Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-207/2020 08.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri X4, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili X3, Zərərçəkmiş şəxs (Mülki iddiaçı) Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs oğlunun, xx.xx.1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay,əvvəllər məhkum olunmamış,Bakı Dövlət Universitetinin «geologiya» fakultəsinin məzunu, ali təhsilli, fərdi əməklə məşğul olan,ünvan 1 mənzil 4 ünvanında qeydiyyatda olan və yaşayan barəsində “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi rayon məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 14.00 radələrində özünə məxsus idarə etdiyi “BMW” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində “Elit” ticarət mərkəzi ilə üzbəüz yerləşən avtomobil təmiri məntəqəsinin içərisində saatda 20-30 kilometr sürətlə hərəkət etdirərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsində göstərilən qaydaları pozaraq yəni, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almayaraq, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox sürətlə sürüb, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməyərək, idarə etdiyi nəqliyyat vasitəsinin sol tərəf buferin aşağı hissəsi ilə yolu soldan sağa doğru keçən piyada Zərərçəkmiş şəxs vurub ona sol aşıq-baldır oynağında oynaq yarığının genişlənməsi ilə müşayiət olunan sol aşıq-baldır oynağının hemartozu, sol diz oynağı və sol baldır nahiyələrinin səthi əzilmiş yaraları və sol baldırın ön səthinin sıyrığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulması ilə müşaiyət olunan ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan bədən xəsarətləri yetirməklə yol hərəkəti qaydalarını pozmuşdur.Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs oğlu CM-nin 263.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2017-ci il tarixdən “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır.xx xxxxxx 2019-cu il tarixdə saat 14.00 radələrində özünə məxsus “BMW” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində “Elit” ticarət mərkəzi ilə üzbəüz yerləşən avtomobil təmiri sexinə avtomobilinə əlavə aksessuar almaq məqsədilə tanışları Səddam, Seymur və Qəhrəman adlı şəxslərlə birlikdə gəlmişdir.Axtardığı aksessuarları tapa bilmədiyinə görə geri qayıtmaq qərarına gəlmişdir. Bu vaxt avtomobil təmiri sexinin içərisində olan yol ilə 20-30 km/saat sürətlə hərəkət edərkən təxminən 4-5 metr özündən sol tərəfdən adi yerişlə hərəkət edən piyada iki avtomobilin arasından çıxaraq onun avtomobilinin hərəkətdə olarkən sol güzgü və avtomobilin sol ön qanadına toxunaraq sol tərəfdəki dayanmış avtomobilə dəymiş və yerə yıxılmışdır. O, avtomobil piyadaya toxunanda səs eşitmiş və bir qədər irəlidə dayanıb avtomobildən enmişdir.Piyadaya ilkin tibbi yardım göstərərək onu “Zəfəran” klinikasına aparmışdır.O,piyadanın müalicəsinə ümumilikdə 700 manat pul xərcləmişdir. O, Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır.Hadisə günü spirtli içki və ya narkotik vasitə qəbul etməmişdir.Hava şəraiti yağışlı, yer yaş olmuş, avtomobilin sol tərəfdən qapısının şüşəsi tərləmişdir.O, zərərçəkmiş şəxsi həkimə aparmaq istəyəndə zərərçəkmiş şəxs ona demişdir ki, həkimə ehtiyacı yoxdur, Rəsulzadə qəsəbəsində yaxşı sınıqçı var, ora apar.O da, həmin şəxsi maşına otuzdurub zərərçəkmiş şəxsi dediyi ünvana aparmışdır.Lakin evdə heç kim olmamışdır.Sonra onu Zəfərən klinikasına aparmışdır.Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, gənc olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 11.00 radələrindən etibarən özünə məxsus “Renault Megane” markalı avtomobildə yaranmış nasazlıq səbəbindən onu təmir etdirmək üçün Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində “Elit” ticarət mərkəzi ilə üzbəüz yerləşən avtomobil təmiri məntəqəsinə getmişdir.Həmin məntəqənin içərisində olarkən saat 14.00 radələrində onun avtomobili təmir olunub bitdikdən sonra məntəqənin içərisində “Mişa” adlı ustanın elektrik qarajının qarşısında dayanıb siqaret çəkmiş və avtomobili ilə aralarında olan 5 metrəlik yolu keçib avtomobilinə oturmaq istəmiş, həmin vaxt güclü “forsaj” və uğultu səs ilə sağ tərəfindən avtomobilin gəldiyini eşitdiyinə görə yolu keçə bilməyəcəyini hiss etmiş və ani olaraq bir addım geri qayıtmaq istədikdə təxminən 70 km/saat sürətlə hərəkət edən “BMW” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobil sol baldır nahiyəsindən avtomobilin sol fara və bufer hissəsi ilə ona toxunmuş, zərbənin təsirindən 180 dərəcə fırlanaraq yolun sol hissəsində dayanmış qara rəngli avtomobilin arxa sağ tərəfinə bel nahiyəsi ilə dəyib yerə yıxılmışdır.Onu vuran avtomobil isə təxminən 10-15 metr sürərək dayanmış və içərindən 20 yaşlarında, hündürboylu, sarışın, gənc oğlan sürücü tərəfdən enərək ona yaxınlaşmış, o, dərsə tələsdiyini bildirmiş, buna görə də ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs vurması səbəbindən ondan üzr istəmişdir.Onun avtomobilində özündən əlavə arxa oturacaqda 3 nəfər, ön oturacaqda isə bir nəfər şəxs oturmuşdur. Adı sonradan məlum olan avtomobilin sürücüsü Cavidan adlı şəxs onu öz avtomobilinin ön oturacağna oturtmuş və birlikdə əvvəlcə “M.Ə.Rəsulzadə” qəsəbəsində yaşayan Fizuli adlı sınıqçının yanına getsələr də, onları qəbul etməmiş, bundan sonra onlar N.Nərimanov rayonu ərazisində yerləşən “Zəfəran” hospitala getmişlər, orada müayinə olunmuş, ona ilkin tibbi yardım göstərilmişdir.O,sol tərəf qolunda, budunda, diz, baldır və aşıq-oynaqlarda dözülməz ağrılar hiss edirmiş.Bundan sonra Cavidanın bacısı ilə birlikdə iş yoldaşı olmuş Əşrəf adlı tanışı olan Gündüz Babayev adlı həkimin yanında, yəni “X1 və Toxumalar” xəstəxanasında 4 gün müddətində ambulator müalicə olunmuş, yol uzaq olduğu üçün Xırdalan şəhər poliklinikasına getmiş və hal-hazıradək orada müalicə olunur. Təqsirləndirilən şəxs ona təxminən 700 manat pul xərcləmişdir.Bütün qəbzlər onda var.Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışıq əldə etməsini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını, məhkəməyə təqdim etdiyi mülki iddiadan imtina etdiyini nəzərə alaraq təqsirləndirilən şəxsin barəsində bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsinə etiraz etmədiyini bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında ifadə verən Şahid1 bildirmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 14.00 radələrində dostu Təqsirləndirilən şəxs məxsus “BMW” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində “Elit” ticarət mərkəzi ilə üzbəüz yerləşən avtomobil təmiri sexinə avtomobilinə əlavə aksessuar almaq məqsədilə, Seymur və Qəhrəman adlı şəxslərlə birlikdə gəlmişlər. Axtardığı aksessuarları tapa bilmədiklərinə görə geri qayıtmaq qərarına gəlmişlər.Bu vaxt avtomobil təmiri sexinin içərisində olan yol ilə 20-30 km/saat sürətlə hərəkət edərkən təxminən 4-5 metr sol tərəfdən adi yerişlə hərəkət edən piyada iki avtomobilin arasından çıxaraq Cavidanın idarə etdiyi avtomobil hərəkətdə olarkən sol güzgü və avtomobilin sol ön qanadına toxunaraq sol tərəfdəki dayanmış avtomobilə dəymiş və yerə yıxılmışdır. Onlar avtomobil piyadaya toxunanda səsi eşitmişlər və Cavidan bir qədər irəlidə dayanıb avtomobildən enmişdir.Piyadaya ilkin tibbi yardım göstərərək onu xəstəxanaya aparmışlar. Məhkəmə iclasında ifadə verən Şahid2 bildirmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 14.00 radələrində dostu Təqsirləndirilən şəxs məxsus “BMW” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində “Elit” ticarət mərkəzi ilə üzbəüz yerləşən avtomobil təmiri sexinə avtomobilinə əlavə aksessuar almaq məqsədilə Səddam və Qəhrəman adlı şəxslərlə birlikdə gəlmişlər.O, arxa tərəfdə sol oturacaqda oturmuşdur.Axtardığı aksessuarları tapa bilmədiklərinə görə geri qayıtmaq qərarına gəlmişlər.Bu vaxt avtomobil təmiri sexinin içərisində olan yol ilə 20-30 km/saat sürətlə hərəkət edərkən təxminən 4-5 metr sol tərəfdən adi yerişlə hərəkət edən piyada iki avtomobilin arasından çıxaraq Cavidanın idarə etdiyi avtomobil hərəkətdə olarkən sol güzgü və avtomobilin sol ön qanadına toxunaraq sol tərəfdəki dayanmış avtomobilə dəymiş və yerə yıxılmışdır.Onlar avtomobil piyadaya toxunanda səsi eşitmiş və Cavidan bir qədər irəlidə dayanıb avtomobildən enmişdir. Piyadaya ilkin tibbi yardım göstərərək onu xəstəxanaya aparmışlar. Məhkəmə iclasında ifadə verən Şahid3 bildirmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 14.00 radələrində dostu Təqsirləndirilən şəxs məxsus “BMW” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində “Elit” ticarət mərkəzi ilə üzbəüz yerləşən avtomobil təmiri sexinə avtomobilinə əlavə aksessuar almaq məqsədilə, Səddam və Seymur adlı şəxslərlə birlikdə gəlmişlər. O, arxa tərəfdə sağ oturacaqda oturmuşdur.Cavidan, axtardığı aksessuarları tapa bilmədiklərinə görə geri qayıtmaq qərarına gəlmişlər.Bu vaxt avtomobil təmiri sexinin içərisində olan yol ilə 20-30 km/saat sürətlə hərəkət edərkən təxminən 4-5 metr sol tərəfdən adi yerişlə hərəkət edən piyada iki avtomobilin arasından çıxaraq Cavidanın idarə etdiyi avtomobil hərəkətdə olarkən sol güzgü və avtomobilin sol ön qanadına toxunaraq sol tərəfdəki dayanmış avtomobilə dəymiş və yerə yıxılmışdır.Onlar avtomobil piyadaya toxunanda səsi eşitmişlər və Cavidan bir qədər irəlidə dayanıb avtomobildən enmişdir.Piyadaya ilkin tibbi yardım göstərərək onu xəstəxanaya aparmışlar. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsinə əsasən məlum olur ki, onlar Təqsirləndirilən şəxs ilə barışmışdır, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur, həmçinin məhkəməyə təqdim etdiyi mülki iddiadan imtina edir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli, 2190 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol aşıq-baldır oynağında oynaq yarığının genişlənməsi ilə müşayiət olunan sol aşıq-baldır oynağının hemartozu, sol diz oynağı və sol baldır nahiyələrinin səthi əzilmiş yaraları və sol baldırın ön səthinin sıyrığı bərk küt əşyanın təsirindən xx.xx.2019-cu il tarixdə əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər xx.xx.2019-cu il tarixdə minik avtomobilinin qabarıq hissələri ilə piyadanın vurulması nəticəsində əmələ gələ bilərdi. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizasının xx.xx.2020-ci il tarixli, 31816 saylı rəyindən göründüyü kimi istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən BMW 320 markalı, 10SC396 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnaməyə əsasən məlum olur ki, iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin 263.1-ci maddəsində nəzərədə tutulmuş cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında toplanmış, tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün, məhkəmə iclasında dindirilmiş zərər çəkmiş şəxs, şahid ifadələri, iş üzrə keçirimliş eskpertiza rəyi və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CMnin 263.1-cimaddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin (yeni redaksiya) qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, CM-nin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində cinayət təqibinə xitam verilməlidir. Həmçinin, cinayət işinə xitam verildiyindən, Təqsirləndirilən şəxs Ədvan oğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut - «BMVV» markalı, ** SC *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, zərərçəkmiş şəxs mülki iddiasından imtina etdiyindən, mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı «maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair» mülki iddiası üzrə icraata xitam verilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən CM-nin 263-cü və CPM-nin 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut - «BMVV» markalı, ** SC *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı «maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair» mülki iddiası üzrə icraata xitam verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına - VÖEN **********, Dövlət Xəzinədarlıq Agentliyi VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri, Binəqədi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-207/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-207/2020
08.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver