Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-205/2021 02.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Zəngilan rayonu, Məlikli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, himayəsində iki azyaşlı uşağı olan, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Zəngilan rayonu, Məlikli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi ilə söküntü və daşınma işlərinin aparılmasına dair bağladığı 04 avqust 2020-ci il tarixli podrat müqaviləsinə əsasən həmin Mərkəzin balansında olub Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən-1, korpus 5 ünvanında yerləşən, ümumi sahəsi 37784,1 kv. metr olan Baş korpus, köməkçi xidmət bloku və inzibati tikililərdən, ümumi sahəsi 6267 kv. metr olan A və A 1 korpusundakı tikililərin beton plitəsinin söküntüsü və sökülmüş metal, metal qırıntılarının daşınma işlərinin yerinə yetirilməsinə dair «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı 18 sentyabr 2020-ci il tarixli, 01-SP/20 saylı Subpodrat müqaviləsinin icrasına rəhbərlik edərkən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən təsdiq olunmuş 24 oktyabr 2016-cı il tarixli «Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları»nın 4.10.7, 4.11.4, 16.4.6 və 16.5 bəndlərinin və 01-SP/20 nömrəli Subpodrat müqaviləsinin 5.3 bəndinin tələblərini pozaraq hündürlükdə işlərin təhlükəsiz yerinə yetirilməsi üzrə tədbirlər barədə məlumatları briqada üzvlərinin diqqətinə çatdırmaqla onları təlimatlandırmalı, hündürlükdə işlərin təhlükəsiz yerinə yetirilməsini təşkil etməli, işçiləri hündürlükdən düşmələrinə qarşı mühafizə vasitələri ilə, xüsusi geyimlə, ayaqqabılarla və qoruyucu dəbilqələrlə təmin etməli, hündürlükdə qoruyucu hasarlar olmadan işlərin icra olunması, icra planına və naryad-buraxılış sənədinə uyğun olaraq tutub saxlayan, mövqedə saxlayan, sığorta sistemlərinin və ya kanatla yanaşma sisteminin tətbiqi ilə həyata keçirilməli, habelə işlərin icrasında təhlükəsizlik qaydalarına əməl etməklə təhlükəsizlik tədbirlərini təmin etməli, işçiləri söküntü və daşınma zamanı əməyin mühafizəsi, texniki yanğın və digər təhlükəsizlik qaydaları ilə tanış etməli, işlərin icrası zamanı işçiləri bütün təhlükəsizlik vasitələri, qoruyucu kəmərlər, kaskalar, əlcəklər və s. ilə təmin etməli, təhlükəsizlik məqsədi ilə söküntü aparılan əraziyə kənar şəxslərin daxil olmasının qarşısını almalı, söküntü və daşınma zamanı baş verəcək hər hansı bir bədbəxt hadisəyə görə tam məsuliyyət daşımalı olduğu halda həmin tələblərə əməl etməyərək vəzifəli şəxs olaraq səhlənkarlıq etmiş, yəni öz işinə vicdansız və laqeyd münasibət göstərməklə xidməti vəzifəsini lazımı qaydada yerinə yetirməyib «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı 18 sentyabr 2020-ci il tarixli, 01-SP/20 saylı Subpodrat müqaviləsinə əsasən iş icraçısı, eyni zamanda söküntü və daşınma işlərinin rəhbəri kimi hündürlükdə işləyən işçilərin qoruyucu kəmərlə təchiz olunmasına nəzarət etməklə həmin sahəyə kənar şəxslərin buraxılmamasını təmin etməmiş və 25.10.2020-ci il tarixdə, saat 11 radələrində işə qəbul olunmaq üçün həmin söküntü sahəsinə gəlib görüləcək işlərlə bağlı onunla söhbət edən və müvafiq qaydada işə qəbul olunmamasına baxmayaraq Naxçıvan Muxtar Respublikasının Şahbuz rayon sakini, 29.05.1982-ci il təvəllüdlü X1 həmin vaxt yerdən 8-9 metr yüksəklikdə kran səbətin içində dayanıb işləyən qardaşı Şahid2 yanına qalxmasına etiraz etməyib Ceyhun İbrahimovu təlimatlandırılmadan, hündürlükdə olan metal konstruksiyaların üzərinə qalxan zaman isə qoruyucu kəmərlərdən, tutub saxlayan, mövqedə saxlayan və sair mühafizə vasitələri ilə təmin etmədən 9 metr hündürlükdəki eni 50 sm olan «kran yolu» adlanan metal dirəyin üzərinə çıxaraq oradan görülən işlərə və ətrafa baxmasına şərait yaratmış və həmin yerdə metal dirəyin üzərində olarkən ayağının sürüşməsi nəticəsində Ceyhun İbrahimovun ehtiyatsızlıqdan hündürlükdən yıxılaraq yerin bərk səthinə zərblə dəyib sağ gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, beyinin yumşaq qişası altına və beyin maddəsinə geniş qansızmalar, sağ gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası və sağ sağrı nahiyəsinin qançırları ilə müşayiət olunan, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər alaraq 25.10.2020-ci il tarixdə, saat 12.30 radələrində 3 saylı Şəhər Klinik Xəstəxanasında ölməsinə səbəb olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs, CM-in 314.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, fərdi qaydada müxtəlif işlər götürərək işləmiş və əldə etdiyi qazancla ailəsinin dolanışığını təmin etmişdir. Əsasən tikinti işləri ilə, son illər isə söküntü işləri, yəni evlərin, qaraj sahələrinin, sexlərin, anbarların, idarə binalarının söküntüsü və daşınması ilə məşğul olmuşdur. Bu sahədə səriştəsi olduğuna görə Əhməd adlı tanışının vasitəsi ilə təxminən 2020-ci ilin sentyabr ayının əvvəllərində “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Oqtay Məsimovla tanış olmuşdur. Söhbət zamanı Oqtay Məsimov ona, Əmlak Məsələləri Dövlət Xidmətinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi ilə həmin Mərkəzin balansında olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, Korpus 5 ünvanda yerləşən, ümumi sahəsi 37784,1 kv.m olan Baş korpus və Köməkçi xidmət bloku, inzibati binanın sökülməsi və ərazidəki söküntü materiallarının daşınaraq təmizlənməsi ilə bağlı 04.08.2020-ci il tarixdə podrat müqaviləsi bağladığını, ancaq iş yükü çox olduğuna görə vaxtında həmin ərazinin sökülüb təmizlənməsindən ehtiyat etdiyini və bu sahədə səriştəsi olduğunu onunla işləmək istədiyini bildirmişdir. Bundan sonra o, Əfqan adlı dostunu və Oqtay Məsimovla birlikdə həmin əraziyə getmiş, oradakı konstruksiyaları sökməyi bacarıb-bacarmayacaqlarını dəqiqləşdirdikdən və Oqtay müəllimlə qiymət barədə müəyyən dəqiqləşdirmələr aparandan sonra Binəqədi rayonu, Binəqədi qəsəbəsi Mədən- 1, korpus 5 ünvanında yerləşən, ümumi sahəsi 37 784, 1 kv.metr olan Baş korpus, köməkçi xidmət bloku və inzibati tikililərdən, ümumi sahəsi 6267 kv.metr olan A və A 1 korpusundakı tikililərin beton plitəsinin söküntüsü və sökülmüş metal, metal qırıntılarının daşınma işlərinin yerinə yetirilməsinə dair razılıq vermişdir. O, Oqtay müəllimdən müqavilə bağlamazdan əvvəl VÖEN hesabı olmadığı üçün bir-iki gün vaxt istəmişdir. Bundan sonra ASAN xidmət mərkəzində adına VÖEN hesabı açdırmış, Oqtay müəllimlə görüşmüş və sonuncu ilə 18.09.2020-ci il tarixli Subpodrat müqaviləsi bağlamışdır. Söküntü işlərinə başlamaq üçün bir ay hazırlıq işlərinə vaxt istəmiş, çünki Covid 19-la bağlı hər yerdə olduğu kimi bu sahədə də işlər pozulmuşdur. İşçiləri tapıb bu işi qurmaq üçün müəyyən vaxt lazım olmuş, işçilərin əmək haqlarını söküntü aparılan ərazidən çıxan və təkrar istifadəyə yararlı tikinti materiallarının satışından əldə olunan pul təşkil etmişdir. Oqtay müəllimlə əvvəlcə həmin ərazidəki dörd arakəsmənin sökülüb daşınması, bundan sonra ödəniş edilməsi barədə razılığa gəlmişlər. İmzaladığı subpodrat müqaviləsinin şərtlərinə əsasən subpodratçı kimi razılaşdırılmış müddətdə müqavilədə nəzərdə tutulmuş bütün işləri, yəni söküntü və daşınma işlərini başa çatdırıb Sifarişçiyə təhvil vermək, Subpodratçıya aid işçilərin nəqliyyat, yemək xərclərini ödəmək, təbiəti mühafizə və yanğına qarşı mübarizə tədbirlərinin həyata keçirilməsini, söküntü sahəsinin və ətrafının təmizliyini təmin etmək, işlərin icrasında təhlükəsizlik qaydalarına əməl etmək, söküntü və daşınma işləri zamanı əməyin mühafizəsi, texniki yanğın və digər təhlükəsizlik qaydaları ilə işçiləri tanış etmək, təhlükəsizlik tədbirlərini təmin etmək, işlərin icrası zamanı işçiləri bütün təhlükəsizlik vasitələri, qoruyucu kəmərlər, kasalar, əlcəklər və s. ilə təmin etmək, təhlükəsizlik məqsədi ilə söküntü işləri aparılan əraziyə kənar şəxslərin daxil olmaması üçün tədbirlər görmək, digər subpodrat və ya təhcizatçı təşkilatlarla müqavilələr bağlanılması haqqında sifarişçiyə məlumat vermək, söküntü və daşınma zamanı baş verəcək hər hansı bir bədbəxt hadisəyə görə tam məsuliyyət daşımaq, aşkar olunmuş qüsurları aradan qaldırmaq, işlərin yerinə yetirilmə qaydasını müstəqil surətdə müəyyən etmək, işlərə mane olan bütün hallar barədə sifarişçiyə vaxtında məlumat vermək kimi hüquq və vəzifələr onun üzərinə qoyulmuş, qeyd olunanlara görə məsuliyyət daşımışdır. Müqavilə bağlanandan təxminən bir ay sonra, yəni 20.10.2020-ci il tarixdə tanışı Əfqanı, Elşəni və qeyrilərini bu işə cəlb edərək həmin ərazidə söküntü aparmağa başlamış, bütün işlərə nəzarəti özü həyata keçirmişdir. İşçilərin işə gəlmə-getmə vaxtlarına, kaska, əlcək, kəmər və digər ləvazimatlardan istifadə etmələrinə nəzarət etmiş, işdə özü olmayanda nəzarəti Əfqan həyata keçirmişdir. Əfqanla bir-birilərini əvvəlcədən tanımış və Əfqana etibarı olmuşdur. Əfqan fəhlə işləsə də qeyd etdiyi kimi özü orada olmayanda işə və işçilərə nəzarəti qeyri rəsmi olaraq Əfqan həyata keçirmişdir. Həmin söküntü işlərində qeyd etdiyi kimi Elşən, Nuru adlı şəxslər də işləmiş, Elşəni isə oraya Əfqan dəvət eləmiş, əvvəlcədən tanışlıqları olmuşdur. Həmin şəxsləri razılığı ilə Əfqan işə çağırmış, həmin şəxslərin hər birini kaska, əlcək, kəmər və digər ləvazimatlara təmin etmiş, belə ki, həmin fərdi mühafizə vasitələrini özü almışdır. İşçilərə həmişə fərdi mühafizə vasitələrindən istifadə etməyi tapşırmış və təlimatlandırmış, eyni zamanda müvafiq kitablarda bununla bağlı imzalar edilmişdir. İşçilər metal konstruksiyaları səbət vasitəsi ilə hündürlüyə qalxıb iki yerdən kəsəndən sonra yük qaldırıcı kran vasitəsi ilə kəsilmiş hissə yerə düşürülmüşdür. 25.10.2020-ci il tarixdə həmişə olduğu kimi səhər saat 09 radələrində işdə olmuş, işçilərdə gəlib paltarlarını dəyişəndən sonra hər kəs öz işi ilə məşğul olmuşdur. Elşən, Əfqan tərəfindən işə cəlb edilmiş «səbət» vasitəsi ilə yerdən təxminən 8-9 metr hündürlüyə qalxıb səbətin içində dayanaraq dəmir hissələri kəsməklə məşğul olmuş, ümumiyyətlə səbəti olan kranı cəlb etməkdə məqsədi işçilərin hündürlükdə rahat işləməsindən ötrü olmuşdur. Bir gün əvvəl, yəni 24.10.2020-ci il tarixdə nahar fasiləsi zamanı əlavə işçilərin lazım olması ilə bağlı söhbət düşəndə Elşən, Ceyhun adlı qardaşının işləmək istədiyini bildirmiş və o, Elşənə Ceyhunu işə dəvət etməsi bildirilmişdir. 25.10.2020-ci il tarixdə təxminən saat 10 radələrində söküntü işləri ilə məşğul olan zaman Elşənin Ceyhun adlı qardaşı oraya gəlmiş və tanışlıqdan sonra Elşənin səbətin içində təxminən 8-9 metr hündürlükdə dayanıb qaynaq aparatı vasitəsi ilə dəmir boltları kəsməklə məşğul olduğunu görüb həvəslənmiş və Elşənin yanına qalxıb işə baxmaq istəmişdir. Ceyhun bunu deyəndə ağlına başqa heç bir pis fikir gəlmədiyinə görə Ceyhuna mane olmamış və Ceyhun yanında heç bir təhlükəsizlik vasitələrindən istifadə etmədən metal-beton konstruksiyaların üstünə dırmaşıb Elşənin işlədiyi yerə qalxmış və metal şvellerin üstündə dayanıb Elşənin işinə, o cümlədən həmin yerdən ətrafa baxmışdır. Elə bu vaxt Ceyhunun ayağı sürüşmüş və ya büdrəmiş, fikir vermədiyi üçün Ceyhunun necə yıxıldığını dəqiq bilməmişdir. Ceyhun heç bir təhlükəsizlik kəməri və ya digər hər hansı bir təhlükəsizlik vasitəsi olmadığı üçün həmin yerdən aşağı düşmüş və başı beton plitəyə dəymişdir. Bunu görüb hamı özünü itirmiş, bütün iş dayanmış və hamı o, cümlədən Ceyhunun qardaşı Elşəndə səbətdən düşüb qardaşının olduğu yerə yaxınlaşmış, həmin yerə yaxınlaşanda Ceyhunun baş hissəsi betona dəydiyindən Ceyhunun danışa bilmədiyini, huşunun özündə olmadığını, Elşənin yaxınlaşan kimi Ceyhunu qucaqlayıb ağlamağa başladığını görmüşdür. Təcili tibbi yardıma zəng edib kömək istəmiş, həkimlər yeri rahat tapa bilsinlər deyə yolun kənarına çıxmış, orada Ceyhunu təcili tibbi yardımın həkimlərinə təhvil verib, həkimlərlə birgə 3 saylı X22 getmişlər. Ceyhuna orada ilkin tibbi yardım göstərsələr də həyatını xilas etmək mümkün olmamışdır. Hadisədən sonra mərhum X1 hüquqi varisi X3 maddi yardım göstərərək barışıq əldə etmiş və hazırda zərərçəkmiş şəxsin ailəsinin ondan heç bir şikayəti, tələbi yoxdur. Məhkəmədən, göstərilən halların, həmçinin “zəhərli zob” xəstəliyindən əziyyət çəkməsi, himayəsində iki az yaşlı uşağının olması və əməlindən peşman olması nəzərə alınaraq, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 314.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadəsində göstərmişdir ki, mərhum Ceyhun İbrahimov onun əri olmuş, 2005-ci ildə Ceyhun İbrahimovla nikaha daxil olmuş, birgə nikahdan üç övladı dünyaya gəlmişdir. Ceyhun, fərdi qaydada müxtəlif işlərdə, o, cümlədən qaynaq işi görərək ailənin dolanışığını təmin etmişdir. Ceyhun 2020-ci ilin sentyabr-oktyabr ayının ortalarına kimi Novxanı bağlarında götürdüyü fərdi işlə məşğul olmuş və 2020-ci ilin oktyabr ayının ortalarında, yəni, hadisədən bir gün əvvəl 24.10.2020-ci il tarixdə həmin işi yenicə yekunlaşdırmışdır. Qaynı Şahid2 isə həmin ərəfədə Binəqədi rayonu, DSK yolu 4 də yerləşən bir zavodda qaynaq işi götürmüş, orada müqavilə ilə işləmiş və söküntü işləri ilə məşğul olmuşdur. Bu barədə məlumatı Şahid2, əri Ceyhuna deyərkən eşitmişdir. Şahid2, qardaşı Ceyhunun işini yekunlaşdırdığını və artıq boş olduğunu bildiyindən Ceyhunu da həmin yerə işə dəvət etmiş, Ceyhunda buna etiraz etməyərək razılaşmış və səhəri gün, yəni 25.10.2020-ci il tarixdə saat 10 radələrində həmin zavoda işə getmişdir. Həmin gün saat 14 radələrində Şahid2 zəng edib Ceyhunun yıxılıb aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə məlumat vermişdir. O, sonradan Ceyhunun həmin yerə getdikdən sonra işə götürən Ülvi adlı oğlanla görüşüb söhbət etdiyini, həmin vaxt Şahid2 yuxarıda qaynaqla metal kəsdiyini, sonra necə olubsa Ceyhunun, yuxarı qalxaraq orada dəmirin üstündə dayanıb Elşənin işinə baxdığını, sonra sağa-sola hərəkət edərkən ayağının büdrədiyini həmin yerdən deyilənə görə 8-10 metr hündürlükdən yerə yıxıldığını və Ceyhunun başının betona dəydiyini, 3 saylı Sabunçu rayon X22 aparıldığını, orada tibbi yardım göstərilsə də Ceyhunun həyatını xilas etməyin mümkün olmadığını öyrənmişdir. Ceyhun öləndən sonra Şahid2 zəng edərək evə məlumat vermişdir. Bildiyinə görə Ceyhun iş vaxtı yox, hələ işləməyə başlamamış həmin yerə getməsindən heç 30-40 dəqiqə keçməmiş bu hadisə baş vermişdir. Ərinin ölümünü kimsə arzulamamış, sadəcə olaraq ehtiyatsızlıqdan bu hadisənin baş vermişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs tərəfindən maddi yardım göstərilərək dəymiş zərər ödənilmiş və hazırda sonuncu ilə barışmışdır. Ona görə də, Təqsirləndirilən şəxs heç bir şikayəti, tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 16.08.2012ci il tarixdən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətini təsis edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, həmin Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o, cümlədən xüsusi icazə alınması tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni aldıqdan sonra məşğul olmaq hüququ olmuş və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxsləri dövlət idarəsində 16.08.2012-ci ildə qeydiyyata alınmışdır. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyət göstərdiyi dövrdə əsasən təmir-tikinti işləri ilə məşğul olmuş, özü Cəmiyyətin təsisçisi olmaqla yanaşı eyni zamanda həmin Cəmiyyətin direktoru olmuşdur. Cəmiyyətin əlavə olaraq mühasibi və iş icraçısı, eyni zamanda texniki təhlükəsizlik üzrə mühəndisi olmuşdur. 04 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, Korpus 5 ünvanında Əmlak Məsələləri Dövlət Xidmətinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olan ümumi sahəsi 37784,1 kv.m təşkil edən Baş korpus və Köməkçi xidmət bloku, inzibati binadakı söküntü və daşınma işləri ilə bağlı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyət ilə Əmlak Məsələləri Dövlət Xidmətinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi arasında podrat müqaviləsi bağlanmışdır. 04.08.2020ci il tarixli müqaviləni imzaladıqdan təxminən 10-15 gün sonra həmin zavodda olub orada nəzərdə tutulan söküntü və daşıma işləri ilə yerində tanış olarkən müqavilə üzrə götürdükləri A və A1 inzibati binaları beton konstruksiya olduğuna görə bunun həddindən artıq xərc tələb etməsini, eyni zamanda iş yükünün çox olmasını, səmərəlilik baxımından da söküntü işləri uzun müddət ərzində aparılacağı təqdirdə qazanc əldə olunmayacağını nəzərə alaraq Əhməd adlı tanışının vasitəsi ilə əvvəllər söküntü işləri ilə məşğul olmuş, bu sahədə səriştəsi olan Ülvi adlı şəxslə tanış olmuş və söhbət zamanı fikrini Ülvi ilə bölüşdükdən sonra söküntü aparılan yerə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, Korpus 5 ünvanında yerləşən, Əmlak Məsələləri Dövlət Xidmətinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olan ümumi sahəsi 37784,1 kv.m təşkil edən baş korpus və köməkçi xidmət blokundan ibarət inzibati binaların yerləşdiyi əraziyə gəlib yerində söküntü və daşınma işlərinin həcmi ilə tanış olandan sonra Ülvi ilə söküntü işlərinin aparılması ilə bağlı subpodrat müqaviləsi bağlamaq barədə razılığa gəlmişlər. Həmin vaxt Ülvi bir nəfər tanışını da oraya dəvət edib ümumi işlərlə bağlı həmin şəxslə də məsləhətləşmişdir. Sonradan eşidib bildiyinə görə həmin şəxsin adı Əfqan olmuşdur. xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri kimi Təqsirləndirilən şəxsla 18.09.2020-ci il tarixli subpodrat müqaviləsini imzalamış, Təqsirləndirilən şəxsla əvvəlcə öz işçi qüvvəsi hesabına həmin zavoddakı dörd arakəsməni söküb daşıyaraq söküntü qurtaranda əldə edilən gəlirdən Təqsirləndirilən şəxs ödəniş ediləcəyi barədə razılığa gəlmişlər. Subpodrat müqaviləsinin şərtlərində subpodratçının razılaşdırılmış müddətdə bu müqavilədə nəzərdə tutulmuş bütün işləri, yəni söküntü və daşınma işlərini başa çatdırıb sifarişçiyə təhvil vermək, Subpodratçıya aid işçilərin yaşayış, nəqliyyat, yemək xərclərini ödəmək, təbiəti mühafizə və yanğına qarşı mübarizə tədbirlərinin həyata keçirilməsini, söküntü sahəsinin və ətrafının təmizliyini təmin etmək, işlərin icrasında təhlükəsizlik qaydalarına əməl etmək, təhlükəsizlik tədbirlərini təmin etmək, işlərin icrası zamanı işçiləri bütün təhlükəsizlik vasitələri, qoruyucu kəmərlər, kasalar, əlcəklər və s. ilə təmin etmək, söküntü və daşınma işləri zamanı əməyin mühafizəsi, texniki yanğın və digər təhlükəsizlik qaydaları ilə işçiləri tanış etmək, təhlükəsizlik məqsədi ilə söküntü işləri aparılan əraziyə kənar şəxslərin daxil olmaması üçün tədbirlər görmək, digər subpodrat və ya təchizatçı təşkilatlarla müqavilələr bağlanılması haqqında sifarişçiyə məlumat vermək, söküntü və daşınma zamanı baş verəcək hər hansı bir bədbəxt hadisəyə görə tam məsuliyyət daşımaq və s. bu kimi vəzifələri, eyni zamanda aşkar olunmuş qüsurları aradan qaldırmaq, işlərin yerinə yetirilmə qaydasını müstəqil surətdə müəyyən etmək, işlərə mane olan bütün hallar barədə sifarişçiyə vaxtında məlumat vermək kimi hüquqları nəzərdə tutulmuşdur. Sifarişçi kimi hüquq və vəzifələri isə söküləcək tikilini Subpodratçıya təhvil vermək, söküləcək tikintinin məxsus olduğu təşkilatla müqavilə bağlamaq, işlərin dəyərini bu müqavilədə nəzərdə tutulmuş qaydada ödəmək, işlərini gedişini istənilən vaxt müşahidə etmək və işlərin gedişi barədə Subpodratçıdan məlumat almaqdan ibarət olmuşdur. 25.10.2020-ci il tarixdə təxminən saat 11 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, Korpus 5 ünvanında Təqsirləndirilən şəxs öz işçiləri ilə söküntü işləri apararkən bir nəfər Ceyhun adlı şəxs təxminən 10 metr hündürlükdən yıxılaraq aldığı xəsarətlərdən xəstəxanada ölmüşdür. Bildiyinə görə həmin Ceyhun adlı şəxsin qardaşı Ülvinin yanında qaynaqçı işləmiş və həmin qaynaqçı, qardaşını, yəni Ceyhunu da oraya işləmək üçün dəvət etmişdir. Ceyhun adlı şəxs Ülvi ilə görüşüb söhbət edəndən sonra təxminən 10 metr hündürlükdə səbətin içində dayanaraq metal kəsməklə məşğul olan qardaşının yanına qalxmış və oradakı «kran yolu» adlanan metal dirəyin üstündə dayanıb ətrafa baxarkən yıxılmış və aldığı xəsarətlərdən xəstəxanada ölmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, mərhum Ceyhun İbrahimov doğma qardaşı olmuşdur. Ceyhun İbrahimov, fərdi qaydada müxtəlif yerlərdə iş götürüb işləmiş, eyni zamanda qaynaq işləri də görərək, ailəsini öz zəhməti ilə dolandırmışdır. Ceyhun 24.10.2020-ci il tarixədək Novxanı bağlarında fərdi işlə məşğul olmuş və həmin tarixdə oradakı işini tamamlayıb işsiz qalmışdır. O, 2020-ci ilin oktyabr ayının 20-dən Binəqədi rayonu, DSK yolu 4 də yerləşən zavoddakı söküntü işləri ilə bağlı qaynaqçı kimi müqavilə bağlayaraq işə başlamış, işə götürən həmin şəxsin adı Ülvi olmuşdur. X18 adlı tanışı da orada işləmiş, Ülvi ilə tanışlığı Əfqan yaratmışdır. 20 oktyabr 2020-ci il tarixdə həmin zavoda gedib Ülvi ilə müqavilə bağlayaraq fəhlə (qaynaqçı) kimi işə qəbul olunmuş və təhlükəsizlik qaydaları ilə bağlı təlimat keçərək təhlükəsizlik avadanlıqları, yəni dəbilqə, əlcək, təhlükəsizlik kəməri, geyim əşyalarını qəbul edib müvafiq jurnalda imza edəndən sonra işləməyə başlamışdır. Orada əsas rəhbər Təqsirləndirilən şəxs olmuşdur. Əfqan, Təqsirləndirilən şəxsla yaxın olsa da fəhlə kimi işləmiş, Ülvi iş dalınca gedəndə Əfqan işlərə nəzarət etmişdir. Əfqandan başqa orada Nuru adlı oğlan işləmiş, Teymur adlı Kran sürücüsü və bir nəfər kran səbət avtomaşınını işlədən bir nəfər şəxs də gündəlik olaraq işə dəvət edilmişdir. İş vaxtı saat 09:00-dan saat 18:00-a qədər olmuş və aylıq əmək haqqı 250 manat miqdarında olmuşdur. Onun işi qaynaq aparatı ilə söküntüsü aparılan yerlərdəki metaldan olan birləşmələri kəsib avtokranın düşürməsi üçün həmin hissələri hazırlamaq olmuşdur. İşi tez yekunlaşdırmaq lazım olduğu üçün digər işçilərlə birgə şənbə və bazar günləri işləməyi qəbul etmiş və buna görə də həmin günlər üçün əlavə ödəniş almışlar. İş yükü çox olduğuna görə əlavə işçilər lazım olmuş, Əfqan, qardaşı Ceyhunla danışıb, işini qurtarandan sonra Ceyhunun da gəlib işləməsinə dair razılaşmışlar. Ceyhun, 24.10.2020-ci il tarixdə Novxanıdakı işini yekunlaşdırıb, 25.10.2020-ci il tarixdə sözü gedən yerdə işə çıxmalı olmuşdur. 25.10.2020ci il tarixdə səhər tezdən başqa işi olduğu üçün evdən tez çıxmış, yol üstü işlərini görüb saat 09 radələrində iş yerində olmuş, qardaşı Ceyhun saat 10 radələrində gələrək Təqsirləndirilən şəxsla görüşüb söhbət etmişdir. Həmin vaxtı hündürlükdə səbətin içində durub kran yolu adlanan dəmir hissələrini kəsməklə məşğul olmuş, həmin kran yolları birbirinə boltla bağlanmış və yerdən hündürlükləri 8-9 metrdir olmuşdur. İşə başlamazdan əvvəl qaldırıcı qurğusu olan kran-kamaz və səbəti olan kran dəvət edilmiş, bütün işləri demək olar ki, həmin səbəti olan kran ilə görmüşdür. Başı işə qarışdığına görə qardaşı Ceyhunun zavodun baş tərəfində olan beton pilləkənlər vasitəsi ilə təxminən 8-9 metr hündürlüyə nə vaxt qalxdığını görməmiş, Ceyhun, işlədiyi yerə Kran yolu adlanan dəmir pillələrin üstü ilə gəlib kəsəcəyi kran yolunun üstündə dayanmışdır. Həmin kran yolunu kəsməzdən əvvəl kranı iki yerdən 5 tonluq yük götürmə imkanı olan kəmər ilə bağlamış, sonra həmin kəməri iş yerinə cəlb edilmiş kamaz-kranın qaldırıcı qurğusuna keçirmişdir. Kran yolu iki yerdən kran yolunu saxlayan dayağa boltla bağlandığı üçün bolt yerlərini qaynaq ilə kəsib aralamaq istəmiş, bolt yerləri kəsilməsinə baxmayaraq, kran yolu ağır olduğu üçün tərpənməmiş, kran yolunu yalnız kran ilə götürmək mümkün olmuşdur. Həmin vaxtı qardaşı Ceyhun eni təxminən 50 sm olan kran yolunun üstündə dayanıb o, tərəf bu tərəfə baxmış, birdən Ceyhun, müvazinətini itirib aşağı yıxılmışdır. Ceyhunun bədəninin yarısı işlədikləri yerdə olan su çalasına düşmüş, başı isə beton pilləyə dəymişdir. Tez aşağı düşmüş, lakin Ceyhun artıq huşunu itirmişdir. Səsinə Nuru, Ülvi, Əfqan və digər şəxslər gəlmiş, Ceyhunu Ülvinin avtomobili ilə yola çıxartmış, orada təcili tibbi yardım avtomobilinə qoyub 3 saylı klinik şəhər xəstəxanasına getmişlər. Ceyhuna orada ilkin tibbi yardım göstərilsə də Ceyhunun həyatını xilas etmək mümkün olmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanımış, Təqsirləndirilən şəxsla bir necə yerdə birlikdə işləmişlər. Təxminən 2020-ci ilin sentyabr ayında Ülvi ilə telefonla əlaqə saxlayanda Ülvi, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK yolu 4-də yerləşən beton zavodun söküntüsü ilə bağlı müqavilə bağlamaq istədiyini bildirmiş və birlikdə həmin yerə gedərək məsləhətləşməyi xahiş etmişdir. Ülvi ilə birlikdə oraya getmiş, Ülvinin müqavilə bağlamaq istədiyi Oqtay adlı şəxslə də həmin vaxt tanış olmuş, Oqtay və Ülvi şərtlər barədə razılığa gəlmiş, müqavilə bağlamağa qərar vermişlər. Ülvi, sənədləşməni başa çatdıranadək tanıdığı şəxslərlə əlaqə saxlayaraq işə dəvət etməsini ondan xahiş etmişdir. Həmin ərəfədə mərhum X6 ilə əlaqə saxlamış, işləməyi təklif etmiş, lakin Ceyhun, həmin vaxt Novxanıda işlədiyini bildirmiş, amma qardaşı Elşənin işləyə biləcəyini, özünün isə təxminən 24 oktyabr 2020-ci il tarixdə işini qurtaracağını bildirmişdir. Ülvi hazırlığını 19 oktyabr 2020-ci ildə başa çatdırmışdır. 20 oktyabr 2020-ci il tarixdə Ülvi ilə həmin zavodda görüşmüş, Ülvi ilə yaxın münasibətdə olsa da aralarında əmək müqaviləsi bağlanmış, əməyin mühafizəsi və təhlükəsizlik qaydaları ilə bağlı Ülvi tərəfindən təlimatlandırıldıqdan və Ülvinin təqdim etdiyi kitabda bununla bağlı imza etdikdən sonra iş zamanı istifadə etmək üçün müvafiq təhlükəsizlik avadanlıqları, yəni dəbilqə, qoruyucu kəmər, əlcək, xüsusi geyim əşyaları verilmiş və həmin təhlükəsizlik avadanlıqlarını qəbul edib müvafiq jurnalda bununla bağlı imza edəndən sonra işə başlamışdır. İş vaxtı saat 09:00-dan saat 18:00-a qədər olmuş və aylıq əmək haqqı 250 manat təşkil etmişdir. İşi tez yekunlaşdırmaq lazım olduğu üçün digər işçilərlə birgə şənbə və bazar günləri işləməyi qəbul etmiş və buna görə də həmin günlər üçün əlavə ödəniş almışlar. Həmin zavodda işçilərə nəzarəti qeyd etdiyi kimi Ülvi həyata keçirmişdir. Həmin zavodda Elşən, Nuru adlı oğlanlar, eyni zamanda Elşən tərəfindən qaynaq aparatı vasitəsi ilə kəsilən metal, dəmir hissələri aşağı düşürən “Kamaz-kran” markalı avtomobili işlədən Teymur adlı şəxs işləmişdir. Elşən hündürlüyə qalxan zaman «səbət» adlanan qaldırıcı avtomaşından istifadə etmiş, həmin avtomaşını Ülvi dəvət etmişdir. Elşən həmin «səbət» maşın vasitəsi ilə lazımı yüksəkliyə qalxıb həmin səbətində içində durub kəsiləcək dəmir hissələrini iki yerdən kəmər ilə cəlb edilmiş qaldırıcı qurğusu olan krana bərkitmiş, daha sonra səbətin içində durub kəsiləcək dəmir hissələrini boltlardan qaynaq ilə ayırmışdır. Bundan sonra isə həmin qaldırıcı qurğusu olan kran dəmir hissələri yerə düşürtmüşdür. Hündürlükdə işləməsə də Elşənlə təmasda olduğu və Elşənin iş fəaliyyətini gördüyü üçün bundan məlumatı olmuşdur. Ülvi işdə olmayanda nəzarəti o, həyata keçirmişdir. 24 oktyabr 2020-ci il tarixdə Ceyhunla telefonla əlaqə saxlamış, sabah iş yerinə gələcəyini bildirmişdir. 25.10.2020-ci il tarixdə həmişə olduğu kimi səhər tezdən saat 09 radələrində işə gəlmiş, işə gələndə Ülvi artıq orada olmuşdur. Bir neçə dəqiqədən sonra Nuru, Elşən, ardınca Kamraz markalı kran avtomaşını ilə «səbət» olan kran maşını gəlmişdir. Kamaz-kran markalı avtomaşını Teymur idarə etmiş, Səbət-kran markalı avtomaşını bildiyi qədəri ilə Şahid6 adlı sürücü idarə etmişdir. Amma Şahid6, birinci dəfə, yəni 25.10.2020-ci il tarixdə həmin zavoda gəlmişdir. Hazırlıq işlərini görəndən sonra öz işlərinə başlamış, Elşən həmişə kimi yerdə müəyyən hazırlıq işlərini görəndən sonra səbətə minib kranla yuxarı qalxaraq öz işini görməyə, yəni metal hissələri doğramağa başlamışdır. Elşəndən təxminən 70-80 metr aralıda öz işlərini görmüş, saat 10.30-11 radələrində Ceyhun həmin zavoda gəlmiş, Ceyhunu görüb Ülvi ilə tanış etmiş, Ceyhunun Elşənin qardaşı olduğunu deyib öz aralarında razılığa gəlmələri üçün öz işlərini görməyə getmişdir. 5-10 dəqiqə sonra Elşəngil olduğu yerdən qışqırıq səsi gəlmiş, qışqıran Elşən olmuş, Elşən ”qardaşım, qardaşım” deyə qışqırıb kömək istəmişdir. Tez həmin yerə yaxınlaşanda Ceyhunun yerdə uzanıqlı vəziyyətdə olduğunu, başından qan axdığını, bədəninin bir hissəsinin orada olan su çalasının içində olduğunu görmüşdür. Həmin vaxt Ülvi, Elşən, kranın sürücüsü Teymur, Nuru və səbətin kranın sürücüsü də orada olmuşdur. Təcili tibbi yardıma zəng edib kömək istəmiş, həkimlər yeri rahat tapa bilsinlər deyə yolun kənarına çıxmış, orada Ceyhunu təcili tibbi yardımın həkimlərinə təhvil verib, həkimlərlə birgə 3 saylı Klinik şəhər xəstəxanasına getmişlər. Ceyhuna orada ilkin tibbi yardım göstərsələr də Ceyhunun həyatını xilas etmək mümkün olmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, fərdi qaydada ustalıq edərək ailəsinin dolanışığını təmin etmişdir. Hadisənin baş verdiyi Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK yolu 4-də yerləşən beton zavod adlanan ərazi yaşadığı evdən təxminən 300-400 metr aralıda yerləşir. Orada iş aparıldığını görüb həmin zavoda yaxınlaşmış, Ülvi adlı şəxslə tanış olmuş, Ülvi, həmin zavodda söküntü işlərinə rəhbərlik etmişdir. Ülvi müəllimdən ailəsinin dolanışığını təmin etməsi üçün bir iş verməsini xahiş etmiş, Ülvi müəllimdə həmin zavodda söküntüdə fəhlə kimi işləməyi təklif etmiş və razılaşmışlar. 20 oktyabr 2020-ci il tarixdə əmək müqaviləsi bağlanaraq əməyin mühafizəsi və təhlükəsizlik qaydaları ilə bağlı Ülvi müəllim tərəfindən təlimatlandırıldıqdan və Ülvi müəllimin təqdim etdiyi kitabda bununla bağlı imza etdikdən sonra iş zamanı istifadə etmək üçün müvafiq təhlükəsizlik avadanlıqları, yəni dəbilqə, qoruyucu kəmər, əlcək, xüsusi geyim əşyaları verilmiş və həmin təhlükəsizlik avadanlıqlarını qəbul edib müvafiq jurnalda bununla bağlı imza edəndən sonra işə başlamışdır. İş vaxtı saat 09:00-dan saat 18:00-a qədər olmuş, aylıq əmək haqqı isə 250 manat miqdarında olmuşdur. İşi tez yekunlaşdırmaq lazım olduğu üçün digər işçilərlə birgə şənbə və bazar günləri işləməyi qəbul etmiş və buna görə də həmin günlər üçün əlavə ödəniş almışlar. Həmin zavodda işçilərə nəzarəti qeyd etdiyi kimi Ülvi həyata keçirmişdir. X27 adlı oğlanlar, eyni zamanda Elşən adlı oğlan tərəfindən qaynaq aparatı vasitəsi ilə kəsilən metal, dəmir hissələri aşağı düşürən “Kamaz-kran” markalı avtomobili işlədən Teymur adlı şəxs də işləmişdir. Elşən hündürlüyə qalxan zaman «səbət» adlanan qaldırıcı avtomaşından istifadə etmiş, həmin avtomaşını Ülvi dəvət etmiş, buna görə də sürücünü tanımamışdır. Elşən həmin «səbət» maşın vasitəsi ilə lazımı yüksəkliyə qalxıb həmin səbətin içində durub kəsiləcək dəmir hissələrini iki yerdən kəmər ilə cəlb edilmiş qaldırıcı qurğusu olan krana bərkitmiş, daha sonra səbətinin içində durub kəsiləcək dəmir hissələrini boltlardan qaynaq ilə ayırmişdır. Bundan sonra isə həmin qaldırıcı qurğusu olan kran dəmir hissələri yerə düşürmüşdür. Hündürlükdə işləməsə də Elşənlə təmasda olduğu və Elşənin iş fəaliyyətini gördüyü üçün bundan məlumatı olmuşdur. Ümumiyyətlə həmin yerdə bir neçə gün idi ki, iş başlamış, işi sürətləndirmək üçün əlavə işçilər lazım olmuşdur. Elşən bir gün əvvəl Ceyhun adlı qardaşını da oraya işə dəvət etmiş, ancaq onun gəlib gəlməyəcəyini dəqiq bilməmişdir. 25.10.2020-ci il tarixdə həmişə olduğu kimi səhər tezdən saat 09 radələrində işə gəlmiş, işə gələndə Ülvi ilə Əfqan artıq orada olmuş, bir neçə dəqiqədən sonra Elşən, Elşənin ardınca Kamaz markalı kran avtomaşını ilə «səbət» olan kran maşını gəlmişdir. Hazırlıq işlərini görəndən sonra öz işlərinə başlamış, Elşən həmişə kimi yerdə müəyyən hazırlıq işlərini görəndən sonra səbətə minib kranla yuxarı qalxaraq öz işini görməyə, yəni metal hissələri doğramağa başlamışdır. O isə təxminən 70-80 metr aralıda kəsilmiş şifer və dəmir hissələrini nizamlamışdır. Saat 10.30-11 radələrində Elşənin sonradan adının Ceyhun olduğunu bildiyi qardaşı gəlmiş, Ülvi və digər əməkdaşlarla dayanıb bir qədər söhbət edəndən sonra oradakı metal dirək vasitəsi ilə qardaşı Elşənin işlədiyi yerə qalxmağa başlamışdır. Qeyd etdiyi kimi bir qədər aralıda öz işləri ilə məşğul olmuş, başı işə qarışıq olduğuna görə Elşəngil tərəfə baxmamış, birdən həmin yerdən qışqırıq səsi gəlmiş, qışqıran Elşən olmuş, Elşən ”qardaşım, qardaşım” deyə qışqırıb kömək istəmişdir. Tez həmin yerə yaxınlaşanda Ceyhunun yerdə uzanıqlı vəziyyətdə olduğunu, başından qan axdığını, bədəninin bir hissəsinin orada olan su çalasının içində olduğunu görmüşdür. Həmin vaxt Ülvi, Elşən, kranın sürücüsü Teymur, Əfqan və səbətli kranın sürücüsü də orada olmuşlar. Təcili tibbi yardıma zəng edib kömək istəmiş, həkimlər yeri rahat tapa bilsinlər deyə yolun kənarına çıxmış, orada Ceyhunu təcili tibbi yardımın həkimlərinə təhvil verib, həkimlərlə birgə 3 saylı X22 getmişlər. Ceyhuna orada ilkin tibbi yardım göstərsələr də Ceyhunun həyatını xilas etmək mümkün olmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 bildirmişdir ki, 2019-cu ilinin əvvəlində X8 icarəyə götürdüyü “**-BU-***” dövlət qeydiyyat nişanlı “Kamaz-kran” markalı avtomobil ilə müxtəlif ünvanlarda işləyərək ailəsinin dolanışığını təmin etmişdir. Təqsirləndirilən şəxs da işi ilə bağlı tanımış, belə ki, Ülvi 20.10.2020-ci il tarixdən 2-3 dəfə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK yolu 4-də yerləşən beton zavodda söküntü zamanı kəsilmiş dəmir hissələrini kran ilə qaldırıb yerə qoymaq üçün sifariş vermişdir. Həmin zavodda yüksəklikdə kəsilmiş dəmir hissələrini kranla götürüb yerə qoymuşdur. Sonucu dəfə 25.10.2020-ci il tarixdə Təqsirləndirilən şəxs sifarişi əsasında həmin zavoda istifadəsində olan “**-BU-***” dövlət qeydiyyat nişanlı “Kamaz-kran” markalı avtomobil ilə getmiş, orada dövlət qeydiyyat nişanını xatırlamadığı səbəti olan kran da olmuşdur. Həmin səbət ilə işçilər hündürlüyə qalxmışlar. O, daha çox sonradan adının Elşən olduğunu bildiyi şəxs ilə işləmiş, Elşən əvvəlcə zavodda kranların hündürlükdə hərəkət etmələri üçün nəzərdə tutulmuş metal hissələri (dəmir balka) kəsmişdir. Elşən yerdə müəyyən hazırlıq işləri görəndən sonra işləmək üçün özünə lazım olan avadanlıqları maşının səbət olan hissəsinə yükləyib təxminən 8 metr hündürlüyə qalxmış və orada kəsəcəyi dəmir hissəsini verdiyi 5 tonluq çəki qaldırma qabiliyyəti olan kəmər ilə iki yerdən bağladıqdan sonra həmin kəməri idarə etdiyi kamaz-kran markalı avtomobilin yük qaldırma hissəsinə keçirtmişdir. Kəsiləcək dəmir hissəsi iki yerdən bolt ilə bağlandığı üçün Elşən həmin boltları qaynaq ilə kəsməyə başlamış, həmin vaxt təxminən saat 10.30 radələri olmuşdur. Fikri yuxarıda işləyən Elşənə qarışdığından Ülvi ilə dayanıb söhbət edən şəxsin nə vaxt söküntü aparılan əraziyə yaxınlaşdığını görməmiş, həmin şəxsin adının Ceyhun olduğunu və Elşənin qardaşı olmasını sonradan eşidib bilmişdir. Qeyd etdiyi kimi Ceyhunu görəndə Ceyhun, Ülvi ilə dayanıb söhbət etmiş, aradan 5-10 dəqiqə keçməmiş həmin oğlanın, yəni Ceyhunun metal pilləkənlə yuxarı qardaşının işlədiyi yerə qalxıb Elşənə yaxınlaşdığını və metaldan olan dirəklərin üstündə dayanıb ətrafa baxdığını görmüş, Ceyhunun həmin yerdə sərbəst, ancaq tühlükəsizlik kəməri olmadan dayanmasını görüb bir qədər narahat olmuş və Ceyhun adlı oğlanı oradan düşürməsini Ülviyə demək üçün maşının kabinəsindən düşmüş, Ülvini axtarmaq istədikdə birdən Elşənin “qardaşım, qardaşım” deyərək qışqırdığını eşitmişdir. Həmin istiqamətə baxanda Ceyhun adlı oğlan bayaqdan dayandığı yerdə olmadığını görmüşdür. Aşağıda olan Ülvi, Əfqan və digər işçilər Elşənin dayanıb işlədiyi yerin aşağı hissəsinə tərəf qaçmış, tez maşını saxlayıb yerə düşərək həmin istiqamətdə getmiş və yaxınlaşdıqda Ceyhun yerdə qan içində olduğunu, Elşənin də Ceyhunu qucaqlayıb ağladığını görmüşdür. Ceyhunun bədəni gölməçəyə düşmüş, ancaq baş hissəsi oradakı betona dəyərək xəsarət almışdır. Baş verən hadisəyə görə hamı, o cümlədən Ülvi özünü itirmiş, Ülvi, Ceyhun adlı oğlana hündürlüyə qalxmasına imkan verdiyinə görə peşman olmuşdur. Təcili yardıma zəng edəndən sonra Ülvi və digər işçilər təcili yardımın gəlməsini gözləməyib Ceyhunu avtomobilə qoyub xəstəxanaya aparmış, bir qədər gözləyəndən sonra digər səbəti olan kran sürücüsü ilə hər iki maşını ərazidən çıxarıb kənarda saxlayaraq öz evlərinə getmişlər. Sonradan Ceyhun adlı oğlanın Sabunçu rayonunda yerləşən 3 saylı X22 aparıldığını, orada həkimlər tərəfindən tibbi yardım göstərilməsinə baxmayaraq həyatını xilas etməyin mümkün olmadığını öyrənmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid6 bildirmişdir ki, istifadəsində olan “İsuzu NPR66l” Xüsusi təyinatlı “**-UV-***” dövlət qeydiyyat nişanlı avtomobili ilə müxtəlif ünvanlarda işləyərək ailəsinin dolanışığını təmin etmişdir. Təqsirləndirilən şəxs da işi ilə bağlı tanımış, belə ki, əvvəllər də Təqsirləndirilən şəxsla işləmişdir. Ülvi 25.10.2020-ci il tarixdən Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK yolu 4-də yerləşən beton zavodda söküntü zamanı işçiləri səbətlə hündürlüyə qaldırmaq üçün dəvət etmiş, Təqsirləndirilən şəxs sifarişi əsasında həmin zavoda istifadəsində olan qeyd etdiyi avtomaşınla getmişdir. Orada dövlət qeydiyyat nişanını xatırlamadığı kamaz-kran da olmuşdur. Orada sonradan adının Elşən olduğunu bildiyi şəxs işləmiş, Elşən, əvvəllər zavodda kranların hündürlükdə hərəkət etmələri üçün nəzərdə tutulmuş metal hissələri (dəmir balka) kəsməli olmuşdur. Elşən yerdə müəyyən hazırlıq işləri görəndən sonra işləmək üçün özünə lazım olan avadanlıqları maşının səbət olan hissəsinə yüklədikdən sonra Elşəni təxminən 8 metr hündürlüyə qaldırmış və Elşən, səbətin içində özünün daha da təhlükəsiz işləməsi üçün kəmərdən istifadə etmişdir. Elşən səbətin içində dayanıb kəsiləcək dəmir hissəsinin iki yerdən boltla bağlanmış hissəsini qaynaq ilə kəsməyə başlamış, həmin vaxt təxminən saat 10.30 radələri olmuşdur. Fikri yuxarıda işləyən Elşənə qarışdığından Ülvi ilə dayanıb söhbət edən şəxsin nə vaxt söküntü aparılan əraziyə yaxınlaşdığını görməmiş, həmin oğlanın adının Ceyhun olduğunu və Elşənin qardaşı olmasını sonradan eşidib bilmişdir. Qeyd etdiyi kimi Ceyhunu görəndə Ceyhun, Ülvi ilə dayanıb söhbət etmiş, aradan 5-10 dəqiqə keçməmiş həmin oğlanın, yəni Ceyhunun metal pilləkənlə yuxarı Elşənin işlədiyi yerə qalxıb Elşənə yaxınlaşdığını və metaldan olan dirəklərin üstündə dayanıb ətrafa baxdığını görmüşdür. Ceyhunun həmin yerdə sərbəst, ancaq tühlükəsizlik kəməri olmadan dayanmasını görüb bir qədər narahat olmuş və Ceyhun adlı oğlanı oradan düşürməsini Ülviyə demək üçün maşının kabinəsindən düşmək istəyəndə birdən Elşənin “qardaşım, qardaşım” deyərək qışqırdığını eşitmişdir. Dərhal səbəti aşağı salmış, Elşən səbətdən düşüb qardaşı tərəfə qaçmışdır. Ceyhun tərəfə gedəndə Ceyhun, yerdə qan içində olmuş, qardaşı Elşən də Ceyhunu qucaqlayıb ağlamışdır. Ceyhunun bədəni gölməçəyə düşmüş, ancaq baş hissəsi oradakı betona dəymişdir. Bundan sonra Ülvi təcili yardıma zəng etmiş, Ülvi və digər işçilər təcili yardımın gəlməsini gözləməyib Ceyhunu avtomobilə qoyub xəstəxanaya aparmış, bir qədər gözləyəndən sonra o və kran sürücüsü hər iki maşını ərazidən çıxarıb kənarda saxlayaraq öz evlərinə getmişlər. Sonradan Ceyhun adlı oğlanın Sabunçu rayonunda yerləşən 3 saylı X22 aparıldığını, orada həkimlər tərəfindən tibbi yardım göstərilməsinə baxmayaraq həyatını xilas etmək mümkün olmadığını bilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 25.10.2020-ci il tarixli qərardan görünür ki, X1 ölməsi faktına görə CM-in 162.2-ci maddəsi ilə cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 25.10.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxış zamanı hadisənin Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK yolu 4-də yerləşən beton zavodda baş verməsi müəyyən edilmişdir. “Podrat işlərinin görülməsi haqqında” 04.08.2020-ci il tarixli, 01 saylı müqavilədən görünür ki, ünvan 4 ünvanı olan yerləşən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin adından Şahid3 ilə Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin Baş direktoru vəzifəsini icra edən X17 arasında Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, Korpus 5 ünvanında yerləşən Əmlak Məsələləri Dövlət Xidmətinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balasında olan ümumi sahəsi 37784,1 kv.m təşkil edən Baş korpus və Köməkçi xidmət bloku inzibati binasında istismara yarasız, istifadə olunmayan tikilinin sökülməsi və ərazidən daşınması üçün podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.3.2-ci bəndinə əsasən “Podratçı” müqavilənin predmeti olan, söküntüyə və daşınmaya verilən əmlakı sifarişinin yerinə yetirilməsi məqsədi ilə subpodratçıya verə bilər. 18.09.2020-ci il tarixli, 01-SP/20 saylı Subpodrat müqaviləsindən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Şahid3 ilə fərdi sahibkar Təqsirləndirilən şəxs arasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balasında olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən-1, korpus 5 ünvanında yerləşən, ümumi sahəsi 37784,1 kv.metr olan Baş korpus, köməkçi xidmət bloku və inzibati tikililərdən, ümumi sahəsi 6267 kv.metr olan A və A 1 korpusundakı tikililərin beton plitəsinin söküntüsü və sökülmüş metal, metal qırıntılarının daşınma işlərinin yerinə yetirilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən sifarişçinin vəzifələri söküləcək tikintinin SubPodratçıya təhvil verilməsi; söküləcək tikintinin məxsus olduğu təşkilatla podrat müqaviləsi bağlamaq; işlərin dəyərini bu müqavilə ilə nəzərdə tutulmuş qaydada Podratçıya ödəmək, 5.2.-ci bəndinə əsasən hüquqları isə işlərin gedişini istənilən vaxt müşahidə etmək; işlərin gedişi barədə SubPodratçıdan məlumat almaqdır. Qeyd edilən müqavilənin 5.3-cü bəndinə əsasən SubPodratçının vəzifələri razılaşdırılmış müddətdə müqavilədə nəzərdə tutulmuş bütün işləri, yəni söküntü və daşınma işlərini başa çatdırıb sifarişçiyə təhvil vermək, Subpodratçıya aid işçilərin nəqliyyat, yemək xərclərini ödəmək, təbiəti mühafizə və yanğına qarşı mübarizə tədbirlərinin həyata keçirilməsini, söküntü sahəsinin və onun ətrafının təmizliyini təmin etmək, işlərin icrasında təhlükəsizlik qaydalarına əməl etmək, təhlükəsizlik tədbirlərini təmin etmək, işçiləri söküntü və daşınma zamanı əməyin mühafizəsi, texniki yanğın və digər təhlükəsizlik qaydaları ilə tanış etmək, -işlərin icrası zamanı işçiləri bütün təhlükəsizlik vasitələri, qoruyucu kəmərlər, kasalar, əlcəklər və s. ilə təmin etmək, təhlükəsizlik məqsədi ilə söküntü işləri aparılan əraziyə kənar şəxslərin daxil olmasının qarşısını almaq, digər subpodrat və ya təchizatçı təşkilatlarla müqavilələr bağlanılması haqqında Sifarişçiyə məlumat vermək, söküntü və daşınma zamanı baş verəcək hər hansı bir bədbəxt hadisəyə görə tam məsuliyyət daşımaq, aşkar olunmuş qüsurları aradan qaldırmaq, 5.4-cü bəndinə əsasən SubPodratçının hüquqları işlərin yerinə yetirilmə qaydasını müstəqil surətdə müəyyən etmək; işlərə mane olan bütün hallar barədə Sifarışçiyə vaxtında məlumat verməkdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.07.2020-ci il tarixli 374 b saylı “Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan müəssisələrinin tabeliyinin dəyişdirilməsi və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksinin tikintisi məqsədilə torpaq sahəsinin daimi istifadəyə verilməklə kateqoriyasının dəyişdirilməsi barədə” sərəncamından görünür ki, 1. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 5 ünvanında yerləşən və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Komitəsinin tabeliyinə verilmiş, 2. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 fevral tarixli 1346 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 295 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” na Əlavələrə uyğun olaraq, Bakı şəhərinin ərazisindəki yataqxanalarda və digər obyektlərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksinin tikintisi məqsədilə təqdim edilmiş yerquruluşu planına əsasən, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsində olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid 18,3 hektar torpaq sahəsi Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin daimi istifadəsinə verilməklə, yaşayış məntəqələrinin torpaqlan kateqoriyasına keçirilmiş, 3. Azərbaycan Respublikasının Qaçqınların və X14 üzrə Dövlət Komitəsi "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti üçün lazım olmayan və yararsız olan əmlakı 3 (üç) ay müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamına verilmişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin Nizamnaməsindən görünür ki, Cəmiyyətin Nizamnaməsi 14.08.2012-ci il tarixdə cəmiyyətinin təsisçisi Şahid3 tərəfindən təsdiq edilmiş 16.08.2012-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri, Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyat idarəsində “VÖEN 202406981” ilə dövlət qeydiyyatına alınmışdır. 16.08.2012-ci il tarixli, **********131900 saylı Kommersiya hüquqi şəxslərin Dövlət Reyestrindən çıxarışdan görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyət 16.08.2012-ci il tarixdə Bakı şəhəri, Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyat idarəsində “VÖEN 202406981” ilə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Fiziki Şəxsinin vergi uçotu haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs 15.09.2020-ci il tarixdə 2 saylı Ərazi Vergi Baş idarəsində ********** saylı VÖEN ilə qeydiyyata alınmışdır. Təhlükəsizlik texnikası Ləvazimatlarının anbar jurnalından görünür ki, 20.10.2020-ci il tarixdən 25.10.2020-ci il tarixə kimi olan müddətdə Ləvazimat və material alan xanada Şahid2, Şahid1, Şahid5 adı qeyd edilsə də həmin xanada X1 adı qeyd edilməmiş, Təhvil verən xanasında isə Təqsirləndirilən şəxs adı qeyd edilmişdir. X4 Qeydiyyat Jurnalından görünür ki, 20.10.2020-ci il tarixdən 25.10.2020-ci il tarixə kimi olan müddətdə təlimatlandırılanlar xanasında Şahid2, Şahid1, Şahid5 adı qeyd edilsə də həmin xanada X1 adı qeyd edilməmişdir. 20.10.2020-ci il tarixli, 01 saylı əmrdən görünür ki, Subpodratçı ilə razılaşdırılmış müddətdə müqavilədə nəzərdə tutulmuş bütün işləri, yəni söküntü və daşınma işlərini başa çatdırıb Sifarişçiyə təhvil vermək, Subpodratçıya aid işçilərin nəqliyyat, yemək xərclərini ödəmək, təbiəti mühafizə və yanğına qarşı mübarizə tədbirlərinin həyata keçirilməsini, söküntü sahəsinin və onun ətrafının təmizliyini təmin etmək, işlərin icrasında təhlükəsizlik qaydalarına əməl etmək, söküntü və daşınma işləri zamanı əməyin mühafizəsi, texniki yanğın və digər təhlükəsizlik qaydaları ilə işçiləri tanış etmək, təhlükəsizlik tədbirlərini təmin etmək, işlərin icrası zamanı işçiləri bütün təhlükəsizlik vasitələri, qoruyucu kəmərlər, kasalar, əlcəklər və s. ilə təmin etmək, təhlükəsizlik məqsədi ilə söküntü işləri aparılan əraziyə kənar şəxslərin daxil olmaması üçün tədbirlər görmək, digər subpodrat və ya təchizatçı təşkilatlarla müqavilələr bağlanılması haqqında Sifarişçiyə məlumat vermək, söküntü və daşınma zamanı baş verəcək hər hansı bir bədbəxt hadisəyə görə tam məsuliyyət daşımaq, aşkar olunmuş qüsurları aradan qaldırmaq, işlərin yerinə yetirilmə qaydasını müstəqil surətdə müəyyən etmək, işlərə mane olan bütün hallar barədə Sifarişçiyə vaxtında məlumat vermək kimi hüquq və vəzifələr öz öhdəsinə götürülmüşdür. 20.10.2020-ci il tarixli Təhlükəsizlik üzrə təlimatdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, Korpus 5 ünvanda yerləşən Beton zavodda işləyən və həmin zavoda daxil olan kənar şəxslər tərəfindən iş sahəsinə və yerinə yetirilən işin xüsusiyyətinə müvafiq olaraq fərdi mühafizə vasitələrindən istifadə məcburi hal kimi müəyyən edilmişdir. 20.10.2020-ci il tarixli əmək müqavilələrindən görünür ki, Şahid2, Şahid1, Şahid5 ilə fərdi sahibkar Təqsirləndirilən şəxs arasında əmək müqaviləsi bağlanmış, X6 ilə isə əmək müqaviləsi bağlanmamışdır. 05.11.2020-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 19.11.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən iki ədəd əmr, bir ədəd “Subpodrat” müqaviləsi, üç ədəd əmək müqaviləsi, bir ədəd “Fiziki şəxsin Vergi Uçotu haqqında” şəhadətnamə, “X4 Qeydiyyat jurnalı” və “Təhlükəsizlik texnikası Ləvazimatlarının anbar jurnalı”nın əsli könüllü olaraq təqdim edilmiş və ibtidai istintaq zamanı həmin sənədlərə baxış keçirilmişdir. 23.11.2020-ci il tarixli Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB-nin 1 saylı Mənzil Kommunal Sahəsinin arayışlarından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında məcburi köçkün kimi məskunlaşıb, həmin ünvanda 1945-ci təvəllüdlü X12(arvadı), 2015-ci il təvəllüdlü X21, 2018-ci il təvəllüdlü X20, 1967-ci il təvəllüdlü X9 ilə birgə yaşayır, yayış yeri üzrə müsbət xarakterizə olunur. AZ-İİİ ******* və AZ-İV 177206 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 27.07.2015-ci il təvəllüdlü X21 adlı və 15.08.2018-ci il təvəllüdlü X20 adlı iki azyaşlı uşağı vardır. 25.10.2020-ci il tarixli, 241 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X15” X26 rəyindən görünür ki, mərhum C.A.İbrahimovun meyitində sağ gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, beyinin yumşaq qişası altına və beyin maddəsinə geniş həcmdə qanzsızmalar, sağ gicgah nahiyəsinin əzilmişcırılmış yarası, sağ sağrı nahiyəsinin qançırları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyatı olub, ölümündən az əvvəL bərk küt əşyanın (əşyaların) təsirindən qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni 25.10.2020-ci il tarixdə hündürlükdən yıxılma nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. Mərh. C.A.İbrahimovun ölümünə səbəb sağ gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı nəticəsində beyinin yumşaq qişası altına və beyin maddəsinə qansızma olmuş, meyitində aşkar olunmuş xəsarətlərinin ölümlə səbəbli əlaqəsi vardır, C.A.İbrahimovun ölümü 3 saylı şəhər klinik xəstəxanasında 25.10.2020-ci il tarixdə, saat 12.30 radələrində baş vermişdir. 08.12.2020-ci il tarixli **********147 saylı notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, X5 əri X1 ölməsi faktına dair ona dəymiş zərər Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənmiş, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. 28.12.2020-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X5 28.12.2020-ci il tarixdə Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri X13 ərizə ilə müraciət edərək mərhum yoldaşı X1 hündürlükdən yıxılaraq ölməsi faktına dair istintaq olunan cinayət işi üzrə onun və ailəsinin heç bir şikayət və tələbinin olmadığnı bildirmişdir. 15.03.2021-ci il tarixli, 10/938 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, Baş vermiş hadisə ilə əlaqədar «Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları»nın 16 4.6, 16.5 bəndlərinin tələbləri pozmuşdur ki, bu hadisənin texniki səbəbi olmuşdur. İş sahəsinə (metal konstruksiyadan ibarət sahəyə) daxil olmuş X6 təlimatlandırılmadığına, 9 metr hündürlükdə olan metal konstruksiyaların üzərinə qalxan zaman mühafizə vasitələrindən (qorucu kəmərlərdən, tutub saxlayan, mövqedə saxlayan, və. s) istifadə etməsi təmin olunmadığına görə, «Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları»nın 4.10.7, 4.11.4, 16.4.6, 16.5 bəndlərinin və 01- SP/20 nömrəli Subpodrat müqaviləsinin 5.3 bəndinin tələbləri metal konstruksiyaların demontaj işlərinə rəhbərlik edən Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. 16.03.2021-ci il tarixli qərardan görünür ki, cinayət işi CM-in 162.2-ci maddəsindən həmin Məcəllənin 314.2-ci maddəsinə tövsif edilmiş və Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 162.2-ci maddəsinin tərkibi olmadığına görə cinayət işinə həmin hissədə xitam verilmişdir. 17.03.2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-in 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. 17.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X2 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam olaraq ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur, aralarında barışıq olmuşdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin iş materiallarında olan və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 314.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 314.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqlarının olmasını, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, yenə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 314.2ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. CM-in 60.1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 314.2-ci maddəsi ilə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası həmin maddədə nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə qeyd edir ki, CM-in 60-cı maddəsində cəzanı yüngülləşdirən hallar olduqda qanunverici tərəfindən cəzanın təyin edilməsi qaydasının müəyyənləşdirilməsi cinayət qanununun əsas başlanğıclarından olan humanizm prinsipindən irəli gəlir. Buna dair cinayət qanunvericiliyinin tələbi ondan ibarətdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza həddini müəyyən edərkən yuxarıda göstərilənlərdən başqa, onun cəzasını yüngülləşdirən halların olmasını, həmçinin cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, CM-in 60cı maddəsinin tələblərinə əsasən ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox olmayan müddətdə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətməyə görə təqsirli bilinib, CM-in 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 102 (bir yüz iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 32 (otuz iki) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 25 (iyirmi beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 150 (bir yüz əlli) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 102 (bir yüz iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X7 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 25 (iyirmi beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 150 (bir yüz əlli) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-205/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-205/2021
02.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver