Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-204/2025 10.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X2 müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxsin hüquqi varisi X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, bir azyaşlı uşağı olan "xxxx" MMC-də sürücü vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. Təqsirləndirilən şəxs, avtomobili idarə edərkən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur.
2. Belə ki, o, 24 iyun 2024-cü il tarixdə, saat 09 radələrində "xxxx" MMC-nin marşrut xətlərinin idarəedilməsi şöbəsində avtobus sürücücüsü vəzifəsində işləməklə həmin Cəmiyyət tərəfindən verilmiş ********* nömrəli yol vərəqəsi əsasında BD219634 nömrəli “B1,B,C1,C,D1,D” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “BMC” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı avtobusu idarə edərək Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospektindən Səttar Bəhlulzadə küçəsinə dönmə əməliyyatını icra edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin və 75-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda sürücü həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırmağa imkan verməli, sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara yol verməli, avtobusu hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli və yolayrıcında dönərkən hərəkət hissəsini piyada keçidi ilə keçən piyadaya yol verməli olduğu halda, həmin tələblərə riayət etməməklə yol hərəkəti qaydalarını pozmuş, “Fərid palace” adlanan şadlıq sarayının qarşısında yerləşən piyada keçidində yolun sağ tərəfindən sol tərəfinə doğru addımlayaraq hərəkət edən piyada X9 idarə etdiyi avtobusla vuraraq ona ağır dərəcəli hemotravmatik şokla müşayiət olunan çənə sümüyünün sağ şaxəsinin, sağ körpücük sümüyünün, sağ l-ll-lll-İV-V-Vİ və Vİİ qabırğaların orta qoltuq, sol İ-lİ-lll-İV-V qabırğaların orta körpücük və İİ və İV qabırğaların onurğayam xətt üzrə yerdəyişmiş sınıqları, sağ və sol ağciyərin çoxsaylı cırılmaları, kəskin daxili qanitirmə (ikitərəli hemotoraks: sağ plevra boşluğunda 700-800 ml, sol plevra boşluğunda 500-600 ml qan) ilə müşayiət olunan döş qəfəsinin qapalı küt travması, sağ qalça və qasıq sümüklərinin, sağ bud sümüyünün yuxarı 1/3-nin qəlpəli sınıqları, sağ bazu oynağı nahiyəsinin və sağ baldırın arxa yan səthinin geniş ölçülü əzilmiş yaraları, sifətin, gövdənin və ətrafların çoxsaylı geniş ölçülü sıyrıqları xəsarətləri ilə müşayiət edilən dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vuran bədən xəsarətləri yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X6 həmin tarixdə, saat 10:16-da müalicə aldığı “X21” publik hüquqi şəxsdə ölümünə səbəb olmuşdur.
3. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkən qabaq qapı ilə orta qapı arasında avtobusa çırpılmışdır. Böyük avtobuslarda o nöqtə kor nöqtə adlanır ki, bunu da bütün sürücülər bilir. O hissəni güzgüdə görməsi qeyrimümkündür. O, hadisədən dərhal sonra maşından düşdüyünü sonradan adını bildiyi mərhum X12 yaxınlaşdığını, dərhal "xxxx" MMC-yə məlumat verdiyini, onların da “polisə xəbər ver və maşını bura gətir” dedikdən sonra polisə xəbər verib, başqa bir taxı ilə mərhumu və bacısını xəstəxanaya yola saldığını, valideynlərinə hadisəni danışıb, Semaşko xəstəxanasına getməsini, özü isə maşını təhvil vermək üçün getdiyini bildirmişdir. Mərhumun yaxınları ilə özünün yox valideynlərinin əlaqə saxladığını, lakin barışıq əldə edilmədiyini bildirən, Təqsirləndirilən şəxs ifadəsinin sonunda o, bir insanın ölümünə görə peşmanlıq hissi keçirdiyini və özünü təqsirləndirdiyini, amma əmələ münasibətdə özünü təqsirli hesab etmədiyini bildirirək, əlavə etmişdir ki, özünü o vaxt təqsirli hesab edərdi ki, zərərçəkəni maşının ön hissəsindən vurardı, zərərçəkəni görüb və onu vurmağa cəhd edərdi. O əməlində qəsdin olmadığını bildirərək, məhkəmədən atasının ikinci qrup əlil olduğunu, himayəsində bir azyaşlı övladının olduğunu, ailənin tək qazanc gətirən şəxs olduğunu nəzərə alaraq, ona az cəza verilməsini istəmişdir.
4. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır.
5. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində göstərmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ölmüş X10 anası olmuşdur. Hadisə baş verən gün yəni, xx.xx.2024-cü il tarixdə saat 08:00-da övladlarını Tennis Akademiyasının yaxınlığında basketbala göndərdiyini, övladlarının həmişə “199” nömrəli avtobusla getdiyini bildirdi. Taksi ilə problemlər olur deyə son zamanlar onları avtobusla göndərirdi. Onlar hər gün eyni yolu Ayna Sultanovada düşərək piyada gedirdilər. O, özünün qayda-qanunlara ciddi riayət etdiyini, övladlarına da piyada keçidi olmayan yerdən keçməməlirini müntəzəm olaraq tapşırdığını, hadisə baş verən günü də uşaqlarının piyada keçidindən keçdiklərini lakin bu faciənin baş verdiyini bildirmişdir. Hadisə baş verən günü saat doqquza qalmış uşaqlarının avtobusdan düşdüyünü və qızlarından biri Leylanı maşın vuraraq, maşının altında qaldığını bildirən hüquqi varis, onu da ifadəsinə əlavə edir ki, o biri qızı da ehtiyatlı tərpənməsə idi, o da həmin maşının altında qala bilərdi. Hüquqi varis bildirir ki, bir neçə dəqiqə övladı yardım səsləyir, axırda yoldan keçən bir taksi dayanır və onun övladını xəstəxanaya, “İstanbul NS” klinikasına aparırlar. Onun artıq orada olan zaman hadisədən xəbəri olmuşdur. “İstanbul NS” klinikasında isə onlara bildirmişlər ki, lazımi ləvazimatları yoxdur və qızımı təcili 1 saylı xəstəxanaya köçürməlidirlər. 1 saylı xəstəxanada isə bir qədər keçdikdən sonra müstəntiqin gəldiyini və artıq övladının vəfat etdiyini bildirdiklərini qeyd edən zərərçəkmişin hüquqi varisi, Təqsirləndirilən şəxs şikayətçi olduğunu, onun piyada keçidi üzərində dayanan piyadaya yol verməyərək, insanların həyatını heçə saydığını və nəticədə də belə faciələrə səbəb olduğunu bildirərək, aralarında barışıq əldə edilmədiyini əlavə etmişdir.
6. Məhkəmə baxışı zamanı qanuni nümayəndənin iştirakı ilə dindirilmiş Şahid1 bildirmişdir ki, səhər saat 8-də bacısı ilə birgə evdən çıxmış və avtobus gözləmişlər. Avtobusa minən zaman kartları işləməmiş, bu zaman bacısı Leylaya demişdir ki, evə gedib analarından pul götürüb gəlsinlər. Leyla da pulu gətirib qayıtmışdır. Sonra onlar avtobusa minmiş, avtobusdan düşdükdə saat təqribi 09:41 olardı bacısına demişdir ki, dərsə neçə dəqiqəyə çatarıq və o da bildirmişdir ki, yəqin 10 dəqiqəyə çatarıq. Maşınlar üçün qırmızı, piyadalar üçün yaşıl işıq yanmış və onlar birgə yolu keçməyə başlamışlar ki, avtobus biraz dib hissədən sürətlə dönmüş, bu zaman o bacısını geri tələmək istəmiş, lakin bacarmamışdır. İfadəsində onu da bildirmişdir ki, bacısı ondan bir addım irəlidə olmuşdur. Kömək istəmiş, bir ağ köynəkli adam və sürücü ona kömək eləmişdir. Onlar birgə Leylanı avtomobilə qoymuş və “İstanbul NS” klinikasına aparmışlar. Hadisə yerində olduqda çoxlu adamlar toplaşdığını, özündə olmadığını, anası ilə əlaqə yaratmaq istəsə də, əlaqə yarada bilmədiyini deyən Şahid1, onu da əlavə etdi ki, klinikada olan zaman ona deyiblər ki, ananı çağırmalısan, çünki o olmadan heç nə edə bilmərik. Bu zaman onlara kömək edən sürücü ilə evə anasına xəbər verməyə getmiş və daha sonra anası ilə birlikdə “İstanbul NS” klinikasına gəlmişlər.
7. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 bildirmişdir ki, səhər saatlar idi. O, Gənclik istiqamətindən gəlirmiş, hadisə yerinə çatanda artıq hadisə baş vermişdi. Uşağı kənarda uzatmış və heç kim kömək göstərməmişdir. Bacısı onu qucaqlayıb ağlayırdı. Bir nəfər yaxınlaşdı və uşağın nəbzini yoxladı. Daha sonra ən yaxın xəstəxana “İstanbul NS” klinikası olduğu üçün uşağı oraya aparmaq qərarına gəldik. Anasıyla əlaqə yaratmağa çalışsaq da, zənglərə cavab vermədi. Bu zaman o, mərhumun bacısını da götürüb anasına xəbər üçün evlərinə aparmış, yolda isə Zəhraya tapşırmışdır ki, anasını qorxutmasın. Ona görə də, ilk əvvəl yalandan mərhumun sadəcə ayağından zədə aldığını bildirmişdir. Orda olduqları zaman anasının uşağını “Ege Hospital”a aparmaq istədiyini, lakin icazə vermədiklərini bildirdi.
8. Məhkəmə iclasına şahid qismində çağırılmış ekspert X13 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, travmanın xarakteri elə idi ki, hadisə olan anda belə mərhumu cərrahi stola qoyub əməliyyat etsəydilər onun həyatını xilas etmək mümkün olmayacaqdı. Çünki xəsarətlər çox ağır dərəcəli və çox ağır travmalar var idi. Belə ki, mərhumun hər iki tərəfində qabırğalar, sağ tərəfdə körpücük sümüyü sınmışdı. Sağ tərəfdə 1 və 7-ci qabırğayadək sınıqlar orta qoltuq xətti üzrə idi, sol tərəfdə 1 və 5-ci qabırğalar orta körpücük xəttin üzrə idi. Eyni zamanda sol tərəfdə 2 və 4-cü qabırğalar arxadan onurğa xətti üzrə idi.
9. Məhkəmə iclasına şahid qismində çağırılmış ekspert X14 verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə keçən il baş verdiyindən dəqiq xatırlamır. Yadına gəlir ki, bir cavan oğlanın qucağında 12-13 yaşında qız uşağı klinikaya gətirilmiş, bu zaman mərhumun huşu olmamış, aqonal vəziyyətdə olmuşdur. Cəfərov İlqar ona verilən suallara cavab olaraq yaralının xəstəxanaya gətirilməsi saatının təqribən 08:40 olduğunu, müayinə zamanı nəbzinin vurmadığını və arterial təzyiqinin ölçülmədiyini bildirmişdir. Mərhumun durumu isə çox ağır olmuş və onun həyatını xilas etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
10. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə CM-in 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir.
11. Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan, ona əlavə edilmiş sxemdən və fotoşəkillərdən görünür ki, yol-nəqliyat hadisəsi 24 iyun 2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti ilə S.Bəhlulzadə küçəsinin kəsişməsində “Fərid palace” şadlıq sarayının qarşısında yerləşən piyada keçidində baş vermişdir.
12. BD 219634 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə verilmiş B1, B, C1, C, D1, D kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2034-cü il tarixədək etibarlıdır.
13. xx.xx.2024-cü il tarixli, 2/34132 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs sərxoşluğun məyyən edilməsi məqsədi ilə 24 iyun 2024-cü il tarixdə aparılmış tibbi müayinə zamanı onda sərxoşluq əlamətləri aşkar edilməmişdir.
14. Avtomobilə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 24 iyun 2024-cü il tarixdə baş vermiş yolnəqliyyatı hadisəsi ilə bağlı "xxxx" MMC-yə məxsus "BMC" markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, qeyd olunan nəqliyyat vasitəsində heç bir zədə aşkar edilməmiş və bu barədə fotocədvəl tərtib edilmişdir.
15. DVD diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan və iş materiallarına əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, "xxxx" MMC-yə məxsus "BMC" markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı 33 saylı sərnişin xətt avtobusunun Binəqədi rayonu, Atatürk prospekti istiqamətindən S.Bəhlulzadə küçəsi ilə kəsişmə nöqtəsi istiqamətində hərəkət etməsi, həmin istiqamətdə yol ayrıcında ilk öncə işıqforun qırmızı, yəni qadağanedici işığının yanması müşahidə olunur. Görüntününün davamında saat 09:14:41-də "xxxx" MMC-yə məxsus “BMC” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı 733 saylı sərnişin xətt avtobusunun hərəkətə başlayaraq qeyd olunan küçələrinin kesişməsində yerləşən piyada keçidinə daxil olması və saat 09:14:48-da "xxxx" MMC-yə məxsus “BMC” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı 33 saylı sərnişin xətt avtobusdan əvvəl mərhumə X15 və onun arxasınca gələn X8 piyada keçidinə daxil olaraq yolu keçməsi, bu zaman "xxxx" MMC-yə mexsus “BMC” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı 33 saylı sərnişin xett avtobusunun sürücüsünün piyadaya yol vermədən hərəkətinə davam etməsi və mərhumə Leyla Qurbanlını vurmaqla yerə yıxaraq avtobusun sağ arxa təkərinin azyaşlı Leyla Qurbanlının üzərindən keçməsi, daha sonra isə həmin avtobusun hərəkəti dayandıraraq orada olan sərnişin və sürücünün avtobusdan yerə düşməsi, “Opel” markalı avtomobilin də hadisə yerinə gəlmesi, sürücü və digər şəxslərin köməkliyi ilə Leyla Qurbanlını “Opel” markalı avtomobilə yerləşdirərək qeyd olunan avtomobilin hadisə yerindən uzaqlaşması müşahidə olunmuşdur.
16. DVD diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan və iş materiallarına əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Baxış zamanı 01 ədəd DVD formatlı disk açıldıqda “CH01-20240624-085100-085959”, “CH02-20240624-085100- 085959”, “CH03-20240624-085100-085959”, “CH04-20240624-085100-085959”, “CH05- 20240624-085100-085959”, “CH06-20240624-085100-085959”, “CH08-20240624- 085100-085959” və “CH09-20240624-085100-085959” adlı videofayllar aşkar olundu. Həmin 1 ədəd “CH01-20240624-085100-085959” adlı videofayl açıldıqda 24 iyun 2024- cü il tarixdə saat 08:51:00-dan saat 08:59:59-a kimi "xxxx" MMC-yə məxsus “BMC” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı 33 saylı sərnişin xətt avtobusun ön hissəsinə quraşdırılmış kamera vasitəsilə qeydə alınmış görüntüsü əks olunmuşdur. Həmin videofayla baxış keçirilən zaman "xxxx" MMC-yə məxsus “BMC” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı 33 saylı sərnişin xətt avtobusunun Binəqədi rayonu, Atatürk prospekti istiqamətindən S.Bəhlulzadə küçəsi ilə kəsişmə nöqtəsi istiqamətində hərəkət etməsi müşahidə olunur. Görüntününü davamına baxdıqda saat 08:52:12-də "xxxx" MMC-yə məxsus "BMC” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı 33 saylı sərnişin xətt avtobusunun qeyd olunan küçələrin kəsişməsinə daxil olaraq Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi istqamətinə dönərək saatda 13 km sürətlə piyada keçidinə daxil olması və həmin zaman "xxxx" MMC-yə məxsus “BMC” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı 33 saylı sərnişin xətt avtobusdan əvvəl mərhumə X15 və onun arxasıyca gələn Şahid1 piyada keçidinə daxil olaraq yolu keçməsi, bu zaman "xxxx" MMC-yə məxsus "BMC” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı 33 saylı sərnişin xətt avtobusun sürücüsünün piyadaya yol vermədən hərəkətinə davam etməsi və mərhumə Leyla Qurbanlını vurmaqla yerə yıxaraq avtobusun sağ arxa təkəri azyaşlı Leyla Qurbanlının üzərindən keçməsi, daha sonra isə həmin avtobusun hərəkət dayandıraraq orada olan sərnişin və sürücünün avtobusdan yerə düşməsi müşahidə olunmuşdur. İkinci 1 ədəd “CH02-20240624-085100-085959” adlı videofayl açıldıqda 24 iyun 2024-cü il tarixdə saat 08:51:00-dan saat 08:59:59-a kimi "xxxx" MMC-yə məxsus “BMC” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı 33 saylı sərnişin xətt avtobusun daxilində sürücü tərəfdən quraşdırılmış kamera vasitəsilə qeydə alınmış görüntüsü əks olunmuşdur. Həmin videofayla baxış keçirilən zaman "xxxx" MMC-yə məxsus “BMC” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı 33 saylı sərnişin xətt avtobusunun sürücüsü Təqsirləndirilən şəxs və sərnişin əks olunmaqla sürücünün Binəqədi rayonu, Atatürk prospekti istiqamətindən S.Bəhlulzadə küçəsi ilə kəsişmə nöqtəsi istiqamətində hərəkət etməsi müşahidə olunur. Görüntününü davamına baxdıqda saat 08:52:12-də "xxxx" MMC-yə məxsus “BMC” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı 33 saylı sərnişin xətt avtobusunun qeyd olunan küçələrin kəsişməsinə daxil olaraq Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi istqamətinə dönərək saatda 13 km sürətlə piyada keçidinə daxil olması və həmin zaman "xxxx" MMC-yə məxsus “BMC” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı 33 saylı sərnişin xətt avtobusdan əvvəl mərhumə X15 və onun arxasıyca gələn Şahid1 piyada keçidinə daxil olaraq yolu keçməsi, bu zaman "xxxx" MMC-yə məxsus “BMC" markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı 33 saylı sərnişin xətt avtobusun sürücüsünün piyadaya yol vermədən hərəkətinə davam etməsi və mərhumə Leyla Qurbanlını vurmaqla yerə yıxaraq avtobusun sağ arxa təkəri azyaşlı Leyla Qurbanlının üzərindən keçməsi, daha sonra isə həmin avtobusun hərəkət dayandıraraq orada olan sərnişin və sürücünün avtobusdan yerə düşməsi müşahidə olunmuşdur. Üçüncü, 1 ədəd “CH03-20240624-085100-085959” adlı videofayl açıldıqda 24 iyun 2024- cü il tarixdə saat 08:51:00-dan saat 08:59:59-a kimi "xxxx" MMCyə məxsus “BMC” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı 33 saylı sərnişin xətt avtobusun daxilində salon hissəsində quraşdırılmış kamera vasitəsilə qeydə alınmış görüntüsü əks olunmuşdur. Həmin videofayla baxış keçirilən zaman "xxxx" MMC-yə məxsus “BMC” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı 33 saylı sərnişin xətt avtobusunun sürücüsü Təqsirləndirilən şəxs və sərnişin əks olunmaqla sürücünün Binəqədi rayonu, Atatürk prospekti istiqamətindən S.Bəhlulzadə küçəsi ilə kəsişmə nöqtəsi istiqamətində hərəkət etməsi müşahidə olunur. Görüntününü davamına baxdıqda saat 08:52:12-də "xxxx" MMC-yə məxsus "BMC” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı 33 saylı sərnişin xətt avtobusunun qeyd olunan küçələrin kəsişməsinə daxil olaraq Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi istqamətinə dönərək saatda 13 km sürətlə piyada keçidinə daxil olması və həmin zaman "xxxx" MMC-yə məxsus “BMC” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı 33 saylı sərnişin xətt avtobusdan əvvəl mərhumə X15 və onun arxasıyca gələn Şahid1 piyada keçidinə daxil olaraq yolu keçməsi, bu zaman "xxxx" MMC-yə məxsus “BMC” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı 33 saylı sərnişin xətt avtobusun sürücüsünün piyadaya yol vermədən hərəkətinə davam etməsi və mərhumə Leyla Qurbanlını vurmaqla yerə yıxaraq avtobusun sağ arxa təkəri azyaşlı Leyla Qurbanlının üzərindən keçməsi, daha sonra isə həmin avtobusun hərəkət dayandıraraq orada olan sərnişinlər və sürücünün avtobusdan yerə düşməsi müşahidə olunmuşdur. Dördüncü 1 ədəd “CH04-20240624-085100-085959” adlı videofayl açıldıqda 24 iyun 2024-cü il tarixdə saat 08:51:00-dan saat 08:59:59-a kimi "xxxx" MMC-yə məxsus “BMC” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı 33 saylı sərnişin xətt avtobusun daxilində salon hissəsində quraşdırılmış kamera vasitəsilə qeydə alınmış görüntüsü əks olunmuşdur. Həmin videofayla baxış keçirilən zaman "xxxx" MMC-yə məxsus “BMC” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı 33 saylı sərnişin xətt avtobusunun sürücüsü Təqsirləndirilən şəxs Cama! oğlu və sərnişin əks olunmaqla sürücünün Binəqədi rayonu, Atatürk prospekti istiqamətindən S.Bəhlulzadə küçəsi ilə kəsişmə nöqtəsi istiqamətində hərəkət etməsi müşahidə olunur. Görüntününü davamına baxdıqda saat 08:52:12-də "xxxx" MMC-yə məxsus “BMC” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı 33 saylı sərnişin xətt avtobusunun qeyd olunan küçələrin kəsişməsinə daxil olaraq Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi istqamətinə dönərək saatda 13 km sürətlə piyada keçidinə daxil olması və həmin zaman "xxxx" MMC-yə məxsus “BMC” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı 33 saylı sərnişin xətt avtobusdan əvvəl mərhumə X15 və onun arxasıyca gələn Şahid1 piyada keçidinə daxil olaraq yolu keçməsi, bu zaman "xxxx" MMC-yə məxsus “BMC” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı 33 saylı sərnişin xətt avtobusun sürücüsünün piyadaya yol vermədən hərəkətinə davam etməsi və mərhumə Leyla Qurbanlını vurmaqla yerə yıxaraq avtobusun sağ arxa təkəri azyaşlı Leyla Qurbanlının üzərindən keçməsi, daha sonra isə həmin avtobusun hərəkət dayandıraraq orada olan sərnişinlər və sürücünün avtobusdan yerə düşməsi müşahidə olunmuşdur. Beşinci 1 ədəd “CH05-20240624-085100-085959” adlı videofayl açıldıqda 24 iyun 2024- cü il tarixdə saat 08:51:00-dan saat 08:59:59-a kimi "xxxx" MMC-yə məxsus “BMC” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı 33 saylı sərnişin xətt avtobusun daxilində salon hissəsində quraşdırılmış kamera vasitəsilə qeydə alınmış görüntüsü əks olunmuşdur. Həmin videofayla baxış keçirilən zaman "xxxx" MMC-yə məxsus “BMC” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı 33 saylı sərnişin xətt avtobusunun sürücüsü Təqsirləndirilən şəxs və sərnişin əks olunmaqla sürücünün Binəqədi rayonu, Atatürk prospekti istiqamətindən S.Bəhlulzadə küçəsi ilə kəsişmə nöqtəsi istiqamətində hərəkət etməsi müşahidə olunur. Görüntününü davamına baxdıqda saat 08:52:12-də "xxxx" MMC-yə məxsus "BMC” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı 33 saylı sərnişin xətt avtobusunun qeyd olunan küçələrin kəsişməsinə daxil olaraq Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi istqamətinə dönərək saatda 13 km sürətlə piyada keçidinə daxil olması və həmin zaman "xxxx" MMC-yə məxsus “BMC” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı 33 saylı sərnişin xətt avtobusdan əvvəl mərhumə X15 və onun arxasıyca gələn Şahid1 piyada keçidinə daxil olaraq yolu keçməsi, bu zaman "xxxx" MMC-yə məxsus “BMC” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı 33 saylı sərnişin xətt avtobusun sürücüsünün piyadaya yol vermədən hərəkətinə davam etməsi və mərhumə Leyla Qurbanlını vurmaqla yerə yıxaraq avtobusun sağ arxa təkəri azyaşlı Leyla Qurbanlının üzərindən keçməsi, daha sonra isə həmin avtobusun hərəkət dayandıraraq orada olan sərnişinlər və sürücünün avtobusdan yerə düşməsi müşahidə olunmuşdur. Altıncı 1 ədəd “CH06-20240624-085100-085959” adlı videofayl açıldıqda 24 iyun 2024- cü il tarixdə saat 08:51:00-dan saat 08:59:59-a kimi “BakuBus MMC-yə məxsus “BMC” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı 33 saylı sərnişin xətt avtobusun daxilində salon hissəsində quraşdırılmış kamera vasitəsilə qeydə alınmış görüntüsü əks olunmuşdur. Həmin videofayla baxış keçirilən zaman "xxxx" MMC-yə məxsus “BMC” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı 33 saylı sərnişin xətt avtobusunun sürücüsü Təqsirləndirilən şəxs və sərnişin əks olunmaqla sürücünün Binəqədi rayonu, Atatürk prospekti istiqamətindən S.Bəhlulzadə küçəsi ilə kəsişmə nöqtəsi istiqamətində hərəkət etməsi müşahidə olunur. Görüntününü davamına baxdıqda saat 08:52:12-də "xxxx" MMC-yə məxsus “BMC” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı 33 saylı sərnişin xətt avtobusunun qeyd olunan küçələrin kəsişməsinə daxil olaraq Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi istqamətinə dönərək saatda 13 km sürətlə piyada keçidinə daxil olması və həmin zaman "xxxx" MMC-yə məxsus “BMC” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı 33 saylı sərnişin xətt avtobusdan əvvəl mərhumə X15 və onun arxasıyca gələn Şahid1 piyada keçidinə daxil olaraq yolu keçməsi, bu zaman "xxxx" MMC-yə məxsus “BMC” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı 33 saylı sərnişin xətt avtobusun sürücüsünün piyadaya yol vermədən hərəkətinə davam etməsi və mərhumə Leyla Qurbanlını vurmaqla yerə yıxaraq avtobusun sağ arxa təkəri azyaşlı Leyla Qurbanlının üzərindən keçməsi, daha sonra isə həmin avtobusun hərəkət dayandıraraq orada olan sərnişinlər və sürücünün avtobusdan yerə düşməsi müşahidə olunmuşdur. Yeddinci 1 ədəd “CH06-20240624-085100-085959” adlı videofayl açıldıqda 24 iyun 2024-cü il tarixdə saat 08:51:00-dan saat 08:59:59-a kimi "xxxx" MMC-yə məxsus “BMC” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı 33 saylı sərnişin xətt avtobusun xarici hissəsində quraşdırılmış kamera vasitəsilə qeydə alınmış görüntüsü əks olunmuşdur. Həmin videofayla baxış keçirilən zaman "xxxx" MMC-yə məxsus “BMC” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı 33 saylı sərnişin xətt avtobusunun sürücüsü Təqsirləndirilən şəxs və sərnişin əks olunmaqla sürücünün Binəqədi rayonu, Atatürk prospekti istiqamətindən S.Bəhlulzadə küçəsi ilə kəsişmə nöqtəsi istiqamətində hərəkət etməsi müşahidə olunur. Görüntününü davamına baxdıqda saat 08:52:12-də "xxxx" MMC-yə məxsus “BMC” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı 33 saylı sərnişin xətt avtobusunun qeyd olunan küçələrin kəsişməsinə daxil olaraq Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi istqamətinə dönərək saatda 13 km sürətlə piyada keçidinə daxil olması və həmin zaman "xxxx" MMC-yə məxsus “BMC” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı 33 saylı sərnişin xətt avtobusdan əvvəl mərhumə X15 və onun arxasıyca gələn Şahid1 piyada keçidinə daxil olaraq yolu keçməsi, bu zaman "xxxx" MMC-yə məxsus “BMC” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı 33 saylı sərnişin xətt avtobusun sürücüsünün piyadaya yol vermədən hərəkətinə davam etməsi və mərhumə Leyla Qurbanlını vurmaqla yerə yıxaraq avtobusun sağ arxa təkəri azyaşlı Leyla Qurbanlının üzərindən keçməsi, daha sonra isə həmin avtobusun hərəkət dayandıraraq orada olan sərnişinlər və sürücünün avtobusdan yerə düşməsi müşahidə olunmuşdur. Səkkizinci 1 ədəd “CH06-20240624-085100-085959” adlı videofayl açıldıqda 24 iyun 2024-cü il tarixdə saat 08:51:00-dan saat 08:59:59-a kimi "xxxx" MMCyə məxsus “BMC” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı 33 saylı sərnişin xətt avtobusun arxa hissəsində quraşdırılmış kamera vasitəsilə qeydə alınmış görüntüsü əks olunmuşdur. Həmin videofayla baxış keçirilən zaman bir sıra nəqliyyat vasitələrinin əks olunduğu müşahidə olunur.
17. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11” X25 xx.xx.2024-cü il tarixli, 122 nömrəli rəyindən görünür ki, X1 bədəni üzərində aşkar edilmiş xəsarətlər - ağır dərəcəli hemotravmatik şokla müşayiət olunan çənə sümüyünün sağ şaxəsinin, sağ körpücük sümüyünün, sağ l-ll-lll-İV-V-Vİ və Vİİ qabırğaların orta qoltuq, sol l-ll-lll-İV-V qabırğaların orta körpücük və İİ və İV qabırğaların onurğayanı xətt üzrə yerdəyişmiş sınıqları, sağ və sol ağciyərin çoxsaylı cırılmaları, kəskin daxili qanitirmə (ikitərəfli hemotoraks: sağ plevra boşluğunda 700-800 ml, sol plevra boşluğunda 500-600 ml qan) ilə müşayiət olunan döş qəfəsinin qapalı küt travması, sağ qalça və qasıq sümüklərinin, sağ bud sümüyünün yuxarı 1/3-nin qəlpəli sınıqları, sağ bazu oynağı nahiyəsinin və sağ baldırın arxa-yan səthinin geniş ölçülü əzilmiş yaraları, sifətin, gövdənin və ətrafların çoxsaylı geniş ölçülü sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətə və şəraitdə, yəni 24 iyun 2024cü il tarixli avtomobil travması, o cümlədən piyadanın hərəkətdə olan avtomaşının (avtobusun) qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR əlamətlərinə malikdirlər, zərərvurmanın əlamətlərinə malikdirlər. X1 ölümünə səbəb yuxarıda göstərilmiş travma kompleksi nəticəsində inkişaf etmiş ağır dərəcəli hemotravmatik şok olmuşdur. Tibbi sənəddəki məlumatlara əsasən demək olur ki, L.R.Qurbanlı 24 iyun 2024-cü il tarixdə saat 10:16-da "X21” PHŞ-də ölmüşdür, bu da ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi ilə təsdiq edilir. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və şalisilatlar aşkar edilmədi.
18. AZ-İİ 438735 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.2024-cü il tarixdə travmatik şok səbəbindən ölmüşdür.
19. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X29 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə (xx.xx.2034-cü il tarixədək etibarlı olan) BD 219634 nömrəli “BCD” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır.
20. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 8/2093-4/1167 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş videoyazılara görə "BMC" markalı, **-JA- *** dövlət qeydiyyat avtobusun sürəti piyadanın vurulması anında 13 km/saat olmuşdur. Avtobus piyada zolağının üstündən toqquşma yerinə qədər olan 3 metr məsafəni t = 0,83 san müddətində qət etmişdir. 2,3. İstintaq tərəfindən tədqim olunmuş məlumatlara əsasön BMC markalı 77JA946 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin və 75-ci maddəsinin 1-ci hissəsinin uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.
21. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur.
22. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.
23. İfadənin yerində yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkilərdən görünür ki, 24 iyun 2024-cü il tarixdə saat 09 radələrində Təqsirləndirilən şəxs yol vərəqəsi əsasında idarə etdiyi "xxxx" MMC-nə məxsus “BMC” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı 33 saylı sərnişin xətt avtobusu ilə Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti ilə S.Bəhlulzadə küçəsinin kəsişməsində yerləşən “Fərid Palace” şadlıq evinin qarşısındakı yerüstü piyada keçdində yolun sağ hissəsindən sol hissəsinə keçən piyada xx.xx.2011-ci il təvəllüdlü X9 vurduğunu deyərək ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir.
24. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.
25. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi və yol-nəqliyyat hadisəsini törətdiyi “BMC” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün "xxxx" MMC-yə təhvil verilmişdir. Həmçinin yol-nəqliyyat hadisəsini əks etdirən videogörüntülərin köçürüldüyü 2 (iki) ədəd DVD disk iş materiallarında maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir.
26. AA5584924 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü Məmməd-zadə Duyğu Toğrul qızı adlı bir azyaşlı uşağı vardır. Tətbiq edilən hüquq, məhkəmənin əsaslandırması və mövqeyi:
27. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
28. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.
29. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutların axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanunamüvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur.
30. Beləliklə, məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin iş materiallarında olan və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş digər sübutlarla təsdiq edilmişdir.
31. Həmçinin məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilməsinə dair verdiyi ifadəsinə hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, təqsirləndirilən şəxsin ifadələrini, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs tərəfindən elan edilmiş ittiham üzrə cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir.
32. Məhkəmə Təqsirləndirilən şəxs öz əməlinə olan münasibətdə qəsdinin olmaması fikrinə münasibətdə isə qeyd etmək istəyir ki, CM-in hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər fəslində nəzərdə tutulan əməllər subyektiv cəhətdən ehtiyatsızlıqla törədilir. Şəxs öz əməlinin ictimai təhlükəli olduğunu dərk edir, lakin kifayət qədər əsas olmadan onun qarşısını alacağını düşünür, yaxud ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu hallarda onları görmür.
33. Yol hərəkətinin təhlükəsizliyi yol hərəkəti iştirakçılarının və cəmiyyətin yolnəqliyyat hadisələrindən və onların nəticələrindən müdafiə olunma dərəcəsini göstərən yol hərəkəti vəziyyətidir. Yol hərəkəti qaydalarının pozulması dedikdə sürücü tərəfindən “Yol hərəkəti haqqında” Qanunla onun üçün müəyyən olunan vəzifələrə, habelə yol hərəkətinin müxtəlif qaydalarına riayət edilməməsi və ya lazımınca riayət edilməməsi başa düşülür.
34. Məhkəmə qeyd etmək istəyir ki, şərh olunan cinayət maddi tərkibli olduğu üçün CM-in 263.2-ci maddəsində sadalanan ictimai təhlükəli nəticə baş verdiyi andan başa çatmış hesab edilir.
35. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 13 noyabr 2013-cü il tarixli Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəməyol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
36. İstintaq materiallarında olan məhkəmə-tibbi ekpertizasının qərarı əsasında Səhiyyə Nazirliyi MTE və PA Birliyinin Binəqədi Rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli 122 nömrəli rəyində göstərilmişdir ki, 2010-cu il təvəllüdlü X1 meyitinin məhkəmə-tibbi ekspertizasına, adına tərtib edilmiş arayış və aktda qeyd olunanlara və aparılmış əlavə laborator tədqiqatların nəticələrinə əsasən şəxsin həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurma xx.xx.2024-cü il tarixli avtomobil travması, o cümlədən piyadanın hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilər. Bundan başqa məhkəmə yol nəqliyyat hadisələri və videotexniki ekspertizasının xx.xx.2024-cü il tarixli 8/2093-4/1167 nömrəli rəyində göstərilmişdir ki, “BMC” markalı **- JA-*** dövlət qeydiyyat nişanlı avtobusun sürəti piyadanın vurulması anında 13 km/ saat olmuş, bu isə avtobusun piyada zolağının üstündən toqquşma yerinədək 3 metr məsafəni t=0.83 san müddətində qət etmişdir. Bu isə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadə ilə ziddiyyət təşkil edir, belə ki, o hadisənin qarşısını almağa imkanın olmadığını, onun yerinə istənilən sürücü olsa da bu hadisənin qarşısını almaq imkanının olmayacağı fikrinin tam əksini sübut edir. Belə ki, eyni ekspertiza rəyində ekspert sonda belə bir nəticəyə gəlmişdir ki, “BMC” markalı **-JA-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin və 75-ci maddəsinin 1-ci hissəsinin uyğunsuzluğu olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.
37. Eyni qərarın 1-ci bəndində göstərilmişdir ki, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. İstintaq materiallarına 8 ədəd müxtəlif istiqamətdən əldə edilmiş videoyazı əlavə edilmişdir. CH-08, CH-09, CH- 06, CH-05, CH-04, CH-03 və CH-02 adlı videoyazıların 01:14-cü dəqiqəsindən tam və yadın görmək olur ki, mərhum X15, bacısı Şahid1 ilə piyada keçidində sayca 4-cü zolağın üzərində olmuş (bacısından bir qədər irəlidə olmaqla) “BMC” markalı **-JA-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs isə ehtiyatsızlıq göstərərək onu görməli olduğu halda görməmişdir.
38. “Yol hərəkəti haqqında” Qanunun 1.10-cu maddəsinə görə piyada keçidi dedikdə yolun hərəkət hissəsində piyadaların yolu keçməsi üçün nəzərdə tutulan sahə, yaxud mühəndis qurğusu başa düşülür. Eyni Qanunun 54.1-ci maddəsinə görə nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar. Lakin videomateriallardan aydın görünür ki, sürücü bu qaydaları pozmuş, köməkçi yoldan əsas yola keçən zaman əsas yolda piyadalar üçün yaşıl işıq yansa da nizamlayıcı işığa uyğun piyadaların keçməsi üçün şərait yaratmaqla dayanmalı olduğu halda ehtiyatsızlıq edərək yolu 13 km/saatla keçmiş və nəticədə piyada keçidi üzərində (4-cü zolağın üstündə) hərəkətdə olan piyada X9 vurmuşdur.
39. “Yol hərəkəti haqqında” Qanunun 76-ci maddəsinə görə 5.53 nişanı tətbiq edilməklə daimi sağa dönməyə icazə verilmiş yolayrıcında sağa dönən sürücü digər istiqamətlərdən gələn nəqliyyat vasitələrinə, habelə dönməyə başladığı və dönəcəyi yolların hərəkət hissələrini keçməkdə olan və hərəkətinə icazə verilmiş piyadalara yol verməlidir.
40. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir.
41. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 263.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur.
42. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
43. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər.
44. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.
45. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür.
46. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
47. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
48. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.
49. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır.
50. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir.
51. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmamasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.
52. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.2-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.
53. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
54. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır.
55. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumi yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir.
56. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə əsas cəzası təyin etməklə yanaşı, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza əlavə cəzasını da təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür.
57. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir.
58. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
59. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 10 fevral 2025-ci il tarixdən hesablanmalıdır.
60. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 155.3.3-cü maddəsinə əsasən həbs qətimkan tədbiri əvvəllər seçilmiş digər qətimkan tədbirinin şərtlərini pozmuş şəxsə və ya hökmün icrasını təmin etmək məqsədilə, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş şəxsə tətbiq oluna bilər.
61. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Habelə, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır.
62. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır.
63. Məhkəmə, CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “BMC” markalı **-JA-*** dövlət qeydiyyat nişanlı avtobusun saxlanılması üçün sahiblərinə qaytarıması nəzərə alınmalı və iş üzrə sübut kimi tanınmış 2 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır.
64. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 200 (iki yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır.
65. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 40 (qırx) saat vaxt sərf etmişdir.
66. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.
67. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir.
68. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir.
69. CPM-in 38.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədilə tədbirlər görməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur.
70. CPM-in 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi).
71. “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Ali Məhkəmənin Plenum Qərarında göstərilir ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1 - 346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.
72. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.
73. Beləliklə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.
74. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli 10 fevral 2025-ci il tarixdən hesablansın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və həmin cəza növü üzrə müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “BMC” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün "xxxx" MMC-yə təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş yolnəqliyyat hadisəsini əks etdirən videogörüntünün köçürüldüyü 2 (iki) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 200 (iki yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X4 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Aytəkin İbrahimova