Məhkəmə qərarları › İş №1(001)-207/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-207/2022

28.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-207/2022 28.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Kazımov Araz Nurəddin oğlunun sədrliyi Ağayev Taleh Valeh oğlunun katibliyi Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1997-ci ildə Quba rayonu, Zərdabi kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Quba rayonu, Zərdabi kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 28 aprel 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs məhkəməyə verilmişdir ona görə ki, o, 22 oktyabr 2021-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi yolundan istintaqa məlum olmayan mənbədən 20 manata satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edərək daşımaqla saxlamış, 23 oktyabr 2021-ci il tarixdə saat 18:30 radələrində Binəqədi RPİ-nin 6-cı PBnin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Oba” marketin yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasına gətirilmiş, polis bölməsində xidməti otaqda üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli idman koftasının sağ yan cibindən bir ədəd şəffaf selofan bükümdə, təmiz çəkisi 0,317 qram olan qəhvəyi rəngli toz şəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, 19 noyabr 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 30 manata satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib daşımaqla üzərində saxlamış, 19 noyabr 2021-ci il tarixdə saat 12:30 radələrində Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş-əməliyyat axtarış tədbirləri nəticəsində o, ünvan 5 ünvanında saxlanılaraq ünvan 6vanında yerləşən Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasına gətirilmiş, polis bölməsində xidməti otaqda üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli idman gödəkçəsinin sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümdə, təmiz çəkisi 0,330 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ctnayət əməli aşağıda şərh olunan qaydada sübuta yetirilir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona edilmiş Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə olan ittiham üzrə təqsirli bildi və ifadəsində göstərdi ki, subaydır, hər hansı psixi xəstəlik keçirməmişdir. Hərbi xidmətdə olmuşdur. 2016-cı ilin aprel döyüşlərində Goranboy rayonu Tapqaraqoyunlu kəndində xidmətdə olmuşdur. Təxminən bir ildir ki, narkotik vasitə hesab edilən heroindən və psixotrop maddə hesab edilən metamfetamindən istifadə edir. 22 oktyabr 2021-ci il tarixdə axşam saatlarında Binəqədi rayonu, Binəqədi yolu adlanan ərazidən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün bir büküm narkotik vasitə heroin almışdır. Həmin narkotik maddəyə görə həmin şəxsə 20 manat pul vermişdir. 23 oktyabr 2021-ci il tarixdə saat 18:30 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsində M.Aslanov küçəsindəki “Oba” marketin yaxınlığında piyada gedərkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını demişlər və onun üzərində narkotik vasitə olması şübhəsi ilə əlaqədar Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə getməli olduğunu bildirmişlər. O da, etiraz etmədən həmin şəxslərlə birlikdə Binəqədi RPİ-nin 6-cı polis bölməsinə gəlmişdir. Bölmədə ona dövlət hesabına müdafiəçi təqdim edilmişdir. Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasında xidməti otaqlardan birində üzərinə öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş altında şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli idman gödəkçəsinin sağ yan cibindən bir ədəd gümüşü kağıza bükülmüş bükümü çıxardıb masanın üzərinə qoymuşdur. Ondan həmin bükümün nə olduğu soruşulanda, o, həmin bükümün narkotik vasitə heroin olmasını və həmin heroini 22 oktyabr 2021-ci il tarixdə Binəqədi rayonu, Binəqədi yolunda tanımadığı şəxsdən aldığını demişdir. Bununla bağlı protokol tərtib edilmiş və onun iştirakı ilə imzalanmışdır. Həmin fakta görə başlanmış cinayət işi üzrə Binəqədi RPİ-nin İstintaq şöbəsində onun barəsinsə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bundan sonra o, evə buraxılmışdır. Həmin dövrdə ağrıları olduğu üçün o, yenə də, narkotik vasitə axtarmağa başlamışdır. Bu məqsədlə 19.11.2021-ci il tarixdə səhər saat 10 radələrində Nəsimi rayonu «Papanin» adlanan ərazidə tanımadığı şəxsdən öz istifadəsi üçün 30 manata gümüşü kağıza bükülmüş halda narkotik maddə hesab edilən heroini alıb üzərində saxlamışdır ki, istifadə etsin. 19.11.2021-ci il tarixdə saat təxminən 12:30 radələrində ünvan 7 ünvanında polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və onu qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli bilindiyi üçün Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə gətirmişlər. Bölmədə xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra dövlət hesabına müdafiəçi təqdim edilmişdir. Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasında xidməti otaqlardan birində üzərinə müdafiəçinin iştirakı olmadan videoçəkiliş altında baxış keçirilərkən əynində olan qara rəngli idman gödəkçəsinin sağ yan cibindən bir ədəd gümüşü kağızda bükülü çıxardıb masanın üzərinə qoymuşdur. Üzərindən aşkar olunmuş heroin” adlanan narkotik vasitə zərfə qoyularaq qablaşdırılaraq möhürlənmişdir. Bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi o da, imzası ilə təsdiq etmişdir. O, ikinci dəfə tutularkən istintaqda əvvəlki cinayət işi barədə məlumat verməmişdir. Bu dəfə də, o, 48 saat saxlandıqdan sonra ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunaraq barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilmişdir. O,daha sonra əməlindən peşiman olduğunu göstərdi. İş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. 23 oktyabr 2021-ci il tarixdə Polis Bölməsinə əməliyyat məlumatı daxil olmuşdu ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olur. Daxil olmuş əməliyyat məlumatı barədə bölmə rəhbərliyinə məruzə etmiş və müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verildikdən sonra ondan və 6-cı Polis Bölməsinin sahə inspektoru polis kapitanı Şahid3 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 23 oktyabr 2021-ci il tarixdə saat 18:30-da Təqsirləndirilən şəxs Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsində yerləşən «Oba» marketin yaxınlığında saxlanılaraq 6-cı Polis Bölməsinə gətirilmişdir. Polis Bölməsində təhqiqatçı tərəfindən vəkil dəvət edilmiş və Təqsirləndirilən şəxs hüquqları izah edilmişdir. Daha sonra təhqiqatçı tərəfindən onların iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı qanunsuz əşya varsa onu təqdim etsin. Sonuncu əynində olan qara rəngli idman koftasının sağ yan cibindən bir ədəd şəffaf selofan bükümü çıxardıb stolun üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs sorğuya cavab olaraq bildirmişdir ki, onun üzərində başqa hər hansı qanunsuz əşya yoxdur, onun üzərindən aşkar olunan bükümü açıldıqda içərisində qəhvəyi rəngli kütlə olduğu aşkar edilmişdir. Soruşulduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin qəhvəyi rəngli kütlə narkotik vasitə heroindir və həmin heroini 22 oktyabr 2021-ci il tarixdə axşam saatlarında Binəqədi rayonu, Binəqədi yolundan tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata almışdır. Təhqiqatçı tərəfindən içərisində heroinə bənzər kütlə olan büküm ağ zərfə qoyulub möhürlənmişdir. Daha sonra şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və onlar da, protokolu imzalamışlar. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində Şahid4 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə verdi. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. 19 noyabr 2021-ci il tarixdə X3 rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və üzərində narkotik vasitə olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə bölmə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat qrupu təşkil edilmiş və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair onun tərəfindən qərar qəbul olunmuşdur. Təşkil edilmiş qrupa o, və Şahid2 daxil edilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 19 noyabr 2021-ci il tarixdə saat 12:30-da Təqsirləndirilən şəxs ünvan 8 ünvanında piyada olarkən saxlanılaraq 6-cı Polis Bölməsinə gətirilmişdir. Polis Bölməsində təhqiqatçı tərəfindən vəkil dəvət edilmiş və Məhəməd Mikayılovun hüquqları izah edilmişdir. Daha sonra təhqiqatçı tərəfindən onların iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı qanunsuz əşya varsa onu təqdim etsin. Sonuncu əynində olan qara rəngli idman koftasının sağ yan cibindən bir ədəd gümüşü rəngli bükümü çıxardıb stolun üzərinə qoymuşdur. Soruşulduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin qəhvəyi rəngli kütlə narkotik vasitə heroindir və həmin heroini 19 noyabr 2021-ci il tarixdə saat 10 radələrində Nəsimi rayonu, Papanin adlanan ərazidən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 30 manata almışdır. Təhqiqatçı tərəfindən içərisində heroinə bənzər kütlə olan büküm ağ zərfə qoyulub möhürlənmişdir. Daha sonra şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və iştirakçılar protokolu imzalamışlar. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə verdi. Təqsirləndirilən şəxs cinayət əməli onun özünün etdiyi cinayət əməlini etiraf etməsi, şahidlərin ifadələri ilə yanaşı iş materialları ilə də, tam sübuta yetirilir. İş materiallarının 126-131-ci vərəqlərindəki məhkəmə-kimyəvi ekspertizasının 24.10.2021-ci il tarixli, 6/4728 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs “ yazısı olan zərfdəki bir ədəd təmiz çəkilsi 0,317 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroinin təmiz çəkisi – 0,317 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq 0,267 qram. İş materiallarının 43-48-ci vərəqlərindəki məhkəmə-kimyəvi ekspertizasının 19.11.2021-ci il tarixli, 6/5128 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində Təqsirləndirilən şəxs sözləri olan zərfdəki bir ədəd təmiz çəkisi 0,330 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroinin təmiz çəkisi – 0,330 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq 0,280 qram. İş materiallarının 180-181-ci vərəqlərindəki ambulator-məhkəmə narkoloji ekspertizasının 07.12.2021-ci il tarixli, 2949 saylı rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu-NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarının 108-110-cu vərəqlərindəki 6-ci PB-də tərtib olunmuş «Şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması haqqında» 23 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış keçirilməzdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olunmuşdur. O əynindəki qara rəngli idman koftasının sağ yan cibindən bir ədəd şəffaf selofana bükülmüş bükümü çıxararaq könüllü olaraq təqdim edib bildirmişdir ki, təqdim etdiyi bükülünün içərisində narkotik vasitə olan heroindir. Həmin bükülüyə baxdıqda içərisində toz halında, qəhvəyi rəngli maddə olması aşkar edilmiş, Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş maddəni 22 oktyabr 2021-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri,Binəqədi rayonu Binəqədi yolu adlanan ərazidən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata almışdır. Aşkar olunmuş narkotik vasitə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakları ilə qablaşdırılmışdır. İş materiallarının 25-27-ci vərəqlərindəki 6-cı PB-də tərtib olunmuş «Şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması haqqında» 19 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış keçirilməzdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olunmuşdur. O əynindəki qara rəngli idman koftasının sağ yan cibindən bir ədəd gümüşü rəngli bükülü çıxararaq könüllü olaraq təqdim edib bildirmişdir ki, təqdim etdiyi bükülünün içərisində narkotik vasitə olan heroindir. Həmin bükülüyə baxdıqda içərisində toz halında, qəhvəyi rəngli maddə olması aşkar edilmiş, Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş maddəni 19 noyabr 2021-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri,Nəsimi rayonu “Papanin” adlanan yerdən tanımadığı adamdan şəxsi istifadəsi üçün 30 manata almışdır. Aşkar olunmuş narkotik vasitə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakları ilə qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD-R formatlı diskə məhkəmədə baxış keçirilərkən müəyyən olundu ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılan zaman o, təhqiqatçının təklifi ilə əynindəki qara rəngli idman koftasının sağ yan cibindən bir büküm şəffaf selofanı çıxararaq təqdim edir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı bildirir ki, üzərindən aşkar edilmiş maddə narkotik vasitə olan heroindir, o, həmin narkotik vasitəni 22 oktyabr 2021-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi yolundan tanımadığı şəxsdən 20 manata almışdır. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu digər DVD-R formatlı diskə məhkəmədə baxış keçirilərkən müəyyən olundu ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılan zaman o, təhqiqatçının təklifi ilə əynindəki qara rəngli idman gödəkçəsinin sağ yan cibindən bir büküm gümüşü rəngli siqaret kağızını çıxararaq könüllü olaraq təqdim edib bildirmişdir ki, təqdim etdiyi bükülünün içərisində narkotik vasitə olan heroindir. Həmin maddəi 19 noyabr 2021-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri,Nəsimi rayonu “Papanin” adlanan yerdən tanımadığı adamdan şəxsi istifadəsi üçün 30 manata almışdır. İş materiallarının 162-ci vərəqindəki Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki,Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarının 259-262-ci vərəqlərindəki Binəqədi rayon məhkəməsinin 17.03.2022-ci il tarixli, 4(001)-281/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa cinayət işi üzrə 3 ay müddətinə həbs qətimkan tədlbiri seçilmiş, həbs etmənin əvvəli 15 mart 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarının 271-273-cü vərəqlərindəki Binəqədi rayon məhkəməsinin məhkəmə hazırlıq iclasının 05 aprel 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həmin həbs qətimkan tədbiri nəzərə alınaraq dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli ona tam sübutdur, Azərbaycan Respublikasının Cinayəti Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsüf edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qanunvericiliyin tələblərinə əsasən, istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayət xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini və o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının 59.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət əməlini etiraf edib, əməlindən peşiman olmasını, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi qəbul edib qiymətləndirir. Məhkəmə onu da, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman Azərbaycan Respublikasının 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmadlıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 61.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cinayəti təkrar törətməsini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də, başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də, işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki,cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edlilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də, cəzanın məqsədinə uyğundur. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materialları ilə müəyyən edlilmişdir ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə 23 oktyabr 2021-ciil tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində 25 oktyabr 2021-ci il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilərək saxlandığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Həmçinin ********* nömrəli cinayət işi üzrə 19 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20 noyabr 2021-ci il tarixdə barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilərək, MSY-dən azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs ibtidai istnaq zamanı ümumilikdə 4 (dörd) gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının CPM-nin 147.4-cü maddəsinə əsasən, barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən,təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 23-25 oktyabr 2021-ci il və 19-20 noyabr 2021-ci il tarixlərdə şübhəli şəxs qismində saxlanıldığı 4 (dörd) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın 4 (dörd) gününə bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılmalıdır, cəzasının əvvəli hökmün elan olunduğu vaxtdan hesablanmalıdır. Azərbayan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə aparılmış məhkəmə kimyəvi ekspertiza tədqiqatının dəyəri 198 (yüz doxsan səkkiz) manat 60 (altımış) qəpik təqsirləndirilən şəxsdən alınaraq Azərbaycan Respublikasının büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan qalıq çəkiləri ayrı-ayrılıqda 0,267 qram və 0,330 qram narkotik maddə olan heroin məhv edilməlidir. Binəqədi RPİ 6-cı Polts böliməsinin təhqiqatçısı tərəfindən şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib olunarkən aparılmış video çəkilişi əks etdirən iş üzrə maddi sübut 2 (iki) ədəd DVD-R foormatlı disk iş materiallarına əlavə edilməlidir. İş üzrə mülki iddia, başqa maddt sübut və ekspertiza xərci yoxdur. Binəqədi rayon məhkəməsində məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçisinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bü Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odür ki, Təqsirləndirilən şəxs göstərdiyi 25 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına 150 manat ödənilməlidir və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-nin 349, 351-353-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 23-25 oktyabr 2021-ci il və 19-20 noyabr 2021-ci il tarixlərdə şübhəli şəxs qismində saxlanıldığı 4 (dörd) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın 4 (dörd) gününə bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssissində çəksin, cəzasının əvvəli 28 aprel 2022-ci il tarixdən hesablansın. Binəqədi rayon məhkəməsinin 17.03.2022-ci il tarixli, 4(001)-281/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində başqa cinayət işi üzrə 15 mart 2022-ci il tarixdən həbs qətimkan tədbiri seçildiyi nəzərə alınsın. Azərbayan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə aparılmış məhkəmə kimyəvi ekspertiza tədqiqatının dəyəri 198 (yüz doxsan səkkiz) manat 60 (altımış) qəpik təqsirləndirilən şəxsdən alınaraq Azərbaycan Respublikasının büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan qalıq çəkiləri ayrı-ayrılıqda 0,267 qram və 0,330 qram narkotik maddə olan heroin məhv edilsin. Təqsirləndirilən şəxs göstərdiyi 25 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına 150 (yüz əlli) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 gün müddətində Binəqədi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Araz Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar