Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-204/2022 11.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Kamandar Nəsibov və Partnyorları” Vəkil Burosunun vəkili X6, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, xx.xx.1991-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, Bakı şəhəri Sabuncu rayonu 209 saylı orta məktəbdə riyaziyyat müəlliməsi işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “DSK” yolu, 3-cü döngə ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair, xx.xx.1960-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta-ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" QSC-də elektrik-çilingəri işləyən, ünvan 3 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “DSK” yolu, 3-cü döngə ünvanında yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 05 dekabr 2021-ci il tarixdə saat 20:45 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “DSK” yolu, 3-cü döngə ünvanında yerləşən evin ikinci mərtəbəsindəki qardaşının keçmiş arvadı Zərərçəkmiş şəxs övladı ilə birlikdə qaldığı otağa gəlib, paltarlarını həmin otaqdakı paltar dolabına yığmağa icazə verməyən Zərərçəkmiş şəxs ilə həmin səbəbdən aralarında yaranmış narazılığa görə mübahisə etmişdir.Həmin vaxtı bundan əsəbləşərək Zərərçəkmiş şəxs üzərinə hücum edib əlləri ilə Zərərçəkmiş şəxs saçından qəsdən tutub sağa-sola dartmaqla yolmuş və ardınca Zərərçəkmiş şəxs hər iki əlindən, habelə hər iki əlinin bütün barmaqlarından öz əlləri ilə tutub qəsdən dartaraq və sıxaraq, ovucunda da dartıb sıxaraq yerə yıxıb Zərərçəkmiş şəxs sağ və sol əlin İV və V barmaqlarının dırnaq yataqlarına qansızmalarla müşayiət olunan xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs dərəcəsinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur.Həmin vaxtı onun evin birinci mərtəbəsində olan atası Təqsirləndirilən şəxs2 münaqişənin səsinə həmin otağa gəlib, həmin münaqişədə onun tərəfini tutaraq münaqişəyə müdaxilə edib Zərərçəkmiş şəxs üzərinə hücum edərək əvvəlcə Zərərçəkmiş şəxs boynunun arxa tərəfindən qəsdən yumruğu ilə bir dəfə zərbə vurmuş, sol qolundan əli ilə tutub sıxaraq fiziki ağrı yetirməklə silkələmiş və ardınca qəsdən Zərərçəkmiş şəxs burun nahiyəsindən yumruğu ilə bir dəfə ağrıdıcı zərbə vuraraq sonuncuya burun sümüklərinin az yerdəyişən sınığı ilə müşayiət olunan burun belinin qançır-şişkinliyi ilə müşahidə olunan xəsarətlər yetirməklə Təqsirləndirilən şəxs2 da öz növbəsində Zərərçəkmiş şəxs dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan növbəti qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs2 sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 05 dekabr 2021-ci il tarixdə saat 20:45 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “DSK” yolu, 3-cü döngə ünvanında yerləşən evin ikinci mərtəbəsindəki keçmiş gəlini Zərərçəkmiş şəxs övladı ilə birlikdə qaldığı otaqda övladı Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs arasında paltar dolabından paltar asmaq üstündə yaranmış narazılığa başlamış münaqişənin səsini eşidərək evin birinci mərtəbəsindən həmin otağa gəlmiş və orada həmin münaqişə zəmnində Təqsirləndirilən şəxs1 artıq Zərərçəkmiş şəxs üzərinə hücüm edərək yerə yıxıb sonuncuya sağ və sol əlin İV və V barmaqlarının dırnaq yataqlarına qansızmalarla müşayiət olunan xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs dərəcəsinə görə həm ümumilikdə, həm də ayrı- ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurduğunu görmüşdür.Həmin vaxtı həmin münaqişədə Təqsirləndirilən şəxs1 tərəfini tutaraq münaqişəyə müdaxilə edib Zərərçəkmiş şəxs üzərinə hücum edərək əvvəlcə Zərərçəkmiş şəxs boynunun arxa tərəfindən qəsdən yumruğu ilə bir dəfə zərbə vurmuş, sol qolundan əli ilə tutub sıxaraq fiziki ağrı yetirməklə silkələmiş və ardınca qəsdən Zərərçəkmiş şəxs burun nahiyəsindən yumruğu ilə bir dəfə ağrıdıcı zərbə vuraraq sonuncuya burun sümüklərinin az yerdəyişən sınığı ilə müşayiət olunan burun belinin qançır-şişkinliyi ilə müşahidə olunan xəsarətlər yetirməklə o da öz növbəsində Zərərçəkmiş şəxs dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, nikahdan 2015-ci il təvəllüdlü övladı var.2021-ci ilin noyabr ayının sonunda əri ilə aralarında olan küskünlük səbəbindən uşağını da götürüb Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, «DSK» yolu, 3-cü döngə ünvanında yerləşən ata evinə gəlmişdir.Həmin evdə ata və anasından əlavə qardaşı Orxan və onu ailə üzvləri, həmçinin digər qardaşı Ələkbərin keçmiş arvadı Şəhla ilə övladı qalırdı.Ev iki mərtəbəlidir, birinci mərtəbədə yalnız zal, samuzel, mətbəx yerləşir, ikinci mərtəbədə isə 3 otaq və başqa samuzel vardır.Şəhla ilə Ələkbər məhkəmənin qərarı ilə boşansalar da, Şəhla övladı ilə bərabər həmin evdə qalmaqda davam edirmiş.Lakin o, Şəhla ilə danışmırmış, unsiyyət qurmurmuş.Atası onunla övladına evin ikinci mərtəbəsində öz otaqlarını ayırıb vermişdir.Onun qaldığı otaqda paltar dolabı yox idi, yalnız Şəhlanın övladı Fatimənin kiçik paltar dolabı var idi.Həmin dolaba da onlar paltar va əşya yığmırmışlar.04 dekabr 2021-ci il tarixdə səhər saat 10.00 radələrində o, öz otağında olan zaman Şəhla onun otağının giriş qapısını döymədən otağa daxil olub paltar dolabına doğru keçmişdir.O buna görə Şəhlaya iradını bildirsə də, Şəhla ona heç bir reaksiya verməmiş, əksinə yerdə qalan yastığı tapdalayıb otağı tərk etmişdir.Həmin günü o, Şəhla ilə dava, mübahisə etməmiş, onu söymədən, vurmadan otağa qapını döymədən daxil olduğuna görə şifahi iradını bildirmişdir.Həmin günü, axşamı yəni 04 dekabr 2021-ci il tarixdə Şəhla uşağı da götürüb başqa qohumu gilə getmişdir.Şəhla gedəndən sonra o, həmin günü, yəni 04 dekabr 2021-ci il tarixdə öz gödəkcəsini, həmçinin ətək (yubka) və köynəyini (kofta) öz otağında asmağa dolab olmadığından Şəhlanın otağındakı anasına məxsus dolabdan asmışdır.05 dekabr 2021-ci il tarixdə axşam saat 20:45 radələrində öz otağında olmuşdur.Həmin günü azyaşlı oğlu ata nənəsigildə idi.Beləliklə o, otaqda olanda qardaşı Ələkbər otağa daxil olmuş və ondan hal əhval tutmağa başlamışdır.Paltar dolabı ilə bağlı heç nə danışmırmışlar.Həmin vaxtı X2 otağa daxil olub ona paltarlarını vermişdir. O, Fatimədən paltarları niyə gətirdiyini soruşduqda Fatimə ona demişdir ki, paltarları anası vermişdir ki, gətirib ona versin.O da Şəhlanın özbaşına bu hərəkət etməsini görüb Fatimədən paltarları götürərək Şəhlanın otağına gəlmişdir.Şəhla həmin vaxtı otaqda tək olmuşdur.O Şəhlaya paltarları niyə dolabdan götürdüyünü soruşduqda Şəhla ona demişdir ki, «paltarlar bu şkafda olmayacaq».O da Şəhlaya «mənim paltarlarım bu şkafda olacaq» deyib öz paltarlarını yenidən onun otağında olan anasının paltar dolabına yığmaq istədikdə Şəhla onun əlindəki paltarlarını əlindən götürüb yerə tullamışdır.O da həmin paltarları yerdən götürmək üçün əyilərkən Şəhla qəflətən onun üzərinə hücum etmiş, onun saçından tutub yolmağa başlamış və itələyib yerə yıxmışdır.Yerdə Şəhla ayağını onun qarnının üstünə qoyub sıxaraq tərpənməyə qoymurmuş və saçından tutub yolurmuş. O, əlləri ilə Şəhlanı özündən itələmək istəsə də, aralaşdıra bilmirmiş. Həmin vaxtı otağa qardaşı Ələkbər daxil olub Şəhlanı ondan aralamışdır. Şəhla ondan aralaşdıqdan sonra o, evin dəhlizinə çıxmışdır.Həmin vaxtı atası, anası və qardaşı Orxan evin birinci mərtəbəsindən yuxarı qalxmışlar. O, atasıgilin yuxarı qalxıb nə etdiklərinə fikir verməmişdir.O, atası, qardaşı Orxanı və anasını dəhlizdə görmüşdür.Onların Şəhla ilə mübahisə etməsini görməmişdir.Sonra Şəhla öz qohumuna zəng etmiş və polisə şikayət etmişdir.Şəhla polisə yalandan demişdir ki, guya atası hadisə vaxtı onun burnundan yumruqla vurmuşdur.Onun özü hadisə vaxtı Şəhlanı vurmamış, xəsarət yetirməmiş, özünü qorumuşdur.Hadisə paltar asmaq üstündə baş vermişdir.O və atası Şəhlanı vurmamışlar.O, Şəhla tərəfindən döyülərkən atası Bəhram, qardaşı Orxan və anası yuxarı qalxmışlar, Şəhla ilə dava etməmişlər.Onun Şəhla tərəfindən döyülməyini Ələkbərin görübgörmədiyini bilmir.Lakin Şəhlanı ondan Ələkbər ayırmışdır.O, hadisə vaxtı ciddi xəsarət almamış, bununla bağlı heç bir tibb müəsissəsinə müraciət etməmişdir.Şəhladan şikayət də etməmişdir.O,Şəhlanın barmaqlarını sıxmamış və xəsarət yetirməmişdir.Ola bilsin ki, Şəhla əlləri ilə onun saçından tutub yolduqda öz barmaqlarından xəsarət alsın.Bəhramla Şəhlanın arasında hər hansı dava olmasını, atası Bəhramın onu vurmasını görməmişdir.Bəhram ona bildirmişdir ki, hadisə vaxtı Şəhlaya xəsarət yetirməmiş, vurmamışdır. Hadisə vaxtı evin Şəhlagilin qaldığı otağın kiçik aynabəndin pəncərə şüşəsi çatlamışdır.Şəhla onu döyəndən sonra o, Şəhlanın otağının qapısını açıb dəhlizə çıxanda qapını bərk açmış və qapı ehtiyatsızlıqdan divara dəydiyindən pəncərə şüşəsi bir balaca çatlamışdır. Hadisə evin içərisində Şəhlagilin qaldığı otaqda baş vermiş, qonşulardan, kənar adamlardan hadisəni görən və ya eşidən olmamışdır.Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs1 hal-hazırda, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbinin olmamasını nəzərə alaraq, barəsində bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, hazırda arvadı Rahilə, digər oğlu Orxan və onun ailə üzvləri, həmçinin qızı Aytəkin və onun uşağı ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, «DSK» yolu, 3-cü döngə ünvanında yerləşən özünə məxsus fərdi yaşayış evində qalır.Evin qeydiyyat şəhadətnaməsi olmadığından evdə heç kim qeydiyyatda deyil.X3 ilə nikahdan 3 övladı var.Şahid1 onun böyük oğludur.Ələkbər 2011-ci ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur. Onların nikahdan 2013-cü il təvəllüllü Fatimə adlı qızları var.Onlar nikah qurandan bir müddət sonra, yəni təxminən 2017-ci ildən başlayaraq onun evində qalmağa başlamışlar.Evi iki mərtəbəlidir, birinci mərtəbədə yalnız zal, samuzel, mətbəx yerləşir, ikinci mərtəbədə isə 3 otaq və başqa samuzel vardır.Həmin ikinci mərtəbədəki otaqlardan birində o və arvadı, digər otaqda oğlu Orxan və onun ailə üzvləri, o biri otaqda isə Ələkbər və arvadı ilə uşağı qalırdı.Oğlu Ələkbərin keçmiş arvadı Şəhla və uşağı üçün ayırdığı otaqda zəruri əşyalar, yəni çarpayı, yataq dəsti, dolablar var idi.Bir müddət əvvəl Ələkbər və Şəhla məhkəmənin qərarı ilə boşanmışlar.Lakin Şəhla uşağı ilə onlarda qalmaqda davam edirdi.Şəhla hadisəyə qədər onun evində qalsa da, aralarında demək olar ki, ünsiyyət olmurdu, danışmırdılar. Hadisədən bir neçə gün qabaq ərdə olan qızı Aytəkin də uşağını götürüb onun evində yerləşmişdir.04 dekabr 2021-ci il tarixdə Şəhla uşağını da götürüb qohumlarıgilə getmişdir.05 dekabr 2021-ci il tarixdə axşam saat 20.00 radələrində Şəhla qızı ilə onun evinə qayıdıb öz otağına keçmişdir. Bir neçə dəqiqədən sonra oğlu Ələkbər də evə gəlmişdir.Bundan bir neçə dəqiqədən sonra, yəni saat 20:45 radələrində o, evinin birinci mərtəbəsində zalda oturanda yuxarı mərtədən tappıltı, qışqırtı səsləri eşitmiş, həmin səsə yuxarıya qalxdıqda görmüşdür ki, Ələkbər Şəhlagilin otağında Şəhla ilə qızı Aytəkini aralayır, Şəhla Aytəkinin saçından tutub yolur, nəvəsi Fatimə də ağlayır. Şəhlanın otağının pəncərə şüşəsi də sınmışdır.O, bu səhnəni görüb uşağa görə irad bildirmişdir.Həmin vaxtı Şəhla Aytəkindən aralanıb demişdir ki, polis çağıracaqdır.Həmin vaxtı ondan başqa Aytəkinlə Şəhlanın dava etməsini ona qədər artıq yuxarı mərtəbədə olan arvadı, oğlu Orxan və sonuncunun arvadı, həmçinin digər oğlu Ələkbər də görmüşlər.Bundan sonra Şəhla qohumuna zəng etmiş və bir müddət sonra Binəqədi rayon polis idarəsinin 6-cı polis bölməsinin əməkdaşları onlara gəlmişlər.Polislər gələndə Şəhla polislərin yanında demişdir ki, guya o, dava zamanı yumruqla burnundan vurmuşdur.O da polislərə demişdir ki, Şəhlanı vurmamışdır. Sonra Şəhla çıxıb getmişdir.Hadisə vaxtı Şəhlanı yumruqla vurmamış, ona heç bir xəsarət yetirməmişdir.05 dekabr 2021-ci il tarixdə saat 20:45 radələrində hadisə zamanı yalnız Şəhla ilə Aytəkin mübahisə edib dava etmişlər, həmin dava Şəhlanın otağında evinin içərisində baş vermişdir.Həmin hadisəni səsə gələn, evdə olan arvadı Rahilə, oğlu Orxan, arvadı, həmçinin Şəhlanın keçmiş əri, yəni onun digər oğlu Ələkbər görmüşlər.O səsə yuxarı qalxdıqda artıq Şəhlanın otağındakı pəncərə şüşəsinin sındığını,Şəhlanın Aytəkinin saçından tutub yolduğunu görmüşdur.Onları Ələkbər ayırırmış.Şəhlanın hansı şəraitdə xəsarət almasını bilmir.05 dekabr 2021-ci il tarixdə Aytəkinlə Şəhla arasında münaqişə dolaba paltar yığmaq üstündə baş vermişdir. Sonradan Aytəkinin deməsindən ona bəlli olmuşdur ki, Aytəkin öz paltarlarını gətirib Şəhlanın otağındakı dolaba yığmışdır, Şəhla da həmin paltarları hadisə günü götürüb yerə atmış və sonra övladı Fatiməyə demişdir ki, həmin paltarları aparıb bibisi Aytəkinə versin. Aytəkin də bundan əsəbiləşib həmin öz paltarlarını götürüb Şəhlanın otağına gələrək Şəhlaya niyə belə etdiyini deyib öz paltarlarını yenidən Şəhlagilin otağındakı dolabdan asmaq istədikdə Şəhla onu söyüb saçından tutaraq yerə yıxmışdır.O, gələndə artıq Şəhla Aytəkinin saçından yolurmuş.O, Şəhlanı vurmamış, qolundan tutub silkələməmiş və burnundan da yumruqla vurmamışdır.Şəhlaya heç bir xəsarət yetirməmişdir. Hadisə vaxtı evinin Şəhlagilin qaldığı otağın kiçik aynəbəndin pəncərə şüşəsi sınmışdır. Həmin pəncərə şüsəsi 20 sm enində və uzunluğunda idi, təzəsinin dəyəri yerinə quradırmaqla bərabər ümumilikdə 5 manat təşkil edir. Həmin ziyan evin sahibi kimi ona dəymişdir. Həmin şüşəni kimin sındırmasını görsə də, sonradan bilmişdir ki, onu Şəhla sındırmışdır.Hadisə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, «DSK» yolu, 3-cü döngə ünvanında yerləşən ona məxsus fərdi yaşayış evinin içərisində baş vermiş, qonşulardan, kənar adamlardan hadisəni görən və ya eşidən olmamışdır.Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs2 hal-hazırda, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbinin olmamasını nəzərə alaraq, barəsində bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, əvvəllər Şahid1 ilə evli olub 2021-ci ildə məhkəmənin qərarı ilə boşanmışdır. Şahid1 ilə nikahdan 20 sentyabr 2013-cü il təvəllüdlü Fatimə Şükürlü adlı övladı var.Ələkbərlə rəsmi nikaha daxil olduqdan bir müddət sonra, yəni təxminən 2017-ci ildən keçmiş qayınatası Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, «DSK» yolu adlanan ərazidə yerləşən atası Bəhramin evində yaşamağa başlamışdır.Həmin ev həyət evi olmaqla 2 mərtəbəlidir, yuxarıda dörd otaq və samuzel, aşağı mərtəbədə isə bir zal, samuzel, mətbəx vardır.Həmin evdə onlardan əlavə keçmiş qayınatası Bəhram, qayınanası Rahilə, qaynı Orxan və sonuncunun arvadı ilə az yaşlı övladı yaşayırdı.Onların ailəsinə Təqsirləndirilən şəxs2 evin ikinci mərtəbəsində 15 m2 ərazisi olan ayrıca kiçik bir otaq ayırmışdır. Həmin otaqda masa, stullar, bir ədəd kiçik çarpayı və bir ədəd iki nəfərlik yataq dəsti, həmçinin paltar dolabı var idi.2019-cu ildən sonra Ələkbərlə aralarında ailə münaqişəsi zəmnində narazılıqlar yaranmağa başlamışdır. Bundan başqa Ələkbərin atasıgil də onunla ögey münasibətdə idilər.Onlar heç vaxt eyni süfrəyə əyləşib yemək yemirmişlər.Ələkbərlə aralarında olan narazılığa görə 2021-ci ilin may ayında Ələkbərdən məhkəmənin qərarı ilə boşanmışdır.Bundan sonra Ələkbərlə olan razılaşmaya əsasən o, uşağı ilə bərabər keçmiş qayınatası Təqsirləndirilən şəxs2 evində qalmaqda davam edirmiş.2021-ci ilin oktyabr ayında Ələkbər öz anası və atasının arasında olan gərgin münasibətlər səbəbindən evi tərk edib başqa ünvanda qalmağa başlamışdır.Onunla qızı Fatimə isə yenə də Ələkbərin atasının, yəni keçmiş qayınatası Təqsirləndirilən şəxs2 evində qalmaqla davam edirdilər. 2021-ci ilin noyabr ayının sonlarında Ələkbərin ərdə olan bacısı Aytəkin öz uşağını da götürüb atası evinə qayıtmışdır.Bundan sonra evdə gərginlik daha da artmışdır.Aytəkin onu evdə ögey kimi qəbul edirmiş və hiss edirmiş ki, onun evdən çıxmasını istəyir. 04 dekabr 2021-ci il tarixdə səhər saat 10 radələrində keçmiş baldızı Aytəkin onun uşağı ilə qaldığı otağa daxil olub, otaqdaki dolabın içərisində olan ailə üzvlərinin paltarlarını çıxarıb yerə tökməyə başlayaraq demişdir ki, bu dolab onun anasının dolabıdır, bura öz paltarlarını yığacaq.O, Aytəkinə niyə belə etdiyini bildirəndə Aytəkin öz otağına gedib oradan bir stul götürərək onun otağında ona tərəf gəlib əlində stul tutub onu arxaya tərəf itələmişdir.O əlini qarşıya verib stulu saxlamışdır.O, həmin günü heç bir xəsarət almamışdır, lakin baş verənlərə görə acıq edib uşağını da götürüb saat 16.00 radələrində qohumugilə yollanmışdır.Həmin günü Ələkbərə zəng edib baş verənləri danışıb demişdir ki, səhərisi evə gəlib dolab məsələsini həll etsin.Hətta ona təklif etmişdir ki, onun qaldığı otaqda olan anasının paltar dolabını bacısının otağına yerləşdirsin və həmin otaqda olan qızının kiçik paltar dolabını gətirib qaldıqları otağa qoysun.Ələkbər də razılaşmış və qərara gəlmişlər ki, səhərisi günü axşam saat 20.00 radələrində onun atası evində görüşək. Səhərisi, yəni 05 dekabr 2021-ci il tarixdə saat 20.00 radələrində o uşağını da götürüb keçmiş qayınatasıgilə qayıtmışdır.Həmin vaxtı Ələkbər də evə gəlmişdir.Qərarlaşmışlar ki, o, keçmiş baldızının paltarlarını özünə qaytarsın.O Aytəkinlə üzbəüz gəlmək istəmədiyindən Ələkbər otaqdan çıxandan sonra o, keçmiş baldızının bir gün əvvəl otaqdakı dolaba yığdığı paltarlarını qızı Fatiməyə verib demişdir ki, aparıb həmin paltarları bibisi Aytəkinə versin.Fatimə paltarları götürüb gedəndən bir-iki dəqiqə sonra keçmiş baldızı Aytəkin qızı Fatimənin saçından tutaraq otağa gəlib demişdir ki, “bu paltarlar burda olacaq”.O, görmüşdür ki, Fatimənin saçı Aytəkinin əlindəki asılqanlara dolaşmışdır.O bu səhnəni görüb Aytəkinə iradını bildirərək ona uşaqla nə işi olduğunu dedikdə Aytəkin qəflətən əsəbi halda onun üzərinə hücüm edib hər iki əli ilə onun saçından tutub sağa-sola dartaraq başını yolmağa başlamışdır. O, Aytəkinin əlindən qurtarmaq üçün Aytəkinin əllərini onu vurmadan başından kənarlaşdırmaq istədikdə Aytəkin onun saçını buraxıb hər iki əli ilə onun əllərinin barmaqlarından tutub sıxmaqla ağrı yetirməyə başlamışdır.Həmin zaman Aytəkin onun hər iki əlini öz əlləri ilə tutub sıxanda dırnaqları və barmaqları zədələnmişdir.Yəni Aytəkin onun hər iki əlindəki 4 və 5-ci barmaqlarının dırnaq yataqlarına xəsarətlər yetirmişdir.Aytəkin onun barmaqlarından xəsarət yetirəndə əlindən sıxaraq yerə yıxmışdır.Hadisə onun qaldığı otaqda baş vermişdir. Səsə keçmiş qayınatası, qayınanası, əri, qaynı da otağa daxil olmuşlar. Onlar Aytəkini ayırmışlar.Hətta həmin zaman keçmiş qayınatası Bəhram Aytəkini sakitləşdirmək əvəzinə arxadan onun boynuna yumruqla vurmuşdur.Ələkbər onların hamısını, o cümlədən onu döyən Aytəkini otaqdan çıxarandan sonra otağa qayıdıb onu sakitləşdirməyə başlamışdır. Həmin vaxtı keçmiş qaynı Orxan yenidən otağa daxil olmuş və mübahisə etmək üçün ona tərəf yaxınlaşmaq istədikdə Ələkbər onun qarşısını kəsib otaqdan bayıra çıxarmışdır.Bir neçə dəqiqədən sonra keçmiş baldızı, qayınatası və qaynı yenidən otağa daxil olmuşlar.Onlar Ələkbəri onu müdafiə etdiyinə görə qınayırmışlar.Bütün bu səhnəni görən övladı Fatimə otaqda ağlamağa başladığından Ələkbər Fatiməni sakitləşdirmək üçün Fatiməyə yaxınlaşmışdır.Elə həmin an keçmiş qayınatası Bəhram ona yaxınlaşaraq onun sol qolundan əli ilə tutub onu silkələmiş və o, Bəhrama “nə edirsən” deyərək iradını bildirdikdə Bəhram qəflətən yumruğu ilə onun burun nahiyyəsinə bərk zərbə vurmuşdur. Onun yumruq zərbəsindən gözü yaşarmış, başı fırlanmış və burnu sınmışdır.Həmin vaxtı Ələkbər araya girib atasını ondan ayırmış və onların hamısını otaqdan çıxartmışdır. Aytəkin isə sakitləşmirmiş, əksinə evin şüşələrini sındırırmış.O, artıq evdə qalmağın mümkünsüz olduğunu görüb Bakı şəhərində yaşayan əmisi Qafara zəng edib ona telefonda baş verənləri danışmış, polisə xəbər vermişdir. Həmin günü hadisədən sonra polislər evə gəlmişlər və o, hadisə ilə bağlı şikayət ərizəsini polisə təqdim etmişlər. Həmin gecədən sonra artıq o, qızı ilə bərabər Xəzər rayonu, Binə qəsəbəsində yaşayan əmisi Qafargildə qalır.Burnundan aldığı xəsarətlər zamanı burnu şişmiş, o, rentgendən keçmişdir və rentqen ekspertə də təqdim olunmuşdur.Hadisə 05 dekabr 2021-ci il tarixdə saat 20:45 radələrində keçmiş qayınatasının Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, «DSK» yolu adlanan ərazidə yerləşən fərdi yaşayış evindəki onunla qızının qaldığı otaqda baş vermişdir. Həmin otaq evin ikinci mərtəbəsində yerləşir.Hadisə vaxtı evdə ona xəsarət yetirən keçmiş qayınatası Bəhram və keçmiş baldızı Aytəkindən başqa övladı Fatimə, keçmiş əri Ələkbər, keçmiş qaynı Orxan, onun arvadı Xanımzər və uşağı, keçmiş qayınanası Rahilə var idi.Hadisə evin içində təxminən 20 dəqiqə ərzində davam etmişdir.Qonşulardan, kənar şəxslərdən hadisəni görən və eşidən olmamışdır.Söyüş söyən olmamışdır. Hadisə zamanı şəxsən onun və ailə üzvlərinin hər hansı bir əmlakı zədələnməmiş və sınmamışdır.Aytəkin atası evinin pəncərə şüşəsini sındırmışdır.Hadisə zamanı Aytəkin hər iki əli ilə onun sağ və sol əllərindən tutub barmaqlarını sıxanda onun sol və sağ əlinin dörd və beşinci barmaqlarının dırnaq yataqları zədələnib xəsarət almış və əllərindən tutub sıxanda ona güc verib yerə yıxmışdır.Bundan əlavə keçmiş qayınatası Bəhram baş verənlərə görə ona əsəbiləşib, həmçinin Ələkbərin onu sözlə müdafiə etdiyini görüb bundan daha da əsəbi olaraq qəftələn ona yaxınlaşıb boynundan yumruqla vurmuş, ardınca onun qolundan tutub sıxaraq silkələdikdə o, Bəhrama iradını bildirmiş və həmin vaxtı keçmiş qayınatası Bəhram yumruqla onun burnuna vurub xəsarət yetirmişdir. Qayınatası ona bir yumruq zərbəsi vurmuş və nəticədə burnu həmin zərbədən sınmışdır. Qayınatası evdə baş verən narazılığın səbəbkarı kimi onu görürmüş və baldızı ilə onun arasında olan münaqişədə günahkar kimi onu bilirmiş. Hətta mübahisə zamanı ona demişdir ki, “uşağı da götür çıx get bu evdən”. Bu qaydada yaranmış mübahisə zamanı keçmiş qayınatası ona yumruqla zərbə vurub xəsarət yetirmişdir.Hadisə zamanı şəxsən o, heç kimi vurmamış, xəsarət yetirməmiş, söyməmişdir. Özünü müdafiə edəndə də Aytəkinə xəsarət yetirməmişdir.Ona qeyd etdiyi kimi yalnız 5 dekabr 2021-ci il tarixdə keçmiş baldızı Aytəkinlə keçmiş qayınatası Bəhram döyüb xəsarət yetirmişlər.Məhkəmə iclasında çıxış edən Zərərçəkmiş şəxs hal-hazırda, təqsirləndirilən şəxslərlə barışıq əldə etməsini, təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirdi və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında Şahid1 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, 2011-ci ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, nikahdan 20 sentyabr 2013-cü il təvəllüdlü Fatimə Şükürlü adlı övladı var.Şəhla ilə rəsmi nikaha daxil olduqdan bir müddət sonra, yəni təxminən 2017-ci ildə ailə üzvləri ilə bərabər atasının Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, «DSK» yolu adlanan ərazidə yerləşən evində yaşamağa başlamışdır.Həmin ev həyət evi olmaqla 2 mərtəbəlidir.Həmin evdə onlardan əlavə atası Bəhram, anası Rahilə, qardaşı Orxan və onun arvadı ilə azyaşlı övladı da qalırdı.Atası onlar üçün ikinci mərtəbədə 15 m2 ərazisi olan kiçik bir otaq ayırmışdır.Həmin otaqda zəruri məişət əşyaları, həmçinin paltar dolabı var idi.2019-cu ildən sonra Şəhla ilə arasında ailə münaqişəsi zəminində narazılıqlar yaranmağa başladığından o, həmin evdə deyil,başqa ünvanda qalmağa başlamış və 2021-ci ilin may ayında Şəhlanın iddiasına əsasən məhkəmə yolu ilə nikahlarına xitam verilmişdir. Lakin Şəhla ilə ayrılsalar da, Şəhla uşağı ilə bərabər onun atası evində qalmaqda davam edirdilər.2021-ci ilin noyabr ayının sonunda bacısı Aytəkin də uşağını götürüb ata evinə qayıtmışdır.Aytəkingil evin ikinci mərtəbəsində atasıgilin otağında yerləşmişdirlər.04 dekabr 2021-ci il tarixdə Şəhla ona zəng edib demişdir ki, evdə otaqlarında olan dolabla bağlı Aytəkinlə arasında narazılıq olmuşdur, Aytəkin öz paltarlarını gətirib həmin dolaba yığmışdır.O da əsəbləşib uşağı da götürüb evdən çıxıb qohumu evinə getmişdir.Həmin danışıq zamanı Şəhla ondan xahiş etmişdir ki, həmin dolab məsələsini həll etsin.O da Şəhlaya bildirmişdir ki, səhərisi atası evinə gəlib məsələni həll edər.05 dekabr 2021-ci il tarixdə saat 20.00 radələrində o, atası evinə gəldikdə artıq Şəhlanın həmin evə qayıtdığını görmüşdür.Şəhlanı dinlədikdə Şəhla bildirmişdir ki, bir gün qabaq Aytəkin öz paltarlarını da gətirib onun qaldığı otaqdakı dolaba yığanda aralarında narazılıq olmuşdur.Şəhla ondan xahiş etmişdir ki, dolab məsələsini həll etsin.O da Şəhlaya bu məsələni həll edəcəyini bildirmişdir.O,Şəhla ilə danışdıqdan sonra Aytəkin olan otağa daxil olub Aytəkinlə başqa mövzuda danışdıqda qızı Fatimə əlində paltarlar həmin otağa daxil olub paltarları Aytəkinə təqdim etmişdir.Aytəkin həmin paltarı niyə gətirdiyini Fatimədən soruşduqda Fatimə demişdir ki, anası göndərib.Həmin vaxtı Aytəkin paltarları Fatimədən götürüb Şəhlanın otağına getmiş və bundan sonra qışqırıq, mübahisə səslərini eşitmişdir.O, həmin səsləri eşidən kimi Şəhlagilin qaldığı otağa daxil olduqda Aytəkinlə Şəhlanın dava etməsini görmüş, onlar biri-birinin saçını yolurmuşlar, saçlarından, əllərindən əlləri ilə tutub dartırmışlar,hər ikisi yerdə olmuş, onların tam hərəkətlərini xatırlamasa da, dava etmələrini təsdiq edir.O, Aytəkinlə Şəhlanın hər ikisini ayırmağa cəhd etsə də, buna nail ola bilmirmiş, onlar dava edirmişlər. Anlamışdır ki, dava həmin dolaba paltar asmaq üstündə başlamışdır.Səsə atası, anası, qardaşı Orxan da Şəhlanın qaldığı otağa daxil olmuşlar.Uşaq ağladıqda o, uşağı sakitləşdirib aparmaq istəsə də, uşaq onunla getmək istəməmiş, anası ilə qalmaq istəmişdir.Atasıgil də otağa daxil olub Şəhla ilə mübahisə etməyə başlamışlar, lakin hadisənin sonrakı gedişatını fikri uşaqda qaldığından xatırlamır.Bundan sonra da əsəbindən çıxıb evi tərk etmiş və bir daha da atası evinə qayıtmamışdır.Sonradan qohumlarından eşitmişdir ki, Şəhla hadisədən sonra polisə şikayət edib uşağı da götürüb evi tərk etmişdir.Hadisə 05 dekabr 2021-ci il tarixdə axşam saat 20:45 radələrində atası evində Şəhlagilin qaldığı otaqda baş vermişdir.O, Aytəkinlə sonuncunun qaldığı otaqda söhbət edəndə həqiqətən Fatimə Aytəkinin bir gün əvvəl Şəhlanın qaldığı otaqdakı dolabdan asdığı paltarları gətirib Aytəkinə verib həmin paltarları Şəhlanın göndərdiyini bildirmişdir. Bundan sonra Aytəkin həmin paltarları da götürüb Şəhlanın otağına getmişdir.Aytəkin Şəhlanın otağına keçəndən sonra Aytəkinlə Şəhlanın arasında dava baş verməsini təsdiq edir.O, həmin otağa gəldikdə görmüşdür ki, Aytəkinlə Şəhla biri-birinin saçından və əllərindən tutub dartırlar, yerdə dava edirlər.O, konrket olaraq kimin kimə necə vurmasını ayırd edə bilməmişdir.Lakin hər ikisi biri-birini saçından və əllərindən tutub dava edirdilər.O, Şəhla ilə Aytəkini ayırmaq istəsə də ayıra bilmirmiş. Həmin vaxtı otağa atası Bəhram, anası Rahilə, qardaşı Orxan daxil olmuşlar və atası Şəhla ilə mübahisə etmişlər.O, mübahisəni ayırd edə bilməmiş, lakin atasının ona görə Şəhlaya irad bildirməsini xatırlamır, Bəhram Şəhla ilə söhbət və mübahisə etmişdir.Onun fikri uşaqda qalmış, uşağı evdən aparmaq istəsə də uşaq onunla getməmişdir.Bundan sonra o, evi tərk etmişdir.O, evi tərk edəndən sonra da bəlkə də mübahisə davam etmişdir, lakin bundan xəbəri olmamışdır.O, evi tərk edəndə hələ polis gəlməmişdir.Hadisə vaxtı o, bacısı Aytəkinin Şəhla ilə dava etməsini, biri-birinin saçından yolmalarını, əllərindən tutub dava etdiklərini gördüyündən təsdiq edir, lakin atası Bəhramın Şəhlanın boynundan yumruqla vurmasını, qolundan tutub silkələməsini və burnundan yumruqla və ya əllə vurmasını, hər hansı bir xəsarət yetirməsini görməmiş, hadisənin həmin hissəsini xatırlamır.X8 arasında mübahisə olmasını görsə də, onu vurmasını xatırlaya bilmir.Həmin mübahisə zamanı evin pəncərə şüşəsi sınsa da, həmin şüşəni kimin sındırmasını görə bilməmişdir.Hadisə vaxtı Şəhlagilin qaldığı otağın kiçik aynabəndin pəncərə şüşəsi çatlamışdır. Qonşulardan, kənar adamlardan hadisəni görən və ya eşidən olmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 bildirmişdir ki, əri Orxan və bir azyaşlı övladı ilə bərabər qayınatası Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, «DSK» yolu, 3-cü döngə ünvanında yerləşən fərdi yaşayış evində qalır.Həmin evin ikinci mərtəbəsində əvvəl qaynı Ələkbərin keçmiş arvadı Şəhla da öz uşağı ilə qalırdı.2021-ci ilin noyabr ayında baldızı Aytəkin də uşağı ilə gəlib onlarla eyni evdə başqa otaqda qalmağa başlamışdır.Şəhlagil 2021-ci ilin səhv etmirsə may ayında boşansalar da, Şəhla onlarla eyni evdə qalmaqda davam edirdi.Ələkbər isə artıq başqa ünvanda qalırdı.Onun Şəhla ilə münasibəti həmişə yaxşı olmuşdur. Hadisədən bir gün qabaq Şəhla uşağını da götürüb başqa qohumugilə getmişdir.Onun həmin günü hansı səbəbə getməsini bilmir.05 dekabr 2021-ci il tarixdə axşam saatlarında Şəhla evə qayıtmışdır.Şəhladan sonra evə keçmiş əri, yəni onun qaynı Ələkbər də gəlmişdir.05 dekabr 2021-ci il tarixdə saat 20:45 radələrində Şəhlanın otağından səs küy eşitdiyinə görə otaqdan çıxıb həmin otağa keçəndə Şəhlanın və Aytəkinin artq dava etməyə başladıqlarını, Aytəkinlə Şəhlanı yerdə uzandıqlarını, Şəhlanın Aytəkinin saçından tutub yolduğunu, Aytəkinin də öz növbəsində əlləri ilə saçından tutan Şəhlanın əllərindən tutub özündən aralamaq istədiyini görmüşdür.Onlar dava edərək yerə yıxılmışlar.Onlardan başqa otaqda heç kimi görməmişdir. Uşağı qızdırlmalı olduğundan daha onları ayıra bilməmiş, lakin sözlə onlardan dava etməmələrini xahiş edib öz otağına geri qayıtmışdır.Ondan sonra dava gedən Şəhlanın otağına qayınatası, qayınanası, əri Orxan, qaynı Ələkbər daxil olduqlarını görməmiş və fikir verməmişdir.Otaqdan çıxdıqdan sonra nə baş verdiyini görməmişdir.Çünki artıq o, öz otağında idi.O, yalnız davanın əvvəllərində Şəhlanın otağına daxil olanda Şəhla ilə Aytəkinin dava etdiyini, onların dava edərək yerə yıxıldıqlarını və Şəhlanı Aytəkinin saçından yolduğunu, Aytəkinin də onun saçından tutan Şəhlanın əllərindən tutub özündən aralamaq istədiyini görmüşdür.Qucağında qızdırmalı, azyaşlı uşağı olduğundan Aytəkinlə Şəhlanı ayıra bilməmişdir.Hadisə bitəndən sonra Şəhla qohumunu və polisi çağırmış, sonra da əşyalarını yığıb birdəfəlik evdən çıxıb getmişdir. Sonradan Aytəkinin deməsindən ona bəlli olmuşdur ki, dava Şəhlanın otağındakı paltar dolabından paltar asmaq üstündə baş vermişdir.Həmin hadisədən sonra bir daha Şəhlanı görməmiş, telefon əlaqəsi belə saxlamamışdır.Özü isə hal-hazırda da qayınatası Bəhramın evində qalmaqda davam edir.O, Aytəkinlə Şəhlanın dava edərək yerə yıxıldıqlarını görmüşdür, belə ki, Şəhla Aytəkinin saçından tutaraq yolurmuş, Aytəkin də əlləri ilə Şəhlanın əllərindən tutub özündən aralamaq istəyirmiş.Həmin dava gedən vaxtı Bəhram evdə birinci mərtəbədə olmuşdur.O otağı tərk edəndən sonra nə baş verdiyini, həmçinin Bəhramın Şəhlanın burnundan yumruqla vurmasını və ya digər xəsarətlər yetirməsini görməmişdir.Hadisə evin içərisində baş vermiş, qonşulardan, kənar adamlardan hadisəni görən və ya eşidən olmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 bildirmişdir ki, Zərərçəkmiş şəxs qardaşı Aslanın övladıdır.Şəhla 2011-ci ildə Şahid1 ilə ailə həyatı qurmuş, bir müddət Naxçıvanda qalsalar da, sonradan Bakı şəhərinə köçüb Ələkbərin atasıgildə, yəni Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, «DSK» yolu, 3-cü döngə ünvanda qalmağa başlamışlar.Bəhram onlar üçün iki mərtəbəli evin ikinci mərtəbəsində bir otaq ayırmışdır.Lakin sonradan Şəhla ilə Ələkbərin aralarında narazılıq olduğundan onlar 2021ci ilin may ayında məhkəmənin qərarı ilə boşanmışlar.Buna baxmayaraq Şəhla Fatimə adlı qızı ilə keçmiş qayınatası Bəhramın evində qalmaqda davam edirdi. Ələkbər isə artıq başqa ünvanda, yəni ata evində qalmırdı.O, Şəhlanın bir əmisi kimi bilirmiş ki, Şəhla Bəhramın evində qalsa da, münasibətləri yaxşı deyildi, müvəqqəti həmin evdə qalırdı.Şəhlanın atası Naxçıvanda qaldığından Bakı şəhərində bir şey lazım olanda əmisi kimi ona müraciət edirmiş.Şəhla ilə Ələkbərin və atasıgilin arasında xırda sözlə narazılıqlar olsa da, 05 dekabr 2021-ci il tarixdə artıq aralarında münaqişə baş vermişdir, Şəhla döyülmüşdür.Beləliklə 05 dekabr 2021-ci il tarixdə axşam saat 21:30 radələrində Şəhla öz mobil telefon nömrəsindən onun mobil telefon nömrəsinə zəng edib ağlayaraq demişdir ki, «əmi Bəhram məni vurubdur, gəl bura özü də tək gəlmə polis gətir, bunlar mənim üstümə cumublar, Bəhram da məni vurub». Yəni Şəhla ona telefonda ağlayaraq bildirmişdir ki, evdə onun üzərinə hucum olunurmuş və Bəhram tərəfindən döyülmüşdür. O, da tez arvadı ilə evdən çıxıb «taksi»yə əyləşərək Şəhlanın qaldığı ünvana yollanmışlar və Şəhla onları görüb yaxınlaşaraq demişdir ki, paltar asmaq üstündə Aytəkinlə mübahisə edəndə Aytəkin onun üstünə hücum edib onun dırnaqlarını zədələmişdir, həmin vaxtı otağa daxil olan Bəhram onun boynundan yumruqla vurmuş, qolundan tutub sıxmış və ardınca da burnundan bərk yumruqla zərbə vurmuşdur.O, şəxsən görmüşdür ki, Şəhlanın burnu yumruq zərbəsindən şişib.Bundan sonra Şəhla ərizə ilə Binəqədi rayon polis idarəsinin 6cı Polis bölməsinə şikayət etmişdir. Polislər gələndə Bəhram onlara bildirmişdir ki, guya Şəhla ona kişi deyilsən dediyinə görə Şəhlanın burnundan yumruqla vurmuşdur.Bundan sonra o, Şəhla və uşağını götürüb evlərinə gətirmişdir.Hazırki vaxta qədər Şəhla uşağı ilə onlarda qalır.O, hadisəni görməsə də Şəhlanın yardım zənginə əsasən həmin günü onlara getmiş və Şəhlanı burnu şişmiş vəziyyətdə görmüşdür.Şəhla şəxsən ona demişdir ki, keçmiş baldızı Aytəkin hadisə zamanı onun üstünə hücum edib barmaqlarından xəsarət yetirmiş, burnundan xəsarəti keçmiş qayınatası Bəhram yetirmişdir, Bəhram boynundan yumruqla vurmuş, qolundan tutub sıxaraq silkələmiş və sonda burnundan yumruqla bərk zərbə vurmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X5” X9 Binəqədi Rayon Şöbəsi tərəfindən verilmiş 08 dekabr 2021-ci il tarixli, 2026 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər- burun sümüklərinin az yerdəyişən sınığı ilə müşayiət olunan burun belinin qançır-şişkinliyi, sağ və sol əlin İV və V barmaqlarının dırnaq yataqlarına qansızmalar bərk küt əşyanın (əşyaların) təsirindən müayindən bir gün əvvələ qədər əmələ gəlmişdirlər və dərəcəsinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə,yəni 05.12.2021-ci il tarixdə insan bədəninin hissələri (əl, yumruq və s.) ilə endirilmiş zərbə nəticəsində və digər şəxsin onu sağ və sol əl barmaqlarını sıxaraq dartması zamanı əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilmələri inandırıcı deyil. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X5” X9 Binəqədi Rayon Şöbəsi tərəfindən verilmiş 17 yanvar 2022-ci il tarixli, 94 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədənində xəsarət və xəsarət izi aşkar olunmadı. İş materiallarında olan cinayət işi üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan cinayət işi üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı yazılı ərizəsinə əsasən məlum olur ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır, ona vurulmuş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsləri, zərərçəkmiş şəxsi, şahidin ifadəsini və müdafiəçinin çıxışını dinləyib, dövlət ittihamçısının mövqeyini nəzərə alaraq, habelə məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətmələri məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri CM-nin 128-ci maddəsilə düzgün tövsif edilmiş və onlar həmin maddə ilə təqsirli bilinməli, habelə, zərərçəkmiş şəxsin barışıq ərizəsini nəzərə alaraq, cinayət təqibinə xitam verilməlidir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslərin əməli CM-nin 128-ci maddəsilə düzgün tövsif edilmiş və onlar həmin maddə ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək zərər çəkmiş şəxslə barışdıqlarına və zərər çəkmiş şəxsin onlardan şikayət və tələbinin olmadığına görə cinayət təqibinə xitam verilməli və onlar cinayət məsuliyyətindən azad edilməlidirlər. Həmçinin, məhkəmə hesab edir ki, cinayət işi üzrə icraata xitam verildiyinə göərə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən CM-nin 128 və CPM-nin 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən (zərərçəkmiş şəxslə barışıq əldə etdiyinə və vurulmuş ziyanı ödədiyinə görə) Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. 2.Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən (zərərçəkmiş şəxslə barışıq əldə etdiyinə və vurulmuş ziyanı ödədiyinə görə) Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-204/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-204/2022
11.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver