Məhkəmə qərarları › İş №1(001)-209/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-209/2025

22.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-209/2025 22.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay-himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, Xətai Rayon Məhkəməsinin 27 iyun 2013-cü il tarixli hökmü əsasında Azərbaycan Respublikası CM-in 243.1-ci maddəsilə təqsirli bilinib 3000 manat cərimə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs naməlum tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz, olaraq xeyli miqdarda təmiz çəkisi 0,364 qram ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini bir ədəd gümüşü rəngli bükümdə əldə edərək əynində olan açıq mavi rəngli cins şalvarının sağ yan cibində saxlamaqla üzərində daşımış, 12 iyul 2024-cü il tarixdə saat 17:40-da Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 6-cı polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolu adlanan ərazidə yerləşən “Top market”in yaxınlığında saxlanılaraq, ünvan 2 ünvanında yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 19:05-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı, əynində olan açıq mavi rəngli cins şalvarının sağ yan cibindən bir ədədi gümüşü rəngli bükümə bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda təmiz çəkisi 0.364 qram olan ağ rəngli kristalşəkilli kustar usulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 12 iyul 2024-cü il tarixdə, saat 17:40-da Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolunda yerləşən “Top market”in yaxınlığında olduğu zaman, iki nəfər mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və üzərində psixotrop maddə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ-nin 6-cı PB-yə dəvət etmişlər. Bundan sonra öz razılığı ilə polis əməkdaşları ilə birlikdə Binəqədi RPİ-nin 6-cı PB-yə getmiş və orada ona öz razılığı ilə müdafiəçinin iştirakı olmadan hüquq və vəzifləri izah edilərək videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində olan qeyri-qanuni əşyanın olub-olmadığı barədə soruşulduqda o, əynində olan açıq mavi rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli bükümə bükülmüş bükümü çıxararaq, masanın üzərinə qoymuşdur. Bundan sonra ona üzərində başqa bir əşyanın olubolmaması barədə sual edilmiş və o, üzərində qanunsuz olaraq daşıdığı hər-hansı bir əşyanın olmadığını bildirmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən təqdim etdiyi əşyadan başqa hər-hansı bir əşya aşkar olunmamışdır. Polis əməkdaşları tərəfindən təqdim etdiyi bir ədəd bükümə baxış keçirilmiş və o, həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini 12 iyul 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonunda yerləşən «Papanin» adlanan yerdə əvvəllər tanımadığı şəxsdən 10 manat müqabilində şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir. İfadəsinin sonunda əməlindən səmimi peşmançılıq çəkdiyini, himayəsində azyaşlı uşaq olduğunu nəzərə alıb ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Şahid qismində dindirilmiş Binəqədi RPİ-in 6-cı PB-in əməkdaşları Şahid1 və Şahid2 eyni məzmumlu ifadələr verərək, Təqsirləndirilən şəxs 12 iyul 2024-cü il tarixdə saat 17:40-da keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolu adlanan ərazidə yerləşən “Top market”in yaxınlığında saxlayaraq ünvan 2 ünvanında yerləşən həmin polis bölməsinə gətirdiklərini, həmin tarixdə saat 19:05-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı, əynində olan açıq mavi rəngli cins şalvarının sağ yan cibindən bir ədədi gümüşü rəngli bükümə bükülmüş ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürüldüyünü bildirmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması barədə 13 iyul 2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Şübhəli şəxsin tutulması haqqında 12 iyul 2024-cü il tarixli protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:40-da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 25). Şəxsi axtarış və götürmə aparılması haqqında 12 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz əşyalar olduğu halda təqdim edilməsi təklif edildikdə o, əynində olan açıq mavi rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli folqaya bükülmüş bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim edərək, masanın üzərinə qoymuşdur. Ona verilmiş suallara cavab olaraq aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin psixotrop maddə metafmetamin 12 iyul 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, «Papanin» deyilən yerdən tanımadığı şəxsdən 10 manat müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi büküm qablaşdırılaraq DİN-in 175 saylı möhürü ilə möhürlənmişdir (cild 1, i.v 36-37). Məhkəmə kimyəvi ekspertizasının 13 iyul 2024-cü il tarixli, 3-16-16/2-6/3625 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş üzərində «…Azərbaycan Respublikası DİN Zərflər üçün № 175» möhür əksi “CA Şahid1 (imza); S.İ.Əliyev /imza/; KTQ e.Bəylərbəyov /imza/; Zərbəliyeva /imza/; Ş.Ş.Təqsirləndirilən şəxs /imza/; Təh.T.Osmanov /imza/ » yazılar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,364 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafmetamindir. Tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,314 qram (cild 1, i.v 44-46). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 14 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 60). Qətimkan tədbirinin seçilməsi haqqında 14 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlandığı MSY-dən azad edilmişdir (cild 1, i.v 77-79). 30 iyul 2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, «DVD» formatlı disk kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində bir ədəd video fayl olduğu müəyyən edilmişdir. Həmin faylda video görüntü olduğu müəyyən edilmişdir. Diskdə olan görüntü Binəqədi RPİ-nin 6-cı PB-də qeydə alınaraq, Binəqədi RPİ-nin 6-cı PB-nin CA üzrə ə/m, polis leytenantı X5, Binəqədi RPİ-nin 6-cı PB-nin sahə inspektoru, polis leytenantı Şahid2 və vət. X1 iştirakları ilə Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı, polis mayoru Tahir Osmanov tərəfindən özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərinə şəxsi axtarış keçirildiyi müşahidə olunmuşdur. Görüntüdə Təqsirləndirilən şəxs hüquq vəzifələri izah olunmuş, axtarış keçirilməzdən əvvəl üstündə qanunsuz saxlanılan, gəzdirilən əşya və ya maddənin könüllü təqdim olunması təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan açıq mavi rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü təqdim edərək, içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni 12 iyul 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, «Papanin» adlanan yerdən əvvəllər tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərsinə baxış keçirilmiş, təhqiqatçı tərəfindən həmin bükümün açıldığı və içərsində maddə kütləsi, elektron tərəzidə çəkilib qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürüldüyü müşahidə olunmuşdur. Həmçinin kütlənin aşkar edilib götürülməsi barədə təhqiqatçı tərəifndən protokolun tərtib edilmiş, protokol ucadan oxunmuş və bütün iştirakçılar tərəfindən həm zərf, həm də protokol imzalanmışdır (cild 1, i.v. 85). Məhkəmə-narkoloji ekspertizanın 25 oktyabr 2024-cü il tarixli, 6978 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər kabinetinin 09 fevral 2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.3-cü bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs «hamilə qadınlara və südəmər uşaqlara məcburi müalicə tətbiq edilməsi ilə əlaqədar olaraq» ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, i.v. 99-100). Maddi sübutun tanınması haqqında 23 iyul 2024-cü il tarixli və Sübutların qiymətləndirilməsi haqqında 26 oktyabr 2024-cü il tarixli qərarlardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,364 qram təşkil edən, ekspert tədqiqatından sonra qalan 0,314 qram psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə hərəkətlərininin həyata keçirilməsi prosesini əks etdirən videoçəkilişin görüntüləri olan 1 ədəd DVD disk iş üzrə sübut əhəmiyyəti kəsb etməsi nəzərə alınmaqla maddi sübut kimi tanınmış, psixotrop maddə olan 0,314 qram metamfetamin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanması üçün Binəqədi rayon polis idarəsinin saxlancına təhvil verilmiş, 1 ədəd DVD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, i.v 83, 102-108). Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 fevral 2025-ci il tarixli, 1(001)- 209/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçimiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin şərtərini pozub məhkəmə iclaslarına gəlmədiyi üçün barəsində seçilmiş həmin qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X3 İdarəsindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin 27 iyun 2013-cü il tarixli hökmünə əsasən AR CM-in 243.1-ci maddəsi ilə təqsirli bilinərək 3.000 manat cərimə cəzasına məhkum edilmişdir (cild 1, i.v. 98). Axtarışda olan şəxsin tutulması barədə 15 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 mart 2025-ci il tarixdə Binəqədi rayonu ərazisində yaxalanaraq Binəqədi RPİ-nin 6-cı PB-yə gətirilmiş, daha sonra Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Bakı şəhər Probasiya İdarəsinin məhkəmənin sorğusuna ünvanladığı 03 aprel 2025ci il tarixli cavab məktubundan və Qaradağ rayon İcra şöbəsinin 21 aprel 2025-ci il tarixli cavab məktubundan aydın olur ki, Xətai Rayon Məhkəməsinin 27 iyun 2013-cü il tarixli hökmünə əsasən AR CM-in 243.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs təyin edilmiş 3.000 manat cərimə ödənilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi öz ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsaslanmaqla himayəsində bir azyaşlı uşağın olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxsin səmimi peşmançılığını, öz əməlinə mənfi münasibətini, qadın olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, cəzasını yüngülləşdirən şəxsiyyəti barədə işin konkret hallarını nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac yoxdur və bu mənada ona təqsirli bilindiyi CM-in müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi məqsədəmüvafiqdir. Bu ədalətli və qanuni olmaqla, cəzanın məqsədlərini də təmin edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 iyun 2013-cü il tarixli hökmü ilə ona təyin edilmiş və çəkilməmiş 3000 manat cərimə cəzası CM-in 67.1-ci maddəsinə əsasən, ona hazırkı hökmlə təyin olunmuş cəza ilə tamamilə birləşdirilib üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 iyul 2024-cü il tarixdən 14 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün və 15 mart 2025-ci ildən 22 aprel 2025-ci ilədək həbsdə saxlandığı 38 (otuz səkkiz) gün Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməli, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməli, azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi, yaşayış yerini müəyyən saatlarda tərk etməmək vəzifəsi və yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə, məhkəmə narkoloji ekspertizanın 25 oktyabr 2024-cü il tarixli, 6978 nömrəli rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs südəmər uşağı olduğu üçün narkomaniyadan məcburi müalicə təyin olunmasını məqsədəmüvafiq hesab etmir. Lakin, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, Binəqədi RPİ-də maddi sübut kimi saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,314 qram psixotrop maddə metamfetamin məhv edilməli, bir ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə təqsirləndirilən şəxsə cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmə iclaslarında iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356- 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 iyun 2013-cü il tarixli hökmü ilə ona təyin edilmiş və çəkilməmiş 3000 manat cərimə cəzası CM-in 67.1-ci maddəsinə əsasən, ona hazırkı hökmlə təyin olunmuş cəza ilə tamamilə birləşdirilib üzərində qəti cəza 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası və 3000 (üç min) manat cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 iyul 2024-cü il tarixdən 14 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün və 15 mart 2025-ci ildən 22 aprel 2025-ci ilədək həbsdə saxlandığı 38 (otuz səkkiz) gün Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq (cəmi 80 gün) üzərində qəti olaraq 2 (iki) il 3 (üç) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası və 3000 (üç min) manat cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-in 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra olunsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə (ünvan 1) Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 2300-dan səhər saat 0600-dək tərk etməmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut – Binəqədi RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,314 qram psixotrop maddə metamfetamin məhv edilsin. Bir ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN**********, X4, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar