Həmid isə gedib əynini dəyişib gəlmişdir. O da həmin vaxt içkili olduğu üçün əsəbləri gərgin olmuş, özünü idarə edə bilməmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə vaxtını xatırlamır, lakin yadındadır ki, həmin vaxt axşam saatları olmuşdur. Həmid onu söhbət etməyə dəvət etmişdir. Dava avtoyumanın qarşı tərəfində olmuşdur. Mübahisə edən zaman ətrafda heç kimi görməmişdir. Mübahisə təxminən 2-3 dəqiqə davam etmişdir. Həmidlə əlbəyaxa olmuş və onu qırıq bıçaqla vurmuşdur. Bıçağı avtoyumadan götürmüşdür. Bıçağı götürməkdə məqsədi özünü qorumaq olmuşdur. Hadisə vaxtı içkili olduğu üçün hadisəni dəqiq təfərrüatları ilə xatırlamır. Amma zərərçəkmiş şəxsi bıçaqla vurub getmişdir. Polislər onu tutan zaman bıçaq üstündə olmuşdur. Həmçinin ona verilən suala cavab olaraq bildirmişdir ki, zərərçəkənə xəsarət yetirdikdən sonra onun vəziyyəti ilə maraqlanmamış, onunla barışmamış, zərərin əvəzinixəstəxana xərclərini ödəməmişdir. Hazırda isə zərərçəkmiş şəxslə barışmışlar. Məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir.

4. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır.

5. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə vaxtı dəqiq yadında qalmasa da, lakin təxminən axşam saatları olması yadındadır. Təqsirləndirilən şəxs ilə yanbayan avtoyumada işləmişlər. Müştəri üstündə aralarında mübahisə yaranmışdır. Müştəri gələndə əlində dəsmal oynatdığına görə Əmrah onunla dalaşmışdır. Əmrahın dediyi söz «müştəriyə ehtiyacın varsa verim işlə» sözü də ona pis təsir etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, ilk mübahisə zamanı ətrafdakılar onları aralamışlar. Daha sonra kənarda söhbət etmək üçün yolun digər tərəfinə keçmişlər. Bu zaman birinci Əmrah onu bıçaqla arxadan- kürəyindən, bel nahiyyəsindən, sonra isə qol, boyun və digər nahiyyələrdən vurmuş bu zaman o yerə yıxılmışdır. Əmrah içkili olmuş və 9 dəfə bıçaqla ona zərbə vurmuşdur. O, bıçağı görməmişdir. Bıçaq böyük olsa idi görərdi. Bıçaq zərbələrindən biri dərinə keçmiş, digərləri səthi olmuşdur. 4-5 gün xəstəxanada yatmışdır. Mübahisələri 2-3 dəqiqə çəkmişdir. Mübahisə zamanı biri-birilərinə söyüş söyməmişlər. O, kənarda söhbət etmək istədiyini bildirmişdir. Avtoyumada müştəri çox olduğuna görə yolun kənarında söhbət etmişlər. Əmraha qarşı müqavimət göstərmişdir. Ona taksi sürücüsü və mühafizəçi polis kömək edib xəstəxanaya aparmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmış, şikayət və tələbi yoxdur. O, sadəcə olaraq dost kimi söhbət etmək istəmişdi. Avtoyuma məntəqəsində 5-6 nəfər müştəri olmuşdur. Müştərilər onlar arasında olan mübahisədən narahat olmamışdır. Təqsirləndirilən şəxs onu bıçaqla vurduqda ətrafda heç kimi görməmişdir. Mübahisə müştəriyə görə olmuşdur. Əgər onlar avtoyumadan kənara getməsə idi Əmrah yəqin ki, onu bıçaqla vurmazdı. Onun atasının rəhmətə getməsindən xəbəri olmamışdır. Lakin Əmrahın əsəblərinin yerində olmadığını bilmişdir. Sonradan öyrənmişdir ki, Əmrahın atası yeni rəhmətə gedib. Həm də, öyrənmişdir ki, atası birinci Qarabağ müharibəsinin qazisi olmaqla, atası ilə əsgər yoldaşı olmuşdur. Anası isə yataq xəstəsidir. Hazırda Əmrahla barışmış, ona qarşı şikayət və tələbi yoxdur.

6. Məhkəmə baxışı zamanı Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının nümayəndəsi X5 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Şahid ifadəsində göstərmişdir ki, o, DSK yolundakı avtoyuma yerində həm zərərçəkmiş, həm də təqsirləndirilən şəxsdən təxminən 4-5 ay əvvəl işə düzəlmişdir. İşlədiyi yeri təsvir edərkən bildirmişdir ki, işlədiyi avtoyuma yaşayış evləri ilə üzbəüz, yolun kənarında yerləşmişdir. Hətta üzbəüz yolda hadisə baş verən yerdə evlərlə yanaşı market də olmuşdur. Onun işlədiyi yerdə sıra ilə digər avtoyuma, yağdəyişmə yerləri və sexlər fəaliyyət göstərmişdir. Təqsirləndirilən şəxs ondan bir neçə ay sonra qonşu avtoyuma yerində işə düzəlmişdir. Onu üzdən tanımış, aralarında hər hansı dostluq münasibəti olmamışdır. Zərərçəkmiş şəxs isə onunla birgə eyni avtoyumada işləmişdir və hadisə baş verən gün onun ilk iş günü olmuşdur. Təqsirləndirilən şəxs və zərərçəkən arasında əvvəllər hər hansı bir dostluq və tanışlıq münasibətinin olması haqqında məlumatsızdır, çünki qeyd etdiyi kimi zərərçəkənin ilk iş günü olmuşdur. Hadisə müştəri üstündə olmuşdur. İlk mübahisəni təqsirləndirilən şəxs yaratmışdır. Belə ki, zərərçəkənin əlində dəsmal fırlatması təqsirləndirilən şəxsin xoşuna gəlməmiş, elə hesab etmişdir ki, o, dəsmalla müştəri cəlb edir. Bu səbəbdən də onlar mübahisə etmiş, bu zaman yanaşı fəaliyyət göstərən avtoyuma yeri və sexlərdən işçilər gələrək onları aralamışlar. Əgər həmin vaxt müdaxilə olunmasa idi orada da təhlükəli vəziyyət yarana bilərdi. Mübahisə baş verən vaxt orada müştərilər də olmuşdur. Tərəflər arasında ikinci mübahisənin nə zaman başlaması, kimin kimi çağırması haqqında məlumatlı olmadığını bildirən Şahid həmin vaxt tavtomobilin içərisini tozsoranla təmizlədiyi üçün hadisəni səs-küydən eşitdiyini bildirmişdir. Həmçinin ifadəsində göstərmişdir ki, avtomobilin içini təmizləyən zaman müştəri də, onun yanında çay içmişdir. Bu zaman hər ikisi çöldən səs-küy eşitmiş, tez ətrafa baxdıqda görmüşlər ki, Zərərçəkmiş şəxs yolun digər tərəfində qan içində uzanmış, ətrafında isə 10-15 nəfər adam olmuşdur. Zərərçəkənə yaxınlaşaraq onu müştərinin avtomobili ilə xəstəxanaya aparmışdır. Hadisə axşam saatlarında təqribən 5-6 arası baş vermişdir. Dəqiqləşdirici suala cavab olaraq şahid bildirmişdir ki, zərərçəkən yolun digər tərəfində evlərin qarşısında, marketin yanında qan içində dayananda onlar səs-küyə getmiş, daha sonra isə kömək üçün zərərçəkmişə yaxınlaşmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:

7. Cinayət işinin başlanması və icraata götürülməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə CM-in 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir.

8. Götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 1 ədəd bıçağı könüllü olaraq təqdim etmiş və həmin bıçaqla Zərərçəkmiş şəxs bədən xəsarətləri yetirdiyini bildirmişdir. Baxışla müəyyən edilmiş ki, bıçaq qatlanandır, tiyə və dəstək hissədən ibarətdir, açıq vəziyyətdə uzunluğu 17,5 sm-dir. Bıçağın tiyəsi bir tərəfi küt, digər tərəfi kəsicidir, ucu deşici xassəyə malikdir. Tiyənin üzərində “OKAPİ MADE İN SOUTH AFRİCA” yazısı həkk edilmişdir. Bıçağın dəstəyi qəhvəyi rəngli materialdan hazırlanmışdır.

9. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 may 2024-cü il tarixdə saat 20:40-da şübhəli şəxs qismində tutulmuşdur.

10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” Publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 880 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər - sol bazu oynağı nahiyəsinin, döş qəfəsinin, qarın nahiyəsinin, bel nahiyəsinin deşilmiş-kəsilmiş yaralan, boyun nahiyəsinin, döş qəfəsinin, kürək nahiyəsinin səthi kəsilmiş yaraları deşici-kəsici əşyanın (alətin) təsirindən onun tibbi yardım üçün “X7” PHŞ-nə müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlərdən sol bazu oynağı nahiyəsinin, döş qəfəsinin, qarın nahiyəsinin, bel nahiyəsinin deşilmiş-kəsilmiş yaralan həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər, boyun nahiyəsinin, döş qəfəsinin, kürək nahiyəsinin səthi kəsilmiş yaralan isə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterik xüsusiyyətlərini və lokalizasiyalannı nəzərə alaraq demək olar ki, həmin xəsarətlər zərərçəkənin təsvir etdiyi şəraitdə, yəni bıçağın tiyəsinin deşicikəsici təsirindən əmələ gələ bilərdilər.

11. Əməlin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə ictimai təhlükəli əməl CM-in 128-ci maddəsindən həmin Məcəllənin 221.3cü maddəsinə tövsif edilmişdir.

12. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur.

13. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)- 294/2024 nömrəli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət və təqdimat təmin edilməmiş, sonuncu dərhal məhkəmə iclas zalından azad edilmişdir.

14. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.

15. Götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvar, 01 ədəd köynək və 01 cüt corab X6 götürülmüşdür.

16. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.

17. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” Publik hüquqi şəxsin 293/2024-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: B -/İİİ/. (şəxsiyyət vəsiqəsinin ksero surətinə əsasən). Ekspertizaya təqdim olunan Zərərçəkmiş şəxs məxsus köynək və şalvar üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrupu ABO sistemi üzrə təyin edildikdə yalnız B antigeni alındı. Bu qan ləkələri ABO sistemi üzrə B/İİİ/ qruplu bir şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər.

18. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” Publik hüquqi şəxsin 197-MTKŞ/2024 №-li rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthində 1 ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədə küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşicikəsici alətin təsirindən törənmişdir.

19. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-8/832 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir, hal hazırda təyinatı üzrə istifadəyə yararsızdır, üzərində hər hansı əlavə və dəyişiklik edilməmişdir.

20. İfadənin yerində yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı, sonuncu istintaqa verdiyi ifadəni bir daha təsdiqləyərək hadisə yerini göstərib, hadisənin necə baş verməsini əyani şəkildə təsvir etmişdir.

21. Maddi sübut kimi tanınması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi 1 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus 1 ədəd şalvar, 1 ədəd köynək və 1 cüt corab iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir.

22. İş üzrə Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti, tələbi yoxdur. Tətbiq edilən hüquq, məhkəmənin əsaslandırması və mövqeyi:

23. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

24. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.

25. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutların axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanunamüvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlarla bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur.

26. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə hesab edir ki, Təqsirləndirilən şəxs CMin 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə ibtidai istintaq orqanının gəldiyi nəticə əsaslı olmaqla, sonuncunun həmin maddə ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilmişdir.

27. CM-in 25.3-cü maddəsinə müvafiq olaraq, hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Məhkəmə təqdim edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin hərəkətlərində xuliqanlıq motivinin olması qənaətinə gəldikdə, yəni təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğunu müəyyən etdikdə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilər.

28. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ona qarşı irəli sürülən ittihamda CM-in 221.3-cü maddəsinin tərkib əlamətləri mövcuddur.

29. Ali Məhkəmənin “Xuliqanlıq və xuliqanlıq niyyəti ilə törədilmiş həyat və sağlamlıq əleyhinə cinayətlərə dair işlərə kassasiya qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında” icmallarında məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr əməlin ictimai yerdə törədilməsi əsası ilə və ya 221.1-ci maddənin dispozisiyasında nəzərdə tutulan halları sadəcə sadalamaqla əməli xuliqanlıq kimi tövsif etməkdən qaçınmalı, ictimai qaydanın kobud şəkildə pozulduğunu, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunduğu və digər mühüm halları təsdiq edən, müvafiq sübutları qiymətləndirməklə əməli CM-in 221-ci maddəsi ilə tövsif etməlidirlər.

30. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilməsidir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

31. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər.

32. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında da eyni məsələlərə toxunularaq qeyd edilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir.

33. Eyni Qərarda göstərilir ki, xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.

34. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir.

35. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir.

36. CM-in 221.3-cü maddəsi xuliqanlığın digər tövsifedici əlaməti qismində bu cinayət əməlinin silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilməsini nəzərdə tutur. CM-in 221.3-cü maddəsi xuliqanlıq hərəkətlərinin törədilməsi üçün əvvəlcədən hazırlanmış əşyalarla bu hərəkətlərin həyata keçirilməsi zamanı təsadüfi əldə edilmiş əşyalar arasında heç bir fərq qoymur. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır.

37. “Məhkəmə hökmü haqqında” Ali Məhkəmənin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının ittiham hökmünün xüsusiyyətlərindən irəli gələn məsələlərində göstərilir ki, xuliqanlıq cinayəti təsvir edilərkən CM-in 221.1-ci maddəsinin dispozisiyasına əsasən bu cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlamətləri kimi çıxış edən “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər” ifadəsi sadəcə təsvir edilməməli, bununla yanaşı cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən, hərəkətin qərəzliliyini aşkarlayan hallar əməlin təsvirində yer almalıdır.

38. Beləliklə, məhkəmədə həm məhkəməyədək olan mərhələdə toplanmış sübutlar, həm də məhkəmə istintaqı zamanı ifadə vermiş zərərçəkmiş şəxs və şahidin ifadəsi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə əvvəllər hər hansı bir şəxsi münasibəti olmamış, tərəflər arasında mübahisə heç bir səbəb olmadan, hər hansı bəhanə ilə yaranmışdır. Belə ki, Şahid öz ifadəsində bildirmişdir ki, qeyd edilən avtoyuma yerində o hamıdan əvvəl işə düzəlsə də zərərçəkənin hadisə baş verən gün işdə ilk iş günü olmuşdur. Təqsirləndirilən şəxs isə digər avtoyuma yerində işləmiş, ümumiyyətlə həmin ərazidə yan-yana bir neçə avtoyuma, yağdəyişmə yeri və sexlər fəaliyyət göstərmişdir. O, Təqsirləndirilən şəxsı üzdən tanısa da aralarında münasibət olmamış, zərərçəkən isə hadisə baş verən gün ilk iş günü olduğundan onunla da təqsirləndirilən şəxs arasında əvvəlcədən tanışlıq münasibətləri olub-olmamasından xəbərdar olmamışdır. Hadisə müştəri üstündə baş vermiş, ilk dava da məhz təqsirləndirilən şəxs tərəfindən başladılmışdır. Belə ki, o, zərərçəkənə “əlindəki yaylığı fırladaraq niyə müştəri cəlb edirsən” deyə mübahisə etməyə başlamış, ordakı olan digər sex və avtoyuma yerlərindəki işçilər onları aralamışlar. Hadisə 5-10 dəqiqə davam etmişdir, şahid ifadəsində bildirmişdir ki, əgər onları həmin vaxt aralamasaydılar bəlkə də mübahisə daha da böyüyərdi. Şahid ifadəsində göstərmişdir ki, sonrakı davanı görməmiş, belə ki, o maşın yuduqdan sonra tozsoranla maşının içini təmizləmiş, xidmət göstərdiyi müştəri də çay içməklə məşğul olmuşdur. Bu zaman hər ikisi qışqırıq səsləri eşitmişlər və yolun o tayında Zərərçəkmiş şəxs qan içində olduğunu, ətrafında xeyli təqribən 10-15 nəfər adam olduğunu görmüşlər. Bu zaman müştəri ilə birgə yolun o tərəfinə keçmiş və daha sonra zərərçəkmişi müştərinin maşınına mindirərək, xəstəxanaya aparmışlar. Məhkəmə iclas zalında hadisə törədilən yerin təsviri istənilmiş, şahid isə bildirmişdir ki, onların fəaliyyət göstərdiyi yer digər sex və avtoyuma yerləri ilə eyni sırada olmuş, yolun o biri tərəfində isə evlər və market olmuşdur. Hər iki tərəfi ayıran yol elə də enli olmamışdır. Hadisə isə avtoyuma ilə üzbəüz yolun o tərəfində evlərin qabağı və marketin yanında baş vermişdir. O səs küyə gedəndə artıq zərərçəkmişin başının üstündə xeyli adam olmuşdur. Məhkəmə şahidin verdiyi ifadələri, hadisənin baş vermə motivi və ardıcıllığını qiymətləndirərək bildirmək istəyir ki, hadisə cüzi bir səbəblə, daha doğrusu müştəri bəhanəsi ilə ictimai yerdə başlamış, bu zaman təqsirləndirilən şəxs özünü cəmiyyətə qarşı qoymaqla açıq-aşkar formada ictimai yerdə zərərçəkənə xəsarət yetirməklə xuliqanlıq cinayətini törətmişdir. Hadisənin baş vermə yerinə baxdıqda isə hadisənin yol kənarında, evlərin qarşısında, marketin yanında olması onun ictimai yer olmasını danılmaz etməklə baş vermə vaxtının xx.xx.2024-cü il tarixdə saat 18 radələri olması isə hadisə baş verən vaxt ətrafda heç kimin olmaması fikrini istisna edir. Baxmayaraq ki, hadisə ilə bağlı bir şahid göstərilmişdir, lakin həmin şahidin məhkəmədə verdiyi ifadədən də müəyyən edilir ki, o, səs-küy eşitmiş və zərərçəkənin ətrafında xeyli insanın toplaşdığını gördükdən sonra hadisə yerinə yolun o biri tərəfinə keçmişdir. Bundan başqa məhkəmə onu da xüsusilə vurğulamaq istəyir ki, istər xuliqanlıq işləri üzrə vahid məhkəmə təcrübəsini formalaşdıran Ali Məhkəmənin Plenum qərarında, istərsə də Konstitusiya Məhkəməsinin Plenum qərarlarında, Ali Məhkəmənin icmallarında dəfələrlə vurğulanmışdır ki, bu cinayətdə motiv başlıca şərtdir. Yuxarıda da qeyd edildiyi kimi, xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir: təqsirləndirilən şəxsin bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etməsi, gücünü nümayiş etdirməsi, qalmaqal salmağa meyilliliyi.

39. Bundan başqa məhkəmə iclas zalında ifadə verən zərərçəkmiş şəxsin ifadə və ərizələri arasında ziddiyyət olmuşdur. Belə ki, xx.xx.2025-ci il tarixində zərərçəkən ifadə verərkən bildirmişdir ki, onlar arasında mübahisə olarkən 5-6 nəfər müştəri də həmin vaxt maşınyuma yerində olmuşdur, orda işləyən digər şəxslər onları aralamış mübahisə bitmişdir. Daha sonra o söhbət üçün Əmrahı kənara çəkmişdir. Zərərçəkən onu da bildirmişdir ki, Əmrahın əsəblərinin yerində olmadığından xəbərdar olmuşdur. Halbuki, özünün ifadəsindən məlum olur ki, o bu iş yerində hələ təzə işləməyə başlamışdı, əvvəllər isə Əmrahı tanımamışdır. Şahid da ifadəsində göstərmişdir ki, hadisə baş verən gün zərərçəkənin ilk iş günü idi. Bu zaman belə bir sual yaranır ki, əgər tərəflər arasında əvvəllər heç bir münasibət olmamışdırsa təqsirləndirilən şəxsin əsəb problemləri olduğunu zərərçəkən necə bilmişdir? Eyni gündə, xx.xx.2025-ci il tarixində zərərçəkən məhkəmə iclasından sonra məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını onların əvvəllər dost olduqlarını, atalarının da dost olduğunu və təqsirləndirilən şəxsdən hər hansı bir tələb və şikayətinin olmadığını bildirmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Təqsirləndirilən şəxs müqavilə üzrə vəkili Müdafiəçi2 kompütərdə yazılan, yazılma tarixi xx.xx.2025-ci il kimi göstərilən zərərçəkənə məxsus ərizəni məhkəməyə təqdim edərək bildirmişdir ki, əvvəlki ərizə əl yazısı ilə yazıldığından oxunaqlı deyil ona görə də zərərçəkən tərəfindən təzə ərizə yazılmışdır. Məhkəmədən həmin ərizəni qəbul etməsini xahiş etmişdir. Yeni ərizədə isə zərərçəkən əvvəlki ifadəsindən fərqli olaraq Əmrahı əvvəllər tanımadığını, hadisəyə səbəbin isə özünün təhqir və söyüş söyməsi olduğunu (halbuki əvvəlki ərizəsində və ifadəsində aralarında söyüş olmadığını bildirirdi), əlindəki dəsmalla müştəri cəlb edərək Əmraha acıq verdiyini bildirmişdir. Halbuki, xx.xx.2025-ci il tarixində məhkəmə iclas zalında zərərçəkən ifadə verərkən davanın təqsirləndirilən şəxs tərəfindən müştəri üstündə başlanıldığını, onu danışığa çağıran zaman təqsirləndirilən şəxs tərəfindən ona ilk zərbənin arxadan vurulması ilə cəmi 9 bıçaq zərbəsi endirildiyini bildirmişdi. Bununla da zərərçəkən bir-birinə zidd fərqli ifadələr verərək məhkəməni yanıltmağa çalışmış, özünün təhrikedici hərəkətlərinin hadisəyə səbəb olmasını göstərməyə çalışmışdır.

40. Məhkəmə onu da bildirmək istəyir ki, təqsirləndirilən şəxs zərərçəkənin danışmağa dəvəti zamanı özü ilə bıçaq götürmüş, zərərçəkənin və özünün verdiyi ifadə də göstərildiyi kimi yolu o tərəfə keçən zaman zərərçəkəni arxa hissədən daha sonra isə qolundan bir neçə dəfə zərbə endirərək yaralamış və hadisə yerindən qaçmışdır. Bundan sonra isə onun yetirdiyi xəsarətin zərərçəkəndə hansı nəticəyə səbəb olması ilə maraqlanmamışdır.

41. Beləliklə, məhkəmə Ali və Konstitusiya Məhkəməsinin qərarlarını təhlil edərək, Ali Məhkəmənin tövsiyyə xarakterli ümumiləşdirilmələrini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs birgəyaşayış qaydalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla, cüzi bəhanə ilə zərərçəkmişin sağlamlığına yüngül zərərvurması əməli düzgün olaraq CM-in 221.3-cü maddəsi ilə tövsif edilmişdir.

42. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir.

43. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 221.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur.

44. Hazırki, cinayət işinin istintaqı zamanı da müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs CM-nin 221.1-ci maddədə nəzərdə tutulan hərəkətləri silahdan istifadə edərək törətmişdir. Mövcud hal ekspert rəyi, təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidin ifadələri ilə tam olaraq öz təsdiqini tapmışdır.

45. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” qərarında ifadə edilmiş hüquqi mövqeyinə müraciət edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin həmin qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi culpa est, ibi poena subesse debet).

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.

47. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

48. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını CM-in 59.1.12cü maddəsinə və törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

49. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır.

50. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir.

51. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

52. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 221.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.

53. CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

54. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir.

55. CM-in 60.1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10— 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.

56. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 60.1-ci maddəsinə müəyyən edilmiş hallar olduğundan ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzası həmin maddədə nəzərdə tutulmuş həddən artıq ola bilməz. Çünki CM-in 60-cı maddəsində cəzanı yüngülləşdirən hallar olduqda qanunverici tərəfindən cəzanın təyin edilməsi qaydasının müəyyənləşdirilməsi cinayət qanununun əsas başlanğıclarından olan humanizm prinsipindən irəli gəlir. Buna dair cinayət qanunvericiliyinin tələbi ondan ibarətdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur.

57. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin CM-in 60-cı maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu CM-in 221.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür.

58. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 02 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-294/2024 nömrəli qərarı ilə sonuncu barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət və təqdimat təmin edilməyərək o, dərhal məhkəmə iclas zalından azad edilmiş, eləcə də 04 may 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 may 2024-cü il tarixdən 04 may 2024cü il tarixədək, yəni 2 (iki) gün müddətində şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur.

59. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir.

60. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir.

61. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır.

62. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun 02 may 2024-cü il tarixdən 04 may 2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır.

63. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir.

64. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

65. CPM-in 155.3.3-cü maddəsinə əsasən həbs qətimkan tədbiri əvvəllər seçilmiş digər qətimkan tədbirinin şərtlərini pozmuş şəxsə və ya hökmün icrasını təmin etmək məqsədilə, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş şəxsə tətbiq oluna bilər.

66. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Habelə, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır.

67. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 07 aprel 2025-ci il tarixdən hesablanmalıdır.

68. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur.

69. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanunamüvafiq yəni, qanuni yolla əldə olunmuş olsun.

70. “Məhkəmə hökmü haqqında” Ali Məhkəmənin 24 dekabr 2021-ci il tarixli Plenum qərarında göstərilir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz.

71. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 1 (bir) ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, saxlanc anbarda maddi sübut kimi saxlanılan Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd şalvar, 1 (bir) ədəd köynək və 1 (bir) cüt corab Zərərçəkmiş şəxs qaytarılmalıdır.

72. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 30 (otuz) saat vaxt sərf etmişdir.

73. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.

74. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir.

75. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir.

76. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur.

77. CPM-in 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi).

78. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.

79. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.

80. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 may 2024-cü il tarixdən 04 may 2024-cü il tarixədək şübhəli və təqsilrəndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 07 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 1 (bir) ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd şalvar, 1 (bir) ədəd köynək və 1 (bir) cüt corab ona geri qaytarılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 64 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar