Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-21/2021 16.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi - Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs hüquqi varisi X8, X11 Addıxanovnanın iştirakları ilə, xx xxxxxxxx 1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşi, evli, orta təhsilli, həbs olunana qədər heç yerdə işləməmiş, ünvan 1 ünvanında qeydiyyat yeri üzrə yaşamış, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş və xx xxxxxx 2021-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Müalicə Müəssisəsində vəfat etmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 və 326.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdi ki, o, zərərçəkmiş şəxslərin cibindən, çantasından və digər əl yükündən çıxarılmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmiş, vətəndaşların şəxsiyyət vəsiqələrini və digər mühüm şəxsi sənədlərini tamah məqsədi ilə talamışdır. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyətilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2018-ci il tarixdə, təxminən saat 18 radələrində ünvan 2 ünvanında yerləşən “Lukoyl” X4rşısındaki dayanacağa yaxınlaşan 119 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusun salonunda əli ilə Zərərçəkmiş şəxs1 əynindəki şalvarının yan sol cibindən ona məxsus 720 manat nəğd pulu çıxararaq gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyətilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxxxx 2019-cui il tarixdə, təxminən saat 19 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında yerləşən “Rahat” marketin qarşısındaki dayanacağa yaxınlaşan 158 saylı marşrut xətti üzrə hərəkər edən sərnişin avtobusun salonunda əli ilə Zərərçəkmiş şəxs2 sol çiynindən asılmış əl çantasını açaraq çantadakı ona məxsus içərisində 1234 manat nəğd pul, dəyəri 25 manat olan bir ədəd “EkspressBank” Bankının “Ekspresso” pul ödənişi kartı, dəyəri 10 manat olan bir ədəd “Kapital Bank” Bankının məcburi köçkünlər üçün nəzərdə tutulmuş yardım kartı, dəyəri 10 manat olan bir ədəd “Azərbaycan Beynəlxalq” Bankının pul ödənişi kartı olan dəyəri 18 manat olan bir ədəd pul kisəsini gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1297 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmiş və mühüm şəxsi sənədlərini tamah məqsədi ilə talamışdır. Bundan başqa, o, təkrarən, tamah niyyətilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxxx 2019-cui il tarixdə, səhər təxminən saat 09 radələrində ünvan 4 ünvanında yerləşən “Sonalar Sonası” şadlıq evinin qarşısındaki dayanacağa yaxınlaşan 18 saylı marşrut xətti üzrə hərəkər edən sərnişin avtobusun salonunda əli ilə Zərərçəkmiş şəxs3 sağ əlində tutduğu əl çantasını açaraq çantadaki ona məxsus içərisində 180 manat nəğd pul, dəyəri 10 manat olan bir ədəd “Azərbaycan Beynəlxalq Bank” Bankının pul ödənişi kartı və bir ədəd şəxsiyyət vəsiqəsi olan dəyəri 15 manat olan bir ədəd pul kisəsini gizli olaraq talayıb zərərçəkiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 205 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmiş və şəxsiyyət vəsiqəsini və digər mühüm şəxsi sənədlərini tamah məqsədi ilə talamışdır. Bundan başqa, o, təkrarən, tamah niyyətilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxxx 2019-cu il tarixdə təxminən saat 15 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 150 ünvanında yerləşən “Favarit” ticarət mərkəzinin qarşısındaki dayanacağa yaxınlaşan 133 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusun salonunda əli ilə Zərərçəkmiş şəxs4 sağ əlində tutduğu əl çantasını açaraq çantadaki ona məxsus içərisində 80 manat nəğd pul və dəyəri 68 manat olan 40 ABŞ dolları olan dəyəri 50 manat olan bir ədəd pul kisəsini gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 198 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyətilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxxx 2019-cui il tarixdə, təxminən saat 18 radələrində ünvan 6 ünvanında yerləşən “Xəzər” topdan satış mağazasının qarşısındaki dayanacağa yaxınlaşan 176 saylı marşrut xətti üzrə hərəkər edən sərnişin avtobusun salonunda əli ilə Zərərçəkmiş şəxs5 sağ əlində tutduğu setkasından ona məxsus içərisində 26 manat nəğd pul, dəyəri 10 manat olan “Kapital Bank” Bankının bir ədəd əməkhaqqı karti, hər birinin dəyəri 10 manat olan 20 manat dəyərində iki ədəd “Kapital Bank” Bankının “Bir Kart” kartı, dəyəri 10 manat olan bir ədəd Sosial sığorta kartı, dəyəri 10 manat olan anası X1 bir ədəd “Azərbaycan Beynəlxalq Bank” Bankının təqaüd kartı, bir ədəd özünün və bir ədəd qızı X12 şəxsiyyət vəsiqələri olan dəyəri 12 manat olan bir ədəd pul kisəsini gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 88 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmiş və vətəndaşların şəxsiyyət vəsiqələrini və digər mühüm şəxsi sənədlərini tamah məqsədi ilə talamışdır. Bundan başqa, o, təkrarən, tamah niyyətilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2019-cui il tarixdə, təxminən saat 20:30 radələrində ünvan 7 ünvanında yerləşən Mədrəsənin qarşısındaki dayanacağa yaxınlaşan 133 saylı marşrut xətti üzrə hərəkər edən sərnişin avtobusun salonunda əli ilə Zərərçəkmiş şəxs6 Şirvən qızının sağ əlində tutduğu əl çantasını açaraq çantadaki ona məxsus içərisində 200 manat nəğd pul, dəyəri 10 manat olan bir ədəd “AzəriQaz” İstehsalat Birliyinin “Smart kart” ödəniş kartı, dəyəri 10 manat olan bir ədəd “xxxx” ASC-nin Su sayğacı kartı və bir ədəd şəxsiyyət vəsiqəsi olan dəyəri 10 manat olan bir ədəd pul kisəsini gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 ümumilikdə 230 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmiş və şəxsiyyət vəsiqəsini və digər mühüm şəxsi sənədlərini tamah məqsədi ilə talamışdır. Bundan başqa, o, təkrarən, tamah niyyətilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2019-cui il tarixdə, təxminən saat 19 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 150 ünvanında yerləşən “Favarit” ticarət mərkəzinin qarşısındaki dayanacağa yaxınlaşan 108 A saylı marşrut xətti üzrə hərəkər edən sərnişin avtobusun salonunda əli ilə Zərərçəkmiş şəxs7 sol çiynindən asılmış əl çantasını açaraq çantadaki ona məxsus içərisində 206 manat nəğd pul, hesabında 3 manat pul olan dəyəri 2 manat olan bir ədəd “BakıKart” ödəniş kartı və bir ədəd şəxsiyyət vəsiqəsi olan dəyəri 6 manat olan bir ədəd pul kisəsini gizli olaraq talayıb Zərərçəkmiş şəxs7 ümumilikdə 217 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmiş və şəxsiyyət vəsiqəsini və digər mühüm şəxsi sənədini tamah məqsədi ilə talamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, qeyd olunan hadisə vaxtları Bakı şəhəri, Binəqədi rayonu ərazisində olmamış, o hadisə vaxtı öz evində Sabunçu rayonunda və ya şəxsi işlərinin arxasınca getmişdir. Əvvəllər cinayət törətdiyindən Nəsimi rayon Polis İdarəsində işləyən adını bilmədiyi sahə inspektoru əvvəlki cinayətlərindən dolayı onu tanıdığından, sonradan Binəqədi rayon Polis idarəsində işləməyə başladığı üçün ona qeyd olunan cinayətləri üzərinə götürməyi məcbur etmişdir. O da qorxduğu üçün bu təklifə razı olmuşdur. İstintaqı aparan müstəntiq isə ona etirafedici ifadələrə qol çəkdirərək, «narahat olma məhkəmə də səni tutmayacaqlar» deyərək aldatmışdır. O, özünü heç bir epizod üzrə təqsirli bilməyərək iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2018-ci il tarixdə təxminən saat 17:50 radələrində işdən evə getmək üçün Bakı şəhərində “20 Yanvar dairəsi” deyilən ərazidə yerləşən “Ucuzluq” market ilə üzbəüz yerləşən avtobusuna dayanacağında 119 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusna minmişdir. Sərnişin çox olduğuna görə avtobusun salonunda sıxlıq idi. Binəqədi rayonu ərazisində, Sumqayıt şossesində yerləşən “Lukoyl” X6 yaxınlığında o, əynindəki şalvarının sol cibində olan 720 manat pulun oğurlanmasını aşkar etmiş, buna görə də, avtobusdan düşüb həmin əraziyə xidmət edən Binəqədi RPİ-nin 6-cı PB-nə ərizə ilə müraciət etmişdir. O, cibindən pulu oğurlamış şəxsin üzünü görməmişdir. Həmin şəxsin Nizami olub-olmaması barədə bir fikir söyləməyə çətinlik çəkir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, xx xxxxxxxx 2019-cu il tarixdə saat 18:30 radələrində işlədiyi Bakı şəhəri, Yasamal rayonu, “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında yerləşən gözəllik salonundan çıxaraq “Favorit” mağazasının yanında 14 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusuna minib Biləcəri qəsəbəsində yerləşən “Army” marketə gəlmiş, orada alış-veriş etmiş və təxminən 20 dəqiqədən sonra çıxıb marketin qarşısında yerləşən avtobus dayanacağında yaşadığı Sulutəpə qəsəbəsinə getmək üçün 158 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusuna minmişdir. Yolda hərəkətdə olarkən bir nəfər oturacaqda əyləşmiş tanımadığı sərnişin qadın köməklik edərək onun əlindəki paketləri almışdır. Əl çantası isə sol çiynindən asılmış vəziyyətdə özündə qalmışdır. Bakı-Sumqayıt yolunun 9-cu km-də yerləşən “Rahat” marketin qarşısında əl çantasında olan mobil telefonu götürmək istədikdə çantasının açıq vəziyyətdə olduğunu görmüşdür. 18 manata aldığı pul kisəsi çantada yox idi. Pul kisəsində 1234 manat nəğd pul, 25 manat dəyərində hesabında 145 manat pul olan bir ədəd “EkspressBank” bankı tərəfindən verilmiş bir ədəd “Eksperesso” pul ödənişi kartı, 10 manat dəyərində hesabında 180 manat pul olan bir ədəd “KapitakBank” bankı tərəfindən verilmiş məcburi köçkünlər üçün nəzərdə tutulmuş yardım kartı və hesabında pul olmayan 10 manat dəyərində bir ədəd Azərbaycan Beynəlxalq Bankın plastik kartı olmuşdur. Pul kisəsinin oğurlandığını başa düşüb o, avtobusdan düşüb əvvəlcə 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, sonra isə Binəqədi RPİ-nin 6-cı PB-nə ərizə ilə müraciət etmişdir. Törədilmiş oğurluq nəticəsində ona ümumilikdə 1297 manat məbləğində ziyan dəymişdir. Sonradan “EkspressBank” bankı tərəfindən verilmiş “Eksperesso” pul ödənişi kartını və “KapitakBank” bankı tərəfindən verilmiş məcburi köçkünlər üçün nəzərdə tutulmuş yardım kartını bərpa edəndən sonra müəyyən olmuşdur ki, “Eksperesso” pul ödənişi kartının hesabında olan 145 manat pul və “KapitakBank” bankı tərəfindən verilmiş məcburi köçkünlər üçün nəzərdə tutulmuş yardım kartının hesabında olan 180 manat pul hesabdan çıxarılmamışdır. O, oğurluq etmiş şəxsi dəqiq görməmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, ünvan 8 ünvanında yerləşən “Lag” gözəllik salonunda işləyir. xx xxxxxxx 2019-cu il tarixdə sifariş götürdüyü üçün təxminən saat 08:30 radələrində işlədiyi gözəllik salonundan çıxaraq piyada iş yerinə yaxın olan “Tərlan” şadlıq sarayının qarşısındaki dayanacağına gedib orada 18 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusuna minib, gediş haqqı kartının hesabında pul olmadığı üçün avtobusun salonunda olan tanımadığı bir xanına 30 qəpik verib kart vasitəsi ilə onun gediş haqqının ödənilməsini ondan xahiş etmişdir. Həmin qadın onun gediş haqqını ödəyəndən sonra o, avtobusa əyləşərək Binəqədi rayonunda yerləşən Göz Klinikasının yaxınlığında yerləşən dayanacağa çatıb orada avtobusdan düşmüşdür. Avtobusdan düşəndən sonra o, sağ əli ilə qulpundan tutduğu əl çantasının döş cibinə qoyduğu 15 manat dəyərində pul kisəsinin və pul kisəsinin içində olan özünün şəxsiyyət vəsiqəsinin, 10 manat dəyərində hesabında pul olmayan bir ədəd Azərbaycan Beynəlxalq Bankı tərəfindən verilmiş təqaüd kartının və 180 manat nəğd pulunun oğurlandığını aşkar etmişdir. Pulu olmadığı üçün o, piyada sərnişin avtobusu ilə gəldiyi yolu geri qayıdaraq sərnişin avtobusuna mindiyi dayanacağa baxdı. Sonra işlədiyi gözəllik salonuna qayıdaraq ora baxdı, lakin pul kissəsini tapa bilməmişdir. Bundan sonra o, başa düşmüşdür ki, pul kisəsi avtobusun salonunda oğurlanıb. Oğurluq nəticəsində ona 205 manat məbləğində ziyan dəymişdir. Oğurluq edən şəxsi görməmişdir, həmin şəxsin Nizami olub-olmaması barədə bir fikir söyləyə bilmir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, xx xxxxxxx 2019-cu il tarixdə təxminən saat 16 radələrində 133 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu ilə işdən evə qayıdırmış. Avtobusda sərnişin çox olduğundan salonunda sıxlıq idi. O, avtobusa minib gediş haqqını ödədikdən sonra pul kisəsini əl çantasının içərisinə qoymuşdur. Təxminən 5 dəqiqə yol getidikdən sonra Binəqədi rayonu, Novxanı şossesində Binəqədi qəsəbəsinə qalxan yolun sağ tərəfində dayanacaqda avtobusdan düşən zaman sağ əlində tutduğu əl çantasındaki eynək qabı yerə düşmüş və onda baxıb görmüşdür ki, çantasının ağzı açıqdır və çantadaki içərisində 80 manat nəğd pul, 68 manat dəyərində 40 ABŞ dolları olan 50 manat dəyərində pul kisəsi oğurlanmışdır. Oğurluq nəticəsində ona ümumilikdə 198 manat məbləğində ziyan dəymişdir. Oğurluq edən şəxsi görməmişdir, həmin şəxsin Nizami olubolmaması barədə bir fikir söyləyə bilmir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə təxminən saat 17:00 radələrində o, Sədərək ticarət mərkəzində 176 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusuna əyləşib Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsinə gələrkən avtobusun salonunda tanımadığı sərnişin qadın içində 2 ədəd oboy olan setka ağır olduğundan setkanı alıb özü saxlamışdır. Həmin qadın avtobusdan düşdüyünə görə setkanı ona qaytarmışdır. Qadın düşən dayanacaqdan iki dayanacaq sonra, Xəzər topdan satış mağazasının yanındaki dayanacaqda o, da həmin avtobusdan düşmüşdür. Dayanacaqdan evlərinə gedərkən yolda o, pul kisəsinin sağ əlində tutduğu setkada olmadığını görmüşdür. Pul kisəsinin oğurlandığını başa düşüb o, baş vermiş oğurluqla bağlı Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Baş vermiş oğurluq nəticəsində onun 12 manat dəyərində bir ədəd pul kisəsi, özünün və qızı X12 şəxsiyyət vəsiqələri, 10 manat dəyərində anası X2 məxsus bir ədəd Azərbaycan Beynəlxəlq Bankının təqaüd kartı, 10 manat dəyərində özünə məxsus “Kapital Bank” bankının maaş kartı, hesabında 300 manat və 54 manat pul olan ümumi dəyəri 20 manat olsn 2 (iki) ədəd “Kapital Bank” bankı tərəfindən verilmiş birkart kartı, 10 manat dəyərində özünə məxsus bir ədəd Sosial sığorta kartı və 26 manat nəğd pul oğurlanmışdır. Törədilmiş oğurluq nəticəsində ona ümumilikdə 88 manat məbləğində ziyan dəymişdir. “Kapital Bank” bankı tərəfindən verilmiş birkart kartlarını bərpa edəndən sonra müəyyən olmuşdur ki, həmin kartların hesabında olan 300 manat və 54 manat məbləğində pullar kartların hesabından çıxarılmamışdır. Oğurluq edən şəxsi görməmişdir, həmin şəxsin Nizami olub-olmaması barədə bir fikir söyləyə bilmir, əsasən qadın sərnişindən şübhələnir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 Şirvən qızı ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 20:15 radələrində evinə gəlmək üçün Binəqədi qəsəbəsinin Mərkəzi küçəsində yerləşən avtobus dayanacağında 133 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusuna minib təxminən 5-6 dəqiqə yol getdikdən sonra Binəqədi qəsəbəsində yerləşən Mədrəsənin yanında avtobusdan düşüb piyada evlərinə gəlmişdir. Evlərində sağ əli ilə qulpundan tutduğu əl çantasının açıq olmasını aşkar etmişdir. 10 manat dəyərində olan pul kissəsi əl çantasında yox idi, oğurlanmışdır. Pul kisəsi ilə birlikdə pul kisəsində olsn 200 manat nəğd pulu, 10 manat dəyərində hesabında pul olmayan bir ədəd qaz kartı, 10 manat dəyərində hesabında pul olmayan bir ədəd su kartı və özünə məxsus şəxsiyyət vəsiqəsi oğurlanmışdır. Oğurluq nəticəsində ona ümumilikdə 230 manat məbləğində ziyan dəymişdir. Oğurluq edən şəxsi görməmişdir, həmin şəxsin Nizami olub-olmaması barədə bir fikir söyləyə bilmir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2019-cu il tarixdə, təxminən saat 19:00 radələrində o, Binəqədi rayonunda yerləşən Binəqədi parkının yaxınlığındaki dayanacaqda 108 A saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusuna əyləşib yaşadığı Mehdiabad qəsəbəsinə yola düşmüşdür. Sərnişin çox olduğuna görə avtobusun salonunda sıxlıq idi. Boş oturacaq olmadığı üçün o, ayaq üstə dayanmışdır. Pul kisəsi sol çiynindən asılmış əl çantasında idi. Yolda o, çiynindən asılmış əl çantasının əks tərəfə dartıldığını his etmişdir. Lakin salonda sərnişin çox olduğuna görə o, buna əhəmiyyət verməmişdir. Mehdiabad qəsəbəsinə çatmamış, yolda imkan tapıb əl çantasına baxanda pul kisəsinin çantada olmadığını aşkar etmişdir. Buna görə də o, baş vermiş oğurluq barədə DİN-in 102 zəng mərkəzinə və Binəqədi RPİ-nə məlumat vermişdir. Hadisə zamanı onun 6 manat dəyərində pul kisəsi, 206 manat nəğd pulu, hesabında 3 manat pul olan 2 manat dəyərində bir ədəd “BakıKart” avtonəqliyyatda gediş haqqı kartı oğurlanmışdır. Oğurluq nəticəsində ona ümumilikdə 217 manat məbləğində ziyan dəymişdir. Oğurluq edən şəxsi görməmişdir, həmin şəxsin Nizami olub-olmaması barədə bir fikir söyləyə bilmir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Balaxanı qəsəbəsində onun özünün mağazası var. Təqsirləndirilən şəxs isə Balaxanı qəsəbəsində onun qonşuluğunda yaşayır. Çox vaxtı Nazimi Dadaşov onun mağazasından nisyə alver edib, sonraki günlərdə isə borcunu hissə-hissə ödəyirdi. xx xxxxxxx 2019-cu il tarixdə gecə Nizami onun mağazasına gəlib almaq üçün böyük miqdarda bahalı ərzaq malı seçdi. O, Nizamidən soruşanda ki, seçdiyi malların pulunu ödəməyə imkanı var, Nizami cibindən çoxlu məbləğdə nəğd pul çıxarıb ona göstərdi. O, təəccüblə Nizaminin ona göstərdiyi pullara baxanda, Nizami ona dedi ki, bu pullar onun özünündür, özü qazanıb. Nizami seçdiyi malların və köhnədən qalan borcunu ödəyib çıxıb getmişdir. Bir neçə gündən sonra Nizami yenə də onun mağazasına gəlib nisyə alver etməyə başlamışdır. Nizaminin dediyinə görə o, pullarını xərcləyib qurtarmışdır. Bundan sonra Nizaminin onun mağazasına olan borcunu Nizaminin arvadı ödəmişdir. Lakin 2019-cu ilin dekabr ayının axırlarında Nizami yenə də onun mağazasına gəlib almaq üçün bahalı ərzaq malları seçmişdir. O, Nizamiyə demişdir ki, borcunu arvadı ödəyəcəksə o, Nizamiyə nisyə mal verməyəcək. Lakin Nizami bu səfər də, cibindən çoxlu məbləğdə nəğd pul çıxarıb seçdiyi malların pulunu ödəyib çıxıb getmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2012-ci il tarixdən etibarən o, Binəqədi rayonunun, Biləcəri qəsəbəsində yerləşən “İstisu” kafesində mühafizəçi vəzifəsində işləyir. xx xxxxxx 2018-ci il tarixdə təxminən saat 23:00 radələrində işdə olan zaman əvvələr müştəri qismində tanıdığı Nizami adlı şəxs kafeyə gəlmişdir. Kafedəki maslardan birinə əyləşərək bahalı spirtli içkilər və müxtəlif çeşitdə kabablar sifariş verməyə başlamışdır. Nizamini əvvələr tanıdığına görə və əvvələr Nizaminin hər dəfə 10-15 manatlıq sifariş verərək 2-3 saat masada əyləşdiyi üçün, Nizaminin bu səfər etdiyi sifarişlərə təəccüblənərək o, Nizamiyə yaxınlaşıb pulu haradan tapıdığını soruşmuşdur. Lakin Nizami ona konkret cavab verməyərək kef eləməyi təklif etmişdir. Həmin gecəni Nizami ümumilikdə 150 manat hesab ödəmişdir. Bundan sonra da, Nizami tez-tez onun işlədiyi kafeyə gəlirmiş, hər dəfə də 10-15 manatlıq hesab ödəyirmiş. Məhkəmə baxışı zamanı əlavə şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə dostluq münasibəti vardır. Belə ki, sonuncu türmədən təzə çıxmışdı. Şəxsiyyət vəsiqəsi yox idi, ona mobil telefonu o almış, həmin vaxt şəxsiyyət vəsiqəsi üzərində olmadığı üçün dostu Mehmandan xahiş etmişdir ki, onun adına nömrə alıb Nizamiyə versin. Məhkəmə baxışı zamanı əlavə şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs türmədən təzə çıxmışdı, şəxsiyyət vəsiqəsi olmadığı üçün dostu Aydın Məmmədov ona öz şəxsiyyət vəsiqəsilə təqsirləndirilən şəxs üçün nömrə almağını xahiş etdi. O da öz adına nömrə alıb Nizamiyə vermişdir. Məhkəmə prosesində təqsirləndirilən şəxs qismində cəlb olunmuş mərhum Təqsirləndirilən şəxs hüquqi varisi X14 məhkəmə prosesində verdiyi ifadəsində həyat yoldaşı Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə bəraətverici əsas olmadan iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs hüquqi varisi X14 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə baxılmasını tələb etmədiyini, həyat yodaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 və 326.1-ci maddələri ilə ittiham olunmasına dair cinayət işi üzrə onun vəfatı ilə əlaqədar iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ölümü ilə əlaqədar heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ərizəyə etirazının olmadığını bildirmişdir. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və cinayət işinin başlanması haqqında” xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs5 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərarı əsassız olduğundan ləğv edilmiş və faktla bağlı həmin material üzrə Azərbaycan Respublikası CMnin 177.2.5-ci maddəsi ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan “zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs7 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “cinayət işinin icraata qəbul edilməsi və birləşdirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi ibtidai istintaqın aparılması üçün icraata qəbul edilmiş, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş və cinayət işi ********* nömrəsi altında ibtidai istintaqı aparılmışdır. İş materiallarında olan “zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “cinayət işinin icraata qəbul edilməsi və birləşdirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi ibtidai istintaqın aparılması üçün icraata qəbul edilmiş, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş və cinayət işi ********* nömrəsi altında ibtidai istintaqı aparılmışdır. İş materiallarında olan “cinayət işi üzrə əməlin tövsif olunması haqqında” xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Binəqədi RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə əməl həmin Məcəllənin 177.2.5-ci maddəsinə tövsif olunmuşdur. İş materiallarında olan “zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “cinayət işinin icraatının dayandırılması haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan “cinayət işinin icraatının təzələnməsi və icraata qəul edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və ibtidai istintaqı davam etdirilmişdir. İş materiallarında olan “zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “cinayət işinin icraata qəbul edilməsi və birləşdirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi ibtidai istintaqın aparılması üçün icraata qəbul edilmiş, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş və cinayət işi ********* nömrəsi altında ibtidai istintaqı aparılmışdır. İş materiallarında olan “zərərçəkmiş şəxs qismində tanımaq haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin icraatı təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunanadək dayandırılmışdır. İş materiallarında olan “cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəul edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı təzələnmiş və icraata qəbul edilmişdir. İş materiallarında olan “cinayət işinin icraata qəbul edilməsi və birləşdirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi ibtidai istintaqın aparılması üçün icraata qəbul edilmiş, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş və cinayət işi ********* nömrəsi altında ibtidai istintaqı aparılmışdır. İş materiallarında olan “zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs6 Şirxan qızı iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 və 326.2-ci maddələri ilə nəzərdə tutulmuş əməlinin törədilməsində ittiham elan olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-129/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilməsi, həbsetmənin əvvəli xx.xx.2020ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X3 xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, xx.xx.1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Xalq Məhkəməsinin xx.xx.1993-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 83-cü maddənin, 3-cü hissəsi və 23-1 maddələri ilə təqsirli bilinib əməyə mütləq cəlb olunmaqla 03 il azadlıqdan şərti məhrum olunma cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu rayon Xalq Məhkəməsinin xx.xx.1994-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 143-cü maddə, 4-cü hissəsi ilə təqsirli bilinib əmlakı müsadirə olunmaqla 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Məhkəməsinin xx.xx.1994-cü il tarixli qərarı ilə hökm dəyişdirilib, AR CM-nin 143-cü maddəsinin 4-cü hissəsi AR CM-nin 143-cü maddəsi 3-cü hissəsinə tövsif edilərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.1999-cu ildə AR Milli Məclisinin xx.xx.1998-ci il tarixli Amnistiya qərarına əsasən azad olunmuş, Bakı şəhəri Sabunçu rayon Xalq Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 102-ci maddəsinin 1–ci hissəsi ilə təqsirli bilinib 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2003-cü ildə Milli Məclisin xx.xx.2003-cü il tarixli amnistiya qərarının 6.1-ci bəndinə əsasən azad olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib qazancının 15 % dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1. 67.1, 68.1.3, 93.1.4-cü maddələri ilə təqsirli bilinib 01 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilmədən saxlanılıb, xx.xx.2013-cü ildə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 76.3.1-ci maddəsinə əsasan 03 ay 18 gün vaxtından əvvəl şərti azad olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci ildə Nimami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə 01 ay 29 gün vaxtından əvvəl şərti azad olunmuş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 02 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixli Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 02 ya 03 gün vaxtından əvvəl şərti azad olunmuşdur. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixli qərarla Azərbaycan Respubliaksı CM-nin 177.2.2, 177.2.5 və 326.2-ci maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş hesab edilməsi, ibtidai istintaq zamanı aşkar edilməmiş oğurlanmış əşyaların qiyməti zərərçəkmiş şəxslərin müəyyən etdikləri qiymət hesab edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının məktubundan görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibb-sanitar hissəsində ilkin müayinədən keçirilmişdir. İlkin tibbi müayinə zamanı bədənin dəri səthinə baxış keçirilərkən bədənində xəsarət aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə xx.xx.2021-ci il tarixdə daxil olmuş xx.xx.2020-ci il tarixli məlumatdan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 15:30 radələrində Bakı istintaq təcridxanasının 8 saylı rejim korpusunun 53-cü kamerasında saxlanılan, xx.xx.1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmuş, hazırkı iş üzrə Binəqədi RPİ-nin istintaq şöbəsi tərəfindən, Azərbaycan 'Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5 və 326.1-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilmiş və Binəqədi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən barəsində xx.xx.2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, hazırda Binəqədi rayon məhkəməsinin hesabında olan həbs olunmuş şəxs Təqsirləndirilən şəxs saxlandığı kamerada ehtiyatsızlıqdan ayağı sürüşərək yerə yıxılmış, sağ qabırğa nahiyyəsində ağrılar olduğuna görə müraciət etmiş və Bakı istintaq təcridxanasının Tibb-sanitar hissəsində rentgenoloji müayinədən keçirilən zaman sağ 10cu qabırğasında yerdəyişən qapalı sınıq xəsarəti aşkar olunmuşdur. Həbs olunmuş şəxs Təqsirləndirilən şəxs tibbi yardım göstərilərək saxlandığı kameraya geri göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə xx.xx.2021-ci il tarixdə daxil olmuş xx.xx.2021-ci il tarixli məlumatdan görünür ki, xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkum olunana qədər ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, AR CM-nin 177.2.2, 177.2.5, 326.1-ci maddələri ilə təqsirli bilinərək Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə xx.xx.2020-ci il tarixədək barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Binəqədi Rayon Məhkəməsinin hesabında olan həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə təcili etapla Bakı istintaq təcridxanasından “Baş beyin qan dövranının kəskin pozulması” diaqnozu ilə müəssisənin İntensiv Terapiya şöbəsinə daxil olmuşdur. Həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə təxminən saat 08:10 radələrində müəssisənin İntensiv terapiya şöbəsində ölmüşdür. Meyit ölüm səbəbinin dəqiqləşdirilməsi üçün Bakı şəhəri Məhkəmə Tibbi Ekspertizası X7 Nizami rayon şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs mərhum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 və 326.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə tam təqsirli olduğu zərərçəkmiş şəxslərin, şahidlərin verdikləri ifadələrlə və cinayət işinin bütün materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 və 326.2-ci maddələri ilə tövsif edilmişdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Azərbaycan Respublikası CPM-nin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 41.2-ci maddələrinin şərh edilməsinə dair xx xxxx 2010-cu il tarixli Qərarında olan hüquqi mövqeyində qeyd olunmuşdur ki, barəsində cinayət təqibinə xitam verilmiş şəxsin hüquqlarının müdafiəsinə gəldikdə X19 Avropa Konvensiyasının 2-ci maddəsi istintaq orqanları üçün istintaq gedişində yaxın qohumlar tərəfindən konkret istintaq hərəkəti ilə bağlı edilmiş bütün tələbləri təmin etmək öhdəliyi yaratmasa belə (Ramasahi və digərləri Niderlanda qarşı iş üzrə xx xxx 2007-ci il tarixli qərar), Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə ölmüş şəxsin yaxın qohumları, hər bir halda, qanuni maraqlarının təmin olunmasının tələb etdiyi dərəcədə bütün işlər üzrə prosesə cəlb olunmalıdırlar. Avropa Məhkəməsi bir sıra işlər üzrə qərarlarında vurğulamışdır ki, ölmüş şəxsin yaxın qohumlarının prosesə cəlb edilməsi, onlara cinayət işinin materialları ilə tanış olmaq imkanının verilməsi və müvafiq məlumatlarla təmin edilməsi vacibdir (Güleç Türkiyəyə qarşı iş üzrə xx xxxx 1998ci il tarixli qərar). Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsi isə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsinin haqlı olduğunu müəyyən edir. Qeyd olunanlar məhkəmədə belə nəticəyə gəlməyə əsas verir ki, hər kəsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirsizliyini sübut etmək hüququ Konstitusiyanın məhkəmə müdafiəsini və təqsirsizlik prezumsiyasını təmin edən 60 və 63cü maddələrinin, eləcə də Konvensiyanın səmərəli istintaq hüququnu və ədalətli məhkəmə araşdırması hüququnu təmin edən 2 və 6-cı maddələrinin müddəalarına zidd olaraq məhdudlaşdırılmasın. Digər tərəfdən, ölmüş şəxsin yaxın qohumlarının qanuni maraqlarını nəzərə almadan cinayət təqibinə CPM-nin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsi cinayət prosessual qanunvericiliyinin vəzifələrinə də xələl gətirmiş olar. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 və 326.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs xx xxxxxx 2021-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X5 Terapiya şöbəsində “Baş beyin qan dövranının kəskin pozulması” səbəbsindən vəfat etdiyindən, onun hüquqi varisi qismində cinayət prosesinə cəlb edilmiş həyat yoldaşı X14 və müdafiəçisi cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə razı olduqlarını bildirdikləri üçün Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 177.2.2, 177.2.5 və 326.2-ci maddələri ilə başlanmış cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 43.3-1-ci maddəsinə əsasən cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməlidir. CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, istintaq zamanı və məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 80 (səksən) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində istintaq zamanı və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 80 (səksən) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 80 (səksən) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 480 (dörd yüz səksən) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39 və 43-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 və 326.2-ci maddələri ilə təqsirli bilinsin və barəsində olan cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən öldüyündən bəraətverici əsaslar olmadan xitam verilsin. Göstərilmiş 80 (səksən) saat hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına 480 (dörd yüz səksən) manat məbləğində pul Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Kapitalbank” Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialının kod-200156, VÖEN-**********, m/h-AZ37NABZ******************** S.W.İ.F.T. kod AİİBAZ2X Benefisiarın hesab № AZ48AİİB********************, VÖEN–1000 597151) ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №1(001)-21/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-21/2021
16.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver