Məhkəmə qərarları › İş №1(001)-206/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-206/2022

07.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-206/2022 07.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X1, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu, Xaspolad-Oba kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 29,177.2.1, 29,177.2.2, 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrarən özgənin əmlakını gizli olaraq talamağa cəhd etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrarən özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə şəxsiyyəti istintaqla müəyyən edilməmiş «Vüsal» adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, xx.xx.2021-ci il tarixdə saat 10 radələrində ünvan 2 ünvanında yerləşən Şahid13 məxsus evin bayır tərəfində quraşdırılmış Zərərçəkmiş şəxs ASC-yə məxsus 140 manat dəyərində 01 ədəd «Abşeron CSS-20K» markalı smart tipli su sayğacını gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-yə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə şəxsiyyəti istintaqla müəyyən edilməmiş «Vüsal» adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, xx.xx.2021-ci il tarixdə saat 08 radələrində ünvan 3 ünvanında yerləşən Şahid12 məxsus evin bayır tərəfində quraşdırılmış Zərərçəkmiş şəxs ASC-yə məxsus 140 manat dəyərində 01 ədəd «Abşeron CSS-20K» markalı smart tipli su sayğacını gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-yə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə şəxsiyyəti istintaqla müəyyən edilməmiş «Vüsal» adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, xx.xx.2021-ci il tarixdə saat 17 radələrində ünvan 2 ünvanında yerləşən Şahid11 məxsus evin bayır tərəfində quraşdırılmış Zərərçəkmiş şəxs ASC-yə məxsus 140 manat dəyərində 01 ədəd «Abşeron CSS-20K» markalı smart tipli su sayğacını gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-yə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə şəxsiyyəti istintaqla müəyyən edilməmiş «Vüsal» adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, xx.xx.2021-ci il tarixdə saat 10 radələrində ünvan 4 ünvanında yerləşən Şahid10 məxsus evin bayır tərəfində quraşdırılmış Zərərçəkmiş şəxs ASC-yə məxsus 140 manat dəyərində 01 ədəd «Abşeron CSS-20K» markalı smart tipli su sayğacını gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-yə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə şəxsiyyəti istintaqla müəyyən edilməmiş «Vüsal» adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, xx.xx.2021-ci il tarixdə saat 12 radələrində ünvan 5 ünvanında yerləşən Şahid8 məxsus evin bayır tərəfində quraşdırılmış Zərərçəkmiş şəxs ASC-yə məxsus 140 manat dəyərində 01 ədəd «Abşeron CSS-20K» markalı smart tipli su sayğacını gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-yə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə şəxsiyyəti istintaqla müəyyən edilməmiş «Vüsal» adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, xx.xx.2021-ci il tarixdə saat 18:30 radələrində ünvan 2 ünvanında yerləşən Şahid7 məxsus evin bayır tərəfində quraşdırılmış Zərərçəkmiş şəxs ASC-yə məxsus 140 manat dəyərində 01 ədəd «Abşeron CSS-20K» markalı smart tipli su sayğacını gizli olaraq talayıb ələ keçirmək istəmiş, lakin həmin vaxt Şahid7 gəldiyini gördükdə, sonuncu tərəfindən hadisə yerində yaxalanmasından ehtiyyat edib oradan uzaqlaşmaqla, öz iradəsindən asılı olmayan səbəblərdən oğurluq cinayətini başa çatdıra bilməyərək oğurluğa cəhd etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə şəxsiyyəti istintaqla müəyyən edilməmiş «Vüsal» adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, xx.xx.2021-ci il tarixdə saat 11 radələrində ünvan 6 ünvanında yerləşən Şahid9 məxsus evin bayır tərəfində quraşdırılmış Zərərçəkmiş şəxs ASC-yə məxsus hər bir ədədinin dəyəri 140 manat təşkil edən ümumilikdə 280 manat dəyərində 02 ədəd «Abşeron CSS-20K» markalı smart tipli su sayğaclarını gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-yə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə şəxsiyyəti istintaqla müəyyən edilməmiş «Vüsal» adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2021-ci il tarixdə saat 17:30-dan 17:50-dək olan müddət ərzində ünvan 7 ünvanında yerləşən Şahid1 məxsus evin bayır tərəfində, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 74, ev 286 ünvanında yerləşən X3 məxsus evin bayır tərəfində, ünvan 8 ünvanında yerləşən Şahid6 məxsus evin bayır tərəfində, ünvan 9 ünvanında yerləşən Şahid5 məxsus evin bayır tərəfində, ünvan 10 ünvanında yerləşən Şahid4 məxsus evin bayır tərəfində quraşdırılmış Zərərçəkmiş şəxs ASC-yə məxsus hər bir ədədinin dəyəri 140 manat təşkil edən ümumilikdə 700 manat dəyərində 05 ədəd «Abşeron CSS-20K» markalı smart tipli su sayğaclarını gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-yə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə şəxsiyyəti istintaqla müəyyən edilməmiş «Vüsal» adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, xx.xx.2021-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 72 ünvanında yerləşən Şahid3 məxsus evin bayır tərəfində quraşdırılmış Zərərçəkmiş şəxs ASC-yə məxsus 140 manat dəyərində 01 ədəd «Abşeron CSS-20K» markalı smart tipli su sayğacını gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-yə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə şəxsiyyəti istintaqla müəyyən edilməmiş «Vüsal» adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, xx.xx.2021-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 64 ünvanında yerləşən Şahid2 məxsus evin bayır tərəfində quraşdırılmış Zərərçəkmiş şəxs ASC-yə məxsus 140 manat dəyərində 01 ədəd «Abşeron CSS-20K» markalı smart tipli su sayğacını gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-yə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 29,177.2.1, 29,177.2.2, 177.2.1 və 177.2.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışdır. Tutulmazdan təxminən 2-3 ay öncə Bakı şəhəri, Binəqədi rayonu, «Mərkəz» deyilən yerdə Vüsal adlı şəxslə tanış olmuş və sonuncu ilə dostluq münasibətləri yaranmışdır. 2021-ci ilin noyabr ayının əvvəlində Vüsal ona Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən evlərə gedən su xətlərindən su sayğaclarını oğurlamağı təklif etmiş və o da heç bir yerdə işləmədi, maddi durumunun yaxşı olmadığı üçün sonuncu ilə razılaşaraq onunla birlikdə oğurluq etmək qərarına gəlmişdir. İlk dəfə o, Vüsal adlı şəxslə birlikdə xx.xx.2021-ci il tarixdə saat 10 radələrində ünvan 2 ünvanında yerləşən evin bayır tərəfində quraşdırılmış su sayğacını oğurlamışdır. Bundan sonra o, Vüsal adlı şəxslə birlikdə xx.xx.2021-ci il tarixdə saat 08 radələrində ünvan 12 ünvanında yerləşən evin bayır tərəfində quraşdırılmış su sayğacını oğurlamışdır. Bundan sonra o, Vüsal adlı şəxslə birlikdə xx.xx.2021-ci il tarixdə saat 17 radələrində ünvan 2 ünvanında yerləşən evin bayır tərəfində quraşdırılmış su sayğacını oğurlamışdır. Bundan sonra o, Vüsal adlı şəxslə birlikdə xx.xx.2021-ci il tarixdə saat 10 radələrində ünvan 4 ünvanında yerləşən evin bayır tərəfində quraşdırılmış su sayğacını oğurlamışdır. Bundan sonra o, Vüsal adlı şəxslə birlikdə xx.xx.2021-ci il tarixdə saat 12 radələrində ünvan 5 ünvanında yerləşən evin bayır tərəfində quraşdırılmış su sayğacını oğurlamışdır. Bundan sonra o, Vüsal adlı şəxslə birlikdə xx.xx.2021-ci il tarixdə saat 18 radələrində ünvan 2 ünvanında yerləşən evin bayır tərəfində quraşdırılmış su sayğacını oğurlamaq istəmiş, lakin həmin vaxt ev yiyəsini gəldiyin gördükdə, sonuncu tərəfindən hadisə yerində yaxalanmaqdan ehtiyat edib Vüsal adlı şəxslə oradan uzaqlaşmışlar. Bundan sonra o, Vüsal adlı şəxslə birlikdə xx.xx.2021-ci il tarixdə saat 11 radələrində ünvan 6 ünvanında yerləşən evin bayır tərəfində quraşdırılmış su sayğacını oğurlamışlar. Bundan sonra o, Vüsal adlı şəxslə birlikdə xx.xx.2021-ci il tarixdə saat 17 radələrində təxminən yarım saat ərzində ünvan 7 ünvanında evin bayır tərəfində, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 74, ev 286 ünvanında yerləşən evin bayır tərəfində, ünvan 8 ünvanında yerləşən evin bayır tərəfində, ünvan 9 ünvanında yerləşən evin bayır tərəfində, ünvan 10 ünvanında yerləşən evin bayır tərəfində quraşdırılmış su sayğaclarını oğurlamışlar. Bundan sonra o, Vüsal adlı şəxslə birlikdə xx.xx.2021-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 72 ünvanında yerləşən evin bayır tərəfində quraşdırılmış su sayğacını oğurlamışlar. Bundan sonra o, Vüsal adlı şəxslə birlikdə xx.xx.2021-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 64 ünvanında yerləşən evin bayır tərəfində quraşdırılmış su sayğacını oğurlamışlar. Oğurluq yolu ilə əldə etdiyimiz su sayğaclarının bir qismini sındıraraq, içərisində olan metalı Bakı şəhəri, Binəqədi rayonu, 2-ci mədəndə yerləşən «Anar» marketin yaxınlığında olan məişət avadanlıqlarının təmiri mağazasına satmışlar. Həmin oğurlanmış su sayğaclarının bir qismini isə Binəqədi rayonu, Binəqədi qəsəbəsi 3-cü mədəndə yerləşən Daş bazarı deyilə yerdə metal qəbulu yerinə satmışlar. Oğurluq yolu ilə əldə etdikləri pulları o, Vüsalla birlikdə arlarında bölərək şəxsi ehtiyaclarına xərcləmişlər. O, Vüsal adlı şəxslə birlikdə oğurladıqları su sayğaclarından birini çatdırıb sındıraraq, içərisində olan metalını təhvil verə bilməmiş, həmin sayğacı o, yaşadığı evdə saxlamış, sonradan könüllü olaraq təhqiqat orqanlarına təhvil vermişdir. Hazırda törətdiyi cinayət əməlindən peşmandır, zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanı tam ödəmiş və onunla barışıq əldə etmişdir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 29,177.2.1, 29,177.2.2, 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, o, 2019-cu ildən Zərərçəkmiş şəxs ASC-də hüquqşünas vəzifəsində işləyir, eyni zamanda etibarnamə əsasında Zərərçəkmiş şəxs ASC-ni Azərbaycan Respublikasının bütün məhkəmə instansiyalarında, məhkəmə qərarlarının icrası orqanlarında və digər dövlət strukturlarında və digər aidiyyəti orqanlarda təmsil edir. Mahiyyəti üzrə göstərmişdir ki, Zərərçəkmiş şəxs ASC-nin X11 İdarəsinə təqdim edilməsi üçün ünvan 2 ünvanında yaşayan Şahid13, ünvan 3 ünvanında yaşayan Şahid12, ünvan 2 ünvanında yaşayan Şahid11, ünvan 4 ünvanında yaşayan Şahid10, ünvan 5 ünvanında yaşayan X5, ünvan 6 ünvanında yaşayan Şahid9, ünvan 7 ünvanında yaşayan Şahid1, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 74, ev 286 ünvanında yaşayan X3, ünvan 8 ünvanında yaşayan Şahid6, ünvan 9 ünvanında yaşayan Şahid5, ünvan 10 ünvanında yaşayan Şahid4 Binəqədi RPİ-nin 43-cü PB-dən arayışlar verilmişdir. Həmin arayışlarda göstərilmişdir ki, yuxarıda sadaladığı vətəndaşların ünvanlarından Zərərçəkmiş şəxs ASC-yə məxsus hər bir ədədinin dəyəri quraşdırılması ilə birlikdə 247,23 manat təşkil edən, ümumilikdə 3461,22 manat dəyərində 14 ədəd su sayğacları naməlum şəxs (şəxslər) tərəfindən oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində istintaq orqanının gəldiyi nəticəyə əsasən Zərərçəkmiş şəxs ASC-yə ümumilikdə 2100 manat maddi ziyan dəymişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən hadisə nəticəsində Zərərçəkmiş şəxs ASC-yə dəymiş zərər tam olaraq ödənilmiş və sonuncudan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, xx.xx.2021ci il tarixdə yaşadığı ünvan 3 ünvanında olduğu zaman, evin həyətinin ətrafına çöl tərəfdən çəkilərək, daş hasara bərkidilmiş qapağı açıq olan su qutusunun içərisində olan su sayğacı yerində olmuşdur. Səhəri gün, yəni xx.xx.2021-ci il tarixdə saat 10 radələrində su sayğacının yerində olmadığını aşkar etmişdir. O, bu barədə Zərərçəkmiş şəxs ASC-yə zəng vuraraq məlumat vermiş, lakin idarədən ona sayğacla bağlı məlumatlarının olmadığını bildirmişlər. Bundan sonra o, baş vermiş hadisə ilə bağlı DİN-nin 102 zəng xidmətinə zəng vuraraq məlumat vermişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və hadisə yerini müayinə etmişlər. Baş vermiş hadisə ilə bağlı ona heç bir məbləğdə maddi ziyan dəyməmiş, çünki oğurlanmış sayğac Zərərçəkmiş şəxs ASC-yə məxsus olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, xx.xx.2021ci il tarixdə yaşadığı ünvan 2 ünvanında olduğu zaman, evin həyətinin ətrafına çöl tərəfdən çəkilərək, daş hasara bərkidilmiş qapağı açıq olan su qutusunun içərisində olan su sayğacı yerində olmuşdur. Həmin gün saat 21 radələrində su sayğacının yerində olmadığını aşkar etmişdr. O, bu barədə Zərərçəkmiş şəxs ASC-yə zəng vuraraq məlumat vermiş, lakin idarədən ona sayğacla bağlı məlumatlarının olmadığını bildirmişlər. Bundan sonra o, baş vermiş hadisə ilə bağlı DİN-nin 102 zəng xidmətinə zəng vuraraq məlumat vermişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və hadisə yerini müayinə etmişlər. Baş vermiş hadisə ilə bağlı ona heç bir məbləğdə maddi ziyan dəyməmiş, çünki oğurlanmış sayğac Zərərçəkmiş şəxs ASC-yə məxsus olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid10 Sərhəd qızı ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 08 radələrində yaşadığı ünvan 4 ünvanından çıxaraq, öz işi ilə bağlı yaşadığı ünvanı tərk etmişdir. Həmin gün saat 14 radələrində yaşadığı ünvana qayıtdığı zaman, evin həyətinin ətrafına çöl tərəfdən çəkilərək, daş hasara bərkidilmiş qapağı açıq olan su qutusunun içərisində olan su sayğacının yerində olmadığını aşkar etmişdir. O, bu barədə Zərərçəkmiş şəxs ASC-yə zəng vuraraq məlumat vermiş, lakin idarədən ona sayğacla bağlı məlumatlarının olmadığını bildirmişlər. Bundan sonra o, baş vermiş hadisə ilə bağlı DİN-nin 102 zəng xidmətinə zəng vuraraq məlumat vermişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və hadisə yerini müayinə etmişlər. Baş vermiş hadisə ilə bağlı ona heç bir məbləğdə maddi ziyan dəyməmiş, çünki oğurlanmış sayğac Zərərçəkmiş şəxs ASC-yə məxsus olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə yaşadığı ünvan 14 ünvanında olduğu zaman, yaşadığı evin həyətinin ətrafına çöl tərəfdən çəkilərək, daş hasara bərkidilmiş qapağı açıq olan su qutusunun içərisində olan su sayğacı yerində olmuşdur. Həmin gün saat 16 radələrində həmin su sayğacının yerində olmadığını aşkar etmişdir. O, bu barədə Zərərçəkmiş şəxs ASC-yə zəng vuraraq məlumat vermiş, lakin idarədən ona sayğacla bağlı məlumatlarının olmadığını bildirmişlər. Bundan sonra o, baş vermiş hadisə ilə bağlı DİN-nin 102 zəng xidmətinə zəng vuraraq məlumat vermişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və hadisə yerini müayinə etmişlər. Baş vermiş hadisə ilə bağlı ona heç bir məbləğdə maddi ziyan dəyməmiş, çünki oğurlanmış sayğac Zərərçəkmiş şəxs ASC-yə məxsus olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə yaşadığı ünvan 2 ünvanında olduğu zaman, yaşadığı evin həyətinin ətrafına çöl tərəfdən çəkilərək, daş hasara bərkidilmiş qapağı açıq olan su qutusunun içərisində olan su sayğacı yerində olmuşdur. Həmin gün axşam saatlarında siqaret çəkmək üçün evdə bayıra çıxmışdır. Bu zaman o, 2 nəfər əvvəllər tanımadığı şəxsi görmüş, həmin şəxslər onun evinə hasar tərəfdən bərkidilmiş Zərərçəkmiş şəxs ASC-yə məxsus 01 ədəd smart tipli su sayğacını götürmək istəyən zaman o, onlara tərəf baxaraq nə etdiklərini soruşmuşdur. Bu zaman həmin şəxslər onu görərək götürmək istədikləri su sayğacını atıb oradan qaçaraq uzaqlaşmışlar. O, həmin şəxslərin hava qaranlıq olduğu üçün üzünü görməmişdir. Bununla əlaqədar o. ilkin olaraq Zərərçəkmiş şəxs ASC-yə daha sonra isə polisə məlumat vermişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 17 radələrində yaşadığı ünvan 7 ünvanında olduğu zaman, evin həyətinin ətrafına çöl tərəfdən çəkilərək, daş hasara bərkidilmiş qapağı açıq olan su qutusunun içərisində olan su sayğacı yerində olmuşdur. Həmin gün saat 17:50 radələrində isə su sayğacının yerində olmadığını aşkar etmişdir. O, bu barədə Zərərçəkmiş şəxs ASC-yə zəng vuraraq məlumat vermiş, lakin idarədən ona sayğacla bağlı məlumatlarının olmadığını bildirmişlər. Bundan sonra o, baş vermiş hadisə ilə bağlı DİN-nin 102 zəng xidmətinə zəng vuraraq məlumat vermişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və hadisə yerini müayinə etmişlər. Baş vermiş hadisə ilə bağlı ona heç bir məbləğdə maddi ziyan dəyməmiş, çünki oğurlanmış sayğac Zərərçəkmiş şəxs ASC-yə məxsus olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 17 radələrində yaşadığı ünvan 15 ünvanında olduğu zaman, evin həyətinin ətrafına çöl tərəfdən çəkilərək, daş hasara bərkidilmiş qapağı açıq olan su qutusunun içərisində olan su sayğacı yerində olmuşdur. Həmin gün saat axşam saatlarında isə su sayğacının yerində olmadığını aşkar etmişdir. O, bu barədə Zərərçəkmiş şəxs ASC-yə zəng vuraraq məlumat vermiş, lakin idarədən ona sayğacla bağlı məlumatlarının olmadığını bildirmişlər. Bundan sonra o, baş vermiş hadisə ilə bağlı DİN-nin 102 zəng xidmətinə zəng vuraraq məlumat vermişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və hadisə yerini müayinə etmişlər. Baş vermiş hadisə ilə bağlı ona heç bir məbləğdə maddi ziyan dəyməmiş, çünki oğurlanmış sayğac Zərərçəkmiş şəxs ASC-yə məxsus olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, xx.xx.2021ci il tarixdə saat 17 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 74, ev 286 ünvanında olduğu zaman, evin həyətinin ətrafına çöl tərəfdən çəkilərək, daş hasara bərkidilmiş qapağı açıq olan su qutusunun içərisində olan su sayğacı yerində olmuşdur. Həmin gün saat 18 radələrində isə su sayğacının yerində olmadığını aşkar etmişdir. O, bu barədə Zərərçəkmiş şəxs ASC-yə zəng vuraraq məlumat vermiş, lakin idarədən ona sayğacla bağlı məlumatlarının olmadığını bildirmişlər. Bundan sonra o, baş vermiş hadisə ilə bağlı DİN-nin 102 zəng xidmətinə zəng vuraraq məlumat vermişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və hadisə yerini müayinə etmişlər. Baş vermiş hadisə ilə bağlı ona heç bir məbləğdə maddi ziyan dəyməmiş, çünki oğurlanmış sayğac Zərərçəkmiş şəxs ASC-yə məxsus olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən korpus 72 ünvanında olduğu zaman, yaşadığı evin həyətinin ətrafına çöl tərəfdən çəkilərək, daş hasara bərkidilmiş qapağı açıq olan su qutusunun içərisində olan su sayğacı yerində olmuşdur. Həmin gün saat 23 radələrində həmin su sayğacının yerində olmadığını aşkar etmişdir. O, bu barədə Zərərçəkmiş şəxs ASC-yə zəng vuraraq məlumat vermiş, lakin idarədən ona sayğacla bağlı məlumatlarının olmadığını bildirmişlər. Bundan sonra o, baş vermiş hadisə ilə bağlı DİN-nin 102 zəng xidmətinə zəng vuraraq məlumat vermişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və hadisə yerini müayinə etmişlər. Baş vermiş hadisə ilə bağlı ona heç bir məbləğdə maddi ziyan dəyməmiş, çünki oğurlanmış sayğac Zərərçəkmiş şəxs ASC-yə məxsus olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən korpus 64 ünvanında olduğu zaman, yaşadığı evin həyətinin ətrafına çöl tərəfdən çəkilərək, daş hasara bərkidilmiş qapağı açıq olan su qutusunun içərisində olan su sayğacı yerində olmuşdur. Səhəri gün, yəni xx.xx.2021-ci il tarixdə saat 08 radələrində həmin su sayğacının yerində olmadığını aşkar etmişdir. O, bu barədə Zərərçəkmiş şəxs ASC-yə zəng vuraraq məlumat vermiş, lakin idarədən ona sayğacla bağlı məlumatlarının olmadığını bildirmişlər. Bundan sonra o, baş vermiş hadisə ilə bağlı DİN-nin 102 zəng xidmətinə zəng vuraraq məlumat vermişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və hadisə yerini müayinə etmişlər. Baş vermiş hadisə ilə bağlı ona heç bir məbləğdə maddi ziyan dəyməmiş, çünki oğurlanmış sayğac Zərərçəkmiş şəxs ASC-yə məxsus olmuşdur. Məhkəmə iclasına çağırılmış şahidlər Şahid4, Şahid6, Şahid9, Şahid13, Şahid15 və Şahid16 məhkəmə iclasında iştirak etməmələrini nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş şahidlər Azərbaycan Respublikası DİN-in X14 Alayının 2-ci Patrul Bölüyünün polis nəfərləri X6 və X4, məhkəmə baxışı zamanı dindirilmiş digər şahid X7 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə CM-in 29,177.2.1, 29,177.2.2, 177.2.1 və 177.2.2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid13 müraciəti əsasında hadisə yerinə baxış keçirilmiş və baxış zamanı xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs ASC-yə məxsus su sayğacının ünvan 2 ünvanında yerləşən yaşayış evinin çöl hissəsindən oğurlanması müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid12 müraciəti əsasında hadisə yerinə baxış keçirilmiş və baxış zamanı xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs ASC-yə məxsus su sayğacının ünvan 3 ünvanında yerləşən yaşayış evinin çöl hissəsindən oğurlanması müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid11 müraciəti əsasında hadisə yerinə baxış keçirilmiş və baxış zamanı xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs ASC-yə məxsus su sayğacının ünvan 2 ünvanında yerləşən yaşayış evinin çöl hissəsindən oğurlanması müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid8 müraciəti əsasında hadisə yerinə baxış keçirilmiş və baxış zamanı xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs ASC-yə məxsus su sayğacının ünvan 5 ünvanında yerləşən yaşayış evinin çöl hissəsindən oğurlanması müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid10 müraciəti əsasında hadisə yerinə baxış keçirilmiş və baxış zamanı xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs ASC-yə məxsus su sayğacının ünvan 4 ünvanında yerləşən yaşayış evinin çöl hissəsindən oğurlanması müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid14 müraciəti əsasında hadisə yerinə baxış keçirilmiş və baxış zamanı xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs ASC-yə məxsus su sayğacının ünvan 8 ünvanında yerləşən yaşayış evinin çöl hissəsindən oğurlanması müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid6 müraciəti əsasında hadisə yerinə baxış keçirilmiş və baxış zamanı xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs ASC-yə məxsus su sayğacının ünvan 8 ünvanında yerləşən yaşayış evinin çöl hissəsindən oğurlanması müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid5 müraciəti əsasında hadisə yerinə baxış keçirilmiş və baxış zamanı xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs ASC-yə məxsus su sayğacının ünvan 9 ünvanında yerləşən yaşayış evinin çöl hissəsindən oğurlanması müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid4 müraciəti əsasında hadisə yerinə baxış keçirilmiş və baxış zamanı xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs ASC-yə məxsus su sayğacının ünvan 10 ünvanında yerləşən yaşayış evinin çöl hissəsindən oğurlanması müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid3 müraciəti əsasında hadisə yerinə baxış keçirilmiş və baxış zamanı xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs ASC-yə məxsus su sayğacının Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 72 ünvanında yerləşən yaşayış evinin çöl hissəsindən oğurlanması müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid2 müraciəti əsasında hadisə yerinə baxış keçirilmiş və baxış zamanı xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs ASC-yə məxsus su sayğacının Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 64 ünvanında yerləşən yaşayış evinin çöl hissəsindən oğurlanması müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid9 müraciəti əsasında hadisə yerinə baxış keçirilmiş və baxış zamanı xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs ASC-yə məxsus su sayğacının ünvan 6 ünvanında yerləşən yaşayış evinin çöl hissəsindən oğurlanması müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, məişət avadanlıqlarının təmiri mağazasından Təqsirləndirilən şəxs satılmış sayğacların iki ədədinin ehtiyat hissəsi götürülmüşdür. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında olan evindən bir ədəd su sayğacı aşkar edilərək götürülmüşdür. xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid1 müraciəti əsasında hadisə yerinə baxış keçirilmiş və baxış zamanı xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs ASC-yə məxsus su sayğacının ünvan 7 ünvanında yerləşən yaşayış evinin çöl hissəsindən oğurlanması müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 29,177.2.1, 29,177.2.2, 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(001)-1228/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 18 noyabr 2021-ci il tarixdən hesablanmışdır. xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2021-ci il tarixli protokollardan görünür ki, Şahid16 Cəlal oğlunun təqdim etdiyi şəxsiyyət vəsiqəsinin surətləri iş materiallarına əlavə edilmiş və həmin sənədlərə baxış zamanı həmin sənədlərdə Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətinin əks olunması və sayğacların satılmasın təsdiq edilməsi ilə bağlı müvafiq qeydlərin yazılması müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli, 9/8803 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd istifadə olmuş “Abşeron CSS- 20K” markalı smart tipli su sayğacının yararlı vəziyyətdə orta bazar qiyməti təxminən 140,0 manat müəyyən edilir. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, araşdırma zamanı götürülmüş 3 (üç) ədəd “Abşeron CSS-20K” markalı smart tipli su sayğacı maddi sübut kimi tanınmış və saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 29,177.2.1, 29,177.2.2, 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-164/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2022ci il tarixədək uzadılmışdır. Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 7/01- 2/1/13922 nömrəli məktubundan görünür ki, cəmiyyətə dəymiş 2100 manat ziyan ödənilmiş, hər hansı bir şikayət və tələb yoxdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 29,177.2.1, 29,177.2.2, 177.2.1 və 177.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 29,177.2.1, 29,177.2.2, 177.2.1 və 177.2.2-ci maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, yenə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə baxışı zamanı iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(001)-1228/2021 nömrəli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 18 noyabr 2021-ci il tarixdən hesablanmışdır. Bundan başqa Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-164/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı 18 noyabr 2021-ci il tarixdən hazırki vaxtadək həbsdə olduğu 10 (on) ay, 19 (on doqquz) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunaraq o, dərhal məhkəmə zalından həbsdən azad edilməli və Təqsirləndirilən şəxs barəsində seçiləcək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 3 (üç) ədəd “Abşeron CSS-20K” markalı smart tipli su sayğacı zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinə qaytarılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.2, 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən hazırki vaxtadək şübhəli və təqsirləndirilən şəxs qismində saxlanıldığı 10 (on) ay 19 (on doqquz) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 18 ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 03 ədəd “Abşeron CSS-20K” markalı smart tipli sayğac zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar