Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-208/2022 21.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X8 oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Masallı rayonu, Həsənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, ailəli, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5035, ev 2, mənzil 21-də qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qaynı X4 adına “Mercedes Benz 410D yük” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında idarə edir. Təqsirləndirilən şəxs həmin avtomobillə sifariş əsasında yük daşımaq fəaliyyəti ilə məşğul olmuşdur. 11 oktyabr 2021-ci il tarixdə, saat 18:30-da həmin avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə üzü M.Ə.Rəsulzadə prospekti istiqamətində saatda 40 km surətlə avtomobil yolunun sağ hissəsi ilə hərəkətdə olduğu zaman, ünvan 1 ünvanın qarşısına çatdığı zaman, istiqaməti üzrə avtomobil yolunun sol tərəfindən piyada iti yerişlə üzü sağ tərəfə keçmək istəyən zaman, avtomobili tam dayanma həddinə çatdıra bilməyib, avtomobilin qabaq sağ hissəsi ilə piyada Kamal Cəfərovu vurmuşdur. Təqsirləndirilən şəxs dərhal avtomobildən düşüb, Kamal Cəfərovun huşsuz vəziyyətdə olduğunu görən kimi hadisə yerinə tibbi yardım çağırmışdır. Təxminən 5 dəqiqə sonra hadisə yerinə gələn təcili tibbi yardım avtomobili ilə xəsarət alan X12 rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən Məlikov adına xəstəxanaya aparılarkən yolda vəfat etdiyindən onu Binəqədi rayon məhkəmə tibbi ekspertiza şöbəsinə aparılmışdır. Təqsirləndirilən şəxs isə hadisənin baş verdiyi yerə gəlmış, orada olan polis əməkdaşlarına hadisənin dəqiqliklə harada baş verməsi barəsində məlumat vermışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, CM-in 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki o, qaynı X4 adına “Mercedes Benz 410D yük” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında idarə edir. Həmin avtomobillə sifariş əsasında yük daşımaq fəaliyyəti ilə məşğul olmuşdur. 11 oktyabr 2021-ci il tarixdə, saat 18:30-da həmin avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ilə üzü M.Ə.Rəsulzadə prospekti istiqamətində saatda 40 km surətlə avtomobil yolunun sağ hissəsi ilə hərəkətdə olduğu zaman, ünvan 1 ünvanın qarşısına çatdığı zaman, istiqaməti üzrə avtomobil yolunun sol tərəfindən piyada iti yerişlə üzü sağ tərəfə keçmək istəyən zaman, avtomobili tam dayanma həddinə çatdıra bilməyib, avtomobilin qabaq sağ hissəsi ilə piyada Kamal Cəfərovu vurmuşdur. O,dərhal avtomobildən düşüb, K.Cəfərovun huşsuz vəziyyətdə olduğunu görən kimi hadisə yerinə tibbi yardım çağırmışdır. Təxminən 5 dəqiqə sonra hadisə yerinə gələn təcili tibbi yardım avtomobili ilə xəsarət alan K.Cəfərov Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən Məlikov adına xəstəxanaya aparılarkən yolda vəfat etdiyindən onu Binəqədi rayon məhkəmə tibbi ekspertiza şöbəsinə aparılmışdır. O isə hadisənin baş verdiyi yerə gəlmış, orada olan polis əməkdaşlarına hadisənin dəqiqliklə harada baş verməsi barəsində məlumat vermışdır. O, zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmiş, sonuncunun ondan şikayət və tələbi yoxdur. Deyilənlərin və himayəsində azyaşlı uşaqların olmasının nəzərə alınmaqla ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. 31.03.2022-ci il tarixli məhkəmə iclasında zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, 11 oktyabr 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı vəfat etmiş X7 onun atasıdır. Həmin tarixdə saat 19:00-da istifadəsində olan mobil nömrəyə Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən zəng edilərək, yol nəqliyyat hadisəsi zamanı Kamal Cəfərovun vəfat etdiyi bildirilmişdir. O, Binəqədi rayonu Məhkəmə Tibbi Ekspertiza şöbəsənə gəlmış, orada olan polis əməkdaşları 11 oktyabr 2021-ci il tarixdə, saat 18:15-də Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektinin M. Davudoğlu küçəsi 185 ünvanının qarşısında atası piyada avtomobil yolunu keçmək istəyən zaman “X19” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən vurulmuş, sürücü Təqsirləndirilən şəxs atasını təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparan zaman atası yolda vəfat etmişdir. Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayəti, tələbləri yoxdur. Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadə verərək göstərmişdir ki, kürəkəni Təqsirləndirilən şəxs öz puluna 2018-ci ildə onun adına “MERCEDES BENZ 410D YÜK” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobil almış, o, Təqsirləndirilən şəxs notariat vasitəsi ilə avtomobili idarə etmək üçün etibarnamə vermişdir. 11 oktyabr 2021-ci il tarixdə, axşam tərəfi Təqsirləndirilən şəxs ona zəng vurub avtomobillə ünvan 1 ünvanında piyadanı vurduğunu, hadisə nəticəsində sonuncunun öldüyünü bildirmişdir. Baş vermiş hadisədə onun adına olan avtomobilə ziyan dəysə də, avtomobilin pulunu Təqsirləndirilən şəxs ödədiyindən ona heç bir maddi ziyan dəyməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş: 11.10.2021-ci il tarixli qərardan görünür ki, CM-in 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. (i.v.1) 11.10.2021-ci il tarixli tarixli protokoldan və ona əlavə edilmiş sxemdən görünür ki, 11 oktyabr 2021-ci il tarixdə, saat 18:30-da Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi “MERCEDES BENZ 410D YÜZ” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə X5 vurması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ünvan 3 ünvanında baş vermişdir. (i.v. 5-13) 11.10.2021-ci il tarixli, 2/14483 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı, yəni 11.10.2021-ci il tarixdə ayıq vəziyyətdə olmuşdur. (i.v.15) 12.10.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs hadisənin harada baş verməsini, piyadanın vurulduğu yeri əyani olaraq göstərmişdir. (i.v. 27-30) 12.10.2021-ci il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Mercedes Benz 410 D yük” markalı **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq ön şüşəsi sınmış vəziyyətdədir. Bundan başqa həmin avtomobilin qabaq kapotunun sağ hissəsi əzilmiş vəziyyətdədir. Həmin avtomobilin başqa hissələrində hec bir əzilmə və ya sınma izlərinin olması müəyyən olunmamışdır. (i.v. 31-33) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji anatomiya Birliyi” Publik hüquqi şəxsin 12.10.2021-ci il tarixli, 186 nömrəli rəyindən görünür ki, X1 meyitində aşkar edilmiş xəsarətlər – sol alın-gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, beynin yumşaq qışaları altına, mədəciklərinə və toxumasına qansızmalar, sağ baldır və sağ bazu sümüklərinin qapalı yerdəyişən sınıqları, sol alın-gicgah nahiyyəsinin dərialtı hematoması, sağ saidin qançırı və sıyrıqlarə, sag əlin arxa səthinin, alın nahiyyəsinin, sag almacıq nahiyyəsinin, burun əsasının, boyunun, sağ baldırın və sağ ayaq pəncəsinin sınıqları, hər iki göz qapaqları və gözaltı nahiyyələrin qançırları həyati olub, ölümündən az əvvəl, bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər.
1. X1 ölümünə səbəb sol alın-gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, beynin yumşaq qışaları altına, mədəciklərinə və toxumasına qansızmalar olmuşdur.
2. X1 meyitində aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni 11.10.2021-ci il tarixdə hərəkətdə olan avtomaşının qabaq hissələri ilə piyadanın vurulması nəticəsində əmələ gələ bilərlərdilər.
3. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. (i.v.49-53) 4.K.S.Cəfərovun meyitindən götürülmmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. (i.v.49-53) 11.12.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CPM-in 53.1.1-ci maddəsi ilə cinayət işi üzrə icraat dayandırılmışdır. (i.v. 66) AZE18699228 saylı şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 31.08.2012-ci il təvəllüdlü X10 adlı bir azyaşlı uşağı vardır. (i.v. 77) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v.78) 26.01.2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs 13.03.2018-ci il tarixdə AC seriyalı 075122 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun adı sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. (i.v.79) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 30.12.2021-ci il tarixli, 8/3200 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mercedes Benz 410D” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i.v.85-86) 09 fevral 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir. (i.v. 87) 09 fevral 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, DİN-in TŞ8-009 2 kamerası tərəfindən 11 oktyabr 2021-ci il tarixdə, saat 18:24:59-dan başlayaraq, saat 18:34:59-dək qeydə alınır. Kamera görüntüsündən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, M.Davudoğlu 185 ünvanın qarşısında saat 18:30:37-də yolu soldan sağa keçən şəxsi hava qaranlıq olduğundan dövlət qeydiyyat nişanlı görünməyən yük avtomobili sağ tərəfi ilə vuraraq səkinin üstünə atır, surucu avtomobili sağa çıxayır, saat 18:34:36-da hadisə yerinə təcili tibbi yardım avtomobili yaxınlaşır. Hadisə yerinə toplaşan şəxslərin köməyi xəsarət alanı avtomobilinə əyləşdirir. Hava qaranlıq olduğundan avtomobilin markası və dövlət qeydiyyat nişanlı görünmür. (i.v. 90) 11.02.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz 410D” markalı, **-RH-***dövlət qeydiyyat nişanlı avtomobili maddi sübut kimi tanınaraq saxlanması üçün sahibinə qaytarılmışdır. Eyni zamanda Azərbaycan Respublikası DİN-in X6 Xidmətindən daxil olmuş ağ rəngli DVD-R formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur (i.v.91-95) 12.02.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. (i.v.103-104) 12.02.2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 113-115) 09.03.2022-ci il tarixli iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X11 tərəfindən notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsdən heç bir şikayəti, tələbi yoxdur. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisi və şahidin iş materiallarında olan və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 263.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, həmin Məcəllənin 59.1.4 və 59.1.12-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin yaxın qohumu olan hüquqi varis ilə barışıq əldə edilməsini və Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.2ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini məqsədə müvafiq hesab edir. CM-in 60.1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası həmin maddədə nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə qeyd edir ki, CM-in 60-cı maddəsində cəzanı yüngülləşdirən hallar olduqda qanunverici tərəfindən cəzanın təyin edilməsi qaydasının müəyyənləşdirilməsi cinayət qanununun əsas başlanğıclarından olan humanizm prinsipindən irəli gəlir. Buna dair cinayət qanunvericiliyinin tələbi ondan ibarətdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza həddini müəyyən edərkən yuxarıda göstərilənlərdən başqa, onun cəzasını yüngülləşdirən halların olmasını, həmçinin cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, CM-in 60-cı maddəsinin tələblərinə əsasən ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox olmayan müddətdə azadlıqdan məhrum etmə və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzalarını təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətməyə görə təqsirli bilinib, CM-in 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, CM-in 45.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, “Mercedes Benz 410D” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Eyni zamanda iş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası DİN-in X6 Xidmətindən daxil olmuş ağ rəngli DVD-R formatlı disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 25 saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi 25 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 150 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və həmin cəza növü üzrə müəyyən edilmiş müddətə şamil olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, Mercedes Benz 410D” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası DİN-in X6 Xidmətindən daxil olmuş ağ rəngli DVD-R formatlı disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 25 (iyirmi beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 150 (yüz əlli) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən: Mahirə Kərimova