Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-21/2024 11.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Müdafiəçi1, xx.xx.1985-ci ildə Qubadlı rayonu, Balasoltanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Qubadlı rayonu, Balasoltanlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs məhkəməyə verilmiş ittiham aktına əsasən təqsirləndirilir ondan ötrü ki, o, şəxsiyyəti istintaqla müəyyən edilməmiş «Ömər» adlı şəxslə bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə saat 21:10 radələrində ünvan 2 ünvanında yerləşən «X11» restoranına gələrək, həmin restoranın icarədarı Zərərçəkmiş şəxs2 çılçıraq, ərzaq və içkiləri verməməsini cüzi səbəb gətirərək, heç bir əsaslı səbəb olmadan, həmin restoranda gül satan işləyən Zərərçəkmiş şəxs1 əlində mobil telefon olduğunu görüb, sonuncunun həmin telefonla mübahisəni video qeydə aldığını düşünərək, Zərərçəkmiş şəxs1 üzərinə hücum çəkib zor tətbiq edərək, əlindən sonuncuya məxsus 60 manat dəyərində «LG» markalı, Q-6 modelli mobil telefonunu zorla alıb yerə çırparaq sındırmaqla, restoranda olan çoxsaylı müştərilərin gözləri önündə özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün özünü ictimai qaydaya qarşı və cəmiyyətin fövqündə qoymaqla insanların ictimai və şəxsi mənafelərinə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, «Ömər» adlı şəxs isə Zərərçəkmiş şəxs1 ünvanına nalayiq ifadələr işlədib, sol bud nahiyəsinə təpiklə vuraraq, sol budun aşağı 1/3-nin ön bayır səthinin hematoması ilə müşayiət olunan və sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuş, bundan sonra öz cinayət əməllərini davam etdirərək «Ömər» adlı şəxslə birlikdə, hər biri əlində istintaqla müəyyən edilməmiş bıçaqları silah qismində istifadə edib, Zərərçəkmiş şəxs2 zor tətbiq etmək hədəsi ilə, əynində olan 100 manat dəyərində köynəyini cırıb yararsız hala salmış, daha sonra da bununla sakitləşməyərək, öz cinayət əməllərini davam etdirib «X11» restoranında olan 250 manat dəyərində 01 ədəd masanı, hər birinin dəyəri 100 manat təşkil edən 300 manat dəyərində 03 ədəd oturacaqları, hər birinin dəyəri 15 manat təşkil edən 1650 manat dəyərində 110 ədəd dərin boşqabları, hər birinin dəyəri 20 manat təşkil edən 180 manat dəyərində 09 ədəd nazik bakalları, hər birinin dəyəri 45 manat təşkil edən 450 manat dəyərində 10 ədəd meyvə qablarını, hər birinin dəyəri 25 manat təşkil edən 250 manat dəyərində 10 ədəd dəm çayniklərini, hər birinin dəyəri 10 manat təşkil edən 120 manat dəyərində 12 ədəd kül qabları və hər birinin dəyəri 8 manat təşkil edən 80 manat dəyərində 10 ədəd pivə bakallarını məhv etməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 3380 (üç min üç yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla, bir qrup şəxs tərəfindən, ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə, silah qismində istifadə edilən əşya tətbiq etməklə, zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət olunan qəsdən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsi sübuta yetirilmir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilməyib iş üzrə verdiyi ifadəsində göstərmişdir ki, 2022-ci ilin yazından əvvəl “By Fateh”, sonra isə “X11” adlanan restoranda 10 gün olardı mühafizəçi kimi işləmişdir. Onun işi ictimai asayışın qorunmasından ibarət olmuşdur. Onun yeganə səhvi yanlış insanların yanında işləmək olmuşdur. 15 aprel 2022-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs2 və yanında olan şəxslər işlədikləri restorana daxil olaraq artıq həmin restoranı özlərinin işlədəcəyini bildirmişdirlər. Agshin Fatehə zəng edilib məlumat verilmiş və bundan sonra Agshin Ömərlə gəlmişdir. Restoranın yeni icarədarı Rəhimov X1 özünə aid əşyaları götürməsinə etiraz etmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış, o, isə gah mübahisə edənləri ayırmağa çalışmış, gah da Agshinə aid olan əşyaları götürməyə çalışmışdır. Ömər həmin zaman çılçıraqları kəsərək çıxartamağa çalışmış, o, isə bunu necə edəcəyinini kiçik yağ bıçağı götürərək göstəmişdir. Fəridə adlı gül satan qızın telefonunun kim tərəfdən alınmasını və kim tərəfdən xəsarət almasını, həmçinin Vüsal adlı şəxsin köynəyinin kim tərəfdən cırılmasını o, görməmişdir. Mübahisəyə səbəb Agshinin onun payına düşənlərin kəsilməsini istəsi, Vüsal isə buna etiraz etməsi olmuşdur. Zərərçəkmiş şəxs2 ona əşyaları götürməsinə mane olduğu üçün sonuncu ilə aralarında dartışma olmuş, o, həmin zaman Zərərçəkmiş şəxs2 heç bir xəsarət yetirməmişdir. Məhkəmədən barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, müstəntiq işi əvvəldən düzgün aparmamışdır. Belə ki, “X12” adlı restoran xalası oğluna məxsus olmuş və sonuncu həmin qeyri-yaşayış obyektini ona hədiyə etmişdir. Bir ilə yaxındır ki, Agshin Gajiyev tərəfindən həmin restoran işlədilmişdir. Agshin restoranı İlqar adlı şəxslə şərikli olaraq işlətmişdir. Hadisə baş verdiyi gün, yəni 15 aprel 2022-ci il tarixdə qeyri-yaşayış sahəsi ilə bağlı icarə müqaviləsi bağlanmışdır. Agshin Gajiyev obyektdən çıxmaq istəməmiş, əşyaları dağıtmağa başlamışdır. Agshin Gajiyevin götürmək istədiyi əşyaları o və xalası oğlu almış, Agshinin göstərişi ilə Firdovsi, Azər və Ömər tərəfindən restoranda dağıntılar həyata keçirilmişdir. Agshinin göstərişi ilə onun işçiləri bahalı qəlyanları, içkiləri, musiqi aparatların aparmışdır. İttiham aktında dəymiş ziyanın məbləği düzgün göstərilməmişdir. Belə ki, ona 30000 (otuz min) manat ziyan dəymişdir. Firdovsi, Ömər və Azərlə əlbəyaxa olmuş, Firdovsinin əlində bıçaq görməmiş, Firdovsi ilə dartışan zaman Firdovsinin əlində bıçaq olmamışdır. Ömər əlindəki bıçaqla onu hədələmiş, polis əməkdaşları gələn zaman Agshin və işçiləri obyekti tərk etmiş, restoranda Xəqani ilə tək qalmışdır. O, polis bölməsinə gedən zaman onun 15000 (on beş min) manat dəyərində içkiləri və qəlyanları aparılmışdır. Restorandan o, polis bölməsinə getdikdən sonra əşyaların kim tərəfindən oğurlanması barədə məlumatı olmamış, restoranda müşahidə kamerası olmasına baxmayaraq video görüntülər tapılmamış, video görüntülər olan yaddaş kartının kim və ya kimlər tərəfindən götürülməsi ona məlum olmamışdır. Fəridə adlı gül satan qız mübahisəni yuxarıdan, yəni ikinci mərtəbədən çəkmişdir. Agshin Gajiyev hadisəni çəkən Zərərçəkmiş şəxs1 telefonun alınması göstərişini vermiş, Ömər isə telefonu yerə vurmuşdur. Agshin Gajiyev telefonu alaraq içərisindəki görüntüləri silmişdir. Azər adlı şəxs restoranda baş mühafizəçi olmuş, mübahisə təxminən 3-5 dəqiqə davam etmiş və ona hadisə vaxtı kimsə bir sillə vurmuşdur. O, məhkəmə istintaqı zamanı verdiyi ifadə ilə ibtidai istintaq orqanında verdiyi ifadələr arasındakı ziddiyyətləri onunla izah etmişdir ki, müstəntiq ona “eyni şeydir” demiş və o bu səbəbdən oxumadan ifadəni imzalamışdır. Həmçinin qeyd etmişdir ki, ilkin şikayət etdiyi vaxtda verdiyi izahatlarda Zərərçəkmiş şəxs1 ona barəsində şikayət verdiyi şəxslərin adını demişdir. Çünki həmin vaxt adbaad o heç kimi tanımamışdır. Əlavə olaraq hadisə zamanı heç bir xəsarəti olmadığından ekspertizadan keçməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, “X12” restoranında gül satan kimi işləmiş, 15 aprel 2022ci il tarixdə hadisəni yuxarıdan, ikinci mərtəbədən özünə məxsus telefonla qeydə almışdır. Agshin Gajiyev hirslə ona yaxınlaşıb telefonu əlindən almış, daha sonra qaytaran zaman hirslə yerə çırpmışdır. Ömər ayağı ilə stula təpik vuran zaman həmin stul onun ayağına dəymişdir. Həmin zaman “X12” restoranını yeni icarəyə götürən Zərərçəkmiş şəxs2 Agshin Gajiyevlə mübahisə edirdi. X8 Rəhimova “mənə aid olan əşyaları götürüm”, deyir Vüsal isə “icazəsiz olmaz” deyirdi. Ömər, Azər və Firdovsi adlı şəxslər ortalıqda olmuş, çılçıraqları kəsməklə məşğul olmuşlar. Aşağıda hadisə baş verdiyini gördüyündən mübahisəni telefonu ilə qeyd etməyə çalışmışdır. Daha sonra Agshin Gajiyev onun çəkiliş etdiyini müəyyən etmiş və yaxınlaşaraq “niyə çəkirsən” sualı verib telefonu əlindən alaraq sonra içindəki videonu silmişdir. Həmin hadisə vaxtı Azər bu hərəkətinə görə onun üstünə qışqırmış, tam yadında olmasa da səhv etmirsə Ömərin stula ayağı ilə vurmuş və stul aşaraq onun ayağına dəymişdir. Mübahisə təxminən 15 dəqiqə davam etmiş, Zərərçəkmiş şəxs2la Ömər, Firdovsi və Azər dalaşmış, daha sonra onlar Agshini sakitləşməsi üçün kənara çəkmişdirlər. Məhkəmə istintaqı zamanı hadisəni tam xatırlamadığını, onun üzərinə qışqıran şəxsin Firdovsi yoxsa Ömər olduğunu bilmədiyini, pilləkənin yanında tanımadığı şəxsin onu yıxdığını, lakin onu yıxan şəxsin Firdovsi olmadığını bildirmişdir. Həmçinin bildirmişdir ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs əlbəyaxa formada dalaşmış, onlar dalaşan zaman yumruq və ya sillə kiminsə kimi vurmasını görməmiş, həmin zaman Ömərin əlində yağ bıçağı olmuş, lakin Firdovsidə də olub-olmadığını görməmişdir. Hadisə zamanı qorxduğundan ola bilsin ki, ibtidai istintaq dövründə qeyri-dəqiq məlumat vermişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, O “Yaşıl Ada” restoranında ofisiant kimi çalışır. O Zərərçəkmiş şəxs2 tanıdığını və çağıranda yanına getdiyini bildirmişdir. İki obyekti bir nəfərin işlətdiyini, gah “X12” restoranında, gah da digər restoranda işləmişdir. 15 aprel 2022-ci il tarixdə “X12” restoranına səbəbsiz getmiş və həmin vaxt orada ondan başqa Rəcəb, Fəridə və Vüsal və müştərilər olmuşdur. Həmin vaxt Agshin qışqıra-qışqıra obyektə girmiş, Ömər isə arxasınca içəri daxil olmuşdur. Agshin içəriyə daxil olan zaman hər kəs qorxmuş, sanki bu dəqiqə aləmi dağıdıb tökəcəkdi. Agshin qışqırırdı ki, mənim mallarımı verin. Həmin gün normal iş günü idi. Agshin öz musiqi alətlərini götürürdü, Firdovsi isə ona kömək edirdi. Mübahisə başlayan zaman Vüsalla Ömər çəkişmişdir. Ömərin əlində həmin zaman normal kəsici bıçaq olmuşdur. Firdovsini musiqi alətlərini daşıyanda görmüşdür. Mübahisə sonlanana yaxın hamı ilə birlikdə səs küyə yuxarı qaçmış, həmin vaxt o, Ömərin Fəridəni vurduğunu lakin qarışıqlıq olduğundan telefonu Ömərin yoxsa Agshinin aldığını dəqiq xatırlamır. Daha sonra o qarışıqlıqda qalmaq istəmədiyindən aşağı mərtəbəyə enmiş və Firdovsini orada görmüşdür. Polis əməkdaşları gələn zaman o taksi ilə hadisə yerindən uzaqlaşmışdır. Firdovsi özü öz istəyi ilə heçnə etməmiş, orada əsas rolu Agshin oynamışdır. Ömərin əlində soyuq silah olduğunu görmüş, lakin Firdovsinin əlində silah görməmişdir. Agshin restoranın içində “bizə aid olan malları” götürün deyə qışqırmış, Firdovsi isə öz növbəsində ancaq özlərinə aid olan səhnədəki aparatları, kalonkaları götürməyə kömək etmişdir. Ömər çılçıraqları bıçaqla kəsmiş, Firdovsi orada heç kimə zərər yetirməmişdir. Əvvəllər heç vaxt belə bir hadisənin şahidi olmamış, bu baxımdan işə gecikməmək üçün polis idarəsində tələsik izahat verib izahatını oxumadan imzalamışdır. Ömər Vüsalla əlbəyaxa olmuş və onun köynəyini cırmış, həmin zaman Firdovdsi Vüsala toxunmamışdır. Ömər əlində kəsici bıçaqla Vüsala yaxınlaşmış, daha sonra Firdovsi Vüsala “icazə ver sakitliklə öz əşyalarımızı götürək gedək” deyə müraciət etmişdir. Müqavimət göstərən Ömər olmuş, dartışma zamanı hər kəs stola dəyir, beləliklə süfrənin üstündəkilər yerə tökülürdü. Heç kim qəsdən dağıntı törətməmişdir. Hətta mübahisə zamanı o qrışıqlıqda keçərkən özü də stollara dəymişdir. Agshin və işçilərinin apara bilmədikləri öz malları olmuşdur. Mübahisənin mahiyyətindən tərəflər arasında əşyalarla bağlı məsələ olduğunu müəyyən etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş şahid Gajiyev Agshin ifadəsində göstərmişdir ki, hadisə birbaşa onunla əlaqədardır. Göstərilən tarixdə, yəni 15 aprel 2022ci il tarixdə hadisə olan restoran onun adını daşıyaraq “By Fateh” adlanmışdır. Hadisə gününə qədər təxminən 5-6 ay olardı ki, həmin restoranı işlədirdi. Lakin həmin restoranın 2 nəfər Kamal və Kəmaləddin adlı şəxs şəriki olmuşdur və onlar restorana onun adını sırf yaxşı işləməsi üçün vermişdirlər. Müəyyən müddətdən sonra şəriklər arasında pulla bağlı mübahisələr yaranmışdır. Hadisə günü ona işçilər zəng edərək Vüsalgilin əllərində sənəd olduğunu, kobud frmada “basın burdan bayıra” deyərək restoranı təhvil almağa gəldiklərini bildirmişdirlər. Ona deyilənə görə 15 aprel 2022-ci il günorta saat 15:00 radələrində tərəflər arasında icarə müqaviləsi imzalanmışdır. Ona zəng edən işçilərə “elə bir şey ola bilməz, ora bizim iş yerimizdir” demişdir. Telefon zəngindən dərhal sonra restorana gəldiyi zaman, müəyyən etmişdir ki, Zərərçəkmiş şəxs2 işçilərə “qalxın gedin buradan, bura bundan sonra mənimdir” deyir. Həmin vaxt Zərərçəkmiş şəxs2 “bizim əşyalarımız var və götürməliyik” deyə iradını bildirmiş, hətta gecəyarısı saat 12-dən sonra təhvil təslimi müzakirə etməyi təklif etmişdir. Mübahisə yaranacağını yəqin edib həmin vaxt orada olan 3-4 stolda əyləşmiş müştərilərə üzrxahlıq edərək onları yola salmışdır. Zərərçəkmiş şəxs2 onları bizi zorla çıxara bilməyəcəyini söyləmiş, lakin Vüsal ona Kamalın ona restorandakı əmlakın heç kim tərəfindən aparılmamasını tapşırdığını demişdir. Restoranda dekorativ əşyalar, bakallar, çayniklər, içkilər, qəlyan və demək olar ki, 50 faiz əşya onun şəxsi hesabına alınmışdır. Ofisianta, Firdovsiyə və aşpaza göstəriş vermişdir ki, özlərinə məxsus əşyaları götürsünlər. İlk əvvəl adı söküb götürmüş, kiçik yağ bıçaqları ilə çılçıraqları sökmüşdürlər. Zərərçəkmiş şəxs2 adamları işçiləri saxlamağa çalışmış, əşyaları götürməyə mane olmağa başlamışdır, qəsdən onları itələyərək çaxnaşma yaratmışdırlar. Həmin vaxt orada aləm elə bir-birinə dəymişdir ki, o, Firdovsinin əlində istər yağ, istərsə də başqa növ bıçaq görməmişdir. Həmin vaxt Firdovsiyə “nəyimiz var götürüb çıxaq, daha sonra danışarıq” demişdir. Əksinə Firdovsinin üzərinə gəlir və onunla dartışırdılar. Firdovsi heç kimə bıçaq vurmamış, Öməri isə heç tanımamışdır. Onları mübahisə zamanı məcbur edirdilər ki, kimsə artıq nəsə etsin. Zərərçəkmiş şəxs2 restoranı təhvil almasına mane olmaq düşüncəsi olmamış, belə bir düşüncəsi olsa idi özünə aid əşyaları götürək restorandan getmək istəməzdi. İmkanları çatan qədər özlərinə məxsus əşyalardan götürüb çıxmışlar. Mübahisə zamanı bir sıra məişət əşyaları dağılmışdır. Əlavə olaraq Zərərçəkmiş şəxs1 əlindən telefonu zorla özünün aldığını, Fəridənin hadisə vaxtı yıxıldığını, onun xeyrinə belə olsa o mübahisənin ictimailəşməsini istəmədiyini və buna görə də hadisənin görüntülərini silmək məqsədi ilə telefonu aldığını bildirmişdir. Bu məqsədlə şəxsən Zərərçəkmiş şəxs1 üzərinə gedərək “bizə torba tikirsiz?” deyə iradını bildirmişdir. Daha sonra polis əməkdaşları gəlmiş və o polis bölməsinə getmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid2 bildirmişdir ki, o infiormasiya kommunikasiya texnologiyaları üzrə mütəxəssisdir və hadisə günü Agshin Gajiyevdən bir ədəd telefon götürmüş, daha sonra onu İlqar adlı şəxsdən alaraq Zərərçəkmiş şəxs1 gətirmişdir. Həmin vaxt restoranda polis əməkdaşları olmuş, mübahisə ilə bağlı heç nəyin şahidi olmamaışdır. İki dəfə onu müstəntiq yanına çağırmış, o isə oxumadan izahatı imzalamışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid4 bildirmişdir ki, ona “X12” restoranında mühafizəçi vəzifəsi verilmişdir. 15 aprel 2022-ci il tarixdə restoranda yeni icarəçi ilə köhnə icarəçi arasında təhvil-təslim olmalı idi. Agshin öz tərəfdarları ilə restorana gəlmiş, Ömər bıçaq çıxartmış, onlar çilçiraqları dağıtmışdırlar. Hadisənin necə baş verdiyini tam dəqiq bilmir, lakin mübahisənin Agshin Gajiyevə görə olduğunu, mübahisə vaxtı Zərərçəkmiş şəxs2 köynəyinin cırıldığını qeyd etmişdir. Firdovsi Agshingilin yanında olmuş, 2-ci mərtəbədə guya qadın video çəkiliş etmiş və onlar qadının əlindən telefonu almışdırlar. Zərərçəkmiş şəxs1 əlindəki telefonu kimin aldığını görə bilmədiyini amma hamısının yuxarıda olduğunu bildirmişdir. Hadisə vaxtı adını çəkdiyi şəxslər mübahisə etmiş, əlbəyaxa olmuş, dartışmış, bir-birlərinə yumruq zərbəsi vurmuşdurlar. Həmin vaxt o, mübahisə edən şəxsləri, yəni Ömər, Vüsal və Firdovsini bir-birindən ayırmışdır. Həmin vaxt Ömərin əlində bıçaq olmuş, lakin Firdovsidə bıçaq olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X6 ifadəsində göstərmişdir ki, istintaqı əvvəldən o aparmış, Zərərçəkmiş şəxs2 Binəqədi RPİ-nin 5-ci Polis bölməsində ərizə vermişdir. Hər dəfə gedib deyirdi ki, Firdovsinin xalaları gəlib deyir ki, “get ifadəni dəyiş”. O, əlavə olaraq bildirmişdir ki, xalaları həmçinin gəlib ona deyirmiş ki, “nəyə görə digərləri cinayət məsuliyyətinə cəlb olunmur”. Cinayət işi onun icraatına verilənə qədər ərizəsində də eyni ifadəni vermişdir. Agshin Gajiyev obyektdən çıxdıqdan sonra, Zərərçəkmiş şəxs2 obyekti icarəyə götürmüşdür. Zərərçəkmiş şəxs2 obyektdə olarkən bir qrup şəxs içəriyə daxil olmuş, üzərinə bıçaq çıxartmış, ona xəsarət yetirmişlər. Ömərin şəxsiyyəti istintaqa məlum olmamış və hazırda sonucnun şəxsiyyəti müəyyən edilsə idi iş üzrə icraatı təzələyərək istintaq hərəkətlərini həyata keçirərdi. İbtidai istintaqının qərəzli aparılması üçün heç bir əsas olmamış, tərəfimdən bütün istintaqhərəkətləri aparılmışdır. İstintaq zamanı Vüsal Kərimov cırılmış köynəyini təqdim etmiş, aldığı xəsarətlərlə bağlı ekspertizadan keçmişdir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 bir qrup şəxs bıçaqla hədələmiş, müəyyən əşyalar sındırılmışdır. Dəymiş ziyan və oradan aparılmışəşyalarla baglı Agshin Gajiyev və Zərərçəkmiş şəxs2 arasında mülki mübahisə mövcuddur, hadisənin video görüntüləri taplmamış, sorğu zamanı polis əməkdaşları video görüntülərinin götürülməsinə heç bir aidiyyatının olmadığını bildirmişlər. Mübahisə tərəflərinin ortaq tanışları olduğundan, ola bilsin ki, həmin video görüntüləri onlardan kimsə götürmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə başlanılmışdır . xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə ünvan 2 ünvanında yerləşən «By Fateh» adlı restoranda baş vermiş, hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən heç bir əşya götürülməmişdir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 709 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarət – sol budun aşağı 1/3-nin ön bayır səthinin hematoması bərk küt əşyanın (alətin) təsirindən törənmişdir. Göstərilən tarixdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyəyə təpiklə vurma nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. xx.xx.2022-ci il tarixli qərar və protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi bir ədəd “LG Q6” markalı mobil telefon götürülmüşdür. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Gajiyev Agshin arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və sonuncular istintaqa verdiyi ifadəni təsdiq etməklə bir-birlərinin üzünə qarşı demişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Gajiyev Agshin arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və sonuncular istintaqa verdiyi ifadəni təsdiq etməklə bir-birlərinin üzünə qarşı demişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/5797 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd «LG» markalı, Q6 modelli mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və istifadə olması nəzərə alınmaqla normal vəziyyətdə orta bazar qiyməti təxminən 60,00 manat, ekranı zədəli vəziyyətdə 30,00 manat müəyyən olunur. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 17:40-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinib tutularaq, saxlanılması üçün Binəqədi RPİ-nin MSY-nə təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən təmin edilməmiş, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və sonuncular istintaqa verdiyi ifadəni təsdiq etməklə bir-birlərinin üzünə qarşı demişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və sonuncular istintaqa verdiyi ifadəni təsdiq etməklə bir-birlərinin üzünə qarşı demişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Səbail rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 129.1-ci maddəsi ilə təqsirli bilinib, 05 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilmiş, xx.xx.2007-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilmiş, ********* nömrəli cinayət işindən «Ömər» adlı şəxsin və qeyrilərin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmış, bir ədəd “LG Q6” markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-243/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan olunmuuşdur. xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutlaraq Bakı İstintaq təcridxanasına təhvil verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-242/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Binəqədi RPİ-nin xx.xx.2023-cü il tarixli 3-xx-xx-220041431 saylı məktubundan görünür ki, ********* nömrəli cinayət işindən “Ömər” adlı şəxsin və qeyrilərinin barəsində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ayrılmış ********* nömrəli cinayət işi üzrə “Ömər” adlı şəxsin və qeyrilərinin müəyyən edilib cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilmiş, lakin heç bir müsbət nəticə əldə etmək mümkün olmamışdır. Odur ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinin tələblərinə əsasən cinayət işi üzrə icraat dayandırılmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə toplanmış sübutlarla, o cümlədən zərərçəkmiş şəxsilərinn və şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirliliyi, yəni Zərərçəkmiş şəxs1 üzərinə hücum çəkib zor tətbiq edərək, əlindən sonuncuya məxsus 60 manat dəyərində «LG» markalı, Q-6 modelli mobil telefonunu zorla alıb yerə çırparaq sındırmaqla, restoranda olan çoxsaylı müştərilərin gözləri önündə özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün özünü ictimai qaydaya qarşı və cəmiyyətin fövqündə qoymaqla insanların ictimai və şəxsi mənafelərinə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, «Ömər» adlı şəxslə birlikdə, hər biri əlində istintaqla müəyyən edilməmiş bıçaqları silah qismində istifadə edib, Zərərçəkmiş şəxs2 zor tətbiq etmək hədəsi ilə, əynində olan 100 manat dəyərində köynəyini cırıb yararsız hala salmaqla, daha sonra da bununla sakitləşməyərək, öz cinayət əməllərini davam etdirib «X11» restoranında olan 250 manat dəyərində 01 ədəd ədəd masanı, hər birinin dəyəri 100 manat təşkil edən 300 manat dəyərində 03 ədəd oturacaqları, hər birinin dəyəri 15 manat təşkil edən 1650 manat dəyərində 110 ədəd dərin boşqabları, hər birinin dəyəri 20 manat təşkil edən 180 manat dəyərində 09 ədəd nazik bokalları, hər birinin dəyəri 45 manat təşkil edən 450 manat dəyərində 10 ədəd meyvə qablarını, hər birinin dəyəri 25 manat təşkil edən 250 manat dəyərində 10 ədəd dəm çayniklərini, hər birinin dəyəri 10 manat təşkil edən 120 manat dəyərində 12 ədəd kül qabıları və hər birinin dəyəri 8 manat təşkil edən 80 manat dəyərində 10 ədəd pivə bokallarını məhv etməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 3380 (üç min üç yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla, bir qrup şəxs tərəfindən, ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə, silah qismində istifadə edilən əşya tətbiq etməklə, zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət olunan qəsdən qərəzli hərəkətlərlə xuliqanlıq etməsi öz təsdiqini tapmır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər—min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda —iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olubolmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü aşağıdakı hallarda əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında sübutlara əsaslandıqda (maddə 349.5.1); - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (349.5.2); - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3). Məhkəmə qeyd edir ki, sübutlar hərtərəfli, tam və obyektiv araşdırmaya əsaslanmaqla daxili inama görə qiymətləndirilməlidir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə bütün toplanmış sübutların məcmusuna görə cinayət işinin həlli üçün kifayət etməsi nöqteyi-nəzərdən qiymət verilməlidir. Sübutların yoxlanılmasında məqsəd onların mötəbərliyinin, yəni onlarda olan məlumatların cinayət işinin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlara və hallara uyğun gəlib-gəlməməsinin müəyyən edilməsindən ibarətdir. Sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə tamamlanmalıdır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə irəli sürülmüş ittiham sadəcə zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinə əsaslandığından, təqsirləndirilən şəxsin xuliqanlıq cinayətini törətməsi sübut edən heç bir digər sübut əldə edilmədiyindən ona irəli sürülmüş ittiham əsaslı hesab edilə bilməz. Bu mövqe Avropa İnsan hüquqları Məhkəməsinin Qaritski Polşaya qarşı iş üzrə 06 fevral 2007-ci il tarixli qərarında öz əksini tapmışdır. Həmin qərarda göstərilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin İİ bəndində təsbit olunmuş təqsirsizlik prezumpsiyası bu maddənin İ bəndi ilə tələb olunan ədalət mühakiməsinin elementlərindən biridir. Təqsirsizlik prezumpsiyası o halda pozulmuş olur ki, qanuna müvafiq olaraq təqsiri sübuta yetirilməmişdən əvvəl cinayət törətməkdə ittiham olunan şəxsə aid məhkəmə qərarı və ya vəzifəli şəxsin çıxışı onun təqsirli olduğu barədə fikri əks etdirsin. Hər hansı rəsmi qənaət olmasa belə, məhkəmə və ya vəzifəli şəxs tərəfindən ittiham olunan şəxsi təqsirli kimi qələmə verməyə təklif edən müəyyən dəllilərin mövcud olması kifayətdir. Məhkəmənin özü tərəfindən qabaqcadan belə fikrin ifadə olunması qaçılmaz olaraq sözü gedən prezumpsiya ilə ziddiyyət təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəni yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirmədən hüquqi fərziyyənin tətbiq edilməsi, təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi, cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (Azərbaycan Respublikası CM-nin 3-cü maddəsi). Məhkəmə istintaqı zamanı toplanmış sübutlarla müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 “By Fateh” restoranının sonuncu və yeni icarəçisi kimi Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən obyektə gəlmiş və orada olan işçi heyətinə buna dair sənədlər göstərərk oranı tərk etmələrini tələb etmişdir. Təqsirləndirilən şəxsla Gajiyev Agshin (Agshin Fateh) arasında işçi və işəgötürən kimi əmək münasibətləri mövcud olmuşdur. Restoranda çalışan işçilər Agshinə bu barədə telefonla məlumat vermiş və Agshin Ömərlə birlikdə restorana gələrək Zərərçəkmiş şəxs2la özünə məxsus əşyaları götürməklə bağlı mübahisə etmişdir. Zərərçəkmiş şəxs2 Agshinə əşyaların Agshinə və yaxud qeyri-yaşayış obyektinin mülkiyyətçisinə məxsusluğu barədə dəqiq məlumatı olmadığından o, Agshinə özünə məxsus əşyaları götürməyə icazə verməmişdir. Mübahisə Agshinin öz işçilərinə özünə aid olan əşyaları götürmələri barədə göstəriş verdikdən sonra baş vermiş, Təqsirləndirilən şəxs bu zaman Gajiyev Agshinə məxsus olan əşyaları götürmüş, çilçıraqları sökə bilməyən Ömərə yağ bıçağı götürərək necə kəsməli olduğunu göstərmiş, Zərərçəkmiş şəxs2 özlərinə məxsus əşyaları götürməyə icazə verməyi xahiş etmiş, Zərərçəkmiş şəxs2 bu prosesə mane olan zaman Təqsirləndirilən şəxs Ömər adlı şəxslə birlikdə Zərərçəkmiş şəxs2 onların işinə mane olmasının qarşısını almaq məqsədi ilə sonuncu kənara itələmiş, bu zaman aralarında dartışma olmuş, Təqsirləndirilən şəxs əlində həmin vaxt bıçaq olmamış, onu hədələməmiş, heç bir xəsarət yetirməmişdir. Restoranda birinci mərtəbədə baş verən mübahisəni restoranın ikinci mərtəbəsində olan Zərərçəkmiş şəxs1 telefonu ilə qeyd etməyə başlamış, bunu görən Gajiyev Agshin yuxarı mərtəbəyə qalxaraq Fəridənin əlindən telefonu almış və içərisindəki telefonu silindikdən sonra sonuncu telefonu yerə çırpmışdır. Azər adlı şəxs Zərərçəkmiş şəxs1 üzərinə qışqırmış, bu zaman Ömər stula ayağı ilə vurmuş və stul aşaraq onun ayağına dəymişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 toxunmamış, ona xəsarət yetirməmişdir. Yuxarıda qeyd olunan işin hallarından belə nəticəyə gəlmək olur ki, Təqsirləndirilən şəxs işçi kimi işəgötürən Gajiyev Agshinin göstərişlərini yerinə yetirmiş, heç kimə hədəqorxu gəlməmiş, xəsarət yetirməmişdir. “X12” restoranında baş vermiş mübahisə Zərərçəkmiş şəxs2 və Agshin Gajiyev arasında mövcud olması ehtimal edilən icarə münasibətlərindən yaranan anlaşılmazlıq səbəbindən qaynaqlanmışdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs2 “X12” restoranın yeni icarəçisi olduğunu və Agshin Gajiyevin (Agshin Fateh) götürmək istədiyi əşyaların ona məxsus olmadığını bildirmiş olsa da buna dair hüquqmüəyyənedici sənədləri (icarə müqaviləsi, təhvil-təslim aktı və s digər sənədlər) nə ibtidai istintaq dövründə, nə də məhkəmə istintaqı dövründə təqdim edə bilməmiş, həmçinin ittihamda qeyd edilmiş Zərərçəkmiş şəxs2 aid olan 3380 manat dəyərində əşyaların həqiqətən ona məxsus olmasına dair heç bir təsdiqedici sənəd müəyyən edilməmişdir. Məhkəmə istintaqı zamanı şahidlər verdikləri ifadələri təsdiq edərək əvvəlki, ibtidai istintaq dövründəki ifadələrlə olan ziddiyyətli məqamları “izahatlarının müstəntiq tərəfindən yazıldığı və ifadələrlə tanış olmamaları ilə” izah etmişdirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin tərkibinin yaranması üçün şəxs xuliqanlıq əməlini, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətləri silah və ya silah qismində istifadə edilən əşyalardan istifadə etməklə törətməli, həmçinin belə qərəzli hərəkətlər zərərçəkmiş şəxsə zor tətbiq edilməsi və ya özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməlidir. Yəni bütün bu sadalanan cinayət tərkibinin zəruri şərtləri və komponentləri, obyekt, obyektiv cəhət, subyekt və subyektiv cəhət mövcud olduğu təqdirdə xuliqanlıq cinayətinin tərkibinin yaranmasından və xuliqanlıq cinayət əməlinin törədilməsindən bəhs edilə bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin hərəkətlərinin hüquqi tövsifi ilə əlaqədar bu şəkildə ibtidai araşdırma orqanının gəldiyi nəticə Cinayət Məcəlləsinin müvafiq maddələrinin dispozisiyaları ilə şərtləndirildiyindən, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarları, bu qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərlə ziddiyyət təşkil etdiyindən, onların təqsirli bilinməsində və əməlin tövsifində buraxılmış səhv kimi qiymətləndirilməlidir. Xuliqanlıq cinayətinin əsas (sadə) tərkibi Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cümaddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Həmin qərara əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin “tətbiq etməklə” müddəası xuliqanlıq hərəkətləri zamanı silah və ya silah qismində istifadə edilən əşyaların vasitəsi ilə sağlamlığa zərər vurulmasını, yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yarandığı halları ehtiva edir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. O da nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıq cinayət əməlinin əlamətlərini göstərməklə bu cinayətin xüsusi ilə qərəzli forması kimi müəyyənləşdirilmiş 221.3-cü maddə ilə bağlı bəzi məsələlərə aydınlıq gətirməyi də zəruri hesab edərək vurğulamışdır ki, Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mətnində əksini tapmış “silah qismində istifadə edilən əşyalar” anlayışının açıqlanması da vacibdir. Silahdan fərqli olaraq, silah qismində istifadə edilən əşyalar konstruksiya cəhətdən məhv etmə təyinatlı deyil və qeyd edilən tətbiq üsulu onların təyinatına və mahiyyətinə ziddir. Həmin əşyalar konstruksiya cəhətdən digər məqsədlər üçün, o cümlədən istehsalat, təsərrüfat-məişət məqsədilə və yaxud da, ümumiyyətlə, hər hansı müəyyən məqsədlərə yönəlməyən, istehsal və emal olunmayan, yəni təbiətdə mövcud olan əşyalardır. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhv etmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında isə göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 3-cü bəndinə görə də ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Hadisənin baş verdiyi yerdə ictimai qaydanın məhz kobud şəkildə pozulmasına dəlalət edən (o cümlədən, bu pozuntunun nədə ifadə olduğunu göstərən) konkret faktlar isə nəinki məhkəmədə müəyyən edilməmiş, belə faktlara heç təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda da istinad olunmamışdır. Belə ki, ittihamda təqsirləndirilən şəxsə istinad edilən cinayəti yaradan hallar kimi müstəsna olaraq onların zərər çəkmiş şəxslərə qarşı törətdiyi hərəkətlər təsvir edilmiş və xuliqanlıq cinayətinə aid əlamətlər sadalanmışdır. İttiham tərəfinin istinad etdiyi dəlillər cinayətin törədildiyi yerdə ictimai qaydanın kobud şəkildə pozulması haqqında nəticə çıxarmaq üçün kifayət edə biləcək məlumatları əks etdirmir, bilavasitə hadisəyə aid sübutlar bazası isə qeyd olunan şəxslərin ifadələri, habelə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 aşkar olunmuş xəsarətlərin xarakteri və ağırlıq dərəcəsi haqqında məlumatları əks etdirən məhkəmə-tibbi ekspertzasının rəyi ilə məhdudlaşır. Bundan əlavə, uzun müddətdir formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən də müəyyən olunur ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərər çəkən şəxsin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan cinayət və cinayət-prosessual qanunvericiliyin normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin Plenumunun qərarlarına uyğun olaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-ci maddəsi ilə cinayət törətməsində təqsirliliyinin sübuta yetirilmədiyi qənaətinə gəlir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 döyməsi, onlara xəsarət yetirməsi məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından onun əməlində inzibati xəta tərkibi də mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X4 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Telfner Avstriyaya qarşı ( 2001) işində Avropa məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Beləliklə, hadisənin irəli sürülmüş ittihamda göstərilən şəraitdə əmələ gələ bilməsini təsdiq edən digər müqayisəli və mötəbər sübut olmadığı üçün, əsaslı və mötəbər sübut olmadan hadisə şəraitinin ittiham aktında göstərilən formada mövcudluğunu qəbul etmək yolverilməzdir, çünki təqsirləndirilən şəxs barəsində aparılmış ittiham üzrə onun təqsirliliyini təsdiq edən nəinki kifayət qədər, ümumiyyətlə sübut toplanılmamış, əksinə şəxsin təqsirsizliyinə dair işin halları yuxarıdakılardan ibarətdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə, məhkəmə bir daha qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlartoplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinməsi toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli və barəsində seçilmiş «ev dustaqlığı» qismində qətimkan tədbiri ləğv edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs pozulmuş hesab etdiyi hüquqlarının bərpası, həmçinin vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi vəsaiti hesabına 49 saat üçün nəzərdə tutulan 294 manat pul ödənilməlidir. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc dövlət büdcəsinə aid edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd telefonun sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 42, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərində təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsi və pozulmuş hesab etdiyi hüquqlarının bərpası üçün mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “LG Q6” markalı mobil telefonun Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 49 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 294 (iki yüz doxsan dörd) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə ekspertizasının keçirilməsinə çəkilmiş 50 manat xərc dövlət büdcəsinə aid edilsin. İş üzrə mülki iddia və müsadirə ediləsi əmlak yoxdur. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №1(001)-21/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-21/2024
11.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver