Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-205/2022 10.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Beylaqan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş (məhkumluğu ödənilməmiş və ya götürülməmiş), Beylaqan şəhəri, N.ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ış massivində yerləşən fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, tamah niyyətilə, özgənin əmlakını gizli talama məqsədi ilə 15 noyabr 2020-ci il tarixdə gecə saat 03:00 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsi, döngə 3-də yerləşən yeni yaşayış massivində olan evin həyətinə hasarı aşmaqla qanunsuz daxil olub orada pəncərənin bağlı cəftəsini əli ilə sıxıb qıraraq pəncərəni açıb evə qanunsuz daxil olmuş və evin qonaq otağında şkafın dolabdan 1200 manat dəyərində bir ədəd “DELL” markalı noutbuku, yataq otağında olan şkafın dolabdan 1000 manat dəyərində bir ədəd “İphine-6” markalı mobil telefonu, 80 manat dəyərində bir ədəd “Samsung Galaxy J2 Prime” markalı mobil telefonu, 150 manat dəyərində bir ədəd “Nokia-6300” markalı mobil telefonu, hər birinin dəyəri 100 manat olmaqla 200 manat dəyərində iki ədəd gümüş boyunbağını, hər birinin dəyəri 80 manat olmaqla 160 manat dəyərində iki ədəd gümüş bilərziyi, hər birinin dəyəri 120 manat olmaqla 240 manat dəyərində iki cüt gümüş sırğaları, 50 manat dəyərində bir ədəd gümüş üzüyü və 70 manat dəyərində bir ədəd gümüş boyunbağını, digər yataq otağındaki saxlanc yeri olan dolabdan isə 160 manat dəyərində bir ədəd “VTEK” markalı feni gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 3310 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddət heç yerdə işləmədiyi üçün və xərclik pulu olmadığına görə 2020-ci ilin noyabr ayında oğurluq etmək fikrinə düşmüşdür. Bu məqsədlə də, o, 2020-ci il noyabrın 14-ü gecə təxminən saat 22-23 radələrində əvvəllər müxtəlif həyətlərdə fəhlə işlədiyi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsi, 3-cü döngədə yerləşən Yeni yaşayış massivinə getmişdir. Həmin massivdə gəzərək evləri nəzərdən keçirəndə həyət evlərinin birində, istintaq zamanı bildiyi Zərərçəkmiş şəxs məxsus həyət evində işığın yanmadığını görüb evi izləməyə başlamışdır. Zərərçəkmiş şəxs həyətində sakitlik idi, it səsi də gəlmirdi. Hiss olunurdu ki, evdə heç kim yoxdur və o, Zərərçəkmiş şəxs evdən oğurluq etmək fikrinə düşmüşdür. 2020-ci il noyabrın 14-dən 15-nə keçən gecə, təxminən saat 03 radələrində o, Zərərçəkmiş şəxs həyətinin hasarından aşaraq həyətə daxil olmuşdur. Həyətdə heç kim yox idi. Həyətdəki evə yaxınlaşanda evin pəncərəsinin plastik materialdan olmasını və pəncərələrin dəmir barmaqlılarının olmadığını görmüşdür. Pəncərələrin cəftələri bağlı vəziyyətdə olmuşdur. Pəncərələrin birinin layını əli ilə sıxaraq pəncərənin cəftəsini qırıb pəncərədən Zərərçəkmiş şəxs evinə daxil olmuşdur. Evdən iki ədəd mobil telefon oğurlamış və bundan başqa heç bir əşya götürməmişdir. Ona verilən iyttiham üzrə digər əşyalar onun boynuna qoyulmuşdur. Oğurladığı telefonlardan biri olan “Nokia-6300” markalı mobil telefon işlək vəziyyətdə olmadığından onu xatırlamadığı yerə atmış, digər “Samsung Galaxy J2 Prime” markalı mobil telefonu isə “Neftçilər” metro stansiyasının yaxınlığında yerləşən telefon mağazasına 50 manata satmışdır. Polis tərəfindən saxlanıldıqdan sonra istintaqa Samsung Galaxy J2 Prime” markalı mobil telefonu və digər “Nokia-6300” markalı mobil telefonun əvəzi kimi 150 manat pul vermişdir. Qeyd olunanların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. İbtidai istintaq zamanı ifadəsi alınmış Zərərçəkmiş şəxs məhkəmədə elan edilmiş ifadəsindən örünür ki, ünvan 3 ünvanında yerləşən Yeni yaşayış massivində ona məxsus 4 sot həyətyanı torpaq sahəsi vardır. Həyətin darvazası və mişar daşı ilə hörülmüş hasarı vardır. Həmin həyətdə onun bir mərtəbəli evdə dörd otaqdan və bir mətbəxdən ibarəd mənzili vardır. Evdə nənəsi Minarə Hüseynzadə ilə ikisi yaşayır. 14 noyabr 2021-ci il tarixdə o, nənəsi Minarə Hüseynzadə ilə birlikdə Gəncə şəhərinə getmişlər. Evin giriş qapısı və həyətin darvazası kilidlə bağlanmışdır. 17 noyabr 2021-ci il tarixdə onlar Gəncədən Bakıya, evlərinə qayıdarkən evə daxil olanda koridorda polda kirli ayaqqabı izləri görmüşlər. Əvvəlcə onlar buna əhəmiyyət verməmişlər. Lakin yataq otağına keçəndə yataq otağın plastik pencərəsinin cəftəsinin qırıldığını və pəncərənin açıq olmasını görmüşlər. Bütün dörd otaqlarda əşyalar dağıdılmış vəziyyətdə olmuşdur. O, evə kənar şəxsin daxil olmasını başa düşmüşdür. Evdəki əşyaları nəzərdən kecirəndə əvvəlcə evdən bir ədəd “Samsung Galaxy J2 Prime” markalı mobil telefonunun və gümüş bijuteriyalarının oğurlandığını görüb bu bardə əvvəlcə DİN-nin 102 telefon xidmətinə şifahi telefon məlumatı vermiş, sonra isə yazılı ərizə ilə Binəqədi RPİ-nin 6-cı PB-nə müraciət etmişdir. Onun müraciəti ilə bağlı evinə polis əməkdaşları gəlib həyətə və mənzilə baxış keçirmişlər. Mənzilə baxış keçirilərkən o, mənzildəki zal otağda olan şkafin içərisində olan 1200 manat dəyərində bir ədəd “DELL” markalı noutbukun, birinci yataq otağındaki şkafin içərisindən - 1000 manat dəyərində bir ədəd “İphine-6” markalı mobil telefon aparatının, 200 manat dəyərində bir ədəd “Samsung Galaxy J2 Prime” markalı mobil telefonun, 150 manat dəyərində bir ədəd “Nokia-6300” markalı mobil telefonun, hər birinin dəyəri 100 manat olan 200 manat dəyərində iki ədəd gümüş boyunbağının, hər birinin dəyəri 80 manat olan 160 manat dəyərində iki ədəd gümüş bilərziyin, hər birinin dəyəri 120 manat olan 240 manat dəyərində iki cüt gümüş sırğaların, 50 manat dəyərində bir ədəd gümüş üzüyün və 70 manat dəyərində bir ədəd gümüş boyunbağının, ikinci yataq otağındaki şkafın içərisindən isə 160 manat dəyərində bir ədəd “VTEK” markalı fenin oğurlanmasını müəyyən etmişdir. Beləliklə də baş vermiş oğurluq nəticəsində mənə ümumilikdə 3330 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2013-cü il tarixdən hal hazıra kimi Nefçilər metro stansiyasının çıxışında, ünvan 4 ünvanında yerləşən “Bakcell” telefon mağazasında satıcı işləyir. İşlədiyi telefon mağazası təzə və istifadədə olmuş mobil telefonların alışı və satışı, telefonların təmiri və sair xidmətlərlə məşğul olur. 2021-ci ilin noyabr ayının axırlarında Binəqədi RPİ-nin 6-cı Polis Bölməsindən ona zəng edilərək 2020-ci ilin noyabr ayında işlədiyi mağaza tərəfindən “Samsung Galaxy J2 Prime ” markalı mobil telefonunun satışı ilə maraqlananda o, mağazada olan Jurnala baxıb bildirdi ki, 17 noyabr 2020-ci il tarixdə həqiqətən də onun tərəfindən 50 manata Təqsirləndirilən şəxs 355 623 081 873 887 imey kodu olan “Samsung Galaxy J2 Prime” markalı mobil telefonu alınmış və 18 noyabr 2020-ci il tarixdə həmin telefon 90 manata Əsgər adlı alıcıya satılmışdır. Həmin mobil telefonunun alışı və satışı ilə bağlı mağazada olan sənədlərin surəti, o cümlədən Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surəti onun tərəfindən 6-cı Polis Bölməsinin əməkdaşlarına təqdim edilmişdir. Təqsirləndirilən şəxs aldığı 355 623 081 873 887 imey kodu olan “Samsung Galaxy J2 Prime” markalı mobil telefonun oğurluq olmasını o, bilməmişdir. Təqsirləndirilən şəxs həmin mobil telefonun özünə məxsus olmasını bildirmişdir. Məhkəmə iclasına çağırılmış Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 01.12.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi ilə bağlı toplanmış material üzrə fakta görə CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 30.11.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs oğurlanmış bir ədəd “Samsung Galaxy J2 Prime” markalı mobil telefon Şahid2 təhvil alınmışdır. 30.11.2021-ci il tarixli protokoldan və əlavə edilmiş kserosənədlərdən görünür ki, Şahid2 götürülmüş bir ədəd “Samsung Galaxy J2 Prime” markalı mobil telefonun alğı-satqı kitabçası və Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin surəti götürülmüşdür. 01.12.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs Şahid2 götürülmüş bir ədəd “Samsung Galaxy J2 Prime” markalı mobil telefonu evindən oğurlanmış öz telefonu kimi tanımışdır. 01.12.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 dekabr 2021ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 02.12.2021-ci il tarixli protokoldan və əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılmış və o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. 03.12.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03.12.2021-ci il tarixli, 4(001)- 1269/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 01.12.2021-ci il tarixdən hesablanmışdır. 17.12.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.05.2021-ci il tarixli, 1(001)-231/2021 nömrəli hökmü ilə CM-in 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, qəti olaraq 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 30.12.2021-ci il tarixli, 9/8899 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd Vyetnam istehsalı, “Samsung Galaxy J2 Prime” markalı mobil telefonun orta bazar qiyməti 80 manat olaraq müəyyən edilmişir. 02.02.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə bir ədəd “Samsung Galaxy J2 Prime” markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10.01.2022-ci il tarixli, 7(001)-6/2022 qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.05.2021-ci il tarixli, 1(001)-231/2021 nömrəli hökmü ilə CM-in 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək azadlığın məhdudlaşdırılması cəzasından 1 (bir) il azaldılmışdır. 03.03.2022-ci il tarixli Bakı şəhəri Probasiya Şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.05.2021-ci il tarixli, 1(001)-231/2021 nömrəli hökmü ilə məhkum olunduğu 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını çəkməsi üçün 23.07.2021-ci il tarixdə qeydiyyata alınmış, barəsində olan digər cinayət işi üzrə tutulanadək, yəni 01.12.2021-ci il tarixədək 4 ay 8 gününü çəkmişdir. 10.03.2022-ci il tarixli Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, cinayət işi üzrə vurulmuş zərərdən yalnız “Samsung Galaxy J2 Prime” markalı mobil telefon qaytarılmış, ziyanın qalan hissəsi isə ödənilməmişdir. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, Zərərçəkmiş şəxs yaşadığı evdən iki ədəd mobil telefondan başqa heç bir əşya oğurlamaması ilə bağlı ifadəsinə məhkəmə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, təqsirləndirilən şəxsin ifadələrini, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs tərəfindən elan edilmiş həmin ittiham üzrə cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi həmin ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş həmin ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 59-cü maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını və məhkumluğunun ödənilməmiş və ya götürülməmiş olmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. CM-in 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, CMin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.05.2021-ci il tarixli, 1(001)-231/2021 nömrəli hökmü ilə məhkum olunduğu və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10.01.2022-ci il tarixli, 7(001)- 6/2022 qərarı ilə 1 il azaldılmış hissəsi olan 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, CM-in 66.5-ci maddəsinə əsasən həmin cəzanı hazırkı hökmlə təyin ediləcək cəzaya toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli və onun Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.05.2021-ci il tarixli, 1(001)-231/2021 nömrəli hökmü ilə məhkum olunduğu cəzanın çəkilən hissəsi, yəni 4 (dörd) ay 8 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası 2 (iki) ay 4 (dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasına barəbər tutulmaqla qəti cəza müddətinə hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 01 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03.12.2021-ci il tarixli, 4(001)-1269/2021 nömrəli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 01 dekabr 2021-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs 01 dekabr 2021ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli hazırda baxılan cinayət işi üzrə barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edildiyi vaxtdan, yəni 01 dekabr 2021-ci il tarixdən hesablanmalı və həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Samsung Galaxy J2 Prime” markalı mobil telefonu saxlanması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 20 (iyirmi) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs tərəfindən cinayət hadisəsi zamanı vurulmuş ziyanla bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı mülki iddia ilə müraciət olunmamışdır. Qeyd olunanlara və CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməmiş hissəsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərcləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.05.2021-ci il tarixli, 1(001)-231/2021 nömrəli hökmü ilə məhkum olunduğu və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10.01.2022-ci il tarixli, 7(001)-6/2022 qərarı ilə 1 il azaldılmış hissəsi olan 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən həmin cəzanı hazırkı hökmlə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il 2 (iki) ay 4 (dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin və onun Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.05.2021-ci il tarixli, 1(001)-231/2021 nömrəli hökmü ilə məhkum olunduğu cəzanın çəkilən hissəsi, yəni 4 (dörd) ay 8 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası 2 (iki) ay 4 (dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasına barəbər tutulmaqla qəti cəza müddətinə hesablanaraq, üzərində qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 01 dekabr 2021-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Samsung Galaxy J2 Prime” markalı mobil telefonu saxlanması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməmiş hissəsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №1(001)-205/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-205/2022
10.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver