Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-21/2023 16.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə,
1. xx.xx.1995-ci il tarixdə Qobustan rayonunda doğumuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş (məhkumluğu ödənilməmiş və ya götürülməmiş), Qobustan rayonu, Xilmilli kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan,
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə
2. xx.xx.1997-ci il tarixdə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış (məhkumluğu ödənilməmiş və ya götürülməmiş və hazırda cəzasını çəkib qurtarmamış), Quba rayonu, Zərdabi kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan,
Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə
müəyyən etdi:
1. Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək xx.xx.2022-ci il tarixdə gecə saat 01 radələrində vət. Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolunda yerləşən “Nurlan” kafesi və “Şəkər yemləri” mağazasının yaxınlığına gələrək əvvəlcədən aralarında olan razılaşmaya əsasən tanışı Təqsirləndirilən şəxs2 onu küçədə gözləmək şərtilə pusquda dayanmış, o isə üzərində gəzdirdiyi dəmir parçasından istifadə etməklə kafenin giriş qapısının qıfılını sındırmaqla içəriyə qanunsuz daxil olaraq oradan 01 ədəd LG markalı 107 diaqonallı qara rəngli 550 manat dəyərində televizor, 01 ədəd LG markalı qara rəngli 82 diaqonallı 200 manat dəyərində televizor, 01 ədəd qara rəngli 100 manat dəyərində tuner aparatı, 01 ədəd qara rəngli 280 manat dəyərində müşahidə kamerasının sistem bloku, 01 ədəd 170 manat dəyərində gümüşü rəngli odun samovarı, 01 ədəd “Delta” markalı qara rəngli 28 ölçülü 200 manat dəyərində velosipedi taladıqdan sonra vahid niyyətlə əhatə olunan qəsdlə “Nurlan” kafesinə bitişik olan “Şəkər Yemləri” mağazasının pəncərəsini dəmir parçası ilə sıxmaqla mağazaya qanunsuz daxil olaraq orada yerləşən saxlanc yeri hesab olunan kassa aparatını özü ilə gətirdiyi dəmir parçası ilə sındırmaqla kassa aparatına qanunsuz daxil olaraq içərisindəki 450 manat nəğd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1950 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli talama məqsədilə xx.xx.2022-ci il tarixdə gecə saat 03 radələrində vət. Zərərçəkmiş şəxs1 məxsus ünvan 1 ünvanda yerləşən fərdi evin hasarından aşmaqla birinci mərtəbəyə qanunsuz daxil olaraq oradan 2022-ci ilin yanvar ayında alınmış Türkiyə istehsalı olan 2,5 mm diaqonallı 120 metr uzunluğunda ümumilikdə dəyəri 90 manat olan elektrik naqili, 2022-ci ilin yanvar ayında alınmış Türkiyə istehsalı olan 6 mm diaqonallı 70 metr uzunluğunda ümumilikdə dəyəri 84 manat olan elektrik naqili, 2022-ci ilin yanvar ayında alınmış Türkiyə istehsalı olan 4 mm diaqonallı 100 metr uzunluğunda ümumilikdə dəyəri 95 manat olan elektrik naqili, 2022-ci ilin yanvar ayında alınmış Türkiyə istehsalı olan 80 metr uzunluğunda ümumilikdə dəyəri 144 manat olan internet şəbəkəsinin naqili, 2022-ci ilin yanvar ayında alınmış Türkiyə istehsalı olan 5 girişli ümumilikdə dəyəri 60 manat olan udelinitel, 2022-ci ilin yanvar ayında alınmış Türkiyə istehsalı olan ümumilikdə dəyəri 50 manat olan televizor antenasının kabeli və 2022-ci ilin yanvar ayında alınmış 50 metr uzunluğunda Türkiyə istehsalı ümumilikdə dəyəri 40 manat olan təhlükəsizlik kamerasının naqilini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 563 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir.
2. Digər Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək xx.xx.2022-ci il tarixdə gecə saat 01 radələrində vət. Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolunda yerləşən “Nurlan” kafesi və “Şəkər yemləri” mağazasının yaxınlığına gələrək əvvəlcədən aralarında olan razılaşmaya əsasən o, tanışı Təqsirləndirilən şəxs1 küçədə gözləmək şərtilə pusquda dayanmış, Təqsirləndirilən şəxs1 isə üzərində gəzdirdiyi dəmir parçasından istifadə etməklə kafenin giriş qapısının qıfılını sındırmaqla içəriyə qanunsuz daxil olaraq oradan 01 ədəd LG markalı 107 diaqonallı qara rəngli 550 manat dəyərində televizor, 01 ədəd LG markalı qara rəngli 82 diaqonallı 200 manat dəyərində televizor, 01 ədəd qara rəngli 100 manat dəyərində tuner aparatı, 01 ədəd qara rəngli 280 manat dəyərində müşahidə kamerasının sistem bloku, 01 ədəd 170 manat dəyərində gümüşü rəngli odun samovarı, 01 ədəd “Delta” markalı qara rəngli 28 ölçülü 200 manat dəyərində velosipedi taladıqdan sonra vahid niyyətlə əhatə olunan qəsdlə “Nurlan” kafesinə bitişik olan “Şəkər Yemləri” mağazasının pəncərəsini dəmir parçası ilə sıxmaqla mağazaya qanunsuz daxil olaraq orada yerləşən saxlanc yeri hesab olunan kassa aparatını özü ilə gətirdiyi dəmir parçası ilə sındırmaqla kassa aparatına qanunsuz daxil olaraq içərisindəki 450 manat nəğd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1950 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittiham, Təqsirləndirilən şəxs2 isə CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittiham irəli sürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Azadlığa çıxdıqdan sonra iş tapa bilmədiyi üçün oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2022-ci il tarixdə gecə 01 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolunda yerləşən “Nurlan” kafesinə oğurluq məqsədilə gəlmişdir. Həmin vaxtı ətrafda kimsənin olmadığına əmin olduqdan sonra o, kafenin dəmir qapısına yaxınlaşmışdır. Qapının üzərində olan qıfılı üzərində olan dəmir parçası ilə qıraraq içəri daxil olmuş və kafenin zalında, giriş qapısının sağ tərəfində divarda yerləşən “LG” markalı televizoru və onun yanında olan tuner aparatını görüb onları divardan sökərək yerə qoymuşdur. Bundan sonra kafenin həyətində yerləşən kabinetlərə baxan zaman kabinetlərin birində olan kiçik ölçülü LG televizoru və müşahidə kamerasının yaddaş blokunu götürüb özü ilə gətirdiyi kisəyə qoyaraq çölə çıxarmışdır. Bundan sonra həyətdə olan kabinetlərin birindəki velosipedi görüb onu da götürərək kafenin həyətinə çıxarmışdır. Daha sonra həyətdə olan manqalxanaya yaxınlaşıb orada yerə qoyulmuş gümüşü rəngli samovarı da götürərək həyətə çıxarmışdır. Bundan sonra kafenin həyətindən kafeyə bitişik olan marketin içərisinə açılan pəncərə olduğunu görmüş və həmin bitişik marketdən də oğurluq etmək qərarına gəlmişdir. Kafenin qapısının qıfılını sındırdığı dəmir parçası ilə pəncərəni sıxaraq açmış və pəncərədən mağazanın içərisinə daxil olmuşdur. İçəri daxil olduqdan sonra içəridə pul və qiymətli bir şey tapmaq üçün içərini axtarmağa başlamışdır. Həmin vaxt kassa aparatını görüb onu açaraq içərisində ümumilikdə 450 manat pulu vaxt itirmədən kassadan götürərək içəri girmiş olduğu pəncərədən çölə çıxmış və oğurladığı əşyaları yaşadığı ünvanın həyətinə aparmışdır. Səhər açıldıqdan sonra həmin oğurladığı əşyaları tanımadığı taksi ilə satmaq üçün Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığına aparmışdır. Televizorların ikisini ümumilikdə 170 manata, velosipedi 50 manata, müşahidə kamerasının yaddaş blokunu 50 manata tanımadığı şəxsə satmışdır. Bundan sonra tuner və samovarı isə başqa bir şəxsə 50 manat müqabilində satmış və əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin cinayət əməlini törədərkən tək olmuş və tanışı Məhəmməd ona nə kömək etmiş, nə də bundan xəbəri olmuşdur. Bundan başqa, o, 05 mart 2022-ci il tarixdə gecə saatlarında evdə olan zaman yaşadığı evdən çıxıb oğurluq etmək məqsədilə piyada şəkildə həyət evlərinə göz gəzdirməyə başlamışdır. Belə ki, o, həmin gün saat 03 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 2 ünvanda yerləşən həyət evinin qarşısında dayanıb qeyd olunan ünvanda yerləşən həyət evindən oğurluq etməyə qərar vermişdir. İlk öncə o, ətrafda kimsənin olmadığına əmin olduqdan sonra kiminsə onu görə biləcəyindən ehtiyat edib vaxt itirmədən həmin həyət evinin hasarından aşmaqla həyətə düşmüş və həyətdə iki mərtəbədən ibarət fərdi evin olduğunu görüb evin giriş qapısının sol tərəfində yerləşən pəncərəni üzərində gəzdirdiyi vintaçanla açaraq içəri daxil olmuşdur. Belə ki, o, evin birinci mərtəbəsində yerləşən elektrik naqilləri üzərində gəzdirdiyi bıçaqla kəsərək müəyyən uzunluqda olan elektrik naqillərini evin bir tərəfinə yığaraq vaxt itirmədən evin ikinci mərtəbəsinə qalxıb burada elektrik avadanlıqlarının işləməsi üçün nəzərdə tutulmuş udilinitelləri də götürüb kiminsə gələcəyindən ehtiyat edərək elektrik naqilləri ilə birlikdə sellofan torbanın içərisinə toplayaraq həmin sellofan torbanı evin hasarının bayır tərəfinə tullayıb hasardan aşmaqla evin bayır tərəfinə düşmüş və oğurlamış olduğu sellofan torbada olan elektrik naqil və udilinitelləri yaşadığı evin yaxınlığında bir tərəfdə gizlətmişdir. Daha sonra o, oğurlamış olduğu sellofan torbada olan elektrik naqillərindən mis əldə edib onları satmaq məqsədilə həmin gün saat 11 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsində yerləşən əlvan-metal qəbuletmə məntəqəsinə yollanmışdır. Həmin gün o, qeyd olunan ünvanda yerləşən metal-qəbuletmə məntəqəsinin işçisinə yaxınlaşıb içərisində mis olan sellofan torbanı ona göstərdikdən sonra tərəzidə misin çəkisi ölçülmüş və misin ümumi çəkisinin 2,5 kq olduğu ona bildirilmişdir. Nəticədə isə həmin şəxs ona misin 1 kqnın qiymətinin 12 manat olduğunu bildirdikdən sonra ümumilikdə 30 manata satmaqla aralarında razılıq əldə edilmişdir. Qeyd olunan metal-qəbuletmə məntəqəsinin işçisi ondan şəxsiyyət vəsiqəsini tələb etdikdə o, həmin şəxsə sənədinin üzərində olmadığını, yaşadığı evində olduğunu və gətirib sonuncuya verəcəyinə dair söz vermişdir. Belə ki, o, satışla bağlı razılaşdığı 30 manat pulu sonuncudan götürüb oradan uzaqlaşmış, udilinitelleri isə xatırlamadığı yerə tullamışdır. Əldə etdiyi pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Qeyd olunan cinayət əməlləri onun tərəfindən tək halda törədilmişdir. xx.xx.2022-ci il tarixli hadisə üzrə ona və Məhəmmədə edilmiş təsir nəticəsində onlar yalan ifadə vermişlər. Törətdiyi cinayət əməlindən peşman olduğunu qeyd edib, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun tanışıdır. Lakin o, Elməddinlə birlikdə oğurluq etməmişdir. Həmçinin onun oğurluq edəcəyindən də xəbəri olmamışdır. 15 mart 2022-ci il tarixdə polis tərəfindən tutulan zaman ona Elməddinlə birlikdə oğurluq etməsi bildirilmiş, lakin o heç bir oğurluq cinayəti törətmədiyini bildirsə də ona qarşı edilmiş təzyiqlərə dözə bilməmişdir. Bölmədə olarkən ona zorla işgəncə verilərək oğurluq cinayətini üzərinə götürülməsi bildirilmişdir. O da işgəncələrə dözmədiyindən guya Elməddinlə birlikdə oğurluq etməsi haqqında ifadə vermişdir. Odur ki, məhkəmədən barəsində bəraətverici hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, hal-hazırda fərdi işlə məşğuldur. Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolunda yerləşən özünə məxsus olan “Nurlan” kafeni və onun yanında yerləşən “Şəkər yemləri” mağazasını işlədir. xx.xx.2022-ci il tarixdə saat 23:30 radələrində kafeni bağlayaraq yaşadığı ünvana getmişdir. Həmin günün səhərisi, yəni xx.xx.2022-ci il tarixdə səhər saat 09:00-da kafeyə gələrkən kafenin dəmir qapısında olan qıfılın sınmış olduğunu aşkar etmişdir. Oğurluq hadisəsindən şübhələnərək kafenin içərisinə baxış keçirməyə başlamışdır. İçəri daxil olan zaman zalda olan LG markalı 107 diaqonallı televizorun və onun yanında olan tuner aparatının yerində olmadığını aşkar etmişdir. Bundan sonra zaldan həyətə çıxaraq həyətdə yerləşən 3 ədəd kabinetlərə baxış keçirməyə başlamışdır. Həmin 3 kabinetdən birini özü üçün oturmağa ayırmışdır. Oraya daxil olan zaman LG markalı 82 diaqonallı televizorun və müşahidə kamerasının sistem blokunun yerində olmadığını aşkar etmişdir. Digər kabinetdə olan “Delta” markalı 28 ölçülü velosipedin, həmçinin həyətdə yerləşən manqalxanaya baxış keçirən zaman odun samovarınında yerində olmadığını aşkar etmişdir. Kabinetlərin yanından mağazaya pəncərə olduğu üçün ora baxış keçirən zaman pəncərənin açıq olduğunu və burada olan kassa aparatına baxış keçirən zaman kassada olan 450 manat pulunda yerində olmadığını aşkar etmiş və baş vermiş oğurluq hadisəsi ilə bağlı polis qurumuna məlumat vermişdir. İstinaq zamanı baş vermiş oğurluq hadisəsinin Elməddin və Məhəmməd adlı şəxslər tərəfindən törədildiyini öyrənmişdir. Hazırda ona vurulmuş maddi ziyan ödəilməmiş və o, şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 29 dekabr 2005-ci il tarixli Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsinin 18/69 saylı qərarına əsasən Biləcəri qəsəbəsi Sumqayıt şossesi döngə 6-ı ünvanında fərdi evin tikintisi üçün X1 600 metr kvadrat torpaq sahəsi almışdır. 4 ildir ki, həmin torpaq sahəsində iki mərtəbəli 160 kvadrat metr ev tikilməsinə baxmayaraq bu günə qədər hissə-hissə təmir edilir. Buna baxmayaraq elektrik işləri görülüb qutarsa da, digər təmir işləri hələ də davam edir. Sonuncu dəfə həmin evdən xx.xx.2022-ci il tarixdə olmuşdur. xx.xx.2022-ci il tarixdə 11:40 radələrində sözü gedən ünvana gəlmiş və həyətin qapısını açdıqdan sonra həyətə daxil olarkən evin giriş qapısının sol tərəfində yerləşən pəncərənin açıq olduğunu aşkar etmişdir. Bundan sonra evə daxil olaraq 1-ci mərtəbədə olan bütün elektrik naqillərin kəsilərək yerində olmadığını aşkar etdikdən sonra evin 2-ci mərtəbəsinə baxış keçirən zaman orada olan elektrik avadanlıqlarının işləməsi üçün olan udilinitellərində oğurlanmasını aşkar etmiş və baş vermiş oğurluq hadisəsi ilə bağlı polis qurumuna məlumat vermişdir. İbtidai istinaq zamanı baş vermiş oğurluq hadisəsinin Elməddin adlı şəxs tərəfindən törədilməsindən məlumatı olmuşdur. Hazırda ona vurulmuş maddi ziyan ödəilməmiş və o, şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hal-hazırda Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsində yerləşən ünvanların birində əlvan-metal qəbuletmə məntəqəsində icarədar olaraq işləyir. Əsas işi gün ərzində məntəqəyə təqdim olunan müxtəlif markalı və çəkidə olan metal və plasmas əşyaların qəbulu və satışından ibarət oluşdur. Təxminən 2022-ci ilin mart ayının 5-i tarixində məntəqədə olan zaman tanımadığı şəxs, adını sonradan bildiyi Elməddin adlı şəxs əlində 01 ədəd sellofan torba ilə məntəqəyə yaxınlaşaraq satmaq üçün mis gətirdiyini bildirib onu satmaq niyyətində olduğunu dedikdə o, sonuncudan həmin sellofanı alaraq içi dolu olan sellofan torbanı tərəzinin üzərinə qoymuşdur. Həmin sellofanın içərisindəki əlvan metal olan misin ümumilikdə çəkisinin 2,5 kq olduğunu bildikdən sonra 1 kq-ın qiymətinin 12 manat olduğundan həmin şəxsə 30 manat verərək misi Elməddin adlı şəxsdən almağa razılaşmışdır. Belə ki, o, Elməddin adlı şəxsdən həmin əlvan metalın özünə aid olubolmadığını soruşduqda sonuncu ona həmin metalın özünə məxsus olduğuna inandırmış, əlavə olaraq o, sonuncudan şəxsiyyət vəsiqəsini tələb etdikdə, Elməddin ona sənədinin üzərində olmadığını, evdən götürüb ona gətirəcəyini bildirmişdir. O daə Elməddindən razılaşdığı kimi özü ilə gətirmiş olduğu əlvan metalı qəbul edib sonuncudan 30 manata almşdır. Təxminən bir neçə gün keçdikdən sonra onu Binəqədi RPİ-nin 6-cı PB-nə dəvət edərək, həmin aldığı misin oğurluq olmasını bildirmişdirlər. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 görməmiş və onları tanımamışdır. Ümumiyyətlə hadisə ilə bağlı şahid də olmamışdır. Belə ki, polis əməkdaşları tərəfindən ona zorla işgəncə verərək ifadə verməsini istəmişlər. İfadə yazıldıqdan sonra ona imza etməsi bildirilmiş, o da buna dözməyərək şahidi olmadığı oğurluq hadisəsini görməsi ilə bağlı ifadəyə imza etmiş və hadisəni gördüyünü bildirmişdir. Lakin həmin şəxsləri o bölmədə olarkən görmüş və onların oğurluq etmələri barədə heç bir məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, vət. Zərərçəkmiş şəxs2 işlətdiyi Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolunda yerləşən “Nurlan” adlı kafedən əl-barmaq izləri aşkar edilərək götürülmüşdür. İfadənin yerində yoxlanılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanması zamanı, sonuncu istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyərək hadisənin yerini göstərib, hadisələrin necə baş verməsini əyani təsvir edərək videoçəkiliş aparmaqla protokola əlavə olunmuşdur. İfadənin yerində yoxlanılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanması zamanı, sonuncu istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyərək hadisənin yerini göstərib, hadisələrin necə baş verməsini əyani təsvir edərək videoçəkiliş aparmaqla protokola əlavə olunmuşdur. Cinayət işi üzrə əməlin tövsif olunması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl CM-in 177.2.3-cü maddəsində həmin məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. Tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 15 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 15 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şəxsin tanınmaya təqdim edilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid1 xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 məxsus mağazadan müxtəlif markalı əşyaları və nağd pulu oğurlayan şəxslərdən biri olan Təqsirləndirilən şəxs1 tanınmaya təqdim edilmiş, tanınma zamanı Şahid1 təqdim edilən şəxslər sırasından Təqsirləndirilən şəxs1 göstərərək sonuncunun hadisə zamanı qeyd olunan ünvandakı mağazadan oğurluq edən şəxslərdən birinin olmasını bildirmişdir. Şəxsin tanınmaya təqdim edilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid1 xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 məxsus mağazadan müxtəlif markalı əşyaları və nağd pulu oğurlayan şəxslərdən biri olan Təqsirləndirilən şəxs2 tanınmaya təqdim edilmiş, tanınma zamanı Şahid1 təqdim edilən şəxslər sırasından Təqsirləndirilən şəxs2 göstərərək sonuncunun hadisə zamanı qeyd olunan ünvandakı mağazadan oğurluq edən şəsxlərdən birinin olmasını bildirmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-280/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 15 mart 2022-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-281/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 15 mart 2022-ci il tarixdən hesablanmışdır. Materialın cinayət işinə birləşdirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ərizəsi əsasında toplanmış HK-1/466-2022 nömrəli material 22040281 nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək istintaqı aparılmışdır. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, xx.xx.2022-ci il tarixdə gecə saat 03 radələrində vət. Zərərçəkmiş şəxs1 məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində oğurluq hadisəsi baş vermiş, hadisə yerinə baxış zamanı sübut əhəmiyyəti kəsb edəcək heç bir iş aşkar edilməmişdir. Şəxsin tanınmaya təqdim edilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid2 xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 məxsus fərdi evdən müxtəlif uzunluqda olan elektrik naqillərindən əldə edilmiş əlvan misi ona satan şəxs Təqsirləndirilən şəxs1 tanınmaya təqdim edilmiş, tanınma zamanı Şahid2 təqdim edilən şəxslər sırasından Təqsirləndirilən şəxs1 göstərərək sonuncunun hadisə zamanı qeyd olunan ünvandakı fərdi evdən oğurluq edərək ona mis satan şəxsin olmasını bildirmişdir. İfadənin yerində yoxlanılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanması zamanı, sonuncu istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyərək hadisənin yerini göstərib, hadisələrin necə baş verməsini əyani təsvir edərək videoçəkiliş aparmaqla cinayət işinə əlavə olunmuşdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən, eləcə də müvafiq hökmün və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(001)-158/2019 nömrəli hökmü ilə CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, qəti olaraq 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində CM-in 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi məhkəmənin icraatına verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-207/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, qəti olaraq 11 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza müddətinin əvvəli 28 aprel 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/2230 nömrəli rəyindən görünür ki, analoji malların texniki göstəricilərinə müvafiq olaraq, ekspertiza təyini haqqında qərarda göstərilən 03 adda malların orta istismar intevsiyini parametrlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 950,00 manat müəyyən edilir. Digər qərarın təsviri hissəsində göstərilən 03 adda mallar haqqında kifaət qədər məlumat (markası, modeli, istehsal ili, istehsal yeri, tutumu və.s) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 3/455 nömrəli rəyindən görünür ki, - ********* N-li cinayət işi üzrə tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi, 2 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi, 3 saylı daktilolentin səthindəki papilyar naxış izi müqayisəli tədqiqat üçün yararlıdır. - ********* N-li cinayət işi üzrə tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi Təqsirləndirilən şəxs1 sol əlinin orta barmağından qalmışdır. - Tədqiqata təqdim edilmiş 2 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi, 3 saylı daktilolentin səthindəki papilyar naxış izi Təqsirləndirilən şəxs1 tərəfindən deyil, başqa şəxs (şəxslər) tərəfindən qalmışdır. - Tədqiqata təqdim edilmiş 1,2 saylı daktilolentlərin səthindəki papilyar naxış izləri, 4,5 saylı daktilolentin səthlərindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yarasızdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/3282 nömrəli rəyindən görünür ki, analoji mallara müvafiq olaraq, ekspertiza təyini haqqında qərarda göstərilən malların istifadədə olmaması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 269,00 manat müəyyən edilir. Digər qərarın təsviri hissəsində göstərilən 04 adda mallar haqqında kifaət qədər məlumat (markası, modeli, istehsal ili, istehsal yeri, tutumu və.s) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Cinayət işi üzrə əməlin tövsif edilməsi və sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 əməli CM-in 177.2.1 və 177.2.3-cü maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmiş və iş üzrə 2 ədəd disk sübut növü kimi qiymətləndirilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-694/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 20 gün müddətə, yəni 05 iyul 2022-ci il tarixədək uzadılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-693/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 20 gün müddətə, yəni 05 iyul 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 hər hansı şəxs tərəfindən qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qoyulmasının öz təsdiqini tapmaması nəzərə alınaraq, toplanmış material üzrə cinayət işinin başlanması cinayət hadisəsinin olmaması əsası ilə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə hesab edir ki, ibtidai istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Belə ki, məhkəmə istintaqının nəticələrindən aydın olmuşdur ki, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş, digər Təqsirləndirilən şəxs1 isə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilmişdir. Bununla bağlı, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 yuxarıda qeyd edilən cinayət əməllərini törətməsi, eləcə də Təqsirləndirilən şəxs1 sözügedən cinayət əməlini Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiq olunmur. Belə ki, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyək ifadəsində göstərmişdir ki, baş vermiş oğurluq hadisəsi ilə bağlı Elməddinlə aralarında olan razılığa əsasən o, sonuncunu bayırda gözləməli, kimsə gələrsə sonuncuya xəbər etməli idi. Bu məqsədlə Elməddin ilə birlikdə xx.xx.2022-ci il tarixdə gecə 01 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolunda yerləşən “Nurlan” kafesinə oğurluq məqsədilə gəlmişdirlər. Həmin vaxtı ətrafda kimsənin olmadığına əmin olduqdan sonra sonuncu kafenin dəmir qapısına yaxınlaşmışdır. Elməddin qapının üzərində olan qıfılı üzərində olan dəmir parçası ilə qıraraq içəri daxil olmuş və o da sonuncunu çöldə gözləməyə başlamışdır. Bir qədər vaxt keçdikdən sonra tanışı Elməddin 01 ədəd LG markalı plazma televizoru, 01 ədəd kiçik ölçülü LG markalı televizoru, müşahidə kamerasınin yaddaş bloku, velosipedi, 01 ədəd gümüşü rəngli samovarı kisələrə yükləmiş vəziyyətdə qeyd olunan kafeinin həyətindən bayıra çıxarmışdır. Həmçinin də qeyd etmişdir ki, Elməddin ümumilikdə 450 manat pulu kassadan oğurlamışdır. Belə ki, onlar oğurladıqları əşyaları birlikdə köməkləşərək Elməddinin yaşadığı ünvanın yaxınlığına aparmışdır. Səhər açıldıqdan sonra həmin oğurladıqları əşyaları tanımadıqları taksi ilə satmaq üçün Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığına aparmışdır. Televizorların ikisini ümumilikdə 170 manata, velosipedi 50 manata, müşahidə kamerasının yaddaş blokunu 50 manata tanımadıqları şəxsə satmışdırlar. Bundan sonra tuner və samovarı isə başqa bir şəxsə 50 manat müqabilində satmışdır, əlavə olaraq bildirmişdir ki, oğurladıqları əşyaları satan zaman satdıqları həmin əşyaların özlərinə məxsus olduğunu bildirmişdirlər, nəticədə isə oğurluqdan ümumilikdə əldə etdikləri pulu Elməddin ilə birlikdə şəxsi ehtiyaclarına xərcləmişdirlər. O, əlavə olaraq bildirmişdir ki, xx.xx.2022-ci il tarixli cinayət əməlini törətməmişdir. Halbuki, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini, Təqsirləndirilən şəxs1 onun tanışı olmasını, 01 mart 2022-ci il tarixdə Elməddinlə birlikdə oğurluq etmədiyini, 15 mart 2022-ci il tarixdə polis tərəfindən tutulan zaman ona Elməddinlə birlikdə oğurluq etməsi bildirildyini, lakin o heç bir oğurluq cinayəti törətmədiyini bildirsə də ona qarşı edilmiş təziqlərə dözə bilməyəyək guya Elməddinlə birlikdə oğurluq etməsi haqqında ifadə verdiyini bildirmişdir. Digər Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Azadlığa çıxdıqdan sonra iş tapa bilmədiyindən, həm də narkotik istifadəçisi olduğundan əvvəllər tanıdığı Məhəmməd ilə birlikdə oğurluq etmək qərarına gəlmişdir. Belə ki, Məhəmmədlə aralarında olan razılığa əsasən sonuncu onu bayırda gözləməli, kimsə gələrsə ona xəbər etməli idi. Bu məqsədlə Məhəmməd ilə birlikdə xx.xx.2022-ci il tarixdə gecə 01 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolunda yerləşən “Nurlan” kafesinə oğurluq məqsədilə gəlmişdir. Həmin vaxtı ətrafda kimsənin olmadığına əmin olduqdan sonra o, kafenin dəmir qapısına yaxınlaşmışdır. Qapının üzərində olan qıfılı üzərində olan dəmir parçası ilə qıraraq içəri daxil olmuş və Məhəmməd çöldə onu gözləməyə başlamışdır. O, içəri daxil olan zaman kafenin zalında, giriş qapısının sağ tərəfində divarda yerləşən “LG” markalı televizoru və onun yanında olan tuner aparatını görüb onları divardan sökərək yerə qoymuşdur. Bundan sonra kafenin həyətində yerləşən kabinetlərə baxan zaman kabinetlərin birində olan kiçik ölçülü LG televizoru və müşahidə kamerasınin yaddaş blokunu götürüb özü ilə gətirdiyi kisəyə qoyaraq çölə çıxartmışdır. Bundan sonra həyətdə olan kabinetlərin birindəki velosipedi görüb onu da götürərək kafenin həyətinə çıxarmışdır. Daha sonra həyətdə olan manqalxanaya yaxınlaşıb orada yerə qoyulmuş gümüşü rəngli samovarı da götürərək həyətə çıxarmışdır. Bundan sonra kafenin həyətindən kafeyə bitişik olan marketin içərisinə açılan pəncərə olduğunu görmüş və həmin bitişik marketdən də oğurluq etmək qərarına gəlmişdir. Kafenin qapısının qıfılını sındırdığı dəmir parçası ilə pəncərəni sıxaraq açmış və pəncərədən mağazanın içərisinə daxil olmuşdur. İçəri daxil olduqdan sonra içəridə pul və qiymətli bir şey tapmaq üçün içərini axtarmağa başlamışdır. Həmin vaxt kassa aparatını görüb onu açaraq içərisində ümumilikdə 450 manat pulu vaxt itirmədən kassadan götürərək içəri girmiş olduğu pəncərədən çölə çıxmış və oğurladığı əşyaları tanışı Məhəmməd ilə birlikdə köməkləşərək yaşadığı ünvanın həyətinə aparmışdır. Səhər açıldıqdan sonra həmin oğurladığı əşyaları tanımadığı taksi ilə satmaq üçün Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığına aparmışdır. Televizorların ikisini ümumilikdə 170 manata, velosipedi 50 manata, müşahidə kamerasının yaddaş blokunu 50 manata tanımadığı şəxsə satmışdır. Bundan sonra tuner və samovarı isə başqa bir şəxsə 50 manat müqabilində satmış, əlavə olaraq bildirmişdir ki, satdıqları əşyaların özlərinə məxsus olduğunu bildirmişdirlər, nəticədə isə oğurluqdan ümumilikdə əldə etdikləri pulu Məhəmməd ilə birlikdə şəxsi ehtiyaclarına xərcləmişdirlər. O, əlavə olaraq bildirmişdir ki, qeyd olunan cinayət əməlini tək halda törətmişdir. Halbuki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində 01 mart 2022-ci il tarixdə olan oğurluq hadisəsinin onun tərəfindən tək halda törədildiyini, həmin hadisə üzrə ona və Məhəmmədə edilmiş təsir nəticəsində yalan ifadə verdiklərini, Həmin cinayət əməlini törədərkən tək olduğunu və tanışı Məhəmmədin ona kömək etmdiyini və cinayətdən xəbərinin olmadığını bildirmişdir. Bundan başqa qeyd edilməlidir ki, iş üzrə Şahid2 ibtidai istintaqda və məhkəmə istintaqında verdiyi ifadəsində təxminən 2022-ci ilin mart ayının 5-i tarixində Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsində yerləşən əlvan-metal qəbuletmə məntəqəsində olan zaman adını sonradan bildiyi Elməddin adlı şəxsdən ümumilikdə çəkisinin 2,5 kq mis alaraq ona 30 manat verdiyini, Elməddin adlı şəxsin həmin metalın özünün olduğuna inandırdığını, təxminən bir neçə gün keçdikdən sonra onu Binəqədi RPİnin 6-cı PB-nə dəvət edərək, həmin aldığı misin oğurluq olmasından xəbərinin olduğunu bildirmişdir. Digər Şahid1 isə ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 01 mart 2022-ci il tarixdə saat 01 radələrində kirayə yaşadığı ünvana piyada şəkildə gedərkən yaşadığı evin yəni, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolu adlı yerdə yerləşən “Nurlan” kafesi ilə üzbəüz yerləşən avtobus dayancağının yaxınlığından keçən zaman iki nəfər tanımadığı şəxsləri görmüşdür. O, həmin iki nəfər şəxslərin hərəkətlərindən şübhələnərək həmin şəxslər onu görməsin deyə həmin dayanacağın arxa tərəfində gizlənmişdir. Belə ki, həmin şəxslərdən birinin əlində olan içi dolu torbanın kafenin içərisindən bayıra cəld şəkildə çıxardığını müşahidə etmiş, digər şəxsin isə ətrafa nəzarət etdiyini görmüşdür. Daha sonra həmin şəxslərdən biri kafedən veosipedi bayıra çıxardıqdan sonra həmin şəxslərdən biri, hansıki adının sonradan Elməddin olduğunu bildiyi şəxs kafeyə bitişik olan “Şəkər yemləri” mağazanın qapısından içəri daxil olub bir neçə dəqiqədən sonra bayıra çıxdıqdan sonra adını sonradan bildiyi Məhəmməd adlı şəxslə birlikdə oradan uzaqlaşmışdır. Bir müddət keçdikdən sonra Elməddin və Məhəmməd adlı şəxslərin “Nurlan” kafesi və ona bitişik olan “Şəkər yemləri” mağazasından oğurluq etdikləri ona məlum olmuşdur. Halbuki, Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 görməmiş və onları tanımırdır. Ümumiyyətlə hadisə ilə bağlı şahid də olmamışdır. Belə ki, polis əməkdaşları tərəfindən ona zorla işgəncə verərək ifadə verməsini istəmişlər. İfadə yazıldıqdan sonra ona imza etməsi bildirilmiş, o da buna dözməyərək şahidi olmadığı oğurluq hadisəsini görməsi ilə bağlı ifadəyə imza etmiş və gördüyünü bildirmişdir. Lakin həmin şəxsləri o bölmədə olarkən görmüş və onların oğurluq etmələri barədə heç bir məlumatı olmamışdır. Bununla yanaşı, məhkəmə istintaqı zamanı tədqiq edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 3/455 nömrəli rəyindən müəyyən edilmişdir ki, ********* nömrəli cinayət işi üzrə tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki “a” əlbarmaq izi Təqsirləndirilən şəxs1 sol əlinin orta barmağından qalmışdır. Təqsirləndirilən şəxs2 məxsus əl-barmaq izləri isə aşkar edilməmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham elan edilərkən ittihamın əsasını sonuncuların və şahidlərin ibtidai istintaqda verdiyi ifadələri təşkil etmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, Cinayət-Prosessual qanunvericiliyin tələblərinə görə təqsirləndirilən şəxsin etirafı digər sübutlarla təsdiq edilmədiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. CPM-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. CPM-in 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü aşağıdakı hallarda əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında sübutlara əsaslandıqda (maddə 349.5.1); - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (maddə 349.5.2); - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3). Məhkəmə qeyd edir ki, sübutlar hərtərəfli, tam və obyektiv araşdırmaya əsaslanmaqla daxili inama görə qiymətləndirilməlidir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə bütün toplanmış sübutların məcmusuna görə cinayət işinin həlli üçün kifayət etməsi nöqteyi-nəzərdən qiymət verilməlidir. Sübutların yoxlanılmasında məqsəd onların mötəbərliyinin, yəni onlarda olan məlumatların cinayət işinin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlara və hallara uyğun gəlib-gəlməməsinin müəyyən edilməsindən ibarətdir. Sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə tamamlanmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərmişdir ki, CPM-in 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bundan başqa həmin qərarda göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasina dair" 29 yanvar 2004-cü il tarixli Qərarında göstərilir ki, təqsirləndirilən şəxsin özünə qarşı ifadə verməyə məcbur edilə bilməməsinə dair konstitusiya norması ədalətli məhkəmə baxışını, fərdin azadlıq konstitusiya hüququnu, təqsirsizlik prezumpsiyasını, şəxsi toxunulmazlığı təmin edən mühüm təminatlardan biridir. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsinə görə də hər kəs ona qarşı irəli sürülən hər hansı bir ittihama baxılması zamanı tam bərabərlik əsasında digər təminatlarla yanaşı, özünə qarşı ifadə verməyə və ya təqsirini boynuna almağa məcbur edilməməlidir. Həmin Qərarda qeyd edilir ki, özünə qarşı ifadə verməyə məcbur edilməmək hüququ şübhəli və ya təqsirləndirilən şəxsin öz təqsirini etiraf etməyə məcbur edilməsinin qarşısını almağın mühüm təminatıdır. Lakin bu hüquq mütləq deyil, onun hədləri hər bir konkret halda fərdin, cəmiyyətin və dövlətin maraqları arasında dəqiq və ədalətli balans əsasında müəyyənləşdirilməlidir. Hadisənin baş verməsinə səbəb olan şəxsin hərəkətlərində (yaxud hərəkətsizliyində) cinayət tərkibi olarsa, bir qayda olaraq cinayət işinin başlamasından sonra şəxsin statusundan asılı olaraq müvafiq cinayət-prosessual hüquqları, o cümlədən özünə qarşı ifadə verməmək hüququ yaranır və bu hüquqlar cinayət prosesinin bütün mərhələlərində təmin olunmalıdır. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-in 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. X8 Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CPM-in 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. CPM-in 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə heç bir dəlilə istinad edilməmiş və iş materiallarında olan sübutlar təqsirləndirilən şəxsin həmin əməllərə görə təqsirli bilinməsi üçün kifayət etmir, eləcə də məhkəmədə Təqsirləndirilən şəxs2 tərəfindən qeyd edilən cinayət əməllərinin törədilməsinə dair ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutlar təkzib edilmişdir. Bundan başqa, məhkəmə istintaqı zamanı ittiham tərəfi tərəfindən ibtidai istintaq orqanının gəldiyi nəticəni təsdiq edən sübutlar təqdim edilməmişdir. CPM-in 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. CPM-in 42.2-ci maddəsinə əsasən Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. CPM-in 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. CPM-in 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. CPM-in 350.3-cü maddəsinə əsasən məhkəmənin bəraət hökmünə bəraət almış şəxsin təqsirsizliyini şübhə altına qoyan ifadələrin daxil edilməsi yolverilməzdir. CPM-in 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 əməlində CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməlidir. Bununla yanaşı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və onun hazırda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-207/2022 nömrəli hökmü ilə məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınmalı, o cümlədən Təqsirləndirilən şəxs2 məhkəmə xərcləri tutulmamalıdır. CPM-in 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə X9 bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Bundan başqa, qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə gecə saat 01 radələrində vət. Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolunda yerləşən “Nurlan” kafesi və “Şəkər yemləri” mağazasına daxil olaraq zərərçəkmiş şəxsə ümumilikdə 1950 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsi epizodu üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamdan CM-in 177.2.1-ci maddəsi və həmin maddəyə dair müddəalar xaric edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs2 əməlində CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə ona istinad edilən ittiham üzrə bəraət veriləcəyindən, Təqsirləndirilən şəxs1 qeyd olunan epizod üzrə əməli onun cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməyəcəkdir. CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. CPM-in 21.2-ci maddəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. “X7 Keçirilməsi Zamanı “İnsan Hüquqlarının və X5 Haqqında” X2 və İnsan Hüquqları Üzrə Arvopa Məhkəməsinin Presedentlərinin Tətbiqi Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 10cu maddəsində göstərilir ki, hüququn aliliyi və insan hüquqlarına hörmət X3 3-cü maddəsində nəzərdə tutulan əsas dəyərlərdəndir. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. CM-in 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyətini yaradır. CPM-in 351.2-ci maddəsinin tələbinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı elan edilmiş ittihamdan CM-in 177.2.1-ci maddəsi və həmin maddəyə dair müddəalar xaric edilməli və o, CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli hesab edilməlidir. Belə ki, məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs1 tərəfindən CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(001)-158/2019 nömrəli hökmü ilə CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, qəti olaraq 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 11 mart 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Hazırda baxılan cinayət işi üzrə Təqsirləndirilən şəxs1 CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini isə 01 mart 2022-ci il tarixdə törətmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 qəsdən az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan iki il müddət keçmədən, yəni məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətmişdir. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 tərəfindən yenidən qəsdən cinayətin törədilməsi CM-in 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 əvvəllər cinayət törətməyə görə məhkum olunmasını, həmin məhkumluğunun ödənilməmiş və ya götürülməmiş olmasını, bu səbəbdən təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza növünün təyin edilməsinin ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini və CM-in 65.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs1 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs1 əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin residivinin olması müəyyən edildiyindən, o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, cinayət işinin materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 15 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-280/2022 nömrəli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddətinin əvvəli 15 mart 2022-ci il tarixdən hesablanmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-280/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 05 iyul 2022-ci il tarixədək uzadılmış və o, 15 mart 2022-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 15 mart 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 161,29 (yüz altmış bir manat iyirmi doqquz qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 tutulmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən cinayət hadisəsi nəticəsində vurulmuş ziyanla bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı mülki iddia verilməmişdir. Qeyd olunanlara və CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 cinayət hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi məqsədi ilə Təqsirləndirilən şəxs1 qarşı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilməlidir. Müdafiəçi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkil Müdafiəçi1 təqdim etdiyi hesabata əsasən o, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə cəmi 50 (əlli) saat vaxt sərf etmiş, digər müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə cəmi 42 (qırx iki) saat vaxt sərf etmiş. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə, cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkil Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 (əlli) saat, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən isə Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 42 (qırx iki) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkil Müdafiəçi1 Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 isə digər təqsriləndirilən şəxs Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında göstərdiyi cəmi 42 (qırx iki) saat hüquqi yardıma görə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 252 (iki yüz əlli iki) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 42, 55, 61, 62, 197-198, 318, 344-349, 350-353, 356, 357, 358, 381 və 383-385-ci maddələrini rəhbər tutub, məhkəmə
hökm etdi:
1. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və onun hazırda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)- 207/2022 nömrəli hökmü ilə məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs2 məhkəmə xərcləri tutulmasın. Təqsirləndirilən şəxs2 cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin.
2. Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamdan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi və həmin maddəyə dair müddəalar xaric edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli 15 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə sübut kimi tanınmış 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 161,29 (yüz altmış bir manat iyirmi doqquz qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 tutularaq X4 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 cinayət hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi məqsədi ilə Təqsirləndirilən şəxs1 qarşı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilsin. Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkil Müdafiəçi1 Təqsirləndirilən şəxs1 məhkəmə iclasında göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 isə Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında göstərdiyi cəmi 42 (qırx iki) saat hüquqi yardıma görə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 252 (iki yüz əlli iki) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs1 isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Fərid Əmirəliyev