Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-209/2023 08.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs və onun nümayəndəsi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Daşkəsən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Köhnə Suraxanı qəsəbəsi, 2-ci mədən ünvanında yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, ictimai qaydanı kobud surətdə pozmaqla, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə edilən əşyalardan istifadə etməklə, xuliqanlıq etmiş və ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Belə ki, o, 23 fevral 2022-ci il tarixdə saat 15:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi-Novxanı yolunda etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan, “Toyota Prius” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobillə dönmə əməliyyatı apararkən, əvvəllər tanımadığı Şahid1 idarə etdiyi “Minsk D4” markalı mopedə qəza şəraiti yaratmasına görə tərəflər arasında yaranmış mübahisəni bəhanə edib heç bir əsaslı səbəb olmadan ictimai yerdə, ictimai qaydanı kobud surətdə pozmaqla, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, “Toyota Prius” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobili silah qismində istifadə edib idarə edərək qəsdən ümumi təhlükəli üsulla, həmin ictimai yerdə toplaşmış çoxsaylı insanların üzərinə sürərək, əvvəllər tanımadığı zərərçəkmiş Zərərçəkmiş şəxs üzərinə zor tətbiq edib idarə etdiyi avtomobilin sağ hissəsi ilə vuraraq, xuliqanlıq etmiş və onun sağ qamış sümüyünün bayır kondilusunun qapalı, oynaqdaxili, qəlpəli yerdəyişmiş sınığı, sol daban sümüyünün qapalı, qəlpəli yerdəyişmiş sınığı, sol kuboid sümüyünün qapalı, az yerdəyişmiş sınığı, sol aşıq vətərinin tam qat qopması, sol daban sümüyünün sınığından ibarət dərəcəsinə görə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Bununla da, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 127.2.3 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi qənaətinə gəlinmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, “Toyota Prius” markalı **-CH- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında idarə etmişdir. O, həmin avtomobillə “Uber” şirkətində taksi sürücüsü kimi fəaliyyət göstərmişdir. Avtomobili idarə etməyə başladığı vaxtdan etibarən avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş və hər hansı bir texniki nasazlığı olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində idarə etdiyi “Toyota Prius” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Novxanı yolu ilə hərəkət etmiş,həmin vaxt avtomobildə tək olmuşdur. Binəqədi-Novxanı yolu ilə saatda təxminən 20-25 km/saat sürətlə hərəkət etmiş, həmin yolda nəqliyyat vasitələrinin hərəkəti iki istiqamətli olmuşdur. Hər hərəkət istiqamətində də iki hərəkət zolağı olmuş, idarə etdiyi avtomobillə yolun hərəkət hissəsinin mərkəzinə çəkilmiş düzünə xəttin kənarı ilə hərəkət edib bir qədər qarşıda sol istiqamətdə dönmə əməliyyatı aparmaq istəmişdir. Bu məqsədlə avtomobili tam dayanma vəziyyətinə gətirib sükanı sola tərəf istiqamətləndirməklə sol tərəfə doğru dönmə əməliyyatı aparmağa başlamışdır. Dönmə əməliyyatı apardığı anda Novxanı-Binəqədi yolundan Mərkəzi küçə istiqamətində hərəkətdə olan moped tormoz əyləcindən istifadə edib mopedin hərəkətini dayandırmış və idarə etdiyi avtomobilin arxası tərəfə keçmişdir. O, da dönmə əməliyyatını tam başa çatdırıb avtomobillə yolun hərəkət hissəsinin sağ kənarında dayanmışdır. Mopedin sürücüsü, adını sonradan bildiyi Şahid1 ilk öncə mopedin üzərindən düşərək onun ünvanına nalayiq ifadə işlətmişdir. O, isə sükan arxasında olduğu vəziyyətdə Şahid1 dediyi nalayiq ifadəyə görə iradını bildirmişdir. Bundan sonra Şahid1 yaxın məsafədə duraraq mübahisəni davam etdirmişdir. Mübahisə gedişatında Şahid1 bir qədər əvvəl onun idarə etdiyi avtomobillə dönmə əməliyyatı apararkən qəza şəraiti yaratdığını və buna görə də baş verə biləcək yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət ala biləcəyini bildirmişdir. O, isə dönmə əməliyyatı apararkən hər hansı bir toqquşmanın baş vermədiyini bildirsə də, Şahid1 gözləmədiyi halda ünvanına nalayiq ifadə işlədib əlləri ilə sükan arxasında əyləşdiyi halda sifət nahiyəsindən bir neçə dəfə ardıcıl yumruq zərbəsi vurmuşdur. Həmin an sükan arxasında əyləşdiyi halda özünü müdafiə etmək və Şahid1 kənarlaşdırmaq məqsədilə sonuncunu əlləri ilə geriyə itələmiş və sükan arxasından düşərək hansı səbəbdən belə hərəkətlər etməsinin səbəbini soruşmuşdur. Lakin Şahid1 yenidən əlləri ilə onun sifət nahiyəsindən ardıcıl yumruq zərbələri vurmaqda davam etmişdir. Bu zaman ətrafda yoldan keçən tanımadığı şəxslər onlara yaxınlaşıb onları sakitləşdirərək ayırmışlar. Şahid1 vurduğu zərbələrin təsirindən onun burun nahiyəsindən qan axmağa başlamışdır. Buna görə də idarə etdiyi avtomobilə əyləşib qanaxmanın qarşısını almışdır. Bir qədər sonra Şahid1 idarə etdiyi mopedə əyləşib uzaqlaşmaq istəməsini görmüşdür. Buna görə də idarə etdiyi avtomobili hərəkətə gətirib saatda təxminən 10-15 km/saat sürətlə idarə edib mopedin yanına doğru hərəkət edən zaman mopedə yaxınlaşmaq istəyən adını sonradan bildiyi Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə vurmuşdur. Zərərçəkmiş şəxs ani bir anda idarə etdiyi avtomobilin qarşısına çıxdığından onun gəlməsini görməmişdir. Həmin anda avtomobilin qabaq sağ tərəfi ilə mopedin arxa tərəfinə də toxunmuşdur. Avtomobillə vurduğu Zərərçəkmiş şəxs zərbənin təsirindən yerə yıxılmış, o bundan sonra avtomobilin sükanı arxasından düşüb həmin şəxsə yaxınlaşmışdır. Zərərçəkmiş şəxs sağ ayağında olan ağrılardan şikayətləndiyinə görə hadisə yerinə toplaşmış tanımadığı şəxslər sonuncuya ilkin tibbi yardım göstərilməsi üçün 103 xidmətinə zəng vuraraq hadisə yerinə təcili tibbi yardım avtomobili çağırmışlar. Bir neçə dəqiqədən sonra hadisə yerinə təcili tibbi yardım avtomobili yaxınlaşmışdır. Təcili tibbi yardım avtomobilinin həkim personalı Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərib müayinə olunması üçün xəstəxanaya aparmışlar. O, isə yenidən idarə etdiyi avtomobilə keçib orada əyləşmişdir. Təxminən 10-15 dəqiqədən sonra isə hadisə yerinə polis əməkdaşları gəlmişlər. O, özünə və avtomobilə aid sənədləri polis əməkdaşlarına təqdim etməklə ilkin sənədləşdirmədə iştirak etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə nəticəsində zərərçəkmiş .şəxs Zərərçəkmiş şəxs avtomobillə xəsarət yetirməsi ani diqqətsizliyi nəticəsində ehtiyatsızlıqdan baş vermişdir. Onun Zərərçəkmiş şəxs həmçinin digər şəxslərə qarşı xuliqanlıq əməlini törətmək niyyəti olmamış, avtomobili Şahid1 yanına sürmək istəyərkən ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs avtomobillə vurub xəsarət yetirmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşman olduğunu bildirib, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 15 radələrində etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi-Novxanı yolu ilə hərəkət etmişdir. Həmin vaxt yolun hərəkət hissəsinin sol kənarında yağlama məntəqəsi görüb mühərrikə yağ tökmək üçün avtomobillə məntəqənin qarşısına gəlmişdir. Avtomobili yolun hərəkət hissəsində saxlayıb sükan arxasından düşmüşdür. Bu zaman yolun hərəkət hissəsinin kənarında iki nəfər şəxsin sözlü mübahisə etməsini görmüşdür. Həmin şəxslərə yaxınlaşdıqda başında qoruyucu dəbilqə olan şəxsin əlində qan izləri olmasını görmüşdür. Həmin şəxsdən nə olmasını soruşduqda o, bir qədər irəlidə yolun kənarında dayanmış qırmızı rəngli “UBER” şirkətinə məxsus “Toyota Prius” markalı avtomobili göstərib həmin avtomobilin sürücüsünün əsassız olaraq onun ünvanına nalayiq ifadələr işlətməsinə görə taksi sürücüsünü vurmasını bildirmişdir. O, isə həmin oğlana nəsihət verərək mübahisəni sülhlə yoluna qoymasına məsləhət vermişdir. Bu zaman qırmızı rəngli “Toyota Prius” markalı avtomobilin yolun hərəkət hissəsindən sağ tərəfdə dönmə əməliyyatı aparıb üzərinə doğru gəlməsini görmüşdür. O, “Toyota Prius” markalı avtomobilin sürücüsünün onun yanında olan moped sürücüsünü vuracağını düşünüb həmin şəxsi kənara itələmiş, elə bu zaman avtomobilin sürücüsü gəldiyi sürətlə onu avtomobilin qabaq tərəfi ilə hər iki ayaq nahiyəsindən vurmuşdur. Zərbənin təsirindən o, arxası üstə yerə yıxılmışdır. Həmin vaxt ətrafda olan şəxslər köməklik göstərib 103 xidmətinə zəng vurmuşlar. Təcili tibbi yardım avtomobili gələrək ona tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparmışlar. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə moped sürücüsü Şahid1 vurmaq istəmiş, o sonuncunu kənara itələmiş və bu zaman avtomobil ona dəymişdir. Onun Təqsirləndirilən şəxs ilə heç bir mübahisəsi və ədavət olmamış, sonuncunu əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona yetirilmiş xəsarətlə bağlı icbari sığorta əsasında 1180 manat ödəniş almışdır. Təqsirləndirilən şəxs şikayətçidir və məhkəmədən ona maddənin sanksiyasında nəzərdə tutulmuş ağır cəza təyin edilməklə tərəfindən verilmiş mülki iddianın təmin edilməsini xahiş etmişdir Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində idarə etdiyi mopedlə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Novxanı-Binəqədi yolu ilə Mərkəz küçə istiqamətində hərəkət etmişdir. Həmin vaxt mopedin üzərində tək olmuş və ondan başqa mopedin üzərində hər hansı bir sərnişin və yük olmamışdır. Mopedlə Mərkəzi küçə istiqamətində saatda təxminən 45-50 km/saat sürətlə hərəkət etmişdir. Novxanı-Binəqədi yolu ilə hərəkətdə olarkən anidən yolun qarşı hərəkət istiqamətindən hərəkətdə olan “Toyota Prius” markalı avtomobilin onun hərəkətdə olduğu istiqamətə çıxıb sağ istiqamətdə dönmə əməliyyatı aparmağa başlamasını görmüşdür. Həmin an idarə etdiyi mopedlə “Toyota Prius” markalı avtomobil arasında məsafə çox az olmuşdur. Buna baxmayaraq dərhal tormoz əyləcindən istifadə edib mopedin hərəkətini dayandırmışdır. Bu zaman idarə etdiyi mopedlə “Toyota Prius” markalı avtomobil arasında hər hansı bir toqquşma baş verməmişdir. Bununla belə “Toyota Prius” markalı avtomobilin sürücüsünə uca səslə səslənib bu formada dönmə əməliyyatı aparmasının təhlükəli olmasını bildirmişdir. “Toyota Prius” markalı avtomobilin sürücüsü adını sonradan bildiyi Təqsirləndirilən şəxs yenidən avtomobillə manevr edib idarə etdiyi mopedlə qarşı-qarşıya dayanmışdır. O, mopedin üzərindən düşüb avtomobilə yaxınlaşaraq bir daha Təqsirləndirilən şəxs təhlükəli manevr etməsi ilə bağlı iradını bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs yaxşı elədiyini bildirib onun ünvanına nalayiq ifadə işlətmiş və gözlənilmədən sükan arxasında əyləşmiş vəziyyətdə əlləri ilə sinəsindən tutub onu yumruqla vurmağa cəhd göstərmişdir. O, isə Təqsirləndirilən şəxs qollarını özündən kənarlaşdırmaq məqsədilə əlləri ilə həmin sonuncunun sifət və baş nahiyəsinə ardıcıl 2 yumruq zərbəsi vurmuşdur. Həmin vaxt ətrafa yoldan keçən tanımadığı şəxslər toplaşmışdır. Həmin şəxslər onu Təqsirləndirilən şəxs ayıraraq sakitləşdirmişlər. Təqsirləndirilən şəxs isə özü sərbəst sükan arxasından düşüb yenidən ona yaxınlaşmış və gözlənilmədən əli ilə baş nahiyəsindən 1 dəfə yumruq zərbəsi vurmuşdur. Həmin an baş nahiyəsində kaska olduğuna görə zərbə ona bir o qədər təsir göstərməmişdir. Zərbədən sonra o, da Təqsirləndirilən şəxs sifət və baş nahiyəsindən ardıcıl olmaqla 2 dəfə yumruq zərbəsi vurmuşdur. Bundan sonra ətrafda olan şəxslər yenidən onları sakitləşdirərək ayırmışlar. Mübahisə sakitləşdikdən sonra o, yolun hərəkət hissəsinin kənarında olan obyektlərdən birinin qarşısına keçib orada dayanmışdır. Təqsirləndirilən şəxs isə idarə etdiyi “Toyota Prius” markalı avtomobilin sükanı arxasına əyləşmişdir. Həmin vaxt obyektin qarşısına onları ayıran şəxslər toplaşmışdır. O, Təqsirləndirilən şəxs avtomobillə yoluna davam edəcəyini düşündüyü anda sonuncu mühərriki hərəkətə gətirib sükanı sağa tərəf istiqamətləndirərək avtomobili qəsdən onun üzərinə doğru sürmüşdür. Bu zaman yanında olan şəxslərdən biri avtomobilin onu vurmaması üçün onu kənara itələmiş və nəticədə avtomobil qabaq tərəfi ilə həmin şəxsi vurmuşdur. Zərbə anında avtomobil qabaq tərəfi ilə idarə etdiyi mopedi sağ yan tərəfindən vurmuşdur. Zərbənin təsirindən onu avtomobildən vurmamaq üçün itələyən şəxs, adını sonradan bildiyi Zərərçəkmiş şəxs yerə yıxılmışdır. Zərərçəkmiş şəxs sağ ayağında olan ağrılardan şikayətləndiyinə görə sonuncuya ilkin tibbi yardım göstərilməsi üçün 103 xidmətinə zəng vuraraq hadisə yerinə təcili tibbi yardım avtomobili çağırmışlar. O, isə Təqsirləndirilən şəxs hərəkətləri barədə DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Bir neçə dəqiqədən sonra hadisə yerinə təcili tibbi yardım avtomobili yaxınlaşmışdır. Təcili tibbi yardım avtomobilinin həkim personalı Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərib müayinə olunması üçün xəstəxanaya aparmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi-Novxanı yolunda yerləşən avtoservisdə dəmirçi işləyir. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində işdə olarkən servisin içərisində avtomobil təmir etmiş, bu zaman servisin qarşısında səs-küy eşidib bayıra çıxmışdır. Bu zaman orada çox sayda insanların toplaşmasını, bir nəfər şəxsin isə yerdə yıxılı vəziyyətdə olmasını görmüşdür. O, tanımadığı şəxslərdən nə baş verməsini maraqlanmış və həmin zaman ona məlum olmuşdur ki, “Toyota Prius” markalı avtomobilin sürücüsü ilə moped sürücüsü arasında mübahisə olmuş, mübahisə bitdikdən sonra sürücü idarə etdiyi avtomobillə mopedin sürücüsünü vurmaq istəyən zaman orada olan başqa bir şəxsi vuraraq xəsarət yetirmişdir. Daha sonra hadisə yerinə təcili tibbi yardım avtomobili çağırmışlar. Bir neçə dəqiqədən sonra hadisə yerinə təcili tibbi yardım avtomobili həmin yerə yaxınlaşmışdır. Təcili tibbi yardımın həkim personalı həmin şəxsə ilkin tibbi yardım göstərib müayinə olunması üçün onu xəstəxanaya aparmışdır. “Toyota Prius” markalı avtomobilin sürücüsü isə həmin vaxt orada qalmışdır. Bundan sonra o, işlədiyi boksa qayıdaraq öz işlərini davam etdirmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, hadisənin necə baş verməsinin şahidi olmamış, hadisə bitdikdən sonra hadisə yerinə gəlmişdir. İstintaq zamanı müstəntiqə hazırda verdiyi ifadə kimi ifadə vermiş, lakin protokolu oxumadan imza etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 23.022022-ci il tarixdə saat 15 radələrində idarə etdiyi avtomobili təmir etdirmək üçün Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi-Novxanı yolunda yerləşən avtoservisə aparmışdır. O, ustanın yanında durub təmir işlərinə nəzarət edən zaman servisin qarşısında səs-küy eşidib bayıra çıxmışdır. Bu zaman ətrafa insanların toplaşmasını, bir nəfər şəxsin isə yerdə yıxılı vəziyyətdə olmasını görmüşdür. O, orada şəxslərdən nə baş verməsini maraqlanmış və həmin zaman ona məlum olmuşdur ki, “Toyota Prius” markalı avtomobilin sürücüsü ilə moped sürücüsü arasında mübahisə olmuş, mübahisə bitdikdən sonra sürücü idarə etdiyi avtomobillə mopedin sürücüsünü vurmaq istəyən zaman orada olan başqa bir şəxsi vuraraq xəsarət yetirmişdir. Daha sonra hadisə yerinə təcili tibbi yardım avtomobili çağırmış, xəsarət alan şəxs xəstəxanaya aparılmışdır. Bundan sonra o, avtomobil ustasının yanına qayıtmış və avtomobilini təmir etdirərək oradan çıxıb getmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, hadisənin necə baş verməsinin şahidi olmamış, istintaq zamanı müstəntiqə hazırda verdiyi ifadə kimi ifadə vermiş, lakin protokolu oxumadan imza etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi Şahid4 şahid ifadəsində göstərmişdir ki, 23 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs avtomobillə vurulması faktı ilə bağlı Binəqədi Rayon Polis idarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı İlkin Almazov tərəfindən araşdırma aparılırmışdır. Həmin hadisə ilə bağlı zərərçəkmiş şəxslərin ciddi şikayətləri olduğundan 03 mart 2022-ci il tarixdə rəhbərlik tərəfindən qeyd olunan materialın təcili qaydada istintaqa verilərək cinayət işi başlanılmasına göstəriş verilmişdir. Həmçinin şifahi formada materialı icraatına götürüb cinayət işi başlamağı barədə ona tapşırıq verilmişdir. Baş təhqiqatçı İlkin Almazov təcili şəkildə həmin materialı gətirib əlbəəl ona təqdim etmiş və bildirmişdir ki, qısa bir vaxt sonra material üzrə aidiyyət qərarı və müşayiət raportunu da gətirəcək. O da dərhal materialı oxuyub öyrənmiş və elə həmin gün də fakta görə cinayət işi başlayaraq zəruri istintaq hərəkətləri aparmışdır. Baş təhqiqatçı İlkin Almazov isə həmin günü deyil, növbəti gün aidiyyət qərarı və müşayiət raportunu qeydiyyata aldıraraq ona təqdim etmiş və o, görmüşdür ki, təhqiqatçı diqqətsizlik edərək qərar və raporta 03 mart tarixi deyil, 04 mart tarixi yazmışdır. Artıq həmin sənədlər qeydiyyata alındığı üçün onun onları dəyişdirmək imkanı olmamışdır. 03 mart 2022-ci il tarixdə o, həmin material üzrə cinayət işi başlayıb istintaq hərəkətləri aparanda material fiziki olaraq onda olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə CM-in 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi-Novxanı yolunda yolun hərəkət hissəsində baş vermişdir. xx.xx.2022-ci il tarixli, 354 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X7 rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol qaş qövsünün bayır qurtaracağı proyeksiyasının sıyrığı və burunun cüzi şişkinliyi fonunda sol yan çəpərinin qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilə tarixdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə yumruqla vurma nəticəsində əmələ gələ bilərdilər və ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. xx.xx.2022-ci il tarixli, 358 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X7 rəyindən görünür ki, Şahid1 məhkəmə-tibb ekspertizası zamanı bədəni üzərində xəsarət aşkar edilməmişdir. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi-Novxanı yolunda yolun hərəkət hissəsində baş vermişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və ilə Şahid1 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı hadisənin harada və necə baş verməsini əyani şəkildə göstərmişdir. xx.xx.2022-ci il tarixli 15/366 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X7 rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-sağ qamış sümüyünün bayır kondilusunun qapalı, oynaqdaxili, qəlpəli yerdəyişmiş sınığı, sol daban sümüyünün qapalı, qəlpəli yerdəyişmiş sınığı, sol kuboid sümüyünün qapalı, az yerdəyişmiş sınığı, sol aşıq vətərinin tam qat qopması, sol daban sümüyünün sınığı bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün “X8” PHŞ-nə müraciət etdiyi xx.xx.2022- ci il saat 18:35-dən bir qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan minik avtomobilinin onu vurması nəticəsində əmələ gələ bilərdilər. xx.xx.2022-ci il tarixli, 8/799 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən “Toyota Prius” markalı 01CH984 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərabycan Respublikası Qanununun 36-cı maddəsini 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, “hadisə yerinə baxış keçirilməsi haqqında” protokola əlavə edilmiş 01 ədəd disk iş üzrə sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, hadisə yeri Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi-Novxanı yolunda yolun hərəkət hissəsinin sol tərəfində yerləşən avtomobil təmiri məntəqəsinin qarşısıdır. Həmin vaxt yolun hərəkət hissəsi ilə qırmızı rəngli “Toyota Prius” markalı taksi avtomobilinin üzü Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Novxanı yolu istiqamətində hərəkət etməsi və sol istiqamətdə dönmə əməliyyatı etməsi, bu zaman həmin avtomobillə qarşı tərəfdən Binəqədi-Novxanı yolundan Mərkəzi küçə istiqamətində hərəkətdə olan moped sürücüsünün qarşısına çıxaraq ona qəza şəraiti yaratması, həmin vaxt moped sürücüsünün əyləcdən istifadə edib mopedin hərəkətini dayandırması və arxaya dönərək “Toyota Priu” markalı avtomobilin sürücüsünə nə isə deməsi, bundan sonra moped sürücüsünün düşərək həmin avtomobilə sürücü tərəfdən yaxınlaşması və sürücü ilə mübahisə edərək ona əl qol atması, bundan sonra orada toplaşmış şəxslərin onları ayırması, “Toyota Prius” markalı avtomobilin sürücüsünün avtomobildən düşərək moped sürücüsünə yaxınlaşması və yenidən mübahisə etmələri, bundan sonra orada toplaşmış şəxslərin onları ayırması müşahidə olunur. Bundan başqa, həmin mübahisədən sonra “Toyota Prius” markalı avtomobilin sürücüsünün yenidən öz avtomobilinə əyləşməsi, moped sürücüsünün isə təxminən 5 metr qarşıda avtomobil təmiri məntəqəsinin qarşısında idarə etdiyi mopedinin yanında dayanması, onun yanında isə bir neçə şəxsin dayanması, bundan başqa “Toyota Prius” markalı avtomobilin sürücüsünün avtomobili hərəkətə gətirərək təxminən 5 metr qarşıda yolun hərəkət hissəsinin sağ tərəfində yerləşən avtomobil təmiri məntəqəsinin qarşısına dönmə əməliyyatı edərkən orada dayanmış şəxslərdən birini vurması və həmin şəxsin yerə yıxılması müşahidə olunur. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Ağayev X2 Məftun İqaf oğlu arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və ilə Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CM-in 263.1-ci maddəsindən həmin məcəllənin 127.2.3 və 221.3-cü maddələrinə tövsif edilmiş, “Toyota Prius” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil iş maddi sübut kimi tanınmış və sahibinə qaytarılmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 127.2.3 və 221.3-cü maddələri ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü-ci il tarixdə Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ərizədən görünür ki, törədilmiş cinayət hadisəsi nəticəsində ona dəymiş zərər kimi yəni yaşayış minimum ölkə daxili yaşayış həddində 261 manat olmaqla işsiz qaldığı 16 ay müddəti hesablanmaqla cəmi 4200 manat və 6500 manat dəyərində mənəvi zərər olmaqla ümumilikdə 10700 (on min yeddi yüz) manat məbləğində pulun, məhkəmə üçün ödənilmiş 123 manat məbləğində dövlət rüsumunun Təqsirləndirilən şəxs tutulub ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-209/2023 nömrəli qərarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, Zərərçəkmiş şəxs mülki iddiaçı, Təqsirləndirilən şəxs isə mülki cavabdeh qismində tanınmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli qeyd edilən maddə ilə düzgün tövsif edilməmiş və sonuncunun əməlində CM-in 221.3-cü maddəsinin tərkib əlamətlərinin olması müəyyən edilməmişdir. Belə ki, CM-in 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda —iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər cinayət məsuliyyətinə səbəb olur Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cümaddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərardadında qeyd edilmişdir ki, “hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarı). Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən əməlin xırda xuliqanlıqdan fərqli olaraq ictimai təhlükəliliyi ictimai qaydanın məhz kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan, şəxslər üzərində zor tətbiqi və ya hədəsi, yaxud əmlakın məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan hərəkətlərdən ibarətdir. Şərh edilməsi xahiş olunan cinayətin əsas obyektini ictimai qayda, əlavə obyektini isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Bu cinayətin obyektiv cəhəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirən, şəxslər üzərində zor tətbiqi və ya zor tətbiqi hədəsi və ya özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdə ifadə olunur. Qeyd olunmalıdır ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər isə təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətlər kimi müəyyən edilmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarı). Nəzərə alınmalıdır ki, subyektiv cəhətin müstəqil əlamətləri kimi motiv və məqsəd yalnız qəsdən törədilən cinayətlər zamanı, yəni qanunla qorunan ictimai dəyər, maraq və ya sərvətlərə zərər vurmaq meyli və niyyətinin olduğu hallarda mövcud olur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsinin həmin Məcəllənin 56-cı maddəsinin tətbiqi baxımından şərh olunmasına dair” 2021-ci il 7 aprel tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun 2011-ci il 20 may tarixli Qərarında da göstərildiyi kimi, xuliqanlıq cinayətinin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun sadalanan qərarından və qərardadından görünür ki, CM-in 221-ci maddəsində nəzərdə tutulmuş xuliqanlıq cinayəti subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. CM-in 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, CM-in 14.1-ci maddəsindən göründüyü kimi cinayət qanunla qadağan edilən, ictimai təhlükəli, təqsirli, cəzalanmalı olan əməldir. Cinayətin bu anlayışı əməlin təqsirli və cəzalandırılmalı olması kimi mühüm əlamətlərini özündə əks etdirir. Qeyd edilən maddədə göstərilmiş əməlin təqsirli olaraq törədilməsi cinayət əməlini xarakterizə edən müstəqil əlamət kimi qeyd edilmişdir. Yəni cinayət törətmiş şəxsin yalnız törətdiyi əmələ və onun nəticəsinə qəsd və ehtiyatsızlıq formasında psixi münasibəti müəyyən edildikdə şəxs təqsirli hesab edilərək cəzalandırıla bilər. Göründüyü kimi, cinayət qanunvericiliyində nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün onun əməlində təqsirin müəyyən edilməsi mühüm əhəmiyyətə malikdir. CM-in 24.1-ci maddəsinə əsasən əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. Cinayətin qəsdən törədilməsindən bəhs edən CM-in 25-ci maddəsində qeyd edilmişdir ki, birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, CM-in 25-ci maddəsinə əsasən cinayət qanunvericiliyində nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətmiş şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Birbaşa qəsdin əlamətləri şəxsin əməlin ictimai təhlükəli olduğunun dərk etməsi, əməlin ictimai təhlükəli nəticələrinin qabaqcadan görməsi və əməlin ictimai təhlükəli nəticələrinin baş verməsini arzu etməsidir. Cinayətin birbaşa qəsdlə törədilməsi zamanı şəxs ictimai təhlükəli hərəkət və ya hərəkətsizliyi, ictimai təhlükəli nəticəni, bunlar arasında səbəbli əlaqəni dərk edərək ictimai təhlükəli nəticələri qabaqcadan görməli və bunları arzu etməlidir. Bununla bağlı, məhkəmə ilk növbədə qeyd edir ki, CM-in 221-ci maddəsində nəzərdə tutulmuş xuliqanlıq cinayəti subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Belə ki, təqsirləndirilən şəxs xuliqanlıq cinayət əməlini törədərkən ictimai qaydanı kobud surətdə pozduğunu, cəmiyyətə açıqca hörmətsizlik ifadə etdiyini, digər şəxslər üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətləri dərk etməli, ictimai təhlükəli nəticələri qabaqcadan görməli və bunları arzu etməlidir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən o, 23 fevral 2022-ci il tarixdə saat 15:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi-Novxanı yolunda etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan, “Toyota Prius” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobillə dönmə əməliyyatı apararkən, əvvəllər tanımadığı Şahid1 idarə etdiyi “Minsk D4” markalı mopedə qəza şəraiti yaratmasına görə tərəflər arasında yaranmış mübahisəni bəhanə edib heç bir əsaslı səbəb olmadan ictimai yerdə, ictimai qaydanı kobud surətdə pozmaqla, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, “Toyota Prius” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobili silah qismində istifadə edib idarə edərək qəsdən ümumi təhlükəli üsulla, həmin ictimai yerdə toplaşmış çoxsaylı insanların üzərinə sürərək, əvvəllər tanımadığı zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı zor tətbiq edib idarə etdiyi avtomobilin sağ hissəsi ilə vuraraq, xuliqanlıq etmiş və onun sağ qamış sümüyünün bayır kondilusunun qapalı, oynaqdaxili, qəlpəli yerdəyişmiş sınığı, sol daban sümüyünün qapalı, qəlpəli yerdəyişmiş sınığı, sol kuboid sümüyünün qapalı, az yerdəyişmiş sınığı, sol aşıq vətərinin tam qat qopması, sol daban sümüyünün sınığından ibarət dərəcəsinə görə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş xuliqanlıq cinayət əməlini törətmək niyyəti olmamış, onun qəsdi Şahid1 yönəlsə həmin xüsusata düzgün hüquqi qiymət verilməyərək ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs həmin maddə ilə ittiham irəli sürülmüşdür. Belə ki, Təqsirləndirilən şəxs 23 fevral 2022-ci il tarixdə saat 15:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi-Novxanı yolunda idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan, “Toyota Prius” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobillə dönmə əməliyyatı apararkən, əvvəllər tanımadığı Şahid1 idarə etdiyi “Minsk D4” markalı mopedə qəza şəraiti yaratmasına görə tərəflər arasında yaranmış mübahisənin davamı olaraq “Toyota Prius” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerdə dayanmış şəxslərin arasında olan Şahid1 xəsarət yetirmək üçün avtomobili sonuncunun üzərinə sürərkən əvvəllər tanımadığı zərərçəkmiş Zərərçəkmiş şəxs avtomobilin sağ hissəsi ilə vurub sağ qamış sümüyünün bayır kondilusunun qapalı, oynaqdaxili, qəlpəli yerdəyişmiş sınığı, sol daban sümüyünün qapalı, qəlpəli yerdəyişmiş sınığı, sol kuboid sümüyünün qapalı, az yerdəyişmiş sınığı, sol aşıq vətərinin tam qat qopması, sol daban sümüyünün sınığından ibarət dərəcəsinə görə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, ümumi təhlükəli üsulla qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Göründüyü kimi , Təqsirləndirilən şəxs əməlləri CM-in 127.2.3-cü maddəsi ilə tam əhatə olunur və ibtidai istintaq orqanı tərəfindən ona CM-in 221.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməlində cinayət tərkibi yoxdur. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CPM-in 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. CPM-in 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir. Bundan başqa məhkəmə istintaqı zamanı dövlət ittihamçısı tərəfindən ibtidai istintaq orqanının gəldiyi nəticəni təsdiq edən sübutlar təqdim edilməmişdir. Ona görə də, məhkəmə istintaqı zamanı toplanmış sübutları Təqsirləndirilən şəxs xeyrinə həll etmək qənaətinə gəlmişdir. CPM-in 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. CPM-in 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində CM-in 221.3-cü maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından sonuncunun əməlində cinayət tərkibi olmaması əsası ilə Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə istinad edilən ittiham üzrə bəraət verilməli, o, CM-in 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli hesab edilməlidir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs avtomobillə vurub xəsarət yetirməsi barədə ifadəsinə məhkəmə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 127.2.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini dərk edərək cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, CM-in 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 127.2.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 127.2.3-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxıb, CM-in 58ci maddəsinin tələblərinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 127.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Odur ki, qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs cəza müddətinin əvvəli 08 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “TOYOTA PRİUS” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə, CPM-in 197.1.4-cü maddəsinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Bununla yanaşı, iş üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş mülki iddiaya dair qeyd edilməlidir ki, məhkəmə baş vermiş hadisə nəticəsində dəymiş maddi ziyanın mülki cavabdehdən tutularaq mülki iddiaçıya ödənilməsini qanuni və əsaslı hesab edir. CPM-in 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. CPM-in 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. CPM-in 181.2, 181.2.1-ci maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini edə bilər. CPM-in 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. CPM-in 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, təqdim edilmiş iddia ərizəsini və ona əlavə edilmiş materialı nəzərdən keçirərək zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs mülki iddiasının qismən təmin edilməsi qənaətinə gəlir. Belə ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs mülki iddiasında ona dəymiş zərər kimi yəni yaşayış minimum ölkə daxili yaşayış həddində 261 manat olmaqla işsiz qaldığı 16 ay müddəti hesablanmaqla cəmi 4200 manat, 6500 manat dəyərində mənəvi zərər olmaqla ümumilikdə 10700 (on min yeddi yüz) manat məbləğində pulun, məhkəmə üçün ödənilmiş 123 manat məbləğində dövlət rüsumunun Təqsirləndirilən şəxs tutulub ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan görünür ki, 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə əmək qabiliyyətli əhali üçün 220 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında” xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan görünür ki, 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə əmək qabiliyyətli əhali üçün 261 manat müəyyən edilmişdir. Qeyd edilən qanunlara əsasən, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs dəymiş maddi ziyana görə hadisənin xx.xx.2022-ci il tarixdə baş verdiyini nəzərə alaraq həmin tarixdən xx.xx.2023-cü il tarixə qədər olan 10 ay 08 gün müddətə görə 2258.60 (iki min iki yüz əlli səkkiz manat altmış qəpik) manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan 05 ay 07 gün müddətə görə 1365.9 (bir min üç yüz altmış beş manat doqquz qəpik) manat, cəmi 3.624,50 (üç min altı yüz iyirmi dörd manat əlli qəpik) manat məbləğ hesablamalı, baş vermiş hadisə ilə Zərərçəkmiş şəxs 1180 (bir min yüz səksən) manat sığorta pulu alması nəzərə alınaraq, 3624.50 manat məbləğdən 1180 manat çıxılmalı, maddi ziyana görə Zərərçəkmiş şəxs 2444.50 (iki min dörd yüz qırx dörd manat əlli qəpik) manat ödənilməlidir. Mülki iddianın mənəvi ziyanla bağlı hissəsinə dair məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında qeyd olunur ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Qərarda həmçinin qeyd olunur ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hisləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab hislərini fərqləndirməlidirlər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərarın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və X4 haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi “Varnava və digərləri Türkiyəyə qarşı iş” üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Göründüyü kimi, “İnsan Hüquqlarının və X4 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs baş hadisə nəticəsində sağlamlığına ağır xəsarət yetirilməsi ilə bağlı fiziki və ya psixoloji ağrı və əzab, sıxıntı, ağır mənəvi sarsıntı və iztirab hisləri keçirməsi, yəni ona mənəvi ziyan dəyməsi, yuxarıda təsvir olunan hallar da nəzərə alınmaqla, danılmazdır. Bu baxımdan ona dəyən mənəvi ziyana görə cavabdehdən pul tutulması tələbi əsaslıdır. Lakin, məhkəmə, mülki cavabdehin də əmlak vəziyyəti nəzərə alaraq tələb olunan mənəvi ziyan məbləğini ağlabatan və ədalətli hesab etmir. Bu baxımdan məhkəmə, mülki iddianın mənəvi ziyanla bağlı hissəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Məhkəmə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs mənəvi zərərə görə tələb etdiyi məbləğin yüksək olduğu qənaətinə gələrək hesab edir ki, mənəvi zərərə görə Zərərçəkmiş şəxs 1500 (bir min beş yüz manat) ödənilməlidir. Həmçinin qanunvericiliyin tələblərinə əsasən ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq dövlət rüsumunun əvəzi kimi 58.85 (əlli səkkiz manat səksən beş qəpik) manat pul Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsinə dair iddiası qismən təmin edilməli, mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə 2444.50 (iki min dörd yüz qırx dörd manat əlli qəpik) manat, mənəvi zərərə görə 1500 (bir min beş yüz) manat və dövlət rüsumunun əvəzi (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq) 58.85 (əlli səkkiz manat səksən beş qəpik) manat, cəmi 4003.3 (dörd min üç manat üç qəpik) manat pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 50 (əlli) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 (əlli) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 42, 197-198, 318, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə verilmiş ittiham üzrə onun əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli 08 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsinə dair iddiası qismən təmin edilsin və mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə 2444.50 (iki min dörd yüz qırx dörd manat əlli qəpik) manat, mənəvi zərərə görə 1500 (bir min beş yüz) manat və dövlət rüsumunun əvəzi (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq) 58.85 (əlli səkkiz manat səksən beş qəpik) manat, cəmi 4003.3 (dörd min üç manat üç qəpik) manat pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış “TOYOTA PRİUS” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-209/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-209/2023
08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver